Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə65/115
tarix25.04.2017
ölçüsü7,78 Mb.
#15742
1   ...   61   62   63   64   65   66   67   68   ...   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

354 


qədər  əvvəl  yenə  də  onlardan,  onların  beyinlərinin  içindən  danışmışdılar,  üzlərindəki  maraq 

hissini  və  Xocanın  qocadan  tərcüməçi  vasitəsiylə  nəsə  soruşduğunu  görəndə,  ağlıma  gələn 

şeydən qorxaraq onlara yaxınlaşdım. 

Xoca  fikirləşməmiş,  tez  cavab  verməsini  tələb  edərək  soruşurdu:  Həyatındakı  ən  böyük 

günah,  etdiyi  ən  böyük  pislik  nəydi?  Kəndli,  tərcüməçinin  bizə  yavaş-yavaş  tərcümə  etdiyi 

qatma-qarışıq  slavyan  diliylə  mızıldanırdı,  günahsız,  şərsiz  yazıq  bir  qocaymış,  amma  Xoca 

qəribə bir hiddətlə onu üstələyir, istəyirdi ki, qoca özü haqda danışsın. Qoca ancaq Sultanın da 

Xoca qədər maraqlandığını görəndən sonra günahını boynuna aldı: Bəli, günahkar idi, o da bütün 

kənd əhliylə birgə evindən çıxmalı, o da heyvanları qovalayan yerliləriylə birgə ova getməliydi, 

amma xəstəydi, problemi vardı, onda bütün günü ormanda o tərəf, bu tərəfə qaçmaq üçün lazım 

olan sağlamlıq yox idi, əliylə ürəyini göstərib üzr istəyirdi ki, Xoca bu an qəzəbləndi, qışqırdı.  

Onu  yox,  əsl  günahlarını  soruşurdu  ondan,  amma  kəndlinin  tərcüməçimizin  təkrarladığı 

sualı  başa  düşməyə  halı  yox  idi,  əlini  ürəyinin  üstünə  ağrıyla  basıb,  ürəyini  tutub  durmuşdu. 

Qocanı apardılar. Gətirdikləri başqa bir adam da həmin şeyləri deyəndə Xoca qıpqırmızı qızardı. 

İkinci  adama  asan  olsun  deyə  və  günah  örnəklərimi  xatırlantsın  deyə  mənim  uşaqlığımın 

günahlarını,  özümü  qardaşlarımdan  daha  çox  istətdirmək  üçün  dediyim  yalanları,  universitetdə 

oxuyarkən etdiyim cinsi günahları Xoca, kəndliyə naməlum bir günahkarın pisliklərini danışdığı 

kimi  danışanda  mən  bu  kitabı  yazarkən  həsrətlə  xatırladığım  vəbalı  günlərimizi  diksintiylə  və 

utancla  xatırlayırdım.  Ən  axırda  gətirilən  topal  kəndli,  dərədə  yuyunan  qadınlara  gizlicə 

baxdığını  Xocaya  pıçıltıyla  etiraf  eləyəndə  Xoca  bir  qədər  sakitləşdi.  Bəli,  bax,  “onlar” 

pisliklərin  qarşısında  belə  olurdular,  onu  ört-basdır  edə  bilirdilər,  amma  beyinlərində  nə  baş 

verdiyini artıq bilməli olan bizlər və sair və başqaları vardı. İnanmaq istəyirdim ki, Padşah çox 

da təsirlənməyib. 

Amma  onu  maraq  bürümüşdü,  iki  gün  sonra,  maralların  ardınca  qaçdığımız  başqa  bir  ov 

vaxtı, bəlkə, Xocanın israrına dözə bilmədiyi üçün, bəlkə də, zənnimcə, sorğu-sual edilməkdən 

xoşlandığı üçün göz yumdu ki, hekayəni təkrarən danışsın. Bu dəfə Tunanı keçmişdik, yenə də 

xristian  kəndlərinin  birindəydik,  amma  latın  mənşəli  bir  dillə  danışırdılar.  Xocanın  soruşduğu 

suallarda isə çox da dəyişiklik yox idi. Vəbalı gecələrin, ona pisliklərini yazdırmağı bacardığım o 

məcburiyyəti mənə xatırladan bu suallardan və sualları soruşan, kimliyi naməlum olan hakimlə, 

onu  sakitcə  dəstəkləyən  Sultandan  qorxan  kəndlilərin  cavablarına  əvvəlcə  qulaq  asmaq 

istəmədim.  Qəribə  bir  xofa  düşmüşdüm;  Xocadan  çox,  ona  aldanan,  ya  da  bu  çirkin  oyunun 

cazibədarlığına  qarşı  müqavimət  göstərməyən  Padşahın  halına  yanırdım.  Amma  bu  murdar 

marağa  mənim  də  aludə  olmağım  çox  davam  eləmədi,  düşündüm  ki,  insan  nəyəsə  qulaq 

asmaqdan  heç  nə  itirməz,  onlara  yaxınlaşdım.  Qulağıma  daha  zərif  və  xəfif  gələn  bir  dillə 

danışılan günahların və pisliklərin çoxu bir-birinə oxşayırdı: Bəsit yalanlar, kiçik aldatmalar, bir-

iki əclaflıq. Bir-iki vəfasızlıq, nəhayət, bir neçə kiçik oğurluq.  

Axşam Xoca dedi ki, kəndlilər hər şeyi danışmırlar həqiqəti gizlədirlər, o vaxt mən özümü  

çox  açmışdım.  Onları  bizlərdən  ayıran  çox  dərin,  bizdən  daha  həqiqi  günahları  olmalıydı. 

Padşahı  aldadacaq  bu  həqiqətləri  əldə  etmək,  “onların”,  sonra  da  “bizlərin”  necə  bir  insan 

olduğunu görə bilmək üçün lazım olarsa, güc də tətbiq edəcəkmiş. 

Ondan  sonrakı  günlər,  getdikcə  daha  da  artan,  getdikcə  daha  da  mənasızlaşan  bu  şiddətlə 

keçdi.  Əvvəllər  hər  şey  daha  asan  idi,  o  günlərdə,  oyunun  ortasında  səmimiyyətlə  bir-iki  qaba 

zarafat edən uşaqlar kimiydik, sual-cavab edəndə, uzun və əyləncəli ov səfərlərimiz olan vaxt hər 

biri  həyata  keçirilən  kiçik  həcmli  oyun  kimiydilər,  amma  sonralar  bütün  işlərimizi, 

dözümlülüyümüzü,  əsbilərimizi  tükəndirən  və  hansı  səbəbdənsə  əl  çəkə  bilmədiyimiz 

mərasimlərə çevrildilər. Xocanın sullarının və səbəbi sirr qalan əsəbinin dəhşəti ilə təəccüblənən 

kəndliləri  görürdüm,  kəndlilərdən  istənilən  şeyin  nə  olduğunu  tam  bilsələr,  bəlkə  də,  başa 

düşəcəkdilər, kənd xatirələrini bir yerə cəmləmiş dişsiz və yorğun qocaları görürdüm, əsl yaxud 

saxta  günahlarını  danışmamışdan  əvvəl  ümidsiz  gözləriylə  ətrafdakı  adamalardan,  bizlərdən 

ümid  dilənirdilər,  etirafları  və  pislikləri  əsassız  sayılaraq  döyülən,  yıxılan  gəncləri  görürdüm. 

Masada yazdıqlarımı oxuyandan sonra, ”ay səni” deyərək kürəyimə bir yumruq vurduğunu, nəyə 

görə  belə  bir  adam  olduğumu  başa  düşə  bilmədiyinə  görə  əsəblə  deyinə-deyinə  özü-özünü 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

355 


məğlub  elədiyini  xatırladım.  Amma  çox  qəti  olmasa  da,  artıq  nəyi  axtardığını,  hansı  nəticəyə 

çatmaq  istədiyini  daha  yaxşı  bilirdi.  Başqa  üsullara  da  əl  atdı.  Tez-tez  etiraf  edənin  etirafını, 

sözünü  kəsib  yalan  dediyini  iddia  edirdi,  onda  adamlarımız  günahkarı  əziişdiridilər.  Bəzən  də 

etiraf  edənin  sözünü  başqa  bir  dostunun  onun  əməllərini  gördüyünü  deyərək  kəsərdi.  Bir  ara 

onları  iki-iki  hüzuruna  çağırırdı.  Onda  həqiqətlərin  çox  da  dərində  qalmadığını,  adamlarımın 

qətiyyətlə həyata keçirdikləri şiddətə baxmayaraq, kəndlilərin bir-birindən utandıqlarını görəndə 

əsəbiləşirdi. 

Heç  cür  dayanmaq  bilməyən  yağışlar  başlayanda  baş  verənlərə  sanki  mən  də  inanmışdım. 

Xatırlayıram:  palçıqlı  bir  kənd  ərazisində,  çox  söz  deyə  bilməyən,  çox  söz  deməyə  də  niyyəti 

olmayan  kəndlilər  saatlarla  boş  yerə  döyülərək  suyun  içində  gözləyirdilər.  Ov  səfərləri  də 

getdikcə sönükləşərək azalırdı. Arada bir Padşahı hüznləndirən, gözəl gözlü ceyranı, ya da iri bir 

vəhşi donuzu baxmayaraq ki, vururduq, amma hamımızın fikrində ov ab-havası deyil, eynən ov 

kimi, hazırlıqlarına lap əvvəllər başlanılan istintaqlar vardı. Gecələr və gün ərzində etdiklərindən 

peşman  olmuş  kimi,  Xoca  ürək  sirrini  mənə  açırdı.  Olub  keçəndən,  əzab  verməyindən  özü  də 

narahat  idi,  amma  bir  məlumatı  da  təsdiqləmək  istəyirdi.  Kəndlilər,  görəsən,  həqiqəti  niyə 

gizlədirdilər ki? Sonra dedi ki, gərək müsəlman kəndlərinin birində eyni təcrübəni keçirməliyik, 

amma bu işdə uğur qazana bilmədi. Çox da sıxışdırmayaraq soruşsa da, onlara xristian qonşuları 

kimi  üç  aşağı,  beş  yuxarı  eyni  etirafları  edib,  eyni  əhvalatları  danışmışdılar.  Yağışın  heç  cür 

kəsmək  bilmədiyi  o  pis  günlərdən  biriydi,  Xoca  mızıldadı  ki,  onlar  həqiqi  müsəlman  deyillər, 

amma  görürdüm,  axşam  baş  verənləri  müzakirə  edərkən  bu  həqiqətin  Sultanın  da  gözündən 

yayınmadığını bilirdi. 

Bu  da  qəzəbini  daha  da  artırmaqdan,  artıq  Sultanın  belə  şahidi  olmaqdan  çox  da  xoşhal 

olmadığı,  amma, bəlkə  də, mənim kimi,  sırf maraqla  arxasınca  getdiyi şiddəti sonuncu ümidlə 

daha da reallaşdırmağından özgə heç bir işə yaramadı. Quzeyə tərəf irəliləyə-irəliləyə, təkrarən 

kəndlilərindən  biri  Slavyan  dilində  danışan  meşəlik  olan  əraziyə  gəlmişdik,  balaca  və 

canayatımlı  bir  kənd  idi,  gördük  ki,  o,  bir  uşaqlıq  yalanından  başqa,  heç  bir  şey  xatırlamayan 

yaraşıqlı cavan oğlanı döyür. Dedi ki, bir də belə şey etməyəcək, axşam həddindən artıq qəribə 

bir günahkarlıq hissinə qapıldı. Bir dəfə isə, sanki sarımtıl bir yağışın altında kəndli qadınların, 

kişilərin başına gələnlərə uzaqdan baxıb ağladığını görmüşdüm. İşlərində ustalaşan adamlarımız 

da baş verən hadisələrdən bezmişdilər, bəzən bizdən əvvəl gözlərini zillədikləri etiraf edən adamı 

onlar  seçib  gətirirdilər,  hiddətindən  yorğun  görünən  Xocadan  əvvəl  sorğu-suala  tutulan 

tərcüməçimizin  özü  olurdu.  Bu  göstərdiyi  şiddət  haqqındakı  əhvalatının  kəndən-kəndə 

əfsanələşərək gəzdiyini, ya da sirrini çözə bilmədikləri ilahi bir ədalətin qorxusu və təəccübü ilə 

illərdir  bu  sorğu-sualı  ürəklə  gözləyirləmiş  kimi,  “bu  etiraflarını  uzun-uzadı  nəql  edən  qəribə 

qurbanlarla qarşılaşa bilmədiyimizə görə belə deyildi,  sadəcə bir-birini aldadan, ər-arvadın, varlı 

qonşusunu  qısqanan  kasıb  kəndlilərin  əhvalatları  artıq  Xocanı  maraqlandırmırdı.  Xoca  tez-tez 

təkrarlayırdı  ki,  daha  dərin  bir  həqiqət  var,  amma,  zənnimcə,  özü  də  bizim  kimi,  bu  həqiqəti 

biləcəyinə  bəzən  şübhə  eləyirdi.  Ən  azından,  bizim  narahatlığımızı  hiss  edərək  əsəbiləşirdi, 

amma əl çəkməyəcəkdi. Biz də Padşaha göz qoyurduq. Bəlkə də, buna görə, imkanları tamamilə 

öz  əlinə  almağına  qarşı  heç  bir  şey  edə  bilmədik.  Bir  dəfə  də,  anasıyla  pis  davranan  ögey 

atasından  və  ögey  qardaş-bacılarından  zəhləsi  gedən  cavan  bir  oğlanı,  çatının  altına  çəkilərək 

qorunduğumuz  sazanaq  altında,  tamamilə  islanaraq  saatlarla  sorğu-suala  çəkdiyini  görəndə 

ümidləndik,  amma  sonra  onun  da  unudulmalı  adi  bir  cavan  olduğunu  deyərək  bu    mövzunu 

bağladı. 

Quzeyə, quzeyin lap ucqarlarına getmişdik, hücum qolu hündür dağların arasında fırlanaraq 

dərin  və  qaranlıq  meşələrin  içindəki  palçıqlı  yollarda  yavaş-yavaş  irəliləyirdi.  Şam  və  qayın 

ağaclarıyla  dolu  olan  meşələrdən  gələn  o  sərin  və  qaranlıq  havanı,  şübhə  oyandıran  dumanlı 

sakitliyi, naməlumluğu xoşlayırdım. Kimsə bu adı çəkmirdi, amma, zənnimcə, uşaq vaxtı atamın 

əlində  gördüyüm  bacarıqsız  bir  rəssamın  çəkdiyi  Avropa  xəritəsində,  marallar  və  qotik  qala 

şəkilləriylə bəzədilmiş Karpatın ətəyindəydik. Yağışdan soyuqlayan Xoca xəstəydi, amma yenə 

də sanki hədəfinə daha gec çatmaq üçün burulan yoldan, hər səhər ayrılıb, meşələrin içinə tərəf 

girirdik.  Ov  səfərləri  sanki  unudulmuşdu,  suyun  qırağında,  bir  uçurumun  kənarında  maral 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

356 


vurmaq üçün deyil, sanki bizə görə hazırlaşan kəndliləri gözlətmək üçün başımızı qatırdıq! Sonra 

fikirləşdik ki, artıq vaxt çatıb, kəndlərdən birinə girib, lazım olan işləri görəndən sonra, hər dəfə, 

axtardığı  ləl-cəvahiri  tapa  bilməyən,  amma  vuruşub  döyüldüklərini  və  ümidsizliyini  unutmaq 

üçün,  tez  başqa  bir  kəndə  qaçmağımızı  istəyən  Xocanın  ardınca  gedərdik.  Bir  dəfə  sınaq 

keçirmək  üçün  səbri  və  maraq  hissi  məni  təəccübləndirən  Padşah,  onun  üçün  iyirmi  yeniçər 

gətizdirdi, eyni sualları bir dəfə onlardan, bir də evlərinin qarşısında gözləyən sarışın kəndlidən 

soruşdu.  Bir  dəfə  də  kəndliləri  hücum  dəstəsi  üçün  apardı,  onlarla  palçıqlı  yollarda  Sultanın 

əsgərlərinə  çatmaq  üçün  qəribə  cırıltıyla  gücə  düşən  miniyimizi  göstərdi,  soruşdu  ki,  nə 

fikirləşirlər, cavablarını katiblərə yazdırtdı, amma, bəlkə də, dediyi kimi, biz, həqiqətən də, başa 

düşmədiyimizə görə, bəlkə də, boş yerə göstərdiyi şiddətdən özü də bezdiyi üçün, bəlkə, çəkdiyi 

vicdan əzabından, bəlkə də, ordunun və paşaların silah və meşədə baş verənlər haqqındakı söz-

söhbətlərindən  usandığı  üçün,  bəlkə  də,  təkcə  xəsləlikdən  –bilmirəm  –  artıq  gücü  tükənmişdi: 

öskürəndə artıq səsi əvvəlki kimi gur çıxmırdı, cavablarını əzbərlədiyi sualları indi əvvəlki kimi 

həyəcanla soruşmurdu,  gecələr zəfərdən,  gələcəkdən diksinib  ayılmalıyıq deyə tapşıranda sanki 

getdikcə səsinin qısıldığına inanırdı. Ən axırıncı dəfə onu, təkrarən başlayan, solğun bir kükürd 

dumanının  içində,  təəccüblü  bir  neçə  slavyan  kəndlilərini  inamsızca  sorğu-sual  edərkən 

gördüyümü  xatırlayıram,  biz  artıq  qulaq  asmaq  istəmədiyimizə  görə  uzaqdaydıq,  onlar  yağışın 

titrətdiyi xəyali bir işığın altında. Xoca əllərdə gəzən ulduz çərçivəli yekə bir aynanın islaq olan 

tərəfinə boş-boş baxırdı. 

Bir də ova getmədik, çayı keçib Ləh (polyak) torpaqlarına girmişdik. Getdikcə artan murdar 

yağışın  lehmələşdiyi  yollarda  irəliləyə  bilməyən  silahımız  sürətlə  irəliləməli  olan  hücum 

dəstəmizin  sürətini  azaldırdı.  Paşaların  onsuz  da  xoşlamadığı  silahımızın  uğursuzluğu,  lənət 

gətirəcəyi  haqdakı  deyilənlər  bu  ərəfədə  daha  da  artdı.  Xocanın  keçirdiyi  sınaqlara  qatılan 

yeniçərlərin  dedi-qoduları  da  məni  yandırıb  yaxırdı.  Həmişəki  kimi  Xocanı  yox,  mən  kafiri 

günahlandırırdı.  Xoca  artıq  Padşahı  belə  bezdirən  o  poetik  boşboğazlığına  başlayıb,  silahın 

orjinallığından,  düşmənin  gücündən,  silkinib  hərəkətə  keçməli  olmağımızdan  danışanda 

Padşahın çadırında ona qulaq asan paşalar bizim saxtakarlığımıza və silahın uğursuzluğuna daha 

çox  inanırdılar.  Xocaya  yolunu  azmış,  amma  tamamilə  ümidi  qırılmamış  xəstə  gözüylə 

baxırdılar,  əsl  təhlükəli  olan,  əsl  günahkar,  Xocayla  Padşahı  aldadaraq  uğursuzluqluqları 

planlaşdıran  mən  idim.  Gecələr  çadırımıza  çəkiləndə  Xoca  xəstə  səsiylə  onlardan,  əvvəlki 

illlərdə  axmaqlarından  danışdığı  kimi,  bezərək  və  əsəblə  danışardı,  amma  o  illərdə  azalmayan 

sevinc və umidimiz artıq, demək olar ki, qalmamışdı. 

Yenə  də  görürdüm,    işdən,  sən  deyən  də,  asanca  əl  çəkənə  oxşamırdı.  İki  gün  sonra,  

silahımız  yağışdan  qatılşamış  palçığa  batıb,  hücum  dəstəsinin  arasında  batanda  mən  artıq 

ümidimi  üzdüm,  Xoca  xəstə  halıyla  vuruşurdu.  Heç  kəs  bizə  adam  vermirdi,  hətta  at  da 

vermirdilər,  Sultana  deyib  qırxa  yaxın  at  tapdı,  topların  zəncirlərini  açdırdı,  adam  yığdı,  bütün 

gün əlləşəndən sonra axşama yaxın, palçığa batıb qalması üçün dua edənlərin baxışları altında, 

atları qəzəblə qırmanclayaraq böyük silahımızı tərpətdi. Axşam da, silahımız ancaq uğursuzluq 

gətirmədiyini,  həm  də  əsgərlər  ürək-dirək  verdiyini  deyərək,  bizlərdən  qurtulmaq  istəyən 

paşalarla savaşdı, amma artıq hiss edirdim ki, zəfər qazanacağımıza inanmır. 

Gecə  çadırımızdaydıq,  əlimdə  səfərə  çıxanda  özümlə  götürdüyüm  ud  vardı,  çalışırdım  ki 

nəsə ifa edim, əlimdən alıb bir qırağa tulladı. Dedi ki, mənim  ağlım lazımdı onlara və soruşdu: 

bunu  özün  bilirsən?  Bilirdim.  Mənim  əvəzimə  onun  kəlləsini  istəsəydilər  daha  xoşbəxt 

olacaqmış. Bunu da hiss edirdim, amma heç nə demədim. Udumu yenə də götürəcəkdim ki, məni 

saxladı,  istədi  ki,  ölkəm  haqqında  danışım.  Padşaha  danışdığım  kimi,  bir  neçə  kiçik  və 

uydurulmuş əhvalat danışanda hirsləndi. Həqiqəti istəyirmiş, əsl təfərrüatları: anamı, nişanlımı, 

və  bacı-qardaşlarımı  soruşdu.  Mən  də  həqiqi  təfərrüatları  danışarkən  sözümü  kəsdi,  məndən 

öyrəndiyi italyan diliylə mənasını çox da başa düşmədiyim mənasız kəlmələr, qısa və yarımçıq 

cümlələr mızıldandı. 

Növbəti  günlərdə,  əvvəlcə  qüvvələrin  ələ  keçirdiyi  yandırılımış  düşmən  palankalarını 

(palanka  kiçik  qala,  hasar-  F.H)  görəndə  sonuncu  ümidlə  bəzi  qəribə  və  çirkin  düşüncələrə 

qapıldığını hiss elədim. Səhəri gün yandırılmış bir kəndin içindən yavaş-yavaş keçirdik, divarın 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

357 


dibində can verən  yaralıları  görən kimi atından düşüb onların  yanına qaçdı. Əvvəlcə elə bildim 

ki,  onlara  kömək  etmək  istəyir,  yanında  tərcüməçi  olsaydı,  sanki  onlardan  dərd-sərlərini 

soruşacaqdı,  uzaqdan  ona  baxırdım,  sonra  daha  da  aqresivləşdiyini  anladım,    bu  aqressivliyin 

səbəbini sanki  bilirdim, onlardan başqa şeylər də  soruşacaqdı.  Səhəri  gün Padşahla birgə  yolun 

sağında,  solunda  təmizlənmiş  palankaları,  kiçik  hasarları  görməyə  gedəndə  də  eynən  əvvəlki 

kimi  həyəcanlıydı.  Yerlə  bir  edilmiş  tikililərin,  top  atəşləri  ilə  deşik-deşik  edilmiş  taxta 

divarlarının  arasında,  başı  hələ  də  qopardılmamış  yaralını  görən  kimi  yanına  qaçırdı. 

Baxmayaraq ki, çoxları  düşünəcək ki, onu mən aldatmışam, bunu bilə-bilə, pis bir iş görməsin 

deyə,  bəlkə  də,  sadəcə  bayağı  bir  maraqla  arxasınca  gedirdim.  Bədənləri  mərmilərlə,  güllə 

deşikləriylə parçalanmış yaralılar, ölüm maskasını üzlərinə keçirməmişdən əvvəl sanki ona nəsə 

deyəcəkdilər: Xoca həmin sözü desinlər deyə hazırlaşırdı ki, onları sorğu-sual etsin, hər şeyi bir 

anda  dəyişdirəcək  o  dərin  həqiqəti  onlardan  öyrənəcəkdi,  amma  gördüm  ki,  ölümlə  qol-boyun 

olmuş o üzlərdəki  ümidsizliyi  həmin an öz ümidsizliyi  ilə müqayisə  etdi,  onlara  yaxınlaşdıqca 

heyrətdən yerindəcə donurdu. 

O gün axşamüstü heç cür alına bilməyən Doppio qalasının Padşahı əsəbiləşdirdiyini biləndə 

yenə də əvvəlki kimi coşquyla Sultanın yanına getdi. Qayıdanda narahat idi, amma sanki nədən 

şübhələndiyini bilmirdi. Sultan silahı döyüşdə istifadə etmək istədiyini, illərdir bu silahı bu gün 

üçün  hazırladığını  deyib.  Mənim  zənnimin  əksinə  olub  hər  şey,  Paşadan  da  silahın  istifadə 

olunma  vaxtının  gəldiyini,  amma  birinci  həmin  işi  tapşırdığı  Sarı  Hüseyn  Paşanı  gözləməli 

olduğunu    buyurub.  Bunu  niyə  deyib?  İllərdir  məndən,  yoxsa  özündən  soruşduğunu  başa  düşə 

bilmədiyim  suallaradan  biriydi:  hansı  səbəbdənsə  ona  artıq  yaxınlıq  hiss  etmədiyimi, 

narahatlıqdan  usandığımı  düşünürdüm:  özü  cavab  verdi.  Çünki  uğurlardan  ona  da  pay 

düşməsindən qorxurlarmış. 

 Bu cavabı, Sarı Hüseyn Paşanın qalanı ala bilmədiyini öyrəndiyimiz növbəti gün günortaya 

qədər özünü inandırmaq üçün bütün gücünü sərf etdi. Uğursuz və casus olduğum haqdakı dedi-

qodular  çox  yayıldığı  üçün,  artıq  Padşahın  çadırına  getmirdim.  Gecə  gündəlik  hadisələri  şərh 

etməyə  gedəndə,  Xoca,  Padşaha  –  göründüynə  görə  padşah  ona  inanırmış-  zəfər  və  xoşbəxtlik 

hekayələri  danışmağı  bacarıb.  Çadırımıza  qayıdanda,  ən  axırda  şeytanın  ayağını  qıracağına 

inanan birinin təvazökarlığını misal çəkmişdi. Təvazokarlığı yox, onu saxlamaq üçün sərf etdiyi 

zəhmətə diqqətlə yanaşaraq ona qulaq asdım. 

Yenə o əvvəlki hekayədən, bizlərdən, onlardan, gələcəkdəki zəfərdən danışdı, amma səsində 

bu hekayələrə uyğun olduğunu heç vaxt müşahidə etmədiyim bir hüzn vardı,  birgə yaşadığımıza 

görə  sanki  ikimizə  də  çox  yaxşı  məlum  olan  uşaqlıq  xatirəmizdən  danışırdı.    Udumu  əlinə 

götürəndə  də  səsini  çıxarmadı,  onu  naşı  kimi  dınqıldadanda  da.  Gələcəkdə  planlarımızın 

istiqamətini istədiyimiz yönə çevirəndə yaşayacağımız gözəl günlərdən danışdı, amma ikimiz də 

keçmişdən  danışdığını  bilirdik.  Gözümüzün  qarşısında  sanki  hansısa  həyətin  arxasındakı 

bağçanın  hüzrlu  ağacları,  işıl-işıl  işıqlandırılmış  isti  otaqlar,  qohum-əqrəbə  çoxluğuyla  seçilən 

yemək  masası  vardı.  İllərdir,  bura  birinci  dəfə  mənə  rahatlıq  verirdi,  burdakıları  çox  istədiyini, 

ayrılığın ona çətin olacağını deyəndə onun sözünə haqq qazandırdım. Bu insanlar haqqında bir 

qədər  düşünəndən  sonra,  öz  axmaqlarını  xatırlayaraq  hirslənəndə  də  ona  haqq  qazandırdım. 

Sanki  təvazökarlığı  diqqətəlayiq  bir şey deyildi,  bəlkə  də, lap  yaxın  vaxtlarda  yeni  həyatımızın 

olacağını ikimiz də hiss elədiyimiz üçün, bəlkə də, onun  yerində olsam eyni şeyləri edəcəyimi 

düşündüyüm üçün bu beləydi, bilmirəm. 

Səhəri  gün  silahımızı  sınamaq  üçün  yolumuzun  yaxınlığındakı  kiçik  düşmən  plankalarının 

birinə  sarı  gedəndə,  ikimiz  də  silahın  çox  böyük  iş  görə  bilməyəcəyini  qəribə  bir  instinktlə 

bilirdik. Padşah bizi dəstəkləsinlər deyə verdiyi  yüzə yaxın əsgər, silahın birinci atışında məhv 

oldular.  Bəzilərini  silah  özü  əzərək  parçaladı,  bəziləri  də  bir  neçə  qeyri-dəqiq  atışdan  sonra 

palçığa  batan  silahın  qoruyucusundan  kənarda  qalan  kimi  vuruldular.  Uğursuzluq  qorxusuyla 

çəkilən  adamları  isə  toplayıb  yeni  bir  hücuma  hazırlamalıydıq.  Yəqin  ki,  ikimiz  də  eyni  şeyi 

düşünürükmüş. 

Sonra  Gombul  Həsən  Paşanın  adamları,  palankanı  çox  da  itki  vermədən,  bir  saat  ərzində 

alanda  Xoca  o  dərin  bilgini,  yenidən  bu  dəfə,  zənnimcə,  mənim  də  çox  yaxşı  başa  düşəcəyimi 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

358 


ümidlə  təsdiq  etmək  istədi,  amma  palankanı  bütün  adamları  qılıncdan  keçirilmişdi,  yandırılan 

divarların arasında can verən bircə adam da yox idi. Padşaha göndərilməli olan kənara yığılmış 

başları görəndə, nə düşündüyünü o an anladım, bundan başqa onun bu işə maraqlı olmasına da 

haqq qazandırırdım, amma artıq bu vəziyyətə çatmış  hadisələrin şahidi olmaq istəmirdim. Ona 

arxamı çevirdim. Bir qədər sonra, marağıma məğlub olaraq yenə də baxanda, başların yanından 

uzaqlaşırdı, amma nə qədər irəli getdiyini öyrənə bilmədim. 

Günorta  vaxtı  biz  hücum  dəstəsinə  qayıdanda,  Doppionun  hələ  də  alınmadığını  dedilər. 

Sultan  əsəbiləşibmişdi,  danışırmış  ki,  Sarı  Hüseyn  Paşanı  cəzalandıracaqmış:  bütün  orduyla 

birgə  ora  gedirdik!  Padşah  Xocaya  deyib  ki,  axşama  qədər  qala  alınmazsa,  silahımız  sabahkı 

hücumda istifadə ediləcək. Onda balaca bir palankanı bütün gün ərzində ala bilməyən bacarıqsız 

bir  komandirin  boynunu  vurdurub.  Hücum  dəstəsinə  çatan  silahımızın  palanka  qarşısındakı  

bacarıqsızlığı,  ya  da  uğursuzluq  haqdakı  söz-söhbətləri  ilə  maraqlanmayıb  da.  Xoca  ancaq 

zəfərdən  ona  düşəcək  paydan  danışırdı,  demirdi,  amma  nə  düşündüyünü  bilirdim:  bundan 

əvvəlki  baş  münəccimlərin  axırını,  ya  da  uşaqlığımı  və  bağ  evimizin  həyətindəki  heyvanları 

xəyalımda  canlandıranda  onun  da  fikrndən  eyni  şeylərin  keçdiyini  bilirdim,  onun  da  qalandan 

gələcək  zəfər  xəbərinin  son  taleyimiz  olacağını  düşündüyünü,  amma  əslində  bu  taleyə 

inanmadığını,  onu  istəmədiyini,  heç  cür  ələ  keçirilə  bilməyən  qalanın  qəzəbiylə  yandırılan  bir 

kəndin  alovlar  içindəki  kiçik  bir  kilsənin  və  yanan  zınqırov  qülləsinin,  sonra  cəsur  keşişin 

mızıldandığı duanın yeni bir həyata çağırış olduğunu, quzeyə gedərkən solumuzdakı meşəliklər 

olan təpələrin arxasında batan günəşin mənim qədər onda da sakitcə və diqqətlə tamamlanmaqda 

olan hansısa hissdə qüsursuzluq duyğusu oyandırdığını bilirdim. 

Günəş  batandan  və  təkcə  Sarı  Hüseyn  Paşanın  bacarıqsızlığına  görə  yox,  Doppio  qalasına 

polyaklardan  başqa,  avstriyların,  macar  və  kazakların  da  köməyə  gəlməyini  öyrənəndən  sonra 

qalanı gördük. Yüksək bir təpənin üstündəydi, bayraqlı qüllələrinə batan günəşin az-maz qızıllığı 

düşümüşdü,  amma  bəyaz  idi,  bəmbəyaz  və  gözəl.  Hansı  səbəbdənsə  düşündüm  ki,  insan  belə 

gözəl  və əlçatmaz bir şeyi  ancaq  yuxusunda görə bilər. O  yuxuda, qaranlıq bir meşənin  içində 

burulan bir yolda, təpədəki aydınlıqda, bəyaz tikiliyə çatmaq üçün təlaşla qaçarsınız, sanki orda 

sizində  iştirak  etmək  istədiyiniz  əyləncə,  fövtə  vermək  istəmədiyiniz  xoşbəxtlik  var,  amma  hər 

an qurtaracağını zənn etdiyiniz yol qurtarmır ki, qurtarmır.  Qaranlıq meşəylə, yamacın ətəkləri 

arasındakı  düzənlikdə,  tez-tez  daşan  çayın  yaratdığı  çirkli  bataqlıq  olduğunu,  onu  aşa  bilən 

piyadalara, top atəşinin dəstək verməsinə baxmayaraq,  yamacı heç cür keçə bilmədiklərini mən 

öyrənəndə, bizi bura gətirib çıxaran yolu düşünürdüm. Sanki hər şey, üstündə quşların uçuşduğu 

bəyaz  qalanın,  getdikcə  qaranlıqlaşan  yamacın,  sakit  və  qaranlıq  meşənin  görünüşü  kimi 

qüsursuzdur: illərdir ki, təsadüf bilib yaşadığım çox şeyin, indi zərurət olduğunu, əsgərlərimizin 

qalanın  bəyaz  qüllələrini  heç  vaxt  ala  bilməyəcəklərini,  Xocanın  da  mənim  kimi  düşündüyünü 

bilirdim.  Səhər  hücüma  keçəndə,  silahımızın,  içindəki  və  yanındakı  adamları  ölümün  qucağına 

ataraq,  bataqlığa  batacağını,  sonra  uğursuzluq  haqqındakı  söz-söhbəti,  qorxunu  və  əsgərləri 

sakitləşdirmək üçün onların qabağına mənim kəlləmin atılmasını istəyəcəklərini də, Xocanın da 

mənim qədər proqnozlaşdırdığını bilirdim. İllər əvvəl, bir dəfə onu özü haqqında danışdırmaqdan 

ötrü  küyləyərək,  eyni  anda  eyni  şeyləri  düşünmək  vərdişinə  yiyələndiyim  bir  uşaqlıq  dostum 

haqqında danışdığımı xatırladım. Onun da həmin şeyləri düşündüyünə heç də şübhə eləmirdim. 

Gecə  gec  getdiyi  Sultanın  çadırından  qayıtmadı.  Çadırdakı  paşalara,  bu  günümüzü  və 

gələcəyi şərh etməsini istəyən Padşaha nə deyəcəyini çox yaxşı ehtimal etdiyimə görə, qəfil elə 

ordaca öldürüldüyünü və cəlladların bir az sonra mənə xəbər gətirəcəklərini fikrimdən keçirdim. 

Sonra çadırdan çıxıb, mənə xəbər verməmiş, birbaşa bəyaz divarları parıldayan qalaya getdiyini, 

növbətçilərin  gözündən  yayınaraq,  bataqlığı  və  meşəni  keçərək  çoxdan  çatdığını  xəyalımda 

canlandırdım. Çox da həyəcanlanmayaraq, yeni həyatımı düşünərək səhəri gözləyirdim ki, gəldi. 

Çadırdakılara ehtimal elədiyim şeyləri dediyini, çox sonra, illər sonra, onlarla diqqətlə və uzun-

uzadı  danışandan  sonra  öyrənə  bildim.  Mənə  heç  nə  danışmadı,  yola  çıxmamışdan  əvvəl 

təlaşlanan adam kimi tələsirdi. Dedi ki, çöldə qatı bir duman var, başa düşdüm. 

Gün çıxana qədər ona ölkəmdə qoyub gəldiklərimi, evimi necə tapa biləcəyimi, Empolidə, 

Florensiyada  necə  tanındığımızı,  anamı,  atamı,  qardaşlarımı,  onların  xarakterləri  haqqında 



Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin