Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə61/115
tarix25.04.2017
ölçüsü7,78 Mb.
#15742
1   ...   57   58   59   60   61   62   63   64   ...   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

334 


daxilindəki  simmetriyanı  qoruyaraq.  Baxışlarımı  da  təqlid  eləyirdi,  başımın  duruşunu,  aynada 

görmək  istəməməyimi,  qorxunun  marağı  ilə  gözümü  ondan  çəkə  bilməyərək  etdiyim  hərəkəti 

belə  təkrarlayırdı.  Sonra  dostunun  hərəkətini  və  sözlərini  yamsılayaraq  onu  hirsləndirən  uşaq 

kimi sevindi. Qışqırdı! Bildirdi ki, birgə öləcəyik. Düşündüm ki, necə də cəfəng bir şeydi. Amma 

qorxdum da. Bu onunla keçirdiyim gecələrin ən qorxuncuydu. 

Sonra  bildirdi  ki,  ta  əvvəldən  bəri  vəbadan  qorxurmuş,  hər  şeyi  məni  sınamaq  üçün 

edirmiş, Sadiq Paşanın cəlladları məni öldürmək üçün aparanda da vəziyyət beləymiş, başqaları 

bizi  bir-birimizə  bənzədəndə  də.  Sonra  dedi  ki,  ruhumu  ələ  keçirib,  eynən  bir  qədər  əvvəl 

hərəkətlərimi təqlid edərkən etdiyi kimi, artıq nə düşünürdümsə, o bilirdi, nəyi bilirəmsə, onu da 

düşünürmüş!  Sonra  elə  o  vaxt  nə  fikirləşdiyimi  soruşdu,  fikrimdə  ondan  özgə  bir  şey  yox  idi, 

dedim  ki,  heç  nə  düşünmürəm,  amma  mənə  qulaq  asmırdı,  çünki  öyrənmək  üçün  yox,  ancaq 

qorxutmaq üçün danışırdı, öz qorxusuyla oynamaq üçün, o qorxudan mənə də pay düşsün deyə 

danışırdı.  Tənhalığını  hiss  etdikcə  pislik  etmək  istədiyini  sezirdim,  əlimi  üzümüzə 

toxundurarkən,  o  qəribə  oxşarlığın  tilsimiylə  məni  dəhşətə  salmaq  istəyərkən  və  məndən  daha 

çox özü həyəcanlanıb coşarkən pislik etmək istədiyini düşünürdüm. Fikirləşirdim ki, pisliyi qəfil 

etməyə könülü razı olmadığı üçün, çiynimi sıxaraq məni aynanın qarşısında saxlayır, amma onu 

tamamilə axmaq və çarəsiz biri kimi qəbul edirdim. Haqlıydı, dediklərini və etdiklərini mən də 

demək  və  etmək  istəyirdim,  məndən  əvvəl  hərəkətə  keçib  vəbanın  və  aynanın  daxilindəki 

qorxuyla oynaya bildiyi üçün onu qısqanırdım. 

Amma  o  qədər  qorxmağıma  görə,  özümlə  əlaqəli  daha  əvvəl  düşünmədiyim  şeyləri 

bildiyim  üçün  fikir  eləsəm  də,  bu  oyun  hissindən  heç  cür  qurtula  bilmədim.  Çiynimi  sıxan 

barmaqları  kobud  idi,  amma  aynanın  qabağından  çəkilmirdim.    Xoca  dilləndi:  ”Mən  də  sənin 

kimi olmuşam. Artıq bilirəm ki, necə qorxursan. Mən sənə çevrildim”.  Dediyini başa düşdüm, 

amma bu gün yarısının doğru olduğundan şübhə eləmədiyin bu hal cəfəng və uşaqcasına bir şey 

kimi  göründü  mənə.  İddia  edirdi  ki,  dünyanı  da  mənim  kimi  görür.  Yenə  də  “onlar,  onlar” 

deyirdi,  indi  “onlar”  necə  düşünür,  necə  eşidir  və  necə  anlayırlar.  Baxışını  aynadan  kənarda 

tutaraq lampanın işıqlandırdığı yarı qaranlıq masaya, bardaqlara, kürsülərə, nəsnələrə zilləyərək 

bir az danışdı. Sonra dedi ki, daha əvvəl görmədiyi üçün demədiyi şeyləri, indi deyə bilir, amma 

mən  düşünürdüm  ki,  səhv  eləyir:  Kəlimələr  də  həminki  kəlmələrdi,  nəsnələr  də.  Təzə  olan 

yeganə şey qorxusuydu. O da yox, qorxunu yaşamaq tərzi, amma bu tərzin necə bir şey olduğunu 

indi açıq şəkildə yazmayacağam, aynanın qarşısında  fikirləşdiyi bir şey, yeni bir oyun olduğunu 

düşünürdüm. Sanki öz istəyindən başqa bir şeyin,  bu oyunu da bir  yana qoyaq, tez-tez fikri o 

qırmızı çibanda qalırdı və soruşurdu ki, bu böcək dişləyinin yeridir, yoxsa vəbadır. 

Bir  ara  hər  şeyə  mənim  qaldığım  yerdən  davam  etmək  istədiyini  dedi.  Hələ  də 

yarıçılpaqdıq və aynanın qarşısından çəkilməmişdik. O mənim yerimə keçmişdi, mən də onun, 

bunun  üçün  paltarlarımızı  dəyişdirməyimiz  və  o  saqqalını  kəsəndən  sonra  mənim  taxmağım 

kifayət imiş. Bu fikir, aynadakı oxşarlığımızı daha da ürküdücü etdi, əsəblərim əməllicə gərildi, 

qulaq  asdım:  O  vaxt,  mən  onu  azad  etməliyəmmiş:  Mənim  yerimə  keçən  o,  mən  yaşadığım 

ölkəyə  qayıdanda  görəcəyi  işləri  ləzzətlə  danışdı.  Uşaqlığım  və  gəncliyim  haqda  ona 

danışdıqlarımın  hamısını,  ən  kiçik  detallarına  qədər  yadında  saxladığını,  o  detallardan,  özünə 

görə qəribə və həqiqətdən uzaq bir xəyal aləmi qurduğunu görərək təəccübləndim. Sanki həyatım 

öz ixtiyarımdan çıxaraq onun əlində başqa yönlərə sürütlənir, mənim də başıma gələnləri yuxu 

kimi görüb uzaqdan baxmaqdan başqa, əlimdən heç nə gəlmirdi. Amma mənim əvəzimə ölkəmə 

edəcəyi səyahətin və orda yaşayacağı həyatın gülünc bir qəribəliyi və saflığı vardı ki, məni ona 

tamamilə inanmağa qoymurdu. Bir yandan da xəyali dəqiqliyindəki tutarlığa da təəccüblənirdim. 

İstəyirdim deyəm ki, belə də ola bilər, belə də yaşaya bilərəm. O vaxt Xocanın həyatı ilə əlaqəli 

daha  dərin  bir  şeyi  birinci  dəfə  başa  düşdüm,  amma  ovqatım  eləydi  ki,  bunun  nədən  ibarət 

olduğunu  deyə  bilməzdim.  Ancaq  illərdir  ki,  düşündüyüm  əvvəlki  həyatımda  etdiklərimi 

təəccüblə dinləyərək, vəbanın qorxusunu unutdum. 

 Amma  bu  hal  çox  davam  eləmədi.  Xoca  istəyirdi  ki,  bu  dəfə  onun  yerinə  keçəndə  nə 

edəcəyimi  deyim.  Bənzəmədiyimizə  və  çibanın  böcək  dişləyi  olduğuna  inanaraq,  o  qəribə 

vəziyyətdə  ayaq  üstə  qalmaq  əsəblərimi  o  qədər  pozmuşdu  ki,  ağlıma  heç  nə  gəlmədi.  Təzyiq 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

335 


göstərəndə  isə  bir  vaxtlar,  ölkəmə  qayıdanda  xatirələrimi  yazmaq  istədiyimi  dedim:  O  vaxt, 

bəlkə də, nə vaxtsa, fikrimdən keçənlərdən yaxşı bir hekayə yazacağımı deyəndə qəfil aşağıladı 

məni.  Onun  məni  tanıdığı  qədər  mən  onu  tanımırammış!  Məni  itələyib  aynanın  qarşısına  özü 

keçdi. Yerimə keçən kimi mənim başıma gələnləri deyəcəkmiş! Əvvəlcə çibanın vəba çıxıntısı 

olduğunu  dedi:  öləcəyəmmiş.  Sonra  ölümdən  əvvəl  necə  də  ağrılar  içində  qıvrılacağımdan 

danışdı, indiyə qədər fərqinə varmadığım üçün hazırlıqsız olduğum qorxu, ölümdən də betərimiş. 

Xəstəliyin  ağrıları  ilə  necə  boğuşacağımı  deyərkən  Xoca  artıq  aynanın  qarşısından  çəkilmişdi, 

bir  qədər  sonra  baxanda  isə  yerə  sərilmiş  dağınıq  yatağına  uzanıb,  çəkəcəyim  ağrı  və  əzablar 

haqqında danışırdı. 

Hansı səbəbdənsə artıq şişin ancaq bir böcək dişləməsi olduğunu düşünürdüm, amma yenə 

də  qorxurdum.  Əli  qarnının  üstündəydi,  düşündüm  ki,  sanki  əli  danışdığı  o  ağrının  da 

üstündəydi.  Düz  həmin  vaxtda  çağırdı,  qorxa-qorxa  yanına  getdim  və  həmin  an  da  peşman 

oldum, əlini yenə mənə sürtürdü. 

Bütün gecə belə davam elədi. Xəstəliyi və qorxunu  mənə də keçirməyə çalışarkən mənim 

o, onun da mən olduğumu dəqiqəbaşı təkrarlayırdı. Fikirləşirdim ki, özündən kənara keçib özünə 

nəzər  salmaqdan  ləzzət  apardığına  görə  beləydi,    yuxudan  oyanmaq  istəyən  bir  adam  kimi  öz-

özümə  təkrarlayırdım:  oyun  oynayır,  çünki  bu  sözü  özü  də  deyirdi,  amma  digər  tərəfdən  də 

yavaş-yavaş  təkrarlayırdı:  isti  bir  otaqda  adam  boğan  sözlərin  qorxusuyla  karıxan  adam  kimi 

yox, bədənində şikəstlik olan adam kimi təkrarlayırdı. 

Günəş  çıxarkən  ulduzlardan  və  ölümdən,  uydurma  qənaətlərindən,  Padşahın 

axmaqlığından,  ən  vacibi  nankorluğundan,  öz  əziz  axmaqlarından,  “bizlərdən”  və  “onlardan”, 

başqa  bir  adam  olmaq  istəməyindən  danışırdı!  Artıq  qulaq  asmırdım,  həyətə  çıxdım.  Hansı 

səbəbdənsə  ağlıma,  ölümsüzlük  haqqında  qədim  bir  kitabda  oxuduğum  düşüncələr  gəlmişdi. 

Cökə  ağaclarının  içində  çikkiləşərək  uçuşan  sərçələrdən  başqa,  çöldə  heç  bir  hərəkət  yox  idi. 

Təəccübləndirici  bir  sükunət  hökm  sürürdü,  İstanbuldakı  digər  otaqları  və  vəbaya  yoluxmuş 

xəstələri  düşündüm.  Xocanın  xəstəliyi  vəbadırsa,  ölənə  qədər  belə  davam  edəcək,  yox  əgər 

deyilsə, o qırmızı şiş itənə qədər olacaq deyə düşündüm. Artıq hiss edirdim ki, bu evdə çox da 

qala  bilməyəcəyəm.  Evə  girərkən  hara  qaça  biləcəyim  və  harda  gizlənəcəyimi  bilmirdim. 

Xocadan  və  vəbadan  uzaq  olan  bir  yeri  xəyalımdan  keçirirdim.  Bir  neçə  dəst  paltarımı  bir 

torbaya  basarkən,  bircə  bu  yerin  ələ  keçməmiş  qaça  biləcəyim  qədər  yaxın  olmalı  olduğunu 

bilirdim. 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

O  vaxtlar  Xocadan  az-az  oğurlayaraq  bir  az  pul  toplamışdım,  ordan-burdan  qazandığım 

pullar  da  vardı.  Evdən  çıxmamışdan  əvvəl  onları  gizlədiyim  yerdən,  artıq  heç  oxumadığım 

kitablar olan  yerdə qoyulmuş sandıqdakı çorabımdan götürdüm. Marağa qapıldığım üçün sonra 

Xocanın  otağına  getdim,  lampa  yanırdı,  tərin  içindəydi  və  yuxu  aparmışdı  onu.  Heç  vaxt  tam 

inanmadığım o sehrli oxşarlıq  yenə də vardı, mən bütün gecə qorxudan aynanın kiçikləşdiyinə 

təəccübləndim. Heç bir şeyə toxunmadan tələm-tələsik evdən çıxdım, prospektin boş küçələrində 

yeriyərkən  xəfif  külək  əsdi,  istədim  ki,  əllərimi  yuyum,  bilmirdim  ki,  hara  gedim,  amma 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

336 


halımdan  razı  idim.  Səhərin  sükutunda  küçələrdə  yerimək,  dənizə  tərəf  yoxuşlardan  enmək, 

çeşmələrdə əllərimi yumaq, Xaliçi seyr eləmək xoşuma gəlirdi. 

Heybəliada  haqqında  ilk  dəfə  oradan  İstanbula  gəlmiş  gənc  bir  rahibdən  eşitmişdim. 

Qalatada  qarşılaşanda  mənə  həvəslə  adaların  gözəlliyindən  danışmışdı.  Yəqin  ki,  fikrimdə 

qalıbmış,  məhəllədən  çıxarkən  ora  gedəcəyimi  bilmirdim.  Danışdığım  qayıqçılar  və  balıqçılar 

məni adaya aparmaq üçün ağılasığmaz dərcədə pul istədilər, narahat oldum, düşündüm ki, qaçaq 

olduğumu  başa  düşdülər,  Xocanın  arxamca  yollayacağı  adamlara  da  yerimi  deyəcəklər! 

Sonradan bunun vəbadan qorxduqları üçün alçaltdıqları xristianlara verdikləri göz dağı olduğunu 

yəqinləşdirdim.  Çox  da  diqqəti  cəlb  etməmək  üçün  danışdığım  ikinci  qayıqçı  ilə  razılşdım. 

Güclü-qüvvətli  bir  adam  deyildi,  avarlardan  yapışmaqdansa  söhbət  edir,  vəbanın  hansı 

günahların  cəzası  olduğu  haqda  danışırdı.  Vəbadan  qaçmaq  üçün  adaya  sığınmağın  da  kara 

gəlməyəcəyini dedi.  Danışarkən onun da,  mənim  qədər qorxduğunu başa  düşdüm. Yol altı  saat 

davam elədi.  

Sonralar  düşündüm  ki,  adada  xoşbəxt  günlər  keçirirəmmiş.  Az  miqdarda    pul  verərək, 

kimsəsiz  bir  Rum  balıqçısının  evində  qalırdım,  çalışırdım  ki,  çox  da  ortalıqda  görünməyim, 

narahat  deyildim.  Bəzən  düşünürdüm  ki,  Xoca  ölüb,  bəzən  də  arxamdan  göndərəcəyi  adamları 

düşünürdüm. Mənim kimi vəbadan qaçan çox xristian vardı, amma onlara görünmək istəmirdim. 

Səhərlər  balıqçıyla  birgə  dənizə  çıxır,  axşamüstü  qayıdırdım.  Bir  ara  nizəylə  vuraraq  

xərçəng və balıq ovuna  meyil saldım.  Hava balığa çıxmayacaq qədər pisdirsə, adanın  ətrafında 

gəzinirdim,  monastra  girib  asmaların  altında  bəzən  şirin-şirin  yatırdım.  Bir  də  əncir  ağacına 

söykənmiş  çardaq  vardı,  hava  açıq  olan  günlərdə  ordan  Ayasofya  görünürdü,  ağacın  altında 

oturub  İstanbula  baxaraq  saatlarla  xəyala  dalırdım,  bir  dəfə  yuxumda  adaya  gələrkən  qayıqla 

bərabər  gedən  delfinlərlə  birgə  Xocanı  görmüşdüm,  onlara  dost  idi,  məni  soruşurdu,  deməli, 

izimə düşmüşdü, növbəti dəfə anamla bir yerdə idilər, mənə irad tuturdular, soruşurdular ki, niyə 

gənc qalmışam.  Üzümə  düşən gündən tərləyərək oyanandan sonra bu  yuxulara təkrar qayıtmaq 

istəyir, qayıda bilməyəndə isə özümü məcbur edərək düşünürdüm: Bəzən düşünürdüm ki, Xoca 

ölüb,  tək  gəldiyim  boş  evin  içindəki  ölünü,  cəsədi  qaldırmağa  gələnləri,  kimsəsiz  cənazənin 

səssizliyini,  sonra  isə  kahinliyimi  düşünürdüm,  sevinlə  uydurduğu  o  əyləncəli  şeyləri,  nifrət  və 

qəzəblə  uydurduqlarını  da,  Padşahı  da,  padşahın  heyvanlarını  da  düşünürdüm,  nizəmi 

kürəklərindən  soxub  qarınlarından  çıxardığım  xərçəng  və  balıqlar  belə  gündüz  qurduğum 

xəyallara  bədənlərini yavaş-yavaş oynadaraq həmrəy olardılar. 

Yavaş-yavaş  özümü  inandırmağa  çalışırdım  ki,  ölkəmə  qaça  bilərəm.  Bunun  üçün  adanın 

qapısı-bacası  açıq  evlərindən  pul  oğurlamağım  kifayət  idi,  amma  daha  əvvəl  Xocanı 

unutmalıydım,  bu  əsas  şərt  idi.  Çünki  qəfil  başıma  gələnlərin  tilsiminə,  xatirələrin 

cazibədarlığına  qapılırdım:  Az  qalsın  ki,  eynilə  mənə  bənzəyən  bir  insanı  ölümlə  üz-üzə 

qoyduğum  üçün  özümü  günahlandıracaqdım.  İndiki  kimi  onu  arzulayaraq  darıxırdım,  mən, 

həqiqətən, xatirələrimdə olan insana nə qədər bənzəyirdim, yoxsa özümü aldadırdım, sonra bu on 

bir  ildə  bir  dəfə  də  olsun  üzünə  doya-doya  baxmadığmı  yəqinləşdirdim,  əslindəsə,  həmin  şeyi 

çox etmişdim. İstəyirdim ki, İstanbula gedib cəsədinin üzünə sonuncu dəfə bir də baxım. Azad 

ola  bilmək  üçün  aramızdakı  oxşarlığın  səhv  xatırlanan  bir  an,  unutmalı  olduğum  lazımsız  bir 

yanılma olacağına özümü inandırmışdım, qərar verdim ki, buna vərdiş eləməliyəm. 

Yaxşı  ki,  vərdiş  eləməmişəm.  Çünki  bir  gün  bir  də  gördüm  ki,  Xoca  qarşımda  dayanıb! 

Balıqçının  həyətinin  arxasında  uzanıb,  qapalı  gözlərimi  günəşə  çevirib,  xəyal  qururdum, 

kölgəsini hiss elədim, qarşımda dayanıb gülümsəyirdi. Oyunu udmuş bir adam kimi yox, sanki 

məni  çox  istəyən  bir  adam  kimi  görünürdü.  Məni  qorxuya  salacaq  qədər  qeyri-adi  bir  razılıq 

vardı  görkəmində.  Bəlkə  də,  gizli  şəkildə  mən  də  bunu  gözəyirəmmiş:  Çünki  tezcə  tənbəl 

kölənin,  boyun  əyən  kənizin  günahkarlıq  hissinə  büründüm.  Getmək  üçün  hazırlaşarkən 

Xocadan nifrət eləmək əvəzinə, özümə xor baxırdım. Balıqçıya olan borcumu da o ödədi. Yanına 

iki  adam  götürüb,  qoşa  qayıqlarla  gəliblər,  tez  qayıtdıq.  Hava  qaralmamış  evdəydik,  evin 

qoxusundan ötrü darıxmışammış. Ayna da divardan götürülmüşdü. 

Səhəri  gün  Xoca  məni  yanına  çağırıb  dedi:  Günahım  çox  ağır  imiş,  ancaq  qaçdığım  üçün 

yox,  bir  böcək  dişləyini  vəba  çıxıntısı zənn  edib  onu  ölüm  ayağında  qoyub  getdiyimə  görə  də 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

337 


günahkardım,  məni  cəzalandırmaq  üçün  ürəyi  axırmış,  amma  indi  vaxtı  deyilmiş.  Danışdı  ki, 

Padşah  bir  həftə  əvvəl,  nəhayət,  Xocanı  çağırıb  bu  vəbanın  nə  vaxt  bitəcəyini,  daha  neçə  can 

alacağını,  öz  canının  təhlükədə  olub-olmamağını  soruşub.  Çox  həyəcanlanan  Xoca  hazırlıqsız 

olduğu üçün ümumiləşdirilmiş cavablar verib, ulduzlarla işləməli olduğunu deyərək vaxt istəyib. 

Suyu  süzülə-süzülə  evə  qayıdıb,  padşahın  marağını  necə  azaltmaq  lazım  olduğunu 

müəyyənləşdirə bilmirmiş. Beləliklə, qərar alıb ki, məni gətirsin.  

Adada olduğumu  çoxdan bilirmiş, mən qaçandan sonra soyuqlayıb,  üç  gün sonra  arxamca 

düşüb,  balıqçıların  orda  izimi  tapdığını  bilib,  bir  az  pul  görən  kimi  boşboğaz  qayıqçı  məni 

Heybəlidə  gördüyünü  deyib,  Xoca  adalardan  özgə  yerə  qaça  bilməyəcəyimə  görə  arxamca 

gəlməyib.  Padşahla  qurduğu  bu  sonuncu  əlaqənin  həyatının  ən  vacib  fürsəti  olduğunu  deyəndə 

haqlı olduğunu bildirdim. Açıq-aşkar mənim bilgimə ehtiyacı olduğunu dedi. 

Tez  işləməyə  başladıq.  Xocada  məqsədini  tam  aydınlaşdırmış  bir  insanın  qərarlılığı  hiss 

olunurdu,  bundan  əvvəl  heç  vaxt  görmədiyim  bu  sərtlik  xoşuma  gəlirdi.  Səhəri  gün  yenə 

çağırılacağını  bildiyimiz  üçün  qərara  aldıq  ki,  vaxt  qazanaq.  Üstündə  işləmək  üçün  tez 

razılaşdığımız ekperiment xarakterli işə çox da elm sərf etməməli, fəqət, çəkdiyimiz zəhmət tez 

bir zamanda özünü doğrultmalı idi. Xoşladığım o iti dərrakə Xocanı, “kahinlik bir şeytanlıqdır, 

amma axmaqlıqları əhatələmək üçün çox yaxşı istifadə oluna bilər” ifadəsini doğrultmağa imkan 

verirdi.  Görünür, Xoca danışdıqlarıma qulaq asarkən vəbanın ancaq sağlamlığa fikir verməklə 

qarşısının  alınması  mümkün  olan  fəlakət  olduğunu  təsdiqləyirdi.  O  da  mənim  kimi,  fəlakətin 

Allahla bağlı olduğunu inkar eləmirdi, amma bu fikir birbaşa deyildi, buna görə də  biz ölümlülər 

də  əl-qolumuzu  çırmalayıb  fəlakətə  qarşı  nəsə  edə  bilərdik  və  bu  Allahın  qüruruna  heç  də 

toxunmazdı.  Həzrəti  Ömər  də,  Əbü  Übeydiyi  ordunu  vəbadan  qorumaq  üçün  Suriyadan 

Mədinəyə  çağırmamışdımı?  Xoca  Padşahı  qorumaq  üçün  ondan  tələb  edəcəkdi  ki,  heç  olmasa 

başqaları  ilə  əlaqəsini  bir  qədər  azaltsın.  Demək  olmaz  ki,  fikrimizdən  bu  tədbirləri  görmək, 

Padşahı məcbur etmək üçun onun ürəyinə ölüm qorxusu salmaq keçmədi, amma bu təhlükəliydi: 

Sultan  poetik  bir  ölüm  təsviri  ilə  qorxudulacaq  qədər  də  tək  buraxılmırdı,  Xocanın 

boşboğazlığından təsirlənsə də, ətrafındakı adamlara qorxusunu danışsa da, ətrafında qorxusuna 

güc gələ biləcək insanlar vardı, sonra bu üzsüz axmaqlar, hər an Xocanı dinsiz kimi günahlandıra 

bilərdilər. Buna görə də mənim ədəbi məlumatıma əsaslanaraq bir əhvalat uydurduq. 

 Xocanın  gözünü  ən  çox  qorxudan  şey  vəbanın  nə  vaxt  bitəcəyini  müəyyənləşdirmək  idi.  

Başa  düşdüm  ki,  gündəlik  olan  ölüm  rəqəmləri  ilə  işləməliyik,  bunu  Xocaya  deyən  də  çox  da 

təsirlənmədi, bu haqda rəqəmlər əldə edə bilmək üçün Padşahdan kömək istəyəcəkdi, amma bu 

da başqa bir əhvalatla ört-basdır olunacaqdı. Statistikaya o qədər inanmıram, amma başqa çıxış 

yolumuz da yoxdur. 

O  səhəri  gün  saraya  getdi,  mən  də  şəhərin  və  vəbanın  içinə  əvvəlki  kimi  vəbadan  yenə  də 

qorxurdum,  amma  fəallığın  və  həyatın  şiddəti,  dünyanı  az  da  olsa  ələ  keçirmək  istəyi  ağlımı 

əlimdən almışdı. Küləkli və sərin bir  yay  günüydü, ölənlərin və ölülərin marağıyla  gəzinərkən 

düşündüm:  uzun  illərdir  ki,  həyatı  bu  qədər  sevə  bilməmişəm.  Məscidlərin  tualetlərinə  girir, 

kağıza  tabutların  sayını  yazır,  sonra  məhəllədə  gəzinərək  gördüklərimlə  ölülərin  sayı  arasında 

əlaqə  qurmağa  çalışırdım.  Bütün  evləri,  insanları,  insan  izdihamını,  şadlığı,  sevinci  və  kədəri 

mənalandırmaq  asan  deyildi.  Üstəgəl,  qəribə  bir  mənəvi  aclıqla  gözüm  təsvirlərdə  qalırdı- 

başqalarının  həyatına,  bir  evin  içində  öz  sirlərini  və  gözəl  günlərini  bölüşən  insanların 

xoşbəxtliyinə, çarəsizliyinə, qayğısızlığına baxırdım. 

 Günortaya az qalırdı, insan izdihamının və ölülərin təsirli sehriylə qarşıdakı sahilə, Qalataya 

keçdim,  limanın  ətrafındakı  işçilər  oturan  çayxanaların  yaxınlığında  gəzindim,  çəkinə-çəkinə 

tütün  çəkdim,  sırf  dərk  etmək  istəyi  ilə  aşxanada  yemək  yedim,  bazarlara  getdim,  dükanlara 

girdim.  Hər  şeyi  bir-bir  beynimə  yazmaq  istəyirdim  ki,  bir  nəticə  çıxarda  bilim.  Axşamın 

qaranlıq düşəndən sonra yorğun-arğın evə qayıtdım, saraydan qayıdan Xocaya qulaq asdım. 

İşlər  qaydasında  gedib.  Uydurduğumuz  əhvalat  Padşahın  beyninə  batıb.  Vəbanın  eynən 

şeytan kimi, insan cildinə girib onu aldatmaq istəyəcəyi Padşahın ağlına batıb, qərar verib ki, hər 

yad  adamı  saraya  qoymayın,  giriş-çıxışlar  isə  ciddi  nəzarətə  alınıb,  vəbanın  nə  vaxt  və  necə 

qurtaracağı sualı soruşulanda Xoca elə dil töküb ki, Padşah şəhərin içində sərxoş kimi gəzinən 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

338 


Əzraylı gözünün önündə canlandıra biləcəyini qorxuyla deyib, gözü tutan adamları əli ilə tutub 

itələyirmiş. Xoca tez təlaşla düzəliş verib: O, əzrayıl yox, insana ölümü təlqin edən şeytan imiş. 

Həm  də  sərxoş  yox,  çox  hiyləgərimiş.  Xoca  ona  planlaşdırdığımız  kimi,  şeytanla  mübarizə 

aparmalı  olduğunu  da  deyib.  Vəbanın  şəhərdən  nə  vaxt  əl  çəkəcəyini  anlamaq  üçün  haralarda 

gəzindiyini  görməliydilər.  Ətrafındakılardan  vabayla  mübarizə  aparmağın  Allaha  qarşı  çıxmaq 

olduğunu    deyənlər  olubsa  da,  Padşah  çox  da  fikir  verməyib,  sonra  bir  də  heyvanları  soruşub: 

şahinlərinə, qızıl quşlarına, aslanlarına, meymunlarına şeytan ilişə bilərdimi? Xoca tez şeytanın 

insanlara  insan  cildində,  heyvanlara  da  siçan  cildində  göründüyünü  deyib.  Sultan  vəba 

yoluxmamış  uzaq  bir  şəhərdən  beş  yüz  pişik  gətirilməsini,  Xocaya  da  istədiyi  qədər  adam 

verilməsini buyurub. 

Əmrimizdə  olan  on  iki  adamı  tez  bir  zamanda  İstanbulun  dörd  bir  tərəfinə  göndərdik,  

məhəllə-məhəllə gəzib, gördüklərini və ölülərin sayını bizə bildirdilər. Masamızın üstünə mənim 

başqa kitablardan  əxz edərək cızdığım  qaba bir  İstanbul xəritəsini sərmişdik. Gecələr vəbanın 

harda gəzindiyini əritənin üstünə qorxu və ləzzətlə işarələyər, Sultana deməli olduğumuz fikirləri 

planlaşdırardıq. 

Əvvəlcə çox da nikbin deyildik. Vəba şəhərdə hiyləgər şeytan kimi yox, məqsədsiz bir avara 

kimi dolaşırdı. Bir gündə Ağsarayda qırx can alır, sonra oradan uzaqlaşıb sonrakı gün Fatihə baş 

çəkirdi və bir də görürdün ki, qarşıdakı sahildə, Topxanada, Cahangirdə yayıldığı məlum olurdu, 

səhəri gün bir də baxırdıq ki, oralarada da çox az yayılıb, Zeyrəkdədir, Xaliçdən görünən bizim 

məhəlləmizə  girib  iyirmi  nəfəri  öldürüb.  Ölülərin  sayından  da  heç  nə  başa  düşə  bilmirdik,  bir 

gün beş yüz adam ölürdü, səhəri günü isə yüz. Vəbanın qurbanını harda öldürdüyünü yox, ilkin 

vəziyyətdə harda ələ keçirdiyini öyrənməli olduğumuzu başa düşəndə çox vaxt keçmişdi, Padşah 

yenə də Xocanı çağırırdı. Götür-qoy elədik, qərara aldıq ki, Xoca Padşaha vəbanın insanların çox 

baş  çəkdiyi  satış  məntəqələri  olan  yerlərdə,    insanların  bir-birini  aldatdığı  bazarlarda,  yaxın 

əyləşib söz-söhbət elədikləri çayxanalarda gəzindiyini desin. Getdi və axşam da qayıtdı.  

Padşaha deyib. Padşahsa sual verib:  “Nə edək?”. Xoca deyib ki, bazar-güzar, şəhər içindəki 

gediş-gəliş dəyənək zoru ilə məhdudlaşdırılsın.  Sultanın  ətrafındakı  o çoxbilmişlər təbii ki,  tez 

bu  fikirə  qarşı  çıxıblar:  Şəhər  maddi  ehtiyacını  necə  ödəyəcəkmiş,  ticarət  dayansa,  həyat  da 

dayanacaqmış, vəbanın insan cildində gəzindiyini eşidənlərin qorxudan zəhri yarılıb, qiyamətin 

çatdığına  inanıblar,  sonra  kimsə  içində  vəba  şeytanının  gəzindiyi  məhəllədə  özünü  həbs 

etməyəcəyini iddia edərək, üsyan edib. ”Haqlıydılar”,- Xoca dedi. Bu vaxt bir axmaq da xalqı bu 

qədər sıxan bir adamı hardan tapacaqlarını soruşanda Padşah hirslənib, onun gücündən şübhəyə 

düşənləri  cəzalandıracağını  deyərək  hamını  qorxudub.  Bu  qəzəblə  də  Xocanın  dediklərinin 

edilməsini buyurub, amma ətrafındakı adamlarla da məsləhətləşməyi unutmayıb. Baş münəccim 

Sıdqı Əfəndi diş bülövlədiyinə görə xatırladıb ki, hələ vəbanın İstanbuldan nə vaxt sovuşacağını 

deyə  bilməz.  Sultanın  onun  fikrini  təsdiqləməyindən  qorxan  Xoca  gələn  dəfə  gələndə  təqvimi 

gətirəcəyini deyib. 

Masanın üstündəki xəritəni işarələr və rəqəmlərlə doldurmuşduq, amma, vəbanın hansı ağıla 

uyaraq şəhərdə gəzindiyini heç cür başa düşə bilmirdik. Həmçinin Padşahın qadağası da reallaşdı 

və üç gündən artıq davam elədi. Bazarın girişlərini, əsas prospektləri, gəmi limanlarını blokadaya 

alan yeniçərlər gəlib keçəni sıxışdıraraq “Kimsən? Hara gedirsən? Niyə gedirsən?”, deyə sorğu-

sual  edirdilər.  Ürkək,  təəccüblü  yol  adamları,  boş-boş  gəzinən  insanları  daban  əlli  altı  evlərinə 

yollayıblar  ki,  vəba  onlara  dəyməsin.  Bazarda,  un  dəyirmanında  gündəlik  yaşam  tempinin 

yavaşıdığını öyrənəndə son bir aydır topladığımız ölüm rəqəmlərini kağıza yazıb, divardan asıb 

düşünürdük.  Xocaya  görə,  vəbanın  hansısa  məntiqə  əsasən  hərəkət  edəcəyini  hədər  yerə 

gözləyirdik, başımızı salamat saxlamaq üçün nəsə uydurub Padşahın başını qatmalıydıq. 

İcazə kağızı üsulu da bu ərəfədə yarandı. Yeniçər öz  ağası ticarət dayanmasın və şəhər əhli 

ərzaqla təmin olunsun deyə lazım bildiyi adamlara icazə kağızı paylayırlarmış. Bundan çox pul 

qazandığını  və  xəracdan  asılı  olmaq  istəməyən  kiçik  tacirin  də  üsyan  eləməyə  hazırlaşdığını 

öyrənəndə, mən birinci dəfə ölüm rəqəmlərində də məntiq olduğunu başa düşməyə başlamışdım. 

Baş  vəzir  Köpürlünün  tacirlə  əlbir  olub  hazırlayacağı  planları  nəql  edən  Xocaya  olacaqları 


Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin