Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə73/115
tarix25.04.2017
ölçüsü7,78 Mb.
#15742
1   ...   69   70   71   72   73   74   75   76   ...   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

405 


lazımdır. 

Bir qədər uzaqdan səs-küy salıb uzaqlaşan pikapın səsi eşidildi. 

- Hə, bir az dincələk? 

- Olmaz, hamıya baş çəkəndən sonra, səbətlərilə geri qayıdacaqlar… 

- Eybi yox, qalanını sabaha da saxlamaq olar… 

O, əlini yelləyib qalxdı və evə tərəf getdi, qadının isə onun arxasınca getmək fikri yox idi. 

- Belə yaramaz. Heç olmasa, bir dəfə bellə evin həndəvərin dolanmaq lazımdır. 

- Evin həndəvərində? 

- Əlbəttə. Məgər imkan vermək olarmı ki, ev uçsun?.. Axı qum hər tərəfdən axır… 

- Onda biz gərək səhərədək burda əlləşək. 

Qadın meydan oxuyurmuş kimi cəld çevrildi və qaçdı. Görünür, yarğana qayıdıb işinə davam 

etməyə hazırlaşırdı. Hazır qabarböcəyidi ki, durub, deyə kişi fikirləşdi. Hər şey aydındı, məni 

belə şeylərlə yoldan çıxarmaq olmaz. 

- Dəhşətdir! Hər gecə də belə, hə? 

- Qum dincəlmir və dincəlməyə də qoymur… Səbətlər də, maşın da bütün gecəni 

hərəkətdədirlər. 

- Hə, görünür ki, belədir… 

Hə, sözsüz ki, belədir. Qum heç vaxt dincəlmir, heç vaxt da dincəlməyə qoymur. Kişi özünü 

itirdi. Onda belə bir təəssürat yarandı: elə bil birdən müəyyən etdi ki, balaca və ziyansız hesab 

etdiyi, quyruğunu düşünmədən tapdaladığı ilanın gözlənilmədən nəhəng olduğu aşkarlanıb və 

zəhərli başı ona arxadan təhlükə törədir. 

- Bu nə deməkdir? Siz ancaq qum kürəmək üçün yaşayırsınız! 

- Belə də olmaz axı, gecəynən şələ – küləni yığışdır, qaç. 

Kişi sarsılmışdı. O, belə bir həyata cəlb olunmaq üçün heç bir arzu və istəkdə bulunmurdu. 

- Yox, olar!.. Məgər bu, belə çətindir?.. Əgər istəsəniz, hər şey edərsiniz! 

- Yox, belə olmaz… - Qadın belin zərbəsi ilə həmahəng nəfəs alaraq, etinasız tonla davam etdi: - 

Kənd ancaq ona görə mövcuddur ki, biz yorulmadan qumu kürəyirik və bununla da onu 

yaşadırıq… Əgər qazmağa ara versək, qum heç onca gün də çəkməz ki, onu süpürüb aparar – və 

kənddən heç nə qalmaz… Sonra isə… Oy, deyəsən növbə artıq qonşulara çatıb… 

- Maraqlı söhbətçün sizə minnətdaram… Səbətdaşıyanların belə ürəklə işləməsinə səbəb budur? 

- Hə, amma onlar, düzü, kənd idarəsindən günəmuzd nəsə alırlar… 

- Əgər kəndin belə pulu varsa, onda nə üçün qumdan qorunmaq üçün planlı surətdə meşə 

zolağları salınmır? 

- Yəqin hesablayanda bizim üsulumuzun bir neçə dəfə ucuz başa gəldiyi üzə çıxır… 

- Üsul?.. Məgər bu, üsuldur? – Kişini cin vurdu. Qadını bu yerlərə bənd edənlərə də, özünü bənd 

etməyə imkan verən qadına da hirsləndi. - Əgər belədirsə, bu kənddən ikiəlli yapışmaq nəyə 

lazım? Mən heç cür səbəbi başa düşə bilmirəm… Qum heç də xırda məsələ deyil! Sizin 

çalışmalarınızın qumun qarşısını alacağını fikirləşmək böyük səhv olardı. Mənasızlıqdır!.. Bu 

cəfəngiyyatla qurtarmaq lazımdır… birdəfəlik qurtarmaq lazımdır. Mən hətta sizə acıya da 

bilmirəm! 

Beli bir az kənarda atılıb qalmış bidonların yanına tullayıb, qadının sifətinin ifadəsinə fikir də 

vermədən evə qayıtdı. 

Yata bilmirdi. Kişi qadının nə etdiyinə qulaq verirdi. Bir az da utanırdı: axı onun özünü belə 

aparması son nəticədə qadını burda saxlayan nə varsa, hamısına qısqanclıq hissi və qadını işini 

atıb, gizlində onun yatağına girməyə məcbur etmək idi. Doğrudan da, son dərəcə kəskin hiss 

etdiyi nə idisə, təkcə qadının sadəlövhlüyünə olan etiraz hissi deyildi. Məsələ çox dərin idi. 

Yorğan-döşək get-gedə nəmləşir, qum bədənə daha da möhkəm yapışırdı. Nə böyük ədalətsizlik, 

nə böyük biabırçılıqdır! Və buna görə də beli bir kənara tullayıb, evə qayıtdığı üçün özünü həlak 

etməyə dəyməz. O, belə bir məsuliyyəti öz üzərinə götürə bilməz. Bunsuz da onun öhdəlikləri 

lazım olandan artıqdır. Qum və həşəratların onu cəlb etməsi, son nəticədə bir neçə günlüyə də 

olsa, mənasız həyatın zəhlətökən öhdəliklərindən can qurtarmaq cəhdindən başqa bir şey 

deyildi… 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

406 


Heç cür gözünə yuxu getmirdi. 

Qadın dincəlmədən ora-bura gedirdi. Bin neçə dəfə aşağı salınan səbətlərin səsi yaxınlaşdı, sonra 

isə yenə uzaqlaşdı. Əgər belə davam etsə, sabah işləyə bilməyəcək. Axı dan yeri sökülən kimi 

ayaqda olmaq və günü boş keçirməmək, ovdan əlidolu qayıtmaq lazımdır. Yuxuya getməyə nə 

qədər çox səy göstərirdisə, bir o qədər də yuxusu qaçırdı. Gözləri sancdı – onlar yaşarır, qırpılır, 

lakin fasiləsiz tökülən qumla bacara bilmirdilər. Dəsmalı açıb onunla sifətini örtdü.  

Nəfəs almaq çətinləşdi. Amma hər halda belə daha yaxşıdır. 

Nəsə başqa bir şey haqqında fikirləşmək lazımdır. Gözlərini yumursan və nəsə uzun, sap kimi 

şeylər yellənə-yellənə gözlərinin qabağında üzürlər. Bu, təpəylə üzən qum naxışlarıdır. Yəqin 

bütün günü gözlərimi çəkmədən onlara baxmışam deyə, tor qişasında həkk olublar. Bax elə belə 

qum axınları da çiçəklənən şəhərləri və böyük imperiyaları basıb, udublar. Bunu belə 

adlandırırlar, hə, dəqiq bilirəm - Roma imperiyasının sabulyasiyası. Şəninə Ömər Xəyyamın 

şerlər qoşduğu şəhərlər isə… Bu şəhərlərdə dərzi emalatxanaları, qəssab dükanları, bazarlar 

vardı. Onları heç nəyin yerindən tərpədə bilməyəcəyi düşünülən, sıx – sıx çəkilib bir – birinə 

dolaşan yollar qucurdu. Yollardan heç olmasa birinin istiqamətini dəyişmək üçün, kim bilir, 

hakimiyyətlə neçə illər mübarizə aparmaq lazım idi. Sarsılmazlığına heç kəsin şübhə etmədiyi 

qədim şəhərlər… Son nəticədə isə, onlar da daim hərəkətdə olan, diametri millimetrin səkkizdə 

birinə bərabər qumun qanunlarına qarşı çıxa bilmədilər. 

Qum… 

Qumun nəzər nöqtəsindən baxsaq, formaya malik bütün predmetlər qeyri – realdır. Real olansa 



ancaq hər cür formanı rədd edən qumun hərəkətidir. Amma orda, bir taxta qalınlığında olan 

divarın arxasında, qadın qumu qazmaqda davam edir. Axı bu nazik, incə əllərlə o, nə edə bilər? 

Bu, dənizin yerində ev tikmək üçün onun sularını boşaltmağa bənzəyir. Gəmini suya 

buraxmazdan əvvəl, ilk növbədə suyun nə demək olduğunu dərk etmək lazımdır. 

Bu fikir gözlənilmədən, onu qadının qazdığı qumun xışıltısının əmələ gətirdiyi ruh 

düşkünlüyündən azad etdi. Əgər gəmi su üçün yararlıdırsa, onda qum üçün də yararlı olmalıdır. 

Əgər adamı əzən tərpənməz ev ideyasından azad ola bilsən, onda qumla mübarizə etmək 

zəruriliyi öz-özünə qüvvədən düşmüş olur… Qumla üzən azad bir gəmi… Üzən evlər… 

Formasını itirmiş kəndlər və şəhərlər… 

Qum, əlbəttə ki, maye deyil. Buna görə də onun üzündə heç nə dayana bilməz. Əgər, məsələn, 

onun üstünə xüsusi çəkisi qumdan az olan probka qoysan, onda bir müddət keçəndən sonra o da 

quma qərq olacaq. Qumda üzmək üçün gəmi tamamilə ayrı, xüsusi keyfiyyətlərə malik olmalıdır. 

Məsələn, diyirlənərək hərəkət edə bilən çəllək formasında ev…Əgər o, heç olmasa bir balaca 

dönə bilsə, onda üstünə tökülən qumdan azad ola və yenidən üzə çıxa bilər. Gəl ki, ev bütünlüklə 

fasiləsiz diyirlənsə, içində yaşayan adamlar özlərini rahat hiss edə bilməzlər… Yəqin, ixtiraçılıq 

bacarıqlarını nümayiş etdirmək lazım gələcək – tutaq ki, bir çəlləyi digərinin içinə qoymaq 

olar…Elə etmək olar ki, məsələn, daxildə qalan çəlləyin ağırlıq mərkəzi dəyişməz qalsın və 

döşəmə həmişə aşağıda olsun… Daxildəki çəllək həmişə hərəkətsiz qalacaq və yalnız 

kənardakılar fırlanacaq… Nəhəng saatın kəfkiri kimi yellənən ev… Beşik – ev… Qum gəmisi… 

Bu gəmi yığınından ibarət kənd və şəhərlərin dincəlməz hərəkəti… 

Özü də bilmədən yuxuya getdi. 

 

7_______________________________________ 



 

Kişini paslanmış yelləncəklərin cırıltısına oxşar xoruz səsi oyatdı. Narahat, acı oyanış. Adama 

elə gəlirdi ki, səhər indi açılıb, lakin saatın əqrəbləri on bir on altını göstərirdi. Həqiqətən də, 

günəş günorta imiş kimi parlayırdı. Buralar isə ona görə yarıqaranlıqdır ki, dərənin dibidir və 

gün şüaları hələ ona yol tapmayıb. 

Cəld yerindən atıldı. Üzündən, başından, sinəsindən xış-xış qum töküldü. Dodaqlarının, 

burnunun yanlarına tərdən bərkimiş qum yapışmışdı. Əlinin arxasıyla qumu silən kişi özünü 

itirmiş halda gözünü döyürdü. Qızarmış gözlərindən aramsız yaş axırdı, elə bil göz qapaqlarının 

üstündən nəsə kələ – kötür bir şey çəkmişdilər. Amma nəm gözlərinin qıraqlarında yığılmış 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

407 


qumu yumaq üçün təkcə göz yaşları azlıq edirdi. 

O, heç olmasa bir az su götürmək üçün torpaq döşəmədəki su bakına tərəf getdi və bu vaxt gözü 

ocağın qırağında mürgüləyən qadına sataşdı. Gözünün göynəməsini unudub, nəfəsini içinə çəkdi. 

Qadın büsbütün çılpaq idi. 

Qözlərini örtən yaş pərdəsinin arasından qadın ona aydın olmayan, yayğın kölgə kimi göründü. 

O, döşənməmiş həsirin üstündə uzanmışdı, başından başqa, bədəninin hər yeri elə bil ki, kiməsə 

göstərilmək üçün qoyulmuşdu, yalnız sol əli qarnının aşağısını bir az örtürdü. Bədəninin adətən 

bütün adamların gizlətdiyi guşələri açıqda idi və ancaq heç kəsin üzdə qoymağa utanmadığı sifəti 

dəsmalla örtülmüşdü. Bu, əlbəttə ki, gözləri, ağızı, burunu qumdan qorumaq üçün idi, lakin bu 

cür kontrast onun çılpaqlığını xüsusi nəzərə çarpdırırdı. 

Bədən bütünlüklə yüngül, nazik qum örtüyü ilə örtülmüşdü. Qum təfsilatları gizlədir və xətlərin 

incəliyini büruzə verirdi. Qadın qumla qızıl suyuna çəkilmiş heykələ bənzəyirdi. Gözlənilmədən 

dilinin altından yapışqanlı ağız suyu axdı. Lakin o, bu suyu uda bilmədi. Ağzında – dodaqları ilə 

dişlərinin arasında qalan qum, tüpürcəyi özünə çəkdi və bütün ağız boşluğuna yayıldı. O, 

döşəməyə tərəf əyilib, ağzındakı qumla qarışıq suyu tüpürməyə başladı. Lakin nə qədər tüpürsə 

də, ağzındakı kələ – kötürlük getmirdi. Ağzını nə qədər təmizləyirdisə, qum yenə də qalırdı. Ona 

elə gəlirdi ki, qum dişlərinin arasında təkrar-təkrar əmələ gəlir. 

Xoşbəxtlikdən, su bakı ağzına qədər dolu idi. Kişi ağzını yaxalayıb, üzünü yuyub həyata 

qayıtdığını hiss etdi. Ömründə suyun belə möcüzəli gücə malik olduğunu duymamışdı. Qum 

kimi su da mineraldır, lakin o, quma nisbətən o qədər təmiz, şəffaf qeyri – üzvi maddədir ki, 

bədənlə daha tez təmasa girir; nəinki başqa hər hansı canlı orqanizm… Suyu boğazına aramla 

axıda – axıda, özünü daşlarla qidalanan heyvan təsəvvür etdi… 

Kişi yenidən dönüb, qadına baxdı. 

Lakin ona yaxınlaşmaq istəyində bulunmadı. Üstünə qum səpilmiş qadına çətin ki, toxunmaq 

zövq versin, nəinki ona baxmaq. 

İndi, gündüz işığında, gecə keçirdiyi əsəb və acıq ona yuxu kimi gəlirdi. O, elə bil gördüklərinin 

hamısını beyninə həkk etmək üçün bir də ətrafına göz gəzdirib, yığışmağa başladı. Köynəyinin, 

şalvarının üstünə o qədər qum tökülmüşdü ki, qaldırmaq olmurdu. Belə boş şeylər üçün narahat 

olmağa dəyməz. Lakin paltarlarının üstündən qumu çırpmaq, başdan kəpəyi təmizləməkdən çətin 

oldu. 


Çəkmələri də qumun içində idi. 

Yəqin getməmişdən qabaq qadına nəsə demək lazım idi. Digər tərəfdən yatan qadını oyatsa, o, 

utanacaq. Yaxşı, onda bəs gecələmək haqqı necə olsun?.. Bəlkə, yaxşı olar ki, geri qayıdanda 

artel idarəsinə girsin və pulu dünən onu bura gətirən qocaya versin? 

Səs salmamağa çalışaraq, sakitcə evdən çıxdı. 

Günəş qaynayan civə kimi qum divarlarının kənarlarına toxunur və yavaş – yavaş dərənin dibinə 

yayılırdı. Gözlənilmədən sifətinə vuran parlaq işıqdan diksindi və gözlərini örtdü. Lakin dərhal 

da qarşısını kəsən qum divarını gördü, özünü itirmiş halda hər şeyi unutdu. 

İnanılmazdır! Gecə burdan asılmış kəndir nərdivan yoxa çıxmışdı. 

Gecə gördüyü, yarıya qədər qumla doldurulmuş kisələr öz yerindəydi. Deməli, heç nəyi 

qarışdırmır. Ola bilərdimi ki, təkcə nərdivanı qum udub?.. O, divara tərəf cumdu və əlləri ilə onu 

qazmağa başladı. Qum müqavimət göstərmirdi, qopub, aşağı tökülürdü. Lakin axı o, iynə 

axtarmırdı və dərhal heç nə tapmadısa, nə qədər qazırsan, qaz nəticə elə həminki olacaq… Kişi 

get – gedə artan narahatlığını gizlətməyə çalışaraq, bir şey başa düşmədən, yenə qum yarğanını 

gözdən keçirməyə başladı. 

Yuxarı çıxmaq üçün bir yer varmı? Bin neçə dəfə evin başına dolandı. Şimal tərəfdən dənizə 

baxan divarın üstü ilə dama çıxsa, ola bilsin ki, ordan yuxarıya ən yaxın məsafə olsun, amma bu 

da on metrədən az olmayacaq. Bəlkə də çox olar və bu divar ən sıldırımdır. Üstəlik ordan 

görünüşündən vahimə yağan ağırlaşmış qum papaq sallanır.. 

Müqayisə edəndə qərb tərəfdəki divar bir qədər əydəmli, konusun daxili kimi yüngülcə qatlanıb. 

Ən optimist hesablamalara görə, burdakı bucaq əlli, ya da ən azı qırx beş dərəcədir. Yoxlamaq 

üçün ehtiyatla da olsa, bir addım atmaq lazımdır. Bir addım atıb, yarım addım geri sürüşdü. 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

408 


Amma hər halda çalışsan, qalxa bilərsən. İlk beş – altı addımı gözlədiyi kimi atdı. Sonra isə 

ayaqları qumda batmağa başladı. O, irəli gedib-getmədiyini düz-əməlli özü üçün 

aydınlaşdırmamış, dizinə qədər quma batdı və irəliləmək üçün taqəti qalmadı. İməkləyərək 

yamacı aşmağa cəhd göstərdi. İsti qum ovuclarını yandırırdı. Bütün bədənini tər basdı, tərinə 

qum yapışdı, gözləri tutuldu. Sonra isə ayağı qıc olub burxuldu və o, daha hərəkət edə bilmədi. 

Kişi dincəlib nəfəsini dərmək üçün dayandı. Bir xeyli irəlilədiyini düşünüb gözlərini açdı və 

beşcə metr belə dırmaşa bilmədiyini görəndə dəhşətə gəldi. Bütün bu vaxt ərzində nə üçün 

çalışırmış? Elə yamacın özü də aşağıdan göründüyündən ən azı iki dəfə daha dikdir. Ondan sonra 

gələn yer isə daha qorxuludur. Kişiyə yuxarı dırmaşmaq lazım olduğu halda, görünür bütün 

gücünü qum divarın içndə eşələnməyə sərf etmişdi. Düz qabaqda sallanan qum çıxıntı yolunu 

kəsirdi. 

Kişi əliylə başının üstündəki qup – quru qurumuş çıxıntıya toxundu, elə o an da qum ayağının 

altından qaçdı. Hansısa bir qüvvə onu qumun içindən götürüb, kənara atdı və o, dərənin düz 

dibinə yuvarlandı. Sol çiynində nəsə xırçıldadı, elə bil yemək yeyəndə istifadə olunan çubuq 

sındı. Yüngül ağrı hiss etdi. Və sanki dənəvər qum, bu ağrını sakitləşdirmək üçün hələ bir 

müddət yamac boyu xışıltı salaraq axıb getdi. Sonra dayandı. Xoşbəxtlikdən zədə elə də ciddi 

deyildi. 

Həvəsdən düşmək hələ tezdir. 

Qışqırıb səs – küy salmaqdan özünü güclə saxlayaraq, xırda addımlarla evə qayıtdı. Qadın elə 

əvvəlki vəziyyətdə yatmışdı. Əvvəlcə sakit, get – gedə artan səslə onu çağırmağa başladı. Qadın 

cavab vermək əvəzinə, qarnı üstə çönərək, elə bil ki, narazılıq bildirdi. 

Çiynini, qollarını, böyürlərini, belini ayrı-ayrı yerlərini çılpaqlaşdıraraq qum bədənindən yerə 

töküldü. Amma o, bunun hayında deyildi. Yaxınlaşıb, qadının üzünü örtən dəsmalı çəkdi. 

Qadının ləkəli sifəti, qum səpələnmiş bədənindən fərqli olaraq, çirkin, kobud idi. 

Bu sifətin dünən onu lampa işığında təəccübləndirmiş qəribə ağlığı, çox şübhəsiz pudranın 

köməyi ilə əldə edilmişdi. İndi üzünün bəzi yerlərindən pudra silinmiş, adda – budda qalmışdı. 

Yadına ucuz, yumurtasız hazırlanmış, üstündə buğda ununun ağardığı kotletlər düşdü. 

Nəhayət, qadın parlaq işıqdan gözlərini qıyaraq açdı. Kişi qadının çiyinlərindən yapışıb, var 

gücüylə silkələdi, yalvarışlı səslə, tez-tez danışmığa başladı: 

- Qulaq asın, nərdivan yoxdur! Yuxarıya necə qalxmaq olar? Axı nərdivansız burdan çıxmaq 

mümkün deyil! 

Qadın özünü itirmiş halda dəsmalı qapdı və gözlənilmədən əliylə bir neçə dəfə sifətinə 

şappıldatdı, sonra isə ona arxa çevirib, üzüqoylu həsirin üstünə yıxıldı. Bəlkə utanırdı? 

Utancaqlığını başqa vaxta saxlasın. Kişi birdən partlayıb, çığırdı: 

- Mən zarafat eləmirəm! Əgər elə bu dəqiqə nərdivanı verməsən, pis olacaq! Mən tələsirəm! 

Nərdivanı neyləmisən? Zarafat edəndə həddini bil! Bu dəqiqə qaytar! 

Lakin qadın cavab vermirdi. O, əvvəlki pozasında uzanıb qalmışdı, ancaq başını yüngülcə 

yelləyirdi. 

Və birdən kişi tutuldu. Baxışları ölgünləşdi, boğazını spazma tutdu və az qaldı ki, boğulsun. O, 

elə bu an suallarının mənasızlığını başa düşdü. Axı nərdivan kəndirdən idi… Kəndir nərdivan 

öz-özünə dayana bilməz… Hətta o sənin əlindədirsə belə, aşağıdan yox, yuxarıdan nizamlana 

bilər. Deməli, onu bu qadın yox, kimsə başqası - yuxarıda, yolda dayananlar yığışdırıb. Qum 

örtmüş tüklü sifət yazıq – yazıq əyildi. 

Qadının hərəkəti, susması inanılmaz – məşum məna kəsb etməyə başladı. Keçib gedər, deyə 

fikirləşirdi, lakin qəlbinin dərinliklərində başa düşürdü ki, ən qorxduğu şey gerçəkləşib. Ola 

bilsin, nərdivanı onun icazəsi və əlbəttə ki, tam razılığı ilə aparıblar. Heç şübhəsiz – qadın 

onlarla əlbirdir. Və qadının bu pozasını utancaqlıq yox, vəziyyətinin ikimənalılığı diktə edir. Bu, 

heç şübhəsiz cinayətkar qadın pozasıdır, bəlkə də, hər hansı bir cəzanı qəbul etməyə hazır olan 

qurbanlığın. Onlar bunu məharətlə işləyiblər. Bu lənətlənmiş tələyə düşdüm. İnanıb, 

qabarböcəyinin tələsinə düşdü, o da onu tovlayıb, çıxış yeri olmayan səhraya çəkdi, - acından 

ölən siçanlar kimi… 

O, yerindən qalxıb, qapıya tərəf cumdu və bir də bayıra baxdı. Külək qalxmışdı. Günəş dərənin 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

409 


üstündə, demək olar ki, düz ortada dayanmışdı. Qızmış qumdan yuxarıya doğru yaş neqativ 

plyonka kimi rəngdən-rəngə çalan isti hava dalğası qalxırdı. Qum divar boy atır, böyüyürdü. O, 

hər şeyi yaxşı bilirdi və elə bil kişinin əzələləri, sümükləriylə müqavimətin mənasız olduğu 

barədə danışırdı. Qaynar hava bədəninə soxulurdu. Bürkü daha da dözülməz olurdu. 

Gözlənilmədən kişi dəli kimi qışqırmağa başladı. O, nəsə mənasız sözlər deyirdi, - düşdüyü 

ümidsiz vəziyyəti ifadə etmək üçün söz yox idi. Sadəcə, gücü gəldikcə bağırırdı. Kişiyə elə 

gəlirdi ki, bu, dəhşətli bir yuxudur, bağırtını eşidib, qaçacaq və bilmədən etdiyi kobud zarafatına 

görə üzr istəyib, onu qum çuxurundan kənara çıxaracaq. Lakin qışqırmağa adətkarda olmayan 

səs nazik və zəif çıxırdı. Üstəlik, qum bu səsi udur, külək yayır və çətin ki, uzağa aparırdı. 

Birdən dəhşətli gurultu eşidildi və kişi səsini kəsdi. Dünən qadının xəbərdarlıq etdiyi kimi, şimal 

tərəfdəki divarın üstündən sallanan qum çıxıntı quruyub uçdu. Ev yazıq-yazıq inildədi, elə bil 

naməlum bir qüvvə əl-ayağını burdu və bu vaxt onun əzablarını nəzərə çatdırmaq üçün çıxıntıyla 

divarın arasında qalan yarıqlardan bomboz qan xışıltı salaraq sızmağa başladı. Ağzı tüpürcəklə 

doluydu, elə bil zərbə onun özünə dəymişdi… 

Hər halda, baş verənlər ağlasığan deyil. Nəsə əndazədən çıxan hadisədir. Ailəbaşı siyahıya 

salınan, iş yeri olan, vergi ödəyən və pulsuz tibbi xidmət hüququndan istifadə edən bir adamı hər 

hansı siçan və ya həşərat kimi tələyə salmaq olarmı? Ağlasığmazdır. Yəqin bu, nəsə yanlışlıqdır. 

Hə, əlbəttə ki, yanlışlıqdır. Bunun yanlışlıq olduğunu hesab etməkdən başqa, əlindən nə gəlirdi 

ki? 

Hər şeydən əvvəl, onların mənə qarşı etdiklərini etmək,axmaqlıqdır. Axı mən nə atam, nə də ki, 



öküz və heç kəs iradəmin əksinə olaraq məni işləməyə məcbur edə bilməz. Və tezliklə mənim 

işçi qüvvəsi kimi yararsız olduğum məlum olacaq, buna görə də məni bu qum divarları arasında 

saxlamağın heç bir mənası yoxdur. Qadının boynuna əlavə yük olacaq bir adam nəyə lazımdır? 

Amma nədənsə, əminliyi yox idi… Onu hər tərəfdən əhatələyən qum divara baxıb, heç 

ürəyindən olmasa da, ona dırmaşmaq üçün etdiyi uğursuz cəhdləri xatırladı… Divarın dibində nə 

qədər vurnuxsan da, heç bir xeyri yoxdur. Gücsüzlük hissi onu sarsıtmışdı… Görünür bu, qumun 

gəmirdiyi, adi ölçülərin qüvvədən düşdüyü qeyri-adi bir dünyadır. Əgər şübhələnməyə qalsa, 

şübhələnmək üçün səbəb nə qədər istəsəndir… Məsələn, əgər təzə bidonları və beli məxsusi 

olaraq onun üçün hazırladıqları düzdürsə, onda kəndir nərdivanın bilərəkdən aparılması da 

düzdür. Bir də ki, onun vəziyyətinin çıxılmaz, dəhşətli olduğunu, qadının müti itaətkarlıqla 

asanca və sakit öz taleyilə barışması faktı bunu təsdiq etmirmi? Bəlkə, qadının dünən onun burda 

uzun müddətə ilişib qaldığına eyham vurması təsadüfən deyilmiş? 

Daha bir qum uçqunu qopdu. 

Kişi qorxub, evə qayıtdı. O, əvvəlki tək həsirin üstündə üzüqoylu uzanan qadına tərəf getdi və 

hirslə onun üstünə qulaylandı. Coşub – daşan nifrəti gözlərinə vurmuş, ağrıyla bütün bədəninə 

yayılmışdı. Lakin birdən gücdən düşüb, qaldırdığı əlini qadına heç toxundurmadan ağır – ağır 

aşağı saldı. O deyəsən, əlinin içi ilə qadını şapalamaqdan özünü güclə saxladı. Ancaq ola bilsin, 

qadın onun məhz belə addım atacağına ümid edirdi. Əlbəttə, o, elə bunu gözləyir. Axı cəza, 

cinayətin bağışlanması təsdiqindən başqa bir şey deyil. 

O, arxasını qadına çevirib, döşəməyə yıxıldı, ikiəlli başını tutub, sakitcə inildədi. Ağzında yığılıb 

qalmış tüpürcəyi udmaq istədi, alınmadı – boğazında qaldı. Yəqin selikli qişa qumun dad və 

iyinə çox həssas olmuşdu və nə qədər burda qalsa da – ona öyrəşə bilməyəcək. Tüpürcəyi 

dodaqlarının küncündə yığılıb, bozumtul, köpüklənən laxtaya çevrilmişdi. Tüpürəndə, ağzında 

qalan qumun kələ – kötürlüyünü daha güclü hiss etdi. O, dilinin ucu ilə dodaqlarını iç tərəfdən 

yalayır və tüpürməyi davam etdirərək, bu qumdan can qurtarmağa cəhd etdi, lakin onun sonu 

görünmürdü. Ancaq irinləyibmiş kimi qurudu və incitdi. 

Yaxşı, nə etmək olar. Bu qadınla mütləq söhbət edəcəm və hər şey haqqında yerli – yataqlı 

danışmağa məcbur etməyə çalışacam. Yalnız əgər vəziyyət onun üçün tam aydınlaşsa, çıxış yolu 

tapa bilər. Hərəkət planına malik olmamaq olmaz. Düşdüyü belə axmaq vəziyyəltə barışa 

bilərmi?.. Əgər qadın cavab verməsə, nə etsin?.. Bu, həqiqətən də ən dəhşətli cavab olardı. Belə 

ehtimal qətiyyən istisni deyil. Onun bu inadkar sükutu… və nə üçün dizlərini qarnına sıxaraq 

aciz qurban kimi uzanıb qalıb?.. 



Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin