“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
420
göstərən heç bir nişanə yox idi. Düzdü, belə küləkli havada hər hansı bir izin itməsi üçün heç
beşcə dəqiqə də keçməz. Üstəlik, lap qapının ağzında qumun üst qatı dayanmadan axır – elə bil
qumun dərisini soyurdular.
O, evə qayıtdı və uzandı. Milçək uçurdu. Balaca qəhvəyi drozofil. Yəqin, hardasa nəsə çürüyür.
Baş tərəfdə qoyulmuş polietilenə bükülü qazançadakı su ilə boğazını yaxalayıb, qadını çağırdı:
- Qulaq asın, bəlkə qalxasız…
Qadın diksinib, yerindən dik atıldı. Bir qədər sallanan, lakin hələ bərk, mavi damarcıqları üzə
çıxan döşünü çılpaq qoyan kimano sürüşüb düşdü. Qadın tələsik, inamsız hərəkətlərlə kimanonu
üstünə çəkdi, onun baxışları çaşqın idi və adama elə gəlirdi ki, tam ayılmayıb.
Kişi tərəddüd edirdi. O, qadınla nərdivan barədə hirsli, eyhamsız danışmalıydımı… Ya bəlkə,
yaxşı olar ki, qəzetə görə təşəkkür edib, o dəqiqə də sakit, xeyirxah tonla soruşsun? Əgər o,
qadını məhz yuxusuna haram qatmaq üçün oyadıbsa, onda ən düzgünü – aqressiv olmaqdır.
İlişmək üçün səbəb isə nə qədər istəsəndir. Lakin bu, əsas məqsəddən – özünü ağır xəstəliyə
vurmaqdan yayındıra bilər. Belə davranış onurğa sutunu zədələnmiş adamın davranışına çox
oxşayır demək, düzgün olmazdı. Bu dəqiqə vacibi odur ki, işçi qüvvəsi kimi istifadə üçün onun
tam yararsız olduğuna onları inanmağa məcbur etsin və hər vasitə ilə sayıqlıqlarını zəiflətsin;
baxın, ürəkləri elə yumşalıb ki, hətta ona qəzet də gətiriblər, indi isə onları müqavimət üçün
yararsız etmək lazımdır.
Lakin onun bütün ümidləri bir anda məhv oldu.
- Yox əşşi, mən heç yerə çıxmamışam. Bizim arteldən bir nəfər mənə çoxdan söz verilən, taxta
çürüməsinə qarşı vasitə gətirmişdi… Mən elə ondan da xahiş etdim… Bu kənddə cəmi dörd-beş
evdə qəzet alırlar… Qəzeti almaq üçün o, məxsusi olaraq şəhərə getməli olub…
Belə təsadüf tam mümkündür. Lakin bu ona dəlalət etmirmi ki, o, qıfılına açar tapılmayan
qəfəsdə qıfıllanıb? Hətta əgər yerli camaat belə dustaq həyatıyla barışmağa məcburdursa da, bu
qum divarların sıldırımlığı zarafat məsələ deyil. Kişini məyusluq bürüdü, amma özünü ələ ala
bildi.
- Demək belə?.. Qulaq asın… Axı siz buranın sahibisiniz, düzdü?.. Yoldan keçən it - pişik
deyilsiniz ki… Ola bilməz ki, siz istədiyiniz vaxt burdan çıxa və qayıda bilməyəsiniz! Yoxsa elə
iş tutmusuz ki, həmkəndlilərinizin gözünün içinə baxa bilmirsiniz?
Qadının yuxulu gözləri təəccübdən bərəldi.
Gözləri közərmiş kimi qanla doldu, hətta ona elə gəldi ki, otaq işıqlandı.
- Siz nə danışırsınız? Gözlərinizə baxa bilmirəm. Boş söhbətdir!
- Yaxşı, onda sizin belə ağciyər olmağınız yersizdir!
- Hətta mən burdan çıxsam belə, orda mənlik elə bir iş yoxdur…
- Gəzmək olar!
- Gəzmək?
- Hə də, gəzmək… Ora-bura gedərsiz, məgər bu azdır ki?.. Mən deyirəm ki, bax siz, mən bura
gələnə kimi istədiyiniz vaxt azadə çıxa bilirdiz?
- Amma axı işsiz-gücsüz ora-bura getmək boş yerə yorulmaq deməkdir…
- Düz sözümdür! Yaxşı fikirləşin. Siz bunu anlamalısınız!.. Axı hətta iti də uzun müddət qəfəsdə
bağlı saxlasaz, o dəli olar!
- Əşşi mən də gəzmişəm də! – qadın özünün küt usandırıcı səsilə qışqırdı. – Düz deyirəm, mənə
istədiyim qədər gəzməyə imkan verirdilər… Nə qədər ki, bura düşməmişdim… Qucağımda uşaq
saatlarla gəzirdim… Hətta bu gəzintilərdən bezmişqdim də…
Kişi bunu gözləmirdi. Nəsə qəribə bir danışıq tərzi idi. Qadın ona belə baxanda cavab verməyə
də halı olmur.
Hə, düzdü… on il əvvəl, hər tərəf dağıntı altında olanda, hamının bircə istəyi vardı ki, evdən çölə
çıxmasın. Onlar azadlığı bu cür təsəvvür edirdlilər. Lakin indi demək olarmı ki, onlar bu
azadlıqdan doyub beziblər?.. Bəlkə, sən bu qumluq diyara da elə xəyali azadlıq dalınca
qaçmaqdan usandığından gəlib çıxmısan… Qum… Millimetrin səkkizdə birinin intəhasız
hərəkəti. Neqativ plyonkasında astarı üzünə çevrilmiş, heç yana çıxmadan azad həyat sürməkdən
bəhs edən bu avtoportret. Axı hətta bütün günü gəzməyə can atan uşaq da azanda ağlamağa
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
421
başlayır.
Birdən qadın danışıq tərzini tam dəyişdi:
- Özünüzü necə hiss edirsiz ey? Hər şey qaydasındadır?
Nə qoyun kimi gözünü döyürsən! Kişi əsəbləşdi. Sənə zülm edəcəm, ancaq bütün günahların
səndə olduğunu boynuna almağa məcbur edəcəm! Təkcə bu fikirdən bütün bədəni ürpəşdi və
hətta ona elə gəldi ki, dərisindən qurumuş yapışqanı soyurmuşlar kimi bərk çəkdilər. Elə bil
dərisi «zülm» sözüylə bağlı olan assosasiyanı hiss etdi. Birdən qadın fondan çəkilən siluetə
çevrildi. İyirmi yaşlı kişini xəyalları ehtirasa gətirir… qırx yaşlını – dəri. Otuz yaşlı kişi üçün ən
qorxulusu – qadının siluetə çevrilməsidir… O, qadını özünü qucaqladığı kimi asanca qucaqlaya
bilər… Lakin qadının arxasınca saysız-hesabsız göz baxır… O, yəni qadın sadəcə bu baxışların
iplərlə idarə etdiyi marionetdir… Bircə dəfə ağuşuna alsan, artıq sənin özünü bu iplərlə idarə
edəcəklər… Onda onurğa sütununun zədələnməsi barədə uydurduğu bu yalan da tezcənə üzə
çıxacaq. Məgər o, belə bir yerdə bütün keçmiş həyatının üstündən xətt çəkə bilərmi!
Qadın yandan lap yaxına gəldi. Onun yumru dizləri kişinin buduna dirəndi. Qadının ağzından,
burnundan, qulaqlarından, qoltuqlarının altından, bütün bədənindən ətrafa qalıb iylənmiş suyun
qatı qoxusu yayıldı. Onun od kimi isti barmaqları bir qədər cəsarətsiz, qətiyyətsiz şəkildə
onurğasının üstü ilə yuxarı – aşağı sürüşdü. Kişinin bütün bədəni gərildi.
Birdən barmaqlar onun böyrünə toxundu. Kişi çığırdı:
- Qıdığım gəlir!
Qadın güldü. O, yüngülcə şıltaqlıq edir, bir az da cəsarətsiz idi. Bütün baş verənlər olduqca
gözlənilməz idi və o, özünü necə aparmaq lazım olduğunu hələ bilmirdi. Bu qadın nə istəyir?..
Bunları bilə-biləmi edir, ya sadəcə barmaqlarımı sürüşüb?.. Elə indicə bütün gücünü toplayıb
oyanmaq üçün gözlərini döymürdümü?.. Lakin axı elə o birinci axşam da, yanından keçərkən
böyrünə toxunub, beləcə qəribə bir gülüşlə gülmüşdü… Bəlkə qadın öz hərəkətlərinə nəsə xüsusi
bir məna vermək istəyir? Ola da bilsin, qəlbinin dərinliklərində qadın onun xəstəliyinə inanmır
və bütün bunları öz şübhələrini yoxlamaq üçün edir… istisna deyil… Yatmaq olmaz. Onun
cazibədarlığı – ən adi tələdir, lap elə həşəratlarla qidalanan yırtıcı bitkilərdəki şirin bal ətri kimi.
Əvvəlcə o, kişini zor tətbiq etməyə təhrik edəcək və bununla da qalmaqal salacaq, sonra da onun
əl-qolu şantac zənciriylə zəncirlənəcək.
13__________________________________________
Kişi tərdən islandı və mum kimi əriməyə başladı. Dərisindəki məsamələr tər saçırdı. Saatı
dayanmışdı və o, dəqiq vaxtı bilmirdi. Orda – yuxarıda ola bilsin ki, günün qızğın vaxtı idi.
Lakin iyirmi metrlik dərənin dibində artıq qürub çağıydı.
Hələ ki, qadın bərk yatmışdı. Hərdən diksinib ayaqları və qollarını əsəbiliklə atırdı – yuxusunda
nəsə görürdü. İstədi ki, qadının yuxusuna haram qatsın, lakin fikrindən daşındı. Onsuz da qadın
artıq yuxudan doymuşdu.
Kişi bədənini küləyə verərək yerindən qalxdı. Görünür, yuxuda çevrilərkən, yaylıq sifətindən
sürüşüb düşmüşdü və indi qulaqlarının arxasına, burnunun ətrafına, ağzının kənarlarına o qədər
qum yapışmışdı ki, götürüb qaşıyan gərəkdi. Gözünə damcı töküb, onları dəsmalın ucu ilə örtdü.
Bunu yalnız bir neçə dəfə təkrar etdikdən sonra gözünü əməlli-başlı aça bildi. Bir neçə gün də
belə keçsə, artıq göz damcıları qurtaracaq. Hətta təkcə buna görə də olsa, tezliklə hər şeyin
istənilən sonluqla bitməyini istədi. Bədəni elə ağır idı ki, elə bil dəmir yaraq-əsləhə ilə maqnitin
üstünə uzanmışdı. O, var gücü ilə gözünü gərdi, qapıdan düşən sönük işıqda qəzetdəki ieroqliflər
ölü milçəklərin donmuş pəncələrinə oxşayırdılar.
Əlbəttə ki, əslində hələ gündüz qadından qəzeti onun üçün oxumasını xahiş etmək lazım idi. Bu,
həm də onun yatmağına mane olardı. Bir güllə ilə iki dovşan vura bilərdi. Lakin təəssüf ki, özü
qadından əvvəl yuxulamışdı. Nə qədər çalışsa da, hər şeyi korlamışdı.
Və indi yenə də bu dözülməz yuxusuzluq ondan əl çəkməyəcəkdi. O, tənəffüsünün ritmilə
yüzdən geriyə doğru saymağa çalışdı. Xəyalən addımbaaddım evdən işə uzanan adət etdiyi yolu
getməyə çalışdı. Müəyyən sıra ilə ona məlum olan həşəratların növ və fəsilələr üzrə
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
422
qruplaşdıraraq adlarını çəkməyə çalışdı. Lakin bütün çalışmalarının əbəs olduğuna əmin olub,
daha da hirslənməyə başladı. Dərənin kənarı ilə şütüyən küləyin küt donqultusu… Nəm qumu
laylara ayıran bellərin səsi… Uzaqdan gələn it hürüşməsi… Şam alovu kimi əsən, güclə eşidilən
səslər… Sumbata kimi sinirlərinin ucunu yonan aramsız səpilən qum… Və o, bütün bunlara
dözməlidir.
Eybi yox, bir təhər dözər. Lakin bu an, tərtəzə mavi şüalar dərənin kənarından aşağı sürüşəndə,
hər şey əksinə oldu – hopduran kağız suyu özünə çəkən kimi, onun da canına hopan yuxu ilə
mübarizəsi başladı.
Və əgər bu məntiqsizlik çevrəsi hardasa qırılmasa, qum dənələri nəinki saatı, nə bilmək olar,
bəlkə də zamanın özünü də dayandırarlar.
Qəzetdə elə həmişəki yazılar idi. Burda hətta bir həftəlik əlaqəsizliyin belə hər halda mövcud
olmasını göstərən bircə əlamət belə tapmaq olmazdı. Əgər qəzeti ətraf mühitə pəncərə
adlandırsaq, onda görünür, şüşələri tutqundur.
«Vergilərlə əlaqədar rüşvətxorluq özəl şirkətlərdən şəhər hakimiyyətinə keçib…» «Universitet
şəhərciklərini sənayenin Məkkəsinə çevirək…» «Müəssisələr bir-birinin ardınca işini dayandırır.
Həmkarlar ittifaqı baş şurasının iclası yaxınlaşır; bu barədə nəzər nöqtəsi dərc ediləcək…» «Ana
iki uşağını öldürüb və özünü zəhərləyib…» «Tez-tez baş verən avtomobil oğurluğu – yeni həyat
tərzi və ya yeni cinayətkarlıq növü…» «Naməlum qız artıq üç ildir ki, polis budkasına gül gətirib
qoyur…» «Tokionun olimpiya büdcəsində çətinliklər…» «Bu gün kabus daha iki qızı
doğrayıb…» «Tələbələr sağlamlıqlarını narkotiklərlə zəhərləyirlər…» «Səhmlərin məzənnələrinə
payız küləyi dəyib…» «Məşhur tenor Blu Cekson Yaponiyaya gəlir…» «Cənubi Afrika
ittifaqında yeni təlatüm; 280 öldürülən və yaralanan var» «Pulsuz oğru məktəbi; bu işdə
qadınların da əli var; imtahanlardan müvəffəqiyyətlə çıxanlara kamal attestatı verilir».
Bir dənə də olsun oxumadığına peşiman olası yazı yoxdur. Xəyali kərpiclərdən hörülmüş
bacaları olan xəyali qüllə. Bununla belə, əgər dünyada ancaq əldən çıxardığına görə
heyfsiləndiyin şeylər mövcud olsaydı, gerçəklik toxunmağa belə qorxduğun kövrək, şüşədən
hazırlanmış xırdavata çevrilərdi. Lakin həyat – elə həmin qəzet məqalələridir. Buna görə də hər
bir kəs bunun mənasızlığını anlasa da, kompasın mərkəzini öz evində yerləşdirir.
Və birdən gözünə qeyri-adi bir məqalə sataşdı.
«Ayın on dördü, təxminən səhər saat səkkiz radələrində, Yekokava küçəsi 30-dakı yaşayış evinin
tikinti meydançasında, Xinoxara şirkətində işləyən 28 yaşlı ekskavatorçu Tosiro Sutomu qum
uçqunu altında qalıb, ağır bədən xəsarətləri almışdır. O, yaxınlıqdakı xəstəxanaya çatdırılsa da,
tezliklə vəfat etmişdir. Yekokava polis idarəsinin apardığı təhqiqatdan məlum olub ki, bədbəxt
hadisəyə səbəb, çox güman ki, on metrlik təpəni dağıtmaq istəyən ekskavatorçunun aşağı
hissədən həddən artıq çox qum götürməsi olub».
Aydındı… Onlar bu yazını mənə bilə-bilə soxuşdurublar. Yoxsa mənim xahişimi elə – belə
yerinə yetirməzdilər. Yaxşı ki, altından qırmızı qələmlə xətt çəkməyiblər. Demək istəyirlər ki,
həddən artıq qalmaqallı tiplər üçün ehtiyat variantlarımız var… Dəri kisəni qumla dolduracaqlar
– belə şeylə dəmir və ya qurğuşun dəyənəklə vurulan zərbədən heç də pis olmayan zərbə vurmaq
olar… Nə qədər desələrdə ki, qum axır, hər halda o, sudan fərqlidir… Suyun üzü ilə üzmək olar,
qumun ağırlığından isə adam batır…
Vəziyyətim həddən artıq ümidverici görünürdü.
14___________________________________________
Lakin taktikanın dəyişdirilməsi ciddi tərəddüdlərlə bağlı idi və kifayət qədər vaxt tələb edirdi.
Qadının qum belləməyə getməsindən hardasa dörd saat vaxt keçmişdi. Bu qədər vaxta, qum dolu
səbətlər artıq ikinci dəfə dolub, qaldırılmalı, qum daşıyanlar isə işlərini bitirib, maşına tərəf
getməliydilər. Kişi qulaq verib, onların qayıtmayacağına əmin olandan sonra yavaşca qalxıb
geyindi. Qadın lampanı götürüb getmişdi, ona görə də hər şeyi qarasına etməli oldu. Çəkmələri
ağzınadək qumla dolu idi. O, şalvarının balaqlarını corablarının içinə saldı, getrlərini çıxarıb,
cibinə qoydu. Həşərat ovlamaq üçün lazım olan ləvazimat və başqa əşyalarını qapının ağzına
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
423
yığdı ki, sonra tapmaq asan olsun. Ayaq qoyduğu torpaq döşəmə qum xalçasıyla örtülmüşdü və
o, səssiz yaxınlaşmaya bilməzdi – bir də ki, ayaq səsləri onsuz da eşidilmirdi.
Qadının başı işə qarışıb. Quma soxub-çıxardığı bellə asanca davranır… Dərindən, rəvan nəfəs
alır… Ayaqlarının yanına qoyduğu lampanın işığında uzun kölgəsi oynaşır… Kişi nəfəsini içinə
çəkib, evin tinində gizləndi. Dəsmalın uclarını əlində yığıb, çəkib uzatdı. Onacan sayacam və
yerimdən sıçrayacam… Əyilib qumla dolu beli qaldıran an imkan tapıb, üstünə atılmaq lazımdır.
Əlbəttə, heç bir təhlükə yoxdur demək düz olmaz. Onu da deyək ki, onların kişiyə olan
münasibəti cəmi yarımca saatın ərzində kəskin dəyişə bilər. Axı prefekturadan olan məmur hər
halda mövcuddur. Üstəlik, qocanın onu əvvəlcə bu məmurla səhv salıb ehtiyatlanması elə-belə
məsələ deyil. Çox güman ki, bu gün sabah gəlib onları yoxlayacaqlarını gözləyirlər. Və əgər
belədirsə, istisna deyil ki, yoxlama zamanı kənddə fikir ayrılığı yaranacaq, onun mövcudluğunu
gizlətmək mümkün olmayacaq və əvvəl-axır onu ağzı bağlı saxlamaq fikrindən əl götürəcəklər.
Doğrudur, bu yarım saatın yarım il, bir il, bəlkə də daha çox uzanacağına heç bir təminat yoxdur.
Yarım saat və ya bir il – şanslar bərabərdir. O, mərc gəlməyə ürək etməzdi.
Lakin fərz etsək ki, ona kömək əllərini uzada bilərlər, onda ən yaxşısı özünü xəstəliyə vurmaqda
davam etməkdir. Məhz bu məsələyə o, fikrən dönə-dönə qayıdırdı. İndi ki, o, qayda-qanunları
olan ölkədə yaşayır, onda hardansa kömək gözləməyi də təbiidir. Müəmma dumanında gizlənən
və sağ-salamat olmaları barədə heç bir işarə vermədən itkin düşənlər sırasına qoşulan adamlar
çox vaxt özləri bunda maraqlı olanlardır. Bundan əlavə, əgər hadisədə cinayətə dəlalət edən bir
şey yoxdursa, itkindüşməyə cinayət işi kimi yox, mülki iş kimi baxılırdı və polis bu işdə çox da
dərinə baş soxmurdu. Lakin onunla bağlı vəziyyət tamam başqa cürdür. O, həsrətlə kömək
gözləyir, bu haqda hamıya müraciət edir, bu kömək hardan gələcək - onun üçün fərqi yoxdur.
Hətta onu heç vaxt görməmiş, səsini eşitməmiş adamın üçün, sahibsiz qalmış evinə heç olmazsa
bir dəfə, ani də olsa, baxması kifayətdir ki, ona hər şey o saat aydın olsun. Oxuduğu yerdə
saxlayıb, açıq qoyduğu yarımçıq kitab… İşə geyindiyi kostyumun cibindəki xırda pul… Lap qoy
cüzi məbləğdə də olsa, son vaxtlar hesabından pul çıxarılmayan çek kitabçası… Yarımçıq
qurudulub, hələ səliqəyə salınmamış həşəratlarla dolu yeşik… Yola salınmağa hazır, üstünə
marka yapışdırılmış həşəratlar üçün təzə şüşə qablar sifarişi kağızı… Hər şey yarımçıq atılıb və
sahibinin qayıtmaq fikrində olduğuna işarə edir. Baş çəkməyə gələn adam, istəsə də İstəməsə də,
bu otaqların az qala hər nöqtəsindən eşidilən yalvarışları eşitməyə bilməz.
Bəli… Əgər həmin məktub olmasaydı… Əgər həmin sarsaq məktub olmasaydı… Amma o var
idi… Bu yuxu öncəgörmə oldu, indi isə o, yenidən özü - özünü nəyəsə inandırmağa çalışır. Nə
üçün? Hiylə yetər. İtirdiyini qaytara bilməzsən. O, öz əlləri ilə artıq çoxdan özünü məhv edib.
Bu məzuniyyətə aid nə varsa, hamısını sirr saxlayırdı və həmkarlarının heç birinə hara gedəcəyi
barədə bilərəkdən heç nə demirdi. Susmağı azmış kimi, bu gedişini düşünülmüş şəkildə sirrə
bələmişdi. Bu, öz yekrəng boz həyatlarında özləri də başdan-ayağa bozarmış həmin adamları ələ
salmaq üçün(bundan yaxşısını düşünə bilməzsən) çox gözəl vasitə idi. İndi o, özünüməhvlə
məşğul idi; bütün bu bozluq içərisində əlbəttə onun yox, başqalarının tamam ayrı rəngdə də ola
biləcəklərini fikirləşməyə dəyərdi: qırmızı, mavi, yaşıl…
Axı gözqamaşdırıcı günəşlə dopdolu yay ancaq roman və kinofilmlərdə olur. Həyatda isə – bu,
elə orda da həmən acı tüstü iyinin hakim olduğu şəhər kənarına getmiş balaca, təvazökar adamın
istirahət günləridir və siyasətə həsr olunmuş səhifələri açıb, qəzeti yerə sərərək uzanıb… Maqnit
stəkanlı termos və konservləşdirilmiş şirə… uzun müddət növbədə dayanandan sonra kirayəyə
götürülmüş qayıq – saatı on beş iyen… Qurğuşun rəngli köpüklərin diyirləndiyi, ölü balıqlarla
qaynam-qaynam qaynaşan sahil… Sonra isə ölü kimi yorulub düşmüş adamlarla ağzınadək dolu
elktrik qatarı… Hamı hər şeyi çox gözəl başa düşür, lakin özü-özünü aldadan axmaq görkəmində
görünməmək üçün boz kətanda bütün bacarıqlarını səfərbər edib, nəsə bayrama bənzər bir şey
çəkirlər. Bədbəxt, üzütüklü atalar öz narazı balalarını bazar gününün necə əla keçdiyini
söyləməyə məcbur edərək zinhara gətirirlər… Hər bir adamın heç olmasa, bircə dəfə də olsa
elektrik qatarının bir küncündə görə biləcəyi səhnələr… Az qala riqqətə gətirəcək başqasının
günəşinə olan paxıllıq hissi.
Lakin iş təkcə bunda olsaydı, bütün bunları belə ciddi qəbul edib, ürəyinə salmağa dəyməzdi.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
424
Əgər həmin adam bütün baş verənlərə başqa həmkarları kimi reaksiya verməsəydi, o, çətin ki,
belə tərslik edərdi.
Ancaq ona xüsusi inam bəsləyirdilər. Bu, düz danışan, aydın gözlü, həmişə təzə yuyulmuş kimi
görünən sifəti olan bir adam idi. Bu adam həmkarlar hərəkatında fəal iştirak edirdi. Bir dəfə isə
onunla hətta başqalarından gizlətdiyi məhrəm fikirlərilə ciddi və səmimi şəkildə bölüşməyə səy
göstərdilər.
- Sən belə fikirləşirsən?.. Məni sadəcə bax bu həyatla zənginləşdirilən təhsil problemi rahat
buraxmır…
- «Zənginləşdirilən»i necə başa düşək?
- Belə deyək də, illüziyalara əsaslanan və mövcud olmayanı mövcud olan kimi qavramağa
məcbur edən təhsil. Götürək elə qumu – o, bərk cisimdir, lakin eyni zamanda kifayət qədər
hidrodinamik xüsusiyyətlərə malikdir. Elə ona belə diqqət ayırmağımın əsas səbəbi də budur…
Adam çaşdı. Pişik kimi çiyinləri çıxmış bu adamın çiyinləri daha da çox çıxdı. Lakin sifətinin
ifadəsi, həmişəki kimi açıq qalmaqda davam edirdi. O, ideyanın ona yad olduğunu heç nə ilə
bildirmirdi. Bir dəfə kimsə dedi ki, o, mebiusun lentini xatırladır. Mebiusun lenti – bu, bir dəfə
burulub, ucları birləşdirilmiş və beləliklə də üz və astarını itirərək müstəviyə çevrilmiş kağız
zolağıdır. Ola bilsin ki, bu ləqəbə onun Mebiusun lenti kimi özünün həmkarlar ittifaqındakı
fəaliyyəti ilə şəxsi həyatın bir araya cəmləyə bilməsi fikri yerləşdirilmişdi?
Bu ləqəbdə yüngülvari bir rişxəndlə yanaşı təqdir də vardı.
- Bəlkə sən realistik təhsili nəzərdə tutursan?
- Yox, mənim qumla bağlı misalımı götür… məgər dünya son nəticədə quma oxşamır?.. Bax
həmin bu qum, hərəkətsiz, sakit vəziyyətdə öz varlığını büruzə vermir… Əslində qum hərəkət
etmir, hərəkət özü qumdur… Yaxşı olar ki, izahat verməyim…
- Mən onsuz da anladım. Axı tədris təcrübəsində relyativizmin vacib elementləri cəmləşib.
- Yox elə deyil. Mən özüm quma çevriləcəm… Hər şeyi qumun gözü ilə görəcəm… Bir dəfə
ölmüsənsə, yenidən öləcəyindən narahat olmağa dəyməz…
- Sən idealist deyilsən ki, hə?.. Sən yəqin ki, öz şagirdlərindən qorxursan, düzdü?
- Çünki mən şagirdlərimin də nəyləsə quma bənzədiklərini düşünürəm…
Onda o, dişlərini ağardıb, axır məqamda onsuz da ümumi bir nəticəyə gələ bilməyəcəyimiz bu
söhbətin, onun ürəyindən olmadığını heç nə ilə hiss etdirmədən cingiltili gülüşlə güldü. Onsuz da
kiçik olan gözləri üzünün qırışlırında tamam itdi. Mən, yadımdadı ki, onun gülüşünə gülüşlə
cavab verməyə bilmədim. Bu adam həqiqətən də Mebiusun lenti idi. Həm yaxşı, həm də pis
mənada. Heç olmasa yaxşı olan tərəfinə görə, hörmət etməyə dəyərdi.
Lakin hətta bu Mebiusun lenti də, başqa həmkarları kimi məzuniyyətə çıxdığına görə ona açıq-
aydın paxıllıq edirdi. Bu isə Mebiusun lentinə qəti surətdə oxşamırdı. Paxıllıq etməklə yanaşı, o
həm də sevinirdi. Comərd adamlar adətən adamı qıcıqlandırır. Buna görə də onu
əsəbləşdirməkdən hədsiz zövq almaq olurdu.
Və bu zəhrimar məktub… Geri qaytarılması mümkün orlmayan paylanmış kart. Dünənki yuxunu
səbəbsiz hesab etmək olmaz.
Onunla o qadın arasında, yəni bu yox, başqa qadın arasında sevgi yox idi demək, yalan olardı.
Onların arasında nəsə sönük və bəlkə də qeyri-müəyyən münasibətlər mövcud idi və o, heç vaxt
bilmirdi ki, bu qadından nə gözləmək olar. Məsələn ona deyəndə ki, nikah mahiyyət etibarilə
xam torpağın şumlanması kimi bir şeydir, o dəqiqə qəti və əsəbi şəkildə etiraz edirək, nikahı
darısqallaşmış ev-eşiyin genişlənməsi kimi başa düşmək lazım olduğunu bildirirdi. Əksini
desəydim, sözsüz ki, buna da etirazını bildirərdi. Bu, fasiləsiz olaraq iki il və dörd ay davam
etmiş oyun idi – kim-kimə üstün gələcək. Ola bilsin, onlar sevgi hissini itirmişdilər demək
əvəzinə, axır - axırda lap dondurmuşdular demək daha düzgün olardı, çünki onu, yəni sevgini
həddən artıq idellaşdırmışdılar.
Və elə onda da gözlənilmədən məktub yazıb qoymaq və orda bir müddətə yerini demədən, tək
harasa gedəcəyəi barədə xəbər vermək qərarına gəldi. Məzuniyyəti ətrafında qurduğu,
həmkarlarına əngəlsiz təsir edən müəmma toru bu qadına təsir etməyə bilməzdi. Lakin lap son
anda – artıq ünvanı yazıb, markasını yapışdırdıqdan sonra, belə qərara gəldi ki, bu, axmaqlıqdır
|