Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə77/115
tarix25.04.2017
ölçüsü7,78 Mb.
#15742
1   ...   73   74   75   76   77   78   79   80   ...   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

425 


və məktubu stolun üstündə saxladı. 

Ziyansız bir zarafat yalnız seyf sahibinin aça biləcəyi, sekreti olan avtomatik qıfıl rolunu oynadı. 

Məktub mütləq kiminsə gözünə dəyməli idi. Burda əlbəttə ki, bilərəkdən, onun öz arzusuyla 

itməsinə işarə vuran sübut vardı. O, küt bir tərsliklə, onu cinayət yerində gördüklərinə 

baxmayaraq barmaq izlərini məhv edən ağılsız cinayətkara bənzəyirdi. 

Əsirlikdən qaçmaq imkanları azalırdı. Və indi, baxmayaraq ki, hələ də ümidini itirməmişdi, bu 

ümid özünün qatdığı zəhərdən boğulurdu. İndi onun bir yolu vardı – kiminsə bu qapıları onun 

üzünə açmasını gözləmədən, özü o qapıları açsın və güclə də olsa, buradan canını qurtarsın. Bu 

saat tərəddüd etmək olmaz. 

Bədəninin bütün ağırlığını ağrıyanadək quma batırdığı ayaq barmaqlarına salıb, qərar verdi: 

onacan sayıb, yerimdən sıçrayacam… Lakin on üçədək saydı – heç nə alınmadı. Nəhayət, dörd 

dəfə köks ötürüb, o, gizləndiyi yerdən çıxdı. 

 

15______________________________ 



 

Hərəkətləri düşündüyünü həyata keçirməyə rəğmən, həddən artıq ləng idi. Qum bütün gücünü 

udurdu. Bu ərəfədə qadın çevrildi və belin dəstəyinə söykənərək, təəccüblə gözlərini ona zillədi. 

Əgər qadın müqavimət göstərsəydi, nəticə tamam başqa cür olardı. Lakin onun gözlənilməzliyə 

hesablanmış planı özünü doğrultdu. Düzdü, hərəkətləri həddən artıq əsəbi idi, lakin qadın da elə 

bil iflic vurmuş kimi sarsılmışdı. Qadının ağlına belə gəlmədi ki, əlindəki bellə onu qovsun. 

- Səs-küy salma!.. Sənə heç nə etməyəcəm… Sakit!.. – o, dəsmalı 

qadının ağzına necə gəldi dürtə-dürtə, boğuq səslə pıçıldayırdı. Lakin qadın bu bacarıqsız, kor-

koranə hərəkətlərə müqavimət göstərməyə səy belə etmirdi. 

Kişi onun passivliyini hiss edib, özünü ələ aldı. O, qadının ağzından dəsmalın bir ucunu çıxarıb, 

başını sıx-sıx bağladı və arxadan kip çəkib, düyün vurdu. Sonra isə əvvəlcədən hazırladığı getr 

ilə qadının əllərini arxadan bərk – bərk bağladı. 

- İndi isə, haydı, tez evə! 

Qadın tamamilə yerində donmuş kimi, nəinki onun hərəkətlərinə, həm də sözlərinə itaətkarcasına 

tabe olurdu. Düşmənçilik nədi – qadın heç kölgəyə də müqavimət göstərmirdi. Görünür, gipnoza 

oxşar vəziyyətə düşmüşdü. Kişi nə etdiyini fikirləşmirdi və bilmirdi ki,düz edir, yoxsa yox, lakin 

görünür, kobud rəftar qadının müqavimət göstərmək bacarığını əlindən almışdı. O, qadını torpaq 

döşəmədən ayağa qalxmağa məcbur etdi. İkinci getr ilə ayaqlarını topuqlarının yanından sarıdı. 

Bütün bunları qaranlıq şəraitdə, kor-koranə edirdi və getrdən qalan bir parça ilə tam arxayınlıq 

üçün ayaqlarının ətrafında bir dəfə də dolayıb, bağladı. 

- Bax belə, sakit otur, aydındı?.. Özünü yaxşı aparsan, sənə heç nə etməyəcəm… Amma bax ha, 

mənimlə zarafat etməyin sonu pis olur… 

Qadının nəfəsi gələn tərəfə diqqətlə baxıb, dal-dalı qapıya tərəf getdi, sonra isə cəld bayıra çıxıb, 

bellə lampanı götürdü və o dəqiqə evə qayıtdı. Qadın bir böyrü üstə çevrilmişdi. O, tez-tez və 

ağır nəfəs alır, buna uyğun olaraq da, başını qaldırıb, salırdı. Nəfəsini çəkəndə qadın çənəsini 

uzadırdı – yəqin, həsirdən nəfəsinə qum getməsin deyə. Nəfəsini buraxanda isə – hava burnunun 

deşiklərindən böyük təzyiqlə çıxıb, sifətindəki qumu üfürsün deyə, əksinə. 

- Eybi yox, bir qədər dözərsən. Səbətlilər qayıdana qədər gözləməli olacaqsan. Mənim çəkdiyim 

bütün bu əzablardan sonra, sənin susmağın məsləhətdir. Bundan əlavə, axı mən burda keçirdiyim 

vaxta görə sizə pul ödəyəcəm… Qalan bütün əlavə xərcləri isə, nə isə, özün hesablayarsan… 

Etiraz etmirsən?.. Etiraz edirsən?! Düzünə qalsa, mənim pul ödəməyim yersizdir, sadəcə, 

xoşlayıram ki, hər şey doğru-düzgün olsun. Buna görə də, istəsən də, istəməsən də, nə olursa 

olsun, bu pulları sənə qaytaracam. 

Kişi əlləri ilə boğazından tutub, sanki rahat nəfəs almaq üçün özü – özünə kömək edirmiş kimi, 

narahatlıqla bayırdan gələn, aydın olmayan bir səsə qulaq asmağa başladı. Hə, yaxşı olar ki, 

lampanı söndürüm. O, şüşəni qaldırdı və alovu söndürməyə hazırlaşırdı ki… Yox, bir də baxım, 

görüm qadın neyləyir. Ayaqları kifayət qədər bərk bağlanıb – barmağını belə sala bilməzsən. 

Əlləri ilə də bağlı hər şey qaydasındadır – biləngləri gömgöy göyərib, mayasınadək qırxılmış 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

426 


dırnaqları köhnəlib qatılaşmış mürəkkəb rəngindədir. 

Əla tıxacdır. Qadının onsuz da rəngi qaçmış dodaqları elə dartılmışdı ki, üstündə qan deyilən şey 

qalmamışdı – elə bil əsl kabusdur. Ağzının suyu axıb, həsirin üstündə, elə yanağının altındaca 

qara ləkə əmələ gətirmişdi. Lampanın titrək işığında ordan – qadın olan yerdən, elə bil ki, sakit 

inilti səsi gəlirdi. 

- Nə etmək olar? Poxu özün qaynatmısan… - Onun tələsik atılmış sözlərində əsəbilik hiss 

olunurdu. – Sən məni aldatmağa cəhd göstərdin, mən səni. Haq-hesabı çürütdük? Axı mən hər 

halda insanam, adamı it kimi götürüb, zəncirləmək olmaz axı… Kimi dindirsən, bunun doğru, 

qanuni özünümüdafiə olduğunu deyər. 

Qəfildən qadın başını döndərib, yarıörtülü gözünün qırağı ilə onun baxışını tutmağa çalışdı. 

- Hə, nədi?.. Nəsə demək istəyirsən? 

Qadın başını bir qədər qeyri-təbii yellədi. Elə bil həm təsdiq edir, həm də inkar edirdi. O, qadının 

heç olmasa gözlərindən bir şey oxumaq üçün lampanı onun sifətinə yaxınlaşdırdı. Əvvəlcə o, 

hətta inanmadı. Qadının gözlərində nə kin, nə də ədavət vardı, yalnız sonsuz qəm və elə bil nə 

üçünsə yalvardığı hiss olunurdu. 

Ola bilməz… Yəqin, mənə elə gəlir… «Gözlərin ifadəsi» - bu, olsa-olsa, gözəl deyimdən başqa 

bir şey deyildir… Əgər göz alması hər hansı bir əzələdən xalidirsə, onda məgər gözdə nəsə ifadə 

ola bilərmi? Lakin kişi hər halda tərəddüd edirdi və qadının ağzına bağladığı yaylığı boşaltmaq 

üçün əlini uzatmağa hazırlaşırdı. 

Və o an da əlini çəkdi. Tələsik lampanı söndürdü. Qum səbəti 

daşıyanların səsi yaxınlaşırdı. Söndürülmüş lampanı asan tapmaq üçün onu döşəmənin lap 

kənarına qoydu və əl – üz yuyanın altından su qazançasını çıxarıb, dodaqlarına dirəyərək 

acgözlüklə içməyə başladı. Sonra isə beli götürərək, qapının yanında gizləndi. Başdan ayağa su 

içində idi. Bax indi… Beş-on dəqiqə də səbr… Həşərat kolleksiyası ilə dolu yeşiyi qətiyyətlə 

özünə tərəf çəkdi. 

 

16_________________________________________ 



 

– Ey! – xırıltılı səs eşidildi. 

– Orda nə edirsiniz? – hələ də gənclik təravətini saxlayan başqa bir səs əks-səda kimi eşidildi. 

Dərəyə elə qatı zülmət çökmüşdü ki, göz-gözü görmürdü, bayırda isə, çox güman ki, artıq ay 

çıxmışdı, çünki qumla səma arasındakı sərhəddə yayğın ləkə kimi bir-birinə qarışmış bir qrup 

adamın kölgəsi qaralırdı. Kişi sağ əlində bel, dərənin dibi ilə süründü. Yuxarıda həyasız gülüşmə 

eşidildi. Səbətləri qaldırmaq üçün aşağıya qarmaqlı kəndir salladılar. 

– Xalacan, tez elə! 

Elə bu an kişi gərilib, dalınca qum tozanağı qaldıraraq kəndirə tərəf tullandı. 

– Ey, qaldır! – deyə qışqırdı. Kələkötür kəndirdən elə yapışmışdı ki, daş da olsaydı, fərqi yoxdur, 

barmaqları axıradək içinə girəcəkdi. – Qaldır! Qaldır! Nə qədər ki, qaldırmamısınız, 

buraxmayacam… Qadın əli-ayağı bağlı evdə uzanıb qalıb. Ona kömək etmək istəyirsinizsə cəld 

kəndiri çəkin! O vaxta qədər isə heç kəsi ona yaxın buraxmayacam!.. Əgər kimsə bura burun 

soxmağa cəhd göstərsə, bellə başını yaracam… Məhkəmə olsa – mən udacam! Mərhəmət 

gözləməyin!.. Hə, niyə ləngiyirsiniz? Əgər elə bu saat məni yuxarı qaldırsanız, məhkəməyə 

vermərəm, hər şey barəsində susaram… Qanunsuz saxlama – heç də balaca cinayət deyil!.. Hə, 

nə oldu? Çəkin görək! 

Yuxarıdan tökülən qum sifətinə vurur. Köynəyinin altından, boynundan aşağıya doğru nəsə 

xoşagəlməz, yapışqan kimi bir şey sürünür. İsti nəfəs dodaqları yandırır. 

Yuxarıda deyəsən məsləhətləşirdilər. Və birdən – güclü bir dartınma və kəndir yuxarıya doğru 

sürünməyə başladı. Havada yellənən, düşündüyündən də qat-qat çox olan bədəninin ağırlığından 

az qala kəndir əlindən çıxır. Kişi kəndirdən ikiqat bərk yapışdı. Yəqin ki, gülməyini saxladığı 

səbəbindən yaranan spazma qarnını əzirdi və ağzından damcılar yelpik kimi sıçrayırdı… Bir 

həftə davam edən pis yuxu dağılır və harasa uçur… Yaxşı… yaxşı… Artıq xilas olub! 

O, qəflətən çəkisizlik hiss etdi və fəzada üzdü… Hissləri dəniz xəstəliyində olduğu kimi bütün 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

427 


bədəninə yayıldı; buna qədər az qala əlinin dərisini aparan kəndir, indi gücsüz vəziyyətdə 

ovuclarında qalmışdı. 

Bu əclaflar kəndiri buraxmışdılar!.. Kəllə-mayallaq aşıb, yöndəmsiz şəkildə qumun üstünə 

yıxıldı. Həşəratlar üçün olan yeşik altında qalıb, iyrənc bir çartıltı saldı, sonra isə nəsə yanağını 

yalayıb bir qəldər kənara uçdu. Güman ki, kəndirin ucuna bağlanmış qarmaq idi. Gör yaramazlar 

nə edirlər! Yaxşı ki, heç olmasa, üzümə bərk dəymədi. Yeşiyin üstünə düşən tərəfini əllədi, – 

deyəsən, elə bir ağrıyan yeri yoxdur. Dik atılıb kəndiri axtarmağa başladı. Onu artıq yuxarı 

qaldırmışdılar. 

– Axmaqlar! 

Kişi yad bir səslə qışqırdı: 

– Axmaqlar! Axı peşman olacaqsız! 

Sıfır reaksiya. Ancaq tüstü kimi yayılan sakit pıçhapıç – nə dediklərini ayırd etmək olmur. Bu 

pıçıldaşmada nə çoxdur – düşmənçilik, ya istehza, - ayırd edə bilməzsən. Və bu, dözülməzdir. 

Qəzəb və həqarət polad halqalar kimi bədənini sıxırdı. O, yumruqlarını dırnağı tərli ovuclarına 

batanadək sıxıb, qışıqırmaqda davam edirdi. 

- Hələ başa düşməmisiniz?! Düzdü, siz söz başa düşmürsünüz, amma mən elə şey etmişəm ki, 

hətta sizin kimi kütlər də başa düşməlidir? Qadının əl-qolu bağlıdır! Eşidirsiz?.. Nə qədər ki, 

məni yuxarı qaldırmamısınız və ya nərdivanı aşağı salmamısınız, o, elə də qalacaq!.. Burda 

qumu kürəməyə adam olmayacaq… Hə, necədi, xoşunuza gəlir?.. Yaxşı-yaxşı fikirləşin… Əgər 

bura qum altında qalsa, axı sizin üçün də pis olacaq, düzdü?.. Qum dərəni doldurub, kəndə tərəf 

hərəkət edəcək!.. Onda nə edəcəksiniz?.. Niyə cavab vermirsiniz?! 

Cavab vermək əvəzinə onlar sadəcə çıxıb getdilər, ancaq qumun üstü ilə 

sürüdükləri səbətin xışıltısı eşidilirdi. 

- Niyə?.. Niyə heç bir söz demədən çıxıb gedirsiz? 

Artıq özündən başqa heç kəsin eşitmədiyi aciz bir yalvarış. Kişi başdan ayağa əsə-əsə, əyilib 

həşərat kolleksiyası yeşiyinin içindəkiləri qarasına yığmağa başladı. Görünür, spirt butulkası 

sınmışdı: ona toxunanda barmaqlarının arasından xoş bir sərinlik axdı. O, səssiz – səmirsiz 

ağlamağa başladı. Çox da kədərlənmirdi. Hələ üstəlik, ona elə gəlirdi ki, ağlayan da özü yox, 

kimsə başqasıdır. 

Qum onun ardınca hiyləgər yırtıcı tək sürünürdü, qatı zülmətdə çaşa-çaşa, ayqlarını sürüyərək 

çətinliklə özünü qapıya çatdırdı. Qapağı sınmış yeşiyi ehtiyatla, qarasına ocağın yanına qoydu. 

Küləyin uğultusu havanı yardı. Ocağın yanındakı boş bankadan polietilen paketə bükülmüş 

kibriti çıxarıb, lampanı yandırdı. Qadın döşəməyə çox əyilmiş, ammaəvvəlki vəziyyətdə uzanıb 

qalmışdı. O, görünür, bayırda nə baş verdiyini ayırd etmək üçün başını yüngülcə qapıya tərəf 

çevirdi. Gün gözünü qamaşdırdı və o dəqiqə yenidən gözünü bərk-bərk qapadı. Kişinin bir qədər 

əvvəl öz üzərində hiss etdiyi qəddarlıq və kobudluğunu görəsən qadın necə qəbul etdi?.. 

Ağlamaq istəyir – qoy ağlasın, gülmək istəyir – qoy gülsün… Hələ heç nə itirilməyib. Gec 

partlayan minanın fitili yalnız mənim öz əlimdədir, başqa heç kimin.  

Kişi qadının arxasında dizi üstə yerə çökdü. Bir qədər tərəddüddən sonra qadının ağzını tıxayan 

yaylığı açdı. Ona görə yox ki, birbən birə vicdan əzabı çəkdi. Və əlbəttə ki, mərhəmətdən, ya ona 

acıdığından söhbət belə gedə bilməzdi.  

 

O, sadəcə gücdən düşmüşdü. Və bu nəhayətsiz gərginliyə dözə bilmirdi. Mahiyyət etibarilə 



tıxaca ehtiyac da yox idi. Əgər onda qadın köməyə çağırıb qışqırsaydı, ola bilsin ki, bu əksinə, 

onun düşmənləri arasında çaşqınlıq yaradar, onları tez bu məsələni həll etməyə məcbur edərdi.  

Qadın çənəsini uzadıb, ağır -ağır nəfəs alırdı. Onun qumla qarışmış tüpürcəyindən yaylıq ölü 

siçovul kimi bozarıb ağırlaşmışdı. Dərisini sıxan yaylığın qoyduğu gömgöy izlər elə bil heç vaxt 

itməyəcəkdi. Keyləşib taxtaya dönmüş, quru balıq kimi bərk yanaqlarını açılışdırmaq üçün qadın 

fasiləsiz olaraq alt çənəsini tərpədirdi. – Artıq vaxtdır… – Yaylığı iki barmağıyla götürüb, torpaq 

döşəmənin üstünə atdı.– Məsləhətləşmələrini qurtarmaq vaxtıdır. İndi əllərində kəndir nərdivan 

qaçıb gələcəklər. Axı hər şey necə varsa elə də qalsa, onların özü üçün pis olacaq. Hə, düz 

deyirəm… narahatlıq istəmirlərsə, onda məni bu tələyə də salmaq lazım deyildi.  


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

428 


Qadın tüpürcəyini udub, dodaqlarını yaladı. – Axı… – Dili hələ sözünə pis baxırdı və qadın 

ağzında isti yumurta varmış kimi boğuq danışırdı. – Ulduzlar çıxıb? – Ulduzlar?.. Ulduzların 

bura nə dəxli var? – Bəlkə ulduzlar çıxmayıb… – Hə, tutaq ki, çıxmayıb, nə olsun ki? Qadın 

haldan düşüb, yenidən susdu. 

– Nə baş verir? Başlamısız – sözünüzü axıra çatdırın! Ulduz falı tərtib etmək istəyirsiniz? Ya, 

bəlkə bu, yerli xurafatdır?.. Hələ bir bəlkə deyəsiz ki, ulduzsuz gecələrdə nərdivanı aşağı 

sallamaq olmaz?.. Hə, nədi? Mən başa düşmürəm ki, niyə susursunuz!.. Bəlkə siz ulduzlar 

çıxandan sonra danışmağa başlayacaqsınız, onda gözləyin, özünüz bilərsiniz… Lakin birdən 

qasırğa qopsa, nə olacaq? Onda əminəm ki, ulduzlar heç yada düşməyəcək! 

– Ulduzlar… – Qadın, elə bil sözləri yarımçıq tübikdən damcı-damcı sıxıb çıxarırdı. – Əgər bu 

vaxtadək ulduzlar çıxmayıbsa, külək çox da bərk olmayacaq… 

– Niyə? 


– Axı ulduzlar dumana görə görünmür. 

– Bu da sözdür? Məgər indi külək əvvəlki kimi əsmir? 

– Yox, onda indikindən qat-qat bərk əsirdi. Eşidirsiniz, külək yatır… 

Ola bilsin, qadının dediklərində həqiqət var. Ulduzların dumanlı görünməyinin səbəbi odur ki, 

küləyin havadakı buxarları qovmağa gücü çatmır. Bu gecə çətin ki, güclü külək əssin… Deməli, 

onlar da orda – kənddə qərar çıxarmağa tələsməyəcəklər… Və əvvəlcə ona cəfəngiyyat, 

ağılsızlıq kimi görünənin, gözlənilmədən ağlabatan cavab olduğu məlum olub. 

- Doğrudan a-a… Amma mən tamamilə sakitəm… Əgər onlar belə edirsə, onda mən özüm də 

gözləyə bilərəm. Bir həftə, ya on, on beş gün – fərq etməz… 

Qadın ayaq barmaqlarını güclə bükdü. Onlar indi qarayaxanın məmələrinə oxşayırdılar. Kişi 

güldü. Və gülən kimi də ögüməyi gəldiyini hiss etdi. 

Özümü nə üzürəm?.. Məgər düşmənlərinin zəif yerini dişinə vurmamısan?.. Nəyə görə sakit 

olmur, müşahidə etmirsən?! Axı nəhayət, sən sağ - salamat evinə qayıtdıqdan sonra bütün bu 

başına gələnləri qələmə almaqa dəyər. 

…O! Bizi heyrətləndirdiz. Nəhayət ki, siz nəsə yazmağa qərar verdiniz. Doğrudan da, başınız az 

bəla çəkməyib. Lakin başımıza gələnlərdən dərs alırıq – axı yağış soxulcanlarının da dərisini 

qıcıqlandırmasan, dartınıb uzanmaz. Sağ olun. Düzü, mənə çox şey haqqında düşünmək lazım 

gəldi, hətta başlıq da hazırdı… O! Nə başlıqdı o elə?.. «Qumluqlar iblisi», və ya «Qarışqa 

cəhənnəminin əzabları»… Hə, münaqişəli başlıqlardır. Amma bir az məzmunsuzluq təəssüratı 

yaratmır ki?… Siz belə düşünürsünüz?.. Çəkdiyiniz əzablar nə qədər dəhşətli olsa da, hadisələrin 

yalnız zahiri tərəflərini təsvir etməyin heç bir mənası yoxdur. Bundan başqa, faciənin 

qəhrəmanları – orda yaşayan insanlardır və sizin yazdığınızda problemin həlli yollarının heç 

olmasa cizgiləri çəkilməsə, sizin çəkdiyiniz əzabların bir qəpik qiyməti olmayacaq… Bu 

əclaflıqdır!.. Nə?.. 

Deyəsən hardasa çirkab suları axan qanovu təmizləyirlər? Ya bəlkə, dəhlizdə səpələnən 

dezinfeksiya ilə sizin ağzınızdan gələn sarımsaq iyinin arasında nəsə bir xüsusi kimyəvi reaksiya 

baş verir?.. Nə?.. Heç nə, heç nə, xahiş edirəm, narahat olmayın. Nə qədər yazıramsa yazım, 

görürəm ki, məndən yazıçı çıxmaz… Yenə də tamamilə gərəksikz bir təvazökarlıq, sizə 

yaraşmır. Mənə elə gəlir ki, yazıçılara xüsusi kateqoriyadan olan adamlar kimi baxmaq lazım 

deyil. Əgər yazırsansa – deməli sən yazıçısan… Daşlaşmış bir fikir var ki, kim də olmasa, bu 

müəllimlər yazmağı sevirlər – təki onlara imkan ver… Bu, yəqin ondan irəli gəlir ki, 

ixtisaslaşma baxımından müəllimlər nisbətən yazıçılara yaxındırlar…Yaradıcı tədris deyilən şey 

budur? Baxmayaraq ki, özlərinin heç təbaşir yeşiyi də düzəltmək əllərindən gəlmir… Təbaşir 

üçün yeşik, çox minnətdaram. Məgər sənin özünü özünə tanıdıb, gözünü açırlarsa, bu, gözəl 

yaradıcılıq nümunəsi deyilmi?.. Və bunun sayəsində məni ağrı gətirən yeni-yeni təəssüratları 

dadmağa məcbur edirlər… Həm də ümidləri!.. Bu ümidlərin doğrulub doğrulmayacağına heç bir 

cavabdehlik daşımadan… Əgər lap əvvəlcədən hər kəs öz gücünə inanmasa… Yaxşı, bəsdir öz-

özümü aldatdım. Heç bir müəllimə buna bənzər bir nöqsan yaraşmaz… Nöqsan?.. Mən yazıçılıq 

haqqında danışıram. Yazıçı olmaq həvəsi – adicə eqoizmdir: kuklaları idarə etməyə can atmaq və 

bununla da, özünü başqa marionetlərdən fərqləndirmək. Elə qadınların kosmetikadan istifadə 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

429 


etməsi də bu səbəbdəndir… Çox ciddi olmadı ki? Lakin siz «yazıçı» sözünü bu mənada 

işlədirsinizsə, onda bəlkə də, yazıçı olmaq və sadəcə yazmaq, həqiqətən də eyni şey deyil. Ola 

bilsin.Və məhz buna görə də mən yazıçı olmaq istədim! Əgər bacarmasam, onda heç yazmağa da 

dəyməz!.. 

Yeri gəlmişkən, uşağa söz verib, yerinə yetirməyəndə halı necə olur? 

 

17________________________________________ 



 

Bayırdan qanad çırpmasını xatılrladan səs eşidildi. Kişi lampanı qapıb, bayıra cumdu. Dərənin 

dibində həsirə bükülmüş nəsə atılıb qalmışdı. Yuxarıda nə ins vardı, nədə cins. Bağlamaya 

toxunmadan, bərkdən qışqırdı. Cavab gəlmədi. O, həsirin sarındığı ipi açdı. İçində nə olduğu 

bilinməyən bağlama – adı maraq olan yanan fitilin yaxınlaşdırıldığı partlayıcıdır. İradəsinin 

əksinə olaraq qəlbinin dərinliklərində bir ümid qığılcımı parıldadı: bəlkə dərədən çıxmaq üçün 

istifədə edilən hər hansı vasitədir… Bu kəndçilər lazım olan hər şeyi atıb, tələsik uzaqlaşıblar… 

Laikin burda qəzetə bükülmüş balaca bir bağlama və ağzına taxta tıxac tıxanmış, təxminən bir 

litrlik butulkada araq vardı. Bağlamada isə üç qutu, hərəsində iyirmi dənə olmaqla «Sinsey» 

siqareti. Və başqa heç nə. Sadəcə inanmağı belə gəlmirdi. O, yenidən həsirin bir ucundan 

yapışıb, bərk silkələdi – yerə ancaq qum töküldü… Hələ də ümid edirdi ki, heç olmasa bir parça 

kağızda da olsa məktub olmalıdır, lakin bu da yox idi. Butulkadakı turşumuş düyü kökəsi iyi 

verən keyfiyyətsiz araq idi. 

Bütün bunlar nə üçün idi?.. Sövdələşmədi, nədi bu?.. Nə vaxtsa eşitmişdi ki, hindular dostluq 

əlaməti olaraq bir-birinə qəlyan bağışlayırlar. Elə araq özü də – hər yerdə şən əhval - ruhiyyə 

nişanəsidir. Beləliklə, güman etmək olar ki, onlar bu üsulla nə cürsə dil tapmaq istədiklərini 

büruzə verirlər. 

Adətən kənd adamları öz hisslərini sözlə ifadə etməyə utanırlar. Bu mənada onlar çox 

sadəlövhdürlər. 

Lakin hələlik hər cür saziş-filan bir qırağa, əsas siqaretdir. Necə olub ki, düz bir həftə onsuz 

dözüb? Vərdiş etdiyi cəldliklə qutunun bir qırağını cırarkən, kağızın jilalılığını hiss etdi. 

Qutunun dibinə çırtma vurub, bir dənə siqaret çıxardı. Siqareti tutan barmaqları ehmalca 

titrəyirdi. Siqaretini lampadan alışdırıb, yavaş-yavaş və dərindən qullab vurdu, qurumuş otların 

ətri bütün bədəninə yayıldı. Dodaqları keyidi, gözlərinin önündə ağır, məxmər pərdə sallandı. 

Başı zərbə alıbmış kimi hərləndi, üşünmə tutdu. 

Butulkanı özünə bərk-bərk sıxıb, müvazinətini güclə saxlyaraq yavaş-yavaş evə tərəf getdi. 

Ayaqları sözünə baxmırdı. Başı halqaya salınıbmış kimi hələ də hərlənirdi. O, qadının olduğu 

yerə baxmaq istəyirdi, lakin heç cür başını döndərə bilmirdi. Gözünün ucuyla gördüyü qadının 

sifəti ona qeyri-adi dərəcədə balaca göründü. 

- Bax, hədiyyədir… – O, butulkanı başının üstünə qaldırıb silkələdi. – Əla fikirləşiblər, düzdü? 

Sağ olsunlar, indi biz hər şeyi əvvəlcədən qeyd edə bilərik… Sözsüz də aydındır… Mən hər şeyi 

əvvəldən başa düşdüm… Olan olub, keçən keçib… hə, necə bilirsən, bəlkə əlli-əlli vuraq? 

Cavab vermək əvəzinə qadın gözlərini bərk-bərk qapadı. Bəlkə o, əl-ayağını açmadığım üçün 

hirslənib? Axmaq qadın. Axı heç olmasa bircə sualına düz - əməlli cavab versəydi, o dəqiqə onu 

açıb buraxardı. Bəlkə sadəcə ona bu toxunub ki, belə çətinliklə əldə etdiyi kişini saxlamaq 

iqtidarında deyil və məcburdur ki,– əlindən başqa nə gəlir – onu buraxsın. Görünür, qadının 

əlində nəsə bir əsas var… Axı onun hardasa otuz yaşı var, özü də duldur. Topuqlarının arxasında 

nəsə qəribə, aydın seçilən batıqlar var. Onu gic gülmək tutdu. Ayaqları niyə belə əcaibdir? 

– Çəkmək istəyirsiniz? Qonaq edə bilərm. 

– Yox, istəmirəm, onsuz da boğazım quruyub… – başını bulayıb, sakitcə cavab verdi. 

– Bəlkə içməyə bir şey verim? 

– Heç nə olmaz. 

– Utanmayın. Mən sizinlə ona görə belə rəftar etməmişəm ki, şəxsiyyətinizə qarşı xüsusi nifrətim 

var. Özünüz bunun strateci nöqteyi - nəzərdən vacib olduğunu başa düşməlisiniz. İndi elə bil ki, 

geri çəkiliblər… 


Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin