“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
441
Suyu necə qoymuşdularsa, elə də qalmışdı. Birnəfəsə üç - dörd qurtum vurdu və bu şəffaf
mineralın dadına yenə valeh oldu. O, narahatlığını gizlədə bilmirdi. Bu qədər su ilə axşama kimi
dözmək olmazdı. Xörək hazırlamaq üçün isə, sözsüz ki, çatmayacaqdı. Bu tiplər dəqiq
hesablayıblar. Susuzluq qarşısında qorxu - məni necə istəyirlərsə elə də hərləmək üçün onların
əlindəki cilovdur.
İri həsir şlyapanı gözünün üstünə basıb, dalınca qovurmuşlar kimi bayıra atıldı. Onun fikir və
mülahizələri susuzluq qarşısında isti alnına düşən aciz qar dənəciklərinə dönmüşdü. Əgər on
stəkan - ürəyi vuracaq qədər çoxdursa, onda bir stəkan - qamçıdır desək, daha doğru olar.
Hə, hardadı bu bel?..
Qadın talvarın altını göstərdi və yorğun halda gülümsəyib, köynəyinin qoluyla alnının tərini
sildi. Əldən düşsə də, bir an olsun, alətlərin harda qoyulduğunu unutmurdu. Bu, qumluqlarda
yaşayan insanın təbii yolla əldə etdiyi ənənəvi düşüncə tərzidir.
Beli əlinə alan kimi yorğun sümükləri qatlanan sacayağın ayaqları kimi qısaldı. Yəqin ona görə
ki, keçən gecə demək olar ki, gözünü yummamışdı. Görünür, istənilən vəziyyətdə hər şeydən
öncə, görüləsi vacib olan minimal iş həcmi barədə qadınla razılığa gəlmək lazımdır.
Lakin onun üçün hətta danışmaq belə çətin idi. Ola bilsin ki, qoca ilə danışmağa çox güc sərf
etdiyindən, səs telləri çürümüş toqqa tək parça - parça olmuşdu. Qadının yanında dayanıb, bellə
avtomat kimi işləməyə başladı. Onlar bir - birinə bağlıymış kimi həmahəng qaza - qaza evlə
yarğan arasında irəliləyirdilər. Evin taxtadan qayrılmış çiy düyü kökəsi kimi yumşaq divarları,
göbələk şitilliyinə çevrilirdi. Nəhayət onlar qumu bir yerə topladılar. Sonra isə bidonlara
doldurub, təmizlənmiş yerə sürüdülər. Bütün bidonları çəkib aparandan sonra, yenidən işə
başladılar. Qayğısız, az qala avtomatlaşmış hərəkətlər. Ağzı çiy yumurta ağı dadı verən köpüklü
tüpürcəklə doludur... Tüpürcəyi buxağıyla üzüaşağı sürüşüb, sinəsinə damır, lakin o, buna fikir
vermirdi.
– Bilirsiz, sol əlinizlə bax belə tutun, bir az aşağıdan... - deyə qadın sakitcə işarə vurdu. - Onda
bellə az hərəkət etməli olarsan, sağ əlinizdən ling kimi istifadə edin, onda bundan qat-qat az
yorularsınız.
Qarğa qarıldadı. Sarı işıq birdənbirə maviyə çevrildi. Ağrı iri planda çəkilmiş kimi ətraf aləmdə
əridi. Dörd dənə qarğa sahil boyu lap aşağıdan uçub getdi. Onların qanadlarının ucları tünd yaşıl
rəngə çalırdı və nədənsə kişinin yadına həşəratlar üçün nəzərdə tutulmuş bankadakı zəhər düşdü.
Hə, nə qədər ki, yadından çıxmayıb, onları başqa yeşiyə köçürmək və polietilenə bükmək
lazımdır. Yoxsa istinin təsirindən bir anda parçalanıb töküləcəklər...
– Bu günlük məncə bəs edər...
Qadın bu sözləri deyib, yarğanın yuxarısına baxdı. Onun sifəti tamam qurumuşdu və nazik qum
örtüyü ilə örtülməsinə baxmayaraq, kişi qadının üzünün tamam qansız olduğunu başa düşdü.
Dolaşıq fikir tunelinin içiylə axtara-axtara gəlib, nəhayət kirli yatağını tapdı. Qadın nə vaxt
qayıtmışdı - o, artıq eşitmədi.
22_______________________________________________
Əgər əzələlərinin arasına gips töksən, yəqin ki, əhvalın təxminən belə olar. Səhv etmirəmsə
gözlərim açıqdır, bəs onda ətraf niyə belə qaranlıqdır? Hardasa siçan öz yuvasına nəsə dartıb
aparır... Boğazım yanır, elə bil yeyə sürtüblər... Ağzımdan zibil quyusunun iyi gəlir... Siqaret
çəkmək istəyirəm... Yox, əvvəlcə içsəm yaxşıdır... Su!.. O, həmin anda gerçəkliyə qayıtdı... Belə
de... Bu siçan deyilmiş - qadın işə başlamışdı. Görəsən yatdığı nə qədər vaxt olar?.. Qalxmağa
cəhd göstərdi, lakin nəsə dəhşətli bir qüvvə onu yenidən döşəyin üstünə tulladı... Birdən nəsə
ağlına batdı və üzündəki yaylığı çəkib atdı. Taybatay açılmış qapının arasından jelatindən
süzülübmüş kimi təzətər Ay işığı daxil olurdu. Hiss olunmadan gecə düşdü.
Yatağının yanında qazança, lampa və araq şüşəsi qoyulmuşdu. O, cəld dirsəklənib, ağzını
yaxaladı. Ağzındakı suyu bir qədər uzağa, ocağa tərəf tüpürdü. Aramla bir neçə ləzzətli qurtum
vurdu. Əli ilə lampanın ətrafını yoxladı, barmaqları yumşaq bir bağlamaya toxundu - kibrit və
siqaret. Lampanı yandırdı, alovu siqaretinə yaxınlaşdırdı. Bir az da araqdan içdi. Parçalanmış
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
442
şüuru yavaş - yavaş nəsə bütöv bir şeyə çevrilməyə başladı.
Bağlamada yemək də vardı. Hələ də isti olan düyü və undan hazırlanmış üç kökə, iki dənə
qurudulmuş siyənək, turşuya qoyulmuş, quruyub büzüşmüş turp və bir qədər də acı dadan, -
deyəsən, elə həmin turpun qurudulmuş yarpaqlarından ibarət bişmiş tərəvəz. Bircə dənə siyənək
və kökə bəs edərdi. Mədəsi yığılıb, rezin əlcək boyda olmuşdu.
Ayağa qalxanda güclü küləkdən titrəyən dəmir örtük kimi oynaqları cırıldadı. Kişi ehtiyatla su
çəninin içinə boylandı. Çən yenidən ağzınadək doldurulmuşdu. Kişi yaylığı isladıb, üzünə sərdi.
Titrətmə bütün bədənini dəlib keçdi - gündüz işığı lampasını dəlib keçən qığılcım kimi. O,
boynunu, böyürlərini yaylıqla sürtdü, barmaqlarının arasındakı qumu təmizlədi. Bəlkə də, elə
belə anlarla həyatın mənasını təyin etmək lazımdır.
– Bəlkə çay içəsiniz? - qadın qapının ağzında dayanmışdı.
– Lazım deyil... Qarnım nağara kimidir - suyla dolub.
– Yaxşı yatdınız?
– Qalxanda gərək məni də oyadaydın...
Qadın başını aşağı salıb, sanki onu qıdıqlayırmışlar kimi bir qədər gülməli səslə dedi:
– Gecə üç dəfə qalxıb, üzünüzdəki yaylığı səliqəyə salmışam.
Bu, nəhayət ki, böyüklərin gülüşünü təqlid etməyi çətinliklə öyrənib başa çıxan üç yaşlı uşağın
şıltaqlığına bənzəyirdi. Qadının aşıb - daşan sevinc hissini daha yaxşı necə ifadə etməyin sadəcə
yolunu bilmədiyi çaşqın görkəmindən aydın görünürdü. Kişi qaşqabaqla cavab verdi.
– Sənə qazmaqda kömək edim?.. Yoxsa, bidonları daşısam daha yaxşı olar?
– Axı... artıq vaxtdır. İndilərdə səbətləri aşağı sallamalıdırlar...
İşə başlayanda öz bədənindən gözlədiyi müqaviməti hiss etmədiyindən təəccübləndi. Görəsən bu
dəyişikliyin səbəbi nədir? Bəlkə səbəb susuz və ya qadının qarşısında borclu qalmaq qorxusudur,
ya da ola bilsin ki, bu, əməyin öz xarakterindən gələn bir şeydir. Həqiqətən də, əmək sürətlə
uçan vaxtla barışmaqda insana kömək edir, hətta o, mənasız yerə itirilsə belə.
Bir dəfə "Mebiusun Lenti" onu hansısa bir mühazirəyə dartıb apardı. Mühazirənin keçirildiyi yer
alçaq, paslı dəmir barmaqlıqla çəpərlənmişdi və onun arxasında o qədər kağız qırıntısı, boş
banka, nə üçün nəzərdə tutulduğu bilinməyən əski parçaları səpələnmişdi ki, torpaq heç
görünmürdü. Buranı hasarlamaq fikri layihəçinin ağlına hardan gəlib? Və elə bil onun bu təəccüb
doğuran sualına cavab verirmiş kimi nimdaş pencəkli bir nəfər peyda oldu, dəmir çəpərin
üstündən əyilib, ciddi - cəhdlə barmaqlarını onun üstünə sürtdü. "Mebiusun Lenti" pıçıldadı ki,
bu adam paltarını dəyişmiş polis işçisidir. Tavanda yağış damcılarının qəhvəyi rəngli izi
yayılmışdı - belə iri iz o heç vaxt görməmişdi. Və belə bir şəraitdə mühazirəçi danışırdı:
"Əməyin üzərində ucalmaqdan ötrü əməyin özündən yaxşı vasitə ola bilməz. Əmək öz -
özlüyündə qiymət kəsb eləmir, əməyin öhdəsindən əməklə gəlmək qiymət kəsb edir... əməyin
həqiqi qiyməti onun özü - özünü inkar etmək gücündədir"
Bərkdən fit səsi eşidildi. Kimsə barmaqlarını ağzına qoyub, şərti siqnal verdi. Qumla dolu
səbətlərin qaldırılmasını müşayiət edən qayğısız səs-küy, qışqırıq onların yerləşdiyi dərəyə
yaxınlaşdıqca get - gedə sakitləşirdi. Səbətləri aşağı buraxanda isə artıq tam sakitlik çökürdü. O,
kənardan müşahidə edildiyini hiss edirdi, lakin divara müraciətlə qışqırmaq əvvəlkindən daha
mənasız idi. Lazım olan qədər qumun müvəffəqiyyətlə yuxarı qaldırılmasından sonra elə bil ki,
gərginlik azalıb, yox oldu. Heç kim heç nə deməsə də, artıq belə bir təəssürat yaranmışdı ki, hava
və su kimi lazım olan qarşılıqlı anlaşma baş tutub.
Qadının davranışlarında da gözə çarpan dəyişikliklər baş vermişdi.
- Dincələk... Mən indi çay gətirərəm...
Səsində və hərəkətlərində gümrahlıq hiss olunurdu. Qadın gizlətməyə belə çalışmadığı şuxluq,
oynaqlıqla aşıb daşırdı. Kişi həddən artıq qənd yeyibmiş kimi çiyrinmişdi. Buna baxmayaraq,
qadın onun yanından gəlib keçəndə kişi yüngülcə onun yançalarına şappıldatdı. Əgər gərginlik
gəlib son həddə çatıbsa, qoruyucu mütləq yanır. Nə olursa olsun, qadını belə aldatmaq olmaz.
Bir gün gələr o, xəyali qalanı müdafiə edən keşikçi haqqında rəvayəti qadına danışar.
Bir qala vardı... Yox, qala olmasa da olar - zavod, bank, kazino olsun - bu, elə də vacib şərt
deyil. Keşikçi əvəzinə elə qarovulçu, ya da sadəcə mühafizəçi ola bilər. Beləliklə, daim
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
443
düşmənin hücumunu gözləyən keşikçi hər an ayıq - sayıq idi. Nəhayət, yolunu uzun müddət
gözlədiyi düşmən gəlib çıxdı. Keşikçi vaxt itirmədən həyəcan şeypuru çaldı. Lakin nə qədər
qəribə olsa da, əsas qüvvələrdən səs - səmir çıxmadı. Aydın məsələdir ki, düşmən çətinlik
çəkmədən, bir zərbəsilə keşikçini süpürüb atdı. O, son nəfəsində dumanlı da olsa, düşmənin heç
bir müqavimətə rast gəlmədən, hava kimi divarları, darvazaları, evləri yarıb keçdiyini gördü.
Əslində isə hava kimi olan düşmən yox, qalanın özü idi. Sən demə, tənha keşikçi ömrü boyu
vəhşi çöllükdə bitən qurumuş ağac kimi xəyali bir qalanı qoruyub...
Kişi belin üstündə oturub, siqaretini yandırmağa çalışdı. Lakin bu, ona yalnız üçüncü dəfədən
sonra müyəssər oldu. Yorğunluğu suya tökülmüş mürəkkəb kimi çevrələr cızır, meduza kimi
yeriyir, atom nüvəsi sxeminin qəribə ornamentinə çevrilir və nəhayət əriyib gedirdi. Gecəquşu
çöl siçanını görən kimi öz iyrənc səsiylə rəfiqəsini səsləyir. Nədənsə narahat olan it kal səslə
hürür. Göyün dərinliklərində toqquşan hava kütlələri vıyıldayır. Yerdə isə şiddətli külək qumun
tünük dərisini bıçaq kimi qatbaqat soyur.
Kişi tərini, barmaqları ilə burnunu silib, başından qumu çırpıb təmizlədi. Ayağının altındakı qum
naxışları qəfil donmuş dəniz ləpələrinə oxşayırdı. Əgər bu səs dalğaları olsaydı, gör indi
buralarda nə melodiya səslənərdi! İnsanın burnunu kömür maşası ilə sıxsan, qulaqlarını qan
laxtası ilə doldursan, çəkiclə bir - bir dişlərini vurub sındırsan, onda, çox güman ki, o da bu
melodiyanı zümzümə edə bilər. Lakin bu çox qəddar hərəkət olardı və düzünə qalsa,
melodiyanın özü də artıq sən deyən kimi alınmaz... Birdən ona elə gəldi ki, gözləri quş kimi
göyün yeddinci qatına qalxdı və ordan onun özünə diqqətlə baxmağa başladı. Heç kim yox, elə
onun özü bütün baş verənlərin qəribəlikləri barədə düşünə - düşünə, çox qəribə həyat tərzi
keçirir.
23___________________________________________
Got a one way tijket to the blues, woo, woo...
(Mən göylərə gedən qatara - bir tərəflik bilet almışam, vuu, vuu...)
Oxumaq istəyirsən - buyur, oxu. Əslində isə kiminsə yalnız bir tərəfə bilet sırıdığı adam heç vaxt
belə oxumaz. Yalnız bir tərəfə bileti olan adamların ayaqlarının alt dərisi çox nazik olur və onlar
hətta kiçicik bir daş üstünə çıxanda da ağrıdan çığırırlar. Sonra - bir addım da olsun atmırlar.
Onlar göylərə aldıqları biletin hər iki başa olması haqqında oxumaq istərdilər. Bir tərəfə olan
bilet - dünənlə bu gün, bu günlə sabah arasında əlaqəsi olmayan hissələrə parçalanmış həyatdır.
Və yalnız ovcunda geriyə bileti olan adam bir tərəfə bilet haqqında azca qəmli mahnı oxuya
bilər. Bu, dəqiqdir. Elə bu səbəbdəndir ki, o, daim səksəkədədir - qorxur ki, biletin yarısını itirər
və geri qayıda bilməz, yaxud onu oğurlayarlar; səhmlər alır, həyatını sığortalayır, həmkarlar və
müdiriyyətlə ikiüzlülük edir. O, qazılmış dərələrdən və çirkab suları axan xəndəklərdən eşidilən
fəryad səslərini, - ancaq bir tərəfə bilet əldə etmişlərin qışqırıqlarını eşitməmək üçün qulaqlarını
tıxayır. Bu barədə fikirləşməmək üçün televizorun səsini lap ucaldır və var qüvvəsilə bir tərəfə
alınan bilet haqqında blüz oxumağa güc verir.
İndi əlinə girəvə düşən kimi kişi gizlincə kəndir düzəldirdi. O, köynəyini zolaq - zolaq kəsib, bir
- birinə bağladı, ucuna isə qadının rəhmətə getmiş ərinin kimanosunun bel ipini sarıdı - təxminən
beş metr uzunluğunda bir şey alındı. Vaxt gələcək və o, kəndirin o biri başına ağzı açıq şəkildə
qalması üçün arasına taxta parçası qoyub bərkitdiyi köhnə paslı qayçını bağlayacaq. Hələlik isə
kəndir çox qısa alınıb. Lazım olan uzunluğu almaq üçün üstündə buğda və balıq qurudulan
torpaq döşəməyə tarım çəkilmiş həsir kəndiri, paltar zivəsini də bağlamaq lazım gələcək.
Bu ideya ağlına tamamilə gözlənilmədən gəldi. Axı heç də vacib deyil ki, yalnız çoxdan fikrində
dolaşan planlar həyata keçsin. Planlarını işləyib hazırlayarkən fikrinin hansı yollardan keçib
getdiyini anlamaq mümkünsüz olduğundan, belə gözlənilməz dərketmənin təməli özü özündədir.
Gözlənilməz verilən qərarların müvəffəqiyyət qazanma şansı daha çoxdur, nəinki sonsuz olaraq
düşünülüb daşınılmış qərarların.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
444
İndi isə cəmi bir məsələ qalırdı - planının həyata keçirilməsi vaxtını təyin etmək. Dərədən
çıxmaq üçün ən rahat vaxt gündüzdür - bu vaxt qadın yatır. Bu, artıq həll olunub. Lakin işıq ikən
kəndin içi ilə getmək yaramaz. Yəqin ən yaxşısı budur: qadın oyanmamışdan bir qədər əvvəl
yuxarı çıxmaq, etibarlı yerdə gizlənmək və günün batmasını gözləyib, kənddən uzaqlaşmaq. Ay
çıxana qədər qaranlıqdan istifadə edib, kifayət qədər asan yolla avtobusların hərəkət etdiyi
şosseyə çıxmaq olar.
Bütün bu vaxt ərzində kişi qadından ərazinin relyefi və kəndin tutduğu mövqe barədə söz almağa
çalışırdı. Dənizin kənarında yerləşsə də, bir dənə olsun balıqçı gəmisi olmayan kənd necə
dolanır?.. Nə vaxtdan qadın belə vəziyyətə düşüb?.. Kənddə ümumiyyətlə nə qədər adam
yaşayır?.. Kim və harada zanbaq əkib becərir?.. Uşaqlar məktəbə hansı yolla gedirlər?.. Kənd
haqqında bu yolla əldə etdiyi məlumatları, kəndi öz gözlərilə gördüyü və yayğın yadında
saxladığı o yeganə günün xatirələrini fikrən də olsa cəmləyib, ərazinin təxmini planını cıza bildi.
Əlbəttə, qaçışını kəndin içi ilə deyil, onu yandan ötərək həyata keçirə bilsəydi, ideal olardı.
Lakin qərb tərəfdən yolu sıldırımlı burun kəsirdi, bura çox da hündür olmasa da, min illər boyu
sinəsini gəmirən dalğalar onu üst - üstə qalanmış dik qayalara çevirmişdi. Düzdü, orada kənd
əhlinin çırpı yığmağa gedəndə dırmaşdığı cığırlar var, amma həmin cığırlar kol - kosun arasında
itib batıb və onları axtarıb tapmaq elə də asan deyil. Həddən artıq zəhlətökən sorğu - suallar isə
qadını şübhələndirə bilərdi. Kəndin şərqində isə təxminən on kilormetr uzunluğunda ins - cinsin
yaşamadığı, qum təpələri ilə haşiyələnmiş körfəz quruya daxil olmuşdu. Həmin körfəz kəskin
dönüş edib demək olar ki, lap kəndə bitişirdi. Beləliklə, kənd sanki boğazı dik qayalar və
körfəzlə sıxılmış qum kisəsinin içində yerləşir. Buna görə də sərsəri kimi gəzib vaxt itirmək və
bu tiplərin səni təqib etməsinə şərait yaratmaqdansa, mərkəzdən cəsarətlə yarıb keçməyi həyata
keçirmək daha təhlükəsiz olardı.
Lakin bütün bunlar hələ o demək deyil ki, məsələ tam həll olunub. Elə götürək bu başıbəlalı
yanğınsöndürmə qülləsindəki gözətçini. Bundan əlavə, qadının onun qaçdığını görüb, səs-küy
qaldıracağından və kənddən çıxış yollarının o, oranı tərk etməmiş qapadılacağından
ehtiyatlanmaq lazımdır. Ola bilsin son nəticədə bu iki məsələni birində cəmləmək oldu. İlk
qumdaşıyanlar dəstəsi su və qalan vacib şeyləri gün batandan sonra gətirirlər. Və əgər qadın
qumdaşıyanlar gələnə kimi onun itməsi barədə xəbər vermək istəsə, bunu yalnız
yanğınsöndürmə qülləsindəki gözətçinin vasitəsilə edə bilər. Buna görə də məsələ ora gəlib
çıxırdı ki, gözətçinin işi necə olsun.
Xoşbəxtlikdən bu yerlərdə, görünür temperaturun kəskin dəyişməsi səbəbindən, gün batmazdan
qabaq təxminən yarım saat, bəzən də düz bir saat müddətində yeri yüngül duman örtür. Bu ona
görə baş verir ki, qumun tərkibindəki çox zəif istilik tutumu olan silisium turşusu gün ərzində
canına çəkdiyi istiliyi çox tez buraxır. Qüllədən baxanda bütün bu ərazi ona, yəni qülləyə
nəzərən işığın əks olunma bucağı altında yerləşir və ən zəif duman belə gözətçi üçün arasından
heç nə görünməyən qalın ağ örtüyə çevrilir. Srağagün buna bir daha əmin oldu. Dənizə baxan
tərəfdən yarğanın altında bir müddət nə barədəsə işarə verirmş kimi dəsmal yellədi, lakin güman
etdiyi kimi buna heç bir reaksiya verilmədi.
Planını bu barədə ağlına gələn ilk gündən dörd gün sonra həyata keçirməyə qərar verdi: əl-üz
yumaq üçün su gətirildiyi şənbə axşamını seçdi. Qaçışdan əvvəlki gecəni özünü xəstəliyə vurdu
ki, doyunca yata bilsin. Hətta ehtiyat tədbiri kimi necə etdisə, onu aspirin içməyə belə məcbur
etdilər. Görünür, dərman həbləri uzun müddət xırdavat dükanının uzaq künc-bucağında atılıb
qalmışdı - rəngini tamam itirmişdi. O, üstündən araq içməklə iki həb qəbul etdi və nəticə özünü
çox gözlətmədi. Qadın işini bitirib qayıtmayınca heç bir səs-küy eşitmədi - yalnız bir dəfə qum
dolu səbətin necə qaldırıldığını eşitdi.
Uzun fasilədən sonra qadın yenə tək işləməli oldu və o, yorğunluqdan ayaq üstə güclə dayanırdı.
Qadın onsuz da gecikmiş xörəyi hazırlayana kimi kişi tənbəl-tənbəl ordan-burdan çərənləyirdi -
məsələn deyirdi ki, çoxdan sıradan çıxmış əl-üzyuyanı təmir etmək pis olmazdı. Qadın onun
sağlamlığına zərər vurar deyə pərtliyini üzə vurmurdu və yəqin ki, onun eqoizminin artıq
buralarda kök atması sübutu kimi qəbul edirdi. Bir iş görəndən sonra hər adam yuyunmaq istəyir.
Xüsusən də adamı yuxudaykən tərləmiş dərisinə yapışan qum qıcıqlandırır... Bu gunsə
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
445
xoşbəxtlikdən yuyunmaq üçün su gətirilən gündür və elə qadının özü üçün də onu
çimizdirməkdən ləzzətli heç nə ola bilməz, yəqin bu gün o, üzüyola olacaq.
Qadın onu yuyundurmaqdaykən qəflətən həvəsə gəldi və qadının kimanosunu dartıb, əynindən
çıxardı. O da qadını yuyundurmaq istəyirdi. Qadın çaşqınlıq və intizar içində yerində donub
qalmışdı. Sonra isə etiraz edirmiş kimi əlini qaldırsa da, əslində konkret nəyə etiraz etdiyi
qaranlıq idi. Kişi tələsik onun üstünə bir parç isti su axıtdı və kisəsiz, sabunlu əlləri ilə qadının
bədənini sürtməyə başladı. Əlləri onun boynundan çənəsinə, çiyinlərinə sürüşürdü və biri tezliklə
qadının döşünə çatdı. Qadın astadan qışqıraraq ona sıxıldı. Qadın gözləyirdi. Lakin kişi
ləngiyirdi. Onun əlləri hələ də qadının bədənində dolaşırdı.
Nəhayət, qadının ehtirası ona da keçdi. Lakin birdən onu nəsə anlaşılmaz bir kədər hissi bürüdü.
Qadın daxildən gələn işıqla büsbütün işıldayırdı - sanki içində işıldaquşlar yanırdı. İndi ona
xəyanət etmək - ölümə məhkum edilmişin qaçmağına şərait yaradıb, elə o anda da arxadan güllə
ilə vurmaq kimi bir şey olardı. O, yenidən oyanmış ehtirasını qamçılayaraq, coşmuş halda
qadının üstünə atıldı. Lakin hər bir ehtirasın sərhədi var. Belə səbirsizliklə nəvaziş gözləyən
qadın əvvəlcə kişinin coşmasından qorxdu və o, həvəsini artıq ödəyibmiş kimi halsız düşdü.
Sonra isə xəyalını müxtəlif riskli situasiyalarla həyəcanlandıra-həyəcanlandıra, qadının döşlərini
öpə-öpə, sabundan, tərdən və qumdan az qala maşın yağıyla dəmir ovuntuları qarışıq bir şeylə
örtülən bədəninə əzab verə-verə yenidən özünü qızışdırmağa başladı. O, beləcə lap iki saat da
davam etməyə hazır idi. Nəhayət qadın ağrıdan hətta dişlərini qıcırdaraq çömbəldi. Kişi qadının
üstünə atıldı... Bir anda hər şey bitdi. Kişi qadının sabunlu bədənini yumaq üçün üstünə su
tökməyə başladı, sonra isə güclə də olsa içində üç dənə aspirin həbi həll edilmiş araq içməyə
məcbur etdi. İndi qadın lap gün batanadək, hələ bəxti gətirsə, qum daşıyanların qışqırığı onu
oyadanədək bərk yuxuya gedəcək.
Qadın burnuna kağız tıxac tıxayıbmışlar kimi yuxuda fısıldayırdı... O, rahat nəfəs alırdı. Kişi
yüngülcə onun pəncəsinə toxundu, lakin qadın heç tərpənmədi də... İçərisindən hissiyatı sıxılıb
çıxarılmış boş tübik. O, qadının üzünü örtən yaylığı düzəltdi və kəndir kimi burulub, yuxarı
çəkilmiş kimanonu aşağı, dizlərinə tərəf çəkdi. Xoşbəxtlikdən başı son hazırlıq işlərinə
qarışmışdı və yersiz həssaslıq göstərməyə vaxtı yox idi. Köhnə qayçının üstündə cadugərliyini
bitirdikdən sonra, lazımi an gəlib yetdi. Axırıncı dəfə qadına baxanda, gözlədiyi kimi, ürəyinin
sıxıldığını hiss etdi.
Dərənin divarlarına, yuxarıdan təxminən bir metr aşağıya zəif işıq düşürdü. Hesabnan yeddinin
yarısı olardı - yeddyə iyirmi dəqiqə qalardı. Əsl vaxtdır. O, qurumuş kürəyini düzəltmək
məqsədilə var gücü ilə qollarını arxaya atdı və bir neçə dəfə boynu ilə idman hərəkəti etdi.
Əvvəlcə dama qalxmaq lazımdır. Ən yaxşısı əşyanı qırx beş dərəcəyə yaxın bucaq altında
tullamaqdır. O, kəndirlə dama çıxmağı yoxlamaq istədi, amma ürək etmədi - dama dəyən
qayçının səsi qadını oyada bilərdi. Buna görə də yaxşı olar ki, bu eksperimentdən imtina etsin və
evin başına dolanıb, haçansa altında pal-paltar qurudulan yarıuçuq talvarın köməyi ilə dama
çıxsın. Nazik dördkünc tirlər demək olar ki, çürümüşdü və bu onu qorxudurdu. Lakin ən
qorxulusu hələ qabaqda idi. Havada uçuşan qumla pardaxlanmış dam örtüyünün ağ taxtaları
təptəzəymiş kimi parıldayırdı. Lakin ora çıxan kimi damın biskivit kimi yumşaq olduğu üzə
çıxdı. Uçulsa, həngaməyə bax da. Yerə sərilərək, ehtiyatla üzüyuxarı sürünməyə başladı.
Nəhayət lap hündürə çatıb, dizi üstə qalxdı. Artıq damın yuxarısna da kölgə düşürdü və qərb
tərəfdən dərənin qırağındakı, xarlanmış bal rəngində olan qum dənələrinin apaydın görünməsi
dumanın enməsinə işarə edirdi. İndi qüllədəki keşikçidən qorxmamaq da olardı.
Sağ əli ilə kəndirin qayçı bağladığı yerindən təxminən bir metr aşağı hissəsindən tutaraq,
səbətləri qaldırmaq üçün blok kimi istifadə edilən kisələrə tərəf tuşlayıb,başı üstündən fırlamağa
başladı. Əgər onlar kəndir nərdivana dözürlərsə - deməli, kifayət qədər möhkəm basdırılıblar. O,
get-gedə kəndiri daha bərk fırlatmağa başladı, sonra isə nişan alıb atdı. Lakin kəndir əks
istiqamətə uçdu. Düzgün hesablamamışdı. Qayçı çevrəyə toxunan xətt üzrə uçmalıdır; buna görə
də kəndiri əlindən, o, hədəfə nəzərən düz bucaq altında olanda və ya buna bir an qalmış
buraxmaq lazımdır. Hə, dübbələndüz!.. Heyf, bu dəfə qayçı yarğanın ortasına dəyib, aşağı düşdü.
Görünür, fırlanmanın sürəti və qalxma bucağı kifayət etmədi.
|