Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə88/115
tarix25.04.2017
ölçüsü7,78 Mb.
#15742
1   ...   84   85   86   87   88   89   90   91   ...   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

485 


mahirdir! İstənilən səsi çıxara bılir, istər yeyib-bəslənmiş zorba qadının səsini, istərsə də əldən 

düşmüş qarının zıqqıltısını eyni məharətlə çıxarırdı. Hələ bu nədir ki: eynilə kişi kimi deyilsə, 

oğlan uşağı kimi dilləşə, qızcığaz kimi burnunda danışa bilirdi. Tanınmış artist və siyasətçilərə 

keçəndə işə dinləyiciləri gülməkdən bayılırdı. Sözün qısası: gülüş ustası idi. Məharətini 

göstərmək fürsətini qaçırmazdı. Oyunu uduzmuş kişinin şişkin tüklü yanaqlarını yüngülcə 

şappıldadıb eynilə onun kimi xırıltılı səslə deyərdi: 

-Eh, sənə nə deyim? Məni necə tanımaya bilərsən, quşbeyin? Fahişənin qızı olmaq belə biabır 

olmaqdan yaxşıdır. 

Kişi də gözləri yaşarana qədər gülür, vəzifəsini də unutmur, bizim bu Plexanov küçəsinin 

centlmeni əvvəlcədən gizlətdiyi onluğu yumurlayıb astaca cibindən çıxarır, gözəgörünmədən 

Tamponun cibinə ötürməyə çalışırdı. Tampo əvvəlcə müqavimət göstərməyə cəhd edirdi – bu 

ritualın çoxdan hamıya bəlli bir hissəsidi. Nə müqavimətbazlıqdır, bütün bu həngamə əlbəttə… 

sadəcə göstərmədir. Tək o deyil, hamı lap yaxşı bilirdi ki, bu kiçik tamaşa o yumurlanmış onluq 

üçündür. 

Amma bununla belə, inanın, onun ayaqları dolaşa-dolaşa getdiyini heç kim görməmişdi. Gödək 

ətəkdə, üz-gözü şit boyanmış halda körpünün altındakı səkidə görünsün? Elə şey olmamışdı. 

Yox! Belə şeyləri özünə yaraşdırmazdı. Bir o çatmırdı ki, tər iyi verən kəndçinin altına yıxılsın. 

Heç vaxt! Onun tərzi başqa idi. Prospektdə bir-iki dəfə var-gəl etmək, parlaq vitrinlərdə gözucu 

əksinə baxmaq, afişaları diqqətlə oxuyaraq incə-incə siqaret çəkmək və beləcə gəzə-gəzə 

xəstəxanaya varmaq. Orada isə hər zaman olduğu kimi Rusiya vizası üçün uzun-uzun növbə 

bərqərardır. Səs-küy, bir anda qızışan və yat-yut olan deyişmə, müxtəlif tiplərin var-gəli… 

İnsan kütləsi içərisində o dəqiqə tanış sifəti sezirdi. O zaman… Dildən pərgar idi, şeytana papış 

tikərdi, ən küt adam da onun nə demək istədiyini əlüstü anlardı və heç «uf» da demədən, 

təəssüfsüz-filansız cibinə darlıq edən qəpik-quruşa «əlvida» deyərdi. Tampo da üzünü çevirib 

gedərdi. Metronun yanından keçib köşklərdəki xırdavata baxar, qazlı su içər və çənəsinin altına 

salmaq üçün mütləq kimisə tapardı. Əlbəttə, əsas həmsöhbətləri bu xırda-xuruş alverçiləri olardı. 

Onlar bu qadını yaxşı tanıyırdılar, həm də tək onu yox, bütün qohum-əqrabasını. Buradakılar 

anlaqlıydılar, sadəydilər, həyatın bəd üzünü görmüşdülər, Tamponun könlünü oxşayaraq bir-iki 

kəlməni əsirgəməzdilər. Kimsə ona şit, acı bir söz desin, ya gəc baxsın? Yox-yox! Onların içə-

risində belə nacins heç vaxt görünməyib. 

Tampo tək yaşasaydı, dərdi-səri bir tək özü olsaydı, məsələ, əlbəttə ki, başqa cür olardı. O, 

anadangəlmə ayaqsız, hələ üstəlik kor kiçik qardaşıyla yaşayırdı. Bax belə! Bütün günü 

televizorun qarşısında oturub müxtəlif məlumatları yaddaşına toplayırdı – o ekranda 

göstərilənlərə isə yaxın düşmək mümkün deyildi – hər şeyi diqqətlə dinləyir, hafizəsinə həkk 

edirdi. Əlindən başqa nə gəlirdi ki? Krossvordları ildırım sürətilə həll edirdi. Əlbəttə ki, Tam-

ponun köməyi olmadan keçinə bilməzdi, yazıları o oxuyurdu və bu işdə heç vaxt qardaşına etiraz 

etməmişdi. Hələ bu nədir ki? Bəzən qalın kitabları günlərlə ucadan oxuyurdu. Əslində özünə 

lazım deyildi bu qiraət. Bunu qətiyyən yük hesab etmirdi, onun üçün su içmək kimi bir şeydi. 

Kitabları elə metronun ağzındakı «Jurnalist» mağazasından bir neçə günlüyə götürürdü. Köhnə 

kitabları seçirdi, qardaşı klassikanı xoşlayırdı, yeni yazılar onda ikrah doğururdu. Özünün dediyi 

kimi, bu, zibil və çərən - garagandı. Tampo da gah Anatol Frans, gah Çexov, gah Dostoyevski, 

gah da Cavaxişvilinin, İvlinin kitablarını daşıyıb gətirməkdən usanmırdı. Kitabları qardaşına 

oxuyurdu, qardaşı da elə-belə oxucu deyildi, əsərləri elə incələyir, elə şərh edirdi ki, baş¬qaları 

mat qalırdı, amma Tampo yox. Bu vaxt Tampo dinməzcə oturardı, ona görə yox ki, deməyə sözü 

yoxdu: nə gizlətmək, çoxdan dərk etmişdi ki, qardaşının mülahizələri onluq deyil, səviyyə o 

səviyyə deyildi. Sözün düzü, qardaşının dediklərini qulaqardına vururdu, bu vaxt fikir-xəyal onu 

çox uzaqlara çəkirdi. 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

486 


Onlar «italyan həyəti»ndə yaşayırdılar. İki kiçik otaq və mətbəxdən ibarət mənzilləri vardı, tualet 

ümumi idi. 

Tampo evə gec qayıdırdı və gecikmənin kəmiyyəti günü-gündən çoxalırdı. Hidrometeoroloji 

mərkəzdə ya xidmətçi, ya da nəsə buna bənzər bir vəzifədə işləyirdi. Nəfəsini dərmədən 

canıçıxanacan səhərdən axşamadək işləyirdi. Şikəst qardaşı təmin etmək zarafat deyildi, yoxsa 

bu Hidrometeoroloji mərkəzdə bir saat da qalmazdı. 

Hər axşam qardaşı üçün ya kitab, ya qəzet - çox vaxt ədəbi, bəzən idmana aid, lakin mütləq 

krpossvordlu - gətirirdi. Əvvəlcə kitabdan bir neçə səhifə oxuyurdu. Tez-tez ara verir, küçədəki 

qaynar xəbərləri müfəssəl halda qardaşına çatdırırdı. 

-Gio, eşitmisən, Basa «uçdu». Basa Kvisiani… 

-Haraya uçdu? 

-Haraya olacaq? Dozası çox düşüb, o da ayaqlarını uzadıb. 

-Ay -ay! - Gio canıyananlıqla nalə çəkib əllərini dizlərinə çırpır. - Qulaqlarımız daha nələr 

eşidəcək? Gör e… Ardını oxu, görək nə oldu? 

Tampo qaldığı yerdən kitabı oxumağa davam edir. 

«Nurani bir şəxs mənə yanaşıb yaşayışım barədə sorğu -sual etdi. Mən ona hər şeyi danışdım. - 

Qardaşım, - dedi, - sənə beş həqiqəti anladacağam və bunları qulağında sırqa elə: ürəyini axmaq 

adama açma. Köməksiz olduğunu sırtıq adama göstərmə, həmişə ayıq-sayıq ol və evini gözlə, 

kasıb adamın evinə qonaq getmə; dilənçidən pay qəbul etmə»… 

Tampo qəfildən qiraəti dayandırır və növbəti küçə sensasiyasını qardaşına təqdim edir:  

-Timuru tanıyırsan, Gio? Onu da… çolağı… Onun köşkünü yarıblar səhərəyaxın… 

-Nə danışırsan! Kimin işidir, bilən var? 

-Gecəqonduçuların işidir, deyirlər… 

-Heç nə qoymayıblar, silib-süpürüblər. Hələ bir stolun üstünə batırıblar, nəcisin ortasına bir 

çəngəl də keçiriblər. 

-Ay-ay! - Gio yenidən yana-yana fəryad edir və sonra soyuqqanlılıqla soruşur - nə danışırsan, 

doğrudan belə olub? 

-Təsəvvür edirsən? 

-Ardını oxu, harada qalmışdıq? Və Tampo qiraətə davam edir. 

«Ordaydım. Qırqovulu yuxarı qaldırdım və o dəqiqə şahini üzərinə buraxdım. Bu vaxt dişi 

qırqovul uçub gəldi və kəməndi ona tərəf atmaqdan başqa çarəm qalmadı. Kəmənd quşun 

boynuna dolandı və quş uçub getdi. O biri il yenə bu yerlərə yolum düşdü və dəstə ilə uçan bala 

quşlara rastladım, bu, həmin dişi quşun balalarıydı, hamısnın boynunda kəmənd vardı…» 

Məncə, soruşmağın tam məqamıdı: Tamponun bu Besanı, ya elə Timuru tanıdığını zənn 

etmədiniz ki? Bəlkə elə düşünürsünüz ki, Gio onların kim olduğunu bilir? Heç elə şey yoxdur. 

Bunların hamısını Tampo özündən uydururdu. Nə Besa deyilən biri var, nə də Temur. 

Gecəqondu məhəlləsinin soyğunçuları da mövcud deyil. Bu, Tamponun gur fantaziyasının 

məhsuludur, sadəcə söhbət etmək üçün mövzudur: qardaşı ilə nədənsə danışmalıdır, ya yox? 

Qardaşına saatlarla səkiləri ölçüb, qəpik-quruş qoparmaq üçün tanış aramasından, gecəyə qədər 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

487 


Hidrometeoroloji mərkəzin döşəmələrini sürtüb –qaşımasından danışa bilməzdi ki… Qardışının 

dərdi özünə yetirdi, dərdinin üstünə qoymaq istəmirdi. 

Bazar günləri Tampo qardaşını əlil arabasında gəzməyə çıxarırdı. Bütün günü prospektdə 

gəzirdilər. Yolüstü kiçik parka girir, bir müddət fəvvarənin yanında otururdular. Hərdən 

«Saçaşnik»ə də girirdilər. Tampo qardaşını saxsı bardaqda bişirilmiş lobya, xaçapuri və 

limonada qonaq edərdi. Sonra mütləq velotrekə girər və ya stadionun çevrəsində gəzərdilər. Bu 

müddətdə, Allahın var günü Tampo dil boğaza qoymadı.  

-Gio, bax, Styopa bizə əl edir, yekəpər Styopa. 

-Doğrudan, haradadır? 

-Səndən sağda, küçənin o üzündə? 

Gio başını o səmtə çevirir, əlini yüksəyə qaldırıb yelləyir və gülüm¬səyirdi. Demək lazımdır ki, 

o zırpı Styopa da yerli-dibli olmayıb? Gopçu və hiyləgər Tampo: dəqiq bilir ki, qardaşının 

qəlbini necə isitmək olar. 

-Gio, - bir dəqiqə sonra qardaşının qulağına pıçıldayır, - bu dəqiqə yanımızdan iki qız keçdi… E-

e-e, sənə deyim, necə cazibədardılar, cins at kimidilər… o yan-bu yanı yoxdur… məncə, sən 

onların xoşuna gəldin… 

-Doğrudan? - Gio heyrətini gizlədə bilmir, məmnun olduğu bəllidir, hətta çevrilib kor gözlərini 

bərəldir… Amma nə faydası…  

-Tampo, de görüm necəydilər? Yəqin ki, hər şeyləri yerindəydi… 

-Dəqiq!.. Biri ucaboy idi… Təxminən, mən boyda… Uzunayaqlı və iridöşlü … 

-Doğrudan? 

-Sənə yalan deyəcəm? Saçları uzun, düz… Arxası da qutu kimi, elə bil şalvarına qablaşdırılıb. 

-Doğrudan? 

-Bəs nə? Yalan deyəcəyəm? 

-Bəs o biri? 

-O biri sarısaçlıdır… mavigözlü… dolğundodaqlı. Düzdür, boyu bir az o birinkindən gödəkdir, 

amma daha cazibədardır, başqa söz ola bilməz… 

-Doğrudan? 

-Doğrudan… Üstəlik bir az da doludur… Bir sözlə, iştahaçandır. 

-Bəs… bəs mənə necə baxırdılar, təsvir elə… Bir söz dedilər? 

-Gülümsəyirdilər… Sonra nəsə pıçıldadılar… elə bilirdilər, mən onları eşitmirəm… amma mən 

eşitdim… 

-Nə, nə dedilər, Tampo? De də, niyə məni üzürsən? 

-Yəni, nə yaraşıqlı oğlandır… O dəqiqə bilinir ki, ağıllıdır… 

-M-m… Elə belə də dedilər? Dəqiq? 

-Dəqiqdən də dəqiq. Öz qulaqlarımla eşitdim… 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

488 


Gionun kefi kökəlir, bundan da Tampoya güc gəlir. Gəzinti davam edir. Beləliklə, bütün günü 

Tampo qardaşının əlil arabasını itələyir, orada qardaşının başını aldadır, təbii ki, sevərəkdən, 

başqa cür ola da bilməz. Sonra arabanı bazarın yanındakı kinoteatra sürür, hind filminə 

baxırdılar. Əlbəttə ki, Tampo baxırdı. Gio yalnız qulaq asırdı, Tampo isə ekranda baş verənləri 

qarda¬şının qulağına pıçıldayırdı: 

-Kişi başdan-ayağa ağ geyinib… görünür qıza aşiqdir, o alnının ortasında ləkə olana… Atası 

nəsə tərslik edir… görünür qızını ona vermək istəmir. Oğlan oxuyur, bizim dildə deyil…. 

aydındır…. Əziyyət çəkir, yəqin ona görə…. Görünür, qız da onu sevir, çünki o da oxuyur… 

Aha, bax ha, atası qulluqçularını göndərib ki, qızı evə gətirsinlər… Onlar da oxuyurlar, niyə…. 

Bu da sözdür? Onlar nəinki qızı qaçırdılar, hətta dəyənək çıxardılar, yəqin ki, oğlanı döyəcəklər. 

Bax, bax, indi bir qırğın düşəcək ortaya… 

Gio bütün gücüylə gözlərini bərəldir, sanki baş verənləri öz gözləriylə görmək istəyirdi. 

Mümkündürmü? 

Axşamüstü evə qayıdırdılar. Otağına yerləşdikdən sonra da Gio yatmağa hazırlaşır, televizoru 

dinləyir. Bu vaxt Tampo mətbəxdə əlləşir - üzünün boyasını yuyur. Sonra çaydanı ocağa qoyur. 

Gecənin bir vaxtı çay içməyə başlayırlar. Lakin çayiçmə vaxtı da Gionun bütün diqqəti 

televizorda olur.  

-Nə var… nədən danışırlar? - Tampo əsnəyərək key-key qardaşından soruşdu. 

- Klonlaşdırmadan danışırlar… bir də çoxaltmadan… - Gio tələsik və fasilələrlə cavab verdi, 

hansı sözüsə buraxmaqdan qorxur, barmaqlarıyla dizlərini döyəcləyirdi. 

-Mən yatıram, sabah bazar ertəsidir, - deyib Tampo öz otağına keçdi. 

-Yaxşı, Gio yayınmamağa çalışaraq cavab verdi və yenidən televizora yönəldi, - mən bir az da 

qulaq asacağam. 

Tampo yuxuya gedir və yuxuda özünü nədənsə kişi cildində görür. Guya bir ticarət köşkünün 

qabağında oturub, yanında da yuxular qalaqlanıb və o yenicə yuxuların topdan və pərakəndə 

satışına başlayıb. Kiçik köşk yarmarkanın dalda yerində yapışıb qalıb, burada müştərilərə 

münasib qiymətlərlə əlvan və nikbin yuxular təklif edilir. İlk yuxunu Gio alır. Tamponun 

gördüyü yuxuda Gio qadındır, həm də gözləri görür. Gionun Tampodan almaq istədiyi yuxuda 

isə bunlar baş verir. 

…Geniş və bomboş küçənin başı haradasa uzaqlarda əriyir. Hər tərəfdən qarğa qarıltısı eşidilir, 

sən isə inamla və nikbin küçədə addımlayırsan birdən qurumuş ağac görürsən və bu ağacda tək 

bircə qırmızı alma asılıb. Sən ağaca yaxınlaşıb almaya toxunur və onu dərirsən. Bir səs aramsız 

olaraq beyninə işləyir. O anda ağac yoxa çıxır, onun yerində üzündə dərin qırışlar iz salmış qara 

geyimli qarı peyda olur. O əllərini sənə uzadır və qaxaca dönmüş dodaqlarıyla nəsə fısıldayır. 

Qarıya fikir vermədən almaya baxır və var gü¬cünlə onu ovuclarında sıxırsan. Barmaqlarının 

arasından qan rəngli şirə yerə axır. Qəfildən gözlərini qaldırırsan və qarının qollarını geniş açıb 

barmaqlarını gərərək üstünə gəldiyini görürsən. Birdən dönüb yerindən sıçrayırsan. Arxanda 

sürətli addım səsi eşidirsən. Qaçarkən tələsik almanı dişləm -dişləm yeyirsən, tezliklə almanı 

çeynəyib dişləyini arxaya atırsan. Arxandakı tappıltı kəsilir. Dayanıb geriyə qanrılırsan. Nə küçə 

var, nə qarı - hər şey qeyb olub, qarşında əlvan çiçəklərə qərq olmuş düz uzanıb gedir. Ağ, 

çəhrayı çiçəkli alma ağacları gəl-gəl deyir. Cırcıramaların cırıltısı və işgüzar arıların uğultusu 

eşidilir. Çiçəklərin rayihəsi məst edir. Qarı və o boş küçə görünmür…  

Ertəsi gün qadın qılıqlı Gio kişi Tamponun yuxu satdığı alış -veriş yerinə gəlir və aldığı yuxunu 

geri qaytarır. 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

489 


-Heç nə yox idi, - deyə narazılıqla mızıldanır. 

-Necə yəni - heç nə? - Tampo təəccüblə soruşur. 

-Bu zibili mən hər gün görürəm! Ya pulumu qaytar, ya da başqa yuxu ver. 

Hardan alsın onu? Yəni pulları. Nə zaman görünüb ki, Tamponun cibində pul qalsın. Onu da 

yaxşı bilirdi ki, Giodan qurtuluş yoxdur. Başqa çarə yoxdur, Tampo yeni yuxu toxumalıdır, bu 

məzmunda: 

Əlvan gur işıqlı salona daxil olursan, güzgü kimi parketdə bir-birinə sarılmış cütlüklər şən 

musiqi sədaları altında süzürlər. Yerində donub salonun mərkəzinə baxırsan və bir qədər 

qəlbilikdə orkestr heyətini görürsən. Orkestrə dirıjorluğu mən edirəm. Əynimdə qara smokinq 

var. Səni görüb gülümsəyirəm. Qəlbilikdən enib dirijor çubuğunu yellədə-yellədə sənə 

yaxınlaşıram. Boş əlimlə qoluna girib səni orkestrə tərəf çəkirəm.  

Orkestr heyəti çalmaqda davam edir, bununla belə, kimsə yanlarından ötdüyün zaman 

girəvələyib sənin əlini öpür. Dayanmadan səni səhnə arxasına aparıram. Orada bir dəqiqənin 

içində sənin paltarının düymələrini açıb, əynindən çıxarıram və əyilməyə məcbur edirəm; mən 

musiqi səda-larının ritminə uyğun olaraq səninlə cinsi əlaqəyə girirəm… 

Dan yeri sökülər-sökülməz Gio Tamponun köşkünün qarşısında peyda olur. Sifəti məmnunluq 

püskürür. 

-Heç təsəvvür eləməzdim ki, sən buna qadirsən, - qalın boyalı dodaqlarını işvəylə büzərək etiraf 

etdi. 

-Yaxşı görək, nə böyük işdi… - Tampo həzzqarışıq utancaqlıqla mızıldanıb şalvarının kəmərini 



süzdü. 

-Əla yuxu idi, amma… - Gio mənalı tərzdə susub boyası əriyən üzünü yelpiklədi. 

…Nə etsin yazıq… Tez-tələsik seçdiyi yuxunu qoltuğuna vurub Tampo köşkü kilidləyir və 

Gionun arxasınca qaçır. 

Gio bir həftə Tamponu evdən buraxmır. Heç olmazsa, hava almağa buraxsaydı bir dəfə, yox, elə 

şey olar - evdən bir addım atmaq olmaz! Hətta bütün geyimlərini gizlətmişdi.  

Beləcə Tampo gecə-gündüz arxası üstə yataqda sərilib qaldı. 

Yeni həftənin başlanğıcında davam gətirməyib canını dişinə tutaraq gözlərini qıydı.  

-Artıq bacarmıram… 

-Bacararsan! Eşşək gönü möhkəm olur, birinci dəfə deyil!...- Gionun sifəti əyildi, nədənsə 

üzünün ifadəsi meduzanı xatırladır. 

-Özün bilərsən… - Tampo halsız mızıldanır. - Sənə söz batmır… Pal-paltarımı ver! 

-Başqa şey istəmirsən? 

-Qayıdacağam… Köşkü açmalıyam axı. Müştərilər şikayətlənəcək… Bir -iki gün alver edim, çox 

lazım deyil. 

-Məni maraqlandırmır, - tər basmış Gio tərsliyindən əl çəkmirdi. 

-İnanmırsansa, sənə bir yuxu verib gedirəm… Havayı!.. 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

490 


-Nə yuxudur elə? 

-Beləsini sən görməmisən. Özümlə götürmüşəm. Tipin biri göydən tapıb gətirib. 

-Göstər görüm… 

-Əvvəlcə paltarlarımı… - Tampo sayıqlığı əldən vermir. 

-Sən də ləçərsən ha! - Gio şıltaqcasına alt dodağını uzatdı. 

-Dedim ki, qayıdacağam… 

 

Gio tərəddüdü buraxır, Tamponun geyimini gizlətdiyi yerdən çıxarıb verir və o dəqiqə yuxunu 



onun əlindən alır. 

-Unutma, iki gündən sonra səni gözləyirəm!- Gio təhdidlə söylədi. 

-Dedim də… 

-Mumla… Sənsiz də keçinərəm! Tez get… iki -üç gün özünə gəlməyə yetər… bax ha… 

hoqqasız… başlıcası - bol xama və qoz… Bir də çalış pulları kazinoda dağıtma! 

-Pulları?! Nə deyirsən sən? - Tampo təəccüblənir. 

-Kiminlə iş gördüyünü unutmusan? Mən haqqadağal donuz deyiləm. - Hirsdən Gionun sifətini 

ləkələr örtür. - Bir həftənin haqqı şalvarının sol cibindədir. 

-Ay səni… -Tampo sevincini gizlədə bilmir. 

-Unutma: bir -iki və geriyə! 

-Hə-hə… Neçə dəfə təkrar edərlər! 

-Geciksən özündən küs! - Gio qəzəblə barmağını silkələyib xəbərdarlıq etdi…  

Məhz bu anda Tampo qan-tər içində yuxudan oyandı. Son vaxtlar gözünü yuman kimi iyrənc 

yuxu onu haqlayır. Hər gecə Gionu qadın qılığında görür. Lənət olsun, niyə, görəsən? Qəribədir 

ki, yuxu hər zaman Gionun təhdidləri ilə bitir. Bu onu o qədər dilxor edirdi ki, qarşıdakı hər 

gecəni qorxa-qorxa gözləyirdi. 

Gio növbəti dəfə onu dinləyib «işdə çox yorulursan, ona görə də yuxunu qarışdırırsan», dedi. 

Nə demək olar? Bəlkə də elədir. Bununla belə bütün bunlar zavallının itmiş başına girmirdi. 

Düzü, indi Tamponu narahat edən bu deyildi: o əzik onluq bu gün qəpiyinə kimi gəzintiyə 

xərclənmişdi və sabah hər şeyi yenidən başlamalıydı. Ah!.. 

Səhər Tampo adəti üzrə Gionun otağına girərkən qorxudan az qala qışqıracaqdı: qardaşı 

üzüquylu döşəməyə sərilmişdi, saçları qarışmış, vücudu titrəyirdi. 

-Nə oldu sənə, Gio… Başına nə gəldi? - Tampo qışqırmamağa çalışaraq təkrarlayırdı. 

Birtəhər Gionu qaldırıb yatağına oturtdu və o dəqiqə yüngülləşdi, başa düşdü ki, əvvəllər olduğu 

kimi bu dəfə də təhlükə sovuşub. Hərdən olur qardaşı ilə belə şeylər. 

Yanında oturdu, mehribanlıqla başını tumarladı, qucaqladı. 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

491 


-Yo-ox… yo…ox…yo…ox, - Gio kilidlənmiş dişlərinin arasından güclə səs çıxarırdı, 

gözlərindən yaş axırdı. 

-Pis yuxu görmüsən? - Keçirdiyi həyəcandan Tamponun səsi titrəyirdi. 

-Pi-s-s.. Pi-s-s…- Gio dilini güclə tərpədir, kəkələyirdi: - Pi-s-s… Qor… xulu… 

Tampo onu uzanmağa məcbur etdi. Sakitləşdirməyə çalışdı. 

-Boş şeydir, boş şeydir bunlar hamısı… 

-Necə yə…ni? 

-Bax belə… Sən heç olmazsa bir az yorulmalısan… fiziki cəhətdən… Mə¬sələn, mənim kimi bir 

az əlləşməlisən, o zaman yuxu-muxu görməyəcəksən… Lap görsən də, yadında qalmayacaq. 

Gio hələ də içini çəkirdi və çiyinləri aramsız titrəyirdi. 

-Yorul…ma…q…yorul…ma…q… 

-Bax, bax … mən də bunu deyirəm… məhz yorulmaq. 

-Amma necə? Nə edim? 

-Bəlkə bir stəkan çay içəsən, hə? Deyirəm, çay içərsən? 

Gio razılıqla başını yellədi. 

-Oturdum səni? - deyə Tampo soruşdu, «Yox» cavabı aldı. 

Mətbəxə keçdi. Güzgüyə yaxınlaşıb özünü qaydaya saldı. Çaydan qaynayanadək gözlərini 

boyadı. Makiyajını bitirib iki stəkan çayla otağa qayıtdı, birini Gionun qarşısındakı stula qoydu, 

yatağa tərəf çəkdi. İkinci stəkanı stola qoydu. Hər iki stəkana şəkər tozu qatdı. Çörək diliminə 

yağ çəkib stuldakı stəkanın yanına qoydu. Gio hələ də uzanıqlıydı, arada çiyinləri səyriyirdi - 

yuxuda gördüyü dəhşət yavaş-yavaş qorxudan qurumuş vücudunu tərk edirdi. Tampo yatağın 

kənarına oturdu, Gionu qaldırıb oturtdu, stəkanı ağzına yaxınlaşdırıb bir qurtum içirdi, o dəqiqə 

yaxmacı qardaşının ağzına yaxınlaşdırdı, Gio bir dişləm aldı. 

-Nə gətirim səninçün bu gün? - deyə soruşub, qardaşının alnından öpdü. Gio başını əyib növbə 

ilə əvvəlcə bir, sonra o biri çiynini qaldırıb -endirdi. 

-Kitabı hələ başa çatdırmamışıq… Yaxşısı budur sənə qəzet gətirim… krossvordlu… Yaxşı? - 

cavab gözləmədən təklif etdi. 

-Yaxşı, - Gio başını yellədi, Tampo vaxt itirmədən yaxmacı yenidən onun ağzına yaxınlaşdırdı 

ki, dişləsin. Çayı içirməyincə Giodan əl çəkmədi. Ozü də tələsik bir-iki tikə uddu. Son dəfə 

özünə əl də gəzdirib çıxmağa hazırlaşdı. 

-Bu gün gec gələcəyəm… Bazarertəsidir. 

-Yaxşı… 


-Qalxmaq istəmirsən? 

Gio etiraz işarəsi olaraq başını yellədi. 

-Heç qalxmayacaqsan?- Tampo təəccüblə soruşdu. 

Gio yenə başı ilə etiraz etdi. 



Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin