“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
500
-Necə yəni hansını? O da… hamısı yalan-palan olan.
Gio cavab vermədi. Üzündən görünürdü ki, nə barədəsə dərin dü¬şüncələrə dalıb.
-Bilirsən, nəsə həvəsdən düşdüm, onu oxumayacağıq.
-Maraqlı deyil? – Tampo masa arxasında oturdu. Boşqabı Gioya tərəf çəkdi və əlinə çəngəl
verdi.
-Elə-belə, istəmirəm… başqasını gətir…
Gio çörəyi qoparıb boşqabına atdı, sonra çörək parçasını çəngəllə axtarmağa başladı. Tampo
onun əlindən tutub çörəyi çəngələ keçirməkdə kömək etdi. Gio çörəyi ağzına qoyub yavaş-yavaş
çeynəyib uddu. Sonra eyni ləngliklə üzünü Tampoya çevirdi. Qırpılmayan gözlərin küt baxışları
sanki onun arxasından o yana baxırdı.
-Niyə heç nə soruşmursan? Hə, Tampo? – səsi təəccüblü dərəcədə sakit idi.
Tamponu üzü bir anda yandı, sonra bənizi qaçdı.
-Hə… doğrudan, - birdən hərəkətə gəldi, - necə keçdi. Hə etdiniz?
-Ha-ha…- hırıldadı.
-Nə demək istəyirsən?..
– Nə etməliydik? Oturub çay içdik…
-Doğrudan? – Çəngəli boşqabda tıqqıldadıb uzatdı.
-Sonra söhbət etdik.
Bir şey danışdın?
-Əlbəttə… Hər şeydən danışdım. Basa Kvitsiani barədə… Temur barədə də əlbəttə ki… sonra…
o çolaq… hələ o Styopa barəsində. Oxuduğumuz kitablardan… krossvordlardan…
-Bax-a… sən yəqin bir saniyə də susmamısan. – Tampo məətəl qallmışdı. Yüngülvari başını
yuxarıya qaldırıb tavana baxdı.
-Bir də ona sənin barəndə danışdım, səndən, Tampo… Hər şeyi danışdım… Hər şeyi…
-Hər şeyi?
-Əlbəttə… And içirəm… Başdan ayağa hər şeyi…
-Yəni nəyi?
-Yəni-i… Necə mənim qayğıma qalırsan, qəzet-kitab gətirirsən… Tənbəllik etmirsən… heç
yadıma gəlmir… Mənim üçün kitabları oxuyursan. Bir başqası mənə belə şəfqət, diqqət
göstərərdi? Sonra məni arabada gəzməyə aparmağından daşındım. Xaçapuri, bardaqda lobya
yeməyimizdən, limonad içməyimizdən, kinoya aparmağından, ekranda gördüklərini qulağıma
pıçıldamağından… Məhrəmətli ürəyindən, çox, çox mərhəmətli ürəyindən, məni necə çox
sevdiyindən, mənə görə, məhz mənə görə hər şeyə getməyə hazır olduğundan, heç nəyin səni
qorxuda bilməyəcəyindən… Bilirəm ki, sənin əski-üsküdən, süpürgədən zəhlən gedir. Mənə görə
əldən düşənədək işləyirsən. Bir də… əgər sən olmasaydın… sən olmasan, bax məsələn, birdən
ağlına girdi ərə getmək istədin, sənə bunu kimsə qadağan edə bilməz, bu sənin haqqındı, buna
sən qərar verə bilərsən. Birdən bu, baş versə, nədir ki, ola bilər… Bir bax gör dünyada nələr baş
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
501
verir, aləm qarışıb. Hər gün televizorda nələr göstərirlər – bir-birindən dəhşət. Bax bu gün
Amerikada nələr oldu… Sabah Afrikada baş verə bilər… Ya sənin başına bir iş gəlsə? O zaman
mənə kim kömək edəcək, mən necə olacağam? Sənsiz mənə həyat yoxdur… Sən güclüsən,
Tampo, hamıdan güclüsən… Mən kiməm?.. Heç kim… Əgər sən olmasaydın…
Tampo səsini çıxarmadan, gözünü qırpmadan qarşısındakı lobya boşqabına baxırdı.
-Sonra… o… sənə… necə deyim, - Gio utandı, - hə, lap yadımdan çıxmışdı, mürəbbə ilə çay
içdik. Sonra o… məni… necə deyim… mənə kömək etdi… oxşadı… başqa cür, bizim kimi
deyil… Hər şeyi elə zərif… elə incə edirdi ki…
Gio üzünü Tampodan çevirdi, üzündə utancaq bir təbəssüm oynayırdı, sinəsi hələ bir gürürla
gərildi də.
Tampo iki dəfə başını yelləyib çörək parçasını lobyaya batırdı.
-He, he, - Gio güldü. – Elə o anda, Tampo, Amerikanı dağıtdılar… He-he…
Tampo dinmədən çəngəli çörəyə, sonra boşqabdakı lobyaya batırıb Gionun əlinə verdi və ağzına
aparmaqda yardım etdi.
-Tampo, o bir də nə vaxt gələcək? Nə vaxt, hə? – Gio yeməyini saxlamadan yerində vurnuxdu.
Tampo susdu.
-Nə vaxt, Tampo, hə?
Tampo asta-asta baxışlarını onun alnına zillədi, paltarının qolu ilə burnunu sildi.
-Özü bəs nə dedi? – batmış səslə soruşdu.
-Özü? – Gio sevincək təkrar etdi. – «Sən nə vaxt istəsən», dedi… bax eləcə dedi. Hə, Tampo?
Tampo kədərlə gülümsədi…
-Belə çıxır ki, sən nə vaxt istəsən, Gio sən nə vaxt desən…
Televizorda kadrlar bir-birini əvəz edirdi. Xilasedicilər insanları xarabalıqdan çıxarırdılar.
***
«Sirk fahişələri» – Zina, Zaira, Lalı və Vika kürəklərini körpünün məhəccərinə söykəyib
dayanmışdılar. Geyimləri uzaqdan «gəl-gəl» deyirdi. Al qırmızı boya dodaqlarının çevrəsini
aşmışdı. Gözləri də o gündəydi. Qızlar qara boyadan da səxavətlə istifadə etmişdir. Dördlük bir-
birinin böyrünü dürtmələyərək qəşş edir, siqaret çəkməkdən saralmış çürük dişlərini
şaqqıldadırdılar.
-Ha-ha-ha, ayaqlarını çəkə bilmir, üstəlik gözləri də bir şey görmür… ha-ha-ha. – danışdıqca
Lalinin gülməkdən nəfəsi kəsilirdi.
-Ha-ha-ha, ha-ha-ha - üçlük də gülməkdən bayılırdı.
-Mən də soruşdum ki, sən məni kimə calayırsan, soyuducuya?.. Ha-ha-ha…
-Ha-ha-ha… ha-ha-ha… - Fahişələrin qaqqıltısı aləmi başına götürmüşdü.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
502
-Bu kəmsər də heç nə başa düşmədi, «nə soyuducu», yəni sən nə danışırsan? Təsəvvür edirsiniz?
Bu adam axmağdı, ya yox?
-Ha-ha-ha… ha-ha-ha… Bəs sən… sən nə etdin? Onunla getdin? – Zina bir az nəfəsini dərib
maraqla soruşdu.
Lali əllərini belinə vurub üz-gözünü əydi.
-Bir dənə elə bu çatmırdı! Bir elə o qalıb ki, karla-korla əlləşim… Getsin e!.. Bir bu çatmırdı.
Başın işləyir sənin? İyirmi nədir, heç qırxa… heç altmışa da getməzdim. Dəliyəm, nəyəm?
-Yox bir! Sən getməzdin? – Zairanın üzündə şübhə etdiyi aydın oxunurdu.
-Ha-ha-ha… ha-ha-ha…- o birilər gülməkdə davam edirdilər.
-Dünyasında getməzdim, - Lalinin tərsliyi tutmuşdu.
-Ha-ha-ha… ha…ha…ha… - Lalinin cavabı yenidən gülüş partlayışı yaratdı.
-Yaxşı, bəs kim getdi, - gülməkdən Vikanın gözləri yaşarmış, dolu şifətində çirkli şırım açmışdı.
-Sən nə deyirsən?.. Heç kim getmədi! Gicbəsər!.. Nə danışdığını bilirsən?.. Kim gedər?! Hələ
üstəlik o sarsaq qadın bilirsiniz nə deyib? Oğlan indiyədək qadın görməyib! Ha-ha-ha…
-Ha-ha-ha… ha-ha-ha… - Gülüş dalğası yenidən şahə qalxdı.
Şəhər yuxudan oyanırdı. Qorxulu yuxulardan qurtulurdu. Narıncı unıfor¬malı qadınlar
süpürgələrini çiyinlərinə alıb dəstəylə stadiona tərəf addım¬la¬yırdılar. Prospektin ortasında –
qoşa xətt boyunca iki kürən it tənbəl-tənbəl sülənirdi.
Hələ ki, sərindi.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
503
Cığatay ŞIXZAMANOV
QARDAŞLAR
Povest
Tərcümə edəni: Südabə Ağabalayeva
(İxtisarla)
Atam yuxudan adəti üzrə, yenə də erkən, xoş əhvalla oyanmışdı. Allah bilir kim, nə vaxt
qoymuşdu ailədə bu qaydanı... İş elə gətirmişdi ki, qardaşların dördü də, sonbeşik Əhədqarışıq,
erkən yatmağa vərdişdilər. Başqa məsələydi ki, kim, hansı qardaş günə necə başlayırdı. Böyüyü,
məsələn, gözünü açar-açmaz, geniş taxtından sıçrayar, arvadını dümsükləyərdi, yəni durmaq
lazımdır; samovar qoymaq, qısası, hərgünkü işlər... İkinci qardaş tez dursa da, arvadını
oyatmazdı, çünki arvadı həmişə ərini qabaqlayardı (kimsə deyirdi ki, bu vərdişi ona əri, yəni
əmim öyrətmişdi). Şəxsən mən belə hesab edirəm ki, bu belə deyildi, əvvəla, çox sadə bir səbəbə
görə: onlar əminəvəsiydilər, bir nəsildəndilər, ümumiyyətlə, səhər erkən oyanmaq pis vərdiş
deyildi, ikincisi də, əmim arvadı səhər çiyninə dümsüklənməsini özünə rəva bilməzdi. Buna görə
də, əmim arxayın idi ki, nə gec, nə tez, hər gün eyni vaxtda onu Sankt-Peterburqdan alıb
gətirdiyi sevimli fincanında ətirli, təzədəm çay gözləyir: o da tələsmədən vərdişkar adətiylə
məşğul olurdu. Yuyunub-daranıb Təbrizi sortundan, əsl Gəncə üzümündən salınmış üzümlüklə
dövrələnmiş geniş aynabəndə çıxar, qardaşlarının bitişik evlərinə sarı göz gəzdirər, evdə, həyətdə
gözünə şübhəli bir şey dəyməzdisə, geyinib nişastalı süfrə salınmış stol arxasına keçərdi.
Atamsa... Onu yaxından tanıyan bəzi qohumların fikrincə, tərs adam idi; əlbəttə, yaşın və
vəziyyətin imkan verdiyi bu qohum iradından atam inciməzdi. O da erkən oyansa da, bir elə tez
yatmazdı. Gecə qonaqlıqları, qoyulmuş ailə nizamına xələl gətirən başqa xoşagəlməz işlər... Tərs
kimi, atamın erkən gəncliyi o vaxta düşmüşdü ki, Gəncədə bir-birinin ardınca cürbəcür kazino və
restoranlar, hətta kafe-şantanlar açılırdı. Aydındı; əsasən gənclərdən ibarət yeni cəmiyyət
formalaşırdı; təbii, bu məclislərdə, qeyri millətlərdən olan qadınlar da olurdu. Ancaq Gəncə
cavanlarının günü yalnız kafe-şantanlarda, kazinolarda keçmirdi, musiqi ilə, teatrla da, o dövrdə
dəbdə olan "Molla Nəsrəddin" kimi jurnallarla da maraqlanırdılar. Aralarında qızğın mübahisələr
də olurdu: cəmiyyət necə olmalıdır, o necə maariflənməlidir, gənclərə Avropa məktəblərində
oxumaq lazımdırmı, qadın məsələsinə yanaşma necə olmalıdır... və s. və i.a.
Gəncə haqqında danışmağın da vaxtıdır. Bu şəhərdə mənim valideynlərim, onların babaları, ulu
babaları, Allah bilir, nə vaxt məskən salmışdılar. Elə bir əfsanə, yaxud versiya da yoxdur ki,
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
504
əcdadımızın bu şəhərdə necə məskunlaşmasına bir işarə olsun. Deyilənlərə görə, Azadxanovlar
Gəncədə ilk tikililərin binəsi qoyulandan bu yerlərdə sakin olublar. Birmənalı səslənməyən bir
işarə, eyham da var ki, nəslimiz bu gün nəinki Gəncədə, bütün Azərbaycanda, hətta dünyada
məşhur olan dahi şairin şəcərəsindəndir. Bu barədə sonra, əgər ehtiyac olsa. İndi şəhərin tarixi
barədə.
Bəziləri deyir ki, Gəncənin 2000-ə yaxın yaşı var. Bəziləri də təkidlə söyləyirlər ki, şəhər,
əslində, 1920-ci ildə - ruslar onu işğalmı, azadmı edəndə yaranıb. İnanmayın! Kimsə Gəncənin
nə vaxt meydana gəldiyini dəqiq bilmir; necə ki, Moskvanın, yaxud İrəvanın yaşını kimsə bilmir.
Şəhərin mərkəzində süvari heykəli ucaltmaqla heç də sübut edə bilməzsən ki, filan ilin filan
ayında bu şəhərin əsasının qoyulması qərara alınıb. Mötəbər, etibarlı mənbə yoxdur.
Sankt-Peterburq - başqa məsələ. Burada hər şey yerli-yerindədir - sənəd də imzalıdı, möhür də
var! Mingəçevir də eləcə. Hər şey necə lazımdır tərtib olunub və inamla demək olar ki, bu
şəhərin yaşı bu qədərdir. Gəncə, yaxud Moskvaya, eləcə də İrəvana gəlincə, məsələ qəlizdir.
İrəvanda doğrudur, daş tapılıb ki, şəhərin tikintisinə filan tarixdə başlansın. Bədbəxtlikdən, nə
hərflər, nə də dil aydın deyil.
Bəlkə, Gəncənin min, ya daha çox yaşı var. 1920-ci il məsələsi ilə bağlı versiya isə inandırıcı
deyil. Ən azı ona görə ki, bu tarixəcən ata babam Kəblə Zeynalın, ana babam Hacı Mir Tağının
evləri vardı. Hələ Şah Abbas məscidini demirəm. Nəhayət, hələ XIX əsrin sonlarında çar
canişininin sərəncamına əsasən, Gəncədə dəmiryolu vağzalı tikilmişdi və 20-ci ildə
"xilasediciləri" gətirən zirehli qatar burada dayanmışdı.
Beləliklə, sonuncu versiyanı tamamilə rədd etməklə, kompromis versiyanın üzərində dayanırıq
ki, Gəncənin 1000-1500 yaşı var. Bütün Azərbaycana məlum olan məşhur zəlzələni xatırlamaq
yetər: zəlzələ şəhərin bir hissəsini aparmışdı. Necə deyərlər, bir yandan bağlayan, bir yandan
açar. Bu zəlzələ nəticəsində Göy-Göl yaranmışdı - xalqın gözəllik, həm də milli ruhunun rəmzi
olan bir göl. Şəhərinsə köhnə yerindən 7 kilometr şimal-qərbə köçürülməsi qərara alınmışdı.
Bizim bəhs etdiyimiz dövrdə Gəncənin əhalisi 100 mindən çox olub; bu da şəhərin ad-sanından,
sanbalından xəbər verirdi..
Onu da demək lazımdır ki, əcdadımızın yaşadığı bu şəhərin qəribə taleyi var. Bir tərəfdən,
yaranışdan cəsur, zirək, bacarıqlı insanlar yaşayıb bu şəhərdə, yüksək poeziyanın mərkəzi sayılıb
və adı həmişə fəxr olunası çoxlu nəsnələrlə bağlı olub. Digər tərəfdən də, onun əsl adını az qala
hər on ildən bir dəyişiblər.
O ki qaldı uzaq keçmişinə, bu yöndən hər şey qaydasındadır.Yüz illər boyu Gəncəni başqa cür
adlandırmaq fikrinə heç düşənlər də olmayıb. Halbuki, o zamanlar da qüdrətli hökmdarlar vardı,
düzünü desək, onların hamısı heç də yüksək ağıl sahibi olmayıblar. Hər halda, ağıllarına da
gətirməyiblər ki, şəhərə, deyək ki, analarının adını versinlər. Görən, necə səslənərdi, məsələn,
Fatmanisə şəhəri?! Belə düşünənlər olmamışdı deyə, yüzillərlə Gəncə Gəncə olaraq qalmışdı.
Amma buyur, bir əsrdə Gəncə Yelizavetpol, sonra Gəncə, az sonra Kirovabad oldu. Sən demə,
bu böyük ölkədə biz tək deyilmişik, bu adamın adını öz şəhərinə qoymaq kimi dahiyanə fikir
başqalarının da ağlına gəlibmiş! Bu yaxınlarda kiminsə ağlına həqiqətən gözəl bir fikir gəlir.
Həmin adam çox böyük cəsarət nümayiş etdirib, üzünü xalqa tutur.
- Ay camaat, qulaq asın, - biz bu bədbəxt şəhərin ilkin adını özünə qaytarsaq, necə olar? Bəlkə,
bundan sonra onu elə bizim babalarımızın min illər boyu adlandırdığı kimi - Gəncə adlandıraq?!
- Bunu deyib, həmin adam ah çəkdi, ətrafına boylandı və yerdən bir nəfər onu müdafiə etdi,
qalanlar, həmişə olduğu kimi, alqışladılar.
Beləliklə, qərara aldılar ki, şəhərin adını özünə qaytarsınlar (Burada deməliyəm ki, bu əhvalatın
dürüstlüyünə mən cavabdeh deyiləm, ona görə ki, şəxsən orada olmamışam və, ümumiyyətlə,
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
505
həmin günlərdə Azərbaycandan kənarda idim. Bunu hər ehtimala qarşı deyirəm). Neynək, olsun
Gəncə; hər halda, bundan daha “parlaq” bir ideya yaranmayanacan.
Əsas mövzudan çox uzaqlaşdıq, deyəsən. Beləliklə, atam həmişəki vaxtında oyandı, ancaq rahat,
isti yatağını dəyişməyə tələsmədi. Əlini boynunun ardında çarpazlayaraq fikrə getmişdi.
Yaxınlarda həyatında ciddi dəyişikliklər gözlənilirdi. Ata tərəfin anamın ailəsi ilə apardıqları
uzun danışıqlar bir ay əvvəl uğurla nəticələnmişdi, bütün məsələlər xırdalıqlarınacan
danışılmışdı. Hər iki ailə səylə gələn həftənin sonuna təyin olunmuş toya hazırlıq görürdü.
Günəşli bir yaz səhərində atam hələ ki, ona məxsus olmayan çarpayıda uzanmışdı. O dövrlərdə
oxumuş ailələrdə əsrlərlə qəbul olunmuş qaydalara rəğmən, qız ər evinə köçəndə onun cehizi də
ərinin istifadəsinə keçir, yəni toydan sonra: al qırmızı lentlərlə bəzədilmiş gəlin faytonunun
ardınca bir, iki, üç, hətta beş araba cehiz gəlirdi. Ağsaqqallar görəndə ki, həmin gün bu çox
ağırdır, əlavə qayğıdır, onu bir qədər dəyişdirməyi qərara aldılar. Gəlinin cehizini toydan bir
neçə gün əvvəl göndərməyə başladılar. Anamın cehizi də beş gün əvvəl göndərilmişdi: nikel
başlıqlı ikiqat prujinli iki gözəl çarpayı (Varşavadan alınmışdı), mis işləməli nəhəng kamod - o
da Varşavadan, dairəvi stol və fiqurlu ayaqları olan altı stul, üstəgəl ikinəfərlik balaca divan - və
digər xırım-xırda; altı döşək, altı yorğan, balışlar, mələfələr, yemək və çay dəstləri, qaşıq, çəngəl,
bıçaq, samovar və s. və i.a.
Atam anamı sevirdimi? Çətin sualdır. Anam (Allah görür ki, bunu obyektivlik naminə yazıram)
elə də gözəl deyildi ki, gözünü çəkə bilməyəsən - böyük dayım Ağabəyin arvadı kimi - yox...
Ortaboylu, qamətliydi. Bircə gözləri... böyükdü, nə isə xüsusi bir cazibə vardı və .. - ola bilsin,
atam məhz buna görə sevirdi onu - həssas, başqasının kədərinə biganə olmayan - üstəlik, qadın
kimi cazibədardı... cəlbediciydi... Görünür, hansısa bir məqamda... kübar gənci yüngül həyat
tərzi bezdirmişdi; istər işindən, istər qonaqlıqlardan, səs-küylü məclislərdən, qeyri millətdən olan
qızlarla gün keçirməkdən... Bu da ağlabatandı, lap elə deyək ki, anamla rəqsdə, ya simfonik
musiqi konsertində tanış olması versiyası kimi. Adət - ənənələrə ciddi şəkildə riayət olunan o
dövrdə də valideynlər başa düşürdülər ki, qızı yad gözdən gizlədib saxlamaq da olmaz. Gəncədə
qız gimnaziyasında oxumuş annam və onun kiçik bacısı kimi qızlar küçəyə də çıxırdılar. Belə ki,
ipək kəlağayılı gənc qızlara da tez-tez rast gəlmək olurdu küçələrdə. Həm də, hansı ölkədə
qadına bər-bəzək, parça, ayaqqabı, hər xırdavat satılan dükan-bazara getməyi qadağan edərdilər?
Odur ki, inqilabaqədərki Azərbaycanda qadınlarla bağlı ciddi adət-ənənələr barədəki söz-
söhbətlər bir qədər şişirdilir.
Bunları niyə yazıram? Hə, demək istəyirəm ki, atam yəqin ki, anamı görmüşdü, amma
təklikdəmi, bunu deyə bilmərəm.
Burdan da belə nəticə çıxarmışdım: atam anamı sevib evlənmişdi, bu izdivac hər hansı hesaba
köklənməmişdi. Burda çox incə bir məqam da var. Ata-anamın elçiliyi ərəfəsində bütün Gəncə
anamın böyük qardaşı Ağabəydən danışırmış, Ağabəy şəhərin ən uğurlu tacirlərindəndi; ağıllı,
qətiyyətli... Anadangəlmə ticarət qabiliyyəti olan bu adam qısa vaxtda kifayət qədər böyük və
gəlirli iş qura bilmişdi. Bəzi tanışlar, lap elə atamın qohumları da bu elçiliyi bununla bağlamağa
meylliydilər. O da düzdür ki, Ağabəy bacılarının cehiz məsələsində xəsislik etməmişdi. Yəni,
qeybətlər də boşuna yaranmırdı.
1920-ci ilin həmin o yaz səhərində, özünün böyük qardaşlarının evlərinə bitişik, hələ ki, subay
mənzilində qalırdı.
Deyir, sən saydığını say, gör fələk nə sayır.
O dövrdə tale elə ağlagəlməz dönüşlər hazırlayır ki, - nə Bakı, nə Gəncə - yüz verstlərlə
uzaqlarda belə, hər şey az vaxtda alt-üst oldu.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
506
Bütün bunları və bir çox başqa mətləbləri məndən iki il iki ay böyük qardaşım danışmışdı mənə.
Əslimiz-nəslimiz barədə belə söhbətlər aramızda uzun fasilələrlə baş verirdi. Biz, necə deyərlər,
çiyin-çiyinə yaşasaq da, sən deyən elə də tez-tez dərdləşmirdik.
Bir-birimizə çox da gedib-gələn deyildik. İnsafən, qardaşım məni daha tez-tez yada salırdı. Bu, o
demək deyildi ki, o mənim yadıma düşmürdü - yox, əksinə. Amma gedib baş çəkmək, necə
yaşayır, baxım görüm, vəziyyəti necədir? - alınmırdı. Bir də görürdün, zəng eləyir, evdəsən,
yarım saata sizdəyəm deyirdi. Arvad tez soyuducudan çolpa çıxarır, düyü arıtlayır, bir sözlə,
mənim yeganə, özü də böyük qardaşımı layiqincə qarşılamağa hazırlaşırdı. Bir saat keçir, iki
saat, üç saat keçir, qardaşım gəlmir. Axşam zəng edirəm, incidiyimi gizlətmirəm.
- Nə oldu?
- Sən Allah, bağışla, belə alındı, evdən çıxıb sizə gələndə filankəslə rastlaşdım. Tanımırsan onu?
Zəli kimi yapışdı, əl çəkmədi, mən də keçə bilmədim. Hər nə, qohumdu da. Yaxşı, sabah
gələrəm.
Hər dəfə də belə olur. Arvad daha mətbəxdə əlləşməkdən əl çəkib, mən də sakitcə işimlə məşğul
oluram. İllər keçdikcə, qardaşım daha artıq isinişirdi. Bir də gördün, qəfildən gəldi çıxdı.
- Of, elə yorulmuşam, amanım yoxdur. De, hazır nə varsa gətirsinlər. Səhərdən heç nə
yeməmişəm... Yox, yox, xörək lazım deyil. Bir tikə pendir-çörək olsa bəsdir...Qardaşımın belə
görüşlərinə öyrəncəli arvadım bir anda stol açır, beş dəqiqə sonra qardaşım səslənirdi:
- Ay sağ ol, doydum. Vallah, həmişə demişəm, deyirəm və deyəcəyəm də: “qardaşımın bəxti
gətirib. Allah qorusun səni də, balalarını da, bir çay da olsa...”
Mürəbbəli çay gələndə qardaşım əlavə edirdi:
- Deyirəm də, mən səhv eləmirəm, sağ ol, gəlin. Çaya görə də sağ ol, bir də, sağ ol ki, mənim bu
qardaşıma dözürsən.
Sonra siqaret çıxarır, bir qızlarımın divardakı şəkillərinə baxır, bir də yazı stolumun üstünə.
- Kibrit verim?
- Kibritimə nə gəlib?
Pencəyinin o biri cibindən alışqan çıxarır.
- Ayə, bu nə kağız-kuğuzdu belə? Ötənlərdən yazırsan-nədi? Allah, bu bədbəxtə ağıl ver. Sən o
günlərdən nə bilirsən, axı? Sən heç Gəncədə yaşamısan? Gəncəliləri tanıyırsan? Gəncəlilər bilsə
ki, onlardan yazırsan, səni didərlər. Fərqi yoxdur, tərifdi, tənqiddi... Necə yəni niyə? Ayə,
gəncəlilər səninçün şəkililər, ya qarabağlılar deyil. Bizdə 100 adam varsa, deməli, 100 fikir var.
Hələ qadınları demirəm. Gün verməzlər sənə... Yaxşısı budur, perestroykadan yaz, indi hamı
ondan yazır.
Susub, fikrə gedir, çəkib qurtardığı siqareti külqabıya basır:
- Bəlkə də sən haqlısan. Yaz. Ancaq mütləq əvvəl mənə ver oxuyum. Ümumiyyətlə, sən otur
mənimlə, mən danışım. Götürək elə atamızı. Tale onu hansı imtahanlara çəkmədi.... Bir gün
oturaq, mən sənnən sənə hər şeyi danışaram.
O gün qardaşım tələsirdi, həm də xatirə danışası halda deyildi. Ancaq yenə də nə isə danışdı.
...Toy təyin olunan gün başlayır. Başlayır deyəndə ki, mane olacaq nə vardı ki?... Erkən yazdı;
hər yanda əmin-amanlıq, sakitlik...
|