“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
507
Toyun Ağabəyin evindəymi, yoxsa anamgildə çalındığını bilmirəm, onu da bilmirəm ki, toyda nə
qədər adam olub. Vacib də deyil, yada salıb yaraların közünü qoparmağa nə hacət? ...Bəli, toy
çalınır, gəlini (anamı) gətirirlər bəy evinə.
Təbiətən utancaq olan anam elə ilk gündən evdə elə qayda, sahman yaradır ki, atam müsəlman
ailəsinin qadına və təzə gəlinə münasibətlə bağlı bütün şərtlərini və etiketi unudaraq, heyranlığını
dilə gətirir və əlavə də edir ki, onun bəxti gətirib, necə deyərlər, doşab alıb, bal çıxıb.
Sonralar anam onun bu tərifini xatırlayırdı. Bu xatirələr üçün qarşıda o qədər illər vardı ki...
Atam öz məmnunluğunu, heyranlığını təkcə sözlə yox, cürbəcür bahalı hədiyyələrlə, üzüklər,
parçalar, dəbli tuflilərlə... bildirirdi. Onun necə səxavətli olduğunu Gəncədə bilməyən yoxdu. O
xoşbəxt günlərdə arvadına aldığı sırğalardan sonralar anam çox danışacaqdı.
Deyirlər, xoşbəxtlik tez ötüb keçir. İstəsən də, o günlərin sevincini tutub saxlaya bilmirsən.
Toydan 18 gün sonra xəbər yayılır ki, 11- ci Ordunun hissələri Bakını tutublar. İlk baxışda,
sevinməyə dəyərmiş, amma nədənsə, bu xəbər çoxunun ürəyinə xal salır. Şəhərin hörmətli
adamları bulud kimi qaralırlar. Deyirdilər, məsciddə molla da baş verən hadisələrdən səsində
gizlədə bilmədiyi kədərlə danışır, axırda da deyirmiş:
- Allah özü köməyimiz olsun!
Ancaq sonrakı günlərin hadisələri göstərir ki, Allah bəndəsinin bu yalvarışını eşitmir. Bir neçə
gün Bakıda ayaq döyən ordu hissələri Qərb istiqamətinə tərəf hərəkətə başlayır.
Bakıdan bir-birindən həyəcanlı xəbərlər gəlir. Qanuni hökumət devrilir, parlament buraxılır.
Nəinki buraxılır, hətta deyirdilər, kim hara istəyir getsin... Yox... bundan sonra kimin kim olduğu
aydınlaşır. Qısası, son iki ildə xalqın taleyini həll edənlərin kimliyi araşdırılır... Dəqiq bilmirəm,
amma deyirdilər, hətta fövqəladə hallar üzrə komissiya yaradılıbmış, onlara şübhəliləri dəqiq
yoxlamaq tapşırılıbmış. Darmacalda bu məsələləri necə həll etməli? Deyirlər, aralarında bir
ağıllısı təklif edir ki, yaxşı, sonra haqq-hesab çəkilər. Belə də qərara alırlar ki, hərəkət etmək
lazımdır... Qətiyyətlə, amansız...
Gecələrin birində, atam əmin olanda ki, gənc arvadı bərk yatıb, ehtiyatla qalxıb, mətbəxə keçir,
tünd çay dəmləyib içir. Başını əlləri arasına alıb bir xeyli orada oturur...
...Atam yoxsul ailədə doğulmamışdı. Babam Kəblə Zeynal Gəncədə hörmət-izzət sahibiydi.
Adlı-sanlı Azadxanovlar nəsli Gəncənin binəsini qoyanlardan sayılırdı... Həmin dövrdəsə,
Gəncədə Azadxanovlar elə də çox qalmamışdılar. Bir yandan, çox da yaxın qohum deyildilər,
amma təbii ki, bir kökdəndilər. Bununla belə, bir-birindən uzaq da qaçmırdılar, lazım olanda bir-
birinə əl tutur, arxa dururdular.
Kəblə Zeynalın Gəncənin cənub-şərq hissəsində torpağı vardı, kəhrizlərin bir qismi onun
payıydı, son vaxtlar, cani-dildən olmasa da, ticarətlə məşğul olurdu, dövr eləydi ki, bu işi də
bacarmaq lazımdı.
Əttarlar məhləsinə yaxın yerdə, şəhər bazarının yaxınlığında, əsas məscidin həndəvərində
kərpicdən evi vardı. Subaylıqda üst qatda ikinci mərtəbədə 5 otaq, qulluqçulara da alt mərtəbə
geninə-boluna bəs edirdi. Yaxşı arabaları olsa da, Kəblə Zeynalın faytonu yox idi. Kəblə Zeynal
tənbəl, nərmənazik adam deyildi. Səhərin gözü açılandan ayaq üstə idi.
Böyük oğlu uşaqlıqdan ticarətə həvəsli idi. Yaşıdları aşıq-aşıq oynayanda, o, alış-verişlə, pul
qazanmaqla məşğul olurdu, qəpik-qəpik də olsa, həmişə qazancı vardı. Böyüdükcə parça
ticarətinə keçdi. Heç kəs onunla atlasın, mahudun rəngi, keyfiyyəti məsələsində mübahisəyə
girişməzdi.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
508
Atası bazarın girişində kərpicdən tikilmiş rahat, geniş bir yer almışdı, rəflərdə səliqə ilə cürbəcür
parça rulonları tağlanmışdı, alver gündən-günə genişlənirdi. O vaxtdan oğlunun dükanına baş
çəkmək, arxa otaqda oturub ilkinin arşınla işləməsinə göz qoymaq Kəblə Zeynalın sevimli
məşğuliyyəti olmuşdu. Ancaq dostları başqa fikirdəydilər; Kəblə Zeynal elə də sevinmirdi,
əksinə, oğlunun belə xırda işlə məşğul olmasından darılırdı. Hər halda, bəy nəslindən idilər.
Dükana onun yanına söhbətə gələn dostları Kəblə Zeynalın hərdən başını bulamasını da hiss
edirdilər. Gəncəlilərin adətidir, bir şeydən çox narazıdılarsa, başları sağa-sola yırğalanır. Səssiz-
sözsüz həmin adamın ürəyindən keçəni oxumaq çətin deyil; gör bir neylədin, mən sənə elə
inanırdım...
Deyirlər, ilki dünyaya gələndə Kəblə Zeynal bir xeyli ona ad tapa bilməyib... Ad qıtlığı deyildi,
şükür Allaha, müsəlman dünyasında nə çox ad; İbrahim, İsmayıl, Yusif, Musa, İsa, Əli, Hüseyn,
Şərq əfsanə və dastanlarının qəhrəmanları - Rüstəm, Maqsud, Zöhrab, Fərhad, Nəbi... Və əlbəttə
ki, Məhəmməd...
Di gəl... uşağın qırxı çıxanacan uşağa ad tapa bilmirlər. Bir gün Kəblə Zeynalın dostları gəlirlər
uşağı görməyə. Plov yeyib, çay içəndən sonra, keçirlər körpə olan otağa. Kəblə Zeynal uşağın
nənnisinə əyiləndə, uşaq birdən atasının barmağını tutur və gülümsəyir... Bu gözlənilməz
hərəkətdən karıxan Kəblə Zeynal gülür və deyir:
- Məsti!
Bəlkə də Məstan deyib, ancaq yanındakılar Məsti başa düşüblər.
Böyük əmim doxsan yaşacan yaşadı, ancaq heç övladları da bilmədilər ki, atalarının əsl adı
nədir? Anketlərdə belə də yazdılar - Məsti.
Bizim Gəncədə birinə bir ad, ayama yapışdırdılarsa, o adamın əsl adı yaddan çıxır. Yadımdadır,
bir oğlanı Mostan çağırırdılar (qaranquşun dalınca körpüdən çaya tullanmışdı). Öləndə
başdaşında da Mostan yazdılar.
Kəblə Zeynal inanırdı ki, ikinci oğluna daha yaxşı tale yazılıb; ağıllı, dilavər (Gəncədə ona
Qırmızı Həsən deyirdilər), sözü adamın gözünün içinə deyərdi. Gəncədə beləsinə yaxşı
baxmırdılar. Realnı məktəbi uğurla bitirmişdi. Heç 18 yaşı yox idi, di gəl ki, ağsaqqallar onun
sözünün qabağında söz demirdilər, oxumamış da ən çətin məsələləri asanlıqla yoluna qoymağı
bacarırdı... Çəkmirdi, içmirdi, başqa xoşagəlməz işləri də yox idi. Qədərincə çalışqan, qədərincə
təmkinli...
Atam Həsən ağadan altımı - səkkizmi yaş kiçik idi. Ən kiçik əmim Əhəd anadan olanda Məstinin
20 yaşı vardı. Əhədin gəlişini gözləməyiblərmiş, ancaq bir halda ki, gəlib, fikirləşiblər ki, qoy
yaşasın da...
Nə isə... Bakıda on birinci ordunun Azərbaycan xalqını köləlikdən və tamamilə məhv olmaqdan
xilas etməsi xəbəri atamı yaman həyəcanlandırmışdı. Əgər ordu xalqı qanuni parlamentdən və
hökumətdən xilas edirdisə... deməli... yox... burda nə isə var. Deyək ki, xalq da var, bu xalqın
hökuməti də. Onun yaxşı, ya pisini necə təyin etmək olar? Bu suallardan baş açmaq mənə çox
çətindi. Məsələn, niyə bu, atamı sıxırdı, yuxusunu əlindən almışdı?
...Köməyimə böyük qardaşım çatdı, elə bil, hər şeyi bilirdi, hər şeyi gözü ilə görmüşdü.
- Ayə, sən nə sadəlövh adamsan? Doğrudan sənə elə gəlir ki, bizim atamız qulluqçu, ya özgə
dükanında prikazçik idi? Dayan, sözümü kəsmə! Sənsiz də bilirəm ki, sən nəyi bilirsən, nəyi
bilmirsən... səbrini bas, diqqətlə mənə qulaq as...
...Atamız bəy oğlu idi. Bizim tərcümeyi-halımızda utanmaz-utanmaz yazdığımız kimi, hansısa
bir kontorda mirzə olmayıb. Tutaq ki, bizi başa düşmək olardı. Əvvəla, sən doğrudan da
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
509
bilmirdin, atamız kim idi, nəylə məşğul idi. Deyək ki, buna görə sənin vicdanın, demək olar ki,
təmizdir. Bəs mən?.. Səncə, sənin bildiklərindən çox şey bilən mən neyləyə bilərdim?..
Sözünə ara verib qalxdı, girəcəkdə asılmış paltosunun ciblərini eşələdi, əliboş qayıtdı.
- Siqaret burdaymış ki, stolun üstündəymiş ki, mən də gedib ciblərimi axtarıram... Deyə
bilməzdin?..
Bu pauza ilə sanki qardaşım bir daha əmin olmaq istəyirdi ki, görsün mənə təfərrüatlaracan hər
şeyi danışmağa dəyərmi? Siqareti də nəzakət xatirinə araya saldı.
- Otuz doqquzuncu ildə, 15 yaşım olar-olmaz, qohumlarımızdan biri məni işə düzəltdi. 37-də
nələr olmuşdu, bunu sən bilirsən. Yəni yadındadır. Mən qarajda işləməyə getdim, çətin deyildi,
monometrlə təkərlərin təzyiqin ölçürdüm. Məsələ işdə deyildi. Bir dəfə məni kontora çağırdılar.
Otaqda əyninə, cibləri üstdən olan yaşılımtıl rəngli pencək geymiş bir kişi oturmuşdu. Sonralar
harada işlədimsə, hər yerdə bu yaşıl frençliləri gördüm.
Mənə tərcümeyi-halımı yazdırdılar. Bəli, oturdum nə lazımdı yazdım. Həmin kişi kağızı alıb
oxudu, qaş-qabağını töküb acıqla dedi:
- Yox, belə yox, əzizim, yaz ki, valideynlərin kim olub, inqilabacan nəylə məşğul olublar,
qohumlarından xalq düşməni yoxdur ki? Yoxsa ki, anadan oldum, oxudum. Qardaş, biz hamımız
haçansa doğulmuşuq, nəyisə oxumuşuq.
İnanmazsan, belə deyəndə bir balaca qızardı da... Çətin ki, hardasa oxumuşdu... Nə isə...
Yazdığımı zibil qutusuna tullayıb təzə kağız verdi...
Təzə yazdığımı da bir xeyli oxudu, ilişməyə bir şey tapmayıb, kağızı qovluğa qoymaqdan başqa
əlacı qalmadı, başını buladı, yəni, rədd ol... Mən tez aradan çıxdım. Sonra uzun illər də belə
yazdıq: atam qulluqçudur, müxtəlif sovet müəssisələrində işləyib, xaricdə və həbsdə
qohumlarımız yoxdur...
Qardaşım əlindəki sönmüş siqareti tulladı, cibindən əl dəsmalını çıxardı:
- Bir çay olsaydı...
Çay dəmlədim, gilas və əncir mürəbbələri gətirdim.
Burda kiçik bir ekskurssuz keçinmək olmayacaq.
Atam gimnaziyada oxumuşdu. Moskvada universitet kurslarına cəhd etmişdi, amma
alınmamışdı... Gəncəlilərin bəzisi deyirdi ki, atama uzaqda oxumaq gərək deyildi, onsuz da gözəl
bildiyi şeyləri təzədən öyrənməyinə ehtiyac yoxdu. Bəziləri kinayəylə gülsələr də, qısaca
deyirdilər ki, hamı oxumaz ki... Bəziləri də deyirdi ki, 1914-cü ildə başlanan cahan müharibəsi
günahkardı. Azərbaycanlı ailəsində müharibə nə deməkdi, məlumdu, xüsusən qadınlarçün.
Oğlunu uzaqbaşı Mahaçqalaya, ya Krasnovodska yola salan ana yalvarıcı səslə mütləq belə
deyirdi: "Qadan alım, ehtiyatlı ol, özünə aid olmayan işə qarışma, davaya baş qoşma". Müharibə
başlayandan az sonra atam Gəncəyə qayıdıb. Əvvəl qardaşlarına kömək edib. Böyük qardaşının
tapşırığıyla Bakıya, Tiflisə, Moskvaya gedib mal almaq üçün danışıqlar aparır. Hər səfərdən
qabaq qardaşlardan ciddi tapşırıqlar alan atam - hansı mehmanxanada qalmalı, harada yeməli, nə
vaxt kiminlə görüşməli, mümkün qədər az xərcləməli və s. - bu nəsihətlərdən, göstərişlərdən çox
tez bezir. Onun dəbdəbəli, firavan həyata meylini bilən əmilərim atamı onsuz da tez-tez
qınayırdılar.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
510
1917-ci ilin məşhur fevralından sonra şimalda yeni qayda-qanun yeritməyə başlayırlar. Sən
demə, buna çoxdan hazırlaşıbmışlar. Saysız-hesabsız partiyalar, qruplar, təşkilatlar və s. və i. bir-
birini eşitmir, hərə öz sözünü deyir.
Azərbaycanda isə hamı gözləyir ki, bütün bunlar nə vaxt, necə bitəcək.
Bir dəfə atam əmiuşaqlarından biri ilə görüşür və bu görüş onun taleyini dəyişir.
Xoş-beşdən sonra əmioğlu atama deyir:
- İsmayıl bəy, bizə savadlı, enerjili cavanlar gərəkdir. Bizə - yəni xalqımıza. Kənardan kömək
gözləməyə dəyməz. Bütün məsələləri özümüz yoluna qoymalıyıq. Xalqımızın gələcəkdə necə
yaşayacağı bandan asılıdır. Səni yaxşı tanıyıram, İsmayıl bəy. Gizlətmirəm, bu, təşkilatımızın
tapşırığıdır. Səni də Gəncədə tanımayan yoxdur. Biz azərbaycanlıların əlinə fürsət düşüb; öz
qayğımıza özümüz qalmalıyıq. Nə deyim, uşaq deyilsən, özün başa düşürsən, tale bizə fürsət
verib, biz ondan ləyaqətlə istifadə etməliyik.
İlk vaxtlar atam notariatla torpaq məsələləri ilə məşğul olur, həm də hüquq-mühafizə idarəsinə
rəhbərlik edir. Məktəblər açılırdı, soyğunçuluq və xuliqanlığa qarşı mübarizə edirdilər. Yaxın-
uzaq dövlətlərlə əlaqə qururdular.
Bir sözlə, qardaşımın danışdığı vaxtlarda biz atamın nə ilə məşğul olduğunu bilmirdik. Amma
mən bir şeyi yaxşı bilirəm: nə edir-etsin, harda işləyir-işləsin, o pis işləyirdi, o qədər pis işləyirdi
ki, qanun qarşısında cavab verməli idi, amma buna imkan olmadı. Hələliksə...
20-ci ilin yayında görünməmiş istilər düşmüşdü. Bir həftə əvvəl rus hərbçiləri gəncəlilərin
müqavimətini qırıb şəhərə girmişdilər. Altı günlük qarışıqlıqdan sonra nisbətən sakitlik idi.
Həyətlərə baş soxan əsgərləri qocalar da indi başqa cür qarşılayırdılar; üzlərində təbəssüm, əl
açıb, yəni, Allah şahiddir, hərçənd gözləmirdik, daha neyləmək olar, gəlmisiniz də, -
səslənirdilər.
- Çay qoyun, bir bax gör qazanda nə var. Qonaq gəlib!
Əsgərlər də həvəslə oturub çay içər, pendir-çörək yeyərdilər. Çox az adam rusca bilirdi, əsgərlər
də azərbaycanca bilmirdilər. Rus-tatar məktəbində, gimnaziyada oxuyanlar hərdən köməyə
gəlirdilər.
- Ayə, soruş gör hardan gəliblər?
Çox şey soruşa bilərdilər. Məsələn, günün-günorta çağı dəvətsiz özgə həyətinə soxulan bu qəribə
adamlar Gəncədə çoxmu qalmaq niyyətindədirlər? Amma sakit həyatlarını alt-üst etmiş bu
adamlardan heç bir müsəlman bunu soruşmazdı; qonaq – qonaqdır, lap rus olsa da, adətlərimizi
bilməsə də... Amma, hər halda, dilimizi bilsəydilər, öyrənsəydilər, maraqlı olardı.
Acıdil Həsən ağa bir dəfə deyirmiş ki, ruslar səhərlər at arabalarını qaladüzü tərəfə çapır, günorta
geri, məscidin yanına gətirirdilər; işsizlikdən sərələnib qalmasınlar deyə...
Hələ bu əsgərlərin oxuduqları mahnılar Gəncənin küçələrini başına alırdı. Kiminə onların
oxumaqları hətta xoş gəlirdi. Balacalar da əsgəri addımlarla küçələrdən keçərək oxuyurdular.
Bəzilərininsə xoşu gəlmirdi, bəlkə rus dilini bilir - mahnının sözlərini başa düşürdülər, ondandı?!
Paravozumuz irəliləyir,
Dayanacaq kommunadır.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
511
Başqa yolumuz da yoxdur,
Əlimizdə vintovkadır.
Belə mahnılardan narazı olanlar haqlıydılar; kiminsə əlində silah olmasında yaxşı nə vardı ki?..
Mahnı - öz yerində, elə dəstələr də vardı ki, oxumurdular, onların silahı tapançaydı, qəfil peyda
olur, uzun-uzadı danışmadan, qətiyyətlə hərəkət edirdilər. Və bu dəstə üzvləri arasında bəzən
tanış üzlər, köklü gəncəlilər də gözə dəyirdi. Düzdür, özlərini elə aparırdılar ki, guya yerlilərini
tanımır, azərbaycanca bilmirlər. Qazdan ayıq gəncəlini aldatmaq olar?
- Ayə... sən o keçəl İsrafilin oğlu Həsənqulu deyilsən? Turac kimi başını niyə qovzayırsan?
Dünən bazardan zənbilini daşımağa hazır olan, bu günsə yanı qoburlu bu hökumət adamları ilə
belə rəftarın axırı yaxşı olmayacaq. Gəncəlilər bu qənaətə gəlirdilər.
İndi isə bu adamlar dinməz-söyləməz Gəncənin küçələrindən keçir, hansı evə girmək lazım
olduğunu yaxşı bilirdilər. Eyni qətiyyətlə də evlərdə şkafları, komodları eşələyir, yorğan-döşəyi
tökür, özlərilə nə isə, ələlxüsus kitabları, yazılı vərəqləri götürürdülər. Düzdür, apardıqlarının
yazılı siyahısını da çıxarırdılar. Bəzən kitab tapmayanda, gözlərinə dəyən qiymətli nə varsa, qızıl
boşqab - filan da götürürdülər. Məsələn, Məşədi K. ziyarətə gedəndə aldığı boşqabı aparmışdılar.
Məşədi K. qızıla görə heyifsilənmirdi; boşqabda müqəddəslərin şəkli həkk olunmuşdu. Kəblə F.-
nin evindən də kağız yox, arvadının qır-qızılını, kəhrəba boyunbağısını aparmışdılar. Hərdən də
başlarını əyməklə sanki deyirdilər ki, narahat olmayın, biz ki, sizin rahatlığınız və
təhlükəsizliyiniz üçün çalışırıq! Gedəndə, bir qayda olaraq, ev yiyəsini də aparırdılar. Hər
ehtimala qarşı, həmişə də savadlıları, ləyaqətlə durmağı bacaranları, boylu-buxunluları seçirdilər;
belələri təhlükəliydi. Belələri ya qoca, ya da naxoş olanda qayğıları artırdı.
Yeni hakimiyyətin qayğıları onsuz da az deyildi. Evlərə girmək, axtarış aparmaq, şübhəliləri
aparmaq bir yana, tutulanları yerləşdirmək, yedirtmək, mühafizəsini təşkil eləmək də xeyli qayğı
idi. Gəncə həbsxanası babamın evinin üç addımlığındaydı... Kameralara 30-50 adam saldın, bəs
qalanlarını... Kiminsə ağlına zirzəmi gəlmişdi. O zaman Gəncədə hər bir evin zirzəmisi vardı.
Daha Gəncədə müəzzinin səsi eşidilmirdi, bazar meydanı boşalmışdı. Belə günlərin birində atam
ən yaxşı kostyumunu geyir, sevimli əsasını götürür. Təbii ki, anam mane olmaq istəsə də, dillənə
bilmir; müsəlman ailəsində arvadın kişinin işinə qarışmasına yaxşı baxılmırdı. Üstəlik, anamın
bu evə gəldiyi bir ay deyildi. Atamsa fikirləşirdi ki, iynə deyiləm ki, ot tayasında itəm, gec-tez,
nə olacaqsa-olsun. Ölmək ölməkdi, xırıldamaq nə deməkdi.
Gün qüruba əyilsə də, küçədə şübhəli bir şey dəymir gözünə; əsasını yelləyə-yelləyə şəhərin
mərkəzinə yol alır.
Kəblə Zeynalın ölümündən sonra atam və qardaşları bu evi satıb, ayrı-ayrı evlər almaq fikrinə
düşdülər. Bu işlə Həsən ağa məşğul oldu. Şəhərin mərkəzində kərpicdən tikilmiş üç ev tapdı.
Evlərin ən böyüyü Məstiyə düşdü, böyük qardaşdı, 3 uşağı vardı, birini də gözləyirdilər. Yaxşı
evdi, 4 otaq yuxarıda, 4 zirzəmi aşağıda, geniş eyvanı, küçə qapısına açılan dəhlizi...
Həsən ağaya 3 otaqlı ev düşdü, eynilə Məstinin evi kimi, şüşəbəndli eyvanı; həyətin başında
üzümlüyü... Yenə də zirzəmili, ikiotaqlı ev o zaman subay olan atama düşdü. Əhəd əmim Həsən
ağa ilə qalırdı, onların hələ uşaqları yox idi. Xülasə, bu evlər də zirzəmi axtarışında olanların
diqqətini çəkmişdi. Atam şəhərə çıxan günün səhərisi evimizin qapısında hərbçilər peyda
oldular.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
512
...Əvvəl yolun təxminən bir yüz metrini qəribə, əsəbi gərginliklə keçdi. Hərdən tanış-biliş gözə
dəyirdi, onlar da nədənsə başlarını aşağı salıb tələsik keçirdilər. Elə bil adamları dəyişmişdilər.
İsmayıl bəy bir-iki mağazanın vitrini qarşısında ləngiyir, şəhər bankının yanından aramla keçir,
amma kəlmə kəsməyə bir adam tapılmır...
Şəhərdə cırıldayan araba peyda olmamışdan bir ay əvvəl Bakıdan bir nəfər gəlmişdi. Gəlmişdi
deyəndə ki, evə gəlməmişdi... Bir axşam qonşunun oğlu gəlib atama deyir ki, bir yad adam onu
görmək istəyir, deyəsən, Bakıdandır. Atam küçəyə çıxır, görür, yolun o biri üzündə ucaboylu bir
kişi durub siqaret çəkir. Atam yaxınlaşanda kişi dönüb şəhərin mərkəzindən əks səmtə gedir, başı
ilə atama işarə edir. İyirmi-otuz metr aralanandan sonra kişi sakit, təmkinli səslə deyir:
- İsmayıl bəy, məni Nağı bəy göndərib - əminiz oğlu. O dedi ki, yaxşı olar siz şəhərdən,
ümumiyyətlə, Azərbaycandan gedəsiz. Burda qalmağınız ailəniz üçün təhlükəlidir. Nağı bəy sizə
nə lazımsa kömək edəcək. Ancaq vaxt çox azdır.
Sonra atamın getməli olduğu ünvanı deyib.
- Bir də... Nağı bəy xahiş edir ki, onu bağışlayasız, sizi bu işə qarışdırmaqda heç bir pis niyyəti
olmayıb. Bir də dedi ki, onun vicdanı sizin də, xalqının da qarşısında təmizdir.
İndi şəhərin boşalmış küçələrindən keçə-keçə atam yenə də inanmırdı ki, ona və ailəsinə nə isə
ola bilər. Elə ona görə də Arazın o tayında rahatlıq axtarmağa tələsən tanışlarını qınayırdı. Allah
köməkləri olsun! Hər kəsin borc, şərəf, Vətən qarşısında məsuliyyət anlayışı fərqlidir.
Hamı çıxıb getməmişdi ki... Vaxt keçdikcə İsmayıl bəy görürdü ki, görüşmək, restorana getmək
üçün ləyaqətli, abırlı adamlar hələ qalıb.
İsmayıl bəy iyunda ata olacağını düşünüb gülümsədi. Kaş oğlu olaydı, özü də ikisi, matros
köynəyi geyindirib balacaları şəhər bağına gəzməyə aparaydı...
Bu fikirlərlə gəlib Gəncəçayın sahilindəki gürcü restoranına necə çatdığını bilmədi. Şəhərin
azərbaycanlılar yaşayan hissəsi ilə ermənilər yaşayan, gəncəlilər demiş, ikinci hissəsini
birləşdirən körpünün yaxınlığındakı bu restorana çathaçatda yan qapıdan çıxan bir adam
diqqətini çəkdi, daha doğrusu, üz-üzə gəldilər. İsmayıl bəy hiss etdi ki, bu qəfil görüşdən alınan
həmin adam istədi özünü görməməzliyə vursun, sonra fikrindən daşındı, əl verməsə də,
salamlaşdı. Əslində, elə də yaxınlıqları yoxdu. Bununla belə, İsmayıl bəy başını tərpətməklə
salamı aldı. Restoran sahibinin yaxınıydımı, şərikiydimi-nəyiydimi, bilmirdi, hər kimdisə, tez-tez
onun tanımadığı adamlarla salonda görünürdü.
Gəncədə məşhur olan bu restoranın sahibi yerli ermənilərdəndi - Manuk. Baş aşpaz da aşağı
məhəllədən kababçı Qatsvosun oğlu Samvel idi, Şalva deyirdilər. Ofisiant Sulikonun əsl adı
Surendi, bura 2-3 il əvvəl Moskvadanmı, Peterburqdanmı gəlmişdi. Orada məşhur restoranlardan
birində işləyirmiş. Manuk onu Gəncəyə gətirmək üçün xeyli tərləməli olmuşdu. Qalan hər şey
gürcüsayağı idi; çox nəzakətli xidmət, əla musiqiçi üçlüyü, müğənnilər, gürcü qəlyanaltıları -
lobya, sasivi, kələm və s... Nə isə...
- İsmayıl bəy, restoran bu gün işləmir. Heyif, getdi o günlər... Sizə hörmətim var... yoxsa
qarışmazdım. Suliko əhvalatı yadınızdadı, yəqin. Sizin vəziyyətdən elə cəld çıxa bilməyinizi
hamı bəyənmişdi. O vaxt Suliko həyatıyla risk eləyirdi.
- İsmayıl bəy, sizi izləyirlər, sarıbığ, alçaqboy adamdan ehtiyatlı olun, yerlidir, bilmirəm,
ermənidir, ya müsəlman, sizi istəməyənlərdəndir. Bir də, Suliko onların adamıdır. Sağollaşanda
günahkar səslə: - Bəy, mənim adımı çəkmək lazım deyil, - dedi...
Səhərigün atam anamın xatirinə günortayacan evdə oturdu. Azadxanovları işsiz, bekar, tək
oturan kim görmüşdü ki? O gün də anama olanlardan-keçənlərdən danışdı, köhnə jurnalları bir
|