Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə87/115
tarix25.04.2017
ölçüsü7,78 Mb.
#15742
1   ...   83   84   85   86   87   88   89   90   ...   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

478 


Qoca Katrin lemminqlərin sıx dəstəsinin arasından keçməyə çalışırdı. Lemminqlər 

ciyildəyir, itlər hürür, inəklər böyürür və bütün bu hay-küy tövlədən gələn gurultunun içində 

hərdən eşidilməz olurdu. Və Katrin cəsarətlə bu gurultuya sarı gedirdi. 

Tövlənin qapısı lap onun qabağında, bir neçə addımlığında idi. Qapının altından 

lemminqlər sürüşüb içəri keçirdilər. Onlar özlərinə yol aça bilmişdilər! Yəqin bütün tövləni 

doldurublar, madyanın ayağmın yanında fırlanırlar! 

Katrin əsanı sağ əlindən sol əlinə keçirdi və iri açarı burdu. Hə, hazırdı. Bircə ağac 

siyirtməni sağa burmaq qalırdı. Bir də qapının sol tayı qalırdı, o biri tay içəridən bağlı idi. 

Qapının yalnız sol tayı açıldı, o biri tay içəridən bağlı idi. Madyanın ayaqlarının qəzəbli 

tappıltısı bütün səsləri batırmışdı. Elə bil Katrinin qulağının dibində göy guruldayırdı. 

Lemminqlər yeriməyə mane olur, onun ayağını dişləyirdilər. O, yavaş-yavaş, olduqca yavaş-

yavaş siyirtməni sağa sürüşdürdü. Madyan yəqin ki, kiminsə gəldiyini duymuşdu, ona görə də 

yerini dəyişib o biri tərəfə keçsə də, ayaqlarını yerə döyməkdə idi. İlahi, indi o, giriş yolunu 

kəsmişdi. Katrin artıq siyirtməni çəkə bilməzdi. Bu, fəlakət idi! Bu, hər şeyin sonu idi! 

Katrin çətinliklə nəfəs alıb tövlə qapısının ortasına yaxınlaşdı. Siyirtmə, demək olar ki, 

axırıncı oyuqdan da çıxmışdı, ancaq tamamilə yox, atın təzyiqi ilə onun son ucu tərpənirdi. "Çox 

saxlaya bilməz", - fıkirləşdi Katrin. Siyirtmə şaqqıltı ilə əyilib aşağı düşdü. Katrin geri çəkildi. 

O, sağa keçməkdənsə, başını itirib tir-tir titrəyən qapının qabağında dayanmışdı. 

Bir an da keçdi, ildırım sürəti ilə o, atın yaralı başını, dəli-divanə gözlərini gördü. Və hər 

şey burdaca bitdi. Ağır zərbə onun ayaqlarını yerdən üzdü, 

Gecə düşmüşdü. Lemminqlərin axını hələ də gecə soyuğunun dolduğu boş evin içindən 

keçib gedirdi. Daha güclü bir axın həyətə dolurdu. Təngə gəlmiş, yorulmuş itlər susmuşdu. 

Yalnız qızğınlıqdan bir-birini dişləyən lemminqlərin qulaq batıran çığırtısı və inəklərin həyəcanlı 

böyürtüsü eşidilirdi. Tövlənin taybatay açılmış qapısı ağzında qoca Katrinin meyidi düşüb 

qalmışdı. Lemminqlərin axını meyidin yanında haçalanır və meyidi dövrələmə keçib gedirdi. 

 

* * * 



 

Bitib qurtarmayan gündüzlər arxada qalırdı. İndi hər gecədən sonra günəş bir neçə saatlıq 

səmada görünür, yenidən zülmət düşürdü. Yolumuzun əvvəlində olduğu kimi, biz gecənin 

qaranlığından istifadə edərək yol gedir, gündüzlər isə dincimizi alırdıq. Ancaq artıq biz hər cür 

ehtiyatı, sayıqlığı, hətta ağlımızı da itirmişdik. 

Biz bəzən yalnız gecə, bəzən də gecəni gündüzə qataraq dincəlmədən, nəfəs dərmədən 

yuxulu, üzgün halda elə hey yol gedir, hətta günün günorta çağı - hər tərəfdən bizi təhlükə 

gözləyən bir vaxtda da yola çıxmaqdan çəkinmirdik. Hücumların sonu görünmürdü, tayamızın 

isə yəqin ki, yarısı qalmışdı. Şimal tülküləri vadi yamaclarına soxularaq bizi yorulmaq bilmədən 

təqib edirdi. Doyduqları vaxt bir az geriyə qalır, sonra yenidən hücuma keçirdilər. Bəzən şimal 

tülkülərinə canavarlar hücum edəndə biz bir neçə günlüyə dincəlirdik. Havadan bizə yalnız 

qədim düşmənlərimiz deyil, tanımadığımız naməlum quşlar da hücum edirdi. Onlar üzü bizə 

tərəf qərbdən uçub gəlirdilər. Düşmənin sayı-hesabı yox idi. 

Ancaq biz baş alıb uzaqlara, uzaqlara gedirik. Dayanmadan, az qala qaça-qaça gedirik, elə 

gedə-gedə də yeyirik, bunun üçün dayanıb durmuruq. Gözümüz şüşə kimidir, baxışımız bir 

nöqtəyə zillənib, başdan-ayağa çirk içindəyik. Bizi daim irəliyə qovan qüvvə bizə ayaq 

saxlamağa imkan vermir. Hamımız xəstəyə oxşayırıq, xəz dərimiz palçığa bulaşıb. Yalnız suyun 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

479 


içinə girib çıxanda babat görkəm alırıq. Yola düşəndən bəri çoxlu çaylar keçmişik, neçə gölü 

arxada buraxmışıq. Sudan sahilə çıxıb itsayağı silkələnəndə bir az yüngülləşirik, əsəblərimiz 

dincəlir, gərginlik azalır. Ancaq bu xoş dəqiqələr çox sürmür. Gözəgörünməz qüvvə bizi irəli 

qovur. Yorğunluğa, təhlükəyə məhəl qoymadan, geriyə baxmadan dəli kimi irəli can atırıq. 

Bəlkə də, gərək dayanaydıq. Nəfəsimizi dərib bir çayın, ya gölün sahilində qalıb bir neçə 

günlüyə rahatlanıb dincələydik, onda bəlkə bu divanəlik, qızğınlıq da canımızdan çıxar, 

həyəcanımız yatardı. Ancaq yox, biz dayana bilməzdik, biz irəliyə getməliydik. Biz heç nəyə 

məhəl qoymadan, qorxub çəkinmədən qabağımıza çıxan çay atılır, onu üzüb keçir və yolumuza 

davam edirdik. 

Biz kor kimi idik. Lakin indi o günləri xatırlayıb, olub keçənləri yaddaşımda canlandıranda 

mənə elə gəlir ki, ilk baxışda divanəlik kimi görünən bu yürüşün mahiyyətini uzaqdan-uzağa 

daha aydın şəkildə izah edirəm. Mən o vaxtlar dumanlı şəkildə də olsa hiss edirdim ki, heç nəyə 

baxmadan inamla irəli getmək lazımdır, çünki bütün bu münasibətlərin arxasında bizim hələlik 

dərk etmədiyimiz hansısa bir məqsəd gizlənir. Və biz bu məqsədə doğru can atırıq. Nəyin 

bahasına olursa-olsun bu məqsədə yetməli və nəhayt ki, azadlığa qovuşmalıydıq. Yenidən özünə 

qayıtmalı, sakitləşməli, keçən günlərin itirilmiş xoşbəxtliyini tapmalıydıq. Biz təhlükədən 

qorxmadan, ölümə məhəl qoymadan dərkolunmaz bir cənnətə, həsrətində olduğumuz bir torpağa 

doğru irəliləyirdik. Bəli, biz azadlığa doğru gedirdik. Onu nə vaxt, hansı yolla tapacağımızı 

bilməsək də, əmin idik ki, yolumuzun sonunda mütləq azadlığa qovuşmalıyıq. Bizi, bütün 

lemminq tayfasını irəli qovan da elə bu inam hissi idi. 

Bir neçə dəfə biz adamların yaşadığı yerlərdən keçib getməli olurduq. Əvvəlcə, onlarla 

görüşdən qorxurduq, lakin sonralar qərbə doğru irəliləmək ehtirası o qədər gücləndi ki, o biri 

düşmənlərimiz kimi, adamların da bizə dəxli olmadı. Həm də ki. biz onlara gec-gec rast gəlirdik. 

Bir dəfə insanların yaşadığı şəhərin yanında yolumuzu daş divar kəsdi. Bu divar hər iki 

tərəfə sonsuz şəkildə uzandığından biz yeraltı keçid qazmalı olduq. Qazma işi uzun çəkdi. Hər 

dəfə yerin üzünə yol salmaq istəyəndə nəsə cırmaq səsi eşidir, it iyini duyurduq. İtlərin hürüşü 

adamların səsinə qarışırdı. Yeraltı divar mane olduğundan biz lap altdan keçməli olurduq, bəzən 

divardan qopan daşlar lağımın yolunu tuturdu. Orada zülmət içində dəhşətli bir mübarizə gedirdi, 

faciələr baş verirdi... sağ qalıb qurtulmuş lemminqlər yerin üzünə çıxanda, orada bizi itlər 

qarşıladı. Mən qulağımın dibindəcə dostlarımın sümüyünün itlərin dişi altında xırçıldadığını 

eşidirdim. Bu dəfə də tale üzümə güldü, ölümdən xilas oldum və yenidən yola çıxdım. 

Yenə də sağ qalmışdım, görəsən, neçənci dəfə idi ki, ölümün caynağından qurtulurdum? 

Bir vaxt doğma şəhəri tərk etmiş minlər, milyonlarla lemminqdən bu nəhayətsiz əngin 

suların sahilinə görəsən kimlər gəlib çıxmışdı? 

Çoxdan idi ki, çay boyunca gedirdik və bu çay bizi gətirib bu yerlərə - göz işlədikcə 

üzüaşağı axıb gedən əngin suların sahilinə çıxarmışdı. Biz çay suyuna bənzəməyən bir iy 

duymuşduq. Yolda törəyib artsaq da, indi biz az idik, çox az. Bütün tayfamız sahil boyu ada-ada 

yığılmışdı. Ancaq bizim sağımızda və solumuzda çayın ağzındakı qumluq lemminqlərlə dolu idi. 

Onlar dənizə sarı can atırdılar, elə bil lemminqlərin özü də bir çay idi, dənizə tələsirdi. Müxtəlif 

yeraltı lemminq şəhərlərinin yolu burada bitirdi. Onların sağ qalmış qalıqları indi bir yerə 

yığışırdı və hara baxırdınsa şimalda, cənubda - dörd bir tərəfdə dənizə can atan lemminq seli 

dalğalanırdı. 

Nə adamlar var idi, nə şimal tülküləri. Yerin üstündəki bütün düşmənlərimiz nəhayət ki, 

bizi rahat buraxmışdı. Əvəzində dalğaların üzərində çoxlu dəniz yırtıcıları dolaşırdı. Sahildən bir 

az aralıda çənli-çiskinli adacıqlar qaralırdı. Və bu adalarla sahil arasındakı su zolağı qonur 

nöqtələrlə örtülmüşdü - bunlar üzən lemminqlər idi. 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

480 


Sərt şimal küləyi iliyimizə işləyirdi. Uzun yollarda yorulub əldən düşsək də hamı həyəcan 

içində idi, suyun iyi isə bizi maqnit kimi özünə çəkirdi. Hansısa bir hiss, duyğu bizi elə hey 

inandırırdı ki, tez suya girmək lazımdır və bu su bizim həyəcanımızı yuyub aparacaq, bizi 

buxovlayan qandalı açacaq. Biz ömür boyu bu əngin sulara qovuşmağa can atmışdıq və indi 

səmada ara vermədən dolaşan qağayıların quduz çığırtısına, dəniz yırtıcılarına məhəl qoymadan 

böyük nəşə içində dənizin, köpüklü dalğaların qoynuna atıldıq... 

Dənizdə üzmək çayda, göldə üzməkdən xeyli asan imiş. Dalğalar aram-aram məni 

yuxarıya qaldırır, sonra aşağı endirirdi. Mənimlə yanaşı ətrafda çoxlu başqa qollar, çiyinlər də 

yuxarı qaxlıb aşağı enirdi. Dəniz bizi yırğalayırdı, bizsə pəncələrimizlə avar kimi çəkə-çəkə 

ləzzət içində üzürdük. Yuxarıdan bizə iri cığırğan quşlar hücum edir, lap suyun üzündə 

qanadlarını çırpır və dimdiklərində qurbanları ağır-ağır yuxarı qalxırdılar. Bəzən isə yaşıla çalan 

suyun üzündə hansısa yırtıcının tünd rəngli kürəyi peyda olur, yekə bir ağız açılıb, yumulur və 

lemminqlərin biri qəflətən yox olurdu. Ancaq bütün bunları heç vecimə də almırdım. Nəşə içində 

üzməkdə idim - azad, xoşbəxt və mənə elə gəlirdi ki, balıq kimi yüngülcə üzürəm. Ancaq yox, 

balıqla bizi müqayisə etmək olmaz. Tezliklə hiss elədim ki, artıq su məni bayaqkı kimi saxlamır. 

Əvvəllər qupquru havayla dolu xəz dərim indi bədənimə yapışıb məni aşağı çəkirdi. Çiyinlərim 

artıq suyun altındaydı, bircə başım üzdə idi. İrəlidə adaların qaraltıları güclə seçilirdi. Mən üzür, 

hey üzürdüm. Ətrafımda elə bil lemminqlər azalmışdı. Bəzilərinin cəsədi suyun üzündə cansız-

cansız yırğalanır, köpüklü, soyuq dalğaların qoynunda yalnız qonur belləri görünürdü. Onlar 

suyun üzündə yırğalana-yırğalana qalmışdılar. Yuxarıdan quşlar, aşağıdan balıqlar onlara hücum 

edirdi. 

Mən soyuqdan titrəyirdim, yorulmuşdum. Dənizin ucu-bucağı görünmürdü. Bəzən köpüklü 

dalğalar başımdan aşırdı. Yaşıl suyun içində ölü lemminqləri, onların boğulub dənizin təkinə 

necə getdiklərini görürdüm. Hələ də mənim kimi üzməkdə davam edib, yaxın adalara can atan 

lemminqləri də görürdüm. Bayaq dənizin sahilində səbirsizlikdən alışıb yanırdım və bu sonsuz 

dənizə böyük sevinclə atılmışdım, indi isə torpaq məni yenidən özünə çəkirdi. Möhkəm torpağın 

üstündə olmaqdan, pəncərələrə güc verməyib dincəlməkdən, yuxuya dalmaqdan da böyük 

xoşbəxtlik vardımı? 

Yorğunluq və yuxuyla mübarizə - açıq dənizdə narahat və miskin bir həyat naminə gedən 

mübarizə uzun çəkdi. Ətrafımda dəniz bomboş idi, yalnız arabir tək-tük lemminqlər gözə 

dəyirdi, qalanları suda boğulmuşdu. 

Düz qarşımda günəş üfüqə sarı əyilmişdi. Dalğa məni bir az da yuxarı qaldıranda sarı 

səmanın fonunda qaralan adaları gördüm. Və get-gedə adalar daha geniş və uca görünsə də, 

mənə elə gəlirdi heç vaxt oraya çata bilməyəcəyəm. Məni bir ölüm yorğunluğu çulğalamışdı, 

artıq neçə dəfə idi ki, bir neçə saniyəliyə başımı aşağı salıb mürgüləyir və boğulhaboğulda ayılıb 

pəncələrimi sürətlə işə salırdım. 

Düz qabağımda böyük, hündür adanı görəndə mən yarıyuxulu vəziyyətdə idim. Ətrafı 

bürümüş qaranlıqda o, bütün əzəmətiylə qarşımda ucalırdı. 

Torpağın iyi arabir burnuma dəyir və məni son gücümü toplayıb üzməyə vadar edirdi. 

Torpaq lap yaxında idi və artıq mən ayağımın altında qumu hiss eləyirdim. Budur, mən öz 

bədənimin ağırlığını zorla güc gələrək sürünə-sürünə gedirəm. Ətrafı bürümüş alatoranda sahildə 

qaralan nöqtələr sezirəm və onları o saat iyindən tanıyıram: lemminqlərdir. Dənizi üzüb keçmiş 

onlarca lemminq orada sahildə uzanıb qalıb. Onların birinə yaxınlaşıb iyləyirəmsə: hələ sağdır. 

Lemminq yatıb. Mənim özümü də yuxu basır... 

Lakin yata bilmirəm. Dəhşətli səs-küyə oyanıram. Quşlar çığırışır. Günəş doğmayıb, ancaq 

dənizin o tayı gül rəngindədir. Qulaqbatırıcı çığırtılar qayalardan, lap bizim başımızın üstündən 

gəlir. Bütün bədənim tir-tir əsir, yanımdakı lemminqin də necə titrədiyini duyuram. Tükümüz 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

481 


bədənimizə yapışıb, soyuqdan tir-tir əsirik. İndicə günəş üfüqdən boylanacaq, ancaq bizə hücum 

etməyə hazırlaşan yırtıcı quşların səsi kəsilmək bilmir. 

Sağ qalmış bir ovuc lemminqdə şüur qığılcımı közərirdimi? Və bu qığılcım çoxmu 

qalacaqdı? Soyuqdan ölmək, qanadlı vəhşilərin dimdiyində məhv olmaq, yoxsa yenidən yola 

davam etmək - bunlardan hansını seçəcəkdilər? Qədimlərdə, çox-çox qədimlərdə lemminqləri 

görmüş, yaxud onlar haqqında hekayətləri dinləmiş insanlar demişdilər: "Onlar qəsdən dənizə 

atılırlar ki, boğulsunlar. Bu, özünü öldürməyə gedən yoldur". Bir də bunu demişlər: 

"Lemminqlərin köçü dənizdə bitir, çünki bura onların qədim, çox-çox qədim məskəni olub, 

sonralar bu yerlər suyun təkində gizlənsə də, naməlum qüvvə lemminqləri öz qədim Vətəninə 

çəkib gətirir". 

İndi bu cür yozmaları daha eşitməzsən. 

 

* * * 



 

Ümid edirəm ki, balaca aktyorumun köməyi ilə bizim günlərin bir həqiqətini aça bildim: 

lemminqlər daxili sekresiya vəzilərinin kəskin dəyişməsi ilə əlaqədar gərgin, həyəcanlı vəziyyətə 

uzun müddət dözə bilmir, baş alıb uzaqlara gedirlər. Uzaqlara çağırış, səyahət edən o biri 

canlılara nisbətən onlara daha güclü şəkildə təsir edir. Amansız qüvvə onları uzaq dənizə qovur, 

onlar təzələnmək, rahatlanmaq, dinclik tapmaq ümidilə əbəs bir ümidlə özlərini dənizin qucağına 

atırlar. 

Mən lemminqlərin qərbə doğru yol tutduqlarını danışdım. Bu yolu tutan lemminqlərin heç 

biri hər cür maneə və təhlükəyə baxmayaraq, yollarından yayınmırlar. Başqa yerlərin 

lemminqləri özgə istiqamətə də gedirlər, ancaq hansı yolu seçirlərsə seçsinlər, həmin yol mütləq 

dənizə gəlib çıxmalı və orada da səyahət bitməlidir. 

Yolun sonunda lemminqlərin hamısı ölür, ya bir qismi? Ola bilsin ki, hamısı ölür. 

Skandinaviya təbiətşünası Xeçsterm bir dəfə müşahidə edib ki, bəzi lemminqlər üzüb geri 

qayıdır. Ancaq bu fakt mübahisəlidir. Çox ehtimal bizim 

hekayəçimiz kimi xilas olub adaya, qayalığa çıxan lemminqlər orada məhv olub gedirlər. 

Növün qorunub saxlanmasını səyahətə çıxmayan, yuvada qalan bir neçə lemminq ailəsi təmin 

edir. Həmin o çağırışın onlara dəxli yoxdurmu? Bu, növün yaşamaq instinkti ilə bağlıdır, güman 

ki, başqa səbəblər də var. Necə olur ki, bəzi lemminqləri narahtlıq bürümür? Bunun səbəbini 

bilmək lazımdır, biz isə bilmirik. 

Alimlər çılğınlıq enerjisinin səbəbləri, ayrı-ayrı illərdə lemminqlərlə birgə onların 

düşmənlərinin və digər heyvanların sürətlə çoxalması ilə əlaqədar suallara cavab axtarırlar. 

Doktor P.Loran bu problemi "vulkanların püskürməsi", yerin orta temperaturunun dəyişkənliyi, 

günəş ləkələri kimi böyük dövri hadisələrlə və hətta kosmik səbəblərlə bağlı şəkildə izah etməyə 

çalışır. 

Əgər bu belədirsə onda bəs nə üçün o qüvvələr planetmizin bir yerinin təbii düzülüşünü 

pozur, digər yerlərə isə təsir etmir? Nə üçün o qüvvələr başqa heyvanlara və insanın özünə təsir 

etmir? Mən sosioloq olsaydım, "lemminq ili"ndə baş verən hadisələri daha dərindən öyrənər və 

bəlkə də sübut etmiş olardım ki, bu illərdə hökmdarlar və dövlət xadimləri öz saraylarında daha 

çox özbaşınalığa yol verir, işbazlar öz idarələrində daha çox alverə qurşanır, yazıçılarsa daha çox 

və çılğınlıqla yazıb pozurlar. Bəlkə də, heç nəyi sübut edə bilməzdim. Lakin bu sayaq axtarışları 

mən mənasız və boş bir iş hesab etmirəm. 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

482 


Biz artıq gördük ki, səma cisimlərinin cazibəsi nəticəsində okeanın qabarma və çəkilməsi 

təkcə dənizdə yaşayan canılalara deyil, insanın özünə də təsir göstərir. İnsanlar düşündüklərindən 

də artıq dərəcədə kosmosdan asılıdırlar. Bizdə belə təsəvvür yaranıb ki, planetimizdəki 

heyvanların sonsuz köçündə insan yalnız kənar bir müşahidəçi kimi iştirak edir. Lakin bu, 

aldadıcı təsəvvürdür. Hansı bir yollasa biz özümüz də dəyişirik, hətta bir yerdə durub qalsaq belə 

yenə də durmadan dəyişirik. 

 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

483 


Beso XVEDELİDZE 

 

TAMPO 



 

Povest 

 

Tərcümə edəni: Arifə Arifqızı 

  

1972-ci il dekabr ayının 18-də Tbilisidə anadan olmuşdur. 1996-cı ildə Cavaxişvili adına 



Tbilisi Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. On yeddi kitabın 

müəllifidir. 2002 və 2004-cü illər «Pen-Marafon» (Gürcüstan) ədəbi müsabiqəsinin, 

«Saba» (Gürcüstan, 2003), «Tsero» (Gürcüstan, 2007), «Oktyabr» jurnalının (Moskva, 

2009, ilin ən yaxşı hekayəsi üçün), «Litsaxelebi» (Gürcüstan, 2010) ədəbi mükafatların 

laureatı, «Ədəbi körpülər» (Azərbaycan, 2010) Beynəlxalq hekayə müsabiqəsinin 

diplomanntıdır. Bir neçə dramaturji əsərlərin və kino-ssenarilərin müəllifidir. 

«Literaturnaya palitra» (Gürcüstan) aylıq ədəbi jurnalının redaktorudur. 

Beso Xvedelidzenin əsərləri səkkiz xarici dildə nəşr edilmişdir. 

 

 



İncə-mincə Tampo axır vaxtlar şişib əndazədən çıxmışdı. Cazibədar ən¬damından, coşqun 

tərzindən, şux, odlu baxışlarından, zərif üzündən, al yanaqlarından əsər-əlamət qalmamışdı. 

Əvvəlki yuvarlaqlığını itirmiş sağrısı aşıb-daşır, az qala ayaqlarına dəyirdi, sinəsindən isə 

danışmağa dəyməzdi. Daz başa oxşayan döşləri kolqotkasının rezininə dirənib qalmışdı. Belə-

belə işlər. Elə buna görə də Tamponun qanı həmişə qara idi. Bəs necə olsun? Bu insan axınının 

içində kim keçmişdəki kimi gözləri işıldaya-işıldaya Tampoya baxıb qır-saqqız olacaqdı? Getdi 

o çağlar. Onun yerini çoxdan başqaları tutub. Bu heç vaxt boşalmayan, «istifadə müddəti 

bitmişləri» rədd edən meydanda onun yerini başqaları zəbt etmişdi. Amma… yox, o başqalarının 

tayı deyil. Onu kim çıxdaş edə bilər?! İnadkarlıqda ona çatan olmazdı. 

Üz-gözünü bəzəyib-düzəyib səhər erkəndən yerini tuturdu. Amma nə xeyri vardı? Bir nəfər belə 

bir saniyə də olsa üzünə baxmırdı. Xumarlanıb ərınə-ərinə kiminsə qolundan asılmaq, ya da 

kimdənsə xoş bir yerdə adam kimi oturmaq təklifi artıq xəyal belə olmazdı. Əslində nə yaşı vardı 

ki… Ömrünün yarısını hələ yaşamamışdı. Nə etsin? Asfalta döşənib gəbərsin? 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

484 


Arsızları Plexanov səmti özünə çəkirdi. Bu da təbiidi. Bəlli ərazi idi, doğma da demək olardı. 

Hələ də özünü göstərməyi, başqalarını seyr etməyi peşə bilən, əslində daha yaxşı məqsədlər üçün 

istifadə edilməyə layiq olan bu prospekti o baş - bu baş ölçənlərdən başqa buradakı çinarların da 

ona rəğbəti vardı. Onlar Tamponun maral kimi nazənin yerişlə prospektdən keçib getdiyi günləri, 

yanından keçən maşınların qırağa çəkilib, bəzən səkiyə çıxıb dayanmasını, yaranan tıxacları və 

yüngülvari avtomobil olaylarını unutmamışdı. Vallah, işıqforlar da onu xatırlayırdı, indi ödənişli 

olmuş universitetin qabağında toplaşan o «burov-burov» deyən oğlanları hələ demirik. Onlar 

sonra başqa yerə – Dəmiryolçular Evi tərəfə yığışmağa başladılar. Hə, burada heç sorğu-sual 

yoxdur. Hay-hayı gedib, vay-vayı qalmasına baxmayaraq, Tamponu o dəqiqə tanıyırdılar. O 

görünər-görünməz çallaşmış tüklü sifətlərə təbəssüm qonurdu. Təbəssümü doğuran çox səbəb 

vardı: azğın yeniyetməliklərinin çeşid-çeşid mənzərələr toplusu və təbii ki, Tampo ilə bağlı 

xatirələr… İndiki pinti Tampo ilə bağlı yox, o əvvəlki – görənləri qeyri-adi təravəti və cazibəsilə 

kamına çəkən, indi Plexanov küçəsində dəstə ilə veyillənən gözəlçələrin xəyal edə 

bilməyəcəkləri Tampo ilə bağlı. Ona çatan olar?! Bir yerə toplaşıb arada bir-birinə söz atan, ya 

da vacib bir zəng gözləyirlərmiş kimi gözlərini mobil telefonlarına zilləmiş yaşlı oğlanları görən 

Tampo asta-asta arxadan onlardan birinə yaxınlaşıb ovuclarıyla gözlərini qapayırdı. Gənc qızlar 

kimi yeni dəbə düşmüş bir ədayla burnunda səslənərdi: «Tap görüm kimdir?» Oyunun qurbanı 

da onunla məzələnənin tez-tez əndamını sınayıcı nəzərlərlə müşayiət etdiyi gənc qızlardan biri 

olduğunu zənn edib xoşhal olur və başlayırdı: 

-Eka? 


-Yoo-x… 

-Maka? 


-Yoo-x… 

-Tika? 


-Yoo-x… 

-Lika? 


-Yoo-x… 

-Anka? 


-Yoo-x… 

-Natka? 


-Deyildi ki, yoo-x! 

-Oh… dəqiq arvadım deyil ki? Kimsən? 

Ətrafdakılar həvəslə tamaşa edir, bir-birini dürtmələyir, yastı sağrılarını keçirdikləri şalvarlarının 

üstünə sallanmış qarınlarını yırğalayaraq gülürdülər. Tampo qəfildən əllərini çalsaçlı yekəqarın 

əminin gözlərindən çəkir, gizlənməyə çalışmayaraq onun üzündəki təsvirəgəlməz ifadəyə və 

heyrətdən ayrılmış ağzına baxıb həzz alırdı. Yerdə qalanlar gülməkdən qəşş edirdi: 

-Uşaqlar, bu ki Tampodur! 

-Ha-ha-ha, Tampo! Ho-ho-ho! 

Oyunun qurbanı da ürəklə ümumun şənliyinə qoşulurdu. Bir tək Tampo susurdu, gözlərinin 

küncündə gizlənən gülüş titrəyərək kənara süzülməkdən ehtiyatlanırdı. Bu şeytan qadın nə qədər 



Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin