“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
461
- Özünü sadəlövhlüyə vurma... Yüksək rütubət və temperatun səciyyəvi olduğu Yaponiya kimi
bir ərazidə təbii fəlakətlərin səksən yeddi faizi daşqınların üzərinə düşür. Və belə bir şəraitdə
küləyin yaydığı qumun vurduğu ziyan faizin mində biri qədərdir. Bunu nəzərə almaq - Saxarada
daşqınlarla mübarizə qanunvericiliyi tətbiq etmək kimi bir şey olardı. Mənasız söhbətdir!
Mən bundan danışmıram. Söhbət mənim əzablarımdan gedir... Qanunsuz saxlama hər yerdə
qanunsuzdur - istər səhrəda olsun, istərsə də bataqlıqda!
- A - a, qanunsuz saxlama... Amma axı insan tamahının sərhədi yoxdur... Və sən kənd əhalisi
üçün dadlı tikəsən...
- Pox da yeməkdir! Lakin mənim üçün yaşamağın mənası daha yüksək şeylərdədir!
- Mənim bildiyimə görə, dünyada elə adamlar var ki, pi rəqəminin bir neçə yüz işarəlik dəqiq
sayını tapmaq üçün ömürlərinin az qala on ilini sərf ediblər... Əla... Yəqin bunun özündə də
yaşamağın mənası var... Lakin sən yaşamağın məhz belə bir mənasını inkar etdiyin üçün sonda
gəlib bu yerlərə çıxmısan.
- Qətiyyən! Qumun özünün də tam ayrı imkanları var!.. Məgər o, tökmə üçün formaya yaramır?..
Sonra - o, betona möhkəmlik vermək üçün vacib xammaldır... Həm də qumdan bakteriya və alaq
otunun asan alınması kənd təsərrüfatındakı təcrübələrədə istifadə edilir... Nəhayət, onu da əlavə
edim ki, enzim əlavə etmək yoluyla qumdan münbit torpaq almaq üçün təcrübələr aparılıb...
Qısası, qumu sən elə-belə bilmə...
- Ay da, adamı imanından necə tez döndərirsən... Lakin sən öz nöqteyi-nəzərini dəyişsən, mən
bundan sonra nəyə inanmaq lazım olduğunu bilməyəcəm.
- Mən it kimi gəbərmək istəmirəm!
- Məgər sənin üçün fərqi va?.. Qarmaqdan qaçırdığın balıq həmişə tutduğundan böyük görünür.
- Lənət şeytana, axı sən kimsən?
Lakin duman parçaları burulub, göyə qalxdı və o, cavabı eşitmədi. İndi isə işıq şüaları dəstə-
dəstə aşağı enməyə başladı. Nur gözünü qamaşdırdı. Dişlərini bir-birinə sıxıb, yorğunluğunun,
boğazının yolunu tutan qatı qurum topasının çölə çıxmasına imkan vermədi.
Qarğa qarıldadı. Cələ yadına düşdü deyə, evin arxasına keçib, öz "Ümid"inə baş çəkmək qərarına
gəldi. Müvəffəqiyyətə ümidi heç yox idi, lakin bu məşğuliyyət karikatura dərgisindən qat-qat
maraqlıydı.
Yem əvvəlki tək toxunulmamış qalmışdı. İylənmiş balığın iyi burnuna vurdu. "Ümid"i düzəltdiyi
vaxtdan hardasa iki həftə keçsə də, heç bir nəticə hasil olmamışdı. Görəsən səbəb nədir? Cələnin
konstruksiyasına əmin idi. Əgər qarğa yemə toxunsaydı, hər şey əla olardı. Lakin qarğa heç o
tərəfə baxmırdı da, indi durub nə edəsən...
Görəsən "Ümid"in nəyi onların xoşuna gəlmirdi? Axı hansı tərəfdən baxırsansa bax, cələdə
şübhəli heç nə yox idi. Qarğalar başqa quşlardan onunla fərqlənir ki, insanın atdığı zir-zibililə
qidalandığından, son dərəcə ehtiyatlı olmaq şərtilə həmişə yaşayış məskənlərinin ətrafında
fırlanırlar. Onlar elə bil insanla səbirli olmaq üzrə yarışına çıxıblar. Nə qədər ki, dərədəki bu
iylənmiş balıq onların şüurunda adi bir şeyə çevrilməyəcək... Nə isə, səbirli olmaq hələ məğlub
olmaq demək deyil... Əksinə, elə ki, səbirliliyi məğlubiyyət kimi qəbul etməyə başladın, əsl
məğlubiyyət də elə onda başlayır. Axı məhz elə buna görə də o, "Ümid" adını seçib. Ümid burnu
- Cəbəllütarix deyil, Keyptaundur...
Kişi Ayaqlarını bir-birinə dolaşdıra-dolaşdıra evə qayıtdı... Yenə yatmaq vaxtı gəldi.
29_________________________________
Qadın onu görəndə sanki indi yadına düşübmüş kimi lampanı üfürüb söndürdü və bir qədər
qapıya yaxın - işıq düşən yerdə əyləşdi. Yəni doğrudanmı qadın işini davam etdirməyə
hazırlaşır? O, birdən nəsə etmək həvəsinə düşdü. Qadına tərəf atılıb, içində muncuq olan yeşiyi
onun dizinin üstündən yerə atdı. Hansısa bitkinin meyvələrinə oxşayan qara kürəciklər torpaq
döşəməyə dağılıb, o anda da qumda itdilər. Qadın bir kəlmə də kəsməyib, qorxa-qorxa ona
baxırdı. Kişi sifətinə küt bir ifadə verib dayanmışdı. Əzilmiş dodaqlarından sarımtıl tüpürcəklə
birgə yazıq bir inilti çıxdı.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
462
- Mənasızdır...Əbəs yerə əlləşməkdir...Tamamilə boş söhbətdir...Sən artıq zəhərlənmisən...
Qadın hələ də susurdu. O, sakitcə artıq sapa düzülmüş muncuqları barmaqları ilə oynadırdı.
Onlar jele parçaları tək parıldayırdılar. Kişini titrətmə tutdu. Titrəmə ayağından başlayıb, yuxarı,
lap yuxarı qalxırdı.
- Hə, elədir. Tezliklə artıq heç nəyi dəyişmək mümkün olmayacaq. Günlərin bir günü gözümüzü
açıb görəcəyik ki, kənddə bir nəfər də qalmayıb, ancaq bizik... Mənə hər şey aydındır... Düz
deyirəm... Düz deyirəm... İndi bizi yalnız bu gözləyir, özü də çox tezliklə... Və başa düşəndə ki,
bizi satıblar, onda gec olacaq... Biz bütün gücümüzü sərf etdik, onlar isə buna tüpürmək belə
istəmirlər.
Qadın ovcunda sıxdığı muncuqlardan gözünü çəkmədən yavaşca başını buladı.
- Yox, bu ola bilməz. Burdan çıxıb gedəndən sonra onlar necə yaşayacaq, - o saat yerbəyer
olmaq olmur axı?..
- Mənim vecimədi ki? Məgər burdakı mövcudiyyəti yaşayış adlandırmaq olar?
- Lakin qum var və buna görə...
- Qum? - Kişi dişlərini bir-birinə sıxıb, çənəsini oynatdı. - Qum, bəs o nəyə lazımdır? Qumdan
qara qəpik də qazanmaq olmaz, ancaq həyatını korlayarsan.
- Yox, qumu satırlar.
- Satırlar?.. Görəsən onlar bunu kimə satırlar?
- Mm, şey,tikintidir, nədir, ora...Onu betona qarışdırırlar...
- Boş-boş danışma! Əgər bu qumu sementə qarışdırsaydılar, əla olardı - axı o, duzdan boldur.
Əvvəla, bu, tikinti qanunlarının, ya da nədir o - təlimatlarının pozulması olardı...
- Əlbəttə ki, gizli satırlar... Yarı qiymətə...
- Ağlına nə gəldi çərənləyirsən! Axı özül, ya da bənd dağılanda, onları qumun yarı qiymətə və ya
havayı alınması xilas etməyəcək!
Qadın ona acıqla baxdı. Sonra isə gözlərini aşağı dikdi, artıq onun səsində mütilik tonu hiss
olunmurdu.
- Nə fərqi var? Bizlik deyil, burnunu soxma!
Kişi çaşdı. Qadında baş verən dəyişiklik heyrət doğururdu - elə bil üzündəki maska yırtılmışdı.
Bu, onun qarşısında qadın qiyafəsində dayanmış kəndin sifəti idi. İndiyədək kənd onunçün
yalnız cəllad idi. Yaxud acgöz aktinium kimi faydasız yabanı bitki. Özünü isə bədbəxt, təsadüfən
tutulan qurban hesab edirdi. Kəndin əhalisi isə əksinə, məhz onların hamı tərəfindən atıldığını,
tərk edildiyini düşünürdü. Təbii ki, bundan sonra onların başqaları qarşısında heç bir borcu-filanı
qalmırdı. Deməli o, kəndlilərə ziyan vuranlara aid olduğundan, kəndin çıxartdığı buynuz ona
tuşlanmışdı. O, hələ indiyədək özünün kəndlə olan münasibətləri haqqında belə düşünməmişdi.
Onların karıxması təəccüblü deyil. Qoy lap elə belə olsun, lakin geri çəkilmək - özünün haqlı
olmasının üstündən xətt çəkmək kimi bir şey olardı!
- Bəlkə də elədir, başqalarının dərdini çəkməyə dəyməz. - Əsəbi halda qalxdı. - Amma bu
geydirmə al-verdən kimsə əməlli-başlı pul qazanır, düzdür?.. Bu əclaflar üçün tər tökməmək də
olar...
- Xeyr, qum satışı artelin öz işidir.
- Tutaq ki... Amma hər halda kimin daha çox səhmi var, kim daha çox pul qoyubsa, o...
- Qayıq almaq üçün pulu olan sahibkarlar burdan çoxdan çıxıb gediblər... Bizə isə çox istı
münasibət göstərirlər... Düz sözümdür, aldatmaq söhbəti ola bilməz... Əgər fikirləşirsinizsə ki,
mən yalan danışırım, onda xahiş edin yazı-polzunu sizə göstərsinlər, onda özünüz hər şeyi başa
düşəcəksiniz.
Kişi özünü itirmiş halda, həyəcanlı dayanmışdı. O, birdənbirə özünü bədbəxt, köməksiz hiss etdi.
Üstündə düşmən və öz qoşunlarının mövqeləri müxtəlif rənglərlə rənglənmiş əməliyyat xəritəsi,
heç nə anlaşılmayan naməlum çalarlı, nəsə sirli bir şəklə çevrildi. Və bu karikatura dərgisindən
ötrü də çox elə kef pozmağa dəyməzdi. Gic-gic gülməkdən burda sənin ürəyin gedir, ya yox - bu
heç kəsi maraqlandırmırdı... O, dili dolaşa-dolaşa, qırıq-qırıq donquldandı:
- Hə də... Əlbəttə... Başqalarının işi... Bu həqiqətdir...
Sonra onun dilindən özünün də gözləmədiyi, əvvəl deyilənlərlə heç bir əlaqəsi olmayan bir söz
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
463
çıxdı.
- Vaxt itirmədən, hansı olursa-olsun, bir dibçək gülü almaq lazımdır. - Özü də dediyinə mat
qaldı, amma qadının sifəti daha təəccüblü idi və o, artıq geri çəkilə bilməzdi. - Ətraf ölüdür, göz
də nəyəsə baxıb dincəlməlidir...
Qadın həyəcanla cavab verdi:
- Bəlkə şam ağacı?..
- Şam... Yox, mən şamı xoşlamıram... Nə isə, fərqi yoxdur, lap adi ot da olar... Burun tərəfdə
onlardan çox bitir, nədir onun adı?
- Tüklücədir deyəsən. Amma hər halda balaca ağac daha yaxşıdır, hə?
- Əgər ağac alsaq, onda ya ağcaqayın, ya da nazik budaqlı, iri yarpaqlı pavloniy... Qoy külək
onları yellətsin...
Yellənsinlər...Dalğalanan yarpaq salxımları. Qaçmaq istəsələr, qaça bilməyəcəklər - gövdəyə
möhkəm bitişiblər...
Birdən naməlum bir səbəbdən qırıq-qırıq nəfəs almağa başladı. Az qalmışdlı ki, hönkürsün. Cəld
üstünə muncuq səpələnmiş torpaq döşəməyə əyilib, naqolay hərəkətlərlə qumda eşələnməyə
başladı.
Qadın tələsik qalxdı.
- Eybi yox, eybi yox. Mən özüm... Hamısıı ələkdən keçirərəm.
30_________________________________
Bir dəfə kişi müəyyən ehtiyacını ödəmək üçün evin arxasına keçib dərənin lap kənarında, az qala
əllə toxunulacaq qədər yaxın məsafədə asılan bozumtul Aya baxanda qəflətən bədənini bərk
titrətmə tutdu. Bəlkə soyuq dəyib?.. Yox, oxşamır. Hər dəfə hərarəti qalxmazdan əvvəl belə
tirətmələrdən çox tutmuşdu, amma indi nəsə ayrı iş idi. Ona elə gəlmirdi ki, hava tikanlıdır, heç
tükləri də biz-biz olmamışdı. Titrətmə dərisində yox, hardasa sümüklərində hiss olunurdu.
Titrətməsi suya atılan daşdan törəyən zəif dalğalar kimi dairəvi yayılırdı. Küt ağrı bir
sümüyündən digərinə ötürülürdü və keçib gedənə oxşamırdı. Elə bil küləklə birgə içinə paslı
dəmir bidon daxil olmuş və dambadaramla bədənini gəzirdi.
Beləcə əsə-əsə dayanıb, Aya baxdığı bu müddətdə ağlına ən gözlənilməz assossasiyalar gəldi. Bu
yastı Ay nəyə oxşayır? Çapıqlarla örtülü və ora-burası kobud üyüdülmüş unla pudralı
yara...Qurumuş ucuz sabun... Ya da, ola bilsin, səhər yeməkləri üçün nəzərdə tutulmuş kiflənmiş
yumru qutu... Mərkəzinə yaxın yerdə isə tam ağlagəlməz obrazlar. Kəllə... Bütün ölkələrçün
ümumi olan zəhər emblemi... Həşəratlar üçün olan şüşənin dibinə səpilmiş ağ kristallar... Ayın
səthi ilə sianlı kaliumun buxarlanmasından sonra qalan kristalların qeyri-adi oxşarlığı. Yəqin bu
şüşə hələ də qapının yanında, qumun altındadır...
Ürəyi çatlamış pinq-ponq şarı kimi qeyri-müntəzəm vurmağa başladı. Xırda cılız assossasiyalar.
Görəsən, nəyə görə həmişə belə məşum şeylər haqqında fikirləşir? Onlarsız da bu oktyabr küləyi
kədər və pərişanlıq gətirir. O, boş qabıqdan düzəlmiş tütəkdə çalırmış kimi vıyıltıyla ötür.
Kişi Ayın azca işıqlandırdığı yarğanın kənarına baxıb içinin yanıb yaxıldığı barədə keçirdiyi
hisslərin sadəcə paxıllıq olduğu barədə fikirləşdi. Onun yuxarıda qoyub gəldiyi nə varsa, bütün
hamısını özündə təcəssüm etdirən hər şeyə - küçələrə, tramvaylara, səkilərdəki işıqforlara,
teleqraf dirəklərindəki reklamlara, ölü pişiklərə, içində siqaret satılan apteklərə olan paxıllıq.
Paxıllıq içini, qum divar və dirəklərin içalatını gəmirdiyi qaydada yeyib, onu yanan sobanın
üstünə qoyulmuş boş qazana çevirmişdi. Qazan qızır, qızırdı. İsti dözülməz həddə çatır, elə bil
bu dəqiqə qazan əriyəcək. Və ümiddən danışmazdan əvvəl, bu anı necə dəf etmək haqqında
fikirləşmək lazımdır və ümumiyyətlə, onu dəf etməyə dəyərmi?
Ürəyim daha yüngül hava istəyir! Heç olmasa təmiz, indi nəfəs aldığımla qarışmamış hava! Əgər
heç olmasa gündə bir dəfə yamaca çıxıb, yarımca saat dənizə baxmaq mümkün olsaydı, bu necə
də gözəl olardı! Nəyə-nəyə, heç olmasa buna icazə verə bilərdilər. Kənd onu həddən artıq ciddi
qoruyur. Nəzərə alsaq ki, sonuncu bu üç ayı vicdanla işləyib, onda istəyi tamamilə təbiidir. Hətta
məhbusa da gəzintiyə icazə verilir.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
464
- Bu, dözülməzdir! burnunu quma soxub, il boyu belə yaşamaq. Bu, diri-diri konservləşdirilmək
kimi bir şeydir. Doğrudanmı, mənə heç olmasa hərdənbir dərənin ətrafında gəzişməyə icazə
verməyəcəklər?
Lakin qadın nə deyəcəyini bilmədən susurdu. Onun üzündə elə bil konfetini itirib şıltaqlıq edən
uşaqla necə davranacağını bilməyən adamın üzünün ifadəsi vardı.
- Kişidilərsə, desinlər ki, olmaz! - Kişi hirsləndi. O, yenidən acı xatirələr oyadan bu mənfur
kəndir nərdivanlar haqqında danışmağa başladı. - Mən həmin gün qaçanda, onları öz gözlərimlə
görmüşəm... Bizim cərgədə də içinə nərdivan sallanmış bir neçə ev var!
- Hə, lakin...- Qadın özünə haqq qazandırırmış kimi cəsarətsiz danışırdı. - Onlardan çoxu neçə
nəsildir ki, bu evlərdə yaşayırlar.
- Necə bəyəm, belə çıxır ki blə bizə inanmırlar, nədir?!
Qadın hər əmrə müntəzir it kimi başını aşağı saldı. Əgər kişi onun gözləri qarşısında zəhər
içsəydi belə, yəqin ki, qadın elə beləcə mütiliklə susub, heç bir söz deməzdi.
- Yaxşı, bu əclaflarla özüm danışmağa çalışaram!
Düzünə qalsa, ürəyinin dərinliklərində bu danışıqların müsbət nəticələnəcəyinə özü də inanmırdı.
O, bu ümidsizliklərə alışmışdı. Buna görə də elə həminki qoca ikinci növbə qum daşıyanlarla
qayıdıb, üstəlik cavab da gətirəndə hətta bir qədər çaşdı da.
Lakin bu çaşqınlıq cavabın mahiyyətini anlayanda keçirdiyi hisslərlə müqayisəyə belə gəlmirdi.
- Eybi yox...- Qoca başındakı köhnə kağız-kuğuzda eşələnirmiş kimi hıqqana-hıqqana, aram-
aram danışırdı. - Nədi o, e, nə isə, desəm ki, heç cür razı deyilik, - haqsızlıq olardı... Məsələn,
mən, əlbəttə, lakin siz ikiniz də evdən çıxıb, bizim qarşımızda, hamının qarşısında...biz baxa-
baxa siz bunu etsəz...I sizin xahişiniz isə düzgün xahişdir, buna icazə vermək olar, yaxşı...
- Biz nə etməliyik ki?
- I, onu...necə deyim, erkəklə dişi nə edirlər? Cütləşirlər...Bax belə.
Qumdaşıyanlar gic-gic hırıldaşdılar. Kişi boğulurmuş kimi yerində dondu. Çətinliklə də olsa
söhbətin nədən getdiyini anladı. Anladığını anlamağa başladı. Və tam dərk edəndən sonra təklif
ona heç də ağlasığmaz görünmədi.
Cib fənərinin işığı qızıl quş kimi ayağının yanından uçub getdi. Bu, nəyəsə işarə idi. Onun
ardınca yeddi-səkkiz işıq şüası dərənin dibində fırlanmağa başladı. Az qala qır kimi alışıb-yanan
yuxarıdakıların bu səbirsizliyindən əzilən kişi, təklifi rədd etmək üçün hələ söz tapmamış, artıq
deyəsən özü də onların bu ağılsızlığına tutulmuşdu.
O, aramla qadına tərəf döndü. Elə bu saat o, bellə burda qum kürəyirdi amma indi harasa yox
olub. Bəlkə evə qaçıb? O, qapıya dönüb, onu səslədi.
- İndi biz nə edək?
Divarın arxasından qadının boğuq səsi eşidildi.
- Cəhənnəm olsunlar!
- Axı burdan çıxmaq istəyirəm...
- Belə olmaz!
- Bəsdir sən allah, buna təbii baxmaq lazımdır...
Birdən qadın tövşüyərək ona yaxınlaşdı.
- Sizə nə olub, dəli olmusunuz?.. Yəqin ağlınızı itirmisiniz... Sadəcə ağlınız başınızdan çıxıb!
Məgər belə etmək olarmı!.. Mən ki, dəli deyiləm!
"Bəlkə düz deyir?.. Bəlkə doğrudan da dəli olmuşam?.." Qadının sərtliyi onu geri çəkilməyə
məcbur edirdi, lakin içində nəsə bir boşluq böyüyüb, enlənirdi...O, nə qədər kötək yemişdi! İndi
şərəf və ləyaqətin nə mənası var?.. Sən nəsə bir murdar iş görürsənsə və bu zaman sənə
baxırlarsa, bu murdarlıq eyni dərəcədə sənə baxanları da ləkələyir...Görünmək və görmək - bu
iki anlayış arasında divar qurmağa dəyməz... Əlbəttə, onlar arasında müəyyən fərqlər var, lakin
bu fərqin itməsi üçün mən bu adamlara kiçik bir tamaşa düzənləyəcəm... Və bundan ötrü hansı
mükafatı alacağını fikirləşmək lazımdır!.. Yerin üstü ilə azadə gəzmək!.. Mən başımı bu
iylənmiş bataqlıqdan çölə çıxarıb, doyunca nəfəs almaq istəyirəm.
Qadının harda olduğunu təyin edib, qəflətən onun üstünə atıldı. Qadının çığırtısı, onların bir-
birinə sarılmış bədənlərinin evin divarının yanına çırpılmasından qalxan səs-küy, yuxarıda
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
465
heyvani ehtiraslar oyatdı. Fit səsi, alqış, şəhvət çığırtıları eşidildi...Ordakı adamların sayı
çoxalmağa başladı, deyəsən aralarında gənc qadınlar da vardı. Evin qapısı üzərində ora-bura
sürüşən fənərlərin sayı əvvəlkindən azı üç dəfə çoxaldı.
Qadını qəfil yaxaladığından, onu sürüyüb bayıra çıxara bildi. Qadının boynunu sıxdığından o,
kisə kimi əzildi. Dərənin üstündəki işıq yarımçevrəsi bayram çıraqbanlığını xatırladırdı. Hava
çox isti olmasa da, qoltuqlarının altından tər sel kimi axır, üstünə bir çəllək su əndəribmişlər kimi
saçları islanmışdı. Tamaşa edənlərin çığırtısı qulaqlarında əks-səda verib, iri qara qanadlarla göy
üzünü örtdü. Kişiyə elə gəldi ki, bu onun qanadlarıdır. O, yuxarıdan həyəcanla baxanları özünü
hiss etdiyi kimi apaydın hiss edirdi. Onlar kişinin bir hissəsiydi. Yuxarıdakıların ağzının
sulanması ondakı şiddətli ehtirasın səbəbindən idi. O, artıq özünü qurban yox, daha çox
cəlladların nümayəndəsi kimi hiss edirdi.
Qaranlıq idi, əlləri də əsirdi, barmaqları isə sanki iki dəfə qalınlaşmışdı. Nəhayət qadını tam
qucanda, o, yığılıb, cəld kişinin qolları arasından sivişib çıxdı. Qumda bata-bata qadının ardınca
atıldı. Lakin qadın polad yay kimi yenidən onu kənara atdı. Nəhayət onu tutub, yalvarmağa
başladı:
- Yalvarıram... Yalvarıram sənə... Axı mən onsuz da bacarmıram... Gəl sadəcə özümüzü elə
göstərək ki, guya bunula məşğul oluruq...
Lakin qadını tutmağa artıq lüzum yox idi. Deyəsən, onun qaçmağa meyli itmişdi. Birdən o,
yırtılan materiyanın səsini eşitdi, elə həmin anda da qadının bütün hiddətini, bütün bədəninin
ağırlığını toplayıb, dirsəyilə onun qasığına endirdiyi güclü zərbəni hiss etdi. Kişi səssiz-səmirsiz
ikiqat olub, əlləri ilə dizlərini qucaqladı. Qadın onun üstünə əyilib, yumruqlarıyla başına-gözünə
döşəndi. İlk nəzərdə onun hərəkətləri süst görünə bilərdi, amma hər zərbəsi elə bil ağırlaşmış,
yaprıxmış duz parçalarını itələyirmiş kimi ağır idi. Burnundan qan fışqırdı. Qanına qum yapışdı
və onun sifəti torpaq topasına çevrildi.
Yuxarıdakı ehtiras dəndəsi sınmış çətir kimi endi. Hiddət, gülüş, qızışdırıcı səslər bir-birinə
qarışdı, lakin onlar nəsə rabitəsiz, qırıq-qırıq idi. Sərxoş, arsız çığırtılar da tamaşaçıların əhvalını
qaldıra bilmirdi. Kimsə aşağı nəsə tulladı, bir başqası onu söydü. Sonluq da başlanğıc kimi qəfil
oldu. Uzaqdan işə çağırş səsləri eşidildi, işıqların uzun quyruğu sanki yuxarı çəkilibmiş kimi
əridi. Və yalnız ehtirasın sonuncu izlərini süpürüb aparan qara şimal küləyi əsirdi.
Döyülüb, başdan-ayağa quma batmış kişi qarmaqarışıq şəkildə hər şeyin alnına necə yazılıbsa,
elə getdiyini anladı. Bu fikir hardasa altında təkcə ürək döyüntüləri aydın hiss edilən, tərlə
doymuş döşəkağını xatırladan şüurunun bir küncündə, özünə yer etmişdi. Qadının od kimi isti
qolları onun qoltuqları altında qalmış, bədəninin qoxusu isə tikan kimi burnun dalayırdı. Sakit
axan çayın dibindəki daş kimi qadının isti əlləri içində olduğu gözünün qabağına gəldi.
31______________________________________
Qumun bir-birindən fərqlənməyən gecələri əvəzlənir, həftələr keçirdi.
Qarğalar əvvəlkitək "Ümid"ə yaxın durmurdular. Yem - qurudulmuş balıq - daha qurudulmuş
balıq deyildi. Qarğalar ona tamah salmamışdılar, lakin görünür, bakteriyalar üçün fərqi yox idi.
Bir dəfə səhər çağı taxtanın ucu ilə yemə toxundu - balığın yalnız qabığı qalmışdı, özü isə qara,
yapışqan kimi horraya çevrilmişdi. Yemi dəyişib, qurğusunun xarab olub - olmamasını bir daha
yoxlamaq qərarına gəldi. O, qumu qazıb, qapağı açanda zərbə yemiş kimi yerindəcə qurudu.
Çəlləyin dibində su yığılmışdı. Hündürlüyü cəmi on santimetr olardı, lakin bu, göz yaşı kimi
dupduru su idi, hər gün onlar üçün gətirilən paslı sudan qat-qat təmiz. Məgər son günlər yağış
yağıb ki?.. Yox, ən azı iki həftə idi ki, yağış yağmırdı... Onda, bəlkə bu su, əvvəl yağan
yağışlardan qalmadır?.. O, belə fikirləşmək istərdi, amma təəccüblüsü o idi ki, çəllək suyu
buraxırdı. Həqiqətən də, o, çəlləyi qaldıranda altından şorhaşorla su axdı. Nəzərə alsaq ki, belə
dərinlikdə yeraltı su qaynağı ola bilməz, onda belə çıxır ki, çəlləkdən axan su daim hardansa
onun içinə daxil olur. Hər halda, nəzəri cəhətdən belə çıxır. Lakin bu qurumuş qumların içində
su çəlləyə haradan daxil ola bilər?
Kişi dəqiqəbədəqiqə artan həyəcanını güclə boğurdu. Yalnız bir cavab uyğun gəlirdi. Qumun
|