“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
472
üstünə atılırdıq, amma yenə də vurnuxur, itələşirdik. Ağlını itirib yuvadan xeyli uzaqlaşan
lemminqlər isə səssizcə uçan bayquşların, ya da göydən daş kimi tökülən sarların qurbanı olurdu.
Elə o vaxtlar anladım ki, biz tədricən öz şəhərimizdən qopub ayrılırıq: şəhərimiz dolub
daşırdı. Qabaqlar - hər birimiz ayrıca yuvada yaşayırdıq, ancaq indi yuvalar xeyli artmışdı və
sıxlıq bizi boğurdu. Yeraltı yollar, demək olar, fasiləsiz şəkildə axıb gedən lemminqlərlə dolu
idi. Dar keçidləri genəltmək üçün bir torpağı oyur və bəzən özümüz də istəmədən evin divarını,
damını söküb uçururduq, beləcə şəhərimizi - indi bu qədər nifrət etdiyimiz şəhəri dağıdırdıq. Bu
şəhəri atıb qaçmağa, baş alıb hara gəldi qaçmağa-qurtulmağa can atırdıq. Biz hamımız bayıra
çıxanda o qədər çox görünürdük ki, özümüz də qorxurduq. Mən yalnız bu basırıq və səsli-küylü
şəhərdən deyil, törəyib artaraq hər tərəfi ağzına almış lemminq kütləsindən də uzağa qaçmaq
istəyirdim. İstəyirdim bir vaxtlar yaşadığım sakit dinc həyata qayıdım.
Dinclik istəyi, keçmişin xiffəti məni təbdən çıxarırdı. Hiss eləyirdim ki, o biri lemminqlər
də mənim günümdədir. Hamı həyəcanlı, əsəbi və hirsli olmuşdu. Hər bir görüş dava-dalaşla
qurtarırdı. Biz burnumuzu dostcasına bir-birmizə sürtməkdənsə, itələşir, qışqırır, bir-birimizin
üzünə tüpürür, dalaşırdıq.
Günün uzanmağı ilə sevgi çağı yetişdi. Əvvəllər bu dövrü çox xoş keçirirdik, indi isə elə
bil əsl cəhənnəmə düşmüşdük. Ehtiras bizi dəhşətli bir qüvvə ilə bürümüşdü. Biz onsuz da kiçik
bir bəhanə ilə dava-dalaşa hazır idik, indi dişi lemminqlər üstündə gedən döyüşlər müdhiş bir
şəkil almışdı, halbuki dişilər kefin istəyən qədər idi. Biz leş və ümumən ət yemirik, ona görə də
məğlub olanların cəsədi qalıb çürüyür, ətrafa üfunət yayırdı.
Belə bir dəhşətli mühitdə dünyaya təzə lemminq nəsli gəlirdi. Qəribə olsa da, bu körpələr
öz atalarından, babalarından daha tez böyüyür və bizim kimi əsəbi, qorxaq, azğınvə həyasız
olurdular. Gör bizim tayfanın başına necə müsibət gəlmişdi ki, lap südəmər lemminqlər özlərinə
dişi axtarır və onların uğrunda qəddarlıqla vuruşurdular: ən dəhşətlisi də o idi ki, biz valideynlər
də ağlımızı itirmişdik. Biz bu gənc nəsillə rəqabət aparır, onlarla öz tay-tuşumuz kimi
çarpışırdıq.
Mənim yaşıdım olan dişi lemminqlər indiyəcən ildə bir, uzaqbaşı iki dəfə bala verirdilərsə,
bu yazdan üç, hətta dörd dəfə balalamağa başlamışdılar.
Aydın idi ki, bu cür çox gedə bilməz. Şəhərimizdə yaşamaq tamamilə dözülməz olmuşdu,
biz hamımız təlaş içində idik və tək bir şey istəyirdik -qaçmaq, hara olursa-olsun qaçmaq, bu
dəhşətli basırıqdan uzaqlaşmaq!
Nəhayət günlərin birində sübh çağında biz yola düşdük. Yuvaların ağzı, dörd bir yan
lemminqlərlə dolu idi. Bu dəhşətli basırıqdan bir dəqiqəyə də olsa ayrılmaq üçün mən bir ağacın
budağına dırmaşdım - oradan bütün lemminq tayfası ovuc içindəki kimi apaydın görünürdü.
Gülməli və kədərli mənzərə idi. Lemminqlər dörd bir yana yayılaraq çağırışır, bir-birini
dişləməyə can atırdılar.
Qəflətən elə mən dayandığım budağın altından lemminq topasının içindən bir erkək
lemminq irəli atıldı. Mən onun günbatana doğru tələsdiyini, yamac aşağı cumduğunu gördüm.
Əvvəllər heç kəs bizim yaylanı tərk etməmişdi. Ancaq bu lemminq onun sərhədini keçərək geri
belə baxmadan irəliləyirdi.
Bu qeyri-adi qəhrəmanlıq dərhal öz təsirini göstərdi. Onun ardınca dörd, sonra on, otuz lemminq
də yamac aşağı götürüldü. Onlar dəli kimi irəliyə doğru can atırdılar.
Mən onların ardınca baxıram, ürəyim şiddətlə döyünür. Bir göz qırpımında yerə sıçrayır və
yamaca doğru qaçıram. Bir neçə saniyədən sonra, yaylanın lap sərhəddində ayaq saxlayır, geriyə
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
473
baxıram. Lemminqlər dəstə-dəstə mənə tərəf axışırlar. Bir də onu görməyə macal tapmıram ki,
bəzi lemminqlər yuvanın ağzında qalıb, bəziləri isə hətta yuvaya qayıdıb - bundan artıq heç nə
görə bilmirəm, lemminq dalğası məni ağzına alıb burulğanlı çay kimi üzü aşağı aparır.
* * *
Bütün əlamətlərinə görə o il adi illərdən olsa da lemminqlər hədsiz dərəcədə artıb
törəmişdilər. Bəzi alimlər bunu ilin çox isti keçməsilə izah edirlər, bəziləri isə razılaşmayıb
deyirlər ki, lemnıinqlərin hədsiz çoxalması təkcə bununla izah edilə bilməz, çünki bu cür istilər
əvvəlki illərdə də olub, ancaq həmin hadisə baş verməyib.
Naməlum səbəbdən - isti-soyuqdan asılı olmayaraq "lemminq ili" gəlir. Bu il qeyri-bərabər
nisbətdə təkrar olunur: dörd ildən bir, beş, on və daha çox illərdən bir.
Belə illərdə lemminqlər çox əsəbi və narahat olur, yuvalarındakı basırıqdan yaxa
qurtarmaq üçün doğma yurdlarını atıb gedirlər. Əgər lemminqlər bilsələr ki, bu artım zamanı
onların sayını nizamlayan qütb bayquşlarının, sarların və başqa yırtıcı quşların yuvasında nələr
olur, necə dəhşətə gələrdilər.
Həmin il bu quşların yuvasındakı balalar həmişəkindən qat-qat çox olur. Tüklü dişi sar üç-
dördü əvəzinə beş və altı, ağ bayquş beş-altı bala əvəzinə səkkiz-on bala çıxarır. O yerlərin digər
quşlarında da eyni vəziyyət müşahidə edilir.
Lemminqlərin yerüstü düşmənlərinin sayının artıb-artmadığını söyləmək isə çətindir,
burası da var ki, sincab, şimal tülküsü və qütb dairəsinin digər yırtıcıları öz yuvalarını gizlətməyi
bacarırlar. Hər halda yerli əhali bu zamanlar onlara əvvəlki illərdəkindən daha çox rast gəlirlər.
Onlar lemminqlərin ardınca öz yaylalarını tərk edib vadi boyunca qərbə doğru gedirlər, bilirlər
ki, bomboz lemminq axını gec-tez bu yerlərdən keçəcək. Elə bil lemminqlərin artıq hissəsini
məhv etmək üçün gözəgörünməz bir sərkərdə-piyada və hava qüvvələrini çəkib bura gətirir.
"Lemminq ili"ndə daha bir maraqlı hadisə müşahidə edilir. Bizim köçəri lemminqlərlə heç
bir əlaqəsi olmayan, bəzi qeyri-yırtıcı quşlar, xırda gəmiricilər də bu vaxtlar həddən artıq
çoxalırlar. Elə bil kainatda nəsə qeyri-adi hadisə baş verir və bu hadisənin əks-sədası, sirli şüası
planetmizin kiçik bir guşəsinə yetişib hansısa bir həyat enerjisini artırır. Görünür, bu sirli hadisə
iqlimə və bitki örtüyünə təsir göstərmir, amma bəzi quşların və heyvanların hədsiz çoxalmasına
səbəb olur...
Biz bu söhbəti edərkən lemminqlərin irsi düşmənləri onlara havadan və qurudan hücuma
keçməyə hazırlaşırdılar.
* * *
Üzüaşağı düşdüyümüz yamac bizi çox geniş, dümdüz, hamar bir vadiyə çıxardı ki, burada
təkcə sıx, top halında deyil, sərbəst şəkildə də hərəkət etmək mümkün idi. Bu, hamıya bir
yüngüllük gətirdi. Biz nəm torpağın üstündə cəld hərəkət etsək də, daha dəli kimi irəli can
atmırdıq. İrəlidə hamımızdan qabaq yaylanı tərk edən lemminq gedirdi. Onun ardınca on-on iki
cərgə, onlardan sonra isə vahid cəbhə kimi yerdə qalan lemminqlər düzülümüşdü.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
474
Bu sayaq biz bütün günü, sonra bütün gecəni yol getdik. Sağımızda çayın şırıltısı eşidilirdi.
Səhərlər dincəlmək üçün dayanırdıq. Amma yuva qazmırdıq,
hamı bilirdi ki, qarnımızı bərkidib dincəldikdən sonra yolumuza davam edəcəyik. Buradakı
tərtəzə ot bizim yaylaqdakından xeyli sıx və ləzzətli idi. Bu sayaq bir neçə gün yol getdik,
gecələr gedir, səhərlər isə yatıb dincəlmək üçün ayaq saxlayırdıq.
Tezliklə yolumuzu gur bir çay kəsdi. Vadi kəskin şəkildə cənuba sarı əyilirdi, biz isə üzü
qərbə doğru yolumuza davam etməliydik. Günəşin ardınca getmək - bu, bizim həyat qanunumuz
idi. Yurdumuzu tərk edəndən bu qanunla yaşayırdıq, qırılırdıq, məhv olurduq, ancaq nədənsə bu
qanunu heç vaxt pozmurduq.
İrəlidə gedən lemminq bir an belə tərəddüd etmədən suya girdi, qalanları da onun ardınca
çaya tullandılar.
Nəmişlik həmişə mənim xoşuma gəlib, ancaq suya girməyə heç vaxt cəsarət etməmişəm.
Yazda, payızda yaylamızda nohura rast gələndə mən ondan yan ötməyə çalışırdım: ancaq o gün
tərəddüd etmədən özümü çaya atdım və hamı ilə birgə çox sadə, təbii şəkildə üzməyə başladım.
Çay çox da iti axmırdı. Hava ilə dolaraq yüngülləşmiş xəz dərimin məni necə üzdə saxladığını
hiss edirdim.
Başımı, çiyinlərimi sudan çıxarmışdım. Pəncələrimi avar kimi işlədə-işlədə üzürdüm: az
keçmiş o biri lemminqlərlə birgə qarşı sahilə çıxdım.
Bu ilk üzüşümü uzun müddət unuda bilmədim. Sərin su mənə xoş bir gümrahlıq gətirdi. O
biri lemminqlər də yəqin ki, belə bir ləzzəti duymuşdular. Silkələnib üstümüzdəki suyu
dağıdandan sonra hamımız əmin-amanlıqla sahilə dağılışıb ot-ələf yeyirdik. Heç kəs bir-birini
itələmirdi. Hətta bəziləri dostcasına, burun-buruna sürtüşürdü, elə bil keçmiş günlərin
mehribanlığı, ötüb gedən səadət dolu anları möcüzəli bir şəkildə geriyə qayıtmışdı. Yolu başa
vurmuşduqmu? Yemi bizə həmişəlik bəs edəcək bu vadidə qalacağıqmı? Yox, bu mümkün
deyildi. Biz doyunca dincəlib rahatlansaq da irəli getmək ehtirası əvvəlki gücündə qalırdı.
Ertəsi gün dəstə irəliyə, qərbə doğru hərəkətə başladı. Biz vadinin yamacıyla dırmaşaraq
meşə ilə örtülmüş, geniş, dərə-təpəli bir yaylaya çıxdıq. Və xeyli müddət yol getdik. Neçə həftə
yol yorduq. İrili-xırdalı neçə vadidən keçib getdik, amma yayla uzandıqca uzanır, qurtarmaq
bilmirdi. Biz tələsmədən geniş cəbhə boyu hərəkət edirdik, tez-tez dayanır, bəzən bir neçə gün
yerimizdən tərpənmirdik. Bu, sürətli bir yürüş deyil, böyük bir tayfanın köç edib getməsiydi.
Dişilər yoldaca balalayırdı. Bu vaxt köçün hərəkəti bir az səngiyirdi ki, yanı körpəli analar
bizimlə ayaqlaşa bilsinlər.
Yola düşdüyümüz andan bəri düşmənlərimizdən bircəciyi də gözümə dəyməmişdi. Burada,
bu dərə-təpəli yaylada da onlar elə bil heç yox idi. Bəlkə də hardasa məndən uzaqlarda
lemminqləri qırıb çatırdılar, ancaq mənim bundan xəbərim yox idi. Onu da deyim ki, indi biz az
gedib, çox dincəlirdik, çünki gecələr lap qısalmışdı, meşə isə etibarlı bir sığınacaq idi. Səhərin
gəlişi ilə hamımız ağacların altında, alt budaqların kölgəsində yer düzəldib yatırdıq.
Ətrafındakı lemminqlərin daha sıx topasını görəndə o saat anladım ki, vəziyyət dəyişib.
Yayla kəskin şəkildə daralmış və biz bunun son hüdudlarına yetişmişdik, indi sərt yamacla
vadiyə düşməliydik. Çayın axarı bizim solumuzda qalmışdı. Biz yenidən sıx dəstələrlə hərəkət
etməli olduq və bu sıxlıq, bu basabas əsəbimizi korlayır, bizi təbdən çıxarırdı. Məgər biz öz
yurdumuzu tərk etmiş, bu uzun yolun yolçusu olmuşduqmu? Deyə bilərsiz ki, sizin içərinizdəki
ən böyük fərdiyəçilər (əfsus ki, mən də onların sırasmdayam) həmin o dərə-təpəli rahat yaylaya
dönə bilərdi, yaxud da yamacla yuxarı qayıdıb özgə çıxış yolu axtara bilərdi. Yox, bunların heç
biri mümkün deyildi. Geriyə dönmək heç ağlımıza da gəlmirdi.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
475
Qarşısıalınmaz bir qüvvə bizi başçımızın ardınca qərbə doğru sürükləyirdi. Yol daralanda
bizi sıxlaşmağa vadar edən tale hamımızı əzablara düçar etmişdi. Biz əlindən qurtarıb qaçmağa
çalışdığımız əzabı da özümüzlə aparırdıq. Lakin tayfamızı qarşıda gözləyən dəhşətlərin yanında
bu əzab boş bir şey idi.
Quşların ilk hücumu səhərin sübh çağında biz vadinin döngəsinə yetişib onun yamacı boyu
dırmaşanda baş verdi. Birdən mənim sağımdan bağırtı qopdu. İki cüt nəhəng qanadın az qala
yerə dəyərək çırpındığını və lemminqlərin qaçıb dörd bir tərəfə dağıldığını gördüm.
Quş göydən daş kimi yağırdı. Sağdan, soldan, irəlidən. Lap qabağımda mənə çox iri
görünən quş qanadını yerə sinmiş lemminqə çırpıb, dimdiyi ilə onun kəlləsini deşdi. Hamı
həyəcanlı bir əzab içindəydi, hər tərəfi dəhşətli çığırtı bürümüşdü.
Birdən duyduq ki, ağlını itirmiş kütlə məni yamaca sıxıb və burnum torpaq divara dirənib.
Var qüvvəmlə torpağı oymağa başladım. Arxadan mənim yoldaşlarımın və qənimət ələ keçirmiş
sarların çığırtısı eşidilirdi. Mənimlə bir sırada daha bir neçə lemminq də səbrlə torpağı oyurdu.
İstəyirdik divarı oyub içində gizlənək.
Torpaqda lağım açmaq bizim üçün bir içim su kimi asan işdir. Ancaq indi bu dəhşətli
tünlükdə nəfəs ala bilmir, boğulurduq. Arxamdan çığırtı və hay-küy əbədiyyət qədər uzanırdı.
Yırtıcı quşlar dörd yandan üstümüzə hücum çəkmişdilər. Görəsən doymaq üçün onlara nə qədər
qurban lazım idi? Havasızlıqdan boğula-boğula, tələsə-tələsə həyəcan içində torpağı oyurdum.
Qüvvəm tükənmişdi, arxadan gələn təzyiq bir neçə anın içində zəifləməsəydi yəqin ki, mən
yorulub, ya da boğulub öləcəkdim. Dayanıb bir azacıq nəfəs almaq olardı. Arxaya dönəndə mən
açdığımız lağımın ağzında işıq gördüm. Heç bir səs eşidilmirdi. Deysən, quşların hücumu
kəsilmişdi. Mən elə yorulmuşdum ki, bir saniyənin içindəcə yuxunun yaxaladığı digər
lemminqlərlə birgə uyudum. Səs-küyə oyananda o dəqiqə hiss etdim ki, məni yenə divara
sıxırlar. Bayırda hələ işıq idi və artıq ikinci hava hücumu başlanmışdı. Məni əhatə edən digər
lemminqlərlə birgə yenidən torpağı oymağa başladıq.
Vadinin ətəyində sarların bizə neçə dəfə hücum etdiyini deyə bilmərəm. Əvvəlcə biz
torpağı yalnız bütün lemminq kütləsinin təzyiqini hiss edəndə oyub özümüzə yol açırdıq, sonra
isə fasiləsiz işləməyə başladıq, yalnız hərdən artıq nəfəsimizi dərmək üçün dayanıb dincəlirdik.
Lağımı qərbə doğru qazırdıq. Hətta orada, yerin altında da qanunu pozmurduq, daim günün
hərəkəti istiqamətində irəliləyir və bunu aydınca duyub dərk edirik. Qarşımıza bir maneə çıxanda
yolu dəyişmir, həmin səddi döngələmə keçib yenə də qərb istiqamətində irəliləyir və bunu
aydınca duyub dərk edirdik. Qarşımıza bir maneə çıxanda yolu dəyişmir, həmin səddi döngələmə
keçib yenə qərb istiqamətində qazırdıq. Torpağın nəmliyindən və bitkilərin kökündən yerin
səthinəcən olan məsafəni müəyyən edirdik. Az keçmiş biz üzüyuxarı oymağa başladıq. Kök-
kömrək çoxalır, nəmlik artırdı. Bir az da güc verib yerin səthinə çatdıq. Qaranlıq idi, göydə
ulduzlar sayrışırdı. O qədər yorulmuşduq ki, yemək haqqında fikirləşmədən o andaca yuxuya
daldıq.
Bu yamac çox dəhşətli yer idi. Biz gecə-gündüz dinclik nə olduğunu bilmirdik. Ot yeməyə
çıxanda bayquşlar bizə səssizcə hücuma keçir, şimal tülküləri bizi güdürdü. Şimal tülküsünün
kəskin iyi canımıza vəlvələ salırdı və biz gizlənmək üçün lağıma cumanda, yırtıcıların qurbanı
oluruq. Onlar doyub sakitcə gedən kimi, o biriləri gəlirdi. Bir neçə gün şəhərimiz mühasirədə
qaldı və getdikcə artıb çoxalan şimal tülküləri şəhərimizi dağıtmağa çalışırdılar. İri pənəcələri ilə
torpağı qazır, açdığımız yolu uçurub dağıdırdılar.
Yamacda qalmaq təhlükəli idi. Ancaq bu ölümcül təhlükə olmasaydı belə
onsuz da çıxıb getməli idik. Lağımdakı sıxlıq bizə əvvəlki şəhərimizi
xatırladırdı, irəliyə getmək ehtirası isə qarşısıalınmaz idi. Və günlərin bir günü
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
476
axşam toran qovuşanda bizim yeni başçımız işarə verdi və bütün lemminq
ordusu bir nəfər kimi hərəkətə gəldi. Mühasirə olunmuş şəhərdən çıxmaq
dəhşət idi. Şimal tülküləri hər tərəfdən bizə hücuma keçir, yırtıcı quşlar
yuxarıdan həmlə edirdilər. Ancaq nə etmək olardı! İndi bizi heç nə, hətta ölüm
belə yoldan saxlaya bilməzdi. Biz özümüzdə deyildik. Lemminqlərin
əksəriyyəti bu qırğından qorxmur, şimal tülkülərini uzaqdan görəndə qaçıb
qurtulmur, öz düşmənlərinə cəsarətlə baxır, qəzəblə onların açıq ağızlarına
tüpürür, hətta onların dodaqlarını dişləyirdilər. Bu döyüşlər həmişə lemminqlərin
ölümü ilə nəticələnsə də, öz yolumuzdan geri dönməyə məcbur
edə bilməzdi.
* * *
Çəmənlikdə küknar kollarının arxasından, açıq mavi gölün sahilində al qırmızı ləkə kimi
taxta ev görünür. Evin yanında tövlə və iki pəyə, arxada ağıl. Uzaqda körfəz çaya bənzəyirdi.
Suyun üzünə qara-yaşılı təpənin kölgəsi düşüb. Uzun gündüzlər artıb arxada qalıb. Ot, arpa,
çovdar yığılıb qurtarıb.
Qoca Katrin öz evində, mətbəxdə oturmuşdu. O, qabarlı əlində əsa kresloda sanki
uyumuşdu. Baxışı kor kimi hərəkətsiz idi. Ancaq o, ətrafdakı hər şeyi görürdü. Qulaq kəsilmişdi,
dinləyirdi. Qarını yalqız qoyub gedəndən bəri o, yalnız dinləməklə məşğul idi. "Gecəyəcən geri
qayıdacağıq, narahat olma. Hər şey qaydasında olacaq. Ancaq sobanı qalama. Uzan yat ki,
üşüməyəsən". Gəzməyə getdikləri kənd çox da aralı deyildi. Əlbəttə, hətta qundaqdakı körpəni
də apardılar. Cavanlar gərək bir az əylənsinlər. İşləyirsən, yorulursan, günü-günə satırsan, ilahi,
bir də gözünü açıb görürsən ki, heç bir şeyə yaramayan, meyit kimi bir qarısan. Adama nə qalır,
yalnız quru xatirələr.
- Əlbəttə, əlbəttə, - dedi Katrin qarı, - gedin. Məndən nigaran olmayın. Mən indi uzanıb
yatıram.
Ancaq o uzanıb yatmadı, öz kreslosunda lal-dinməz oturub, evin hər guşəsini, sonra
tövləni, pəyəni, hini canlı bir şəkildə təsəvvüründə canlandırırdı. Qoca madyan tövlədə tək idi.
İki at qoşa çarxlı arabaya qoşuluydu. Yaxşı ki, mal-qara tövlədə idi. Tox inəklərsə pəyədəydilər,
kövşək vururdular. Səssizlik idi. Hətta hindəki toyuqların da səsi gəlmirdi. Onlar bu tezlikdə
oturalı yatmışdılar. Katrinin fikri dolaşıb evə dönür. Burada ins-cins yoxdur. Mebel durub
gəzməyəcəkdi ki, hər şey öz qaydasında olacaq. Evdə, evin yaxınlığında od-filan da yox idi,
qorxulası heç nə qalmamışdı.
Katrin qarı qəfildən diksindi: itlərdən biri hürdü. Hə, həyətdə iki it də var, ancaq onların
nəyindən qorxasan? Tövlə, pəyə, hin onsuz da həmişə bağlı idi. İt bir də hürdü. Bəlkə kimsə
gəlir? Amma kim gəlməli idi, hardan gəlməli idi? Nə at tappıltısı, nə də ikiçarxlı arabanın səsi
eşidilirdi. İtlərsə elə hey hürür. Yaxşısı budur, baxım görüm nə olub.
Katrin çətinliklə kreslodan qalxıb pəncərəyə yanaşdı. Heç harda heç nə görünmürdü, yol
bomboş idi. Ancaq itlər bu tərəfdə deyildi. Katrin o biri pəncərəyə yaxınlaşıb onu açdı. İtlərin
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
477
hamısı hürə-hürə harasa qaçır və həyətin künc-bucağında gizlənirdilər. Katrin əsasına söykənə-
söykənə qapıya yönəlib həyətə çıxdı. Evin ardına çıxanda tövlə, pəyə görünürdü. Katrin ora-bura
qaçışan qaratıları seçə bildi. Bunlar keçilər idi. Onlar ora-bura atılır, itlərhürur, hey hürür, elə bil
dovşan qovurdular. Axı, keçi ki, dovşandan qorxmur. Bəlkə canavar gəlib? İndiki vaxtda çətin
ki, canavar ola. İtlər hürə-hürə canavarın dalınca düşməz. Əlbəttə, yox!
Katrin əlini gözünün üstünə qoyub uzaqlara baxdı, gözləri qaralınca baxdı. Ona elə gəldi
ki, keçilər harasa yox oldular. Sakit, boş çöldə yalnız itlərin səsi eşidilirdi. Bu səs də gah kəsilir,
gah da yenidən gəlirdi. İndi itlər evə yaxınlaşırdı. Bəli, tamamilə doğrudur, indi onlar
yaxınlaşmaqdadır. Qoca Katrin ağılın yanında itləri gördü. Onlar quduzlaşmış kimi hürür,
zingildəyir, mırıldayır, bir-birini dişləyirdi. Həyətə iri bir pişik qaçıb girdi. O, dişində nə isə
tutmuşdu. Siçovulmu, quşmu? Pişik evin dalında gizləndi. Tapdaq yerin qurtardığı yerdə otlar
elə bil titrəyirdi. Bir neçə saniyə sonra tapdaq yerdə nəsə qara ləkələr əmələ gəlməyə başladı.
Katrin lemminqləri tanıdı.
Yaşadığı uzun illər ərzində o, lemminqləri azı dörd, ya beş dəfə görmüşdü. Ferma
lemminqlərin köç yolu üstündəydi. Neçə dəfə zəmiləri, əkin yerlərini dağıdıb viran qoymuşdular.
İndi də qarının ağlına ilkin gələn bu oldu: "Allaha şükür ki, məhsul yığılandan sonra gəlib
çıxıblar". Lemminqlər isə artıq bütün həyəti bürümüşdülər. Onları ayağının altında görəndə
Katrinin yadına düşdü ki, evin giriş qapısını arxadan bağlamayıb.
Lemminqlər geniş cəbhə boyu çay kimi axıb gəlir, hər iki tərəfdən tikilini bürüyürdülər.
Tövlədə madyan kişnədi. Qoca Katrin evə tələsdi, hər tərəfi ağzına almış lemminqlərin arasından
özünə çətinliklə yol aça-aça qapıya tərəf yönəldi. Lemminqlər qapının ağzına yığışıb ciyildəyə-
ciyildəyə bir-birini sıxışdırırdılar. Hələ də ağıldan itlərin səsi gəlirdi. Nəhayət, Katrin qapının
ağzına çatdı. Lemminqlər onun yanından ara verməyən axınla keçib gedirdilər. Soldakı açıq
pəncərədən içəri soxulur, qarşıdakı pəncərəninsə iki şüşəsini sındıraraq evə təpilirdilər. Onlar
stolların, stulların, döşəmənin üstündə oradan-buraya, buradan-oraya tullanır, bu pəncərədən o
pəncərəyə atılır, bir yerdə bir saniyə belə dayanmırdılar.
Katrin elə ki, lemminqlərin iti dişlərinin ayağına yapışdığım hiss elədi, .əsasını qaldırıb
açıq pəncərəyə yaxınlaşdı. Lemminqlərdən biri onun önlüyünün ətəyindən sallanmışdı.
Yıxılmamaq üçün o, stoldan yapışdı. Lemminqlər ciyildəşir, vurnuxur, az qalırdılar stoldan düz
onun üzünə atılsınlar. Katrin geri çəkildi, onun əlləri əsirdi. O bilirdi ki, lemminqlər insan üçün
də, heyvan üçün də təhlükəli deyil. Ancaq qarı onlarla bacara bilmirdi. O, pəncərəni açıq
qoymuşdu, indi nə edə bilərdi? Cavanlar qayıdanda nə deyəcəklər? İlahi, nə deyəcəklər?
İtlər artıq həyətdə hürürdülər. Dörd it və iki pişik qan içində dəm tutmuş adam kimi
qaçışırdı. Lemminqlər hücumu dəf edir, onların dişinə keçməzdən əvvəl müdafiə olunmağa cəhd
göstərirdilər. O birilər isə öz yolunu davam etdirir, civildəşirdilər. Pəyədə inəklər böyürür,
tövlədən kişnərti səsi gəlirdi. Mal-qara da bu dəhşətli axını hiss eləmişdi.
Katrin qapının yan taxtasına sıxılıb ağlayırdı, onun qapalı gözlərindən yaş süzülürdü. Axı,
o, yazıq, bədbəxt bir qadındı, - tamam köməksizdi, qorxudan tir-tir əsirdi. Bu dəhşət nə qədər
davam edəcək? Lemminqlər saatlarla gəlib keçə bilərdilər. Artıq zülmət düşürdü, indi gecə
başlayacaqdı.
Katrin gözlərini açdı. Tövlədən göy gurultusuna bənzər dəhşətli bir səs gəlirdi. Deyəsən,
lemminqlər tövləyə girmişdilər. İlahi, onlar tövləyə necə girə bilərdilər? Onlar güman ki, artıq
oradadırlar! Madyan şıllaq atır, təpiyini harasa çırpırdı. Katrin donub bu gurultunu dinləyirdi. Ən
dəhşətli bir şey baş vermişdi. At özünü o yan-bu yana çırpıb əzəcək, bəlkə də öldürəcəkdi. Onu
tez açıb buraxmaq lazım idi.
|