Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə81/115
tarix25.04.2017
ölçüsü7,78 Mb.
#15742
1   ...   77   78   79   80   81   82   83   84   ...   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

446 


Bir neçə cəhddən sonra o, nəhayət ki, məsafə və istiqaməti dəqiq təyin etdi. Düzdü, 

müvəffəqiyyətə hələ çox vardı. O, hətta ən kiçik ümidverici əlamət belə olsaydı, sevinərdi. Lakin 

hələlik onun müvəffəqiyyətə yaxınlaşdığına oxşamırdı, - əksinə, yorğunluq və əsəbilik uğurdan 

uzaqlaşdırır, uzaqlaşdırırdı. Bəli, bütün bunlar əvvəlcə ona çox sadə görünürdü. O əsəbiləşir, 

acıqlanır və ağlmağa belə hazır idi, baxmayaraq ki, heç kim onu ümidvar etməmişdi. 

Axı deyəsən, imkanın cəhd sayına düz mütənasib olduğunu deyən ehtimal nəzəriyyəsi heç də 

boşuna danışmır. Və o, allah bilir, artıq neçənci dəfə elə belə, heç bir ümidi olmadan kəndiri 

atanda, o, yəni kəndir gözlənilmədən düz kisələrin üstünə düşdü. Kişinin ağzı açıq qaldı, yerində 

dondu. Ağzını dolduran su axmağa başladı. Lakin sevinmək hələ tez idi... onun əlində hələlik 

ancaq lotoreya bileti almaq üçün pul var idi... Bilet udacaq, ya udmayacaq - gələcək göstərər. Elə 

bil onun hər bir siniri kəndirə bağlanmışdı. Ehtiyatla, sanki hörümçək sapı ilə ulduzu çəkirmiş 

kimi kəndiri özünə tərəf çəkdi. 

Müqavimət hiss etdi. Əvvəlcə buna inanmağı gəlmədi, lakin kəndir həqiqətən də yerindən 

tərpənmədi. Daha da bərk çəkdi... Gərilərək gözləyirdi - indilərdə qırılacaq... Lakin artıq heç bir 

şübhə yeri yox idi. Qarmağa çevrilmiş qayçı kisələrə möhkəm ilişmişdi. Bəxti gətirdi!.. İlahi, 

necə də gətirdi!.. Elə bu dəqiqələrdən hər şey yaxşı getməyə başlayacaq! Hökmən! 

Kişi cəld damdan düşüb, indi rahat-rahat aşağı sallanıb, qum divarını kəsən kəndirin yanına 

qaçdı. Bax orda, orda yerin üstüdür... İnanılmaz dərəcədə yaxında... Sifəti gərilmiş, dodaqları 

əsirdi. Heç şübhəsiz Kolumb yumurtası bişmiş olub. Lakin yumurtanı həddən artıq bişirsən, hər 

şeyi korlayarsan. 

Kəndirdən yapışıb, bütün ağırlığıyla ondan sallandı. Və o dəqiqə kəndir rezin kimi uzanmağa 

başladı. Qorxudan büsbütün tərlədi. Xoşbəxtlikdən kəndir təxminən otuz santimetr gərildikdən 

sonra, daha uzanmadı. O, yenidən kəndirdən sallandı. Bu dəfə narahatlıq üçün əsas yox idi. 

Ovuclarına tüpürüb, kəndiri ayaqları ilə tutdu və yuxarı dırmaşmağa başladı. O, oyuncaq 

meymun oyuncaq palmaya dırmaşan kimi dırmaşırdı. Ola bilsin ki, həyəcandan - alnının təri 

soyuq idi. Kişi qum üstünə töküliəsin deyə, divara toxunmadan, yalnız kəndirin köməyi ilə 

yuxarı dırmaşırdı deyə, bədəni fırlanırdı. Hər şey onun gözlədiyindən qat-qat ləng gedirdi. Yerin 

cazibə qüvvəsi həqiqətən də çox dəhşətli şeydi. Bəs bu titrətmə hardan çıxdı? Qolları onun 

iradəsindən asılı olmayaraq hərəkət edirdi, elə bil özü-özünü yuxarı atırdı. Əgər zəhərlə dolu qırx 

altı günü xatırlasaq, burda qəribə heç nə yox idi. O, bir metr qalxanda, dərənin dibi yüz metr 

dərinə getdi, iki metr qalxanda isə - ən azı iki yüz metr uzaqlaşdı. Dərinlik artırdı, nəhayət 

başgicəlləndirici uzaqlıqda oldu... Yorulub əldən düşmüşdü... Aşağı baxmaq lazım deyil!.. Lakin 

budur, artıq yerin üstü... Üstündə azadə hara istəsən, lap dünyanın axırına da gedə biləcəyin 

yollarla dolanmış yer... O, yerin üstünə çatanda burda nə baş vermişdisə, hər şey cib 

dəftərçəsinin səhifələri arasında qurudularaq xatirə kimi saxlanan kiçik gül ləçəklərinə 

çevriləcək... Zəhərliləri də, yırtıcıları da - bütün bunlar nazik, yarımşəffaf, rəngbərəng kağız 

qırıntılarına çevriləcək, sən də onları işığa tutub, rahatca evində çay iç - o, bunlarla bağlı olan hər 

şey haqqında danışmaqdan zövq alacaq. 

Elə bu səbəbdən də onda qadını nədəsə günahlandırmaq həvəsi tamam itdi. Zəmanət vermək olar 

ki, qadın ləyaqətliliyi ilə seçilmirdi, lakin fahişə də deyildi. Qadına zəmanət məktubları tələb 

olunarsa o, bunu sevinə-sevinə edər - neçəsini istəsən, lap on dənəsini. Lakin məndən ancaq və 

ancaq hər iki istiqamətə alınan o bircə biletlə yapışan bu qadın necə də sadəlövhdür. Axı hətta 

bilet elə həmin biletdirsə də, yola düşmə nöqtəsi müxtəlifdirsə, təbiidir ki, çatma nöqtəsi də 

müxtəlif olacaq. Onun geriyə biletinin qadın üçün əks istiqamətdə olacağında təəccüblü heç nə 

yoxdur. 

Tutaq ki, qadın hər hansı bir səhvə yol verib... Amma axı səhv - elə səhvdir, başqa bir şey deyil. 

...Aşağı baxma! Aşağı baxmaq olmaz! 

Alpinist, pəncərətəmizləyən, televiziya qülləsindəki montyor, sirk gimnastı, elektrik 

stansiyasının hündür bacasındakı bacatəmizləyən - onlardan hər hansı birinin aşağı baxması 

kifayət edər ki, yerə yıxılsın. 

 

24_______________________________________________ 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

447 


 

Hər şey yaxşıdır! 

Dırnaqlarıyla kisələrdən yapışıb, əllərinin qanı axa-axa dərədən çıxmağa çalışırdı. Budur, o 

yuxarıdadır! İndi barmaqlarını boşaltsan yerə yıxılacağından qorxmaya bilərsən. Lakin hələlik 

barmaqlarının açılmağa gücü qalmamış, hələ də kisələrdən bərk-bərk yapışıb, qalmaqda davam 

edirdi. 


Qırx altıncı gün əldə edilmiş Azadlıq onu güclü, sərt küləklə qarşıladı. O sürünməyə başlayanda, 

qum dənələri ağrıdacaq dərəcədə boynuna, sifətinə vurmağa başladı. O, bu dəhşətli küləyi nəzərə 

almamışdı!.. Dərənin içində dənizin səsi adət etdiyindən çox-çox bərk gəlir. Bir şey də var ki, axı 

indi dənizdə hər axşam olduğu kimi sakit hava hökm sürməlidir. Yoxsa duman olacağına heç bir 

ümid yeri qalmır. Ya bəlkə göy üzünün dumanla örtülməsi onun gözünə səmaya dərədən 

baxanda görünüb? Ya bəlkə havada bulud-bulud uçuşan bu qumu duman bilib? Hər nə cür 

baxsan, bütün bunlar yaxşı heç nə vəd eləmir. 

Başını qaldırmadan həyəcanla ətrafa baxmağa başladı... Zəif işıqda yanğınsöndürmə qülləsi bir 

qədər əyri görünürdü. Yazıq görkəmli qülləyə bir xeyli məsafə vardı. Lakin ordan durbinlə 

baxırdılar deyə, məsafənin uzaqlığına ümid etmək olmazdı. Maraqlıdır, görəsən artıq onu 

görüblər, yoxsa yox?.. Yəqin ki, yox. Yoxsa o dəqiqə aləmə car çəkərdilər. 

Bir dəfə necə oldusa qadın ona yarım il əvvəl, gecə tufan qopmasından, kəndin qərb tərəfindəki 

dərələrdən birinin divarının uçmasından və oradakı evin yarıyadək qum altında qalmasından 

danışdı. Sonra başlayan yağışdan onsuz da yaş olan qum daha da ağırlaşıb. Ev kibrit qutusu tək 

uçub dağılıb. Xoşbəxtlikdən tələfat olmayıb və səhər açılan kimi sakinlər dərədən çıxmağa 

çalışıblar. O saat həyəcan zəngi çalınıb və heç beş dəqiqə keçməmiş oradan dartıb çıxardıqları 

qarının ağlamağı eşidilib... "Deyilənlərə görə, bu ailənin beynində nəsə irsi xəstəlik var", - deyə 

bic-bic əlavə etdi... 

Yaxşı, gözləməyə dəyməz. O, cəsarətlə başını qaldırdı. Qırmızıya çalan qum dalğaları boyunca 

uzun kölgələr uzanırdı. Küləyin bir kölgənin üstündən qaldırdığı qum örtüyü digərinin, sonra isə 

tamam ayrısının üstünə uzanırdı. Bəlkə onu kiminsə görməyinə bu uçan qum örtüyü mane olur?.. 

İşığın gözünü qamaşdırıb - qamaşdırmadığını yoxlamaq üçün ətrafına boylananda kişi az qaldı 

təəccübdən yerində donsun. Deməli, qürub edən günəşin rəngli qələmlərlə rənglənibmiş kimi 

görünməsində, ətrafda hər şeyin süd rəngli dumana bürünməsində təkcə havada uçuşan qum 

dənəcikləri səbəb deyildi. Orda - burda yerdən çəngə-çəngə duman parçaları qalxırdı. Bir yerdən 

dağılanda başqa bir yerdə peyda olur, ordan qovulanda isə, yenidən bu yanda toplaşırdılar... 

Dərədə olduğu müddətdə qumun rütubəti özünə çəkdiyinə şəxsən əmin olmuşdu, amma bu 

dərəcədə olduğunu təsəvvür belə etmirdi... Bütün bunlar yanğınsöndürənlərin tərk etdiyi küllüyü 

xatırladırdı... Düzdü, işıq arxadan düşdüyündən duman bir qədər seyrək və az sezilən idi, amma 

hər halda müşahidəçinin gözündən yayınmaq üçün kifayət qədər etibarlı sığınacaq idi. 

O, belinə asdığı çəkmələrini geyindi, kəndiri büküb cibində gizlətdi. Bir şey olarsa qayçıdan 

silah kimi də istifadə etmək olardı. Qərbə tərəf qaçmaq lazımdır - müşahidəçinin gözünə düşən 

işıq onu qoruyacaq. Bir yer tapıb gizlənmək və günəş batanadək orda oturub gözləmək lazımdır. 

Di cəld ol!.. Əyil və ovalıqla qaç!.. İndi özünü itirmə... Tələs, lakin gözünü dörd elə... Bax o 

çuxura uzanacam!.. Bu nə şübhəli səsdir gəlir?.. Pis əlamət deyil ki?.. Bəlkə, yox... Qalxacam və 

irəli... Çox da sağa getmə!.. Sağ yamac çox alçaqdır və artıq yolun ortasında onu sezə bilərlər... 

Gündəlik qum dolu səbət daşımaları nəticəsində dərələr arasında dərin düz cığırlar tapdanmışdı. 

Bəzi yerlərdə həmin cığırların sağ tərəfi uçmuş və maili olmuşdu. Bir qədər aşağıda, dərədə 

gizlənmiş ikinci sıra evlərin damları görünürdü. Onların qarşısını dənizə bir qədər yaxın olan 

üçüncü sıra tutmuşdu. Bu səbəbdən də dərələr kifayət qədər kiçik idi və qumdan qorunmaq üçün 

nəzərdə tutulmuş çəpər buralarda hələ xidmətini davam etdirə bilirdi. Dərələrin kəndə tərəf olan 

yerindən asudə çıxmaq olardı. Bir qədər yerindən qalxmağı kifayət etdi ki, az qala bütün kənd 

əlinin içi kimi görünsün. Dalğavari qum təpələrinin ətəklərində yelpik kimi açılmış kirəmitli, 

sinklənmiş, nazik taxtalardan qayrılmış damlar üst-üstə qalaqlanmışdı... Düzdü, bir qədər seyrək 

də olsa şam meşəliyi və nəsə gölməçəyə oxşar bir şey də görünürdü. Və beləliklə, bu bir tikə 

bədbəxt torpaq sahəsi ucbatından, sahildə yerləşən onlarla ev qul həyatına məhkum olub. 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

448 


Qulların yaşadığı bu dərələr indi yolun solu ilə uzanıb gedirdi... Ara - sıra yerlə sürüdülən 

səbətlərin açdığı cığırların şaxələndiyi gözə dəyirdi, yolun sonunda isə dərənin haradan 

başlandığına işarə edən qum dolu kisələri görmək olardı... Onlara hətta sadəcə baxmaq belə 

ağrılı idi. Bəzi yerlərdə kisələrə kəndir nərdivan bağlanmamışdı, lakin dərələrin çoxunda belə 

nərdivanlar var idi. Görünür, bu dərələrin bir çox sakini ümumiyyətlə qaçmaq fikrindən vaz 

keçmişdi. 

İndi o, belə bir həyat tərzinin də mümkün olduğunu özü üçün asanca təsəvvür edirdi. Mətbəxlər, 

içində od qalanan sobalar, yazı masası əvəzinə işlədilən içi dərsliklərlə dolu alma səbətləri; 

mətbəxlər, döşəmədə qazılan ocaqlar, lampalar, içində od qalanan sobalar, sıyırma sınıq - salxaq 

arakəsmələr, mətbəxlərin his basmış tavanları, işləyən saatlar və dayanan saatlar, qışqırışan 

radioqəbuledicilər və işləməyən radioqəbuledicilər; mətbəxlər və içində od qalanan sobalar... Və 

bütün bunlara çərçivəyə salınıbmış kimi mal-qara, uşaqlar, fiziki yaxınlıq, qarşılıqlı öhdəçiliklər, 

ucuz bər-bəzək, xəyanətlər, yaltaqlıqlar, xatirə şəkilləri pərçim edilib... Eyni bir şeyin adamı 

dəhşətə salacaq qədər yeknəsəq təkrarı...Baxmayaraq ki, bu təkrar həyatda qaçılmaz olan - ürək 

döyüntüsü kimidir, amma hər halda həyat özü də təkcə ürək döyüntüsündən ibarət deyil axı. 

Yerə uzan!.. Yox, hər şey yaxşıdır. Adicə qarğadı...Hələlik qarğa tutub, ondan müqəvva 

düzəltmək ona qismət olmayıb, lakin indi bunun elə də əhəmiyyəti yoxdur. Döymə şəkil, medal, 

ordenlər haqqında arzular ağlasığmaz yuxulardan sonra ağıla gəlir. 

Deyəsən, kəndin qırağına gəlib çatıb. Yol qum təpəsinin üstünə çıxdı, soldan dəniz göründü. 

Külək ləpədöyənin acı havasını gətirdi, fırfıralar fırlanıbmış kimi qulağı və burun pərələri 

cingildədi. Başına bağladığı dəsmalın ucları küləkdə yellənir, yanaqlarına çırpılırdı. Burda artıq 

duman da gücünü itirir, qalxa bilmirdi. Dənizin üzü qaynanmış südün köpüyü kimi xırda 

qırçınlarla bükülmüş qalın qurğuşun laylarla örtülmüşdü. Buludların sıxdığı qurbağa kürüsünü 

xatırladan günəş batmaq istəmədiyindən yerində donub qalmışdı. Üfüqdə qara nöqtə kimi 

donmuş gəmiyə qədər olan məsafəni və onun ölçülərini təyin etmək imkansız idi. 

Qarşısında maili qum təpələri intəhasız dalğalartək düz burunun axırınadək uzanıb gedirdi. 

Doğrusu, yolu belə davam etdirmək heç də təhlükəsiz deyildi. Qətiyyətsiz halda ətrafına 

boylandı. Xoşbəxtlikdən yanğınsöndürmə qülləsinin qarşısını çox da hündlür olmayan təpə 

tuturdu və oradan onu görə bilməzdilər. Ehmalca pəncələri üstə qalxıb özündən sağ tərəfdə, qum 

yarğanının kölgəsində əyilmiş, demək olar ki, damına qədər quma girmiş, ancaq o dayanan 

yerdən görünə bilən daxma gördü. Külək döyən yerdə dərin çökək vardı, elə bil çömçə ilə 

qazmışdılar. 

Əla sığınacaqdı... Qumun üstü balıqqulağı içi kimi hamardır, heç yerdə insan ləpiri gözə 

dəymir... Amma bəs özünün qoyduğu izlər necə olsun?.. O, ayaqlarının izilə geri qayıtdı, lakin 

heç otuz metr getməmişdi ki, onların yerli-dibli silindiyini gördü... Hətta ayağının yanındaca 

izlər çöküb, formasını dəyişirdi... Sən demə, külək də nəyəsə yarayarmış. 

Artıq daxmanın yanından ötüb keçməyə hazırlaşırdı ki, birdən oradan nəsə qara bir şey çıxmağa 

başladı. Donuz kimi piyli kürən bir itmiş. Qorxmağa dəyməz. Get burdan! Ancaq gözünü 

naməlum adama dikmiş it getməyə hazırlaşmırdlı. Qulağının biri parçalanmış, proporsional 

olmayan xırda gözləri bəd-bəd baxırdı. İt onu iyləməyə başladı. Görəsən, hürməyə hazırlaşmır 

ki? Kişisən hür... O. əlini cibinə salıb, qayçını ovcunda sıxdı... Əgər hürsə, başını qayçıyla 

deşəcəm! Lakin it səsini çıxarmadan ona tərəf acıqlı-acıqlı baxmaqda davam edirdi. Bəlkə vəhşi 

itdir?.. Pırtlaşıq tükləri çəngə-çəngə sallanmışdı... Bəlkə nəsə xəstəliyi-zadı var - bütün sir-sifəti 

qasnaqdır... Deyirlər, hürməyən it qorxulu olur... lənət şeytana! Gərək özümlə nəsə yeməkdən-

zaddan götürəydim... Hə, yemək götürmək lazım idi, ay səni, zəhər şüşəsini götürmək yadımdan 

çıxdı... Eybi yox, zəhəri elə gizlətmişdi ki, çətin qadın onu tapa bilsin... Kişi yavaşca fit çalıb, itlə 

dostlaşmağa cəhd edərək əlini uzatdı...İt buna cavab olaraq, nazik dodlaqlarını uzadıb üstünə 

qum yapışmış sarı dişlərini ağartdı... Yox, çətin ki, bu it ona tamah salsın... Necə də iyrənc 

qarınqulu görkəmi var... Elə vurasan ki, bircə zərbədən gəbərə... 

Gözlənilmədən it başını aşağı salıb çevrildi və heç nə olmayıbmış kimi tənbəl-tənbəl uzaqlaşdı. 

Görünür, kişinin hədəli görkəmindən qorxmuşdu. Əgər o, vəhşi iti belə qorxuda bilibsə, deməli 

ruhən hələ güclüdür. Qumluqla düzən yerə sürüşüb, enişdə uzanıb qaldı. İndi küləyin ona əli 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

449 


çatmırdı və bəlkə də buna görə özündə yüngüllük hiss etdi. Küləkdən səndələyən it havada 

uçuşan qum pərdəsinin arxasında gözdən itdti. Görünür, adamlar bura yaxın da durmurlar, yoxsa 

bu komada vəhşi it məskunlaşmazdı...Və nə qədər ki, it gedib artel idarəsinə ondan xəbərçilik 

etməyib, hər şey yaxşıdır. Bədənindən tər su kimi axsa da, o bundan ancaq ləzzət alırdı. Necə də 

sakitlikdi!.. Elə bil onu qabın dibinə atıb, üstünə jelatin çəkiblər... İndi onun əlində saat 

mexanizmli bomba var, partlayışın vaxtı isə naməlumdur, lakin bu, zəngli saatın çıqqıltısından 

heç də çox narahat etmir... Onun yerində "Mebiusun Lenti" olsaydı, o dəqiqə vəziyyəti analizə 

edər və deyərdi: 

- Sən, mənim dostum, məmnuniyyəti vasitələri məqsədə çevirməkdə tapan tipik insan 

nümunəsisən. 

- Tamamilə doğrudur,- deyə o razılaşardı - Lakin vasitələrə, məqsədə sərhəd qoymaq beləmi 

vacibdir?.. Onlardan şəraitdən asılı olaraq, lazimi şəkildə istifadə etmək gərəkdir... 

- Yoox, bu artıq heç nəyə yaramaz. Zamanı şaquli vəziyyətdə yaşamaq mümkün deyil axı. 

Zaman elə bir şeydir ki, üfüqi vəziyyətdə axır. Bu, gün kimi aydındır. 

- Bəs zamanı şaquli yaşamağa cəhd etsək necə? 

- Mumiyaya çevrilərsən. Bəlkə elə deyil?! 

Kişi gülümsəyərək çəkmələrini çıxarmağa başladı. Öz aramızdır, düzdü də, zaman üfüqi axır. 

Çəkmələrin içi qumla dolub, tərlə qarışmışdı - daha dözmək mümkün deyildi. O, corablarını min 

əzabla soyunub, küləyə tutdu. Görəsən heyvan yaşayan yerlərdən niyə belə iyrənc qoxular 

gəlir?.. Yaxşı olardı ki, heyvanlar gül ətri saçsın... Yox ey, belə pis qoxuyan onun ayaqlarıymış... 

Və nə qədər paradoksal olsa da, bu fikir ona ləzzət edirdi... Kimsə deyib ki, öz qulağından çıxan 

çirkdən dadlı heç nə ola bilməz - o, pendirdən də dadlıdır... Düzdür, ola bilsin ki, bu şişirdilmiş 

fikirdir, lakin öz çürümüş dişinin də qoxusunda nəsə çəkici bir şey var - ondan doymadan, 

dalbadal içinə çəkmək istəyirsən. 

Komanın girişinın yarıdan çoxu qumla örtülmüşdü və ona içəriyə baş soxmaq elə də tez başa 

gəlmədi. Bəlkə bu, köhnə quyunun xarabalıqlarıdır? Quyunun üstündə daxma tikilməsində 

təəccüblü heç nə yoxdur, bunu ona görə edirdilər ki, quyu qumla dolmasın. Çətin ki, burda su 

olsun... O, yenidən içəri baş soxmağa cəhd etdi və bu vaxt onun burnuna əsl it iyi vurdu. 

Heyvanın iyi fəlsəfədən güclüdür. Mənə koreyalının ruhu yaxındır, lakin onun iyinə dözə 

bilmirəm - deyən bir sosialist varmış... Yaxşı, əgər zaman üfüqi axırsa, qoy necə iti axdığını ona 

göstərsin!.. Ümid və narahatlıq... Azadlıq hissi və səbirsizlik... Bunlar ən dözülməz əzablardır. 

O, sifətini yaylıqla örtüb, arxası üstə uzandı. Düzü buradakı qoxu onunkuydu, lakin özünə 

kompliment demək istəyi onda nə qədər güclü olsa da, bu qoxunun ona xoş gəldiyini dilinə 

gətirə bilmirdi. 

Ayağının üstü ilə nəsə sürünür... Yerişindən "qabarböcəyi"nə oxşamırdı... Çox güman ki, altı 

ayağı ilə özünü güclə sürüyən yer böcəyidir... Dəqiqləşdirməyə həvəsi yox idi. Bu, çoxdan 

arzuladığı qabarböcəyi olsaydı belə, çətin ki, onu tutmağa həvəsi yaranardı. Hər halda bu suala 

dəqiq cavab verə bilməzdi. 

Külək onun üzündəki yaylığı atdı. Gözünün bir ucu ilə qum təpəsinin qızıl kimi parıldayan 

üstünü gördü. Hamar qalxan yamac, bu qızıl xəttə çatandan sonra qəfildən kölgədə itdi. Məkanın 

belə quruluşunda nəsə sözlə ifadə edilə bilməyən bir gərginlik vardı və kişi qəlbini dolduran 

insan həsrətindən hətta diksindi də. (Bəli, son vaxtlar gənc turistləri mənzərəli yerlər cəlb edir... 

ümidverici səhmlər... Təcrübəli bir adam kimi bu ərazinin gələcək inkişafına tam zəmanət verə 

bilərəm. Lakin ilk növbədə reklam lazımdır! Reklam olunmasa, buralara heç milçəklər də uçub 

gəlməz... Bilməmək - malik olmamaq kimi bir şeydir... Qaş-daşa sahib olasan və onu yerin 

altında gizlədəsən. Yaxşı, indi nə edəsən?..Bacarıqlı bir fotoqrafa bədii açıqcalar sifariş etmək 

lazımdır. Keçmişdə görməli yerlər artıq hər yerdə tanındıqdan sonra bədii açıqcalar hazırlanırdı... 

İndi - əvvəlcə açıqcalar, sonra isə gəzməli-görməli yerlərin tikilməsi. Bu qaydalar indi adiləşib. 

Burda bir neçə nümunə var, zəhmət deyilsə, baxardınız.) Bədbəxt açıqca alverçisi başqalarına 

tələ qurmaq fikrindəydi, lakin özü bu tələyə düşdü, sonra isə xəstələnib öldü. Düzdü o, sən deyən 

qədər də diribaş adam deyildi... Yəqin bu yerlərin gələcəyinə böyük ümidlər bəsləyib və həmin 

biznesə bütün varidatını qoyub... Bu gözəlliyin həqiqi mahiyyəti nədədir?.. Bəlkə təbiətin malik 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

450 


olduğu fiziki harmoniya və dəqiqlikdədir, və ya əksinə - insanın onu dərk etmək istəyinə təbiətin 

amansız müqavimətində. 

Hələ dünənə qədər bu mənzərə haqqında hətta fikirləşəndə az qala ödü ağzına gəlirdi. Və o, bu 

dərənin doğrudan da həmin açıqcasatan kimi fırıldaqçıların boynuna biçildiyi barədə qəzəblə 

düşünürdü... 

Lakin dərədəki həyat və mənzərə haqqında düşünəndə onları biri-birinə qarşı qoymaq bizə nə 

verir? Gözəl mənzərənin insana həmişə alicənablıq göstərməsi vacib deyil. 

Nəhayət, elə onun özünün qumu sabitliyin inkarı kimi görmək kimi əsas ideyasının özü heç də 

axmaq fikir deyil. Millimetrin səkkizdə birinin hərəkəti. Mövcud olmanın hallar zəncirindən 

ibarət olduğu dünya... Başqa sözlə, onun gözəlliyi ölümə məxsusdur. Onun nəhəng dağıdıcı 

gücünün təmtərağı, qoyub getdiyi xarabalıqlar içindən keçən ölümün gözəlliyi... Yox, dayan. 

Əgər ona məhz bu səbəbdən hər iki istiqamətə olan bileti əlində bərk-bərk tutub buraxmadığını 

desələr, biabır olmaq olar. Vəhşi heyvanlar, müharibələr haqqında filmlər elə inandırıcıdır ki, 

hətta ürəktutmasına gətirib çıxara bilər, lakin kinodan çıxırsan və bayırda səni dünənkinin 

davamı olan bu gün gözləyir. Onların ləzzəti bundadır... Həqiqi güllələr doldurulmuş tüfənglə 

silahlanıb kinoya gedən dəlini harda görmüsüz?.. Səhradakı həyata kim uyğunlaşa bilər? Su 

əvəzinə öz sidiyini içən bəzi növ siçanlar, çürümüş ətlə qidalanan həşəratlar, bir də ki, yalnız bir 

istiqamətə biletin mövcudluğu haqqında eşidib bilən köçərilər. Əgər lap əvvəldən əmin olsan ki, 

biletin həmişə ancaq bir istiqamətədir, onda rahat yaşayarsan, daha qayaya yapışan ilbiz kimi 

quma sıxılıb sürünmək üçün mənasız cəhdlər etməzsən. Axı bu köçərilər artıq öz adlarını da 

dəyişiblər və indi onlar maldar adlanır... 

Həə, bütün bunlar haqqında qadına danışmaq lazım idi... Onun üçün mahnı oxumaq lazımdır - 

hər iki istiqamətə biletə dəxli olmayan qum mahnısı, vacib deyil, melodiyasını səhv salıb, ağzına 

gələni də oxuya bilər... Ən yaxşı halda o, qadını tutmaq üçün qarmağına yem əvəzinə başqa, ayrı 

bir həyat keçirmiş adi bir qadın ürəyi ovçusunun miskin təqlidçisindən başqa bir şey 

olmayacaqdı. Başdan-ayağa qum içində, tərpənməyə belə gücü qalmamışdı - kağız torbaya 

salınmış pişiyə oxşayırdı. 

Gözlənilmədən qum təpəsinin üstündəki parıltı söndü... Ətrafda nə vardısa, qaranlığa büründü. 

Ani olaraq külək sakitləşdi və onda yenidən güc yığaraq, duman qayıtdı. Bəlkə elə buna görə də 

günəş belə tələsik batdı. 

... Haydı, yola çıxmaq vaxtıdır. 

 

25____________________________________________ 



 

Kəndin bu başından o başına səbətdaşıyanlar işə başlamazdan qabaq keçib getməyə çalışmaq 

lazımdır. Hələ bir saata yaxın vaxt qalır. Tam təhlükəsiz olmağı üçün isə deyək ki, qırx beş 

dəqiqə. Burun kəndi sanki qucaqlayıb, dərindən burulur və kənddən şərqdə yerləşən körfəzə 

qədər gedib çatırdı. Elə buna görə də onun ortasından təkcə bir dənə dar yol keçirdi. Orada artıq 

burunun üstündə ucalan dik qayalar qurtarır, hamarlanır və alçaq qum təpələri ilə əvəzlənir. Zəif 

dumanlıq içində sayrışan kənd işıqlarını sağda qoyub, düzünə hərəkət etməkdə davam etsən, 

məhz bura gəlib çıxarsan. Məsafə... təxminən iki kilometr. Orada kənd qurtarır, adda-budda 

yerfındığı sahələri gözə dəyir, yenə qum və heç bir yaşayış yeri. Təpəni aşandan sonra isə yola 

çıxıb, rahat getmək də olar. 

Bu, basıb hamarlanmış gilli yoldur və bu yolla var gücünlə qaçsan, təxminən on beş dəqiqədən 

sonra şosseyə çıxa bilərsən. Orda artıq hər şey qaydasındadır - avtobuslar şütüyür, adamlar da 

normal adamlardır. 

Kəndin içindən keçib getmək üçün onun yarım saatı qalır. Qumluqla saatda dörd kilometr sürətlə 

getmək asan deyil. Təkcə ayaqların quma batır deyə yox, həm də ayaqlarının birin götürüb, o 

birini qoymaq üçün vacib olan lazımsız səylər ucbatından. Qaçanda isə, boş yerə daha çox güc 

itirirsən. Ən yaxşısı odur ki, iri addımlarla addımlayasan. Lakin qum, sənin gücünü əmməyi 

müqabilində sanki mükafatlandırırmış kimi addım səslərini udur. Addım səslərinin 

eşidiləcəyindən qorxmayıb getmək isə, - bunun özünün də üstünlükləri var. Bəli, məhz 


Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin