“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
436
mükəmməl, yaxşı düşünülmüş bir nəzəriyyə idi, amma nə qədər kədərli olsa da, indiyə kimi bir
nəfər də olsun, elə bir qıza rast gəlməmişdi ki, bu nəzəriyyəyə uyğun olaraq, cinsi istəyini
ümumi, yaxud ayrıca bir şəxsə yönəlmiş şəkildə təcrübədən keçirmək üçün ona özünü təklif
etsin. Və bu, tamamilə təbiidir. Nə kişini, nə də qadını bircə nəzəriyyənin köməyilə cəlb etmək
olmaz. Elə bu axmaqcasına səmimi olan «Mebius» da hər şeyi çox gözəl başa düşürdü və ancaq
mənəvi zorakılığı qəbul etmədiyi üçün də boş qalmış evlərin qapılarını döyməkdə davam edirdi.
Əlbəttə, özü də bir o qədər romantik deyildi ki, təmiz cinsi əlaqələr xəyalında olsun. Belə
əlaqələr ancaq bir ayağı gorda olanlar üçün məqbuldur… Qurumağa başlayan bambuk bar
gətirməyə tələsir… Miqrasiya vaxtı acından ölən siçanlar coşqun şəkildə cinsi əlaqədə olurlar…
Vərəmli xəstələrin hamısı bir nəfər kimi yüksək ehtirsdan əziyyət çəkirlər… Qalada yaşayıb,
ancaq pillələri enməyə qadir olan şah və ya hökmdar bütün gücünü özü üçün hərəmxana
yaratmağa sərf edir.
Lakin xoşbəxtlikdən, insan heç də həmişə ölüm qorxusu altında yaşamır. Qış öncəsi qorxu
keçirməyi tərgidən insan, mövsümi sevgi dövründən də azad ola bilib. Lakin mübarizə bitdikdən
sonra, silah yükə çevrilir. Təbiətin əvəzində qaydalar meydana gəlib və o, insana təbiətin
əvəzində dişləri, pəncəsi və cinsini nəzarətdə saxlamaq imkanı verib. Və cinsi münasibətlər
şəhərkənarı qatara alınan mövsümi biletə bənzəməyə başlayıb: hər dəfə yola çıxanda
komposterləmək məcburidir. Üstəlik, biletin saxta olmadığına əmin olmalısan. Və bu yoxlama
eyniylə oturuşmuş qaydaların ağırlığına uyğun gəlir. Qeyri - adi dərəcədə əziyyətli işdir. Ən
müxtəlif sənədlər: müqavilələr, lisenziyalar, şəxsiyyət vəsiqəsi, buraxılış, rütbəni təsdiq edən
vəsiqə, qeydiyyat haqqında sənəd, üzvlük bileti, təltif haqqında sənədlər, veksellər, borc iltizamı,
sığorta vəsiqəsi, gəlirlər haqqında bəyannamə, qəbz və hətta əsl-nəcabət təsdiq edən sənədlər –
bir sözlə, ağla gələn bütün kağız-kuğuzu toplamaq vacibdir.
Elə bu səbəbdən də cinsi münasibətlər torbaçı – kəpənəyin sürfəsi kimi bir qalaq sənəd-sünədin
altında basdırılır. Və əgər bununla iş bitsəydi, dərd yarı idi. Amma bəlkə sonra da kağız-kuğuz
lazım olacaq?.. Yaddan çıxan bir şey qalmayıb ki?.. Həm qadın, həm də kişi şübhələrdən əziyyət
çəkirlər – əks tərəf sənədləri yığarkən məsələyə kifayət qədər ciddi yanaşmayıb… Və beləliklə,
özlərinin təmizliyini sübut etmək üçün, yeni-yeni sənədlər fikirləşib tapırlar…Və heç kəs bilmir
ki, o – sonuncu sənəd hansıdır… Və bu sənədlərin sonu yoxdur…
(O qadın məni yersiz öcəşkənlikdə günahlandırırdı. Lakin mən yersiz irad tutmuram, bu elə
belədir ki var!)
– Məgər sevginin vəzifəsi belə şeylər deyil?
– Qətiyyən! Sevgi – istisna metoduyla qadağaları atdıqdan sonra yerdə qalandır. Buna
inanmamaq, heç nəyə inanmamaq deməkdir.
Əlbəttə, murdarlıqlara dözmək həddinə qədər gəlib çatmaq məntiqsizlik olardı: cinslə əlaqəli hər
şeyə hədiyyə imiş kimi yarlık yapışdırmaq. Hər səhər sevginin qırışlarını ütü ilə səliqə ilə
açacağıq… Bir qədər sürtüləndən sonra, o köhnəlir… Lakin qırışlarını açandan sonra, o, yenə
təzətər olur… Və təzələnən kimi də köhnəlməyə başlayır… Məgər kimsə borcludur ki, bu
həyasızlığı ciddi qəbul etsin?
Əlbəttə, əgər qaydalar ona əməl edənlərə yaxşı gələcək vəd edə bilirsə, belə olan halda güzəştə
getməyə dəyər. Bəs əslində necədir? Ölümün caynaqları göylərdən enir. Elə yerdə də ölümün
min növü var. Həmin şeylər cinsi həyatda da, qarışıq şəkildə hiss olunmağa başlayır. Elə bil
əlində saxta veksel tutmusan. Elə bu vaxt da mövsümi biletin saxtalaşdırılması başlayır –
tərəflərdən biri razı qalmayanda. Nə etmək olar, bu, işgüzar yanaşmadır. Və yaxud qaçılmaz
pislik kimi, mənəvi zorakılığın qaçılmaz olduğu etiraf edilir. Bunsuz, demək olar ki, bir dənə də
olsun nikah baş tuta bilməzdi. Azad sevgini təbliğ edənlər də təxminən belə hərəkət edirlər.
Onlar yalnız qarşılıqlı zorakılığı üzürlü bəhanəylə son həddə qədər təkmilləşdirirlər. Əgər bunu
qaçılmaz bir şərt kimi qəbul etsək, onda onun daxilində müəyyən həzz tapmaq olar. Lakin
pərdənin kifayət qədər yaxşı bağlanıb bağlanmaması ətrafında fasiləsiz narahatlıqlarla müşaiyət
olunan azadlıq, axırda yalnız psixi pozğunluqlara gətirib çıxara bilər.
Adama elə gəlirdi ki, qadın kişini bürüyən duyğuları həssaslıqla duyur. O deyəsən, şalvarını
saxlayan ipi açmaq fikrindən vaz keçmişdi. Boşalmış iplərin ucu onun barmaqları arasında
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
437
sallanırdı. Dovşan gözləri ilə kişiyə baxdı. Onun gözləri təkcə qızarmış göz qapaqlarına görə
dovşanı xatırlatmırdı. Kişi ona içində vaxtın donduğu baxışlarla cavab verdi. Qadının ətrafında
kəskin qoxu yayıldı: adətən damarlı ət qaynadanda belə iy gəlir.
Əvvəlkitək əlləri ilə ipdən yapışmış halda kişinin yanından ötüb, otağa qalxdı və şalvarını
soyunmağa başladı. Və bunu elə sərbəst, təbii edirdi ki, sanki bir qədər əvvəl başladığı işi davam
edirdi. Ağlından keçdi ki, axı əsl qadın elə belə olmalıdır. Və o, qərar verdi. Axmaq, bir az da
ləng tərpənsən hər şey alt – üst olacaq. O da cəld şalvarının kəmərini boşaltdı.
Yəqin ki, o, hələ dünən, bunun qadının təşkil etdiyi növbəti tamaşa olduğunu zənn edərdi, -
yanağındakı həmin batıq və ya utancaq gülüşü kimi. Bəlkə bu, elə belədir. Amma indi belə
fikirləşmək istəmirdi. Qadını sövdələşmə predmeti kimi istifadə etmək istədiyi vaxtlar artıq
geridə qaldı… İndi hər şeyi ancaq güc həll edə bilər… Sövdələşmədən imtina etmək, onların
münasibətlərinin qarşılıqlı inam əsasında qurulacağını düşünmək üçün onda bütün əsaslar
vardı…
Qadın bir dizi üstündə çöküb, əlində sıxdığı yaylıqla boynuna tökülmüş qumu təmizlədi.
Qəflətən daha bir qum uçqunu baş verdi. Ev bütünlüklə titrəyib, cırıldadı. Qanqaraldıcı maneə!..
Bir göz qırpımında qadının başını ağ toz örtdü. Qum havada duman kimi üzürdü. Çiyni və qolları
da nazik toz qatı ilə örtüldü. Bir – birini qucaqlayıb uçqunun bitməsini gözlədilər.
Bədənə yapışan qumu tər özünə çəkirdi, yuxarıdan isə yenə tökülür, tökülürdü… Qadının
çiyinləri əsirdi, kişi də qızmışdı – indicə qaynayacaqdı…Hər halda ona heç cür çatmırdı – niyə
qadının ombaları onu belə güclü şəkildə özünə çəkirdi?.. Elə güclü çəkirdi ki, hətta sinirlərini bir
– bir çıxarıb, onun budlarının ətrafına dolamağa hazır idi… Bu, yırtıcı heyvanın acgözlüyünü
xatırladırdı. Sıxılmış yay kimi bütün bədəninə güc dolmuşdu… O biri qadınla heç vaxt belə
hisslər keçirməmişdi…
Uçqun kəsdi. Kişi elə bil bunu gözləyirmiş kimi qadına bədənindən qumu təmizləməkdə kömək
etməyə başladı. Qadın xırıltılı səslə gülməyə başladı. Sinəsindən qoltuğunun altına, ordan isə
budlarına – kişinin əlləri get – gedə daha da israrlı olurdu. Qadın barmaqlarıyla onun boynundan
yapışmışdı; hərdən yavaşca qışqırırdı.
İşini qurtarandan sonra onun üstündən qumu təmizləmək növbəsi qadına çatdı. O, qadının
saçlarını qarışdıra – qarışdıra gözlərini yumub gözləyirdi. Qadının saçları sıx və qalın idi.
Qıcolma… Eyni şey təkrar olunur… Adətən o, nə barədəsə düşünüb, xəyallarına azadlıq verərək
başqa bir işlə: yemək, addımlamaq, yatmaq, hıçqırmaq, qışqırmaq, qadınla cinsi əlaqəylə məşğul
olanda belə şeylər keçib gedir…
21______________________________________
Görünür, o, başdan ayağa tər və acılaşmış balıq yağını xatırladan selik içində, yerində narahat-
narahat qurcalanıb, bir müddət mürgüləmişdi. Yuxu görürüdü. Yuxusunda sınmış stəkan,
döşəməsi işlənməkdən dağılmış dəhliz, unitazı ağzınadək nəcislə dolu ayaqyolu, bütün yuxusu
boyu su səsi eşitsə də, heç cür tapa bilmədiyi vanna otağı görürdü. Tanımadığı bir kişi əlində su
qabı harasa qaçdı. O, kişidən bir qurtum su istədi, əvəzində kişi ona acıqla baxıb, çəyirtkə kimi
çapa - çapa getdi.
Kişi oyandı. Nəsə isti və yapışqanlı bir şey dilini yandırırdı. Susuzluq yaman qayıtdı... Su!..
Parıldayan büllur su... Stəkanın dibindən qalxan gümüşü hava qovuqcuqları... O özü isə -
yarıuçuq, boş qalmış evin hörümçək toru basmış su borusu, sudan sahilə atılmış boğulan balıq...
Ayağa qalxdı. Qolları və ayaqları içi su ilə dolu rezin yastıq kimi ağır idi... Torpaq döşəmədə
atılıb qalmış qazançanı götürüb, arxaya qatlayaraq dodaqlarına yaxınlaşdırdı. Hardasa otuz
saniyədən sonra dilinin ucuna iki-üç damcı düşdü. Amma dili basma kimi suyu özünə çəkdi. Bu
damcıları həsrətlə gözləyən boğazı isə, səmərəsiz olaraq suyu udmağa çalışaraq, konvulsiv
surətdə yığıldı.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
438
Su tapmaq məqsədilə kişi əl-üzyuyanın yanında əlinə nə keçdisə, hamısını alt - üst etdi. Bütün
kimyəvi birləşmələr içərisində su, ən sadəsidir. Stolun yeşiyində atılıb qalmış on iyenlik sikkəni
görə bilməmək kimi, suyu da görməmək mümkün deyil. Aha, su iyi gəldi. Dəqiqdi, su iyidi. Kişi
tələsik çənin dibindəki nəm qumu qaşıyıb, ağzına doldurdu. Ögüməyi gəldi. Əyildi, qarnını
spazma sıxdı. Ödü ağzına gəldi, gözləri yaşardı.
Başağrısı qurğuşun təbəqə kimi gözlərini sıxıb əzirdi... Fiziki yaxınlıq, son nəticədə məhvə
aparan yolu ancaq qısaltdı. Birdən kişi it kimi iki əl - ayağı üstə dayanıb, torpaq döşəmədə qumu
qazmağa başladı. Dirsəyə qədər qazandan sonra qumun tünd və nəm olduğunu gördü. Başını ora
salaraq, isti alnını çuxura dirəyib, qumun qoxusunu dərindən sinəsinə çəkdi. Əgər bu cür,
qaydaya uyğun nəfəs alsan, mədəndə mütləq oksigenlə hidrogen birləşəcək.
– Lənət şeytana, gör əllərim çirkdən necə qapqaradı! - O, dırnaqlarıyla ovcunu qaşıyıb, qadına
tərəf döndü. - Yaxşı indi biz nə edək?! Doğrudan heç yerdə su yoxdur?!
Qadın kimanonu ayağına keçirib, qıvrılaraq pıçıldadı:
– Yoxdu, bir damcı da yoxdu...
– Yoxdu? Yaxşı, sən indi bu "yoxdu" kəlməsilə durub qalacaqsan? Axı burda adam dözməz, ölə
bilər... İt balası! Tez elə, hardan istəyirsən tap!.. Xahiş edirəm... Eşidirsən? Hələlik xahiş edirəm.
– Axı biz işə başlayan kimi...
– Yaxşı, təslim oluram!.. Əlimdən nə gəlir ki, təslim oluram!.. Qurudulmuş siyənəyə dönmək
istəmirəm... Belə ölməyi heç vəchlə arzulamıram. Bu təslimçilik heç ürəyimcə deyil. Suya görə
meymun rəqsi də oynamaq olar - qoy baxsınlar. Düz sözümdür, təslim oluram... Amma durub
gözləyim ki, nə vaxt su gətiriləcək, - məni bağışlayın... Əvvəla, belə qurumuş halda biz işləyə
bilmərik. Düzdür? Nə yolla olur - olsun, təcili onlarla əlaqə qur... Yəqin sənin də boğazın
quruyub, hə?
– Əgər işləməyə başlasaq, onlar o saat biləcəklər... Yanğınsöndürmə qülləsindən həmişə kimsə
durbinlə baxır.
– Yanğınsöndürmə qülləsi?
İnsana əsarətdə olduğunu ona dəmir qapılar, lay divarlar yox, ən çox kameranın qapısındakı
kiçik gözlük xatırladır. Kişi yerində yığılıb, fikrən ətrfaı nəzərdən keçirməyə başladı. Üfüqdə -
qum və səma, başqa heç nə... Orda heç bir yanğınsöndürmə qülləsi - filan yoxdur. Və əgər bu
qüllə burdan görünmürsə, çətin ki, ordan bizi görürlər...
– Yarğanın o biri divarı tərəfdən baxsaz, o saat hər şeyi başa düşəcəksiz...
Kişi cəld əyilib, beli yerdən götürdü. İndi durub şəxsi ləyaqət haqda düşünmək - çirkin içində
üzən köynəyi səliqə ilə ütüləmək kimi bir şeydir. O, bayıra elə atıldı ki, sanki arxasınca
qaçırdılar.
Qum ocağın üstündəki boş tava kimi yanırdı. İstidən nəfəsi kəsilirdi. Havadan sabun iyi gəlirdi.
Lakin irəli getmək lazımdır. Ancaq bu halda suya yaxınlaşmaq olar. O, yarğana dənizə baxan
tərəfdən yaxınlaşıb, göyə baxanda, həqiqətən də qara qüllənin çeçələ barmağın lap ucu boyda
görünənən yuxarı nöqtəsini seçə bildi. Yuxarıdakı lap xırdaca çıxıntı isə, görünür, müşahidəçi
idi. Yəqin, artıq fikir verib. O, yəqin ki, bu anı səbirsizliklə gözləyib.
Kişi qara çıxıntıya tərəf dönüb, beli yuxarı qaldırdı və bərkdən silkələməyə başladı. O, beli elə
bucaq altında tutmağa çalışırdı ki, müşahidəçi onun itilənmiş kənarlarının parıltısını görə bilsin.
Gözlərinə isti civə yayılırdı. Bu qadın orda neyləyir? Gəlib kömək edə bilərdi...
Qəfildən nəm yaylıq kimi kölgə düşdü: səmanın bir küncündə küləyin qovduğu yarpaqdan çox
da böyük olmayan bulud. Lənət şeytana, yağış yağsaydı, bütün bunları etməyə ehtiyac
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
439
qalmazdı... Eh, hər iki əlini irəli uzadıb, yağışın altına tutardı, onlar isə suyla dolardı... Pəncərə
şüşəsində su seli... Navalçadan axan su şırnağı... Asfaltda buğlanan su damcıları...
Yuxudamı görürdü - ya xəyalı gerçəkliyə keçmişdi, - birdən onun ətrafında səs- küy və hərəkət
əmələ gəldi. Özünə gələndə qum uçqununun ortasında dayandığını gördü. Talvarın altına qaçıb,
divara sıxıldı. Sümükləri konservləşdirilmiş balığınkı kimi yumyumşaq olmuşdu. Yanğısı artıq
hardasa gicgahlarında vururdu. Və onun xırda hissəcikləri qara ləkələrlə şüurunun üstünə
səpələnmişdi. Əlini qarnının üstünə qoyub, çənəsini irəli uzadaraq, qusmaqla mübarizə aparırdı.
Qadının səsi eşidildi. Üzünü yarğana tərəf tutulub nəsə qışqırırdı. Kişi ağırlaşmış göz qapaqlarını
çətinliklə qaldırıb, həmin tərəfə baxdı. Onu bura gətirən qoca kişi kəndirə bağlanmış vedrəni
ehtiyatla aşağı salırdı. Su!.. Axır ki, gətirdilər!.. Vedrə əyildi və qumlu yamacda yaş ləkə əmələ
gəldi. Təmiz, tərtəmiz su!.. Kişi qışqırıb, vedrənin üstünə düşdü.
Vedrə əli çatan qədər aşağı düşəndə, qadını itələyib, ayaqlarını yerə rahat dirəyərək ehtiyatla, iki
əllə onu tutmağa başladı. O, kəndiri açıb, - dözümsüz şəkildə - o saat vedrəni sifətinə
yaxınlaşdırdı və onun bütün bədəni nasosa çevrildi. O, başını qaldırır, nəfəsini dərib, yenidən
vedrənin üstünə düşürdü. Üçüncü dəfə vedrədən qopanda burnundan, dodaqlarından su axır,
boğulurdu. Onun dizləri qatlandı, gözləri yumuldu. İndi növbə qadınınkı idi. Qadın ondan heç də
geri qalmırdı: bir cür səs çıxara-çıxarda, bədəni rezin porşen imiş kimi bir anda vedrənin yarısını
boşaltdı. Qadın vedrəni götürüb, evə qayıtdı, qoca isə kəndiri çəkməyə başladı. Lakin bu vaxt
kişi kəndirdən yapışıb, yazıq - yazıq başladı:
– Dayanın! Mən istəyirəm ki, siz mənə qulaq asasınız. Ancaq qulaq asasınız. Xahiş edirəm,
dayanın!
Qoca onun xahişinin əksinə getməyib dayandı. Özünü itirib, gözlərini döyməyə başlasa da,
sifətinin ifadəsi demək olar ki, dəyişmədi.
– Siz su gətirdiyinizə görə, mən nə etməliyəmsə, onu da edəcəm. Mən buna söz verirəm və
istədiyim təkcə odur ki, mənə qulaq asasınız. Siz böyük səhv edirsiniz... Mən orta məktəb
müəllimiyəm... Mənim dostlarım, həmkarlar ittifaqı, pedoqoji şura, Valideynlər və Müəllimlər
Assosiasiyası var və onlar hamısı məni gözləyir... Siz nə fikirdəsiz, ictimaiyyət mənim yoxa
çıxmam faktına susub, biganə qalacaq?
Qoca dilinin ucuyla üst dodağını yaladı və laqeydcə gülümsədi. Yox, bəlkə də, buna heç
gülümsəmək demək olmazdı - sadəcə küləylə gələn qum içinə düşməsin deyə, gözlərini qıydı.
Lakin həyəcanlı kişinin gözündən hətta xırda bir qırış da yayına bilməzdi.
– Nədi? Nə baş verir?.. Məgər sizə aydın deyilmi ki, cinayətin bir addımlığındasınız?
– Cinayətin? O gündən bəri artıq on gün keçib, polis isə susur... - Qoca aramla danışır, sözləri
bir-bir ağzından çıxarırdı. - Əgər artıq on gün susursa, onda nə deyim...
– On gün yox, bir həftə!
Lakin qoca cavab vermədi. Doğrudan da, bu cür söhbətlərin indi heç bir mənası yoxdur... Kişi
həyəcanını boğub, sakit ton verməyə çalışdığı səslə davam etməyə başladı.
– Yaxşı, bu elə də əhəmiyyətli məsələ deyil... Bəlkə yaxşı olar ki, siz bura düşəsiniz və biz
sizinlə əyləşib sakitcə söhbət edək? Mən sizə heç nə etmərəm. Hətta nəsə etmək istəsəydim belə,
heç nə alınmazdı. Mən sizə qarşı gücsüzəm... Söz verirəm.
Qoca əvvəlkitək susub qalmışdı. Kişi tez - tez nəfəs almağa başladı.
– Axı mən, qumu kürəməyin kənd üçün necə vacib bir iş olduğunu başa düşürəm... Nə
deyirsənsə de - həyati vacib məsələsidir. Çox ciddi məsələdir... Gözəl başa düşürəm... Əgər məni
güclə məcbur etməsəydilər, bəlkə də mən öz xoşumlə burda qalmaq istərdim... Sizi əmin edirəm!
Burda həyatın necə olduğunu bircə dəfə görmək kifayətdir ki,- hər bir adam sadəcə
insanpərvərlikdən çıxış edərək sizə kömək etməyə çalışacaq. Məgər mənim elədiyimi əsl kömək
adlandırmaq olarmı?.. Şübhə edirəm... Nəyə görə siz, nəsə ayrı, daha uyğun gələ bilən
əməkdaşlıq üsulları haqda fikirləşmirsiniz?.. Adamları ağıllı qaydada düzmək olar... Əgər bir
adam üçün düzgün yer seçilməyibsə, ən xoş niyyətə söykənən kömək etmək arzusu belə sına
bilər... Düzdü?.. Məgər məndən istifadə etmək üçün belə ümidsiz riskli təşəbbüsə əl atmadan,
daha ağlabatan üsuldan istifadə etmək olmazdımı?
Qoca qulaq asıb - asmadığı bilinməyən görkəmlə başını çevirdi və başı oyuna qızışmış pişik
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
440
balasını qovurmuş kimi bir hərəkət etdi. Bəlkə qüllədəki müşahidəçiyə görə narahat olurdu? Ya
bəlkə, onun gözü qarşısında burda söhbət etməkdən qorxurdu?
– Razılaşın... Qumu kürəmək, həqiqətən də önəmli bir işdir. Lakin bu vasitədir, məqsəd deyil...
Məqsəd - müdhiş təhlükənin qarşısını almaqdır... Düz demirəm? Xoşbəxtlikdən, mən qumu uzun
müddət öyrənmişəm. Mən bu məsələ ilə dərindən maraqlanmışam. Elə buna görə də mən belə bir
yerə gəlmişəm. Bəli, nə deyirsən de, indiki zamanda qum insnları cəlb edir... Bundan məharətlə
istifadə etmək olar... Bu yerləri yeni turist zonasına çevirmək olar... Quma qarşı yox, ardınca
gedib, ondan istifadə etmək olar. Qısası, başqa cür fikirləşməyə cəhd edin.
Qoca gözlərini qaldırıb, laqeyd görkəmlə dedi:
– Əgər burda müalicəvi isti su mənbələri yoxdursa, hansı turist zonasından söhbət gedə bilər...
Belə baxanda, turizmdən ən çox ticarətçilərlə gəlmələrin qazandığı hamıya məlumdur.
Kişi onun sözlərində istehza tutdu, o dəqiqə qadının həmin taleni yaşayan açıqcaçı və onun
xəstələnib ölməsi haqqında söhbətini xatırladı.
– Hə... Əlbəttə, mənim dediklərim, ancaq misal üçündür. Siz qumun xassələrinə uyğun gələn
xüsusi kənd təsərrüfatı bitkiləri haqqında düşünmüsünüzmü?.. Açığı, nəyin bahasına olursa
olsun, köhnə həyat tərzindən dördəlli yapışıb qalmaq zəruri deyil.
– Biz burda çox şey əkib yoxlamışıq. Yerfındığı da, soğanköklü bitkilər də... Baxıb görəydiz
burda tülpan necə çıxır.
– Bəs qumdan qorunmaq üçün aparılan işlər nə yerdədir?.. Qumdan qorunmaq üçün aparılan əsl
işlər. Dostlarımdan biri müxbir işləyir. Qəzetin köməyilə ictimai rəyi öyrənə bilərik. Bu işdə
mümkün olmayan heç nə yoxdur.
– Sizin bu ictimai rəyinizin bizə nə qədər yazığı gəlirsə gəlsin, əgər pul yardımı almasaq, onun
bir qəpik də qiyməti yoxdur.
– Elə mən də onu təklif edirəm ki, belə maliyyə yardımları almaq üçün kompaniyaya başlayaq.
– Hakimiyyətdəkilər küləyin qovub gətirdiyi qumu təbii fəlakət kimi qiymətləndirmir və ziyanı
ödəməkdən imtina edirlər.
– Onları məcbur etmək lazımdır!
– Məgər dilənçi bir prefekturada nəyəsə nail olmaq olar? İnamımızı itirmişik. Bizim indi
etdiklərimiz, - ən ucuz başa gələndir... Amma hakimiyyətədəkilərə ümid olsan, onlar orda haqq -
hesab aparanadək bizi də burda qum süpürüb aparar.
– Lakin axı mənim, mənim özümün cəmiyyətdə tamamilə aydın bir mövqeyim var! - deyə kişi
ciyərlərini tam səfərbər edib qışqırdı. - Bax, elə sizi götürək, məgər siz öz övladlarınızın
valideyni deyilsinizmi? Siz müəllimlik borcu nədir, bilməyə bilməzsiniz!
Elə bu vaxt qoca kəndiri yuxarı çəkdi. Kişi qəfildən yaxalanmış kimi onu əlindən buraxdı. Nə
baş verir?.. Yəni doğrudanmı qoca ona özünü yalandan qulaq asırmış kimi göstərib, onun əlindən
kəndiri çəkmək üçün fürsət arayırmış?.. Özünü itirib, irəli uzatdığı əllərini havada yelləyirdi.
– Siz dəlisiniz... Siz anormalsınız... Axı hətta meymunu da əhilləşdirsən, qumu kürəyə bilər...
Mənsə daha çox şeyə qadirəm... İnsan öz imkanlarından istifadə etməyə borcludur...
– Ihı... - deyə qoca bu boşboğazlıqdan yorulduğunu göstərən saymazyana görkəmlə söz atdı. -
Yaxşı, mümkünsə məni bağışlayın. Əlimizdən nə gəlirsə, sizinçün edəcəyik...
– Dayanın! Axı mən ciddi deyirəm! Ey, dayanın, xahiş edirəm!.. Peşman olacaqsınız! Axı siz
hələ heç nə başa düşmədiniz!.. Yalvarıram... Bir dayanın!..
Qoca isə heç bir dəfə də olsun çevrilib, arxaya baxmadı. Çiyinlərində ağır yük aparırmış kimi
belini büküb, ayağa qalxdı, getdi. Üç addımdan sonra çiyinləri görünmədi, dördüncü addımdan
sonra isə özü də tamamilə gözdən itdi.
Kişi əldən düşmüş halda divara söykəndi. Əlləri və başını quma soxdu və qum boynundan
köynəyinin içinə dolmağa başladı, şalvarının belini sıxdığı yerdə yastıq kimi köpdü. Birdən
boynunda, üzündə, ayaqlarının arasında tər su kimi axmağa başladı. Bir qədər əvvəl içdiyi su
bütünlüklə bədənindən çıxdı. Tər və qum birləşib, dəriyə kip yapışan xardala oxşar bir şey əmələ
gətirdi. Dərisi şişib, sürüşkən rezin bürüncəyə oxşadı.
Qadın artıq işə başlamışdı. Birdən kişinin ağlına gəldi ki, qadın suyun qalanını içib. O, təlaş
içərisində evə atıldı.
|