“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
430
– Kişilərə həftədə bir dəfə araqla tütün verilir.
– Verilir?.. – Uçduğunu düşünən, lakin əslində başı ilə pəncərəyə kəllə vuran böyük milçək…
Elmi adı Muscina stabulans… Əşyaları hissə-hissə görən, demək olar ki, yarıkor gözlər… Hətta
özünü itirdiyini gizlətməyə çalışmadlan, narahat şəkildə soruşdu: - Axı bizə görə özlərini niyə
belə əziyyətə salırlar?! Məgər yaxşı olmazmı ki, insanlara öz istədiklərini almaq üçün imkan
verilsin?
– İş həddən artıq ağır və çoxdur – başqa heç nə üçün vaxt qalmır… Üstəlik kəndə də sərf edir:
xərclərin bir hissəsini Liqa(1) öz boynuna götürüb.
Əgər belədirsə, demək bütün bunlar saziş yox, tamam əksinə, təslim olmaq üçün tövsiyyə imiş!..
Yox, görünür, lap pisiymiş. Bəlkə o,artıq gündəlik həyatı hərəkətə gətirən vintciklərdən birinə
çevrilib və bu adla da bütün siyahılara salınıb?
– Lap dəqiqləşdirmək üçün bir söz də soruşmaq istərdim. Burda başına belə iş gələn ilk
birisiyəm?..
– Yox. Nə deyirsənsə de, işçi qüvvəsi çatışmır axı… Təsərrüfatı olanlar da, kasıblar da – işləyə
bilənlərin hamısı bir-bir kənddən çıxıb gedirlər… Dilənçi kənd – bir də ki, qum…
– Yaxşı, indi nə deyirsiniz… - hətta səsi də qum rənginə oxşar müdafiəçi rəng aldı. – Məndən
başqa burda tutub saxladığınız başqa bir adam varmı?
– Hə, bu, keçən il olub, payızın əvvəllərində… açıqcaçı…
– Açıqcaçı?
– Hə də, turistlər üçün açıqcalar buraxan bir şirkətin agenti, yerli İttifaqın sədrinə qonaq
gəlmişdi… Deyirdi ecaskar peyzacdır, bircə şəhərlilər üçün reklam etmək qalır…
– Onu da tutub saxladılar?
––––––––-
1 Ümumyaponiya hüquqsuz icmalara yardım liqası nəzərdə tutulur. Məlum olduğu kimi, 1868 –
ci ildən etibarən pari (eta) kastası formal olaraq ləğv edilmişdi. Lakin faktiki olaraq eta bu
günlərə kimi fəaliyyət göstərməkdə davam edir. Bu kəndin sakinləri etaya mənsubdurlar.
––––––––-
– Elə bizim cərgədəki evlərdən birində, işçi qüvvəsi çatışmırdı da…
– Bəs sonra nə oldu?
– Deyəsən elə o gün də öldü…Yox, o elə əvvəldən də çox cansız idi…Üstəlik, tərslikdən
qasırğalar vaxtı idi, işləməkdən üzüldü…
– Bəs niyə o saat canını qurtarıb qaçmadı?
Qadın cavab vermədi. Belə də hər şey o qədər aydın idi ki, cavab verməyə lüzum yox idi. Ona
görə qaçmamışdı ki, qaça bilməmişdi… Əlbəttə ki, məsələ ancaq bunda idi.
– Bəs ondan başqa?
– Hə… ilin lap əvvəlində burda bir tələbə vardı, deyəsən kitab satırdı.
– Kitabpaylayan?
– Nəsə namnazik, cəmi on iyenlik kitablar idi. Orda kiminsə əleyhinə nəsə yazılmışdı…
– Bu tələbə Vətənə qayıtmaq uğrunda hərəkat iştirakçısıymış… Onu da saxladılar?
– O, indi də deyəsən, bizdən üç ev aralıda yaşayır.
– Kəndir nərdivanı orda da yığışdırıblar?
– Gənclər bura heç cür alışa bilmirlər… Nə etmək olar, şəhərdə yaxşı
pul verirlər, üstəlik kinoteatrlar, restoranlar da hər gün işləyir…
– Axı ola bilməz ki, burdan indiyədək bir nəfərə də qaçmaq müyəssər olmasın?
– Niyə ki, dostlarının yoldan çıxardığı bir nəfər cavan oğlan vardı, o da şəhərə qaçmışdı… Orda
kimisə bıçaqlamışdı – hətta qəzetlər də bu barədə yazmışdı… İş verdilər, çıxandan sonra isə
geriyə – bura göndərdilər, yəqin yaşayır, sakitcə oturub valideynlərinin yanında…
– Mən ondan danışmıram! Mən o adamlar haqqında soruşuram ki, burdan qaçıb, geri
qayıtmayıblar!
– Bu çoxdan olub… Yadımdadı, bütöv bir ailə gecəykən aradan çıxmışdı… Evləri uzun müddət
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
431
boş qaldı; bu isə çox qorxuludur, amma daha nə etmək olardı… düz deyirəm, çox qorxuludur…
Əgər burda heç olmasa bir tərəf uçsa – bu elə bəndin yarılması kimi bir şeydir…
– Və deyirsiniz ki, bundan sonra başqası olmayıb?
– Məncə, yox…
– Absurddur! – boynunun damarları şişdi, nəfəs almaq çətinləşdi.
Birdən qadın yumurta qoyan arı kimi ikiqat oldu.
– Nə oldu?.. Ağrıyır?..
– Hə, ağrıyır…
O, qadının rəngi qaçmış əllərinə toxundu. Sonra barmaqlarını düyünlərin arasından salıb, nəbzini
yoxladı.
– Hiss edirsiz? Nəbziniz kifayət qədər yaxşı vurur… Mənə elə gəlir ki, ciddi bir şey yoxdur.
Başa düşürəm ki, düz eləmirəm, amma mənə lazımdır ki, siz onlara - kənddəki o günahkarlara
şikayət edəsiniz.
– Bağışlayın, siz mənim boynumu – qulağımın arxa tərəfini qaşımazsız?
Özünü itirib, yox deyə bilmədi. Dərisi ilə qum qabığı arasında dağılmış yağı xatırladan qatı tər
layı vardı. Elə bil, dırnaqları şaftalı dərisinin qabığının içi ilə gedib gəlirdi.
– Bağışlayın… Doğrudanmı burdan hələ heç kəs canını qurtara bilməyib?..
Qəfildən qapının çərçivəsi şəffaf, aydın olmayan xətlərə çevrildi və harasa uçub getdi. Bu, ay idi.
Qarışqa qanadlarına bənzər sönük işıq parçaları. Və gözləri öyrəşdikcə, qum fincanının dibi
bütünlüklə təzə-tər yarpaqlarda olduğu kimi bir qədər nəmli, cilalanmış kimi görünürdü…
– Nə olar, belə olan təqdirdə, mən birinci olacam!
18_____________________________________________
Gözləmək çətin idi. Zaman, ilan dərisindəki halqalar kimi sonsuz dairələrlə uzanırdı. İrəliyə
yalnız halqadan-halqaya düşməklə hərəkət etmək olardı. Və hər bir halqada tərəddüd, hər bir
tərəddüdün isə özünün məxsusi silahı vardı. Bu tərəddüdlər içində qovrularaq, onlara əhəmiyyət
vermədən, yaxud kənara çəkməklə irəliləmək çox çətin idi.
Gecə əzablı gözləmə içərisində keçdi. İşıqlaşdı. Pəncərədən boylanan səhər ağ ilbiz kimi onun
alnı, burnunun üstü ilə sürünərək, gülümsünürdü.
– Bağışlayın, su istəyirəm…
Nə baş verir? Yəqin, onu ani yuxu tutub. Köynəyi, şalvarının dizləri islanmışdı. Tərinə yapışmış
qum həm rənginə görə, həm də toxunanda elə bil çiy buğda kökəsi idi. O, sifətini örtməyi
unutmuşdu, buna görə də qışda düyü tarlasında olduğu kimi ağız-burnu qupquru qurumuşdu.
– Bağışlayın, çox xahiş edirəm…
Bədəni başdan ayağa qumla örtülmüş qadın qızdırmalı kimi titrəyirdi. Qadının əzabları sanki
naqillərlə ona ötürülürdü. O, qazançanı polietilendən çıxarıb, əvvəlcə özü acgözlüklə suyun
üstünə düşdü. Yaxalamaq üçün ağzına bir az su aldı, bir neçə dəfə belə etsə də bu azlıq etdi. O,
dayanmadan topa - topa qum tüpürürdü. Sonra bezib, qumu suqarışıq udmağa başladı. Bu, elə
daş udmaq kimi bir şey idi.
İçdiyi su elə o dəqiqə də tərə çevrilib, canından çıxdı. Qızmış dərisi – kürəyində yuxarıdan
aşağıyadək, sinəsində və böyürlərində düz belinədək – elə ağrıyırdı ki, elə bil onu qatbaqat
soyurdular.
Özü içəndən sonra günahkar görkəm alıb, qazançanı qadının ağzına yaxınlaşdırdı. Qadın qabı
dişləri ilə tutub, ağzını da yaxalamadan, göyərçin kimi inildəyərək içməyə başladı. Üç qurtuma
qadın qabı boşaltdı. Şişmiş
qapaqları altından kişiyə baxan gözləri ilk dəfə amansız məzəmmətlə doldu. Boşalmış qazança
elə yüngülləşdi ki, elə bil kağızdan düzəldilmişdi. Kişi xoşagəlməz günah hissindən yaxa
qurtarmaq üçün üstündəki qumu çırpa-çırpa torpaq döşəməyə çökdü. Bəlkə, heç olmasa nəm
yaylıqla sifətini silim? Əlbəttə, tərdən boğulmağına imkan verməkdənsə,bu daha yaxşı olar. Belə
hesab olunur ki, sivilizasiyanın səviyyəsi, dərinin təmizlik dərəcəsi ilə düz mütənasibdir. Əgər
insanın ruhu varsa, sözsüz ki, o,dərinin içində məskunlaşır. Su haqqında təkcə fikirləşmək
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
432
kifayət edir ki, çirkli dərimizin üstünü, onu sormağa hazır olan on minlərlə əmzik örtsün. Buz
kimi soyuq və şəffaf, pərqu kimi yumşaq, - ruh üçün əla bir yuva. Bir saniyə da keçsə, dərisi
bütün bədəni boyu çürüyüb düşəcək.
O, su çəninin içinə boylandı və birdən ümidsiz bir səslə qışqırdı:
– İçi boşdu!.. Tamamilə boşdu!
Əlini çənin içərisinə saldı. Dibində yığılmış qara qum, ancaq barmaqlarının uclarını batırdı.
Dərisinin altında susuzluqdan yanan saysız-hesabsız yaralı qırxayaq dəstəsi qurdalanmağa
başladı.
– Əclaflar, su gətirməyi unudublar!.. Bəlkə onlar suyu bir az gec gətirmək istəyirdilər?
Yaxşı başa düşürdü ki, bununla özünə təsəldli verir. Yük maşını hər gün dan yeri söküləndə işini
bitirib, kəndə qayıdırdı. Bu vicdansızların niyyəti aydındır.Görünür, onlar su daşımağı
dayandırıb, onu özündən çıxarmaq istəyirlər. Və o dəqiqə yadına düşdü – axı bu adamlar, qum
uçurumunu aşağıdan qazmağın necə təhlükəli olduğunu çox yaxşı bilə-bilə, ona xəbərdarlıq
etməyi belə lazım bilməyiblər. Onun başına bir iş gəlməsin deyə, qeydinə qalmaq haqqında
düşünmək belə istəmirlər. Görünür, həqiqətən də, onların sirrinə belə dərindən bələd olmuş bir
adamı burdan diri buraxmaq istəmirlər və əgər bu yolu tutublarsa, axıradək ondan əl
çəkməyəcəklər.
Kişi qapının yanında dayanıb, göyə baxdı. Səhər günəşi şüalarının yaydığı qırmızı rəngdə
yumşaq, qorxaq buludları çətinliklə ayırmaq olurdu… Göy üzü yağış vəd etmirdi. Bədəni, elə bil
hər tənəffüsdə su itirirdi.
– Bura baxın, bunların fikri nədir?! Məni öldürmək istəyirlər, nədi?!
Qadın əvvəlkitək səssiz titrəyirdi. Bəlkə hər şeyi çox gözəl başa düşdüyünə görə. Qısası – özünü
qurban kimi qələmə verib, əslində cinayətin iştirakçısıdır. Əzabındı, çək!.. Sənin çəkdiyin
əzablar, elədiklərinə görə ədalətli cavabdır.
Lakin əgər kənddəki alçaqların onun əzablarından xəbəri olmayacaqsa, bütün bunlar əbəsdir.
Eyni zamanda, axı onların xəbər tutacağına zəmanət də yoxdur. Bu azmış kimi, çox ola bilsin,
əgər lazım olsa, onlar fikirləşmədən qadını da qurban verərlər. Bəlkə qadın buna görə belə
qorxur. Azadlığa çıxmaq istəyilə yol axtaran heyvan çox gec başa düşüb ki, girdiyi deşik qəfəsin
girişidir… Nəhayət, balıq başa düşüb ki, hərdən burnu ilə toqquşduğu akvariumun şüşəsi,
keçilməz səddir…O, ikinci dəfəydi ki, heç nəsiz qalırdı. Və indi silah başqalarının əlindədir.
Lakin qorxmağa dəyməz. Gəmidə batanlar aclıq və susuzluqdan çox, su və çörəyin
çatışmayacağı qorxusundan məhv olurlar. Uduzduğun haqda fikirləşməyə başlayan kimi
məğlubiyyətin başlayır. Burnunun ucundan tər damcısı düşdü. Neçə kub santimetr rütubət
itirməyin haqqında fikirləşmək, - düşmənin tilovuna düşmək deməkdir. Bir stəkan suyun
buxarlanmasına nə qədər vaxt sərf olunduğu haqda düşünmək lazım idi. Lazımsız narahatlıqlar
bu yabını – zamanı qova bilməz ki. – Bəlkə əl-qolunu açım, hə?
Qadın nəfəsini çəkib, inamsızlıqla donub qalmışdı.
– İstəmirsinizsə – mənim üçün fərqi yoxdur… İstəyirsinizsə – açım…
Amma bir şərtlə… İcazəsiz beli əlinizə götürməməlisiz… Hə, nə oldu, söz verirsiz?
– Çox xahiş edirəm, nə olar! – buna qədər it kimi hər əzaba dözən qadın yazıq-yazıq yalvarmağa
başladı. Bu, küləyin qəflətən çətirin astarını üzünə çevirməyi kimi gözlənilməz oldu. – Nə
istəyirsinizsə, söz verim! Çox xahiş edirəm, nə olar… yalvarıram!..
Kəndirlər üstdən ağımtıl pərdəylə örtülü, qıpqırmızı iz qoymuşdular. Elə əvvəlki vəziyyətdə –
üzüyuxarı uzanıb qalaraq, qadın topuğunu topuğuna sürtürdü. Sonra barmaqlarıyla bilənglərini
ovuşdurmağa başladı. İnildəməmək üçün dişini-dişinə sıxmış, sifətini tər basmışdı. Budur, o
yavaşca dönüb, iki əl-ayağı: əvvəlcə dizləri, sonra isə əlləri üstə qalxdı. Nəhayət, çətinliklə başını
qaldırdı. Bir müddət yüngülcə yellənərək, bu vəziyyətdə qaldı.
Kişi dinməz-söyləməz döşəmənin hündür yerində oturmuşdu. O, ağzındakı tüpürcəyi yığıb
udurdu. Bir neçə qurtumdan sonra tüpürcəyi yapışqan kimi qatılaşıb, boğazında qaldı. Yatmaq
istəmirdi, yorğunluqdan da beynində hər şey əriyib, nəm kağızda mürəkkəb kimi yayılırdı.
Gözlərinin qabağında nəsə bulanıq ləkələr və xətlər oynaşırdı. Müəmmalı şəkil kimi. Qadın
var… Qum var… Bomboş su çəni var… Axıb yayılan heyvani selik var… Günəş var… Və
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
433
hardasa – harda olduğunu özü də bilmədiyi, – əlbəttə ki, atmosfer təzyiqinin aşağı olduğu ərazi
də var. Görəsən, bu cəmin məchul çoxluq tənliyinə hansı tərəfdən yanaşmalı?
Qadın qalxıb, yavaşca qapıya tərəf getdi.
– Hara gedirsən?
Qadın təki başından eləsin deyə, onun baş açmadığı nəsə bir söz mızıldandı. Elə o an da taxta
divarın arxasından qadının sakitcə işədiyi eşidildi. Və birdən hər şey ona dəhşətli dərəcədə
mənasız göründü.
19________________________________________
Çox düz fikirdir: zaman birdən-birə at kimi dördnala çapmağa başlamır. Lakin əl arabasından da
asta getmir. Yavaş-yavaş
səhərin istisi özünün ən yüksək nöqtəsinə çatdı; gözlərini, beynini qaynamaq həddinə çatdırdı,
içalatını əritdi, ciyərlərini yandırdı.
Gecənin rütubətini canına çəkən qum onu atmosferə buxar şəklində atır… İşığın sınması
sayəsində o, yaş asfalt kimi parıldayır… Lakin əslində isə bu, mübaliğəsiz demək olar ki, tavada
qızardılan unun səkkizdə biri qədərdir.
Budur, ilk qum uçqunu… Bir günün də onsuz başlamadığı adət etdikləri səs, lakin kişi özündən
asılı olmadan qadınla baxışdı. Qumu cəmi bircə gün kürəməyiblər – nəticəsi necə olacaq?.. Elə
bir ciddi şey yoxdur, - deyə fikirləşsə də, hər halda narahat idi. Qadın gözlərini aşağı dikərək
susurdu. Bütün görkəmi ilə – özün nə qədər istəyirsən, narahat ol – deyirdi. Əgər belədirsə, hər
şey cəhənnəm olsun, onu heç sorğu-suala tutmayacaq da. Nazik ip qədər ensizləşən qum şırnağı
yenidən enlənib obiyə(1) çevrildi və bu, bir neçə dəfə beləcə təkrarlanıb, nəhayət tükəndi. Nə isə,
qorxulu heç nə yoxdur. O, rahat nəfəs aldı.
Qəflətən yanağı yanmağa və damar kimi vurmağa başladı. Buna qədər xatırlamaq belə
istəmədiyi ucuz araq, birdən-birə zülmətdə işıq kimi onu özünə çəkdı. Nə olursa olsun, boğazını
yaşlamaq pis olmazdı. Yoxsa bədənindəki qan da buxarlanacaq. Bununla da gələcək əzablarının
toxumlarını səpdiyini, sonra peşman olacağını çox gözəl başa düşürdü, lakin daha arzusunun
əleyhinə gedə bilmirdi. Tıxacı çıxarıb, şüşəni ağzına yaxınlaşdırdı və birbaşa ordan da içməyə
başladı. Dili isə hələ də sadiq gözətçi iti olmaqda davam edirdi – o, gözlənilməz təcavüzdən
qorxub çırpınmağa başladı. Ağzı doldu, çeçədi. Artıq oksigen qəbul
––––––––-
1 Obi – qadın kəməri, eni 30 – 40 santimetr olan parça
––––––––-
edən adam kimi. Kişi üçüncü qurtumu vurmaq istəyindən özünü saxlaya bilmədi. Nəsə dəhşətli
bir şeyin sağlığına içir…
Qadına da təklif etməli oldu. Lakin o, əlbəttə ki, qəti imtina etdi. Və elə görkəmdə imtina etdi ki,
sanki ona içmək üçün zəhər təklif edirdilər. Ən çox qorxduğu iş baş verdi: mədəsinə düşən
alkoqol o dəqiqə də pinq – ponq topu kimi tullanıb, başına vurdu və arı kimi qulaqlarında
vızıldadı. Dərisi donuz dərisi kimi codlaşır. Qanı çürüyür!.. Qanı buxarlanır!
– Nəsə etmək lazımdır! Yəqin, sənin üçün də yaxşı deyil. İndi ki, əl – ayağını açmışam, qalx bir
şey elə də!..
– Yaxşı… Amma əgər mən kimdənsə kənddən su gətirməsini xahiş etməsəm…
– Məgər bunu etmək mümkün deyil?!
– Ancaq işə başlasaq, onda…
– Mən zarafat etmirəm!.. De görüm… məgər kimsə belə ixtiyar shibidir?
Qadın başını aşağı salıb, dodaqlarını bir – birinə kip sıxdı. İndi durub nə edəsən? Qapının lap
yuxarısından görünən bir parça səma, masmavidən dəniz ilbizinin içalatı kimi parlaq ağımtıl
rəngə çevrildi. Tutaq ki, borc – insanın pasportudur, amma nəyə görə o, pasporta icazəni bu
tiplər qoymalıdır!.. İnsan həyatı – ora - bura atılmış kağız parçaları deyil… Həyat – bağlı, cidd-
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
434
cəhdlə bir - birinə tikilmiş gündəlikdir… Bir nüsxə üçün təkcə birinci səhifəsi kifayətdir… Öz
borcunu davamı olmayan səhifələrdə yerinə yetirməyə çalışmaq lazım deyil… Əgər hər dəfə
acından ölənləri xilas etməklə məşğul olsan, başqa işlərin heç birinə vaxt qalmayacaq… Lənət
şeytana, necə də içmək istəyirəm!.. Hələ nə qədər adam susuzluqdan ölür, - əgər bütün bu vəfat
etmişləri dəfn etmək istəsəydi, onda nə qədər meyit olsaydı, yenə az olardı.
Yeni uçqun başlandı.
Qadın qalxıb, divara söykənmiş süpürgəni götürdü.
– Çaşıb işləyərsən, a-a! Deyəsən, söz vermişdin axı?
– Yox, yorğanın üstündən…
– Yorğanın üstündən?
– Əgər siz heç olmasa, bir qədər yatmasanız…
– Yatmaq istəsəm, özüm edəcəm!
Gözlənilməz zərbə evi titrətdi, sanki yer tərpəndi. Bir anlığa tüstüsü boğanaq yaradan tavandan
üstünə tökülən qum gözlərini örtdü. Nəhayət, bu da qumu kürəmədiklərinin nəticəsi. Axarı
olmadığı üçün qum aşağı hücum edib. Evin tir və dirəkləri təkana sinə gərib bütün oynaqlarıyla
yazıq-yazıq inildədi. Lakin gözünü diqqətlə qapının üst tirinə zilləyən qadın elə bir narahatlıq
ifadə etmədi. Yəqin, basqını hələlik ancaq evin özülü hiss etmişdi.
– Alçaqlar, vicdansızlar… Nə qədər olar?.. Görünür, heç nə veclərinə deyil…
Ürəyi gör necə çırpınır… Ürkmüş dovşan kimi qaçmaqdan özünü güclə saxlayır… Yuvasında
oturmaqdan bezib, özünü hara gəldi – ağıza, qulağa, bağırsaqlara soxmağa hazırdır. Tüpürcəyi
daha da qatılaşdı. Lakin boğazı çox qurumamışdı. Yəqin araq içib, yüngülcə məst olduğu
səbəbindən. Alkaqolun havası çəkilib gedəndən sonra boğazı od tutub yanacaqdı. Və bu od onu
külə döndərəcəkdi.
– Belə bir iş tutublar… və sevinirlər… Çünki ağılları toyuq ağlıdır… Əgər mən burda ölsəm,
bunlar durub, nə edəcəklər?!
Qadın nəsə demək üçün başını qaldırdı, lakin yenə susdu. Yəqin fikirləşdi ki, cavab vermək
mənasızdır. Qadının susqunluğu ona dəlalət edirdi ki, danışmaq faydasızdır və cavab ancaq
xoşagəlməz ola bilər. Yaxşı… əgər sonu ancaq birdirsə, nə üçün mümkün olan hər şeydən
istifadə etməsin.
Kişi şüşədən bir qurtum da alıb, bir qədər gümrahlaşdı və bayıra atıldı. Gözünə ərimiş qurğuşun
şırnağı dəydi və o, səntirlədi. Ayaqlarının qoyduğu izdə o dəqiqə qum burulğanı hərlənməyə
başladı. Bax orda, gecə qadının üstünə atılıb, əl - qolunu sarımışdı… Elə oralarda hardasa qum
belin üstünü örtüb. Uçqun elə bil bir az səngidi, lakin uçurumun dənizə baxan tərəfindən hələ də
fasiləsiz tökülürdü. Hərdənbir, yəqin ki, küləyin təsirindən qum seli divardan ayrılıb, parça kimi
havada yellənirdi. O, yeni uçqun törətməkdən ehtiyatlanaraq, çəkməsinin burnuyla qumu
eşələməyə başladı.
Uçqun bir az əvvəl baş vermişdi, deməli, bir qədər dərində axtarmaq lazımdır, lakin ayağı heç
yerdə müqavimətə rast gəlmədi. Günün düz düşən şüaları dözülməz şəkildə yandırırdı. Nöqtə
kimi yığılan göz bəbəkləri… Meduza kimi əsən mədə… Alnını qırışdıran kəskin ağrı… Bir
damcı da olsa tər itirmək olmaz… Bu son həddir. Yaxşı, bəs axı mənim belim hardadır?.. Dəqiq
yadımdadır, mən onu silah kimi işlətmək məqsədilə əlimdə tutmuşdum… Hə, demək hardasa
buralarda onun üstünü qum örtüb. O, dərənin dibinə göz gəzdirməyə başladı və elə o an bir
tərəfdə qumun bel formasında ucaldığını gördü. Kişi elə hazırlaşırdı ki, tüpürsün, o saat özünü
saxladı. Heç olmasa bir damcı da olsa, özündə rütubət saxlayan nə varsa, orqanizmdə saxlamağa
çalışmaq lazımdır. Dişləri və dodaqları arasında qumu tüpürcəkdən ayırmağa çalışırdı və təkcə
dişlərinə yapışan qumu barmağıyla təmizlədi.
Qadın otağın küncündə üzünü divara çevirib, öz kimanosu ilə əlləşirdi. Bəlkə belinin ipini
boşaldıb, paltarının içinə dolmuş qumu çırpır? Kişi belin dəstəyinin ortasından yapışıb,
çiyinlərinə qədər qaldırdı. Və elə iti ucuyla qapının yanında bayır divara nişan almışdı ki…
Arxadan qadının qışqırığı eşidildi. O, bütün ağırlığını belin üstünə salaraq, zərbə vurdu. Bel taxta
divarı asanca yarıb, o yana çıxdı. Divarın müqaviməti çiy vaflinin göstərə biləcəyi
müqavimətdən heç də çox olmadı. Bayırdan qumla yuyulan divar təptəzə görünür, əslində isə
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
435
artıq az qala tamam çürüyüb.
– Siz nə edirsiniz?
– Onu hissələrə parçalayacam və nərdivan düzəltmək üçün materialım olacaq.
Başqa yer seçib, bir də yoxladı. O da elə. Görünür qadın, qum taxtanı çürüdür deyəndə, haqlı idi.
Əgər hətta günəşə baxan tərəfdəki bu divar çürüyürsə, onda başqalarının nə vəziyyətdə olduğunu
təsəvvür etmək çətin deyil. Bu uçuq daxma indiyədək necə dayanıb?.. Bir tərəfini sanki iflic
vurubmuş kimi yanpörtü əyilmiş… Ola bilsin; son vaxtlar – evlər yalnız kağız və plastikdən
tikməyə başlandıqdan sonra, necə dayandığı heç kəsə məlum olmayan konstruksiyalar meydana
gəlib…
– İndi nə etmək olar, taxtalar yaramırsa, eninə qoyulmuş tirləri yoxlayarıq.
– Olmaz! Bəsdirin, xahiş edirəm!
– Nə olsun ki, onsuz da qum onu bu gün sabah əzəcək. Qadına fikir vermədən, tirə zərbə vurmaq
üçün qolaylandı, lakin o, qışqıraraq irəli atıldı və kişinin qollarından sallandı. Kişi dirsəyini onun
əlindən alıb, qadını özündən aralamaq üçün çevrildi. Lakin görünür düz hesablamamışdı, qadını
yıxmaq əvəzinə özü yıxıldı. O dəqiqə qalxıb təzədən qadının üstünə atıldı, lakin qadın belin
dəstəyindən dəmir kimi yapışmışdı. Nə baş verir… Qadının onu almağa gücü çatmamalıdı axı…
Onlar bir neçə dəfə torpaq döşəmə ilə o baş, bu başa diyirləndilər və qadını artıq ram edib,
döşəməyə sıxdığını düşündüyü o qısa zaman kəsiyində, qadın beli qalxan kimi tutub, onu asanca
üstündən yerə atdı. İndi sən nə edəcəksən!.. Yəqin araq içmişəm, ona görədi… Və artıq rəqibinin
qadın olduğunu nəzərə almadan, qatlanmış dizi ilə onun qarnına var gücü ilə zərbə vurdu.
Qadın qışqırıb, o dəqiqə yumşaldı. Bir an da itirmədən, qadının üstünə atıldı və ağırlığıyla onu
sıxmağa başladı. Qadının sinəsi çılpaqlaşdı və kişinin əlləri qadının tərləmiş çılpaq bədəni boyu
sürüşməyə başladı.
Qəflətən ikisi də, kinoda kinoproyektor xarab olanda kadrlar nejə donursa, eləjə yerindəjə
quruyub qaldılar. Bir dəqiqə də belə davam etsəydi, bel uğrunda mübarizə nəsə tamam ayrı bir
işə çevriləjəkdi. Lakin elə bu an qadın xırıltılı səslə dedi:
– Şəhərli qadınlarınsa hamısı qəşəngdirlər, düz deyirəm?
– Şəhərli qadınlar? – O, pərt oldu. Və əl – ayağı soyudu… Elə bil təhlükə sovuşmuşdu… O,
təsəvvür belə etmirdi ki, burda – qumluqlarda da melodram mövjud ola bilər. Lakin görünür
həyatda elə bir qadın yoxdur ki, hətta ayaqlarını aralayanda da, hər hansı bir sevgi majərası
yaşanarsa, kişinin onu layiqinjə qiymətləndirəjəyinə əmin olmasın. Elə bu təsirli və sadəlövh
illüziya da qadını birtərəfli mənəvi zorakılığın qurbanı edir… Qadının sadəlövhlüyü kişini onun
düşməninə çevirir.
20____________________________________________
Sanki nişastalanmış sərt sifət, qasırğa sürətilə çıxan nəfəs, qatı şəkər dadlı tüpürcək. Dəhşətli
enerci itkisi. Bədənindən bir stəkandan az olmayacaq qədər rütubət çıxdı. Qadın başını aşağı
salıb, yavaşca ayağa qalxdı. Onun qum səpilmiş sifəti kişinin gözləri bərabərində idi.
Gözlənilmədən qadın burnunu silib, əlini qumla təmizlədi. Sonra isə əyildi və şalvarı aşağı
sürüşdü.
Kişi əsəbiliklə gözünü kənara çəkdi. Hərçənd «əsəbiliklə» demək bir o qədər düz olmazdı.
Dilində nəsə qəribə bir duyğu qaldı, amma yanğı yox – başqa bir hiss…
O, qarışıq şəkildə də olsa, iki cür cinsi istəyin mövcud olduğunu hiss edirdi. Məsələn,
«Mebiusun Lenti» tip adamlar qızları «bişirərkən» adətən qida və zövqlər haqqında mühazirələr
oxumaqla başlayırlar. Onlar belə bir mühakimə yürüdürlər ki, məsələn, ac adamı götürsək, onun
üçün ümumiyyətlə qida mövcuddur və hər şeyin bircə dadı var – istər Kobedən gətirilmiş mal əti
olsun, ya da Xirosima ilbizi… Lakin yeyib doyan kimi, qidaların müxtəlif dadlara malik
olduğunu ayırmağa başlayırlar… Bütün bu deyilənləri cinsi istəyə də aid etmək olar: əvvəlcə
ümumiyyətlə cinsi istək olur və ancaq bundan sonra ayrıca bir şəxsə ünvanlanmış ccinsi istək
meydana çıxır…Seksin özünə də ümumi bir şey kimi baxmaq düzgün olmazdı. Hər şey məkan
və zamandan asılıdır: hərdən vitaminlərə ehtiyac olur, bir başqa halda isə, angvillə düyüyə. Bu,
|