Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə75/115
tarix25.04.2017
ölçüsü7,78 Mb.
#15742
1   ...   71   72   73   74   75   76   77   78   ...   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

415 


Bir müddət bütünlüklə işinə aludə olaraq dayanmadan qazdı. Qum axı çox yumşaqdır və iş çox 

qabağa gedirdi. Belin qumu gəmirən hər zərbəsi, onun hər dəfə köks ötürməsi vaxtı sayırdı. 

Lakin tezliklə qolları yorulduğunu daha tez - tez xatırlatmağa başladı. Ona elə gəlirdi ki, çoxdan 

qazır, amma nəticə nədənsə özünü göstərmirdi. Yalnız qazdığı yerin düz üstündə çox da iri 

olmayan yaprıxmış qum tikələri uçurdu. Bütün bunlar onun beynində cızdığı çox sadə həndəsi 

sxemlərdən köklü fərqlənirdi. 

Həyəcanlanmaq hələ tez idi, dincəlməyə və dərənin modelini düzəldib, hesablamalarını 

yoxlamağa qərar verdi. Xoşbəxtlikdən, material nə qədər istəsəndir. O, evin üstündəki çıxıntının 

altında, kölgədə yer seçdi və əlli santimetr dərinliyində çala qazmağa başladı. Lakin nədənsə, 

dərənin divarlarını lazımi bucaq altında düzəltmək olmurdu. Ən çox – qırx beş dərəcə… 

yuxarıya qalxdıqca enlənən həvəngdəstə kimi. 

O, dərənin dibini qazmağa cəhd edəndə divarlarından qum səpələnməyə başlayırdı, lakin yamacı 

dəyişməz qalırdı. Elə bil, qumun dəyişməz bucağı mövcud idi. Görünür qum dənəciklərinin 

çəkisi ilə müqaviməti proporsionaldır. Və əgər belədirsə, deməli, aşmaq istədiyi bu divar da 

həmin maililik dərəcəsinə malikdir. 

Yox, ola bilməz… Bu ancaq göz yanlışı ola bilər, amma yox, belə olmur axı… Aşağıdan hansı 

yamaca baxırsansa bax, o, həqiqətdə olduğundan sıldırımlı görünür. 

Bəlkə, bütün bunları kəmiyyət məsələsi kimi araşdırmaq lazımdır?.. Əgər kəmiyyət fərqi varsa, 

təbiidir ki, təzyiq fərqi də var. Əgər təzyiq fərqi varsa, onda çəki və müqavimətin proporsiyasının 

dəyişilməsi də qaçılmazdır. Mümkündür ki, burada qumun quruluşu da əhəmiyyət kəsb edir. 

Məsələn, götürək elə qırmızı gilin özünü. Təbii halda olan qırmızı gil və hasilatdan sonrakı 

qırmızı gil təzyiqə müxtəlif müqavimət həcminə malikdirlər. Üstəlik nəmliyi də nəzərə almaq 

lazımdır… Beləliklə, bu model tamamilə başqa qanunlara tabe ola bilər, nəinki təbii dərənin özü. 

Lakin buna baxmayaraq, təcrübə səmərəsiz ötüşmədi. O, anladı ki, divar yamacının bucağı qeyri-

adi sabitdir, - təkcə bu bilginin özü nəyə desən dəyərdi. Və ümumiyyətlə, qeyri – adi sabitliyi adi 

sabitliyə çevirmək çox da çətin məsələ deyil. 

Həddən artıq doymuş məhlulu bir balaca çalxalamaq kifayətdir ki, kristallar yığılsın və o,adi 

doymuş məhlula çevrilsin. 

Birdən kiminsə yanında dayandığını hiss edib, arxaya döndü. Qadın qapının yanında dayanmışdı 

və diqqətlə ona baxırdı. O, qadının nə vaxt çölə çıxdığını eşitməmişdi belə. Cinayət başında 

tutulubmuş kimi, özünü itirib, çaşqın-çaşqın baxa-baxa geri çəkildi. Məhz elə bu an da o, arxa 

tərəfdə, qum yarğanının şərq tərəfdəki kənarında üç nəfərin aşağı baxan başını gördü. Onlar 

kənarı sifətlərinin aşağı hissəsini örtən yaylıqlara bürünmüşdülər və buna görə də dünənki 

qocalar olub-olmadıqlarına əmin deyildi. Deyəsən, elə onlar idi. Kişi bir anlığa çaşdı, lakin elə o 

an da özünə gəlib, baxanlara əhəmiyyət vermədən işinə davam etməyə qərar verdi. Ona göz 

qoymaları hətta bir qızışdırdı da. 

Tər burnunun ucundan damır, gözlərinə axırdı. Tərini silməyə də vaxtı yox idi və o, gözüyumulu 

qazmağa davam edirdi. Bir an da olsa, qollarına dinclik verməməlidir. Onlar onun necə cəld 

işlədiyini görüb, nə qədər küt, alçaq olduqlarını başa düşəcəklər. 

Saatına baxdı. Şüşəsindəki qumu şalvarına sildi. Hələ cəmi üçə on dəqiqə işləmişdi. Bir qədər 

əvvəl, axırıncı dəfə saatına baxanda olduğu kimi, hələ də üçə on dəqiqə işləmişdi. Onun öz 

cəldliyinə olan inamı o dəqiqə itdi. Əgər ilbizin gözü ilə baxsaq, yəqin ki, günəş beysbol topu 

sürətilə hərəkət edir. O, beli qapıb, yenidən qum divarın üstünə döşəndi.  

Qəfildən qum uçqunu qopub, aşağı yönəldi. Küt səs eşidildi, elə bil yerə rezin düşdü və nəsə ağır 

bir şey sinəsinə endi. Nə baş verdiyini anlamaq üçün başını qaldırıb, yuxarı baxdı, lakin heç cür 

yuxarının harda olduğunu müəyyənləşdirə bilmədi. O, ikiqat olub öz qusuntusunda uzanmış, 

ətrafa isə nəsə başqa cür - sönük, süd kimi rəng yayılmışdı. 

 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

416 


Ġkinci hissə 

 

11_____________________________________ 



 

Dzyab, dzyab, dzyab, dzyab. 

Bu nə cingiltidir? 

Zınqırov cingiltisi. 

Dzyab, dzyab, dzyab, dzyab. 

Bu nə səsdir? 

İblisin səsi. 

 

Qadın xəfif səslə nəsə zümzümə edirdi. O, su bakının dibindəki çöküntünü yığa-yığa, 



yorulmadan eyni ibarəni təkrar edirdi. 

Nəğmə kəsildi. Sonra isə qadının düyünü necə əzməsi eşidildi. Kişi yüngülcə ah çəkir, yerində 

qurcalanır və hövsələsizliklə gərilib, gözləyir… indi yəqin onun bədənini silmək üçün qadın bir 

ləyən su ilə içəri girəcək. Qum və tərdən dərisi elə qıcıqlanıb ki, indilərdə iltihablanacaq. Təkcə 

soyuq nəm əski haqda fikirdən artıq bütün bədəni sıxılır. 

Qum onu əzəndən və huşunu itirəndən bəri yataqdadır. İlk iki gün onu bərk – demək olar ki, otuz 

doqquza yaxın qızdırma və qarşısıalınmaz ögümə üzdü. Sonra temperaturu düşdü, iştahası 

qayıtmağa başladı. Görünür, o, qum uçqununun vurduğu zərbədən çox, yandırıcı gün şüalarının 

altında adət etmədiyi uzunmüddətli işdən xəstələnib. Nə isə, ciddi bir şey yoxdur. 

Ola bilsin elə bu səbəbdən də çox tez sağalırdı. Xəstəliyinin dördüncü günü ayaqlarındakı, 

belindəki ağrılar demək olar ki, keçdi. Beşinci gün isə, bir qədər zəifliyini nəzərə almasaq, 

xəstəliyinin heç bir əlamətini hiss etmədi. Lakin yataqdan qalxmır, özünü ağır xəstə kimi 

göstərməkdə davam edirdi. Əlbəttə, bunun üçün səbəb vardı. O, qaçmaq haqda fikirlərdən heç də 

əl çəkməmişdi. 

- Siz artıq oyanmısınız? 

Qadının səsi ürkək çıxdı. O, altdan-altdan qadının şalvardan bilinən dizlərinin yumrularına baxdı 

və anlaşılmaz iniltiylə cavab verdi. Qadın aramla dəsmalı əzik mis ləyənin üstündə sıxıb, 

soruşdu: 

- Özünüzü necə hiss edirsiniz? 

- Belə də… 

- Kürəyinizi sürtüm?.. 

O, itaətkarlıqla özünü qadının əllərinə təslim etdi, təkcə xəstə olduğuna görə yox, həm də ona 

görə ki, bu, ona xoş gəlirdi. Qızdırma xəstəliyinə tutulmuş bir oğlan haqqında oxuduğu şer 

yadına düşdü. Şerdəki oğlan yuxusunda onu sərin gümüşü kağıza bükdüklərini görmüşdü. Tər və 

qum qatı altında boğulan dəri yavaş-yavaş soyuyur, nəfəs almağa başlayırdı. Qadın bədəninin 

ətri dirilmiş dərisindən daxilinə keçir, onu yüngülcə həyəcanlandırırdı. 

Amma nə olursa olsun, o, qadını heç cür bağışlaya bilmirdi. O – bir şeydir, bu – başqa şey, ayrı-

ayrı şeylərdir və onları qarışdırmağa dəyməz. Üç günlük məzuniyyət çoxdan bitib. İndi 

tələsməyə dəyməz. Onun qum divarının altını qazıb, maili etmək haqda ilk planı nəinki pozuldu

həm də kifayət qədər yaxşı hazırlanmamışdı. Əgər qabaqcadan nəzərdə tutulmayan hadisələr 

mane olmasaydı – elə götürək gün vurmasını, - hər şey yaxşı alınardı. Düzdü, qum qazmağın 

onun gözlədiyindən qat - qat çətin bir iş olduğu üzə çıxdı, sən demə bu, cəhənnəm əzabıymış və 

indi hər şey onun özü üçün daha məqbul bir üsul tapıb, tapmayacağından asılıdır. Elə bu an da 

onun ağlına özünü yalandan xəstəliyə vurmaq gəldi. 

Özünə gəlib, hələ də orda – qadının evində uzandığını görəndə dəhşətli dərəcədə hirsləndi. 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

417 


Kənddən olan bu tiplər heç bu işdə iştirak etmək belə istəmirlər. Bu, ona gün kimi aydın oldu və 

o dəqiqə həll yolu tapdı. Onun xəstəliyinin qorxulu olmadığını başa düşüb, həkim 

çağırmamışdılar. İndi isə, o, bundan istifadə edib, üstəlik onları tövbə etməyə məcbur edəcək. 

Gecə, qadın işləyəndə o, yatacaq. Əvəzində, gündüz, yəni qadın istirahət edəndə, ona mane 

olacaq, dözülməz ağrılardan şikayətlənib, onu yatmağa qoymayacaq. 

- Ağrıyır? 

- Əlbəttə, ağrıyır… Yəqin onurğa sütunum hardansa zədələnib… 

- Bəlkə ovxalayaq? 

- Qətiyyən! Məgər bunu mütəxəssis olmayan bir adama etibar etmək olar? Adam bir anda 

zədələnər. Axı onurğa beyni həyat kanalıdır. Birdən öldüm? Axı sizin hamınız üçün pis olacaq. 

Həkim çağırın, həkim! Ağrıdır… Dözmək olmur… Əgər tələsməsəz, gec olacaq! 

Qadın buna çox dözə bilməyəcək və gücdən düşəcək. Onun işgüzarlıq qabiliyyəti zəifləyəcək və 

ev uçmaq təhlükəsi qarşısında qalacaq. Bu isə, kəndin özü üçün də kiçik problem deyil. Öz 

axmaqlıqlarından, əlavə fəhlə qüvvəsi cəlb etmək əvəzinə, boyunlarına artıq yük götürüblər. Və 

əgər elə bu dəqiqə ondan can qurtarmasalar, sonra gec olacaq. 

Lakin bu plan da onun düşündüyündən fərqli olaraq, yağ kimi getmirdi. Burda gecə gündüzdən 

qat - qat gediş - gəlişlidir. Divarın o tərəfindən belin cınqıltısı… qadının ağır-ağır nəfəs alması… 

qum dolu səbətləri dartan kişilərin qışqırtı və nırçıltısı eşidilirdi… Üstəlik külək də uzaqdan yük 

maşınının səsini, itlərin hürüşməsini gətirir… Nə qədər istəsə də yata bilmirdi – əsəbləri həddən 

artıq gərilmişdi və gözlərinə yuxu girmirdi. 

Gecə pis yatdı və buna görə də gözünün acısını gündüz almalı oldu. Ən pisi də o idi ki, getdikcə 

daha çox səbirsiz olurdu: özünü inandırmağa çalışırdı ki, hətta bu plan da uğursuzluğa düçar 

olsa, nə yolla olursa olsun, qaçmaq üçün nə qədər istəsən üsul tapmaq olar. Həmin gündən artıq 

bir həftə keçmişdi. Axtarış üçün ərizə vermək vaxtı gəlib çatmışdı. Birinci üç gün onun qanuni 

məzuniyyəti idi. Sonrası isə – xəbərdarlıq etmədən yerində olmama. Hətta çox vaxt heç bir səbəb 

olmadan yoldaşlarının nə etdiyini qısqanclıqla izləyən iş yoldaşları çətin ki, bu faktın üstündən 

sükutla keçsinlər. Çox güman ki, bu günlərdə xeyirxahlardan biri onun evinə baş çəkib. Bürkülü, 

günortadan sonrakı gündən qızmış otaqda viranəlik hökm sürür – aydındır ki, yiyəsizlikdir. 

Qonaq çox güman ki, bu dəlikdən can qurtarmış xoşbəxtə instiktiv olaraq paxıllıq da edir. Səhəri 

gün isə – xoşagəlməz qaşqabaqla və ikimənalı cestlərlə müşaiyyət olunan təhqiredici qeybət, 

iyrənc pıçahapıç. Və kifayət qədər məntiqli olaraq… Qəlbinin dərinliklərində hələ onda hiss 

edirdi ki, bu qeyri-adi məzuniyyət iş yoldaşları arasında məhz belə münasibət doğuracaq. Və 

təəccüblü də deyil, axı müəllimlər paxıllıqla zəhərlənən özünəməxsus həyat tərzi keçirirlər… 

İlbəil onların gözü qarşısından çay suları kimi şagirdlər axır və uzaqlaşırlar, müəllimlər isə daşlar 

kimi bu axının dibində qalmağa məhkumdurlar. Onlar başqalarına arzular barədə danışa bilirlər, 

lakin özləri, hətta yuxuda belə heç nəyə ümid bəsləyə bilmirlər. Onlar özlərini dəyərsiz şey hesab 

edir və mazoxist yalqızlığa düçar olur, ya da purist olur, başqalarına şübhə ilə yanaşır, onları 

oricinallıq etməkdə günahlandırırlar. Onlar azadlıq üçün elə darıxıblar ki, azadlığa nifrət etməyə 

bilmirlər. 

… Bədbəxt hadisə, yəqin ki?.. Yox, bədbəxt hadisə olsaydı, onda çox güman ki, hər hansı bir 

yolla xəbər verərdilər… Bəlkə özünəqəsddir?.. Lakin bu barədə heç olmasa, polis bir şey 

bilərdi!.. Bu ağıldankəm oğlanı həddən artıq şişirtmək olmaz!.. Bəli, bəli o, öz istəyi ilə itkin 

düşüb və başqasının işinə burun soxmağa dəyməz… Lakin axı bir həftəyə yaxın vaxt keçib… Bu 

necə adamdır, mütləq gərək camaatı narahat edəydi, indi hardan biləsən, ağlına nə girib… 

Çətin ki, ondan ötrü narahatlıqları səmimi olsun. Sadəcə onların tükənməyən hər şeyi bilmək 

həvəsi vaxtında dərilməyən xurma kimi dəyib. Sonra isə hadisələr bu məcrada inkişaf edir. Baş 

müəllim axtarış üçün verilən ərizəni necə tərtib etməyi öyrənmək məqsədilə polisə müraciət edir. 

Riyakar sifətinin arxasında necə məmnun olduğu görünür… «Adı və soyadı: Niki Dzyümpey. 

Yaşı: 31. Boyu: 1 m 58 sm. Çəkisi: 54 kq. Saçları: seyrək, arxaya daranmış, briolindən istifadə 

etmir. Görmə qabiliyyəti: sağ – 0,8, sol – 1,0. Bir qədər çəpliyi var. Dərisi əsmər. Əlamətləri: 

sifəti uzunsov. Burnu balaca. Çənəsi dördbucaq, sol qulağının altında xal var, başqa xüsusi 

əlamətləri yoxdur. Qan qrupu: AB. Xırıltılı səslə danışır, bir qədər də kəkələyir. Diqqətlidir, 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

418 


inadcıl, lakin adamlarla münasibətdə sadədir. Paltarı: çox güman ki, əynində entomoloci işlərdə 

istifadə olunan paltar var. Yuxarıdakı - öndən çəkilmiş şəkli iki ay əvvəlindir». 

Əlbəttə, kənd camaatının belə qətiyyətlə bu mənasız avantüranı davam etdirməyindən görünürdü 

ki, onlar lazımi ehtiyat tədbirləri görüblər. Bir-iki kənd polisini barmağa dolamaq elə də çətin 

məsələ deyil. Onlar sözsüz ki, polislərin vacib bir iş olmasa kəndə ayaq basmamalarının 

qayğısına qalıblar. Lakin gözdən pərdə asmaq yalnız o, sağ-salamat və qumu qazmağa qadir 

olanadək məqsədəuyğun və vacibdir. Və artıq bir həftədir yataqda çabalayan ağır xəstəni risk 

edib gizlətmək axmaqlıqdır. Əgər onlar bu adamın lazımsız olduğu qərarına gəlsələr, ən ağıllısı – 

nə qədər ki, məsələ mürəkkəbləşməyib, tezliklə ondan can qurtarmaqdır. İndi həqiqətəoxşar bir 

versiya fikirləşib tapmağa hələ vaxt var. Məsələn. Belə demək olar ki, bu adam özü dərəyə 

yıxılıb və zərbənin gücündən onda nəsə qarabasmalar başlayıb. Sözsüz ki, bu izah daha tez qəbul 

ediləcək, nəinki guya bilə-bilə onu dərədə gizlətmələri haqda başdan-ayağa fantastik görünən 

iddıa. 

İnək böyürdü – elə bil boğazına mis boru qoymuşdular. Hardasa xoruz banladı. Qum dərədə nə 



məsafə var, nə də istiqamət. Ancaq orda, bayırda, - yol qırağında uşaqların sinif-sinif oynadığı, 

səhərlərin vaxtlı-vaxtında açıldığı adi, normal dünya var və bu səhərin rəngləri bişmiş düyü 

ətrinə qarışır. 

Qadın onun bədənini ciddi-cəhdlə silirdi, hətta deyərdim ki, həddən artıq cidi-cəhdlə. Sürtəndən 

sonra yaş əskini quruyanədək elə burub sıxırdı ki, o, taxta kimi bərkiyir və artıq qurumuş əskiylə 

elə sürtürdü ki, elə bil tərli şüşəni parıldadır. Oyanan səhərin səsləri və bu ritmik təkanlar onu 

yuxuya verirdi. 

- Hə, yeri gəlmişkən… - o, içindən elə bil kəlbətinlə çıxarılan əsnəməsini basdı. – Necə deyim… 

Artıq çoxdandır ki, qəzet oxumaq istəyirəm. Təşkil etmək olar? 

- Yaxşı, mən soruşaram, sonra. 

O saat başa düşdü: qadın öz səmimiyyətini göstərmək istəyir. Onun utancaq, ürkək səsində açıq-

aydın kişinin qəlbini sındırmamağa çalışdığı hiss olunurdu. Lakin bu, onu daha da əsəbiləşdirdi. 

Soruşaram?! Deməli, belə çıxır ki, mən icazəsiz qəzet də oxuya bilmərəm?.. Donquldanaraq, 

qadının əlini kənara itələdi. O, ləyəni içindəkilərlə birlikdə aşırmaq həvəsilə alışıb yanırdı. 

Lakin onun vəziyyətində çox da əsib - coşmaq lazım deyil – bu, bütün planları poza bilər. Axı 

ağır xəst bir adam çətin ki, vecsiz qəzet üstündə narahat olsun. O, əlbəttə ki, qəzetlərə baxmaq 

istəyirdi. Əgər peyzac yoxdursa, heç olmasa şəklə baxaq – axı rəssamlıq daha çox təbiəti kasıb 

olan yerlərdə tərəqqi edib, qəzetçilik isə ən çox insanlar arasında əlaqənin zəiflədiyi sənaye 

rayonlarında. Bu öz yerində, bəlkə birdən orda adam itməsi barədə elana rast gəldi. Hələ bəxti 

gətirsə, istisna deyil ki, sosial məsələlərə həsr edilmiş səhifənin küncündə onun itməsi barədə 

məqalə yerləşdiriləcək. Əlbəttə, çətin ki, bu kəndçilər belə məqalə çıxan qəzeti ona versinlər. 

Lakin indi ən əsası – səbirdir. 

Özünü yalandan xəstəliyə vurmaq elə də asan iş deyil. Bu, elə çıxıb qaçmağa hazır olan kip 

sıxılmış yayı əlində tutmaq kimi bir şeydir. Belə bir şeyə çox dözə bilməzsən. Lakin bununla 

barışmaq da olmaz. O, nəyin bahasına olursa olsun, bu tipləri burda qalmasının onlar üçün nə 

qədər məşəqqətli olduğunu özlərinin başa düşməsinə məcbur etmək istəyirdi. Bax elə bu gün, 

nəyin bahasına olursa olsun, qadına bir dəqiqəliyə də olsa, göz yummağa macal vermək olmaz! 

(Yatma… Yatmaq olmaz!) 

Kişi yerində qovrulub, yalandan inildədi. 

 

12___________________________________________ 



 

Qadının asdığı çətirin altında ağzı yana-yana dəniz yosunları əlavə edilmiş tərəvəz və düyüdən 

hazırlanmış qatı şorbanı içirdi. Qabın dibinə qum çökdü. 

Elə burdaca yaddaşı qırılır və hər şey nəsə sonsuz əzici bir qarabasmada əriyib yox olur. Yuxuda 

o, köhnə, çatlamış yemək çöplərinin üstündə oturub, qəribə, tanımadığı küçələrlə uçurdu. O, bu 

çöplərin üstündə skuterlə gedirmiş kimi az qala uçurdu və bu, pis də deyildi, lakin azacıq 

diqqətini yayındıran kimi, o dəqiqə nəsə onu yerə tərəf çəkirdi. Küçə yaxından küçə kərpic 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

419 


rənginə çalırdı, lakin uzaqlaşdıqca yaşıl dumanda əriyirdi. Bu rəng qammasında nəsə narahatlıq 

doğuran bir şey vardı. Nəhayət o, kazarmaya oxşar uzun taxta binanın yanına uçub gəldi. Ucuz 

sabun iyi gəlirdi. Belindən düşən şalvarını çəkə-çəkə pilləkənlərlə qalxdı və içərisində uzun bir 

masa olan boş otağa daxil oldu. Masanın ətrafında hansısa oyuna başı qarışmış on nəfər kişi və 

qadın oturmuşdu. Ortada, onunla üzbəüz əyləşən adam kart paylayırdı. Paylayandan sonra, 

birdən axırıncı kartı ona uzatdı və nəsə bərkdən qışqırdı. Kartı qeyri-iradi götürüb, onun kart 

yox, məktub olduğunu gördü. Əli ilə bu məktubun qəribə şəkildə yumşaq olduğunu hiss etdi və 

barmaqları ilə onu bir qədər sıxanda, ordan qan fışqırdı. O, qışqırıb oyandı. 

Nəsə çirkli bir örtük görməyə mane olurdu. Tərpəndi, quru kağızın xışıltısı eşidildi. Sifəti ikiyə 

açılmış qəzetlə örtülmüşdü. Lənət şeytana, yenə yuxulamışam!.. Qəzeti kənara atdı. Onun 

üstündən qum şırnağı axdı. Qumun çoxluğundan az vaxt keçmədiyi məlum idi. Divarın dəlmə – 

deşiyindən düşən gün şüalarının istiqaməti artıq günorta olduğuna işarə edirdi. Eybi yox, amma 

bu nə iydir? Təzə mətbəə rəngi iyi?.. Ola bilməz, deyə fikirləşdi və ayın tarixi yazılmış yerə 

baxdı. On altısı, çərşənbə… Bu ki, bu günkü qəzetdir! İnanmağı gəlmirdi, amma fakt faktlığında 

qalırdı. 

Kişi dibinəcən tərlə islanmış döşəyə dirsəkləri ilə dayaq verib, yerindən qalxdı. O dəqiqə də 

başında burulğan kimi cürbəcür fikirlər dolaşmağa başladı və o, hərdən yayınsa da, çox çətinliklə 

əldə edilmiş qəzetə göz gəzdirməyə başladı. 

«Yaponiya – amerikan birləşmiş komitəsinin gündəliyinə əlavələr edilmişdir…» 

… Görəsən bu qadına qəzeti əldə etmək necə müyəssər olub?.. Bəlkə bu tiplər onun qarşısında 

bəzi öhdəliklərinin olmasını anlayıblar?.. Bəli, amma indiyə qədər olan vəziyyətə görə, səhər 

yeməyi bitən kimi ətraf aləmlə hər hansı əlaqə də bitirdi. Şübhəsiz ikisindən biridir: Ya qadın 

ona məlum olmayan hansısa yolla ətraf aləmlə əlaqə qura bilir, ya da ki, özü buradan çıxıb və 

qəzet alıb. 

«Nəqliyyatdakı boşdayanmalara qarşı tutarlı ölçü!» 

Yaxşı… Tutaq ki, qadın burdan çıxıb… Bu, kəndir nərdivansız mümkün deyil. Bilmirəm bu ona 

necə müyəssər olub, amma bir şey tam aydındır – o, kəndir nərdivandan istifadə edib… Yaxşı, 

əgər bu belədirsə… - ağlı güllə kimi işləməyə başladı. Ancaq və ancaq qaçmaq haqqında 

düşünən əsir, - bu ayrı məsələ. Lakin, axı qadın bu kəndin sakinidir və o, bu dərədən istədiyi vaxt 

çıxmaq imkanının əlindən alınmasına dözə bilməz… nərdivanı götürlmələri, - məni burda 

saxlamaqdan ötrü müvəqqəti ehtiyyat tədbirindən başqa bir şey deyil… Deməli, onların 

sayıqlığını zəiflətmək üçün əlimdən gələni etsəm, əvvəl-axır belə bir imkan mənim üçün də düşə 

bilər. 

«Baş soğanında atom radiasiyasına qarşı müalicədə effektli ola biləcək maddə tapılmışdır». 



Görünür, özümü yalandan xəstəliyə vurmaq planım gözlənilməz hadisələrlə bir qədər pozulub. 

Hələ köhnə kişilər çox düz buyurublar: bəxtin yatıbsa, səbr eylə… Amma nədənsə ürəyi buna 

heç yatmırdı. Nəsə narahat idi. Bu qorxulu, bir qədər də narahat qəribə yuxunun təsirindən 

deyildi ki?.. Ona qorxulu – niyə qorxulu olduğunu özü də başa düşmürdü – məktub haqqında 

fikirlər rahatlıq vermirdi. Görəsən, bu yuxunun mənası nə imiş? 

Bu iş deyil ki, – adi bir yuxunu belə ürəyinə salasan. Nə olursa olsun, başladığı işi axıra 

satdırmalıdır. Qadın yavaşca fısıldayır, adəti üzrə əllərilə dizlərini qucaqlayıb, başdan ayağa təzə 

yuduğu kimanoya bürünərək, yumağa dönüb, ocağın yanında, döşəmədə yatmışdı. O gündən 

etibarən bir dəfə də olsun, qadın onun gözünə çılpaq dəyməmişdi, lakin kimanonun altından çox 

güman ki, heç nə geyinməmişdi. 

Kişi cəld sosial məsələlərə həsr edilmiş səhifəyə, daxili həyata aid sütuna göz gəzdirdi. O, əlbəttə 

ki, nə özünün itməsi barədə yazıya, nə də bir adamın itkin düşməsi haqda elana rast gəlmədi. 

Belə də gözləyirdi və buna görə çox da pərişan olmadı. Astaca qalxıb, torpaq döşəmənin üstünə 

düşdü. Əynində süni ipəkdən tikilmiş ətəyi uzun alt paltarından başqa heç nə yox idi. Belə 

hamısından yaxşıydı. Qum, rezin qaytanın bədəni sıxdığı yerdə yığılır və elə məhz burda qızartı, 

qaşınma əmələ gəlirdi. Qapının ağzında dayanıb, yuxarı – qum divara baxır. Gün işığı gözünü 

qamaşdırdı və ətrafda hər şey sanki sarı alova büründü. Heç kəs yox idi. Əlbəttə ki, nərdivan da. 

Təəccüblü heç nə yoxdur. Sadəcə əmin olmaq üçün baxırdı. Nərdivanı bura salladıqlarını 



Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin