“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
399
- Həşərat axtarmağa gedəcəm..
- Axı siz axırıncı avtobusa gecikdiniz.
- Burda gecələməyə bir yer tapa bilmərəmmi?
- Gecələmək? Bu kənddə? – qoca səksəndi.
- Əgər burda olmasa, qonşu kəndə gedərəm.
- Gedərsiz?..
- Ümumiyyətlə, mən heç hara elə də tələsmirəm…
- Yox, yox, niyə özünüzü əziyyətə salırsız… - Qoca birdən – birə lütfükar oldu və söhbətcil
adamlar kimi davam etdi: - Özünüz görürsünüz, kasıb kənddir, bir dənə də münasib ev yoxdur,
amma etiraz etmirsizsə, sizə kömək edərəm, kiməsə ağız açaram.
Pisniyyətə oxşamırdı. Görünür, onlar nədənsə ehtiyat edirlər, - ola bilsin prefekturadan yoxlama
üçün göndərilən məmur gözləyirlər. İndi, onların qorxu – hürküsü çəkilib gedəndən sonra, yenə
əvvəlkitək sadə, üzügülər balıqçıldardı.
- Hədsiz minnətdar olaram… Əlbəttə, sizə də xəcalətli qalmaram. Ümumiyyətlə, mən belə kənd
evlərində gecələməyi xoşlayıram.
4 ________________________________
Gün əyildi, külək bir az sakitləşdi. Kişi, qumda küləyin çəkdiyi naxışlar gözlə seçilənədək
təpənin üstündə ora – bura gəzdi.
Sözün düzü, ov çox da uğurlu alınmadı.
Sisəy və düzqanadlılar dəstəsindən olan ağbığ qulağagirən.
Atlı qarışqalar və bir dənə də başqa həşərat,- o, atlı qarışqaların bir növü olan bu həşəratın adını
dəqiq bilmirdi.
Axtardığı sərtqanadlılardan isə təkcə taxılbitləri və uzunayaqlı «məktubpaylayan».
Əslinə baxanda səfərinin əsas məqsədi olan milçəklər ailəsindən isə bir dənə də olsun nümunə
ələ keçməmişdi. Ola bilsin, sabahkı qənimətlər ürəkaçan oldu…
Yorğunluqdan gözlərinin qabağında sönük işıq zolağı uçuşurdu. Birdən qeyri – iradi dayandı və
artıq tündləşən qum təpəsinin səthinə diqqətlə baxmağa başladı. Artıq ondan asılı deyildi:
hərəkət edən nə görürdüsə, qabarböcəyi bilirdi.
Qoca söz verdiyi kimi, onu artel idarəsinin qarşısında gözləyirdi.
- Sizə əziyyət verdim…
- Yox canım, təki sizin xoşunuza gəlsin…
Görünür, idarədə nə barədəsə müzakirə gedirdi. Dörd və ya beş kişi dövrə vurub oturmuşdu,
gülüş səsləri eşidilirdi. Artırmanın üzərinə üstünə «Vətənə sevgi hissinə sadiq ol» sözləri
yazılmış böyük bir parça asılmışdı. Qoca nəsə donquldandı – gülüş o dəqiqə kəsildi. Elə bil bir
qədər həvəssiz irəli addımladı, kişi də onun arxasınca. Balıqqulağı ilə örtülmüş yol qürübda
ağappaq ağarırdı.
Nəhayət, qum təpəsinin lap dikində yerləşən çuxurlardan birinə yaxınlaşdılar. Kənd burda
qurtarırdı.
Onlar sağa, dikdən aşağı aparan cığıra tərəf döndülər, bir qədər keçmiş qoca qaranlıqda itdi, əlini
əlinə vurub, bərkdən çağırdı:
- Ay nənə, hardasan?
Aşağıda, az qala ayaqlarının altındakı qaranlıqda fənər işığı göründü.
- Burda, burda… Nərdivan çuvalların yanındadır.
Doğrudan da, bu dərədən pilləkənsiz çıxa bilməzsən. Aşağıdakı bu ev kimi daha üç evi bir-
birinin üstünə qoymaq olar; hətta nərdivanla da ora çıxmaq müşküldür. Yamac demək olar ki,
şaqulidir, amma gündüz, dəqiq yadındadır, ona elə gəlmişdi ki, mailidir. Nərdivana güman yox,
özü də ki, cürbəcür kəndirlərlə bağlanıb və əgər müvazinətini itirsən, hardasa ortadan dolaşacaq.
Lap təbii qalada yaşamağa oxşayır.
- Heç nədən narahat olmayın, dincəlin…
Qoca aşağı düşmədi, bir az dayanıb getdi.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
400
Kişi başdan – ayağa qum içində idi və bir anlıq uşaqlığına qayıtdığını düşündü. Onu fənərlə
qarşılayan qadını nənə deyə çağırırdılar və o, bu qadını qoca arvad bilmişdi, sən demə, xoşsifət,
çox cavan, otuz yaşlarında, bəstəboy bir qadın imiş. Görünür o, sifətini pudralamışdı! – dəniz
kənarında yaşayan qadın üçün sifəti həddən artıq ağ idi. Qısası, onu gülər üzlə, süni olmayan
sevinclə qarşıladığı üçün o, qadına minnətdar idi.
Açığı, qonaqpərvərliklə qarşılanmasaydı, bu daxmanın kandarından içəri girməyə özünü məcbur
edə bilməzdi. Yəqin ki, ələ salındığını fikirləşib, o dəqiqə burdan qaçardı. Divarlar qopub
tökülmüşdü; qapı əvəzinə həsir sallanırdı; damı saxlayan dirəklər əyilmişdi; pəncərələrə taxta
vurulmuşdu; döşəməyə sərilmiş saman döşəklər dağılmağa hazır vəziyyətdəydi və üstünə ayaq
basanda yaş məsaməli rezin hopduran kimi fırçıldayırdı. Və bütün bunlardan əlavə – iyrənc,
yetişmiş qumun çürümüş iyi.
Lakin axı hər şey ovqatdan asılıdır. O, qadının qonaqpərvərliyi qarşısında mat qalmışdı. Eybi
yox, deyə özünü sakitləşdirirdi, belə şeylər ildə, ayda bir dəfə olur. Bəlkə bəxtim gətirdi, maraqlı
bir həşərata rast gəldim. Hər halda belə yerlərdə həşəratlar at oynadır.
Zənni onu aldatmamışdı. Düz torpaq döşəmədə qazılmış ocağın kənarında, təklif edilən yerdə
oturmağa macal tapmamış, yağış yağırmış kimi xışıltı eşidildi. Bu, birə yığını idi. Amma onu
belə şeylərlə qorxutmaq olmaz. Entomoloq belə gözlənilməzliklərə həmişə hazırdır. Sadəcə,
paltarının astarına xüsusi dərman səpmək, yuxudan qabaqsa bədənin açıq yerlərinə həşərat
əleyhinə maz çəkmək lazımdır.
- Mən yemək hazırlayıram, ona görə də hələlik… - qadın əyilib, lampanı götürdü, - bir qədər
qaranlıqda oturmalı olacaqsınız.
- Sizdə lampa cəmi bir dənədir?
- Hə, təəssüf ki…
Qadın günahkarcasına gülümsədi, - sol yanağında çuxur əmələ gəldi. Bu qadının çox cazibədar
sifəti var, deyə fikirləşdi.
Lakin gözlərinin qəribə ifadəsi vardı. Ola bilsin, bu, xəstəliklə əlaqədardır. İltihablamış göz
qapaqlarını hətta pudra da gizlədə bilmirdi. Yuxudan qabaq gözlərinə damcı dərmanı töksə, pis
olmaz…
- Yemək yeməmişdən qabaq çimmək istəyərdim.
- Çimmək?
- Nədi ki, mümkün deyil?
- Çox təəssüf, birisi günə qədər gözləməli olacaqsınız.
- Birisi günə qədər? Axı birisi gün mən artıq burda olmayacam, - özündən asılı olmayaraq
bərkdən güldü.
- Doğrudan?..
Qadın üzünü çevirdi, çiyinləri əsdi. Yəqin dilxor oldu. Bu kənd camaatı hisslərini gizlətməyə heç
çalışmır da. Pərt olub, utandığından dodaqlarını gəmirirdi.
- Yaxşı, əgər çimməyə yer yoxdursa, yetər ki, sadəcə başımdan su axıdım. Yoxsa, başdan ayağa
qumun içindəyəm…
- Üzürlü hesab edin, su cəmi bir vedrə qalıb… Axı quyu çox uzaqdadır…
Nəsə məzlum qadındır. Yaxşı, daha heç bir söz deməyəcəm. Tezliklə özü də əmin oldu ki, burda
çimmək tamamilə mənasız bir işdi.
Qadın qaynadılmış balıq və molyusk şorbası gətirdi. Qısası dənizkənarı qida və bu, heç də pis
deyildi. O, yeməyə girişmişdi ki, qadın onun başı üzərində böyük bir kağız çətir açdı.
- Bu nə üçündür? («Yəqin, nəsə yerli adətdir».)
- Yoxsa qum yeməyin içinə düşər.
- Niyə? – O, tavana baxdı və nə qədər təəccüblü olsa da, bir dənə də olsun çat – filan görmədi.
- Bilirsiz, qum… - Qadın da tavana baxdı. – Hər yerdə uçuşur… Bir gün süpürməyəndə, üç
barmaq qalınlığında yığılır.
- Bəlkə dam köhnəlib?
- Yox, fərqi yoxdur, dam lap təzə olan vaxtlarda da qum bura düşürdü… Doğrudan da, qumdan
dəhşətli heç nə ola bilməz. Ağacovandan da pisdi.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
401
- Ağacovan?
- Belə böcəklərdi, ağac ovurlar.
- Yəqin termitlərdi.
- Yox, bilirsiz, bərkdilər.
- A – a, onda odunböcəyidir.
- Odunböcəyi?
- Qırmızımtıl, uzunbığlı. Onlardı?
- Yox, yox, bunlar düyü boydadılar, rəngləri də qəhvəyi.
- Hə, belə de. Onda bu, yarpaqyeyəndi.
- Əhəmiyyət verməsən, bax o boyda taxta dirəyi bir dəqiqədə çürüdər.
- Nə, yarpaqyeyən?
- Yox, qum.
- Niyə?
- Bütüm dəlmə-deşiklərdən özünə yol tapır. Külək pis tərəfdən
əsəndə isə, qum çardağa yığılır, əgər yığışdırmasan, o qədər toplanacaq ki, tavandakı taxtalar
dözməyəcək.
- Hə, qumun çardaqda yığılmasına yol vermək olmaz… Amma
dirəkləri çürüdəcək demək sizə bir qədər qəribə gəlmirmi?
- Niyə ki, çürüdəcək.
- Məgər qum özü çox quru olması ilə seçilmirmi?
- Baxmayın, çürüdəcək… Bax, sizə deyirəm, təptəzə getanın (1) qumunu təmizləmədən qoyun –
yarım aydan sonra ondan bir şey qalmayacaq.
- Başa düşmürəm niyə.
___________________________________________________________
(1) Geta – taxta ayaqqabı
- Ağac çürüyür, onunla birgə qum da çürüyür… Üstünü qum basmış tavan taxtalarını qazıb
çıxarmağa çalışın, - piylənmiş torpaq görəcəksiz, lap götür xiyar yetişdir.
- Boş söhbətdi! – kişi həqarətlə üz – gözünü turşutdu. Ona elə gəldi ki, qum haqqında
təsəvvürləri qadının avamlığıyla təhqir edilir. – Axı mən özüm də qum haqqında bir şey
bilirəm… Bilirsiz, bax bu qum var ha, il boyu beləcə hərəkət edir… Onun canı hərəkətdədir…
O, heç yerdə ləngimir – nə suda, nə havada, - özü – özü üçün hərəkətdədir… Elə buna görə də
qumluqda hər canlı yaşaya bilmir… Bu, çürüməni doğuran bakteriyalara da aiddir… Əgər
bilmək istəyirsinizsə, qum təmizlik rəmzidir, o, daha çox çürüməni dəf edir və onun özünün
çürüdüyünü demək ağılsızlıqdır… Siz hələ deyirsiniz ki, qum çürüyür… Elə ondan başlayaq ki,
qum çox nəcib mineraldır.
Qadın özünü itirmiş halda susurdu. Kişi qadının hələ də onun başı üzərində tutduğu çətirin
altında, daha heç bir söz demədən naharını tez-tələsik yekunlaşdırırdı. Çətirin üstü qumla elə
örtülmüşdü ki, barmaqla yazı yazmaq olardı.
Dözülməz rütubət vardı. Yox, qum nəm deyildi, sadəcə bədənin özünə rütubət hopmuşdu. Damın
üstündə külək vıyıldayırdı. Siqaret üçün əlini cibinə saldı – cibi qumla doluydu. Kişi hələ
siqaretini yandırmamışdan, ağzında tütünün acısını hiss etdi.
Yaxşı olar ki, içində zəhər olan bankadan həşəratları çıxarım. Nə qədər ki, qupquru olmayıblar,
sancaqlayıb, heç olmasa pəncələrini hamarlayım. Qadının evin yanındakı talvarın altında qab-
qaşıq yuduğu eşidilirdi. Görünür, ondan başqa burda heç kəs yaşamır.
Qadın qayıtdı və sakitcə evin küncündəki yatağı döşəməyə başladı. Əgər mən burda uzansam,
bəs onda o özü harda gecələyəcək? Hə, əlbəttə, həsirin arxasındakı o dal otaqda. Deyəsən heç
başqa otaq yoxdur. Amma bir az qəribədir – qonağı qapısı küçəyə açılan aralıq otaqda
yatızdırırsan, özün isə arxa otaqda. Bəlkə, ola bilsin, orda tərpənə bilməyən ağır xəstə yatır…
Hə, görünür bu, ağlabatan fərziyyədir. Hər halda, məhz belə düşünmək ən düzgünü olar. Çətin
ki, tənha bir qadın hər yoldan ötənin qayğısına qalsın.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
402
- Burda bizdən başqa kimsə var?..
- Kimsə?..
- Ailə üzvlərindən…
- Heç kəs, mən tək-tənhayam. – Qadın deyəsən onun fikirlərini oxudu və gözlənilmədən utana-
utana güldü. – Bu qumun üzündən hər şey nəm çəkib, hətta yorğan da…
- Bəs sizin əriniz hardadır?
- Keçən ilki qasırğada… - Qadın yorğan-döşəyi təkrar-təkrar əli ilə saylayıb çırpırdı, bir sözlə
lazımsız bir işlə məşğul idi. – Buralarda qasırğalar dəhşətli olur axı… Qum bura şəlalədən
tökülən kimi, gurultu ilə tökülür. Gözünü açıb yumunca bir dze, bir də gördün, iki-üç dze silib
süpürdü.
- Axı, iki dze altı metrdi…
- Belə olanda qumu nə qədər təmizləsən də, çatdırmaq olmur. Hə, onu deyirdim axı, ərim
qışqırdı ki, toyuq damı təhlükədədir. Və qızımla birgə, onda qızım artıq məktəbə gedirdi, evdən
bayıra atıldı… Mənsə çıxa bilmirdim – çalışırdım ki, heç olmasa evə xətər toxunmasın…
Nəhayət, səhər açıldı, külək ara verdi və mən çıxdım. Hinin izi – tozu da qalmamışdı. Onları da
tapa bilmədim…
- Qum örtmüşdü?
- Hə, tərtəmiz.
- Dəhşətdir… Qorxulu hadisədir. Qum və belə bir iş… Dəhşətdir…
Gözlənilmədən lampa avazımağa başladı.
- Yenə də qum.
Qadın dizləri üstə dikəlib, əllərini uzatdı və gülə-gülə barmaqlarıyla fitildən yapışdı. Lampanın
işığı o dəqiqə artdı. Elə dizləri üstə dayanıb, diqqətlə alova baxırdı, sifətində isə əzbərlənmiş bir
təbəssüm donmuşdu. Yəqin yanağındakı çuxuru gözə soxmaq üçün bilə – bilə edirdi. Kişinin
bədəni qeyri – iradi gərildi. Bu, həyasızlığın son həddi idi, axı elə bu dəqiqələrdə qadın öz
yaxınlarının tələf olması barədə danışırdı.
5______________________________________
- Ey, orda kim var? Biz bir nəfər üçün də bel və bidon gətirmişik.
Uzaqdan gələn səs aydın eşidilirdi, - yəqin səsgücləndirici boruya qışqırırdılar, - və bu səs
onların arasında yaranmış pərtliyi aradan götürdü. Sonra isə yerə tökülən dəmir-dümürün səsi
gəldi. Qadın hay vermək üçün yerindən qalxdı.
Kişi acıqlanmışdı: ona məlum olmayan nəsə baş verirdi.
- Nə baş verib? Demək, burda daha kimsə var!
- Lazım deyil, xahiş edirəm… - Qadının bədəni ayışırmış kimi yığıldı.
- Axı bu dəqiqə kimsə: «Bir nəfər üçün də» - dedi.
- A – a – a. Onlar sizi nəzərdə tutublar.
- Məni?.. Belin mənə nə dəxli var?..
- Heç, heç, fikir verməyin… Həmişə burunların hara gəldi soxurlar…
- Yəqin, səhv salıblar.
Lakin qadın heç nə demədən, elə dizləri üstə dönərək ayaqlarını torpaq döşəməyə salladı.
- Sizə lampa lazım olacaq?
- Yox, keçinərəm… Sizə necə, orda lazım olmayacaq?
- Yox, öyrəncəliyəm.
Qadın, adətən əkin sahələrində işləyənlərin geyindiyi böyük həsir şlyapanı başına keçirib,
qaranlıqda itdi.
Kişi bir dənə də siqaret yandırdı. Ətrafda nəsə anlaşılmaz işlər baş verirdi. Ayağa qalxıb, həsirin
arxasına boylandı. Orda həqiqətən də otaq var idi, lakin içəridə yorğan-döşək əvəzinə
divarlardakı dəlmə – deşikdən içəriyə dolan qum təpəciyi ucalırdı. O, zərbə yemiş kimi yerində
donub qaldı… Bu ev də demək olar ki, ölü idi… Onun içərisini caynaqları ilə hər tərəfdən
soxulan, əbədi axan qum yarıya qədər həzm etmişdi… Öz məxsusi forması olmayan, millimetrin
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
403
səkkizdə biri qədər orta diametrdən başqa heç nəyə malik olmayan qum… Lakin heç nə bu
formasız, dağıdıcı gücün qarşısını ala bilmir… Bəlkə də, elə formasızlıq özü gücün ən ali
nümayişidir.
Lakin kişi çox tez də reallığa qayıtdı. Yaxşı, əgər bu otaq istifadəyə yaramırsa, onda qadın harda
yatacaq? Bax, indi taxtadan qayrılmış divarın o tərəfində ora – bura gəzişir. Qol saatının
əqrəbləri doqquza iki dəqiqə işlədiyini göstərirdi. Bu vaxtı ona orda nə lazımdır?
Kişi su axtarmaq üçün torpaq döşəməyə düşdü. Su çənin lap dibində qalmışdı, içində pas üzürdü.
Hər halda bu, ağzını dolduran qumdan yaxşı olar. Su qalığını üzünə çırpdı, boynuna çəkdi və o
dəqiqə gümrahlaşdı.
Torpaq döşəmə ilə sərin külək çəkirdi. Yəqin ki, bayırda ona dözmək asan olardı. Qabağını qum
kəsmiş qapını çətinliklə açıb, bir-təhər çölə çıxdı. Yol tərəfdən əsən külək doğrudan da bir xeyli
sərinləşmişdi. Külək pikapın - kiçik yük maşınının səsini ona tərəf gətirirdi. Diqqətlə qulaq
asanda adam səslərini də ayırmaq olurdu. Ola bilsin ona elə gəlir,amma orda indi
gündüzdəkindən daha qələbəlikdir. Bəlkə bu, dənizin səsidir? İndi səma ulduzlarla doludur.
Lampanın işığını görüb, qadın ona tərəf döndü. O, bellə ustalıqla davranaraq, qumu böyük
kerosin bidonlarına doldururdu. Arxasında başının üstünü alan tünd qum dağı ucalırdı. Bu, onun
gündüz həşərat tutduğu yerin təxminən altı idi. Qadın bidonları doldurub, hər ikisini birdən
qaldırdı və divara tərəf apardı. Yanından keçəndə gözlərini qaldırıb, boğuq səslə dedi:
«Qumdu…» Qadın kəndir nərdivanın asıldığı yerdə bidonları boşaltdı, yuxarıda isə bu dərəyə
aparan cığır vardı. Əlinin arxası ilə sifətinin tərini sildi. Qadının bura daşıdığı qum yepyekə dağ
olmuşdu.
- Qumu kürəyirsiniz?
- Nə qədər kürəyirsənsə kürə, dalı gəlir.
Boş bidonlarla yanından keçəndə qadın bekar əliylə qıdıqlayırmış kimi onun böyründən itələdi.
Gözlənilməz hərəkətdən kişi az qala lampanı əlindən salacaqdı, kənara tullandı. Bəlkə lampanı
yerə qoyub, qadına qarşılıq verim? Tərəddüd edir, özünü necə aparmaq lazım olduğunu bilmirdi.
Axırda kişi qərara gəldi ki, onun düşdüyü vəziyyət ən sərfəli vəziyyətdir. Sifətində mənasını özü
də bilmədiyi təbəssüməbənzər qrimas düzəldib, əlində lampa, utancaq yerişlə, yenidən əlinə beli
götürmüş qadına yaxınlaşmağa başladı.
Yaxınlaşanda qadının kölgəsi bütünlüklə qum divarı örtmüşdü.
- Lazım deyil, - qadın geriyə dönmədən, ağır-ağır nəfəs alaraq dedi. – Qum üçün yuxarıdan səbət
sallayanadək daha altı bidon daşımaq lazımdır.
Kişi mısmırığını salladı. Düzü, özündə süni yaratdığı gümrah əhval – ruhiyyədən bu şəkildə,
sanki qəsdən vurub salındığı xoşuna gəlmədi. Amma iradəsindən asılı olmayaraq damarlarına
nəsə doldu. Elə bil dərisinə yapışan qum damarlarına soxuldu və ehtirasını daxildən söndürdü.
- Bəlkə, mən sizə bir az kömək edim?
- Eybi yox… Elə birinci gündən sizi azca da olsa, işləməyə məcbur etmək yaramaz.
- Elə birinci gündən?.. Yenə o barədə… Mən burda cəmi bir gecə qalacam!
- Doğrudan?
- Əlbəttə, axı mən iş adamıyam… Verin, verin beli!
- Sizin beliniz bax ordadır; bəlkə lazım deyil…
Həqiqətən də, içəri girən kimi talvarın altında ayrıca bel və dəstəyi bir-birinə sarınmış iki kerosin
bidonu qoyulmuşdu. Yəqin bunlar bir az əvvəl yuxarıdan «Bir nəfər üçün də» qışqıranların atdığı
idi. Hər şey həddən ziyadə incə hazırlanmışdı və onda belə təəssürat yarandı ki, onlar bu kişinin
niyyətini əvvəlcədən duyublar. Amma axı onda özü də hələ bilmirdi ki, işləməyə həvəsi olacaq.
Hər halda özünü təhqir olunmuş hiss etdi və əhvalı korlandı. Belin dəstəyi qalın, oduncaq
kimiydi, çox işləndiyindən isə rəngi qaralmışdı – heç cür əlinə götürmək istəmədi.
- Nə yaxşı, səbət artıq qonşulardadır! – elə bil onun tərəddüdünü hiss etməyən qadın qışqırdı.
Səsi əvvəlkindən fərqlənir, fərəh və inamla dolu idi. Bu vaxt bayaqdan uzaqdan eşidilən
adamların səs-küyü lap yaxınlaşdı. Dalbadal hərdən sakit pıçıltılar, qarışıq boğuq gülüşlə arası
kəsilən ritmik çığırtılar eşidildi. Əməyin ritmi gözlənilmədən onu da həvəsə saldı. Çox güman ki,
bu sadə dünyacıqda bir günlük gecələməyə qalmış adamın əlinə bel götürüb işləməsində
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
404
qəbahətli heç nə görmürlər. Əksinə, burda onun tərəddüdünə qəribə baxardılar. Lampa
yıxılmasın deyə, dabanıyla qumda onun üçün oyuq açdı.
- Yəqin haranı gəldi qazmaq olar, təki qazmaq olsun, düzdü?
- Yox, haranı gəldi olmaz…
- Tutaq ki, buranı, olar?
- Buranı olar, ancaq çalışın divarın dibini boşaltmayasınız.
- Bu vaxtlar bütün kənddə qum kürənir?
- Əlbəttə. Gecə qum nəm olur və işləmək asanlaşır… Qum quru olanda isə… - qadın yuxarı
baxdı, - hardan və nə vaxt üstünə aşacağını heç vaxt bilmirsən.
Həqiqətən də, yarğanın kənarında qar yığınına bənzər, dolub partlamağa gələn, bir qədər irəli
çıxmış qum günlük gözə dəyirdi.
- Axı bu, təhlükəlidir!
- Eybi yox, - qadın bir az şıltaqcasına güldü. – Bir baxın, duman qalxır.
- Duman?
Onlar danışana qədər göydəki ulduzlar seyrəldi və yavaş – yavaş yayğınlaşdı. Göylə qum divarı
arasındakı sərhəddə nəsə bulanıq bir pərdə nizamsız, topa – topa burulub qalxırdı.
- Bu ona görə belə olur ki, qum dumanı özünə çəkir… Duzlu qum dumanla doyanda isə, nişasta
kimi gərilir…
- Belə de…
- Elədi, elədi. Üstündən elə indicə dalğa keçib yumuş dəniz sahili kimi, - üzərindən lap tank da
olsa, sakitcənə keçib gedər.
- Sən bir işə bax!..
- Həqiqi sözümdür… Bax elə buna görə də bir gecənin içində o gördüyünüz çıxıntı əmələ gəlir…
Külək pis tərəfdən əsən günlərdə isə, vallah düz sözümdü, göbələyin papağı kimi bax beləcənə
sallanır…Gündüz qum quruyur və bütün bu talvar aşağı gəlməyə başlayır. Və əgər uğursuz
düşsə, - tutaq ki, bax o damı saxlayan nazik və ya başqa dirəklərin üstünə, - onda axırımızdır.
Bu qadının maraqları çox məhduddur. Lakin elə ki, öz həyatı sferasına daxil olur, tanınmaz bir
şəkildə canlanır. Yəqin ki, onun ürəyinə də yol elə burdan keçir. Baxmayaraq ki, bu yol onu elə
də cəlb etmirdi, qadının intonasiyasında onun kobud iş paltarında gizlənmiş bədənini hiss etmək
həvəsi oyadan nəsə bir gərginlik vardı.
Kişi var gücü ilə diş – diş beli bir – birinin ardınca quma vurub, çıxarmağa başladı.
6______________________________________
O, ikinci dəfə kerosin bidonlarını doldurub kənara çəkəndə səslər eşidildi və yuxarıdakı yolda
fənər yelləndi.
Qadın kəskin görünəcək tonla dedi:
- Səbətlər! Burda bəs edər, mənə orda kömək edin!
Yuxarıda - nərdivanın yanındakı qumla dolu kisələrin nə üçün nəzərdə tutulduğunu kişi ancaq
indi başa düşdü. Səbətləri qaldırıb-salanda onların üstü ilə kəndir gedib gəlirdi. Hər səbətlə dörd
nəfər məşğul olur və belə qrupların sayı iki, ya üç idi. Ona elə gəldi ki, bunlar əsasən bir-birinin
bəhsinə cəld işləyən gənclərdir. Bir qrupun səbəti dolunca, artıq ikinci səbət öz növbəsini
gözləyirdi. Altı cəhdə dərədəki qum yığınından əsər-əlamət qalmadı.
- Maşallah,od-alovdular!
Köynəyinin qoluyla tərini silirdi, səsinin tonu saflıqla dolu idi. Kişi bütünlüklə öz işinə qapılan
və onun qadına kömək etməsinə rəğmən bir dənə də olsun şit söz atmayan bu gənclərə simpatiya
bəsləyirdi.
- Hə, bizdə «Vətənə sevgi hissinə sadiq ol» şüarına ciddi əməl edirlər.
- Bu nə hisdir ki?
- Yaşadığın yerə olan sevgi hissi.
- Bu çox gözəldir!
Kişi güldü. Onun ardınca qadın da güldü. Amma o, özü də düz – əməlli bilmirdi ki, nəyə gülmək
|