Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə67/115
tarix25.04.2017
ölçüsü7,78 Mb.
#15742
1   ...   63   64   65   66   67   68   69   70   ...   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

364 


uşaqlığımı, Padşahın bağçalarında keçirdiyim gözəl saatları, onu o saqqalsız vəziyyətdə Paşanın 

qapısında birinci dəfə görəndə ağırlığını kürəyimdə zənn elədiyim o ürpərtini bir də xəyalımda 

canlandırmaq  üçün  qayıtdım.  İtirdiyimiz  illəri  və  xəyalları  təkrar  ələ  keçirmək  üçün,  onları 

yenidən xəyalımda canlandırmağın lazımlılığını hamı bilir: Mən əhvalatıma inandım! 

Kitabımı onu qurtarmağa qərar verdiyim günü danışaraq bitirəcəyəm: İki həftə əvvəl, yenə 

masamızda  oturub  başqa  bir  əsər  haqda  fikirləşməyə  çalışarkən  İstanbul  tərəfdən  gələn  bir  atlı 

gördüm.  Son  vaxtlar  ondan  xəbər  gətirmək  üçün  mənim  yanıma  heç  kəs  gəlmirdi,  bəlkə  də, 

onlarla pis davrandığım üçün, bundan sonra zənn eləmirəm ki, mənim yanıma gələlər, amma o 

qəribə  jileti  olan,  əlində  çətir  olan  yolçunu  görən  kimi  başa  düşdüm  ki,  mənim  yanıma  gəlir.  

Otağıma  girməmişdən  əvvəl  hiss  eləmişdim.  Onun  qədər  olmasa  da,  onun  kimi  səhv  edə-edə 

türkcə  danışırdı,  amma  otağa  girən  kimi  italyanca  danışdı  Üzümü  turşutduğumu  və  cavab 

vermədiyimi görəndə, zəif bildiyi türkcəsiylə, mənim az da olsa italyancanı bildiyimi dedi. Sonra 

danışdı:  Adımı,  kim  olduğumu  ondan  öyrənib.  Ölkəsinə  qayıdandan  sonra  o,  türklərlə  başına 

gələn dəhşətli sərgüzəştləri haqqında, türklərin heyvanları xoşlayan axırıncı Padşahı və yuxuları 

haqqında,  türklər  və  vəba  haqqında,  saray  və  müharibə  qaydalarımız  haqqında  kitab  yazıb. 

Aristokratlar  və  xüsusən  də  kübar  xanımlar  arasında  yayılan  o  tilsimli  Şərq  marağına  görə 

yazdıqları maraqla qarşılanıb, kitabları çox oxunub, akademiyalar da dərs deyib, varlanıb. Hələ 

bundan  başqa,  yazdıqlarının  romantikasına  aludə  olan  əvvəlki  nişanlısı,  yaşına  məhəl 

qoymayaraq ərindən ayrılıb, evləniblər, uçulub-dağılan və satılan ailəsinin əvvəlki evini alıb ora 

köçüblər, evi, bağçanı, əvvəlki vəziyyətinə qaytarıblar. Qonağım bütün  bunları bilirmiş, çünki 

kitablarına  heyran  olduğuna  görə  onu  evində  ziyarət  eləyib.  O,  çox  kübar  imiş,  o,  qonağıma 

bütün  gününü  sərf  edərək,  suallarını  cavablandırıb,  kitablarda  yazdığı  sərgüzəştləri  bir  də 

danışıb.  Məndən  də  uzun-uzadı  elə  onda  danışıb:  “Yaxından  tanıdığım  bir  türkdü”  başlığıyla 

mənim haqqımda bir kitab  yazırmış:  Ədirnədəki  uşaqlığımdan, ta ordan ayrıldığım günə  qədər, 

mənim bütün həyatım, onun türklərin xüsusiyyətləri haqqında intellektuallıqla yazdığı subyektiv 

fikirləriylə  dəstəklənərək  maraqlanan  italyan  oxucusuna  təqdim  edilmək  üzrəymiş.  “Özümüz 

haqqında ona necə də çox danışmışıq”,- dedi qonağım. Sonra məni təəccübləndirmək üçün bəzi 

səhifələrini  oxuduğu  kitabdan  detalları  xatırlatdı:  Uşaq  olanda,  məhəllədəki  dostlarımdan  birini 

döyəndən  sonra,  etdiyim  hərəkətdən  utanaraq  kədərlənərək  ağlamışdım,  ağıllıyammış,  onun 

mənə öyrətdiyi bütün astronomik bilikləri altı aya qavramışdım, bacımı çox istəyirəmmiş, dinimə 

vurğunammış,  həmişə  namaz  qılırammış,  gilas  cemini  çox  xoşlayırammış,  ögey  atamın  peşəsi 

olan yorğançılığa xüsusi marağım varmış, bütün türklər kimi, insanları çox istəyirəmmiş və sair 

və  ilaxır.  Mənə  göstərdiyi  bu  qədər  diqqətdən  sonra,  bu  səfehə  soyuq  davranmayacağımı  və 

belələrinin  maraqlandığını  bildiyim  üçün  ona  otaq-otaq  evimizi  göstərdim.  Sonra  bağçada 

dostlarıyla oynayan balaca oğullarımın oyunları ilə maraqlandı, ancaq polad çomağın yox, onları 

danışdırdığı üçün korebe (oyun növüdür, adətən, 10-12 yaşlı uşaqlar oynayır-F.H), ənzəli və çox 

da xoşlamadığı eşşəyin qaydalarını bir dəftərə yazdı. Elə onda dedi ki, bir türk dostu var. Ediləsi 

başqa bir şey olmadığına görə, günortadan sonra ona bağçamızı, sonra Gəbzəni və onunla illər 

əvvəl  qaldığımız  evi  göstərəndə  də  eyni  sözləri  dedi.  Çox  maraqlandığı  anbarımızda  cem  və 

turşu qabları, zeytun yağı və sirkə güyümləri arasında diqqətlə yeriyərkən, venesiyalı bir rəssama 

yağlı  boya  ilə  çəkdirdiyim  portretimi  görəndə,  bir  az  həddini  aşaraq,  əslində,  onun  türk  dostu 

olmadığını, türklər üçün pis sözlər yazdığını sirr verirmiş kimi sakitcə dedi: Bizim artıq mənəvən 

geriləməyimizdən yazırmış, beynimizin içinin əski-üskü ilə dolu səliqəsiz bir şkafdan danışırmış 

kimi  danışırmış,  islah  olmayacaqmış,  deyirmiş  ki,  xilas  olmağım  üçün  tez  bir  zamanda  onlara 

boyun  əyməkdən  başqa,  bundan  sonra  yüz  illərlə  boyun  əydiklərimizi  yamsılamaqdan  başqa 

çarəmiz yoxdu. Daha da uzatmasın deyə dedim: Amma o bizi xilas etmək istəyirdi”, - tez fikrini 

bildirdi. Bəli, buna  görə  bir də silah hazırlayıb,  amma biz onu başa düşməmişik,  silah dumanlı 

bir səhər, eynən fırtınada batan nəhəng quldur gəmisinin leşi kimi, batdığı iyrənc bir bataqlıqda 

ilişib qalıb. Sonra əlavə elədi: Bəli, bizləri xilas eləməyi çox, lap çox istəyib. Bu o demək deyildi 

ki,  onda  şeytani  bir  pislik  yoxdu.  Onsuz  da  bütün  dahilər  beləymiş!  Portretimi  əlinə  alıb 

yaxından  diqqətlə  baxır,  bir  yandan  da  dahilik  haqqında  nəsə  mızıldanırdı:  O,  bizlərə  əsir 

düşməyib ömrünü ölkəsində keçirsəymiş, on yeddinci əsrin Leanordosu belə ola bilərmiş. Sonra 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

365 


yenə  də  çox  xoşladığı  pislik  mövzusuna  qayıtdı.  Onun  haqqında  deyilən,  amma  yaddaşımda 

qalmayan  bir-iki  pulla  bağlı  dedi-qodu  danışdı.  Sonra  dedi:  Qəribə  olan  sizin  ondan  heç 

təsirlənməməyinizdir!”  Məni  tanıyıb  və  çox istəyib, heyranlığını gizlətmədi: Neçə illər birlikdə 

yaşayan  iki  adam  necə  olur  ki,  bir-birinə  bu  qədər  oxşayarmış,  mən  başa  düşə  bilmirəmmiş. 

Qorxurdum ki, şəklimi istəyər, amma istəmədi, götürdüyü yerə qoyandan sonra məndən soruşdu: 

Yorğanları  görə  bilərəm?  Mənasızcasına  dedim:  “Hansı  yorğanları?”  Təəccüblə  soruşdu:  Boş 

vaxtlarını yorğan tikərək keçirmirsən? O vaxt qərar verdim ki, on altı ildir əlimə götürmədiyim 

kitabı ona göstərim. 

Çox  həyəcanlandı,  Türkcə  oxuya  bildiyimi,  onunla  bağlı  bir  kitabı,  təbii  ki,  çox  görmək 

istədiyini  bildirdi.  Yuxarı,  həyətin  arxa  tərəfinə  baxan  iş  otağıma  çıxdıq.  Masamıza  oturdu,  on 

altı  il  sonra,  kitabımı  ona  dünən  vermişəmiş  kimi  soxuşdurduğum  yerdə  tapdım,  açıb  qarşısına 

qoydum,  türkcəni  yava-yavaş  da  olsa  oxuya  bilirdi.  Bütün  səyyahlarda  gördüyüm  və  məni 

əsəbiləşdirən,  öz  sağlam  və  etibarlı  dünyasından  ayrılmadan  təəccüblənmək  istəyi  ilə  kitabıma 

aludə  oldu.  Onu  tək  qoyub  bağçaya  çıxdım,  acıq  pəncərədən  onu  görə  biləcəyim  bir  yerdə, 

divanda  oturdum.  Əvvəlcə  şən  idi,  pəncərədən  məni  çağırdı:  “İtaliyaya  ayağınızın  dəyməməyi 

necə  də  aydın  bilinir!”  Amma sonra məni  unutdu, arada bir  gözucu onu  süzərək, orada üç saat 

bağçanın  içində  oturub,  kitabı  oxuyub  qurtarmasını  gözlədim.  Oxuyub  qurtaranda  da  başa 

düşmüşdü,  rəngi  avazımışdı,  bir-iki  dəfə  silahımızı  özünə  çəkən  bataqlığın  arxasındakı  Bəyaz 

Qalanın  adını  qışqıraraq  dedi,  mənimlə  boş-boşuna  italyanca  danışmaq  belə  istədi.  Sonra 

oxuduqlarını,  təəccübünü  həzm  etmək,  dinləmək  üçün  pəncərədən  çölə  fikirli-fikirli  baxdı. 

Ləzzətlə baxırdım, əvvələr belə vəziyyətlərdə insanların həmişə etdikləri kimi, boşluqda sonsuz 

bir  nöqtəyə,  olmayan  bir  mərkəzə  baxırdı,  amma  lap  sonralar,  gözlədiyim  kimi,  gördü  də:  bu 

səfər  pəncərədən  gördüklərinə  baxırdı.  Xeyr,  ağıllı  oxucularım  başa  düşüblər,  zənn  elədiyim 

qədər  axmaq  deyilmi?  Gözlədiyim  kimi  oldu,  hirslə  kitabın  səhifələrini  çevirməyə  başladı, 

axtarırdı,  mən  də  ləzzətlə  tapmasını  gözləyirdim,  nəhayət,  axtardığını  tapıb  oxudu.  Sonra 

yenidən,  evimin  arxa  həyətinə  baxan  o  pəncərədən  görə  biləcəyi  şeylərə  baxdı.  Nə  gördüyünü, 

təbii ki, yaxşı bilirdim: 

Masanın  üstündəki  sədəf  naxışlı  sininin  içində  şaftalılar  və  albalılar  vardı,  masanın 

arxasında həsirdən hörülmüş divan vardı, üstündə pəncərənin yaşıl rəngiylə eyni rəngdə olan quş 

tükündən  hazırlanmış  yastıqlar  qoyulmuşdu,  yetmiş  yaşına  nərdivan  söykəyən  mən  orda 

oturmuşdum,  daha  arxada  kənarına  sərçə  qonan  quyuyla  zeytun  və  albalı  ağaclarını  görürdü. 

Onların arxasındakı qoz ağacının hündür bir budağına uzun iplərlə bağlanmış bir yelləncək, zəif 

hiss olunan küləkdə yavaş-yavaş tərpənirdi. 

 

1984-85 

 

Son 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

366 


Orxan Pamuk 

 

“Bəyaz Qala” haqqında 

 

Bu deyəcəyim fikirlərimi,  kitablarını, onları sevib  əzizləyərək  yazan ağıllı  yazarlar 



bilir:  bəzi  romanlar  var  ki,  müəlliflərini  xeyli  xoşbəxt  edərək,  yerli-yerində  bir  sonluqla 

bitsələr  də,  qəhrəmanları  çap  olunan  kitabdan  kənarda  –  müəllifin  xəyallarında 

sərgüzəştlərini  davam  eləyərlər.  XIX  əsrin  yazıçılarından  bəziləri  bu  xəyalları  iki  və  ya 

üç  cilddə  nəql  etməyi  sınaqdan  keçiriblər.  Qurulmuş  bir  dünyanı  təzədən  qurmağın 

tələlərinə  düşmək  istəməyən  başqalarısa,  sanki  kitabın  davam  etməsi  mümkün  olan 

yaşamına son qoymaq üçün, romanlarının axırında qəhrəmanının gələcəyini tələm-tələsik 

tükəndirən  bir  bölüm  əlavə  edirlər,  oxuyuruq:  “illər  sonra  Doresi  iki  qızıyla 

Alkinstondakı  bağ  evinə  geri  qayıtdı”,    “Razarovun  işləri  nəhayət  düzəldi,  artıq  yaxşı 

gəlir əldə edir” və s. Bir də başqa cür kitablar var, bunlar müəlliflərini xəyalındakı  yeni 

həyat  tərzinin  qəhrəmanlarının  sərgüzəştlərini  vasitəçiliklə  yox,  birbaşa    kitabla  öz 

əhvalatlarına  görə  davam  etdirirlər.  Kitab  müəllifinin  beyninə  dolan  yeni  düşüncələr, 

obrazlar, əldən verilən bəzi fürsətlər, oxucuların yaxın dostlarının təzyiqləri, xatirələr və 

bəzi  başqa  planlara  görə  müəllifin  beynində  dayanmadan  dəyişər.  Ən  axırda,  müəllifin 

beynində kitab obrazı, kitab dükanlarında satılan və müəllifin niyyətində olduğu kitabdan 

tamam başqa bir şey alınanda, müəllif əlindən çıxmaq üzrə olan bu təzə və hələm-hələm 

ələ düşməyən nəsnəni adam arasına necə çıxartdığını xatırlamaq istəyər. 

“Bəyaz  Qala”nı  yazmaq,  zənnimcə,  “Cövdət  bəy  və  oğulları”  qurtaranda  artıq 

fikrimdə  vardı:  Gecə-yarsı,  mavi  küçələrdən  çağırıldığı  saraya  gedən  bir  kahin.  Kitabın 

adı  onda  beləydi.  Xoşniyyətli,  “elmlə  işə  başlayan  kahinim,  çox  da  həyəcanla 

qarşılanmayan bu  savadını, saray əhlinə qəbul etdirmək üçün heç də xoşlamadığı, amma 

astronomiyaya  olan  marağına  görə  asanca  öyrəndiyi  münəccimlik  sənətini  əvvəlcə 

istəməyərək  icra  edir,  sonra  da    uzaqgörənliyinin  ona  verdiyi  güc  və  iqtidarla  ağlı 

başından  çıxanda  həlləm-qəlləm  işlər  görməyə  başlayır.  Ardını  bilmirəm.  O  ərəfədə, 

ağlıma  gələn  bu  “tarixi”  mövzulardan  çəkindiyimə,  özümün  də  başqalarının  da  tez-tez 

soruşduğu  bu  sualdan  narahat  olduğuma  görə,  bu  fikirlə    onu  reallaşdıracaq  qədər 

maraqlanmadım: “Niyə tarixi romanlar yazırsan?”. 

Lap  əvvəl,  iyirmi  üç  yaşında  olanda,  üç  tarixi  hekayə  yazmışdım,  deyirdilər  ki, 

Cövdət  bəy  əsərində  də  “tarixi”dir,  bu  sualın  cavabı  mənim  ədəbi  zövqümlə  yox,  ruhi 

meyillərimlə əlaqədar olmalıydı: balaca olanda, səkkiz yaşında- izah etməyə ehtiyac var- 

hər şeyin bir-birini təkrarladığı və radionun həmişə eyni şeyləri zırıldadığı mərtəbəmizdə 

işığın  düşməyinə  mane  olan  mebellərin  qaranlıqlaşdırdığı,  nənəm  yaşayan  mərtəbəyə 

çıxdığım gün, əlimə Amerikadan heç vaxt qayıtmayan əmimin tibblə bağlı tozlu kitabları 

və saralmış qəzetlərinin içində Rəşad Əkrəm Qoçun hazırladığı böyük və şəkilli bir kitab 

keçdi.  Beləliklə,  hər  gün  saatlarla  tozu  alınan  qaranlıq  evimizin  mərtəbəsində  tozlar 

kölgələr kimi yenə də toplanarkən, mən  fahişəliyə aludə olduqlarına görə, Əzabqapıdakı 

meymun  satılan  dükanlardan  alınaraq  ağaclara  asılan  biçarə  meymunların  əhvalatını 

oxuyardım. Qəzəbli paltaryuyan  maşınla birgə hamının qaynar su və paltaryuyan sabun 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

367 


davasına  qoşulduğu  paltar  günlərində  gizlənir,  vəbaya  yoluxaraq  cəzalanan  “Mələk 

Girməz  Küçəsi”nin  fahişələrinin  qara  qələmlə  çəkilən  şəkillərinə  baxardım.  Dəhlizdəki 

sarğaclı saatlar təzə bir saat başlığını səbirlə gözləyərkən, mən səbirsizliklə və qorxuyla 

qolları, ayaqları qırılaraq topun ağzına yerləşdirilib güllə kimi göyə atılaraq edam olunan 

günahkarların  əhvalatına  heyranlıqla  baş  qoşardım.  Yazdığım  ilk  tarixi  hekayələrdən 

birin oxuyan tənqidçi deyib ki, mən günün vacib problemlərindən  yayınmaq üçün tarixə 

sığınıram. 

Əslində  bu  fikir  “Səssiz  ev”  qurtarandan  sonra,  yenə  gözümün  qabağında  tarixi 

hadisələr  qaynaşmağa  başlayanda  mənə  daha  doğru  göründü.  Deyirdim  ki,  uzun 

romanların  arasında  qısa  bir  şey  yazım,  süjetin  ön  planda  olduğu,  yazarkən  məni 

dincəldəcək,  əyləndirəcək  bir  novella  olmalıydı.  Beləliklə,  kahinimə  görə,  elm  və 

asrtonomiaya  kitablarını  ləzzətlə  oxumağa  başladım.  Adnan  Adıvarın  o  əyləncəli  və 

əvəzsiz  “Osmanlı türklərinin elmi” əsəri  mənə axtardığım ab-havanı verə bildi. (Övliya 

Çələbinin də  xoşu gələn heyvanlar  haqqında  yazılan “Əcaibül-Məxluqat”  kimi  kitablar, 

başqa kitablardan dəyişdirilərək uyğunlaşdırılmış coğrafiya kitabları olmayan ölkələr və 

b), Artur Kostlerin “Yuxudagəzən” dəki Keplerin izahı (Niyə mən mənəm?),  Leonardo 

da Vinçinin sadəlöhlüyü və silah hazırlamaq arzusu (digərlərinə çatmaq və onların dərsini 

vermək  üçün  əldən-ayaqdan  gedənlərin  prinsipial  arzusu),  katib  Çələbinin  çarəsiz  kitab 

qurdluğu  (ətrafında  dərdlərini  və  nazını  bölüşməyə  heç  kəs  olmayan  vaxtlarda  daha  da 

hüznlü bir gözəlliyə bürünən bu xəstələri sevgiylə salamlayıram), qəhrəmanlarıma istər-

istəməz  sirayət  etdi.  Məşhur  Osmanlı  astronomu  Takiyüddünü  mənə  tanıdan  professor 

Süheyl Ünverin “İstanbul Rəsədxanası” adlı kitabından varlığını öyrəndiyim Takiyüddün 

quyruqlu  ulduz  haqqında  Padşaha  təqdim  elədiyi,  bu  gün  itib-batan  elmlərin  şahını 

qəhrəmanıma  tapdırıb  izah  etməyi  planlaşdırarkən  astronomiya  ilə  astrologiyanın 

arasındakı  sərhəddin  naməlumluğundan  da  xəbərdar  idim.  “Bir  başqa  kitabda  isə 

astrologiya  haqqında  belə  yazırdı:  Bir  sivilizasiyanın  dağılacağı  haqqında  proqnoz 

vermək,  “o  sivilizasiyanı  dağıtmaq  üçün  çox  da  sərfəsiz  yol  sayılmamalıdır”.  Bütün 

siyasətçilər  kimi,  baş  münəccim  Hüseyn  Əfəndinin  də  bu  öncəgörüm  qanununu  canı 

hovlu  reallaşdırdmağa  çalışdığını,  daha  sonraları  Naimanın  (Naima  böyük 

tarixçilərindəndir və  Osmanlı tarixini yazmış  ilk türk tarixçi sayılır. F.H)  yazdığı tarixi 

məlumatlardan oxudum. 

Əsərimin  təfərrüatlarını  bir  yandan  toplamaqla  yanaşı,  çox  da  dəqiq  bir  məqsədi 

olmayan  bu  mütaliədən  yorulanda  əlimdə,  dünya  ədəbiyyatından,  xüsusilə  bizim 

ədəbiyyat  və  həyatımızda  rast  gəlinən  bir  mövzu  vardı:  Yaxşılıq  etmək,  başqalarına 

yararlı  olmaq  üçün  ürəyi  gedən  bir  qəhrəman!  Oxucuların  qəhrəmanların  yarısına  diş 

qıcayaraq,  yarısına  da  heyranlıqla  gözyaşı  tökərək  oxuduqları  romanlarda  xeyli 

xeyirxahlıq  edən  bu  yaxşı  qəhrəmanı  pis  adamlar  xaincəsinə  əngəlləyərlər.  Daha  yaxşı 

romanlarda  isə  yaxşıların  yavaş-yavaş  əngəlləmək  istədikləri  pisliklərə  məğlub 

olduqlarını, dəyişdirildiyini oxuyuruq. Bəlkə də, mən də buna oxşayan nəsə yazacaqdım, 

amma  “yaxşılığın”,  qəhrəmanı  aktivləşdirən  bütün  o  bilgini  və  tapmaq  həyəcanının 

qaynağını hec cür tapa bilmirdim. Bəlkə də, insanların özləri, oxuduqları kitablarla deyil, 

eşitdikləri  sözlər  və  başqalarına  duyduqları  heyranlıq  hissi  ilə  dəyişdirdikləri  ölkədə 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

368 


yaşadığımız  üçün,  kahinimin  öz  elmini  Qərbdən  gələn  bir  adamdan  öyrənməsinə  qərar 

verdim. O uzaq ölkələrdən gəmilərlə gətirilən çoxlu kölələr bu iş üçün biçilmiş parçaydı. 

Hegeli xatırladan o alicənab kölə əlaqəsi də beləcə ortaya çıxdı. Xocamla, köləsinin bir-

birinə  hər  şeyi  danışacaqlarını,  bir-birlərini  təkmilləşdirəcəklərini  düşünürdüm,  gərək 

uzun-uzadı  danışaydılar,  onları  qaranlıq  şəhərin  içində,  bir  otaqda  baş-başa  yaradırdım. 

Bu cütlük arasında ruhi cəhətdən əlaqə və münasibət bir anda hekayəmin əsas qayəsinə 

çevrildi. Topladığım dəqiq məlumatlar seçib-seçələdiyim bu xəyal və hekayə süjetlərinin 

qəhrəmanlarına,  kitabımdakı  dünyanın  səhifələri  arasında  onları  gəzdirmək  üçün  böyük 

bir mərkəz də tapmağı müəyyənləşdirdiyim vaxt Xoca ilə italyan kölənin görünüşünü bir-

birindən  fərqləndirməməyə  qərar  verdim.  Bəlkə  də,  xəyal  gücümün  bir  anlıq 

tutqunluğundan,    beləcə,  bir  eyniyyət  fikri  yarandı.  Bu  fikirdən  sonra  ədəbiyyat  tarixi 

adlanan  xəzinənin  o  məşhur  ekizlər,  oxşarlar,  bir-birinin  yerinə  keçən  cütlüklərin 

münasibətlərini başa  düşmək üçün  mənim çox da  xəyal qurmağa  ehtiyacım olmadığını, 

ədəbiyyatı sevərək tanıyan oxucularım o dəqiqə yəqinləşdirəcəklər. 

Beləliklə,  əsərim,  öz  daxili    məntiqinin  məcburiyyətinin,  ya  da  mənim  xəyal 

gücümün  tənbəlliyi  ucbatından  məni  də  həyəcanlandıran  tamam  başqa  bir  biçimdə 

yarandı. Özündən razı olmadığı, musiqiçi olmaq istədiyinə görə təqlid elədiyi Mortsartın 

adını öz adına əlavə edən E.T.A.Hoffmanın ikili münasibəti haqqındakı kitabların, Edqar 

Allan  Ponun  əsəbləri  oynadan  hekayələrinin,  slavyan  kəndlərindəki  köhnə  keşiş 

əfsanələri  ilə  salamladığım  Dostoyevskinin  “Oxşarlar”  adıyla  tərcümə  edilən,  insanı 

üsyana səsləyən əsərdən də xəbərim vardı. “Bəyaz Qala” çap olunandan sonra bu siyahını 

hələ nə qədər uzada bilərəm deyə eşələndiyim. “Amerika Universitetinin Kitabxanası”nın 

birində, ədəbiyyatda, bu ekiz oxşarların təmasıyla kimlərin hansı işlərlə məşğul olduğunu 

bir az oxuyandan sonra sanki boğuldum. Belə vəziyyətdə rahatlaşmaq üçün başqalarının 

insanı  özündən  çıxartmasını  xatırlamaq,  bəlkə  də,  ən  yaxşı  haldır.  Orta  məktəbdə 

oxuyanda  biologiya  müəllimi  sinfimizin  çirkin  ekizlərini  bir-birindən  fərqləndirməklə 

öyünürdü,  amma  şifahi  imtahanlarda  onların  biri  digərinin  yerinə  keçərdi.  Əvvəlcə 

Şarlonun  “Böyük  diktator”  filminin  təqlidlərini  görüb  xoşladım,  sonrasa  əsl  mətləbləri 

görərək zəhləm getdi. Uşaq olanda şəkilli bir romanın həmişə əyin-başını, ənlik-kirşanını 

dəyişən  Minsifət  adlı  qəhrəmanına  heyran  olmuşdum:  Görəsən,  mənim  yerimə  keçsə, 

neyləyərdim?  Həvəskar  bir  psixoloqun  yerinə  keçərək,  bəlkə  də,  deyərdi:  əslində  bütün 

yazıçılar başqa biri olmaq istəyirlər, Dr. Jekyll və Mister Hyde də Hoffmanndan daha çox 

Robet  Luis  Stivensonda  öz  ruhi  vəziyyətinin  ifaədəsi  vardır.  Gündüz  vətəndaş,  gecə 

yazıçı! Bəlkə də, yerimə keçən oxşarım oxucularıma mənim ekizlər bürcündən olduğumu 

demək  istəyib,  amma  mən  onu  belə  şeylərə  inanmadığımı  hardasa  oxuduğumu  deyərək 

susdurdum.  Bu  qarışıqlığın  kitabımı  tapıb  ona  ön  söz  yazan  Farukdan  sonra,  kitabın 

axırında,  bir  də  mənim  danışmaq  istəməyimi  bəzi  oxucularlım  haqlı  olaraq  qarışıqlıq 

yaratdığını deyəcəklər. Məqsədimiz aşkarlıq olduğuna görə, gərək tam izah edim. 

“Bəyaz  Qala”nın  əlyazmasını  italyan  kölənin,  yoxsa  Osmanlı  Xocanın  yazdığını 

bilmirəm.  Qərara  aldım  ki,  “Səssiz  ev”in  qəhrəmanlarından  tarixçi  Faruka  duyduğum 

yaxınlığı,  “Bəyaz  Qala”nı  yazarkən  qarşılaşdığım  bəzi  texniki  problemlərdən  (oxucu 

üçün  izahlar,  mütləq  yazılmalı  olan,  tarixi  məlumatları  çatdırmaq  və  s)  yayınmaq  üçün 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

369 


istifadə  edim.  Onun  vasitəsi  ilə  həll  etdiyim  bu  üslub  və  texniki  problemləri: 

Qəhrəmanlardan  birinin  öyüdünə  məhəl  qoymayıb  kitabı  axıra  qədər  oxumayan  bəzi 

oxucular,  (yazardan  çox,  qəhrəmanına  inanmaq  bizim  roman  ənənəmizin  vacib 

şərtlərindəndir)    bir  türkün  bir  italyan  azğınından  kitab  yazmağının  təhlükəli  olduğunu 

dedilər.  Kitabımın  ilk  və  son  hissəsində  salamladığım  Servantes  də  öz  vaxtında,  yəqin, 

narahat  olub  ki,  ərəb  tarixçisi  Seyyid  Həmid  İbn  Əngəlinin  (Cide  Hamete  Benengeli) 

əlyazmasından yararlanaraq yazdığı “Don Kixot”un özünə aid olduğunu göstərmək üçün 

boş  yerə  söz  oyunlarından  istifadə  edib.  “Səssiz  evi”  oxuyanların  xatırlayacağı  Gəbzə 

arxivində  tapdığı  əlyazmasını  Faruk  da  eynən  Servantes  kimi,  öz  millətinin  dilinə 

tərcümə edərkən yəqin ki, başqa kitablardan da nələrisə əlavə edib. Deməli, eynən Faruk 

kimi mənim də arxivlərdə işlədiyimi, kitabxanaların tozlu rəflərində əlyazmaları arasında 

eşələndiymi  düşünən  oxucularıma,  Farukun  gördüyü  işləri  öz  öhdəmə  götürmək 

istəmədiyimi  də  bildirmək  istəyirəm.  Mənim  gördüyüm  iş,  ancaq  Farukun  tapdığı  bəzi 

detallardan  istifadə  etmək  oldu.  Onları  ilk  tarixi  əsərlərimi  yazarkən  sevərək  oxuduğum 

Stendalın İtaliya əhvalatlarından öyrəndiyim o qədim, tapılmış əlyazma üsuluyla Faruka 

yazdırdığım giriş bölümünə əlavə etdim. Beləliklə,  bəlkə də, başqa vaxt yazacağım digər 

tarixi  əsərlərim  üçün  Faruku  –  eynən  dədəsi  Səlahəddin  bəyə  etdirdiyim  kimi  –  əlimin 

altında  işlətməyə  vərdiş  elətdirirdim,  həm  də  oxucunu  qəfil  xəbərsiz-ətərsiz  kostyumlu 

bala aparmağın – tarixi romanın ən çətin yeri – təhlükələrindən xilas oldum. 

Əsərimi ancaq tarixiliyə uyğun olduğuna, ya da parlaq və qarışıq bir dövr olduğuna 

görə  yox,  eyni  zamanda  qəhrəmanları  Naima,  Övliya  Çələbi  və  Katib  Çələbinin 

yazdıqlarından  yararlana  bilsinlər  deyə,  XVII  əsirin  ortalarına  təsadüf  etməsinə  qərar 

verdim,  amma  daha  əvvəlki  və  sonrakı  yüzilliklərdə  yaşanmış  bir  çox  kiçik  həyat 

hadisələri  də,  səyahətnamələr  vasitəsi  ilə  kitabımda  əks  olundu.  Xoşniyyətli,  təvazökar 

italyanımı Xocanın  köləsi etmək üçün  (gəmiylə  əsir düşmək və  saxta  həkimlik günləri) 

bir əsr əvvəl eynən Servantes kimi türklərə əsir düşən adı məlum olmayan ispaniyalının II 

Filippə təqdim elədiyi bir kitabdan da istifadə etdim. Servanteslə həmin vaxtda Osmanlı 

gəmilərində kürək çəkərək köləlik edən baron V.Vratislavın zindandakı günləri köləmin 

həyatına  nümünəydi.  İstanbula  onlardan  qırx  il  əvvəl  gələn  fransızın,  Busbekin 

məktublarından  vəba  xəstəliyi  olan  vaxtları  (adicə  bir  çiban  da  insanları  vəba  kimi 

qorxudurdu!)  və  İstanbul  adalarına  sığınan  xristianları  yazarkən  yararlandım. 

Atəşfəşanlığa,  İstanbul  mənzərələrini  və  gecə  əyləncələrini  (Antonio  Qallant,  Ledi 

Maotaqe,  Baron  de  Tott),  Padşahın  əziz  aslanlarını  və  aslanxanalarını  (Əhməd  Rəfiq), 

ordunun  Ləhistan  səfərini,  (Əhməd  Ağanının  Viyananı  mühasirəyə  alması  ilə  bağlı 

gündəliyi, uşaq Padşahın bəzi  yuxularına, ata nənəmin evindəki kitabxanada oxuduğum 

Rəşad Əkrəm Qoçun eyni üsulla yazdığı başqa bir kitabdı: (Tariximizdə qəribə hadisələr 

İstanbulun  yiyəsiz  itlərini,  vəbaya  qarşı  görüləcək  tədbirlərə  Helmutvon  Moltkenin 

Türkiyə  məktubları),  kitaba  adını  verən  Bəyaz  Qalayla  (Tadeutz  Trevaninanın 

“Transilvanyada  Səyahət”  adlı  qravürlü  kitabında  qalanın  tarixçəsindən  başqa 

kitabxanasındakı,  bir  barbarla  fransız  romançısının  yerlərini  dəyişməsi  ilə  əlaqədar  bir 

roman haqqında danışılır) kitabçün bəzi əlaqəli detalları da əsərimin baş verdiyi dövrün 

yox, bəzi başqa dövrlərin şahidlərindən topladım. 



Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin