“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
290
Qapını arxasınca çırpıb çıxan Damaso üçün upuzun və mənasız bir bazar günü başlandı.
Səkkiz saatlıq ibadətdən sonra uşaqları ilə kilsədən çıxan arvadların göz qamaşdıran açıq rəngli
paltarları, bazarın rəngarəng səs-küyü meydana nəsə bir canlılıq verirdi, amma hava dözülməz
dərəcədə qızmışdı.
O, bütün günü bilyardxanada keçirtdi. Səhər bir neçə kişi oturub orda kart oynayırdı;
nahara yaxın qısa müddətə adam bir az çoxalsa da, açıq-aşkar hiss olunurdu ki, bilyardxana öz
əvvəlki cazibəsini, marağını itirib. Yalnız axşam üstü, beysbol çempionatından radio verilişləri
başlanan zaman bilyardxana həyatı nisbətən öz məcrasına qayıdıb ötən vaxtları xatırladırdı.
Bilyardxana bağlanandan sonra Damaso birdən ayıldı ki, bayaqdan bəri az qala qan-tər
içində, məqsədsiz-filansız şəkildə veyillənə-veyillənə hansısa meydana doğru addımlamaqdadır.
O, sahil küçəsinə paralel şəkildə uzanıb gedən yolla, xeyli aralıdan eşidilən şən musiqi
sədalarının havasına üz tutub irəliləyirdi. Bər-bəzəyi təkcə elə rəngi bozarmış zəncirvari,
bürməli-naxışlı kağızdan ibarət olan iri rəqs salonu bomboş idi; salonun dərinliyindəki taxta
estradanın üstündə balaca bir orkest çalırdı. Qadın pomadasının boğucu ətri adamın nəfəsini
kəsirdi.
O, keçib piştaxtanın böyründəcə oturdu. Musiqi nömrəsi başa çatan kimi, orkestrdə
boşqab dınqıldadan yeniyetmə oğlan rəqs eləyən kişilərin arasıyala gəzib pul yığmağa başladı.
Bir qız rəqs elədiyi oğlanı buraxıb Damasoya yanaşdı.
- Necəsən, Xorxe Neqrete?
Çəkilib yanında qıza yer elədi. Üzünə pudra çəkib qulağına qərənfil taxmış bufetçi əlüstü
peyda olub zil səslə soruşdu:
- Nə içəcəksiz?
- Biz nə içəcəyik? - qız Damasoya sarı çöndü.
- Heç nə.
- Mənim hesabıma.
- Pul söhbəti deyil. Mən acam, yemək istəyirəm.
- Təəssüf, çox təəssüf! - deyə, bufetçi çox dərindən köks ötürdü. - Heç bu cür gözlərə
yaraşan şeydimi!..
Salonun o biri küncünə, dib tərəfdəki yeməkxanaya keçdilər. Belə baxanda, qız lap
sütüldü, yeniyetmə bir uşaqdı, amma üz-gözünün lay-lay pudrası, dodağının boyası onun həqiqi
yaşını gizlədirdi. Yeyəndən sonra onlar mal-qaranın gövşəyi eşidilən qaranlıq patiodan keçib
qızın otağına gəldilər. Çarpayının üstündə alabəzək əskiyə bükülmüş çağa yatırdı. Qız əskini
açıb onu taxta yeşiyin üstünə sərdi və çağanı bələyib yeşiyin üstünə, yeşiyi isə yerə qoydu.
- Orada onu siçovullar yeyər ki…
- Siçovulun uşaqla nə işi?
Qız əynindəki qırmızı paltarı soyunub üstündə iri, sarı gülləri olan yaxası, qolları açıq
qısa bir don geyindi.
- Bunun atası kimdir?
- Allah bilir, - qız qısaca cavab verib qapıya tərəf yönəldi, çıxmazdan qabaq əlavə elədi: -
İndi qayıdıram.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
291
Damaso qapının çöl tərəfdən qıfıllandığını eşitdi, paltarını çıxarıb stuldan asdı və uzanıb
dalbadal bir neçə siqaret çəkdi; mambo ritmində yırğalanan yataqda nə vaxt yuxuladığını da hiss
eləmədi. Ayılanda çalğı kəsilmişdi və bəlkə bu səbəbdəndi ki, otaq ona bayaqkından daha iri
görsəndi.
Qız elə çarpayının böyründəcə soyundu.
- Saat neçədir? - Damaso soruşdu.
- Dördə az qalıb. Uşaq ağlamamışdı?
- Deyəsən yox.
Qız Damasonun böyrünə uzandı, köynəyinin düymələrini aça-aça, yüngülcə xumarlanmış
tutqun gözlərlə bir müddət ona tamaşa elədi. Qızın içdiyini, özü də çox içdiyini hiss edən
Damaso əlini uzadıb lampanı söndürmək istədi. Amma qız buna imkan vermədi:
- Qoy qalsın. Gözlərinə baxmaq istəyirəm. Sənin gözlərinə baxmaq elə xoşuma gəlir ki…
Obaşdanın səs-küyü otağı dolduranda çağa oyanıb ağladı. Qız elə yataqdanca əlini
uzadıb onu götürdü və döşünə saldı, ağzını açmadan sadə bir mahnını pəsdən zümzümə etməyə
başladı. Axırda hamısı yuxuladı. Saat yeddiyə yaxın qızın çağanı götürüb otaqdan necə çıxdığını
Damaso hiss eləmədi; qayıdanda isə uşaqsız qayıtdı.
- Camaat sahilə axışır.
- Xeyir ola? - Damasoya elə gəldi ki, bütün bu vaxt ərzində sanki bir tikə də çimir
eləməyib.
- Şarları oğurlayan zəncini bu gün yola salacaqlar, camaat da yığışıb tamaşasına gedir.
Damaso siqaret alışdırdı.
- Yazıq! - deyə qız dərindən köks ötürdü.
- Sən ona yazıq deyirsən?! - Damaso özündən çıxdı. - Kim onu məcbur eləmişdi?
Qız başını sinəsinə əyib bir müddət fikrə getdi, az sonra səsini qısıb yavaşdan dilləndi:
- Şarları o oğurlamayıb.
- Kim dedi ki?
- Dəqiq bilirəm. Bilyardxana yarılan gecə zənci Qloriya ilə olub, ertəsi gün də axşamacan
onun evindən bayıra çıxmayıb. Kinodan qayıdanda isə dedilər ki, yazığı orda tutublar.
- Nə əcəb Qloriya polisə bir söz demir?
- Zənci özü deyib. Alkald Qloriyanın evini alt-üst eləyib, axırda da hədə gəlib ki, səni də
ona qoşub damlayacam. Yazıq qız iyirmi peso ilə canını güclə qurtarıb.
Damaso yataqdan qalxanda saat səkkizə az qalmışdı. Qız onu buraxmaq istəmədi.
- Qal. Nahara səninçün toyuq kəsərəm.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
292
Damaso əlində tutduğu darağın tüklərini çırpıb təmizlədi və onu dal cibinə soxdu.
-Qala bilmərəm, - dedi.
Sonra qızın əllərindən tutub onu özünə tərəf çəkdi; qız üz-gözünü yumuşdu və doğrudan
da çox cavan görsənirdi. Onun iri, qara gözləri vardı və bu gözlər ona aciz, yazıq bir görkəm
verirdi. Damasoya sarılıb təkrar yalvardı:
- Nolar, qal.
- Həmişəlik qalım?
Qız yüngülcə qızarıb onu buraxdı.
- Yalançı.
Anna bu səhər yuxudan oyananda özünü çox əzgin hiss etdi, bununla belə,
ümumi həyəcan ona da sirayət eləmişdi. Yuyulası paltarları həmişəkindən tez yığıb çay kənarına
yollandı; nəyin bahasına olursa-olsun, zəncinin necə yola salınmasını öz gözləriylə görmək
istəyirdi. Getməyə hazır dayanmış, indicə yola çıxacaq gəmilərin qənşərindəki körpünün üstündə
iynə atsaydın yerə düşməzdi. Damaso da elə burdaydı; Anna barmağıyla onun toqqasını
tıqqıldadanda, diksinib geri sıçradı.
- Sən burda nə gəzirsən?
- Sənnən vidalaşmağa gəlmişəm.
Damaso taxta fənər dirəyini tıqqıldadıb:
- Dilin qurusun! - dedi.
Axırıncı siqaretini alışdırıb boş qutunu çaya tulladı. Anna korsajın altından təzə bir qutu
çıxarıb onun köynək cibinə dürtəndə isə, özünü saxlaya bilməyib gülümsədi.
- Səfeh ki, səfeh!
Anna ürəkdən güldü.
Bir azdan zəncini darta-darta meydanın ortasına gətirdilər. Əllərini kəndirlə arxadan
bağlamışdılar; polislərdən biri ipin ucundan yapışmışdı, əli tüfəngli digər iki polis yanıyla
gedirdi. Zənci köynəksiz idi; dodağı tən ortadan paralanmışdı, qaşları da boksçularınkı kimi
şişmişdi. Camaatın nəzərindən qurbanlıq bir adamın ləyaqəti ilə yayınırdı. Ən çox tamaşaçı
bilyardxananın böyründə cəmləşmişdi ki, tamaşanın hər iki əsas ifaçısını görə bilsin. Bilyardxana
sahibkarı kirimişcə durub ona baxır, tənə ilə başını yelləyirdi. Camaat zəncini gözüylə diri-diri
yeyirdi.
Barkas lövbərini qaldırdı. Zəncini göyərtə uzunu aparıb əl-ayağını iri neft çəninə
sarıdılar. Barkas çayın ortasında dövrə vurub son dəfə fit verərək yola düzələndə zəncinin kürəyi
günün altında işım-işım işıldayır, par-par alışıb yanırdı.
- Yazıq, - Anna pıçıldadı.
Annanın böyründə dayanmış tanımadığı hansısa bir qadın da dözməyib dilə gəldi:
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
293
- Canilər! Heç adam da bu istiyə tab gətirər?
Damaso arxaya qanrılıb baxanda qadının ifrat dərəcədə kök olduğunu gördü. Sonra
camaatın arasından keçib meydana tərəf irəlilədi. Gedə-gedə yolda Annanın qulağına pıçıldadı:
- Yaman çox çərənliyirsən ha. Bircə o çatmır ki, qışqırıb bütün meydana car çəkəsən.
Anna onu bilyardxanayacan ötürdü.
- Heç olmasa paltarını dəyişəydin, - aralanmazdan qabaq Damasonun yadına saldı. -
Yoxsa lap dilənçi kökündəsən ey.
Yenilik bilyardxananı səsli-küylü müştərilərlə ağzınacan doldurmuşdu; içəridə adam
əlindən tərpənməyə yer yox idi. Hər kəsin istəyini yerinə yetirmək xatirinə, don Roke eyni
vaxtda bir neçə masaya xidmət edirdi. Damaso bir qıraqda hazırca dayanıb məqam güdür, don
Rokenin gəlib yanından keçməsini gözləyirdi; qoca böyründən ötəndə cəld soruşdu:
- Sizə kömək eləyim?
Don Poke başına stəkan keçirilmiş altı şüşə pivəni Damasonun qabağına qoydu:
- Sağ ol, ay bala.
Damaso şüşələri əlüstü götürüb masalara payladı, sifariş qəbul elədi, içki şüşələrini aşağı
yuxarı daşıya-daşıya, ta bütün müştərilər nahar etməkçün evlərinə dağılışanacan don Rokeyə əl
tutdu. Sübh tezdən evə qayıdanda onun bəs deyincə gillətdiyini, kefli olduğunu Anna dərhal hiss
elədi. Götürüb Damasonun əlini qarnının üstünə qoydu.
- Hələ bir əl vur görüm. Nəsə eşidirsən?
Damaso heç bir sevinc-filan duymadı.
- Tərpənir ey, xəbərin var? - Anna həvəslə sözünə davam elədi. - Bütün gecəni təpikləyib.
Ancaq hər şeydən göründüyü kimi, bütün bunlar deyəsən Damasonun heç vecinə deyildi.
Öz fikirlərinə qərq olmuş halda o, səhər obaşdan evdən çıxır, bir də gecə yarısı qayıdırdı; tək-tük
hallarda – yataqda uzanıb siqaret çəkdiyi cəmi bir neçə dəqiqəlik müddətdə isə söhbətdən
yayınır, heç nə danışmaq, heç nə eşitmək istəmirdi. Beləcə, düz bir həftə ötüb keçdi. Anna ona
qarşı indi xüsusilə diqqətli olmuşdu. Birgə yaşadıqları ailə həyatının ilk dövrlərində də Damaso
hərdən özünü eynən bu cür aparırdı və onda, xasiyyətinə yaxşı bələd olmadığından Anna onun
zəhləsini tökür, Damaso da arvadı çarpayıya yıxıb üstünə çıxır, o ki var çırpırdı. İndi Anna
kifayət qədər səbrli idi. Hələ dünəndən lampanın böyrünə bir qutu siqaret qoymuşdu; bilirdi ki,
əri ac qalar, amma siqaretsiz qalmağa dözməz.
Və bir dəfə, iyulun ortalarında Damaso evə axşam çağı qayıtdı. Anna fikirləşdi və
dərhal da narahat olub əl-ayağa düşdü ki, hərgah Damaso evə belə tez qayıdıbsa, deməli əməlli-
başlı gillətməyə macal tapıb. Nəsə pəjmürdə görünürdü, elə bil keyləşmişdi; ağzını açıb bir söz
demir, heç dinib-danışmırdı. Şam yeməyi də eləcə lal-dinməz ötüşdü, ancaq yatağa təzəcə
uzanmışdılar ki, birdən dilləndi:
- Getmək istəyirəm.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
294
- Hara?
- Hara gəldi.
Anna otaqdakı əşyaları bircə-bircə gözdən keçirtdi. Öz əli ilə jurnalların üz qabığından
kəsib bütün divarlara yapışdırdığı kinoaktyorların rəngli fotoşəkilləri saralıb-solmuş, neçə yerdən
cırılıb qopmuşdu. O, çarpayısında uzanıb həmin şəkillərə tamaşa eləyən, sonra da yavaş-yavaş
onların rəngini canına hopdurub özüylə aparan kişilərin sayını çoxdan itirmişdi.
- Mənimlə birgə darıxırsan, - Anna dedi.
- Məsələ darıxmaqda deyil, şəhərdədi.
- Bütün şəhərlər necə, bizimki də elə.
- Şarları satmaq mümkün deyil.
- Çıxart o zəhrimarları beynindən. Nə qədər ki, canımda can var, nə qədər ki, paltar
yumağa gücüm çatır – bu qara-qura işlərə qurşanmağa sənin heç bir ehtiyacın yoxdur.
Və bir qədər susandan sonra, ehtiyatla əlavə elədi:
- Baş açammıram ki, bu iş sənin necə ağlına gəldi.
Damaso siqareti dibinəcən sümürüb dedi:
- Elə asan oldu ki, heç mən də baş açammıram, nə əcəb bu indiyəcən kiminsə ağlına
gəlməyib…
- Fikrin-zikrin puldur, ona sözüm yox. Amma daha sənin kimi ikinci axmaq tapılmazdı
ki, durub şar oğurlasın.
- Anışdıra bilmədim, piştaxtanın dalında, qutunun içində gözümə qəfil sataşdılar. O saat
fikirləşdim: bu qədər əziyyətdən sonra evə əliboş qayıdım?!
- Baxtın yatıb sənin.
Damaso bir az yüngülləşən kimi oldu.
- Təzələrini də göndərmirlər. Xəbər gəlib ki, şarlar bahalaşıb, don Roke də deyir ki, bəs
mənə sərf eləmir.
O, təzə siqaret alışdırdı və danışa-danışa içinin qara-qura şeylərdən arıtlanıb az da olsa
yüngülləşdiyini hiss etdi. Dedi ki, bəs guya don Roke bilyard stolunu satmaq qərarına gəlib,
amma ona indi bir elə pul verməzlər, çünki bilyardı təzə öyrənənlərin naşılığı ucbatından cırıq-
cırıq, deşik-deşik olmuş mahud yaman gündədir; başdan-başa allı-güllü yamağa tutulub. Ömrü
bilyard masasının böyründə keçən əsl oyunçuların isə yeganə əyləncəsi hələlik beysbol
yarışlarıdır.
Damaso xeyli danışıb axırda sözünü belə tamamladı:
- Belə çıxır ki, özümüz istəməsək də, hamıya qarşı xalis əclaflıq etmişik.
- Özü də barı bir xeyrimiz ola! - Anna əlavə elədi.
- Gələn həftə çempionat da qurtarır.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
295
- Dərd çempionat dərdi deyil, zəncinin dərdidir. Bu işdə adamı yandıran əsas məsələ
odur.
Anna qabaqlar olduğu kimi, yenə uzanıb başını ərinin çiyninə qoymuşdu və onun
qəlbindən keçənləri duyurdu. Damaso siqareti söndürənəcən beləcə gözləyib, sonra çox ehmalca:
- Damaso, - pıçıldadı.
- Nədi?
- Bəlkə şarları qaytarasan?
Damaso təzə siqaret alışdırdı.
- Neçə gündü elə özüm də bu barədə fikirləşirəm. Amma heç bilmirəm necə qaytarım.
Əvvəlcə belə danışdılar ki, şarları gediş-gəliş olan bir yerə qoysunlar, ancaq sonra Anna
fikirləşdi ki, belədə bilyardxananın yarağı düzəlsə də, bunun biçarə zənciyə heç bir xeyri
dəyməyəcək; şarların tapılmasını, zəncinin suçunu üstündən götürmədən polis yüz cürə yoza
bilərdi. Başqa əngəl də mümkün idi: bəlkə heç şarları tapan adam nəfsinin ucbatından onları
qaytarmacaq, sonradan satmaq umuduyla özündə saxlayacaqdı?
- Qaytaranda da elə qaytaraq ki, barı bir xeyri olsun, - deyə Anna fikirini yekunlaşdırıdı.
Şarları basdırdıqları yerdən qazıb çıxartdılar; Anna onları qəzetə bükdü, özü də elə
düzəltdi ki, qıraqdan baxanda şar olmaları bilinməsin. Sonra bükülünü sandığa qoyub dedi:
- İndi gözləmək lazımdı münasib vaxt düşsün.
Ancaq iki həftə ötüb keçsə də, münasib bir fürsət düşmədi ki, düşmədi. Şarların
oğurlandığı gündən düppədüz iki ay sonra, avqustun iyirmisində, axşamdan xeylaq ötmüş
Damaso bilyardxanaya gəldi. Don Roke piştaxtanın arxasında tək-tənha oturub əlindəki yelpiklə
milçəkləri qovurdu. Radio susurdu və bu susqunluq qocanın tənhalığını daha betər sezdirirdi.
- Hə, mən deyən oldumu? - don Roke Damasonu görcək ucadan səsləndi; sanki öz
gümanının düz çıxmasından sevincək olmuşdu. - Cəhənnəm oldu hamısı!
Damaso cibindən pul çıxarıb musiqi avtomatına saldı. Bir yandan mahnının gur sədaları,
bir yandan da yanıb-sönən rəng-bərəng işıqlar onun bilyardxanaya həqiqi sədaqətini bir daha
təsdiqləməkdə idi; hər halda özünə belə gəlirdi. Amma don Roke deyəsən bunu çox da hiss
etmirdi. Damaso keçib onunla yan-yana əyləşdi və toxtaqlıq verməyə çalışdı, intəhası sadaladığı
dəlillər elə də tutarlı səslənmir, don Roke də etinasız bir görkəmlə qulaq asa-asa yelpiyini
yelləyirdi.
- Çarə nədir, daha beysbol il uzunu ola bilməz ki.
- Nə bilmək olar, bəlkə şarlar tapıldı?
- Hara tapılır.
- Zənci onları yemədi ki!
- Polis hər yeri ələk-vələk eləyib, - deyə don Roke əsəbi bir qətiyyətlə təsdiqlədi. - Çaya
tullayıb yəqin.
- Birdən möcüzə baş versə, şarlar tapılsa?
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
296
- Gümanuva güc vermə, bala. Düzələn iş deyil bu, məsələ bitib-bağlanıb. Sən bəyəm
möcüzəyə inanırsan?
- Hərdən inanıram.
Damaso bilyardxanadan çıxanda camaat hələ kinoda idi; kino hələ bitməmişdi və filmin
uzaqdan eşidilən uğultulu səsləri, əcaib-qəraib ifadələri yuxulu şəhərin başı üzərində gah əriyib
yoxa çıxır, gah da təzədən ucalırdı və hələ açıq olan bir neçə qapı da indilərdə bağlanasıydı.
Meydanda bir qədər veyillənib, sonra rəqs salonuna tərəf addımladı.
Salonda cəmisi bircə müştəri vardı; orkestr şəxsən ondan ötrü çalırdı, o da eyni vaxtda iki
qadınla rəqs edirdi. Salondakı digər qadınlar divar boyunca elə cərgələnib oturmuşdular ki, elə
bil hardansa nəsə bir xəbər gözləyirdilər. Damaso masa arxasına keçib əli ilə bufetçiyə işarə elədi
ki, pivə gətirsin. Sonra nəfəsini dərə-dərə elə şüşədəncə içməyə başladı, özü də cüt qadınla rəqs
edən kişidən göz çəkmirdi; pivə şüşəsi arxasından izlədiyi bu kişi boyca hər iki qadından
balacaydı.
Gecə yarıdan ötəndə kinodan çıxan arvadlar, arxasınca da dəstə-dəstə kişilər hay-küylə
içəri doluşdu; Damasonun tanış qızı da içəri təpilənlərin arasında idi və Damasonu görcək, keçib
masa arxasında onunla üzbəüz oturdu.
Damaso qıza heç baxmadı da; o, pivənin altı şüşəsini artıq boşaltmışdı və hələ də rəqs
eləyən kişiyə baxır, gözlərini ondan ayırmırdı. Kişi isə indi üç qadınla rəqs edirdi, ancaq rəqs
etdiyi qadınları bir tikə də vecinə almır, onlara əsla məhəl qoymurdu; bütün fikri-zikri öz hoqqa
çxaran ayaqlarında idi. O, dedikcə xoşbəxt görünürdü və daha da xoşbəxt olması üçün əl-
ayağından savayı deyəsən təkcə quyruğu çatışmırdı.
- Bu tip mənim xoşuma gəlmir, - Damaso dilləndi.
- Onda baxma ona, - qız dedi və bufetçidən içki istədi.
İndi meydanca rəqs eləyən cütlüklərlə dolmuşdu, bayaqkı üç qadınla oynayan kişi isə
sanki bunları görmür və özünü hələ də elə aparırdı ki, elə bil salonda tək idi. Hansısa anda
baxışları ani olaraq Damasonun baxışlarıyla qarşılaşanda o, ayaqlarının çevikliyini daha da
artırdı və gülümsəyib dovşan dişinə bənzəyən xırdaca dişlərini göstərdi. Damaso kirpik
tərpətmədən eləcə düz onun gözünün içinə baxırdı. Və axırda kişi buna tab gətirmədi,
təbəssümünü udub üzünü çevirdi.
- Özünü kefcil sayır.
- O elə gerçəkdən kefcildir, hər gələndə başqa kommivoyajörlər kimi öz hesabına musiqi
çaldırır.
Damaso qızın üzünə çaşqın nəzərlərlə baxdı.
- Onda nə durmusan, get sən də qoşul. Üç adama çatan yem dördüncünü də görər.
Qız cavab qaytarmadı, üzünü rəqs meydançasına çevirib stəkandakı içkini qurtum-qurtum
udmağa başladı. Rəngi solmuş sarımtıl donda o dedikcə ürkək və qətiyyətsiz görsənirdi.
Sonra rəqs eləməyə durdular. Damasonun sifəti getdikcə tutulurdu. Qız onun qolundan
yapışıb piştaxtaya sarı çəkdi:
- Acından ölürəm. Elə sən də bir şey yesən pis olmaz.
Bu vaxt kefcil kişi yanındakı üç qadınla birgə qarşılarına çıxdı. Damaso ayaq saxladı.
|