Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə49/115
tarix25.04.2017
ölçüsü7,78 Mb.
#15742
1   ...   45   46   47   48   49   50   51   52   ...   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

264 


qətiyyən dəyişməmişdi. O`Brayen əlavə izahata ehtiyac duymadan Uinstonun nə demək 

istədiyini dərhal anlamışdı.  

-Mümükünsə, deyin,-Uinston soruşdu,-məni tezmi güllələyəcəklər? 

-Yəqin müəyyən qədər gözləmək lazım gələcək ,-deyə O Brayen cavab verdi. –Sizin məsələniz 

bir az mürəkkəbdir. Amma ümidinizi itirməyin. Burada tez, ya gec hamı müalicə olunur. Sonda 

isə sizi güllələyəcəyik.  

 

IV FƏSİL 



 

İndi Uinstonun vəziyyəti xeyli yaxşılaşmışdı. Saxlanıdğı yerdə ümumiyyətlə gün məfhumundan 

danışmaq olardısa, özünün hər gün ətə-cana gəldiyini və qüvvətləndiyini hiss edirdi.  

Yenə də gecə-gündüz süd rəngli işıq yanır, arasıkəsilməz uğultu eşidilirdi. Lakin indiki kamera 

əvvəlkilərlə müqayisədə daha rahat idi. Taxtın üstünə döşək salınmış, yastıq qoyulmuşdu. 

Küncdə oturmağa kətil vardı. Onu hamama aparırdılar, istədiyi vaxt qalay tasda əl-üzünü 

yumasına icazə verirdilər. Bəzən hətta yuyunmaq üçün isti su da gətirirdilər. Təzə alt paltarı və 

təmiz kombinezon dəsti vermişdilər. Varikoz yarasının üstünə hansısa sakitləşdirici məlhəm 

qoyub sarımışdılar. Qırılmış dişlərinin kötüklərini çıxarmış, əvəzində təzə protez düzəltmişdilər.  

Həbsindən həftələr, bəlkə də aylar keçmişdi. Maraqlansaydı, indi vaxtın hesabını aparmaq da 

mümkün idi. Çünki yeməyi dəqiq zaman fasilələri ilə verirdilər. İyirmi dörd saat ərzində üç dəfə 

yemək gətirildiyini təxmin edirdi. Bəzən dumanlı şəkildə yeməyin gündüz, yoxsa gecə verildiyi 

barəsində düşünməyə çalışırdı. Yemək təəccüb doğuracaq dərəcədə keyfiyyətli idi. Gündə bir 

dəfə mütləq ət xörəyi olurdu. Bir dəfə isə dolu qutu siqaret gətirmişdilər. Kibriti yox idi, amma 

yemək işinə baxan qaradinməz nəzarətçi sakitcə siqaretini öz alışqanı ilə yandırmışdı. 

Yadırğadığından, ilk dəfə tüstüdən ürəyi bulandı. Tezliklə köhnə vərdişi qayıtdı və hər dəfə 

yeməkdən sonra damağına yarım siqaret qoyaraq aldığı zövqün ömrünü bir müddət uzada bildi.  

Ona kənarına karandaş qırığı bağlanmış ağ qrifel lövhə də vermişdilər. İlk vaxtlar Uinston 

lövhədən istifadə etmirdi. Hətta oyaq vaxtlarında da daim gərgin vəziyyətdə olurdu. Çox vaxt bir 

yeməklə digəri arasındakı fasilədə əl-qolunu tərpətmədən sakitcə uzanırdı. Bəzən yuxuya 

gedirdi, bəzən isə narahatlıqla dolu dumanlı xəyallara dalır, hətta sonda gözlərini açmağa da 

qorxurdu. Artıq düz gözünün içinə vuran gur işıqda yatmağa öyrənmişdi. Gördüyü yuxuların 

daha ardıcıl, əlaqəli olmasını istisna etmək şərti ilə işıqda, yaxud qaranlıqda yatmağın elə bir 

fərqi yox idi. Bu arada tez-tez yuxu görürdü. Hamısı da xoşbəxt sonluqla bitən yuxular idi. 

Bəzən Qızıl Ölkədə olurdu. Bəzən də anası, Culiya və O`Brayenlə birlikdə parlaq günəş işığına 

qərq olmuş göz oxşayan, möhtəşəm xarabalıqlarda otururdular. Heç nə etmirdilər, sadəcə, günün 

altında əyləşir, adi şeylərdən danışırdılar. Oyaq vaxtı haqqında düşündüyü şeylər də mütləq 

yuxuları ilə bağlı olurdu. Artıq ağrı stimulu aradan götürüldüyündən, sanki ağlını hərəkətə 

gətirməkdə bir qədər çətinlik çəkirdi. Amma darıxmırdı. Nə kiminləsə danışmaq, nə də fikrini 

başqa şeylə məşğul etmək istəyirdi. Kamerada tək qalmağına, istintaqa aparılmadığına, 

döyülmədiyinə, üst-başının və yan-yörəsinin təmiz olmağına, doyunca yeyə bildiyinə görə 

həyatından çox razı idi.  

Vaxt keçdikcə daha az yatırdı. Amma yenə əvvəlki kimi çarpayıdan durmağa ehtiyacı hiss 

etmirdi. Yalnız bir şey-sakitcə yerində uzanmaq və orqanizminin necə güc topladığını müşahidə 

etmək istəyirdi. Tez-tez barmağını bədəninin müxtəlif yerlərinə toxundurub bütün bunların yuxu 

olmadığını, əzələlərinin həqiqətən də bərkiyib möhkəmləndiyini, dərisinin dartılıb 

hamarlandığını yoxlayırdı. Nəhayət, çəkisinin müəyyən qədər artması ilə bağlı məsələdə yəqinlik 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

265 


hasil etdi. Artıq budları baldırından xeyli yoğun görünürdü. Dirçəldiyinə əmin olduqdan sonra, 

ilk vaxtlar həvəssiz də olsa, hər gün hərəkət etməyə başladı. Tezliklə addımlarının sayını 

hesablayaraq, kamerada birnəfəsə üç kilometrə qədər yeriyə bildiyini aydınlaşdırdı. Əyilmiş 

çiyinləri də bir qədər düzəlmişdi. Daha çətin təmrinlərə əl atmaq istədi. Amma təəccüb və utanc 

içərisində onların öhdəsindən gələ bilməyəcəyini anladı. Sürətlə yeriyə bilmirdi, kətili düz 

açılmış əlində saxlaya bilmirdi, bir şeyə söykənmədən tək ayağı üstdə dayana bilmirdi. 

Çömələndən sonra ayağa qalxmağın nə qədər çətin olduğunu da anladı. Baldırlarında və 

budlarında başlayan dəhşətli ağrılar dikəlib ayaq üstdə dayanmasına imkan vermirdi. Qarnı üstə 

uzanaraq əllərini yerə dayayır, bədənini döşəmədən qaldırmağa cəhd edirdi. Lakin nə qədər 

çalışıb-çabalasa da, döşəmədən hətta bir neçə santimetr də yuxarı qalxa bilmədi. Bir neçə gün 

yaxşı yeyəndən sonra bu çətinliyin də öhdəsindən gəldi. Bir neçə gün conra isə, çətinlik 

çəkmədən döşəmənin üstündə altı dəfə dartına bilirdi. O, hətta günü-gündən dəyişən, güc 

toplayan bədəni ilə fəxr etməyə başlamışdı. Bəzən sifətinin də artıq normal şəklə düşdüyünü 

fikirləşirdi. Amma əlini tükləri tökülmüş başına çəkəndə güzgüdən ona baxan sir-sifəti əyilmiş, 

üzünün dərisi qırışıb-sallanmış adamı xatırladı.  

Əqli qabiliyyəti daha sürətlə bərpa olunurdu. Taxtın üstündə oturub arxasını divara söykəyir, 

qrifel lövhəni dizinin üstünə qoyub yenidən təhsili ilə məşğul olurdu.  

O, təslim bayrağı qaldırmışdı. Artıq qəti qərarını vermişdi. Əslində isə, təslim olmağa bu qərarı 

qəbul etməmişdən çox əvvəl hazır idi. Gerçəyi indi dərk edirdi. Sevgi Nazirliyinə düşdüyü ilk 

dəqiqədən, hətta daha əvvəl, Culiya ilə birlikdə köməksiz vəziyyətdə dayanıb teleekrandan 

eşidilən polad kimi cingiltili səsin əmrlərini dinlədiyi andan Partiyanın hakimiyyəti əleyhinə 

çıxmağın nə qədər yelbeyin və cəfəng hərəkət olduğunu anlamışdı. Yalnız indi başa düşürdü ki, 

son yeddi il ərzində Fikir Polisi onu böyüdücü şüşə arxasındakı böcək kimi daim nəzarətdə 

saxlayıb. Heç bir hərəkəti, bərkdən dediyi heç bir söz onların diqqətindən yayınmayıb, 

mahiyyətinə nüfuz edə bilmədikləri heç bir fikri, heç bir niyyəti qalmayıb. Hətta guya biclik 

işlədərək gündəliyinin üstünə qoyduğu kiçicik toz dənəsini də məharətlə əvvəlki yerinə 

qaytarıblar. Ona söhbətlərinin yazısını dinlədirdilər, foto- şəkillərini göstərirdilər. Arasında 

Culiya ilə birgə çəkilmiş şəkilləri də vardı. Bəli, hətta... Yox, o daha Partiyaya qarşı mübarizə 

apara bilməzdi. Çünki Partiya haqlı idi. Başqa cür də ola bilməzdi. Məgər əbədi, kollektiv 

zəkanın səhv etməsi mümkün olan iş idi? Bəs onun qərarlarını hansı əbədi meyarlarla 

qiymətləndirmək olardı? Sağlam ağıl-statistik anlayışdır. Partiyanın istədiyi kimi düşünmək üçün 

sadəcə öyrənmək lazımdır. Yalnız... 

 

 

Barmaqları arasında tutduğu karandaş ona yoğun və yöndəmsiz göründü. Uinston ağlına gələn 



ilk fikirləri yazmağa başladı. Əvvəlcə iri hərflərlə Partiya şüarını yazdı. 

 

AZADLIQ-KÖLƏLİKDİR 



 

Növbəti sətirdə isə, çox düşünmədən özünün yeni həqiqətini ifadə etdi:  

 

İKİ ÜSTƏGƏL İKİ BEŞƏ BƏRABƏRDİR. 



 

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

266 


Arada məcburi fasilə verməli oldu. Ağlı sanki zəifliyindən xəcalət çəkərək bir yerə cəm olmaq 

istəmirdi. Növbəti sətirdə nə yazacağını yaxşı bilirdi, lakin fikrini dəqiq ifadə etməyə çətinlik 

çəkirdi. Hər şey ağlına birdən gəldi. Amma elə-belə təsadüfən yox, yeni mənimsədiyi məntiqi 

mühakimə üsulunun yardımı ilə. Uinston yazdı: 

 

ALLAH- HAKİMİYYƏTDİR. 



 

O, artıq hər şeyi qəbul etmişdi. Keçmişi dəyişdirmək mümkündür. Keçmiş heç zaman 

dəyişməmişdir. Okeaniya İstasiya ilə müharibə edir. Okeaniya həmişə İstasiya ilə müharibə 

etmişdir. Cons, Aronson və Rezerford ittiham olunduqları cinayətlərdə günahkardırlar. Onların 

günahsızlığının alibisi sayıla biləcək foto-şəkli heç zaman görməyib. Şəkil yerli-dibli olmamışdı. 

Sadəcə, özünün uydurması idi. Uinston bunun tamamilə əksi olan şeyləri xatırladığını yadına 

saldı. Lakin onlar saxta xatirələr idi, özünüaldatma halları idi. Hər şey nə qədər də sadə imiş! 

Yalnız itaət et, ondan sonra bütün işlərin qaydasına düşəcək. Mübarizə aparmaq-nə qədər çalışıb-

çapalasan da hər dəfə növbəti dalğa ilə səni əvvəlki yerinə qaytaran axına qarşı üzmək idi. 

Qəflətən geriyə dönüb özünü suyun hökmünə təslim edəndə isə, heç bir müqavimətlə 

üzləşmirdin. Sənin məsələyə münasibətindən başqa, ortada heç bir şey dəyişmirdi. Olacağa çarə 

yoxdur. İndi Partiyaya asi düşməsinin səbəblərini öz-özünə də aydınlaşdıra bilmirdi. Hər şey nə 

qədər sadə idi. Bircə... 

Hər şey həqiqətə uyğundur. Adına “təbiət qanunu” deyilən anlayış xalis cəfəngiyyatdır. Cazibə 

qanununun özü cəfəngiyyatdır. O`Brayen deyirdi ki, “İstəsəm, bu dəqiqə döşəmədən qopub, 

sabun köpüyü kimi havada uça bilərəm”. İndi həmin sözləri əsaslandırmaq Uinston üçün elə də 

çətin deyildi. “O, döşəmədən qopub havada uçduğunu düşünürsə, mən də eyni anda onu uçan 

vəziyyətdə gördüyümü düşünürəmsə, hər şey öz həllini tapır”. Lakin qəzaya uğramış gəminin 

qalıqları gözlənilmədən suyun səthinə qalxdığı kimi, onun da beynində qəfil fikir peyda oldu: 

“Gerçəklikdə bu mümkün olan şey deyil. Biz o səhnəni xəyalımıza gətirə bilərik. Bu isə 

qarabasmadır”. Ani fikri dərhal başından çıxardı. Yanlışlıq göz qabağında idi. Güman edilir ki, 

haradasa hamıdan kənarda “gerçək” hadisələrin baş verdiyi “gerçək” dünya mövcuddur. Lakin 

bu dünya haradan peyda ola bilərdi? Müəyyən bir şey haqqında şüurumuzdakı bilgilərdən başqa 

hansı məlumat əldə edə bilərik? Bütün hadisələr şüurda cərəyan edir. Hamının şüurunda baş 

verən hadisə isə, artıq gerçəklikdə də baş vermiş olur.  

Uinston səhvlərini aşkara çıxarmağa çətinlik çəkmirdi. Ona görə də yeni səhvlərə yol vermək 

qorxusu yox idi. Yaxşı başa düşürdü ki, bir də heç zaman, heç bir vəhclə yanlış fikirlər beyninə 

yol tapmamalıdır. Təhlükəli fikir yaxınlaşan kimi beyindəki kor nöqtə hərəkətə keçməlidir. Bu 

önləmə instinktiv, təhtəlşüur baş verməli, beyin təhlükə anında özünü durdurmağı bacarmalıdır. 

Yenidildə proses elə özünüdurdur adlanırdı.  

Özünüdurdur sistemi əsasında fikirlərini təkmilləşdirməyə başladı. Özünə “Partiya deyir ki, Yer 

kürə şəklində deyil”, yaxud “Partiya deyir ki, buz sudan ağırdır” tipli tapşırıqlar verir, sonra isə 

beynini yanlış fikirləri inkar edən dəlilləri anlamamağa, yaxud əks-arqumentləri dərk etməməyə 

hazırlayırdı. Bu o qədər də asan iş deyildi. “İki üstəgəl iki beşə bərabərdir” tipli ifadələrin 

meydana çıxardığı riyazi problemlər isə, ümumiyyətlə, intellektual imkanları fövqündə idi. 

Burada hansısa əqli kəndirbazlıq da tələb olunurdu. İlk anda məntiqi az qala zərgər dəqiqliyi ilə 

işə salmaq, sonra isə yol verilmiş kobud məntiqi səhvi görməmək bacarığı tələb olunurdu. 

Səfehlik də intellekt qədər zəruri idi. Amma o da intellekt kimi ipə-sapa çətin yatırdı.  

Fikrini məşğul edən məsələlərdən biri də onların güllələnmə hökmünü nə zaman yerinə 

yetirəcəkləri ilə bağlı idi. O`Brayen “Hər şey sizdən asılıdır”-demişdi. Lakin Uinston hər hansı 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

267 


düşünülmüş addımla bu prosesi yaxınlaşdırmağın mümkün olmadığını başa düşürdü. On dəqiqə 

sonra da, on il sonra da güllələyə bilərdilər. İllərlə təkadamlıq kamerada saxlaya bilərdilər, icbari 

əmək düşərgəsinə göndərə bilərdilər, hətta müəyyən müddətə azadlığa buraxa bilərdilər. Bəzən 

belə də edirdilər. Güllələməmişdən əvvəl həbs və istintaqın bütün əzabları ilə yenidən 

təkrarlanması tamamilə mümkün idi. Dəqiq bildiyi yeganə şey ölümün heç vaxt gözlənilən anda 

gəlməməsi idi. Ənənə, gizli ənənə (düşünürdü ki, heç vaxt eşitmədiyi bu sözü haradan öyrənib?) 

ölümə məhkum olunanların bir kameradan o birisinə aparılarkən koridorda qəfildən başlarının 

arxasına atəş açmaqla öldürüldüklərini deyirdi.  

Bir gün, -əslində “gün” sözü tamamilə şərti idi, çünki həmin vaxt gecə yarısı da ola bilərdi,- 

Uinston qəribə və işıqlı bir yuxu gördü. Başına çaxılacaq gülləni gözləyə-gözləyə koridorla 

gedirdi. Bir an sonra həyatının sonuna çatacağını bilirdi. Hər şey hazırlanmışdı, yoluna 

qoyulmuşdu, sahmana salınmışdı. Daha şübhə yeri qalmamışdı, sübuta ehtiyac duyulmurdu, ağrı 

və qorxu hissi yoxa çıxmışdı. Bədəni sağlam və möhkəm idi. Hərəkət etmək imkanı yarandığına 

sevinərək günəşli havada gəzişirmiş kimi yüngül addımlarla yeriyirdi. Bura Sevgi Nazirliyinin 

uzun, dar koridoru deyildi. Eni bəlkə də bir kilometrə çatan, günəş işığına qərq olmuş geniş yol 

idi. Uyuçdurucunun təsirindən havalanmış kimi bu yolla uçurdu. Yenə Qızıl Ölkədə idi, 

dovşanların kənarındakı otları qırpıb yedikləri cığırdan keçirdi. Mamırlar ayaqlarının altında 

yatıb-qalxırdı, günəş şüaları üzünü isidirdi. Çəmənliyin kənarındakı göyrüş ağacının budaqları 

mehdən asta-asta silkələnirdi. Bir az aralıda isə kiçik çay axırdı. Söyüd budaqlarının altındakı 

balaca nohurda qızılı rəngli balıqlar üzürdü. 

Uinston titrəyib qorxu içində gözlərini açdı. Belinin ortasından tər axırdı. Yuxudan öz səsinə 

oyanmışdı. 

-Culiya! Culiya! Mənim sevimli Culiyam! Culiya!-deyə bərkdən qışqırırdı.  

Uinston yarıyuxulu vəziyyətdə olduğundan hələ bir müddət də qızın burada, lap yaxınlığında 

olduğunu düşündü. Culiya onun yanında, həm də ürəyinin içində idi. Elə bil dərisinin altına 

yerimiş, bədəninin ayrılmaz hissəsinə çevrilmişdi. Bu anlarda Culiyanı azadlıqda və bir yerdə 

olduqları vaxtlardan qat-qat artıq sevirdi. Qızın sağ olduğunu, onun köməyinə ehtiyac 

duyduğunu hiss edirdi.  

Arxası üstdə uzanıb fikirlərini bir yerə toplamağa çalışdı. Nə etmişdi? Ani zəifliyi ilə kölə 

həyatını nə qədər uzatmışdı?  

İndicə qapının arxasından ayaq səsləri eşidiləcək. Onlar belə özbaşınalığı heç vaxt cəzasız 

qoymazlar. Əgər əvvəllər fərqinə varmamışdılarsa, indi qol qoyduğu razılaşmanı pozduğunu 

dərhal başa düşəcəklər. Deməli üzdə Partiyaya tabe olub, amma daxilən yenə Partiyaya nifrət 

edir. Əvvəllər qara fikirlərini zahiri razılaşma pərdəsi altında gizlədirdi. İndi geriyə doğru daha 

bir addım atıb: şüurunu təslim edib, ruhunu isə toxunulmaz saxlayacağına ümid bəsləyir. Uinston 

yanlış yolda olduğunu bilirdi. Yanlışı daha üstün tuturdu. Onlar da Uinstonu başa düşməlidirlər. 

O`Brayen başa düşməlidir. Bir səfeh çığırtı sirrinin üstünü açmışdı.  

Hər şeyi təzədən başlamalı olacaq. İllərlə vaxt lazım gələcək. Uinston indi necə göründüyünü 

təxmini də olsa öyrənmək üçün əlini sifətinə çəkdi. Üzünü dərin qırışlar basmışdı, almacıq 

sümükləri sivriləşmişdi, burnu yastılanıb içəri batmışdı. Güzgüdə özünü axırıncı dəfə yeni protez 

dişləri qoyulanda görmüşdü. Sifətinin necə göründüyünü bilmədən üzünə anlaşılmaz ifadə 

vermək çox çətindir. İstənilən halda təkcə mimika ilə vəziyyətdən çıxmaq mümkün olmayacaqdı. 

Qorumaq istədiyin sirri ilk növbədə özündən gizlətməlisən - bu həqiqəti Uinston yalnız indi başa 

düşdü. Əlbəttə, onun yaddaşında yaşadığını xatırlamalısan. Lakin ehtiyac duyulmayana qədər hər 

hansı şəkildə, ələlxüsus da ad çəkmək anlamında şüuruna yol tapmasına imkan verməməlisən. 

Bu gündən etibarən yalnız düzgün fikirləşməməlidir, həm də hər şeyi düzgün hiss etməli, düzgün 

yuxular görməlidir. Nifrəti isə, bədənində əmələ gələn, orqanizminin bir hissəsinə çevrilən, lakin 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

268 


onunla bağlılığı olmayan yad cisim, məsələn, kista kimi içinin dərinliklərində gizlətməyi 

bacarmalısan. 

Nə vaxtsa güllələmək qərarı verəcəklər. Ona dəqiq vaxt deməyəcəklər, lakin bir neçə saniyə 

əvvəl yəqin ki, bunu mütləq hiss edəcək. Koridorda addımladığı vaxt arxadan vuracaqlar. Yəqin 

ki, bu işə on saniyə kifayətdir. O zaman daxilində bir tufan qopacaq. Heç bir söz demədən, 

addımlarını yavaşıtmadan, tükü də tərpənmədən qəflətən üzündəki maskanı çıxarıb atacaq, 

sinəsində qaynayan nifrətə yol açacaq. Nifrəti nəhəng alov dili kimi hər tərəfi yalayacaq. Və 

yəqin ki, eyni anda da güllə beynini deşəcək. Nə tez, nə də gec! Beynini istədikləri şəkildə 

dəyişdirməyə macal tapmadan vurub dağıdacaqlar. Tövbə qapısına gətirə bilmədikləri, 

cəzalandırmağa yol tapmadıqları yad fikir onlar üçün əbədilik əlçatmaq olacaq. Onun islah 

edilməmiş beyninə güllə çaxmaqla öz ideallarında qara bir deşik açacaqlar. Onlara nifrət edə-edə 

ölmək özü də azadlıqdır! 

Uinston gözlərini yumdu. Bu addımı atmaq ağlını intizama öyrətməkdən çətndir. Söhbət özünü 

alçaltmaqdan, ləyaqətini həmişəlik itirməkdən gedir. O, artıq çirkabın əlçatmaz, gözişləməz 

qatına enib. Bundan daha dəhşətli, ürəkbulandıran şey nə ola bilər? Böyük Qardaş haqqında 

fikirləşməyə başladı. Böyük Qardaşın qara bığlı, nəhəng (şəklini yalnız plakatlarda gördüyündən, 

sifətinin eninin bir metrdən az olmadığını düşünürdü) portreti həmişə insanı təqib edən baxışları 

ilə gözləri önündə canlandı. İndi Böyük Qardaşa həqiqi münasibəti necə idi?  

Koridorda ağır addım səsləri eşidildi. Dəmir qapı cingilti ilə açıldı. O`Brayen kameraya girdi. 

Arxasında mum sifətli zabit və qara paltarlı nəzarətçilər vardı.  

-Ayağa qalxın!-O`Brayen əmr etdi. -Bura gəlin.  

Uinstonla üzbəüz dayandı. O`Brayen güclü əlləri ilə onun çiyinlərindən yapışıb sifətini özünə 

yaxınlaşdırdı. 

-Məni aldatmaq istəyirdiniz?-deyə soruşdu.-Səfeh hərəkətdir. Düz dayanın. Gözlərimin içinə 

baxın.  

O`Brayen bir anlıq susdu. Sonra nisbətən yumşaq səslə sözünə davam etdi.  

-Siz islah olunursunuz. İntellektual cəhətdən, demək olar ki, yalnız cüzi qüsurlar qalıb. 

Emosional baxımdan isə heç bir irəliləyişə nail olmamısınız. Düzünü deyin,Uinston. Mənə yalan 

danışmağa çalışmayın. Yadınızda saxlayın ki, bu heç vaxt diqqətimdən yayınmır. Düzünü deyin: 

Böyük Qardaşa həqiqi münasibətiniz necədir? 

-Mən ona nifrət edirəm.  

-Siz ona nifrət edirsiniz. Yaxşı. Onda son addımınızı atmaq vaxtıdır. Siz Böyük Qardaşı 

sevməlisiniz. Böyük Qardaşa itaət etmək azdır. Onu sevmək lazımdır.  

O, Uinstonu yüngülcə nəzarətçilərə tərəf itələyərək əmr verdi:  

-101-ci otağa! 

 

V FƏSİL 



 

Məhbəs həyatının hər mərhələsində Uinston pəncərəsiz binanın hansı hissəsində olduğunu bilir, 

yaxud təxmin edirdi. Bəlkə atmosfer təzyiqi arasında fərq də burada öz rolunu oynayırdı. 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

269 


Nəzarətçilərin onu döydükləri kamera yer səthindən aşağıda idi. O` Brayenin istintaq apardığı 

otaq lap yuxarıda, dama yaxındı.Gətirildiyi kamera isə yerin lap altında, zirzəminin dibində idi. 

Otaq indiyə qədər saxlandığı kameraların hamısından böyük idi. İçəridə gördüyü şeylər dəqiq 

yadında qalmamışdı. Amma qarşısındakı üstü yaşıl mahud örtüklü iki kiçik masanı yaxşı 

xatırlayırdı. Masalardan biri təxminən iki addımlığında, digəri isə nisbətən aralıda, qapının 

ağzında idi. Uinstonu kresloya elə möhkəm sarımışdılar ki, bədənin heç yerini, hətta başını da 

tərpədə bilmirdi. Boynunun arxasına qoyduqları yastıqça başını dimdik saxladığından, yalnız 

qarşısına baxırdı.  

Əvvəlcə otaqda tək idi. Sonra qapı açıldı, O`Brayen içəri girdi.  

-Bir dəfə məndən 101-ci otaqda nə olduğunu soruşmuşdunuz,-deyə sözə başladı.- Demişdim ki, 

cavabı özünüz bilirsiniz. Hamı bilir. Dünyadakı ən dəhşətli şeylər 101-ci otaqda baş verir.  

Qapı yenə açıldı. Nəzarətçi qucağında məftildən toxunmuş qutu, yaxud qəfəsə oxşayan bir şey 

gətirdi. Onu kənardakı masanın üstünə qoydu. O`Brayenin bədəni qarşısını kəsdiyindən. Uinston 

kameraya nə gətirildiyini görə bilmirdi.  

-Dünyada ən dəhşətli şey hər fərd üçün müxtəlif olur,- O`Brayen sözünə davam etdi. -Biri diri-

diri basdırılmaqdan qorxur, o biri tonqalda yandırılmaqdan, üçüncüsü suda barıtılmaqdan, 

dördüncüsü paza taxılmaqdan... Öldürməyin onlarla növü var. Bəziləri isə dünyanın ən böyük 

dəhşətini başqalarına tamam əhəmiyyətsiz görünən hallarla üzləşəndə yaşayırlar.  

Uinstonun masanın üstünə qoyulmuş şeyi daha yaxşı görə bilməsi üçün bir qədər kənara çəkildi. 

Bu, üst tərəfində tutacaq yeri olan məftildən toxunmuş uzunsov qəfəs idi. Qarşısına 

qılıncoynadanların üzlərinə taxdıqları maskaya bənzəyən qoruyucu tor çəkilmişdi. Arada üç-dörd 

metrlik məsafə olsa da, Uinston qəfəsin içəridən uzununa iki yerə bölündüyünü, hər iki tərəfində 

hansısa canlıların tərpəşdiyini görə bildi. Qəfəsdəki siçovullar idi.  

-Sizin üçün isə,-O`Brayen davam etdi,-dünyada ən dəhşətli şey siçovul olmalıdır..  

Qəfəsə baxdığı ilk saniyələrdə Uinstonu naməlumluğun xofu bürümüş, bədəninə titrətmə 

düşmüşdü. İndi qəfəsin qarşı tərəfindəki yanları əyilmiş maskaya bənzər qurğunun nə üçün 

olduğunu da anlamışdı. Yenə qarnından sancı qopmuşdu.  

-Sizin buna ixtiyarınız yoxdur!-deyə uca, cır səslə qışqırmağa başladı.-İxtiyarınız yoxdur! 

Yoxdur! Bu mümkün olan iş deyil! 

-Yuxularınızdakı vahimə anlarını xatırlayırsınızmı?-deyə O`Brayen soruşdu.-Gözünüzün önündə 

zülmətdən divar var, arxasında isə ciyiltili səs eşidilir. Divarın o biri üzündə dəhşətli bir varlıq 

gizlənib. Siz orada nə olduğunu bilirdiniz. Amma hətta öz-özünüzə etiraf etməyə də 

qorxurdunuz. Divarın arxasındakı siçovullar idi.  

-O`Brayen,-deyə Uinston bacardığı qədər səsinin titrəməməsinə çalışaraq dilləndi.-Yaxşı 

bilirsiniz ki, buna ehtiyac yoxdur. İndi nə etməliyəm? Məndən daha nə istəyirsiniz? 

O`Brayen birbaşa cavab vermədi. Danışmağa bəzi hallarda əl atdığı üsulla - mühazirə oxuyan 

müəllim ədası ilə başladı. Fikirli-fikirli düz qarşısına baxır, sözlərini də sanki Uinstona deyil, 

onun arxasındakı gözəgörünməz auditoriyaya deyirdi.  

-Təkcə ağrı hissi həmişə kifayətləndirici olmur. Bəzən ölüm həddinə çatana qədər ağrıya 

müqavimət göstərən insanlara təsadüf edilir. Lakin hər insanın təhəmmül edə bilmədiyi, hətta 

ağlına sığışdırmadığı bir qorxu var. Həmin məqamda qorxaqlıq, yaxud cəsarət elə rol oynamır. 

Yuxarıdan yıxılırsansa, kəndirdən yapışmaq qorxaqlıq deyil. Dərinlikdən suyun üzünə 

qalxırsansa, sinə dolusu nəfəs almaq qorxaqlıq deyil. Bu, həmişə öz hökmünü qoruyub-saxlayan 


Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin