“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
258
üzərində, sizin dediyiniz kimi, zahiri gerçəklik üzərində hakimiyyət önəmli deyil. Materiya artıq
çoxdan tam nəzarətimizə keçmişdir.
Uinston bir anlığa cihazın mövcudluğunu unutdu. Bütün qüvvəsini sərf edərək dikəlib oturmağa
çalışdı. Əvəzində ağrılarını daha da artırmış oldu.
-Siz materiyaya necə nəzarət edə bilərsiniz?-deyə az qala qışqırdı.-Hələ heç iqlim qurşaqları,
cazibə qanunu nəzarətinizdə deyil. Yer üzündə xəstəliklər var, ağrılar var, ölüm var...
O Brayen əlinin hərəkəti ilə onu sakitləşdirdi.
-Materiya nəzarətimiz altındadır. Çünki artıq şüura nəzarət edirik. Gerçəklik-insan kəlləsinin
içərisindədir. Bunu tədricən öyrənəcəksiniz, Uinston. Bizim üçün mümkün olmayan heç nə
yoxdur. Gözə görünməyə bilərik, pərvazlanıb havaya qalxa bilərik, nə istəsəniz edə bilərik. Əgər
istəsəm, bu dəqiqə sabun köpüyü kimi dayandığım bu döşəmənin üzərindən qanadlanıb uça
bilərəm. Amma istəmirəm. Çünki Partiya istəmir. Siz təbiət qanunları haqqında on doqquzuncu
əsrin təsəvvürlərindən birdəfəlik xilas olmalısınız. Təbiətin qanunlarını biz yaradırıq.
-Buna gücünüz çatmaz. Siz hələ Yer planetinin sahibi deyilsiniz. Bəs Avrasiya, İstasiya? Hələ bu
ölkələri fəth edə bilməmisiniz.
- Çox da vacib məsələ deyil. Lazım olanda fəth edəcəyik. Hətta fəth etməsək də-bunun elə bir
fərqi yoxdur. Biz onların mövcudluğuna əbədilik göz yumacağıq. Bütün dünya Okeaniyadan
ibarət olacaq.
- Lakin dünya özü toz zərrəsi kimi bir şeydir. İnsan isə kiçik və köməksizdir. Onun mövcudluq
tarixi nə qədərdir? Milyonlarla il Yer kürəsində, ümumiyyətlə, həyat olmayıb.
- Cəfəngiyyatdır. Bizim neçə yaşımız varsa, Yer kürəsinin də o qədər yaşı var. Yer kürəsi bizdən
qədim ola bilməz. İnsan şüurundan kənarda heç nə mövcud deyil.
- Buzlaqlar indi nəsli kəsilmiş heyvanların- mamontların, dinozavrların, nəhəng sürünənlərin
sümükləri ilə doludur. Hələ insanın mövcudluğu təsəvvürə gəlməyən dövrlərdə onlar Yer
üzərində yaşamışdılar.
- Bu sümükləri gözünüzlə görmüsünüz, Uinston? Əlbəttə ki, yox! Hamısı on doqquzuncu əsr
bioloqlarının uydurmasıdır. İnsandan əvvəl Yer üzündə heç nə olmayıb. İşdir, nəsli kəsilsə,
insandan sonra da heç bir canlı varlıq olmayacaq. İnsanın varlığından kənarda heç nə mövcud
deyil.
- Bizdən kənarda bütöv bir kainat mövcuddur. Ulduzlara baxın. Onlardan bəziləri Yer
kürəsindən milyonlarla işıq ili məsafədə yerləşir. Onlar insan üçün əbədilik əlçatmazdır.
-Ulduzlar nədir ki?- O`Brayen laqeyd şəkildə etiraz etdi. -Buradan neçə kilometrsə kənarda
yerləşən odlu nöqtələr. Biz istəsək, uçub ulduzlara çatarıq. Yaxud lazım gəlsə işıqlarını da
söndürərik. Yer-kainatın mərkəzidir. Günəş də, ulduzlar da Yerin ətrafında fırlanır.
Uinston yenə yerindən tərpənməyə cəhd göstərdi. Amma daha mübahisəni davam etdirmədi.
O`Brayen isə, onun etirazlarına cavab verirmiş kimi, hələ də danışırdı:
-Bəzi məsələlərdə təbii ki, bu nöqteyi-nəzər özünü doğrultmur. Məsələn, okeanda üzəndə, yaxud
Günəş tutulması haqqında qabaqcadan xəbər verəndə Yerin Günəş planeti ətrafında fırlanmasını,
eləcə də ulduzların bizdən milyon kilometrlərlə uzaq olmasını demək daha sərfəlidir. Burada
qəribə nə var ki? Bəlkə düşünürsünüz ki, ikili astronomiya yaratmaq çox çətin məsələdir? Bizə
lazımlılıq dərəcəsindən asılı olaraq ulduzlar yaxında, yaxud uzaqda yerləşə bilərlər. Bəlkə
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
259
riyaziyyatçılarımızın bu işin öhdəsindən gələ bilməyəcəklərini fikirləşirsiniz? Görünür,
ikifikirlilik haqqındakı təlimi unutmusunuz?
Uinston çarpayıya daha bərk sıxıldı. Nə deyirdisə, ani cavab dəyənək kimi başına enirdi. Amma
hələ də ağlıni itirmədiyinə inanırdı. İnanırdı. İnsan şüurundan kənarda heç nəyin mövcud
olmadığı fikrinə gəldikdə isə... yəqin ki, onun da həqiqətə uyğun gəlmədiyini sübut etmək üçün
hansısa yollar var. Məgər uzun illər bundan əvvəl belə yanaşma tərzinin yanlışlığı sübuta
yetirilməyibmi? Hətta xüsusi nəzəriyyə də vardı. Uinston indi yadına sala bilmirdi.
Xəfif təbəssüm yuxarıdan aşağı Uinstonu süzən O`Brayenin ağzının kənarlarındakı qırışları bir
balaca dərinləşdirdi.
-Artıq sizə demişəm, Uinston, metafizika baxımından o qədər də güclü deyilsiniz. Yadınıza
salmaq istədiyiniz termin solipsizm adlanır. Lakin yanılırsınız. Mənim haqqında danışdığım
solipsizm deyil. Bilmək istəyirsinizsə, kollektiv solipsizm deyil. Tamamilə fərqli bir şeydir,
bəlkə də solipsizmin əksidir. Lakin biz mövzudan uzaqlaşdıq.- O`Brayen indi tamamilə fərqli
tonda danışırdı.- Əsl hakimiyyət, uğrunda gecə-gündüz vuruşğumuz hakimiyyət əşyalar üzərində
deyil, insan üzərindəki hakimiyyətdir. - O susdu, sonra qabiliyyətli şagirdini sınağa çəkən
müəllim kimi soruşdu:
-Uinston, bir insan başqası üzərində hakimiyyətini necə təmin edir?
Uinston fikrə getdi.
- Ona əzab verməklə,- dedi.
-Doğrudur! Ona əzab verməklə. Sadəcə itaət yetərli deyil. Bir insan əzab çəkmirsə, özünün deyil,
sizin iradənizi yerinə yetirdiyinə necə əmin ola bilərsiniz? Hakimiyyətin mahiyyəti əzab vermək
və alçaltmaqdadır. İnsanların şüurunu parçalayıb dağıtmaqda və onları təzədən özünün istədiyi
kimi yapışdırıb düzəltməkdədir. İndi necə bir dünya qurmaq istıədiyimizi anlayırsınızmı? Bizim
qurduğumuz dünya köhnə islahatçıların xəyallarında canlandırdıqları səfeh hedonist utopiyaların
tam əksi olacaq. Bu, qorxu, xəyanət və işgəncə dünyası olacaq, tapdayanların və ayaq altda qalıb
əzilənlərin dünyası olacaq, insanın kamilləşdikcə daha da amansızlaşacağı dünya olacaq! Bizim
qurduğumuz dünyada tərəqqi yalnız iztirabların daha da artırılmasına xidmət edəcək. Köhnə
sivilizasiyalar məhəbbət və ədalət hissinə arxalandıqlarını əllərində bayrağa çevirmişdilər. Bizim
sivilizasiya isə nifrətə əsaslanır. Bizim dünyamızda qorxu, qəzəb, təntənə və özünüməhvdən
başqa heç bir hiss olmayacaq. Qalan nə varsa, hamısını məhv edəcəyik. Hamısını! Biz
İnqilabdan əvvəl mövcud olmuş əski düçüncə tərzlərinin kökünü qazıb atırıq. Biz valideynlə
övlad, fərdlə fərd, qadınla kişi arasındakı bağları birdəfəlik qırırıq. Artıq heç kəs qadınına,
uşağına, dostuna inanmır. Gələcəkdə qadınlar və dostlar, ümumiyyətlə, olmayacaq. Qırt düşmüş
toyuğun altındakı yumurtaları götürən kimi, yeni doğulan körpələri də analarının əlindən
alacağıq. Cinsi ehtiras hissi ləğv ediləcək. Doğub-törəmə, ərzaq talonunun yenilənməsi kimi, hər
ilin sonunda həyata keçirilən formallığa çevriləcək. Orqazmı tamamilə aradan qaldıracağıq.
Bizim neyroloqlarımız artıq bu məsələ üzərində işləyirlər. Partiyaya sədaqətdən başqa ayrı
sədaqət haqqında söhbət olmayacaq. Böyük Qardaşa məhəbbətdən başqa ayrı məhəbbət
təsəvvürə də gətirilməyəcək. Məğlub edilmiş düşmən üzərində istehzalı gülüşdən başqa ayrı
gülüş olmayacaq. İncənətət, elm, ədəbiyyat aradan götürüləcək. Biz qüdrətli olanda elmə,
ümumiyyətlə, ehtiyac qalmayacaq. Eybəcərliklə gözəllik arasında heç bir fərq qoyulmayacaq.
Maraq hissi itib gedəcək, insan həyatdan qətiyyən zövq almayacaq. Zövq müxtəlifliyinə son
qoyulacaq. Lakin həmişə,-Uinston, bu sözləri yaxşı yadınızda saxlayın!-həmişə hakimiyyət
ehtirası yaşayacaq, zaman keçdikcə daha da güclənəcək, daha da şiddətlənəcək. Həmişə, hər an
insanın ağlını başından çıxaran qələbə bağırtıları eşidiləcək, köməksiz düşməni tapdalayıb əzmək
hissi düşüncələrə hakim kəsiləcək. Sizə gələcəyin obrazı lazımdırsa, o zaman gözləriniz önündə
insan sifətinin üzərinə sıxılmış uzunboğaz çəkmə canlandırın.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
260
O`Brayen Uinstonun cavabını gözləyirmiş kimi susdu. Uinston isə yenə də çarpayının
dərinliklərində gizlənmək istəyirdi. Onun deməyə sözü yox idi. Elə bil ürəyi donub buza
dönmüşdü. O`Brayen davam edirdi.
-Həm də yadınızda saxlayan – bu, əbədi bir proses olacaq. Tapdanası sifət həmişə tapılacaq.
Həmişə fərqli düşünən, cəmiyyətə düşmən kəsilən adamlar olacaq, onları yenidən, dönə-dönə
məğlub etmək, alçaltmaq zərurəti yaranacaq. Bura, əlimizə düşdükdən sonra başınıza açılan
oyunlar həmişə, özü də getdikcə daha mükəmməl və sərt formada təkrarlanacaq. Satqınlıq,
xəyanət, həbslər, işgəncələr, edamlar, sirli şəkildə yoxaçıxmalar heç vaxt səngiməyəcək.
Qurduğumuz terror dünyası, ideyalarımızın təntənəsi dünyası olacaq. Partiyanın qüdrəti artdıqca
o, daha barışmaz mövqe tutacaq. Müxalifətin müqavimət qüvvəsi azaldıqca despotizm öz
mövqelərini daha da sərtləşdirəcək. Qoldsteyn və onun yad fikirləri də həmişə yaşayacaq. Hər
gün, hər an o fikirlər darmadağın ediləcək, ələ salınacaq, alçaldılacaq, lağa qoyulacaq, ictimai
qınaq hədəfinə çevriləcək.Amma yenə də mövcudluğunu qoruyub saxlayacaq. Mənim yeddi
ildən bəri sizinlə oynadığım dram da dönə-dönə təkrarlanacaq. O dram daim yeni-yeni nəsillərlə,
amma hər dəfə daha sərt formada oynanacaq. Həmişə taleyi bizim mərhəmətimizdən asılı olan
yad düşüncəli adamlar tapılacaq. O, daxilən sındırılmış, miskin vəziyyətə salınmış halda ağrıdan,
əzabdan bağıracaq, öz-özündən xilas olandan, bütün varlığı ilə tövbə edəndən sonra isə buradan
bizim yerişimizlə çıxacaq. Bax, biz belə dünya qururuq, Uinston! Qələbə dalınca qələbə, zəfər
dalınca zəfər və üstəlik, yeni bir zəfər dünyası! Hakimiyyətin əsəbləri ilə oynamaq fikrinə
düşənlərə qarşı sonsuz təzyiqlər, təzyiqlər və təzyiqlər dünyası! Görürəm, onun necə bir dünya
olacağını artıq dərk etməyə başlayırsınız. Lakin sonda hər şeyi anlamaqdan daha böyük iş
görəcəksiniz. Siz bu yeni dünyanı qəbul edəcəksiniz, alqışlayacaqsınız, onun sıra nəfərlərindən
birinə çevriləcəksiniz.
Uinston indi danışmaq üçün özündə az da olsa qüvvə hiss edirdi. Haqlılığına o qədər də əmin
olmayan bir səslə:
-Bacarmayacaqsınız,-dedi.
-Nə demək istəyirsiniz, Uinston?
-Təsvir etdiyiniz dünyanı qura bilməyəcəksiniz. Bu-xəyaldır. Mümkün olan şey deyil.
-Niyə?
-Qorxu, nifrət və qəddarlıq üzərində sivilizasiya qurmaq olmaz. Dayaqlar tab gətirməyəcək.
-Nəyə görə?
-Çünki belə quruluşun həyat qabiliyyəti olmayacaq. Parçalanıb dağılacaq. Sonu intiharla bitəcək.
-Cəfəngiyyat danışırsınız. Əbəs yerə beyninizə nifrətin məhəbbətdən daha dağıdıcı qüvvə olması
fikrini yeritmisiniz. Əvvəla, niyə belə olmalıdır? İkincisi, hətta lap belə olsa da, bunun nə fərqi
var? Fərz edək ki, biz özümüzü daha tez zəiflədib sıradan çıxarmaq yolunu tuturuq. Fərz edək ki,
insan həyatının tempini yüksəltməyimiz nəticəsində otuz yaşlı adam ağlı heç nə kəsməyən
qocaya çevrilmişdir. Bundan nə dəyişəcək ki? Doğrudanmı siz hələ də ayrılıqda götürülmüş bir
fərdin ölümünün itki olmadığını anlamırsınız? Əsas məsələ Partiyanın ölümsüzlüyüdür.
Həmişəki kimi, inamlı səs Uinstonu yenə köməksiz vəziyyətə saldı. Həm də qorxurdu ki,
O`Brayenə etirazlarında israr etsə, cihazın dəstəyi təzədən hərəkətə gələ bilər. Amma susmağı da
özünə sığışdırmırdı. Ürkək vəziyyətdə, dəlil-sübut gətirmədən (bəlkə O`Brayenin hərarətli
nitqini saya salmamaq da dilsiz etiraz sayıla bilərdi?) hücumunu təzələmək istədi:
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
261
-Bilmirəm... Çıxış yolu görmürəm. Hər halda, sizi iflas gözləyir. Kiməsə məğlub olacaqsınız.
Həyat özü sizi məğlub edəcək.
-Uinston, biz həyatı bütün səviyyələrdə nəzarətdə saxlayırıq. Yəqin düşünürsünüz ki, insan
təbiəti adlanan nə isə sirli bir qüvvə mövcuddur və o, bizim əməllərimizdən hiddətlənərək günün
birində üsyan edəcək. Amma insan təbiətini yaradanların özümüz olduğunu unudursunuz.
İnsanları istənilən şəklə salmaq mümkündür. Bəlkə yenə keçmiş xülyanıza qayıtmısınız-
proletariatın və kölələrin ayağa qalxıb bizi devirəcəyi fikrinə düşmüsünüz? Bu fikri başınızdan
birdəfəlik çıxarın. Proletariat həyət heyvanı kimi gücsüz və itaətkardır. Bəşəriyyət-Partiya
deməkdir. Qalan heç nəyin önəmi yoxdur.
-Bir şey deyə bilmərəm... Sonda onlar sizi əzəcəklər. Əvvəl-axır kim olduğunuzu anlayacaqlar
və o zaman sizi parça-parça edəcəklər.
-Bəlkə siz artıq təhlükənin hansısa əlamətlərini görürsünüz? Belə ehtimal üçün əlinizdə tutarlı
dəlillər var?
-Yox. Bu, sadəcə, mənim inancımdır. Sizi iflas gözlədiyinə qəti əminəm. Kainatda... bilmirəm,
elə qüvvə, elə ruh, ya da elə bir prinsip var ki, siz ona heç zaman üstün gələ bilməyəcəksiniz.
-Uinston, siz Allaha inanırsınız?
-Yox.
-Bəs onda hansı qüvvə bizi məğlub edəcək?
-Bilmirəm. İnsan ruhu.
-Siz özünüzü də insan sayırsınız?
-Əlbəttə.
-Siz insansınızsa, Uinston, o zaman sonuncu insansınız. Nəsliniz kəsilmişdir. Yer kürəsinin
sakinləri artıq bizik! Tamamilə tək qaldığınızın fərqindəsinizmi? Siz tarixdən kənardasınız, siz
mövcud deyilsiniz.
Onun sifəti birdən sərtləşdi, kəskin səslə soruşdu:
-Bəlkə güman edirsiniz ki, mənəvi cəhətdən bizdən-qəddar və yalançı adamlardan daha
yüksəkdə dayanırsınız?
-Bəli, mənəvi cəhətdən özümü sizdən daha üstün sayıram.
O`Brayen cavab vermədi. Yaranan sakitlikdə Uinston iki adamın danışığını eşitdi. Az keçməmiş
birinin öz səsi olduğunu tanıdı. O, Qardaşlığa daxil olmaq fikrinə düşdüyü axşam O`Brayenlə
mənzilindəki söhbətlərinin lent yazısı idi. Uinston özünün aldatmağa, oğurlamağa, öldürməyə,
saxtalaşdırmağa, narkomanlıq və fahişəlik yaymağa, adamları zöhrəvi xəstəliklərə
yoluxdurmağa, körpə uşağın sifətinə sulfat turşusu atmağa hazır olması haqdakı vədlərini
yenidən dinlədi. O`Brayen səbirsizliklə əlini yellədi. Sanki bu hərəkəti ilə söhbətə sona qədər
qulaq asmağın mənasız olduğunu bildirirdi. Hansısa düyməni basdı, səslər kəsildi.
-Çarpayıdan qalxın!-deyə əmr etdi.
İlmələr öz-özünə açıldı. Uinston ayaqlarını döşəməyə salladı, özünə inamsız halda ayaq üstə
dayandı.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
262
-Siz sonuncu insansınız,-O`Brayen dedi.-Siz bəşər ruhunun mühafizəçisiniz. Gərək özünüzü
olduğunuz kimi görəsiniz. Paltarlarınızı çıxarın.
Uinston kombinezonu əynində saxlayan ilgəyi açdı. Şalvarının zəncirbəndini çoxdan söküb
çıxarmışdılar. Həbs olunduğu gündən bəri paltarlarını soyunub-soyunmadığını yadına sala
bilmədi. Kombinezonunun altında bir vaxtlar alt paltarı sayılan saralmış, cındır əski parçaları
vardı. Onları da sivirib döşəməyə atandan sonra otağın uzaq küncündəki iri, üçlaylı güzgünü
gördü. Yaxınlaşdı və yerində donub qaldı. Qəflətən sinəsindən acı bir fəryad qopdu.
-Hə, nə oldu?-O`Brayen soruşdu.-Ortada dayanın. Onda özünüzə hər tərəfdən tamaşa edib həzz
ala biləcəksiniz.
Uinston qorxusundan yerində donub qalmışdı. Güzgüdən ona beli bükülmüş, rəngi bozarmış
skeleti xatırladan əcaib məxluq baxırdı. Məsələ təkcə güzgüdəki adamın Uinstonu
xatırlatmasında deyildi. Onun görünüşü insanda ikrah hissi doğuracaq dərəcədə ürəkbulandıran
idi. Uinston güzgüyə daha da yaxınlaşdı. Güzgüdən ona baxan məxluqun beli əyildiyindən, sifəti
bir az da qabağa çıxmışdı. Üzünün zavallı məhbus görkəmi, fır basmış alnı, keçəl başı, əzilib
yastılanmış burnu, göyərmiş almacıq sümükləri, gözlərinin qorxudulmuş vəhşi ifadəsi mənzərəni
daha da tamamlayırdı. Üzünü qırış basmışdı, ağzı batıb sifətinin içinə çəkilmişdi. Bu, onun
siması idi.Uinston bütün aradan keçən vaxtda daxilən deyil, zahirən daha çox dəyişdiyini
düşündü. Sifətində həkk olunan ifadə yaşadığı hisslərdən tamamilə fərqli idi. Qısa müddət
ərzində saçının çoxu tökülmüşdü. Əvvəlcə saçının ağardığını düşündü. Lakin əlini başına
çəkəndə ağaran yerlərin tük deyil, dəri olduğunun fərqinə vardı. Əlindən və sifətinin çevrəsindən
başqa, bütün bədəni neçə müddətdən bəri yığılmış çirkdən bozarmışdı. Bəzi yerlərdə çirkin
altından işgəncə izi olan çapıqlar və qançırlar görünürdü. Topuğundakı varikoz yarası daha da
böyüyüb qızarmışdı, qıraqlarından dəri sallanan iltihab basmış pis qoxulu ət parçasına
çevrilmişdi. Amma Uinstonu ən çox qorxudan bir dəri, bir sümüyə dönməsi oldu. Dərisinin
altından çıxmış nazik qabırğaları, ensiz döş qəfəsi onu həqiqi skeletə bənzədirdi. Ayaqları elə
arıqlayıb qurumuşdu ki, baldırları budundan yoğun görünürdü. O`Brayenin onu nə üçün
güzgünün layları arasında dayanmağa məcbur etməsinin səbəbini anladı. Beli heyrətamiz
dərəcədə əyilmişdi. Arıq çiyinləri qabağa çıxdığından, sinəsinin batıqlığı daha aydın nəzərə
çarpırdı. Nazik boynu sanki daha da irilənmiş başının ağırlığını güclə saxlayırdı. Soruşan
olsaydı, güzgüdə gördüyü adamın bir neçə sağalmaz xəstəlikdən əziyyət çəkən altmış yaşlı qoca
olduğunu deyərdi.
-Bəzən düşünürdünüz ki, - arxadan O`Brayenin səsi eşidildi,-mənim, Daxili Partiya üzvünün
sifəti qoca və yorğun görünür. İndi öz sifətiniz haqqında nə deyəcəksiniz?
Uinstonun çiyinlərindən tutub özünə tərəf çevirdi. Üzbəüz dayandılar.
-Görün nə gündəsiniz,-dedi.- Bədəninizdən üfunət qoxusu gəlir. Dırnaqlarınızın altındakı çirkə
baxın! Ayağınızdakı iltihablamış, irini axan yaraya baxın! Bu dəqiqə əsl keçi iyi verdiyinizdən
xəbəriniz var? Yəqin burnunuz artıq öz üfunətinizə alışıb. Baxın, necə üzülüb əldən
düşmüsünüz! Görürsünüz? İndi qollarınızı baş barmağımla çeçələ barmağımın arasında tutub
sıxa bilərəm. Boynunuzu yerkökü kimi ortadan iki yerə qopara bilərəm. Bizim əlimizə düşəndən
bəri iyirmi beş kiloqram çəki itirdiyinizdən xəbəriniz var? Hətta saçınız da çəngə-çəngə tökülür.
Baxın!
O, Uinstonun başından yapışıb bir topa tükünü dartıb çıxardı.
-Ağzınızı açın. Doqquz, on, on bir. Cəmisi on bir dişiniz qalıb. Bura gələndə ağzınızda neçə diş
vardı? Qalanlar da yerində oynayır. Baxın...
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
263
O`Brayen iki barmağı ilə Uinstonun salamat qalmış qabaq dişlərinin birindən yapışdı.
Çənəsindən sızıltılı ağrı keçdi. O`Brayen dişi kötüyü ilə birlikdə dartıb yerindən çıxardı. İyrənə-
iyrənə kameranın küncünə atdı.
-Diri-diri çürüyürsünüz,-dedi.-Tezliklə əriyib yoxa çıxacaqsınız. İndi siz nəsiniz? Bir kisə sür-
sümük, həlməşik. Haydı, bir də güzgüyə tərəf çevrilin. Oradan üzünüzə kimin baxdığını
görürsünüz? Bəli, bu sonuncu insandır. Siz insansınızsa, deməli, insanlıq çox miskin
vəziyyətdədir. İndi paltarlarınızı geyinin.
Uinston sözə baxmayan əlləri ilə kombinezonunu asta-asta üstünə çəkməyə başladı. İndiyə kimi
necə arıq və zəif olduğunu hiss etməmişdi. Başında yalnız bir fikir dolaşırdı: burada onu
düşündüyündən daha çox saxlamışdılar. Cır-cındırını əyninə keçirəndən sonra birdən-birə məhv
olmuş bədəninə yazığı gəldi. Özü də nə etdiyinin fərqinə varmadan dizi üstə döşəməyə çöküb
başını çarpayının yanındakı alçaq kətilə qoydu və hönkür-hönkür ağlamağa başladı. Necə
eybəcər vəziyyətə düşdüyünü görürdü, əynindəki çirkli, cındır alt paltarı ilə parlaq işığın altında
oturub ağlamağın necə acınacaqlı və miskin mənzərə olduğunu başa düşürdü. Amma heç cür
özünü saxlaya bilmirdi.
-Həmişə belə davam etməyəcək,-deyə O`Brayen onu sakitləşdirməyə çalışırdı. -İstədiyiniz
zaman bu vəziyyətdən xilas ola bilərsiniz. Hər şey özünüzdən asılıdır.
-Bunu siz etdiniz!-Uİnston yenidən hönkürdü. Məni bu günə salan siz oldunuz.
-Yox, Uinston, siz özünüzü belə vəziyyətə saldınız. Partiyaya qarşı çıxmaqla bu yolu seçdiniz.
Elə ilk addımlarınızdan hər şeyin sonunu görmək mümkün idi. Əvvəlcədən təsəvvürünüzə gətirə
bilməyəcəyiniz heç bir hadisə baş verməyib.
Bir az ara verdi, sonra yenidən davam etdi.
-Doğrudur, sizi döymüşük, Uinston. İradənizi sındırmışıq. Bədəninizin nəyə çevrildiyini indicə
özünüz gördünüz. Ağlınız da eyni vəziyyətdədir. Düşdüyünüz bu vəziyyətdən nə isə böyük bir
qürur hissi keçirdiyinizi düşünmürəm. Sizi təpikləyirdilər, dəyənəyin altına salırdılar, təhqir
edirdilər, ağrıdan bağırırdınız, döşəmədə qanınızın və qusuntunuzun üstündə o baş-bu başa
sürünürdünüz. Yalvarıb aman diləyirdiniz, hamını və hər şeyi satırdınız, ələ verirdiniz.
Uğradığınız bu dəhşətli tənəzzüldən də qorxunc bir şey ağlınıza gəlirmi?
Uinstonun hönkürtüsü dayanmışdı, amma göz yaşları hələ də yanaqlarına axırdı. Gözlərini
qaldırıb O`Brayenə baxdı.
-Mən Culiyanı satmadım,-dedi.
O`Brayen fikirli halda dayanmışdı.
-Elədir, - dedi.-Elədir. Tamamilə doğrudur. Siz Culiyanı ələ vermədiniz.
Uinstonun ürəyi yenə də O`Brayenə qarşı heç bir qüvvənin əskildə bilməyəcəyi rəğbət hissi ilə
doldu. “Gör bu insanda nə qədər ağıl var! Nə qədər ziyalılıq var!”-deyə düşündü. İndiyə qədər
O`Brayenin onu ilk kəlmədən anlamadığı bircə hala da təsadüf etməmişdi. Onun yerinə başqası
olsaydı, dərhal sözünü ağzında qoyub Culiyanı dönə-dönə satdığını deyərdi. Uinstondan işgəncə
altında hansı məlumatları almamışdılar? Qız haqqında nə bilirdisə hamısını danışmışdı,
Culiyanın vərdişləri, xarakteri, keçmiş həyatı ilə bağlı bildiklərinin bitdə-bitdə açıb ortaya
qoymuşdu. Görüşləri zamanı baş verənləri ən intim detallarına qədər təsvir etmişdi, özünün nə
dediyini, qızın nə cavab verdiyini bircə-bircə xırdalamışdı. Qara bazardan aldıqları ərzaqdan
tutmuş yataq həyatlarına, Partiya əleyhinə gizli sui-qəsd niyyətlərinə qədər hər şey barəsində
məlumat vermişdi. Lakin məhz indi nəzərdə tutduğu mənada Culiyanı ələ verməmişdi. Culiyaya
olan məhəbbətinə xəyanət etməmişdi, onu əvvəlki kimi sevirdi, ürəyində yaşatdığı hisslər
|