Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə52/115
tarix25.04.2017
ölçüsü7,78 Mb.
#15742
1   ...   48   49   50   51   52   53   54   55   ...   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

283 


Ancaq indi bir yandan kəskin baş ağrısı, bir yandan da dünənki gecənin xoşagəlməz düşüncələri 

içində qovrula-qovrula bundan sonra neyləyəcəyini, necə yaşayacağını heç cürə dərk edə 

bilmirdi.  

 

Anna ütülənmiş ağları iki topaya ayırıb getməyə hazırlaşdı, Damaso onun arxasınca otağa 



keçdi. 

 

- Tez qayıdarsan.  



     

- Həmişəki vaxtda. Götür, bu dama-dama köynəyi geyin, hələlik o əynindəki flaneldə 

gözə dəyməsən yaxşıdır. Nə bilmək olar, bəlkə səni görüblər? 

     


Anna onun pişik gözütək işıldayan parıltılı gözlərinin  düz içinə baxdı. Damaso tərli 

ovuclarını şalvarına sürtüb: 

     

- Məni heç kəs görməyib, - dedi. 



 

 Anna ağları qoltuğuna vurub təkrar dilləndi: 

     

- Bilmək olmaz. Salamatı budur ki, sən hələ evdən bayıra çıxmayasan. Qabaqca mənim 



getməyim yaxşıdır, gedib oralara baş çəkərəm, bir az fırlanıb vəziyyəti öyrənərəm. Məndən 

arxayın ol, mən quyruq ələ vermərəm..  

 

Nə baş verdiyini şəhərdə heç kəs doğru-dürüst bilmədi-yindən, Anna da eyni şeyi hər 



dəfə təkrar eşitməli olurdu. Şənbə günləri ağları paylayandan sonra o adətən bazara dəyərdi, indi 

isə birbaşa meydançaya üz tutdu.  

 

Bilyardxananın qarşısında gözlədiyinidən az adam vardı. Badam ağaclarının kölgəliyində 



üç-dörd kişi dayanıb gaplaşırdı. Gündən qorunmaqçün başlarına güllü yaylıq örtmüş suriyalılar 

elə yerdə bardaş qurub nahar edirdilər. Onların brezent örtüklü dükanları sanki gün altında 

mürgü döyürdü. Mehmanxananın geniş vestibülündəki  kresloda bir kişi yayxanıb yatmışdı;  

kişinin ağzı açıqdı, qollarını yana ataraq eləcə sərələnib qalmışdı. Gün-ortanın bürküsü sanki hər 

şeyi iflic etmişdi.  

 

Anna müəyyən ara saxlayır, bilyardxanadan müəyyən bir məsafədə hərlənirdi. Arxa 



tərəfdəki boş sahədə bir xeyli adam yığışmışdı. Bu zaman Anna Damasodan eşitdiyi və hamı 

bilsə də, yəqin ki, təkcə daimi müştərilərin yadında olası bir şeyi xatırladı: bilyardxananın dal 

qapısı boş sahəyə açılır! Qarnını əliylə örtüb gizlətməyə çalışan Anna cəmisi bircə dəqiqədən 

sonra camaatın arasında dayanıb artıq həmin qapını diqqətlə gözdən keçirirdi. Asma qıfıl 

salamatdı, ancaq cəftələrin biri yerindən dartıb qopa-rılmışdı. Ərinin təkbaşına gördüyü işin 

ağırlığını təsəvvür edə-edə Anna xəyalən ona acıdı da.  

  

- Bu kimin işidir belə? - Anna heç kəsin üzünə baxmadan laqeyd səslə soruşdu. 



     

- Bilən yoxdu, - kimsə cavab verdi, - deyirlər gəlmədi.  

     

- Əlbəttə, yad adamın işidir, bizimki olmayacaq ki, - arxa tərəfində dayanmış bir qadın 



dilləndi, - bizdə oğru-əyri nə gəzir,  hamı bir-birini tanıyır.  

     


Anna qadına sarı dönüb gülümsədi: 

     


- Hə, düz deyirsən.  

 

Böyürdə qosqoca bir kişi dayanmışıdı; peysərinin dərisi qırış-qırış idi, Annanı isə tər 



basmışdı.  

     


- Görəsən çox şey aparıblar? - Anna soruşdu. 

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

284 


     

- İki yüz peso, üstəlik də bilyard şarlarını, - deyə ahıl kişi cavab verib Annanı diqqətlə 

süzməyə başladı. - Belə getsə, bir azdan göz qırpmağa da aman verməyəcəklər.  

     


Anna üzünü çevirib dediyini bir də təkrar elədi: 

 

- Hə, düz deyirsən. 



     

Sonra yaylığını başına salıb bir qədər aralandı; gedə-gedə kürəyində qocanın qıyıq 

baxışlarını hiss edirdi.  

 

Bilyardxananın arxa tərəfinə toplaşan camaat təxminən on beş dəqiqəyəcən sakitcə durub 



gözlədi, elə bil qapının dalında ölü yatmışdı; sonra yavaş-yavaş hərəkətə gəldilər və qarşı üzdəki 

meydana doğru axışmağa başladılar.     

 

Bilyardxananın sahibkarı alkald və iki polislə qapının ağzında durmuşdu. Sahibkar 



balaca, toppuş bir kişiydi; toqqasız şalvarı nataraz qarnına güclə gəlirdi. Gözündəki eynək 

uşaqların düzəltdiyi əldəqayırma oyuncaq gözlüyə bənzəyirdi. Görkəmindən adamın bütün 

heysiyyətini ayaqlayıb alçaldan bir miskinlik yağırdı.    

 

Camaat kişini dövrəyə alanda, Anna da hasara söykənib  diqqətlə qulaq kəsildi ki, görsün 



o nə danışır və adamlar seyrələnəcən yerindən tərpənmədi, eləcə durub dinlədi. Axırda istidən 

pörtmüş halda yola düzəldi, həyətdə geniş müzakirə açmış qonşu arvadların yanından dinməzcə 

ötüb öz otaqlarına keçdi.  

    


Bütün bu müddətdə Damaso çarpayıda sərələnib heyrət içində düşünür, amma heç cür 

qana bilmirdi ki, ötən gecə, onun yolunu gözləyərkən necə olub Anna siqaret çəkməyib; necə 

dözə bilib, necə bacarıb bunu? İndi onun gülümsünə-gülümsünə içəri nə cür girdiyini, tərdən 

islanmış yaylığı başından nə təhər açıb atdığını görəndə Damasonun az qala ürəyi dayanacaqdı; o 

yenicə yandırdığı siqareti kötük əlindən əlindən yer olmayan torpaq döşəməyə basıb soruşdu: 

     


- Hə, nə xəbər var? 

     


Cavab verməzdən öncə Anna yanını yerə basıb oturdu və kürəyini çarpayıya söykədi.  

     


- Heç demə, sən təkcə oğru yox, həm də yalançısanmış! 

 

- Nolub ki? 



     

- Bəs deyirdin siyirmədə heç nə yoxuydu? 

 

- Hə, nolsun? - Damaso qaşlarını çatdı. 



     

- Orda iki yüz peso olub, - Anna təsdiqlədi.  

     

- Yalan sözdü,  - Damaso səsini qaldırdı və qalxıb oturdu, tez də pıçıltıya keçdi. - Orda 



cəmi-cümlətanı iyirmi beş sentavo vardı, vur-tut iyirmi beş sentavo, vəssalam.  

     


Anna inanmaya bilmədi.  

     


- Qoca quldur, - Damaso yumruqlarını düyünlədi, - ağız-burnuna heyfi gəlmir! 

     


- Gic-gic danışma, - Anna ürəkdən güldü. 

     


Damaso da özünü saxlaya bilməyib, şaqqanaq çəkdi. Üzünü qırxanda isə Anna görüb-

eşitdiklərinin, öyrənib-bildiklərinin hamısını bircə-bircə söyləyib axırda dedi:  

     

- İndi polis gəlməni axtarır. Deyirlər, cümə axşamı gəlib, dünən axşamsa onu qapının 



həndəvərində hərlənən görüblər.   

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

285 


     

Damaso ömründə heç üzünü də görmədiyi həmin o yad, o gəlmə adamı düşündü; hansısa 

anda ona hətta elə gəldi ki, bütün bu həngamənin baiskarı həqiqətən odur.  

     


- Camaat danışır ki, hələ onu bu vaxtacan tapmayıblar. Kim bilir, bəlkə də artıq çıxıb 

gedib.  


 

Damasonun bəzənib-düzənməsi həmişəki kimi yenə düz üç saat çəkdi: əvvəlcə bığlarını 

düzəltdi, sonra səliqə ilə yuyunub  qırmızı rəngli dama-dama köynəyini geyindi. Anna 

Damasonun  yuyunub-daranma mərasiminə əvvəldən axıradək tamaşa elədi, çıxmazdan qabaq 

onun təzədən güzgüyə baxdığını görəndə isə öz gözündə özünə xeyli qoca, xeyli də pinti 

göründü.  

 

Damaso peşəkar boksçu cəldiyi ilə yerində yüngülcə geri fırlanıb döyüş mövqeyi 



tuturmuş kimi onunla üzbəsurət dayandı; Anna ərinin qolundan yapışıb soruşdu: 

 

- Pulun var? 



     

- Bəs necə?! Düz iki yüz peso! - Damasonun kefi əməlli-başlı durulmuşdu.  

     

Anna divara sarı çönüb əlini qoynuna saldı, korsajın ara-sında gəzdirdiyi pul dürməyini 



çıxarıb ordan bir peso ayırdı və Damasoya uzatdı.  

     


- Buyur, Xorxe Neqrete. 

 

     



 

 

Axşamüstü Damaso öz curlarıyla birgə meydana gəldi. Ətraf kəndlərdən bazara 



gəlmiş adamlar stolların, yeşiklərin arasındaca tökülüşüb yatışmışdılar; havanın təzəcə 

qaralmasına baxmayaraq, artıq hər tərəfdən xorultu səsi eşidilirdi. Deyəsən, beysbol çempionatı 

cavanları bilyardxananın yarılmasından daha çox maraqlandırırdı; qapı bağlı olduğundan indi 

yarışların radio verilişlərini izləyə bilməyəcəkdilər. Çempionat barədə öz aralarında qızğınca 

danışa-danışa, çəkişə-çəkişə heç kinoteatrın qabağına necə gəlib çıxdıqlarnı da hiss etmədilər və 

nə göstərilə-cəyinin fərqinə varmadan bilet alıb içəri keçdilər.  

 

Baş rolda Kantinflasın çəkildiyi hansısa kinokomediya idi; Damaso eyvanın ön 



cərgəsində oturub ürəkdən şənlənib gülür, dialoqlararası fasilələr zamanı araya çökən ani 

səssizlikdə, kinoteatrın açıq damından görsənən gözəl iyun gecəsinin ağır sükuta dalmış 

ulduzları altında heç bir vicdan əzabı çəkmədən, narahat-çılıqdan yavaş-yavaş qurtardığını hiss 

edirdi.  

 

Birdən ekrandakı təsvir yoxa çıxdı və arxa tərəfdən səs-küy qalxdı. Dərhal işıqlar yandı 



və Damasoya elə gəldi ki, onu dövrəyə alıblar, hamı da ona baxır. O, az qala yerindən sıçramaq 

istədi, ancaq camaatı öz yerində sakitcə oturmuş görüb toxtadı. Polis biləyinə doladığı qayışın 

mis toqqasıyla kimisə çırpa-çırpa qovurdu. Döyülən zırpı bir zənciydi. Arvadlar bərkdən 

çığırışır, polisin səsi isə bütün səsləri üstələyirdi: 

   

- Oğru! Oğru! 



     

Zənci bağıra-bağıra cərgələrin arasıyla qaçır, arxasınca qovan digər iki polis kürəyini 

qamçılayırdı. Axırda onu tutdular.  Mis toqqa ilə vuran bayaqkı polis zəncinin əllərini çəkib 

qayışla daldan bağladı və hər üçü yumruqlaya-yumruqdaya onu qapıya doğru itələməyə 

başladılar. Hər şey bir göz qırpımında və elə sürətlə baş verdi ki, bütün olub-keçənlər Damasoya 

yalnız zənci salondan çıxarılandan sonra çatdı. Köynəyi tikə-tikə cırıqlanmış zəncinin tərli üzü al 

qan içində idi. O, hönkürə-hönkürə, zarıya-zarıya eyni sözü təkrar-təkrar bağırırdı: 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

286 


 

- Qatillər! Qatillər! 

     

İşıqlar söndü, kino təzədən başlandı. 



     

Damaso bundan sonra daha bir dəfə də olsun gülmədi. O, siqareti siqaretə calamışdı və 

gözü ekranda olsa da, fikrini heç cürə cəmləyə bilmirdi. Nəhayət, işıqlar yandı; bir-birinin üzünə 

indi hamı elə bil aşkar qorxu içində baxırdı.  

 

- Əntiqə idi! - Damaso lap böyründə kiminsə heyrət dolu nidasını eşitdi. 



 

-  Kantinflasa söz ola bilməz, - deyə o, həmin adama tərəf baxmadan qısaca cavab verdi.  

 

İnsan seli Damasonu qapının düz ağzına gətirdi; adamlar itələşə-itələşə bayıra axışırdı. 



Küçədə yeməli şeylər satan alverçi qadınlar şey-şüylərini də dallarına şəlləyib yavaş-yavaş 

evlərinə dağılışırdılar. Saat on ikiyə işləsə də, küçə adamla doluydu: zəncinin necə tutulması 

barədə bir şey öyrənmək məqsədilə hamı kinodakıların çıxmasını gözləyirdi.  

 

Damaso bu dəfə evə çox asta, ayalarınının ucunda girdi; Anna onun gəldiyini biləndə, o 



artıq ikinci siqareti çəkirdi.  

     


- Yemək plitənin üstündədir, - Anna köksünü ötürdü.  

     


- Aclığım yoxdu, - Damaso cavab verdi.  

 

- Yuxuda görürəm ki, Nora yağdan balaca oğlan fiqurları düzəldir, - deyə Anna yuxulu-



yuxulu dilləndi və heç özü də hiss etmədən yuxuladığını yalnız bu vaxt anladı. Tez də çaşqın 

halda Damasoya tərəf döndü. - Xəbərin var, gəlməni tutublar. 

 

Damaso dərhal cavab vermədi; onun təzədən dillənməsi bir xeyli çəkdi.      



- Nə 

bildin? 


     

- Hə, kinoda tutublar, - deyə Anna danışmağa başladı, - elə indicə hamı ora getdi.  

     

Sonra da kino vaxtı baş verənlərin təfsilatını öz bildiyi kimi, tam təhrif olunmuş şəkildə 



ətraflı nəql elədi. Damasonun düzəliş verməyə həvəsi yox idi.  

     


- Yazıq! - deyə axırda Anna ah çəkdi. 

     


- Yazıq deyirsən?! - Damaso cinləndi. - Bəs sən istəyirdin məni tutsunlar? İstəyirdin onun 

yerində mən olum? 

     

Damasoya yaxşı bələd odlduğundan Anna bir söz demədi,  ta xoruzların birinci banınacan 



yerində sakitcə uzanıb, siqareti siqaretə çalayan ərinin xırıltılı nəfəsinə qulaq asdı. Gecənin bir 

aləmində isə onun qalxdığını və otaqdan çıxmadan qaranlıqda əlhavasına nəsə elədiyini eşitdi. 

Damaso çarpayının altını qazırdı; təxminən on beş dəqiqədən sonra işi bitirib qaranlıqda astaca 

soyunmağa başlayanda heç ağlına da gəlmirdi ki, bayaqdan bəri, bütün bu vaxt ərzində arvadı 

ona mane olmamaq üçün yalandan özünü yuxululuğa vurub. Annanın qəlbinin dərinliklərində 

nəsə tərpənən kimi oldu və Damasonun kinoda olması, hər şeyi öz gözləriylə görməsi, buna görə 

də çarpayının altını qazıb şarları yerə basdırması ona yalnız indi çatdı.  

     


 

 

 



Bilyardxana bazar ertəsi açıldı və bunu hərisliklə gözləyən daimi müştərilər böyük 

həyəcan içərisində dərhal içəri doluşdular. Bilyard masasının üzərinə müəssisənin ümumi ab-

havasına matəm çaları verən bənövşəyi örtük çəkilmiş, divardan isə elan asılmışdı: 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

287 


 

ŞARLAR İTDİYİ ÜÇÜN BİLYARDXANA İŞLƏMİR 

 

 

İçəri girənlər elanı elə bir ovqatla oxuyurdular ki, elə bil bu xəbəri ilk dəfə eşidirdilər. 



Bəziləri isə elanın qarşısında xeyli dayanıb baxır, qeyri-adi inadkarlıqla onu az qala gözlərinə 

təpir, təkrar-təkrar höccələməkdən yorulmurdular.  

 

Ömrünün böyük bir hissəsini bilyardxananın tamaşaçılar üçün skamyasında keçirmiş 



Damaso da qapı açılan kimi özünü birincilər sırasında dərhal içəri salmışdı. Təəssüf hissi 

keçirdiyini bildirib dərdə şərikliyi izhar etmək uzun iş olmasa da, çox ağır iş idi. O, piştaxta 

dalında dayanan sahibkarın çiyninə vurub: 

     


- Müsibətə bax, don Roke, - dedi.  

 

- Neyləmək olar, - kişi başını yellədib acı-acı gülümsədi, sonra köks ötürüb yenə öz işinə 



davam etdi və müştərilərə qulluq göstərməyə başladı.  

  

Damaso piştaxtanın yanındakı kətilə çökdü və bənövşəyi kəfənə tutulmuş bilyard stoluna 



nəzər salıb mızıldandı:  

    


- Ağlasığmaz işdir!   

     


- Çox dəqiq dedin, - o biri kətildə oturmuş bir kişi dərhal təsdiqlədi, - özü də tövbə 

həftəsində! 

     

Bilyardxananın müştəriləri nahar eləməkçün evə dağılı-şanda Damaso musiqi avtomatına 



pul salıb tabloda yerini əzbər bildiyi Meksika balladasını yığdı. Don Roke bu vaxt stol-stulu içəri 

daşıyıb aparır, bir qıraqdan düzürdü.  

     

- Xeyir ola, neyləyirsiz? - Damaso soruşdu. 



     

- Şar gəlib çıxanacan bir şeylə baş qatmaq lazımdır, ya yox? İstəyirəm stollara kart 

qoyam.  

    


Hər əlində bir stul tutmuş don Roke korsayağı inamsız  hərəkətiylə təzəlikcə dul qalmış 

ahıl adam təsiri bağışlayırdı.  

 

- Şarları haçan göndərəcəklər ki? - Damaso soruşdu.  



     

- Mən biləni, bir aydan çox çəkməz.  

     

- O vaxtacan köhnələr tapılar.  



     

- Hara tapılır? - don Roke sıra ilə düzdüyü balaca stollara göz gəzdirdi, sonra da qoluyla 

alnının tərini silib işindən arxayın halda sözünə davam elədi: - Şənbə günündən bəri zəncini ac 

saxlayırlar, yenə bir şey çıxmır. Yəqin çaya tullayıb.  

     

Damaso dodağını dişlədi.  



 

- Bəs iki yüz peso?  

     

- O da yoxdu. Zəncinin cibindən otuzca peso çıxıb.  



     

Onlar göz-gözə gəldilər. Damaso hətta istəsəydi belə, heç cürə izah edə bilməzdi ki, niyə 

bu toqquşan nəzərlər ona iki iştirakçının baxışlarını andırdı. Günün axırlarında onun evə hansı 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

288 


ovqatla qayıtdığını Anna elə camaşırxanadanca gördü: Damaso xəyali rəqibə zərbə endirən 

boksçu kimi atıla-atıla yeriyirdi. Əri-nin arxasınca Anna da otağa keçdi.  

 

- Hər şey qaydasındadı. Qoca şarlardan əlini üzüb, təzələrini sifariş verib. İndi bir balaca 



səbr eləmək lazımdır ki, ara soyusun, camaat olub-keçəni unutsun.  

     


- Bəs zənci necə olacaq? - Anna soruşdu. 

     


Damaso çiyinlərini çəkdi: 

     


- Necə olacaq ki? Şarları onda tapmayıb buraxacaqlar.  

     


Şam yeməyindən sonra onlar çıxıb küçə qapısının ağzında oturdular; kinonun səsi kəsilib 

ətrafa sakitlik çökənəcən qonşularla söhbət elədilər. Yatmağa gedəndə Damasonun kefi əməlli-

başlı kökəlmişdi. 

 

- Ağlıma əntiqə şeylər gəlib, qəşəng işlər fikirləşmişəm. 



 

Anna bildi ki, Damaso bütün axşamı beynində dolandırdığı fikirləri onunla bölüşmək 

istəyir.   

   


- Şəhər-şəhər gəzib şarları oğurlayacam. Birindən oğurlayıb o birində satacam. Nə çox 

bilyardxana.  

  

- Elə eləyəcəksən ki, axırda səni güllələyəcəklər.  



 

- Yox bir! Güllələmək təkcə kinoda olur. 

     

Damaso otağın ortasında durub öz planlarından əsl şövqlə  danışır, Anna soyuna-soyuna 



ərini diqqətlə dinləsə də, özünü elə göstərirdi ki, guya bu onun heç vecinə də deyil.  

 

- Kefim istəyən qədər kostyum alacam. Bax, düz burdan buracan, - deyə Damaso əllərini 



yana açıb, az qala bütün divarı tutacaq xəyalındakı paltar dolabının həcmini, nə boyda olacağını 

göstərdi. - Hələ düz əlli cüt də ayaqqabı.  

     

- Allah işini avand eləsin.  



     

Damaso qaşqabağını tökdü. 

     

- Mənim işlərim səni maraqlandırmır.  



     

- Sənin işlərin çox qəlizdir, beynimə batmır, - Anna işığı söndürdü, divar tərəfdən yerinə 

uzanıb dərindən köks ötürdü və sözünə davam edib acı-acı bildirdi: - Mən bircə onu bilirəm ki, 

sənin otuz yaşın olanda, mənim qırx yeddi yaşım olacaq.  

 

- Axmağın yekəsi, - Damaso cibini eşələyib siqaret axtardı və yavaşdan əlavə etdi:  - 



Onda sən daha paltar yumayacaqsan. 

     


Anna kibriti alışdırıb ona uzatdı, sönənəcən alovdan göz çəkmədi, sonra yanıq dənəni 

kənara atdı. Damaso yerinin içində gərnəşib təzədən söhbətə girişdi: 

 

- Heç bilirsən şarları nədən düzəldirlər? 



     

Anna cavab vermədi.  

 

- Fil dişindən. Ona görə çətin tapılırlar da, bildin? Gətirib çıxaranacan azından bir ay 



çəkəcək, başa dıüşürsən? 

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

289 


  

- Yat, - Anna onun sözünü yarımçıq kəsib sualını cavabsız qoydu, - mən obaşdan 

durmalıyam.  

     


 

 

 



Damaso artıq özünə gələrək, öz təbii vəziyyətinə qayıtmışdı: günün birinci 

yarısını o, adətən siqaret çəkə-çəkə yataqda keçirir, günortadan sonra üst-başına əl gəzdirib 

küçəyə çıxır, axşamlar bilyardxanaya gəlib beysbol çempionatının radio verilişlərinə qulaq 

asırdı. Hər kəsə nəsib olmayan fövqəladə bir qabiliyyət vardı onda: öz ideyalarını hansı həvəslə 

işə salırdısa, onları eyni şövqlə də unuda bilirdi.  

 

- Səndə pul var? - şənbə günü Annadan soruşdu. 



     

- On bir peso pul qalıb, - deyə Anna cavab verdi və tez də  mülayim səslə əlavə elədi: - O 

da kirəhaqqıdır.  

     


- Qulaq as, gör sənə nə deyirəm.  

     


- Nədi ki? 

     


- O pulu mənə borc ver.  

     


- Kirə haqqını vermək lazımdır.  

     


- Sonra verərsən.  

     


Anna başını buladı. Damaso cəld onun qolundan yapışıb, indicə səhər yeməyi yedikləri 

masa dalından qalxmasına imkan vermədi; qadının əlini eyni vaxtda həm nəvazişlə, həm də fikri 

dağınıq halda sığallaya-sığallaya dedi:  

     


- Cəmisi bir neçə günlüyə. Şarları satanda hər şeyə pulumuz çatacaq. 

     


Anna razılaşmadı. Axşam klubda kinoya baxdıqları vaxt,  hətta fasilə zamanı dostlarıyla 

söhbət edərkən də - bütün müddət ərzində Damaso əlini onun çiynindən götürmədi. Filmə o 

qədər də diqqətlə baxmırdılar. Axırda Damasonun səbri tükəndi. 

 

- Onda gərək mən pulu hardansa oğurlayam. 



 

Anna çiyinlərini çəkdi. Az sonra Damaso Annanı kinodan çıxan camaatın arasıyla 

itələyə-itələyə hədə-qorxuya keçdi: 

    


- Qabağıma birinci çıxanı boğacam, baxarsan, məni adam öldürdüyümə görə 

damlayacaqlar.  

   

Anna ürəyində güldü, ancaq öz dediyindən dönmədi.  



 

Bütün gecəni çəkişdilər, səhər tezdən isə Damaso nümayişkaranə bir təhdidlə yerindən 

qalxıb tələm-tələsik geyindi və Annanın yanından ötərkən: 

 

- Məni gözləmə, - dedi, - bir də qayıdan deyiləm! 



 

Anna özünü ha sıxsa da, əsməsini gizlədə bilmədi.  

     

- Yaxşı yol! - deyə onun arxasınca çığırdı. 



Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin