114
b) 1)adaxlının ailəsinin şərəfsiz olduğunu bilmək: 2) həyat yoldaşının toydan əvvəl
zorlandığını bilmək; 3) həyat yoldaşının toydan sonra zorlandığını bilmək; 4) həyat
yoldaşının əvvəllər səhv etdiyini öyrənmək; 5) həyat yoldaşının əvvəllər fahişə olduğunu
öyrənmək; 6) əvvəllər fahişə olan qadınının və ya məşuqənin yenə də əvvəlki həyat
tərzinə qayıtdığından xəbər tutmaq;7) məşuqənin şərəfsizliyindən xəbər tutmaq;
8)məşuqənin və ya həyat yoldaşının alçaq olduğunu öyrənmək;
c)öz övladının qatil olduğundan xəbər tutmaq;
d) şərəfsizlikdən xəbər tutanın günahkarı cəzalandırmaq borcu: 1) vətənə xəyanət etmiş
övladın cəzalandırılması; 2) öz həmfikirlərini satmış qardaşın cəzalandırılması; 3) atalıq
haqqı ilə istənilən şərəfsizlik üçün övladların cəzalandırılması; 4) tiranın öldürülməsi
andına görə öz atanı öldürmək məcburiyyəti; 5) qatil qohumu cəzalandırmaq borcu; 6) bir
valideynə görə digərinin cəzalandırılması;
28. Sevgi ənəglləri.
Situasiya elementləri: 1) məşuq; 2) məşuqə; 3) əngəl;
Nümunələr:
a)qeyri-bərabərlik üzündən pozulan nigah: 1) sosial qeyri-bərabərlik üzündən;
2)mülk məsələsindəki qeyri-bərabərlik üzündən;
b)təsadüfi hadisələr və ya düşmənlər tərəfindən pozulan nigah;
c)qadağan olunmuş niğah: 1) başqasına və əvvəllər verilmiş vədə görə; 2) başqasına və
əvvəllər verilmiş vədə və sonrakı saxta nigaha görə;3) bir-birini sevən iki nəfərdən
birinin daha əvvəldən başqasıyla nigahda olmasına görə;
d) ailə-maneə kimi; 1) hər iki tərəfdən valideynlər arasında olan düşmənçilik üzündən
pozulan nigah; 2) gənc ailə rifahının qayınana və qayınatalrın müdaxiləsi hesabına
pozulması;
e) xasiyyət uyğunsuzluğuna görə nigahın pozulması;
f) sevgi(sizlik) üzündən pozulan nigah;
j) Cinsi münasibət pozğunluğu üzündən nigahın pozulması;
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
115
29. Düşmənə sevgi.
Situasiyanın elementləri: 1) sevgi oyadan düşmən; 2)düşməni sevən kəs; 3) düşmənə
nifrət edən kəs;
Nümunələr:
a)sevilənə onu sevənin qohumları nifrət edir: 1) seviləni sevənin qardaşları təqib edir; 2)
sevilənə onu sevən kəsin ailəsi nifrət edir; 3)sevilənin uşağınə sevənin valideynləri nifrət
edir; 4) sevilən- sevənin mənsub olduğu xalqın və partiyanın düşmənidir;
b) sevilən sevən şəxs üçün əhəmiyyətli olan adamın ölümüylə əlaqəlidir: 1) sevilən onu
sevən qadıının valideyninin qatilidir; 2)sevən qadın sevdiyi kişinin valideyninin qatilidir;
3) sevilən kişi-onu sevən qadının qardaşının və ya başqa bir qohumunun qatilidir; 4)
sevilən qadın-onu sevən kişinin qardaşının və ya başqa bir qohumunun qatilidir; 5)
sevilən kişi-onu sevən qadının ərinin qatilidir; 6) sevilən kişi-onu sevən qadının ərinin
qatilidir, qadın isə intiqam üçün and içib; 7) sevilən qadın-onu sevən kişinin ərinin
qatilidir;8) sevilən kişi-onu sevən qadının əvvəlki sevgilsinin qatilidir; 9) sevilən kişi-onu
sevən qadının əvvəlki sevgilsinin qatilidir, qadın isə qisas üçün and içib; 10) sevilən
qadın -onu sevən kişinin əvvəlki sevgilsinin qatilidir; 11) sevilən onu sevən qadının
valideyninin qatilidir;
30. Şöhrətpərəstlik və hakimiyyət sevgisi.
Situasiyanın elementləri: 1) şöhrətpərəst; 2) onun arzusu; 3) onun rəqibi və ya düşməni;
Nümunələr: 1) şöhrətpərəstə yaxınının, dostunun, qohumunun, tərəfdarının mane olması;
2) üsyana aparıb çıxaran şöhrətpərəstlik;
31. Yaradana üsyan.
Situasiyanın elementləri: 1) insan; 2) Yaradan;
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
116
Nümunələr: 1)Yaradanla mübarizə; 2) Yaradana sadiq olanlarla mübarizə; 3) Yaradanla
deyişmə; 4) Yaradana qarşı çıxdığına görə cəzalanma;5) Yaradana qarşı təkəbbürə görə
cəzalanma; 6) Yaradanla ədəbsizcəsinə yarışma; 7) Yaradanla ağılsızcasına rəqabət;
32. Yalnış qısqanclıq, həsəd.
Situasiyanın elementləri: 1)qisqanan, həsəd aparan; 2) qısqanclıq və həsəd səbəbi; 3)
ehtimal olunan rəqib, iddiaçı; 4) yalnışlığa aparan səbəb və ya satqın səbəbkar;
Nümunələr: 1)yalnışlıq qısaqncın şübhəkar düşüncəsində doğulur; 2) qısqanclıq uğursuz
şərait və səbəblərə görə doğulur; 3) qisqanclıq platonik məhəbbətdən doğur;
4)qısqanclığa toxumu öz mənafeyi üçün və ya qısqanclığı üzündən üçüncü adam
tərəfindən səpilir; 5) qısqanclıq bədxah şayiələr tərəfindən törənir; 6) qısqanclığa səbəb
üçüncü adamın nifrəti səbəb olur; 7) rəqiblər tərəfindən alovlandırılan ikitərəfli
qısqanclıq; 8) ərin qısqanclığı arvadı tərəfindən rədd edilən rəqibi tərəfindən
alovlandırılır; 9) ərin qısqanclığını aldadılmış rəqibi törədilir; 10) ərin qısqanclığı ona
aşiq olmuş qadın tərəfindən alovlandırılır; 11) xoşbəxt məşuqun qısqanclığı aldadılmış ər
tərəfindən törənir;
33. Məhkəm səhvi.
Situasiyanın elementləri: 1) səhv edən; 2) səhvin qurbanı; 3) səhvin məğzi; 4) həqiqi
cani;
Nümunələr: 1) inamın olması gərəkən yerdə haqsız şübhələrin mövcudluğu; 2) səbəb
olmadan məçuqəylə bağlı haqsız şübhələrin doğulması; 3) sevimli adamın düzgün
anlaşılmayan davranışı üzündən doğan haqsız şübhələr; 4) dostunu xilas naminə haqsız
şübhələri öz üzərinə çəmləmək; 5) laqeydlik üzündən doğan haqsız şübhələr; 6) günahı
olmayan şəxsdən əsassız şübhələnmələr; 7) şübhələrin günahkar qadının günahsız ərinin
üzərində cəmlənməsi; 8) cinayətkar niyyəti olsa da cinayət törətməyən adamdan
şübhələnmələr; 9) həqiqətdə cinayət eləməyən amma günahkar niyyəti olduğuna görə
özünü günahkar hesab edən adamdan şübhələnmələr; 10)cinayət şahidi sevdiyi adama
görə elə edir ki, şübhələr günahsız adamın boynuna düşür; 11) və yaxud düşmənin
boynuna; 12) düşmənin fitnəsi üzündən doğulan yalan; 13) qurbanın qardaşının fitnəsi
üzündən doğulan yalnışlıq; 14) həqiqi cani tərəfindən öz düşməninə yönləndirilən
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
117
şübhələr; 15) rəqib tərəfindən artırılan və yönləndirilən yalnış şübhələr; 16) cinayətdə
iştirakçı olmaqdan boyun qaçırdığına görə günahsız birinə yönləndirilən əsassız şübhələr;
17) ərini aldatmaq istəmədiyi üçün rədd olunmuş məşuqənin onu rədd edən məşuquna
yönləndirdiyi əsas şübhələr; 18) bilərəkdən buraxılmış məhkəmə səhvinə görə intiqam,
şəxsi bəraəti üçün mübarizə;
34. Vicdan əzabı.
Situasiyanın elementləri: 1)günahkar; 2) günahın və ya səhvin məğzi; 3) günahkarı təqib
edən və onu ifşa etməyə çalışan;
Nümunələr: 1)yad adamın ölümünə,qətlinə görə vicdan əzabı; 2) ata və ana qətlinə görə
vicdan əzabı; 3) qətlə görə vicdan əzabı; 4)ərin və ya arvadın qətlinə görə vicdan əzabı;
5) məhəbətdə səhvə görə vicdan əzabı; 6) ər-arvad xəyanətinə görə vicdan əzabı;
35. İtirilən və tapılan.
Situasiyanın elementləri: 1) axtaran 2) tapılan;
36. Yaxınların itkisi.
Situasiyanın elementləri: 1) Ölmüş, qəzaya düşmüş yaxın adam; 2) yaxın adamını itirmiş
kəs; 3) yaxın adamın ölümünün səbəkarı;
Nümunələr: 1) yaxınlarının xilası üçün bir şey etməyə gücü çatmayan, ölümə şahidlik
edən; 2) peşəkar sirri qorumağa məcbur şəxsin (həkim və ya din adamı) yaxınlarının
bədbəxtliyinə şahidlik etməsi; 3) yaxının ölümünü hiss eləmək; 4) yaxınının və ya
müttəfiqinin ölüm xəbərini almaq; 5) sevimli adamın ölümündən təşviş və ya həyəcan
keçirmək, həyata marağı itirmək, düşkünləşmək.
Bu material ”Dünya ədəbiyyatı” jurnalının sifarişi ilə Esmira Serova tərəfindən ingilis
dilindən rus dilinə çevri əsasında Səlim Babullaoğlu tərəfindən hazırlanıb.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
118
İrina Nikitina
POSTMODERNİST SƏNƏT
Birinci hissə: Postmodernizmin incəsənət və mədəniyyətdə formalaşması
Postmodernizm ötən əsrin 50-ci illərindən etibarən modernizmi əvəz edən sənət
təmayülüdür. O, 1950-ci illərdə əvvəlcə amerikan ədəbiyyatında meydana çıxaraq sonra
arxitekturaya da keçib. D.Fokkema və U.Ekoya görə, postmodernizmin ilk təzahürlərini
hələ Coysun "Finneqansayağı təziyə" (1939) əsərində görmək olar. Sonralar o, bəlkə də
heç amerikan ədəbiyyatının təsiri olmadan Qərbi Avropa ölkələrinə də yayılıb. Amerikan
postmodernistlərinə D.Houks, D.Bartelm, K.Vonnequt, R.Syukenik, B.Nabokov,
X.Kortasar, X.L.Borxes və başqaları aiddir.
Fokkemanın fikrincə, postmodernizm dünyaya xüsusi estetik baxış olub, ictimai, zehni
fəaliyyət və bədii yaradıcılıqda kilsənin təsirindən uzunmüddətli azadolma prosesi, eləcə
də insanın dünyada mərkəzi mövqeyi ideyasından imtinanın məhsuludur. İntibah
dövründə antroposentrik universum - insan ətrafında fırlanan dünya barədə təsəvvür
formalaşmağa başlamışdı. Amma XIX-XX əsrlərdən etibarən insanmərkəzçi təsəvvürləri
dəstəkləmək getdikcə çətinləşir, zaman keçdikcə bu təsəvvürlər daha əsassız və hətta
cəfəng görünməyə başlayırdı. Artıq tam aydın idi ki, "insan təbiətin şıltağından başqa bir
şey deyil, bu üzdən də Kainatın mərkəzi ola bilməz".
Postmodernizm Amerika və Avropanın bəzi inkişaf etmiş ölkələrində eyni zamanda zahir
olur, modernizmin həm davamı, həm də inkarını göstərən bədii cərəyan kimi meydana
çıxır. Yeni dövr sənətinə qəti zidd olan postmodernizm öz sələfi modernizmə daha
yaxındır.
"Postmodernizm" termininə ilk dəfə R.Panvisin "Avropa mədəniyyətinin böhranı" (1917)
əsərində təsadüf olunur. F.de Onis bu termindən 1934-cü ildə modernizmə çağdaş
münasibəti bildirmək üçün istifadə edib. O, postmo-derniz-mə ədəbiyyatın inkişafında
aralıq mərhələ (1905-1914) kimi baxır. A.Toynbi isə özünün "Tarixin dərki" (1947)
kitabında bu terminə belə kulturoloji anlam verib: postmodernizm din və mədəniyyətdə
qərb ağalığının sonudur. Sonralar Y.Habermas, D.Bell kimi sosial filosoflar
postmodernizmi neokonservatizmin mədəni mirası, postindustrial cəmiyyətin rəmzi, öz
ifadəsini total konformizm və estetik eklektizmdə tapan dərin sosial dəyişikliklərin
simptomu kimi izah ediblər.
Ç.Cenksin "Postmodernist arxitekturanın dili" (1977) kitabından sonra postmodernizm
estetikada da populyarlıq qazanıb. Kitabda bu termindən ifrat ədəbi eksperimentləri deyil,
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
119
ekstremizm və avanqard nihilizmdən imtinanın ifadəsi üçün istifadə olunur, onun
arxitekturadakı kommunikativ rolu xüsusi vurğulanır.
Postmodernist sənət lap başlanğıcından çoxyönlü, dağınıq və ziddiyyətlidir. Əvvəlki
onillərin sənətindən fərqli olaraq, postmodernist enerji elə bir vahid məcraya yönəlməyib
ki, onu "mücərrəd ekspressionizm", yaxud "minimalizm" kimi hər şeyi özündə ehtiva
edən hansısa terminlə ifadə etmək mümkün olsun.
Bədii "cərəyan" ideyasının əsasında duran kollektiv fəaliyyət və sənətkarların birliyi
anlayışlarının əksinə olaraq, postmodernizm özünün rəngarəngliyi ilə fəxr edir. Hətta
bəzən ona "cərəyanötəsi sənət" terminini də tətbiq edirlər. Çeşidlərin rəngarəngliyi
müasir sənət cərəyanlarının bütöv bir siyahısında öz əksini tapır: video; performans;
bodi-art; konseptual incəsənət; rəssamlıqda fotorealizm; heykəltəraşlıqda hiperrealizm;
təhkiyə sənəti; monumental mücərrəd heykəltəraşlıq (lend-art, torpaqla iş və s.); əsas
səciyyəsini ciddiyyət yox, mötədil eklektikada tapan mücərrəd rəssamlıq.
Bu çoxyönlü cərəyanların prototipi kimi şəxsi azadlıq obrazı çıxış edir. Bu gün
imkanların elə rəngarəngliyi meydana çıxıb ki, iradə azadlığına malik sənətkar istənilən
seçim haqqına malikdir, halbuki əvvəllər bədii (tarixi) üslubun repressiv anlamı bu
imkanlara aparan yolun qarşısına sədd çəkmişdi.
I.1. Postmodernizm mədəni cərəyan kimi
İlk dəfə bədii mədəniyyət, hər şeydən öncə ədəbiyyat və memarlıqda meydana çıxan
postmodernizm tezliklə fəlsəfə, estetika və digər humanitar elmləri özündə birləşdirən
geniş mədəni cərəyana çevrildi.
N.B.Mankovskaya yazır ki, postmodernist əhvali-ruhiyyə İntibah və Maarifçiliyin
tərəqqiyə inam, ağlın təntənəsi, bəşəri imkanların sonsuzluğu kimi etiqad və dəyərlərinə
ümidsizliklə aşılanıb. Esxatoloji (qiyamət gününün, dünyanın sonunu yaxınlaşması, onun
dağılacağına inam - tərcüməçi) əhval, estetik mutasiya, "böyük" bədii üslubların ləğvi,
bədii dillərin eklektik qarışması ilə diqqəti çəkən çağdaş dövr "yorğun", "entropik"
mədəniyyətlə səciyyələnir. Yeniliyə avanqard münasibət dünya bədii təcrübəsini ironik
sitatlaşdırma yoluyla çağdaş sənət orbitinə salmaq cəhdinə qarşı çıxır. Dünyanı xaos
sayan modernist təsəvvürlər bu xaosun oyun kimi mənimsənilməsi təcrübəsi və insan
məskunlaşan mühitə çevrilməsinə gətirib çıxarır. Keçmişə nostalji maraqlar dairəsini
"estetika və siyasət" mövzusundan "estetika və tarix" problemi üzərinə keçirir.
Postmodernizmdə tarix özü haqqındakı stereotip laylarından keçərək görünür.
Postmodernizmin görkəmli nəzəriyyəçilərindən J.F.Liotara görə, cəmiyyətin
postindustrial, mədəniyyətin isə postmodern adlandırılan bir dövrə keçməsi ən azı ötən
əsrin 50-ci illərinin sonundan - İkinci dünya müharibəsindən sonra Avropanın bərpasının
başa çatmasıdan başlayır. Bu zaman modern layihə unudulmamış, amma "məhv
olunmuş", darmadağın edilmişdi. Bu hadisəni ifadə etmək üçün Liotar "Osvensim" söz-
simvolundan istifadə edir. Alimin fikrincə, postmodernizm postçağdaşlığa yol açan
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
120
cinayətdən - Osvensimdən başlayır. Razılıq, konsensus yox, ayrılıq, fərqli diskurs və "dil
oyunların"a imkan verən fikir müxtəlifliyinin təsdiqi düşüncə sahəsində onun əsas
özəlliyidir. Bizim çağdaşlıq İntibah dövrü ilə başlayır və postçağdaşlıq özündən əvvəlki
hadisələrin davamıdır. Buna görə, postmodernizm modernə antiteza olmayıb onun
daxilindədir, artıq çoxdan bəri onun implisit tərkib hissəsidir.
Liotar "post" sözönünə geri qayıtmaq kimi yox, sənətin əvvəlki dövrdəki inkişafını yada
salmaq və ona yenidən baxmaq kimi yanaşır. Terminə moderinin antitezası kimi
yanaşmaq ehtimalından qaçmağa cəhd edərək, o, hətta postmodernə "redaktə olunmuş
modern" kimi yeni ad vermək fikrinə gəlir. Onun fikrincə, "post" sözönü geriyə hərəkət,
dönüş, təkrar anlamını vermir, daha çox konversiyanı - özündən əvvəl mövcud olan
istiqamətin dəyişməsini göstərir. Postmodernizm modernizmin sonu və yeni dövr deyil,
özünün növbəti yeniləşmə mərhələsinə qədəm qoyan modernizmdir. Modernin antitezası
postmodern yox, klassikadır.
Terminin "post" sözönündəki uğursuzluq amerikan ədəbiyyatşünası İ.Hassanı da narahat
edir və o yazır: "Bu terminin romantizm, klassisizm, barokko, rokoko anlayışları üçün
səciyyəvi olmayan daxili düşməni var". Postmodernizm anlayışına modernizmi əvəz
edən, yeni, müstəqil bədii üslub kimi baxılacağı təqdirdə bu narahatlıq daha aydın olur.
Çünki postmodernizm hələ o qədər yenidir ki, meydana çıxmasından keçən bir neçə on il
ərzində onun o qədər də uğurlu ad almayan müstəqil bədii üslub olmasından ciddi
danışmaq mümkünsüzdür.
"Postmodernizm" termini ilə bağlı daha bir problem də var: onun zaman çərçivələri daimi
olaraq genişləndirilir, özü də bu hər hansı tutarlı əsas olmadan edilir. U.Eko 1983-cü ildə
yazırdı ki, "postmodernizm" istənilən hal üçün yararlı termindir. Bundan istifadə edənlər
hər dəfə nəyisə tərifləmək istəyəndə bu terminə üz tuturlar. Əvvəllər o, ancaq iyirminci
əsrin yazıçı və rəssamlarına tətbiq olunurdu, sonra yavaş-yavaş əsrin əvvəli, bunun
ardınca isə bir az da o tərəfə getdilər. "Dayanacaq görünmür, tezliklə postmodernizm
kateqoriyası Homeri də fəth edəcək".
Postmodernizm həmişə mövcud olmayıb, yaxud da əksinə, o, istənilən yeni bədii üslubun
labüd mərhələsidir məsələsi ətrafında mübahisələr söz oyunundan başqa bir şey deyil.
Postmodernizmin çoxdan tarixə qovuşmuş manyerizm (süni forma elementləri,
maneralardan istifadə - tərcüməçi) olmasına dair gözlənilməz təkilflə çıxış edən Ekonun
özü də buna aludə olur.
I.2. Bədii və fəlsəfi postmodernizm
Beləliklə, postmodernizm termini iki başlıca məna ifadə edir:
1) müasir sənət təmayülü;
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
121
2) çağdaş dövr haqqında ümumi təsəvvür, bir növ əhval-ruhiyyə, ötən əsrin sonu və yeni
dövrə məxsus ruhu mücərrəd anlayışlarda ifadə etməyə, onun intellektual və emosional
komponentlərini təsvir və izah etməyə çalışmaq.
Birinci anlamdakı postmodernizmə "bədii", ikinci anlamdakına isə "fəlsəfi
postmodernizm" demək olar. Fəlsəfi postmodernizm bir neçə elmi fənnin - linqvistika,
fəlsəfə, estetika, psixologiya, tarix, sosiologiya və sairənin sərhədində yerləşən kompleks
konsepsiyanın daşıyıcısıdır.
Bədii postmodernizm 1950-ci illərin sonu, 1960-cı illərin əvvəllərində yaranmağa
başlayıb; fəlsəfi postmodernizm bir qədər sonra - 1970-ci illərin sonlarına doğru meydana
çıxıb. Fəlsəfi postmodernizmin formalaşmasında J.Derrida, M.Fuko, J.Delez, J.F.Liotar,
J.Bodriyar, F.Qvattari, Y.Kristeva, P.de Mann və digərləri əsas rol oynayıblar. Rus
ədəbiyyatında fəlsəfi postmodernizm problemləri və onun əsasında bədii
postmodernizmin bu və ya digər özəlliyinin izahına dair N.B.Mankovskaya, İ.P.İlin,
M.K.Rıklin, B.M.Dianova və başqalarının tədqiqləri var.
Postmodernizmin təkcə sənət cərəyanları yox, bütün çağdaş mədəniyyəti özündə ehtiva
edən müəyyən bir əhvali-ruhiyyə olmasıyla bağlı genişləndirici izahlar ciddi narazılıq
doğurur. E.Giddens təklif edir ki, postmodernizm termini "əsas etibarilə 3
ədəbiyyat, rəssamlıq, heykəltəraşlıq və arxitekturadakı müəyyən üslub, yaxud
istiqamətlərə aiddir". Postmodernist təsəvvürlərin iqtisadi, siyasi və sosial münasibətlər
sahəsinə doğru genişləndirilməsinin qanunauyğunluğunu inkar edən Giddens səslənmə
baxımından yaxın, amma məzmunca fərqli "modernite" və "postmodernite"
anlayışlarından istifadə edir. "Postmodernite" çağdaş dövrün çoxlu sayda əlamətlərini
bildirir ki, bunların da sırasına aşağıdakılar aiddir: "heç bir şeyi yəqin etmək olmaz, çünki
epistemologiyanın əvvəlki "əsaslarının" əsassız olduğu aydın olub; tarix teleologiyadan
məhrum olub və buna uyğun olaraq "tərəqqinin" heç bir versiyasını qətiyyətlə müdafiə
etmək olmaz..."
"Postmodernite" koncepsiyasını bölüşənlər dünya liderliyində qərb modelinin inkişafına,
ötən əsrin birinci yarısından etibarən birqütblü dünyanın formalaşmasına inanırlar.
Amma onda fəlsəfi postmodernizmin irəli sürdüyü hansısa fikir, quruluş, mövqe
plüralizmi haqqında gərək danışmayasan.
Postmodernizm zamanın ruhu, dövrün intellektual və emosional qavrayışının adekvat
ifadəsində daxilən ardıcıl deyil. O, ayrı olanları birləşdirməyə cəhd edir. Bu, bir yandan
çağdaş dövrün tam dərkinə şüurlu can atmaq, digər tərəfdən isə çağdaş (açıq) toplum və
onun fərdlərinin həyatına dair təsəvvürlərin əzəli fraqmentarlığının aydın dərkindən irəli
gəlir.
Fəlsəfi postmodernizm fəlsəfədə özəl istiqamət deyil. Onun vahid ideyalar kompleksi
yoxdur. O, yeni fəlsəfi istiqamətin inkişafına əsas ola biləcək əlaqələndirici
konsepsiyadan məhrumdur. Ayrı-ayrı müəlliflər arasındakı fərq o qədər böyükdür ki,
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
Dostları ilə paylaş: |