Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 3.88 Mb.
PDF просмотр
səhifə16/58
tarix29.11.2016
ölçüsü3.88 Mb.
1   ...   12   13   14   15   16   17   18   19   ...   58

 

114 


b) 1)adaxlının ailəsinin şərəfsiz olduğunu bilmək: 2) həyat yoldaşının toydan əvvəl 

zorlandığını bilmək; 3) həyat yoldaşının toydan sonra zorlandığını bilmək; 4) həyat 

yoldaşının əvvəllər səhv etdiyini öyrənmək; 5) həyat yoldaşının əvvəllər fahişə olduğunu 

öyrənmək; 6) əvvəllər fahişə olan qadınının və ya məşuqənin yenə də əvvəlki həyat 

tərzinə qayıtdığından xəbər tutmaq;7) məşuqənin şərəfsizliyindən xəbər tutmaq; 

8)məşuqənin və ya həyat yoldaşının alçaq olduğunu öyrənmək; 

c)öz övladının qatil olduğundan xəbər tutmaq; 

d) şərəfsizlikdən xəbər tutanın günahkarı cəzalandırmaq borcu: 1) vətənə xəyanət etmiş 

övladın cəzalandırılması; 2) öz həmfikirlərini satmış qardaşın cəzalandırılması; 3) atalıq 

haqqı ilə istənilən şərəfsizlik üçün övladların cəzalandırılması; 4) tiranın öldürülməsi 

andına görə öz atanı öldürmək məcburiyyəti; 5) qatil qohumu cəzalandırmaq borcu; 6) bir 

valideynə görə digərinin cəzalandırılması; 

 

28. Sevgi ənəglləri. 



 

Situasiya elementləri: 1) məşuq; 2) məşuqə; 3) əngəl; 

 

Nümunələr: 



a)qeyri-bərabərlik üzündən pozulan nigah: 1) sosial qeyri-bərabərlik üzündən; 

2)mülk məsələsindəki qeyri-bərabərlik üzündən; 

b)təsadüfi hadisələr və ya düşmənlər tərəfindən pozulan nigah; 

c)qadağan olunmuş niğah: 1) başqasına və əvvəllər verilmiş vədə görə; 2) başqasına və 

əvvəllər verilmiş vədə və sonrakı saxta nigaha görə;3) bir-birini sevən iki nəfərdən 

birinin daha əvvəldən başqasıyla nigahda olmasına görə; 

d) ailə-maneə kimi; 1) hər iki tərəfdən valideynlər arasında olan düşmənçilik üzündən 

pozulan nigah; 2) gənc ailə rifahının qayınana və qayınatalrın müdaxiləsi hesabına 

pozulması; 

e) xasiyyət uyğunsuzluğuna görə nigahın pozulması; 

f) sevgi(sizlik) üzündən pozulan nigah; 

j) Cinsi münasibət pozğunluğu üzündən nigahın pozulması; 

 

 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

115 


29. Düşmənə sevgi. 

 

Situasiyanın elementləri: 1) sevgi oyadan düşmən; 2)düşməni sevən kəs; 3) düşmənə 



nifrət edən kəs

 

Nümunələr: 



a)sevilənə onu sevənin qohumları nifrət edir: 1) seviləni sevənin qardaşları təqib edir; 2) 

sevilənə onu sevən kəsin ailəsi nifrət edir; 3)sevilənin uşağınə sevənin valideynləri nifrət 

edir; 4) sevilən- sevənin mənsub olduğu xalqın və partiyanın düşmənidir; 

b) sevilən sevən şəxs üçün əhəmiyyətli olan adamın ölümüylə əlaqəlidir: 1) sevilən onu 

sevən qadıının valideyninin qatilidir; 2)sevən qadın sevdiyi kişinin valideyninin qatilidir; 

3) sevilən kişi-onu sevən qadının qardaşının və ya başqa bir qohumunun qatilidir; 4) 

sevilən qadın-onu sevən kişinin qardaşının və ya başqa bir qohumunun qatilidir; 5) 

sevilən kişi-onu sevən qadının ərinin qatilidir; 6) sevilən kişi-onu sevən qadının ərinin 

qatilidir, qadın isə intiqam üçün and içib; 7) sevilən qadın-onu sevən kişinin ərinin 

qatilidir;8) sevilən kişi-onu sevən qadının əvvəlki sevgilsinin qatilidir; 9) sevilən kişi-onu 

sevən qadının əvvəlki sevgilsinin qatilidir, qadın isə qisas üçün and içib; 10) sevilən 

qadın -onu sevən kişinin əvvəlki sevgilsinin qatilidir; 11) sevilən onu sevən qadının 

valideyninin qatilidir; 

 

30. Şöhrətpərəstlik və hakimiyyət sevgisi. 



 

Situasiyanın elementləri: 1) şöhrətpərəst; 2) onun arzusu; 3) onun rəqibi və ya düşməni; 

 

Nümunələr: 1) şöhrətpərəstə yaxınının, dostunun, qohumunun, tərəfdarının mane olması; 



2) üsyana aparıb çıxaran şöhrətpərəstlik;  

 

31. Yaradana üsyan. 



 

Situasiyanın elementləri: 1) insan; 2) Yaradan; 

 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

116 


Nümunələr: 1)Yaradanla mübarizə; 2) Yaradana sadiq olanlarla mübarizə; 3) Yaradanla 

deyişmə; 4) Yaradana qarşı çıxdığına görə cəzalanma;5) Yaradana qarşı təkəbbürə görə 

cəzalanma; 6) Yaradanla ədəbsizcəsinə yarışma; 7) Yaradanla ağılsızcasına rəqabət; 

 

32. Yalnış qısqanclıq, həsəd. 



 

Situasiyanın elementləri: 1)qisqanan, həsəd aparan; 2) qısqanclıq və həsəd səbəbi; 3) 

ehtimal olunan rəqib, iddiaçı; 4) yalnışlığa aparan səbəb və ya satqın səbəbkar; 

 

Nümunələr: 1)yalnışlıq qısaqncın şübhəkar düşüncəsində doğulur; 2) qısqanclıq uğursuz 



şərait və səbəblərə görə doğulur; 3) qisqanclıq platonik məhəbbətdən doğur; 

4)qısqanclığa toxumu öz mənafeyi üçün və ya qısqanclığı üzündən üçüncü adam 

tərəfindən səpilir; 5) qısqanclıq bədxah şayiələr tərəfindən törənir; 6) qısqanclığa səbəb 

üçüncü adamın nifrəti səbəb olur; 7) rəqiblər tərəfindən alovlandırılan ikitərəfli 

qısqanclıq; 8) ərin qısqanclığı arvadı tərəfindən rədd edilən rəqibi tərəfindən 

alovlandırılır; 9) ərin qısqanclığını aldadılmış rəqibi törədilir; 10) ərin qısqanclığı ona 

aşiq olmuş qadın tərəfindən alovlandırılır; 11) xoşbəxt məşuqun qısqanclığı aldadılmış ər 

tərəfindən törənir; 

 

33. Məhkəm səhvi. 



 

Situasiyanın elementləri: 1) səhv edən; 2) səhvin qurbanı; 3) səhvin məğzi; 4) həqiqi 

cani; 

 

Nümunələr: 1) inamın olması gərəkən yerdə haqsız şübhələrin mövcudluğu; 2) səbəb 



olmadan məçuqəylə bağlı haqsız şübhələrin doğulması; 3) sevimli adamın düzgün 

anlaşılmayan davranışı üzündən doğan haqsız şübhələr; 4) dostunu xilas naminə haqsız 

şübhələri öz üzərinə çəmləmək; 5) laqeydlik üzündən doğan haqsız şübhələr; 6) günahı 

olmayan şəxsdən əsassız şübhələnmələr; 7) şübhələrin günahkar qadının günahsız ərinin 

üzərində cəmlənməsi; 8) cinayətkar niyyəti olsa da cinayət törətməyən adamdan 

şübhələnmələr; 9) həqiqətdə cinayət eləməyən amma günahkar niyyəti olduğuna görə 

özünü günahkar hesab edən adamdan şübhələnmələr; 10)cinayət şahidi sevdiyi adama 

görə elə edir ki, şübhələr günahsız adamın boynuna düşür; 11) və yaxud düşmənin 

boynuna; 12) düşmənin fitnəsi üzündən doğulan yalan; 13) qurbanın qardaşının fitnəsi 

üzündən doğulan yalnışlıq; 14) həqiqi cani tərəfindən öz düşməninə yönləndirilən 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

117 


şübhələr; 15) rəqib tərəfindən artırılan və yönləndirilən yalnış şübhələr; 16) cinayətdə 

iştirakçı olmaqdan boyun qaçırdığına görə günahsız birinə yönləndirilən əsassız şübhələr; 

17) ərini aldatmaq istəmədiyi üçün rədd olunmuş məşuqənin onu rədd edən məşuquna 

yönləndirdiyi əsas şübhələr; 18) bilərəkdən buraxılmış məhkəmə səhvinə görə intiqam, 

şəxsi bəraəti üçün mübarizə; 

 

34. Vicdan əzabı. 



 

Situasiyanın elementləri: 1)günahkar; 2) günahın və ya səhvin məğzi; 3) günahkarı təqib 

edən və onu ifşa etməyə çalışan; 

 

Nümunələr: 1)yad adamın ölümünə,qətlinə görə vicdan əzabı; 2) ata və ana qətlinə görə 



vicdan əzabı; 3) qətlə görə vicdan əzabı; 4)ərin və ya arvadın qətlinə görə vicdan əzabı; 

5) məhəbətdə səhvə görə vicdan əzabı; 6) ər-arvad xəyanətinə görə vicdan əzabı;  

 

35. İtirilən və tapılan. 



 

Situasiyanın elementləri: 1) axtaran 2) tapılan; 

 

36. Yaxınların itkisi. 



 

Situasiyanın elementləri: 1) Ölmüş, qəzaya düşmüş yaxın adam; 2) yaxın adamını itirmiş 

kəs; 3) yaxın adamın ölümünün səbəkarı; 

 

Nümunələr: 1) yaxınlarının xilası üçün bir şey etməyə gücü çatmayan, ölümə şahidlik 



edən; 2) peşəkar sirri qorumağa məcbur şəxsin (həkim və ya din adamı) yaxınlarının 

bədbəxtliyinə şahidlik etməsi; 3) yaxının ölümünü hiss eləmək; 4) yaxınının və ya 

müttəfiqinin ölüm xəbərini almaq; 5) sevimli adamın ölümündən təşviş və ya həyəcan 

keçirmək, həyata marağı itirmək, düşkünləşmək. 

 

Bu material ”Dünya ədəbiyyatı” jurnalının sifarişi ilə Esmira Serova tərəfindən ingilis 

dilindən rus dilinə çevri əsasında Səlim Babullaoğlu tərəfindən hazırlanıb. 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

118 


İrina Nikitina 

 

POSTMODERNİST SƏNƏT 

 

Birinci hissə: Postmodernizmin incəsənət və mədəniyyətdə formalaşması 

 

Postmodernizm ötən əsrin 50-ci illərindən etibarən modernizmi əvəz edən sənət 



təmayülüdür. O, 1950-ci illərdə əvvəlcə amerikan ədəbiyyatında meydana çıxaraq sonra 

arxitekturaya da keçib. D.Fokkema və U.Ekoya görə, postmodernizmin ilk təzahürlərini 

hələ Coysun "Finneqansayağı təziyə" (1939) əsərində görmək olar. Sonralar o, bəlkə də 

heç amerikan ədəbiyyatının təsiri olmadan Qərbi Avropa ölkələrinə də yayılıb. Amerikan 

postmodernistlərinə D.Houks, D.Bartelm, K.Vonnequt, R.Syukenik, B.Nabokov, 

X.Kortasar, X.L.Borxes və başqaları aiddir. 

Fokkemanın fikrincə, postmodernizm dünyaya xüsusi estetik baxış olub, ictimai, zehni 

fəaliyyət və bədii yaradıcılıqda kilsənin təsirindən uzunmüddətli azadolma prosesi, eləcə 

də insanın dünyada mərkəzi mövqeyi ideyasından imtinanın məhsuludur. İntibah 

dövründə antroposentrik universum - insan ətrafında fırlanan dünya barədə təsəvvür 

formalaşmağa başlamışdı. Amma XIX-XX əsrlərdən etibarən insanmərkəzçi təsəvvürləri 

dəstəkləmək getdikcə çətinləşir, zaman keçdikcə bu təsəvvürlər daha əsassız və hətta 

cəfəng görünməyə başlayırdı. Artıq tam aydın idi ki, "insan təbiətin şıltağından başqa bir 

şey deyil, bu üzdən də Kainatın mərkəzi ola bilməz". 

Postmodernizm Amerika və Avropanın bəzi inkişaf etmiş ölkələrində eyni zamanda zahir 

olur, modernizmin həm davamı, həm də inkarını göstərən bədii cərəyan kimi meydana 

çıxır. Yeni dövr sənətinə qəti zidd olan postmodernizm öz sələfi modernizmə daha 

yaxındır. 

"Postmodernizm" termininə ilk dəfə R.Panvisin "Avropa mədəniyyətinin böhranı" (1917) 

əsərində təsadüf olunur. F.de Onis bu termindən 1934-cü ildə modernizmə çağdaş 

münasibəti bildirmək üçün istifadə edib. O, postmo-derniz-mə ədəbiyyatın inkişafında 

aralıq mərhələ (1905-1914) kimi baxır. A.Toynbi isə özünün "Tarixin dərki" (1947) 

kitabında bu terminə belə kulturoloji anlam verib: postmodernizm din və mədəniyyətdə 

qərb ağalığının sonudur. Sonralar Y.Habermas, D.Bell kimi sosial filosoflar 

postmodernizmi neokonservatizmin mədəni mirası, postindustrial cəmiyyətin rəmzi, öz 

ifadəsini total konformizm və estetik eklektizmdə tapan dərin sosial dəyişikliklərin 

simptomu kimi izah ediblər. 

Ç.Cenksin "Postmodernist arxitekturanın dili" (1977) kitabından sonra postmodernizm 

estetikada da populyarlıq qazanıb. Kitabda bu termindən ifrat ədəbi eksperimentləri deyil, 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

119 


ekstremizm və avanqard nihilizmdən imtinanın ifadəsi üçün istifadə olunur, onun 

arxitekturadakı kommunikativ rolu xüsusi vurğulanır. 

Postmodernist sənət lap başlanğıcından çoxyönlü, dağınıq və ziddiyyətlidir. Əvvəlki 

onillərin sənətindən fərqli olaraq, postmodernist enerji elə bir vahid məcraya yönəlməyib 

ki, onu "mücərrəd ekspressionizm", yaxud "minimalizm" kimi hər şeyi özündə ehtiva 

edən hansısa terminlə ifadə etmək mümkün olsun. 

Bədii "cərəyan" ideyasının əsasında duran kollektiv fəaliyyət və sənətkarların birliyi 

anlayışlarının əksinə olaraq, postmodernizm özünün rəngarəngliyi ilə fəxr edir. Hətta 

bəzən ona "cərəyanötəsi sənət" terminini də tətbiq edirlər. Çeşidlərin rəngarəngliyi 

müasir sənət cərəyanlarının bütöv bir siyahısında öz əksini tapır: video; performans; 

bodi-art; konseptual incəsənət; rəssamlıqda fotorealizm; heykəltəraşlıqda hiperrealizm; 

təhkiyə sənəti; monumental mücərrəd heykəltəraşlıq (lend-art, torpaqla iş və s.); əsas 

səciyyəsini ciddiyyət yox, mötədil eklektikada tapan mücərrəd rəssamlıq. 

Bu çoxyönlü cərəyanların prototipi kimi şəxsi azadlıq obrazı çıxış edir. Bu gün 

imkanların elə rəngarəngliyi meydana çıxıb ki, iradə azadlığına malik sənətkar istənilən 

seçim haqqına malikdir, halbuki əvvəllər bədii (tarixi) üslubun repressiv anlamı bu 

imkanlara aparan yolun qarşısına sədd çəkmişdi. 

I.1. Postmodernizm mədəni cərəyan kimi 

İlk dəfə bədii mədəniyyət, hər şeydən öncə ədəbiyyat və memarlıqda meydana çıxan 

postmodernizm tezliklə fəlsəfə, estetika və digər humanitar elmləri özündə birləşdirən 

geniş mədəni cərəyana çevrildi. 

N.B.Mankovskaya yazır ki, postmodernist əhvali-ruhiyyə İntibah və Maarifçiliyin 

tərəqqiyə inam, ağlın təntənəsi, bəşəri imkanların sonsuzluğu kimi etiqad və dəyərlərinə 

ümidsizliklə aşılanıb. Esxatoloji (qiyamət gününün, dünyanın sonunu yaxınlaşması, onun 

dağılacağına inam - tərcüməçi) əhval, estetik mutasiya, "böyük" bədii üslubların ləğvi, 

bədii dillərin eklektik qarışması ilə diqqəti çəkən çağdaş dövr "yorğun", "entropik" 

mədəniyyətlə səciyyələnir. Yeniliyə avanqard münasibət dünya bədii təcrübəsini ironik 

sitatlaşdırma yoluyla çağdaş sənət orbitinə salmaq cəhdinə qarşı çıxır. Dünyanı xaos 

sayan modernist təsəvvürlər bu xaosun oyun kimi mənimsənilməsi təcrübəsi və insan 

məskunlaşan mühitə çevrilməsinə gətirib çıxarır. Keçmişə nostalji maraqlar dairəsini 

"estetika və siyasət" mövzusundan "estetika və tarix" problemi üzərinə keçirir. 

Postmodernizmdə tarix özü haqqındakı stereotip laylarından keçərək görünür. 

Postmodernizmin görkəmli nəzəriyyəçilərindən J.F.Liotara görə, cəmiyyətin 

postindustrial, mədəniyyətin isə postmodern adlandırılan bir dövrə keçməsi ən azı ötən 

əsrin 50-ci illərinin sonundan - İkinci dünya müharibəsindən sonra Avropanın bərpasının 

başa çatmasıdan başlayır. Bu zaman modern layihə unudulmamış, amma "məhv 

olunmuş", darmadağın edilmişdi. Bu hadisəni ifadə etmək üçün Liotar "Osvensim" söz-

simvolundan istifadə edir. Alimin fikrincə, postmodernizm postçağdaşlığa yol açan 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

120 


cinayətdən - Osvensimdən başlayır. Razılıq, konsensus yox, ayrılıq, fərqli diskurs və "dil 

oyunların"a imkan verən fikir müxtəlifliyinin təsdiqi düşüncə sahəsində onun əsas 

özəlliyidir. Bizim çağdaşlıq İntibah dövrü ilə başlayır və postçağdaşlıq özündən əvvəlki 

hadisələrin davamıdır. Buna görə, postmodernizm modernə antiteza olmayıb onun 

daxilindədir, artıq çoxdan bəri onun implisit tərkib hissəsidir. 

Liotar "post" sözönünə geri qayıtmaq kimi yox, sənətin əvvəlki dövrdəki inkişafını yada 

salmaq və ona yenidən baxmaq kimi yanaşır. Terminə moderinin antitezası kimi 

yanaşmaq ehtimalından qaçmağa cəhd edərək, o, hətta postmodernə "redaktə olunmuş 

modern" kimi yeni ad vermək fikrinə gəlir. Onun fikrincə, "post" sözönü geriyə hərəkət

dönüş, təkrar anlamını vermir, daha çox konversiyanı - özündən əvvəl mövcud olan 

istiqamətin dəyişməsini göstərir. Postmodernizm modernizmin sonu və yeni dövr deyil, 

özünün növbəti yeniləşmə mərhələsinə qədəm qoyan modernizmdir. Modernin antitezası 

postmodern yox, klassikadır. 

Terminin "post" sözönündəki uğursuzluq amerikan ədəbiyyatşünası İ.Hassanı da narahat 

edir və o yazır: "Bu terminin romantizm, klassisizm, barokko, rokoko anlayışları üçün 

səciyyəvi olmayan daxili düşməni var". Postmodernizm anlayışına modernizmi əvəz 

edən, yeni, müstəqil bədii üslub kimi baxılacağı təqdirdə bu narahatlıq daha aydın olur. 

Çünki postmodernizm hələ o qədər yenidir ki, meydana çıxmasından keçən bir neçə on il 

ərzində onun o qədər də uğurlu ad almayan müstəqil bədii üslub olmasından ciddi 

danışmaq mümkünsüzdür. 

"Postmodernizm" termini ilə bağlı daha bir problem də var: onun zaman çərçivələri daimi 

olaraq genişləndirilir, özü də bu hər hansı tutarlı əsas olmadan edilir. U.Eko 1983-cü ildə 

yazırdı ki, "postmodernizm" istənilən hal üçün yararlı termindir. Bundan istifadə edənlər 

hər dəfə nəyisə tərifləmək istəyəndə bu terminə üz tuturlar. Əvvəllər o, ancaq iyirminci 

əsrin yazıçı və rəssamlarına tətbiq olunurdu, sonra yavaş-yavaş əsrin əvvəli, bunun 

ardınca isə bir az da o tərəfə getdilər. "Dayanacaq görünmür, tezliklə postmodernizm 

kateqoriyası Homeri də fəth edəcək". 

Postmodernizm həmişə mövcud olmayıb, yaxud da əksinə, o, istənilən yeni bədii üslubun 

labüd mərhələsidir məsələsi ətrafında mübahisələr söz oyunundan başqa bir şey deyil. 

Postmodernizmin çoxdan tarixə qovuşmuş manyerizm (süni forma elementləri, 

maneralardan istifadə - tərcüməçi) olmasına dair gözlənilməz təkilflə çıxış edən Ekonun 

özü də buna aludə olur. 

I.2. Bədii və fəlsəfi postmodernizm 

Beləliklə, postmodernizm termini iki başlıca məna ifadə edir: 

1) müasir sənət təmayülü


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

121 


2) çağdaş dövr haqqında ümumi təsəvvür, bir növ əhval-ruhiyyə, ötən əsrin sonu və yeni 

dövrə məxsus ruhu mücərrəd anlayışlarda ifadə etməyə, onun intellektual və emosional 

komponentlərini təsvir və izah etməyə çalışmaq. 

Birinci anlamdakı postmodernizmə "bədii", ikinci anlamdakına isə "fəlsəfi 

postmodernizm" demək olar. Fəlsəfi postmodernizm bir neçə elmi fənnin - linqvistika, 

fəlsəfə, estetika, psixologiya, tarix, sosiologiya və sairənin sərhədində yerləşən kompleks 

konsepsiyanın daşıyıcısıdır. 

Bədii postmodernizm 1950-ci illərin sonu, 1960-cı illərin əvvəllərində yaranmağa 

başlayıb; fəlsəfi postmodernizm bir qədər sonra - 1970-ci illərin sonlarına doğru meydana 

çıxıb. Fəlsəfi postmodernizmin formalaşmasında J.Derrida, M.Fuko, J.Delez, J.F.Liotar, 

J.Bodriyar, F.Qvattari, Y.Kristeva, P.de Mann və digərləri əsas rol oynayıblar. Rus 

ədəbiyyatında fəlsəfi postmodernizm problemləri və onun əsasında bədii 

postmodernizmin bu və ya digər özəlliyinin izahına dair N.B.Mankovskaya, İ.P.İlin, 

M.K.Rıklin, B.M.Dianova və başqalarının tədqiqləri var. 

Postmodernizmin təkcə sənət cərəyanları yox, bütün çağdaş mədəniyyəti özündə ehtiva 

edən müəyyən bir əhvali-ruhiyyə olmasıyla bağlı genişləndirici izahlar ciddi narazılıq 

doğurur. E.Giddens təklif edir ki, postmodernizm termini "əsas etibarilə 3 

ədəbiyyat, rəssamlıq, heykəltəraşlıq və arxitekturadakı müəyyən üslub, yaxud 

istiqamətlərə aiddir". Postmodernist təsəvvürlərin iqtisadi, siyasi və sosial münasibətlər 

sahəsinə doğru genişləndirilməsinin qanunauyğunluğunu inkar edən Giddens səslənmə 

baxımından yaxın, amma məzmunca fərqli "modernite" və "postmodernite" 

anlayışlarından istifadə edir. "Postmodernite" çağdaş dövrün çoxlu sayda əlamətlərini 

bildirir ki, bunların da sırasına aşağıdakılar aiddir: "heç bir şeyi yəqin etmək olmaz, çünki 

epistemologiyanın əvvəlki "əsaslarının" əsassız olduğu aydın olub; tarix teleologiyadan 

məhrum olub və buna uyğun olaraq "tərəqqinin" heç bir versiyasını qətiyyətlə müdafiə 

etmək olmaz..." 

"Postmodernite" koncepsiyasını bölüşənlər dünya liderliyində qərb modelinin inkişafına, 

ötən əsrin birinci yarısından etibarən birqütblü dünyanın formalaşmasına inanırlar. 

Amma onda fəlsəfi postmodernizmin irəli sürdüyü hansısa fikir, quruluş, mövqe 

plüralizmi haqqında gərək danışmayasan. 

Postmodernizm zamanın ruhu, dövrün intellektual və emosional qavrayışının adekvat 

ifadəsində daxilən ardıcıl deyil. O, ayrı olanları birləşdirməyə cəhd edir. Bu, bir yandan 

çağdaş dövrün tam dərkinə şüurlu can atmaq, digər tərəfdən isə çağdaş (açıq) toplum və 

onun fərdlərinin həyatına dair təsəvvürlərin əzəli fraqmentarlığının aydın dərkindən irəli 

gəlir. 

Fəlsəfi postmodernizm fəlsəfədə özəl istiqamət deyil. Onun vahid ideyalar kompleksi 



yoxdur. O, yeni fəlsəfi istiqamətin inkişafına əsas ola biləcək əlaqələndirici 

konsepsiyadan məhrumdur. Ayrı-ayrı müəlliflər arasındakı fərq o qədər böyükdür ki, 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

1   ...   12   13   14   15   16   17   18   19   ...   58


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə