“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
81
Düşüncədə inqilab edən qadın
“Xilasını başqa birində görmək, yıxılmağın ən kəsə yoludur”
(Simona de Bovuar)
Qənirə Paşayeva ―Tarixə adını yazan Qadınlar‖ silsiləsini yazır
Düz 102 il əvvəl iyunun 9-da dünyaya bir qızcığaz gəldi. Hələ kiçik yaşlarında ona
―uşaq‖ deyənlərə hirslənirdi. Fəlsəfi nəzəriyyəsinin əsasını elə o vaxtdan ətrafındakılara
göstərirdi: ―Mən mənəm!‖.
Onu sevənlərlə yanaşı lənətləyənlər də oldu, anlamayanlar da, anlamaq istəməyənlər
də… Hətta bəzi kişilər iddia etdilər ki, əgər bəşəriyyət Simona de Bovuarın dediklərini
qəbul edərsə, elə bu bəşəriyyətin sonu deməkdir. Bir çoxları isə bunun tam tərsini daha
ciddi arqumentlərlə sübut etdilər və edirlər…
Ona qarşı səsləndirilən bütün iddialar, əleyhinə söylənilənlər Onun düşüncəsi, fəlsəfi
baxışı, əsərləri ilə sözün əsil mənasında inqilab etdiyi həqiqətini dəyişə bilmədi. İllər
keçdikcə onu anlayanların sayı ilə yanaşı davamçıları da siyahı artdı. İllər adını tarixə
yazmış bu qadının düşüncələri ilə bağlı müzakirə və mübahisələri unutdura bilmədi. Bu
qadın əsərlərini böyük maraqla oxuduğum Simona de Bovuardır. Feminizmin anası!
―Sartrla qarşılaşanda hər şeyi qazandığıma inanmışdım. Onun yanında özümü təsdiq
etməyə çalışarkən, uğursuzluğa düçar olmaq ehtimalım yox idi. İndi isə öz-özümə belə
deyirəm: Xilasını başqa birində görmək, yıxılmağın ən kəsə yoludur.‖
Simona de Bovuar
... Onlar iki bacı idilər, atası isə həmişə oğlunun olmasını istəyirdi. Allah yəqin ki ona
yaxşı bir dərs verdi. Qız övladı özü ilə yanaşı atasının da adını tarixə yazdı. Dünya
Simone ilə yanaşı onun atasını da tanıdı.
Simonanı tanımaq üçün onun həyatından bir neçə epizoda diqqət yetirmək kifayət edir.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
82
O, sevgilisi Sartrla birlikdə xüsusilə 1940-50-ci illərdə həm həyat, həm də düşüncə
tərzində sərbəstlik cərəyanının lideri oldu.
O, ―Seks, iş, sərbəstlik‖ kimi qavramların yetişkinlərin ―cansıxıcı ehtiyacları‖ olduqlarını
deyib, bu üç mövzuda tabuları yıxmağa çalışaraq ―feminizmin anası‖ statusunu qazana
bildi.
Onun 1949-cu ildə yazdığı ―İkinci cins‖ (Le Deuxieme Sexe) kitabı beynəlxalq miqyasda
bestsellerə çevrildi.
O, 1970-ci illərdəki qadın hərəkatının təşviqatçılarından idi.
O, 50 illik məhəbbəti və ən yaxın dostu Sartrı itirəndə belə demişdi: ―Onun ölümü bizi
bir-birimizdən ayırdı. Mən öləndən sonra yenidən birləşəcəyimizə də inanmıram. Amma
onsuz da əsas məsələ bu həyatı mükəmməl bir ahəng daxilində yaşamağımız idi.‖
―Mandarinlər‖ kimi metafizik mövzulu romanlarıyla şöhrət qazanmağa başlayan bu
xanım ―Mandarinlər‖ adlı əsəri ilə Fransanın ədəbiyyat sahəsində ən böyük mükafatı olan
Prix Goncourt ödülünə layiq görüldü.
Onun 1949-cu ildə qələmə aldığı ―İkinci cins‖ adlı tədqiqat əsəri, qadınların məruz
qaldığı zülmün və təzyiqin təfərrüatlı analizindən ibarət idi. Bu əsər çağdaş feminizm
cərəyanında önəmli bir addım oldu.
O dünyadan köçəndə Fransanın bütün televiziyaları və radiostansiyaları yayımlarını
yarımçıq kəsərək, onun vəfat xəbərini verdilər. Ömrü boyu qeyri-adi bir məhəbbətlə bağlı
olduğu Sartrın yanında dəfn edildi.
Onu anlamaq çox da asan deyil. Bunun üçün mütləq ―İkinci cins‖, ―Qonaq qız‖,
―Başqalarının qanı‖, ―Kim öləcək‖, ―Hər kişi ölümlüdür‖, ―Bəlirsizlik əxlaqı üzərinə‖,
―Gün gün Amerika‖, ―Uzun yürüyüş‖, ―Bir gənc qızın xatirələri‖, ―Yaşlılıq‖, ―Səssiz bir
ölüm‖, ―Hesab tamam‖... Və vəfatından sonra işıq üzü görmüş ―Sartra məktublar‖ı
(1990), bir də ―Eşq məktubları (Nelson Algrenə)‖ (1998)... əsərlərindən heç olmasa bir
neçəsini oxumaq lazımdır. Onu diqqətlə oxumadan, bir neçə cümlə və ifadəsinə
əsaslanıb, ittiham edənlər də az olmayıb. Elələri bu gün də var. Əslində onların
ittihamlarının bütün cavabları Simonenin əsərlərində öz əksini tapır.
2006-cı ildə memar Ditmar Fayxtinqer tərəfindən məşhur Sena çayı üzərində dizayn
edilən, mürəkkəb quruluşa malik, qadın bədəninə xas qıvrımları olan və yeni fransız milli
memarlıq üslubunun əsas örnəklərindən hesab edilən körpüyə onun adının verilməsi isə
dünyanın onun düşüncə və fəlsəfəsini daha geniş anladığını və ya anlamağa çalışdığını
göstərir. Bu, onun ən böyük qələbəsidir.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
83
Qoşa çəkilən adlar
Simona de Bovuar!
Onu böyük məhəbbəti, dostu, sirdaşı, məhşur filosof Jan Pol Sartrdan ayrı fikirləşmək
mümkün deyil. Onlar dünya mədəniyyəti, incəsənəti, siyasəti tarixində öz ictimai
fəaliyyətləri ilə yanaşı sevgiləri ilə də iz buraxmış cütlüklərin ən maraqlıları
arasındadırlar. O, Sartrla ―vəhdət‖ təşkil etmiş və nəticədə yüzilliyə öz damğasını vuran
Varoluşçuluq cərəyanı meydana çıxmışdı. Dərindən bağlandığı məhəbbətiylə burjua
dəyərlərini zibilliyə ataraq yeni fəlsəfə yaratmağa girişən bu qadın, ömrü boyu geniş
kütlələrin qəbul etməkdə çətinlik çəkdiyi ―azadlıq‖ anlayışını müdafiə etdi. ―Qadın
doğulmaz, olunur!‖ kimi cümlələri, (―She Came to Stay‖) ―Qadın qalmaq üçün gəldi
(Qadın olmağa gəldi)‖ və (―The Second Sex‖) ―İkinci cins‖ kimi fərdiliyi, qadınlığı
ənənəvi dəyərlərdən daha uca tutan və Vatikan tərəfindən müəllifinin lənətlənməsinə
səbəb olan kitablarıyla feminizm cərəyanının memarlarından oldu.
… Lənətləndi, ancaq cazibəsi, sevgisi də əskik olmadı… Qeyri-adi düşüncələr, qeyri-adi
fikirlər, yanaşmalar, xarakter və tale... Bir nəslin düşüncə tərzində inqilab eləmək
qabiliyyəti!
Simona de Bovuar fəlsəfi, siyasi və ictimai mövzularda romanlar, monoqrafiyalar,
esselər, bioqrafik və avtobioqrafik əsərlər yazıb. Lakin o, özünü filosof və yazıçıdan daha
çox Sartr ekzistensializminin doğulmasının köməkçisi kimi təqdim edirdi. Beavoir
fəlsəfədəki yeri, son zamanlar daha geniş və dərindən dərk edilməyə, anlaşılmağa
başlanılıb.
―Mən uşaq deyiləm, Mən Mənəm!‖
Simone böyük bir bankın müdiri olan babanın ailəsində sabiq vəkil, həvəskar aktyor olan
ata və Verdenli ananın qızı olaraq Parisdə dünyaya göz açmışdı. Simone sonralar
xatirələrində yazırdı ki, atası həmişə oğlunun olmasını istəyirmiş, amma Allah ona iki qız
bağışlamışdı. Simonanın bacısı Elena de Bovuar daha rəssam olmuşdu. Həmişə oğul
arzulayan atası Simonaya ―Səndə kişi beyni var‖ deyirmiş...
Xanım filosofun həyatı, yaradıcılığı ilə az-çox maraqlanan hər kəs təsdiq edər ki, ona
bəslənən bu münasibət (bəlkə bəzən normal münasibət çizgisini keçən fərqli bir şey,
məsələn, münasibətsizlik) ona qadın ola-ola kişi keyfiyyətləri daşımaq kimi
özünəməxsusluq ―qazandırmışdı‖… Bu onun həm mənəviyyatına, həm də fizikasına
çökmüşdü…
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
84
İnadkar, cəsur
Uşaqlıq illərindən çox fərqli və seçilən şagird olan Simona yaxşı məktəblərdə təhsil
almışdı. On beş yaşına çatanda yazıçı olmağa qərar verdi. O, bir çox sahədə uğur qazana
bilərdi, ancaq özəlliklə Paris Universitetindəki fəlsəfə məşğələləri onu özünə cəlb edirdi.
Simona bu dövrdə Jan Pol Sartr kimi cavan ziyalılarla tanış olmuşdu. Riyaziyyat və
fəlsəfə sahələrində imtahanlarda uğur qazanandan sonra Simona Katolik İnstitutunda
riyaziyyat, Santa-Mariya İnstitutunda dil və ədəbiyyat, Sarbon Universitetində isə fəlsəfə
sahəsində təhsil aldı.
Sarbonda oxuyanda Simona ömrü boyu istifadə edəcəyi ləqəbini qazanmışdı: ―Kastor‖
(Castor). Fransızca ―qunduz‖ anlamına gələn bu adı Simonaya qunduz kimi
inadkarcasına işlədiyi və onunla eyni fikirdə olanlarla uyum içində çalışdığı üçün
vermişdilər. Digər tərəfdən, Simonanın soyadı ilə ingilis dilindəki ―beaver‖ (qunduz)
sözü arasındakı oxşarlıq da ona belə bir ləqəbin verilməsinə səbəb olmuşdu.
1929-cu ildə Sarbon Universitetində olanda Leybnits haqqında bir təqdimat edən
Simonanın Jan Pol Sartrla yaxın əlaqələri quruldu. Bu əlaqə, Simonanın daxilindəki
―fəlsəfə qumbarasının fitilini çəkən‖ hadisəyə çevrildi.
İyirmi bir yaşına çatanda Simona fəlsəfə sahəsində bilgili adam olmuşdu. O, axırıncı
imtahanda göstərdiyi nəticəyə görə ikinci yeri tutmuşdu, 24 yaşındakı Sartr isə birinci
yerə çıxmışdı. Dirdri Beirinin Simone de Beavoirlə bağlı yazdığı əsərdə göstərilir ki, jüri
üzvləri birinci yerə Sartrın, yoxsa Simonanın layiq görülməsi barədə xeyli mübahisə
edəndən sonra birinciliyə Sartrı layiq görüblər. Çünki o kişiydi və bu imtahan onun ikinci
imtahanıydı! Bununla belə jüri Bovuarın həqiqi bir filosof olduğunu da vurğulamışdı.
"Kişinin fərdiləşməsi nə qədər güclü olarsa, kişinin həmin fərdiləşməyə ehtiyacı da bir o
qədər böyük olur və o, bir o qədər də tez öz qadınının fərdiləşmə və azadlıq hüququnu
etiraf edir". Kişinin əsl müstəqilliyi o vaxt təmin olunur ki, həmin azadlıq, müstəqillik və
imkanlar qadında da olsun.
Simona de Bovuar
Onun ―Qadın: Əfsanə və Həqiqət‖ (―Woman: Myth and Reality‖) adlı əsəri çapdan çıxan
zaman böyük mübahisələrə səbəb olmuşdu. Simone de Bovuar iddia edirdi ki, kişilər
qadınları, özlərini səhv, yanlış yola çəkən, yanlış havalara salan ―sirli yad varlıqlar‖ kimi
görürlər.
Bovuara görə, kişilərin qadınları və onların problemlərini başa düşə bilməmələrinin,
onlara kömək etməmələrinin, hətta onların üzərində təzyiq mexanizmi fikirləşmələrinin
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
85
səbəbi də elə bu ―yad varlıqlar‖ barədə fikirdir. Bovuar, bütün cəmiyyətlərdə eyni
sistemin özünə yer elədiyi, güclülərin həmişə gücsüzləri ―yad varlıqlar‖ adlandıraraq
onları ətraflarında fırlanan qaranlıq kölgələr kimi gördükləri fikrini müdafiə edirdi.
Bovuar deyirdi ki, eyni vəziyyət siniflər arasındakı münasibətlərdə, dini və irqi
fərqliliklərin mübarizəsində, yəni bütün ziddiyyətlərdə müşahidə edilir, fəqət bu
ziddiyyətlərin heç birində ―yad varlıqlar‖ qavramı və ―yad varlıqlar‖a qarşı münasibət
qadın-kişi ziddiyyətindəki qədər qəlibləşməyib və həyatın mövcud düzəninə səbəbi kimi
göstərilmir. 1949-cu ildə Bovuar, böyük əks-səda doğuran və feminizm tarixində
müstəsna yeri olan ―İkinci cins‖ adlı kitabını nəşr etdirdi. O «İkinci cins» əsəri ilə kişi
hakim düzəninə qarşı savaş elən etdi. Bovuarın bu əsərində freydçi tərəfi ağır basan
feminist bir Varoluşçuluq anlayışı diqqəti cəlb edirdi. Bovuar, ekzistensializmdə olduğu
kimi, ―var olmağ‖ın ―mahiyyət‖dən (özdən) öncə gəldiyini təməl prinsip kimi qəbul edir
və belə deyirdi: ―Qadın doğulmaz, olunur!‖ Yeni bir cığır açan bu əsərində Bovuar
özəlliklə ―yad varlıqlar‖ qavramının üstündə dayanırdı. Onun fikrincə, qadınların ―yad
varlıqlar‖ kimi qəbul edilməsi və mövcud ictimai-sosial mövqeləri, onların qarşı-qarşıya
qaldıqları təzyiqin əsasını təşkil etməkdədir.
"Bütün dünyaların Tanrısına xeyir-dua olsun ki, O, məni qadın yaratmayıb" - yəhudilər
səhər duasında belə deyirlər, onların qadınları isə itaətlə pıçıldayırlar: "Tanrıya xeyir-dua
olsun ki, Öz iradəsilə məni yaradıb".
Simona de Bovuar "İkinci cins" əsəri
Bovuar bununla da kifayətlənməyərək, tarix boyu qadının yolunu azmış və anormal bir
canlı kimi görüldüyünü iddia etdi. O, Fransa inqilabı dövründən məşhur qadın hüquqları
müdafiəçisi Meri Wollstonecraftın belə, ―kişiləri, qadınların çatmağı gərəkən ideal
örnək‖ kimi təqdim etdiyini deyirdi: ―Bu hal, qadınların özlərini anormal, normaldan
sapmış, normalın xaricində qalan, kənarda qalan və normala çatmağa çalışan canlılar
kimi hiss etmələrinə səbəb olmuş və onların uğur qazanmaq şanslarını
məhdudlaşdırmışdır.‖ Bovuar artıq bu fikirdən əl çəkmək lazım gəldiyini, bu
düşüncələrin zibil qutusuna atılması gərəkdiyini deyir və mübahisəyə axırıncı nöqtəni
belə qoyurdu: ―Qadınlar da kişilər qədər seçmək və ayırd etmək istedadına malikdir.
Beləliklə, onlar özlərini təkmilləşdirmək yolunu seçə bilər, olduqları vəziyyətdən daha
yüksək səviyyəyə irəliləyə bilər, öz həyatlarının və dünyanın məsuliyyətini öz çiyinlərinə
götürə bilərlər‖.
Bovuar yetmişinci illərdə Fransada qadınların sərbəstlik əldə etmək uğrunda
mübarizələrində iştirak etdi. 1971-ci ildə o, ―343 manifestini‖ imzaladı. Bu siyahıdakı
məşhur qadınların əksəriyyəti qadınlara abort etmək hüququ verilməsini tələb edirdi.
Əslində isə Bovuar heç bir vaxt aborta müraciət etməmişdi. Katrin Denev, Delfin Seyriq
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
86
və Bovuarın bacısı Pupetin imzalarıyla 1974-cü ildə Fransada qadınlara abort hüququ
verildi.
―Heç bir şeyin mənə ehtiyacı yoxdu, heç bir şeyin heç kimə ehtiyacı yoxdu, çünki heç bir
şeyin var olmağa ehtiyacı yoxdu.‖
Simona de Bovuar
Simona de Bovuar ―Kinayənin əxlaqı‖ (―Pour Une Morale de L ambiguite‖) adlı əsəri ilə
bəlkə də fransız ekzistensializmində ən çox qəbul edilən nöqtəni tapdı. O, Sartrın ―varlıq‖
və ―heçlik‖ qavramları arasındakı təbii ziddiyyəti sadə və asan başa düşülən formada izah
etdi, Sartr da daxil olmaqla, bəzi filosofların ―varlıq‖ və ―heçlik‖ qavramları arasındakı
uyğunsuzluğu açıqca göstərdi. Onun 36 yaşında yazdığı "Pirr və Sineas‖ (Pyrrhus et
Citeas) əsəri, Amerika və Çin səyahətlərindən sonra yazdığı populyar səyahət qeydləri bu
gün də maraqla oxunur. Onun ən maraqlı kitablarından biri 1981-ci ildə qələmə aldığı və
Sartrın həyatının əzab-əziyyətlərlə dolu olan axırıncı illərini təsvir edən ―Vida
mərasimi‖dir. Kitabın giriş hissəsində müəllif bildirirdi ki, ilk dəfə hansısa böyük əsərini
Sartra başdan-ayağa oxumamış nəşrə vermək məcburiyyətində qalır. Sartr və Bovuar bu
iki filosof həmişə bir-birilərinin kitablarını öncədən – kitab nəşrə getməmiş oxuyur sonra
nəşrə göndərirlərmiş. Bu Sartırın Simonanın fikirlərinə və düşüncələrinə, rəyinə nə qədər
böyük bir önəm verdiyinin kiçik bir örnəyidir. Bu həm də Sartırın bir qadının gücünün,
böyüklüyünün, intellektinin etirafının örnəyidir.
Sartrın ölümündən sonra Bovuar, onun məktublarını və Sartrın öz dünyalarında, öz daxili
aləmlərində yaşayan adamlarla bağlı duyğularının əks olunduğu qeydlərini nəşr etdirdi.
Bovuarın ölümündən sonra isə Sartrın övladlığa götürdüyü qızı və ədəbi varisi Arlet
Elkaim, Sartrın çoxlu sayda məktublarını orijinalını oxuculara təqdim etdi. Bovuarın
övladlığa götürdüyü qızı və ədəbi varisi Silviya le Bon isə Sartra və Alqrenə göndərilmiş
məktubların orijinallarını gün üzünə çıxardı.
Hətta ənənəvi filosof imicinə heç cür uyğun gəlməyən bəzi adətləri, məsələn, rəngli
maqazin jurnallarından və yüngül romanlardan xoşlanması, həmişə başına bağladığı
rəngarəng ipək şərfləri ilə diqqət çəkən Simona de Bovuar 1986-cı ildə sətəlcəmdən vəfat
etsə də, şöhrəti getdikcə daha da artmaqdadır. Xüsusilə akademik mühitdə feminizmin
anası kimi qəbul edilən Bovuar qətiyyən yaddan çıxarılmır. O, hələ də böyük bir
mütəfəkkir və ekzistensialist filosof kimi qəbul edilir.
Dünyadan köçənə qədər Sartrın küllərinin dəfn edildiyi Monparnas qəbiristanlığına baxan
evdə yaşayan Semonanın adı böyük məhəbbətlə sevdiyi insanla eyni məzar daşında alt-
alta yazılıb. O, Sartlı bir qəbirdə olmaq istədi…
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
87
... Fransada XX əsrin ən müəmmalı, qalmaqallı və məşhur ədəbi cütlüyünün məzar daşını
ziyarət edib, Simona De Bovuar və onun böyük sevgisi, fəlsəfəsi barədə düşüncələrə
dalmışdım. Sart və Simona… Onlar həm də dünyanın dilindən düşməyəcək böyük bir
məhəbbət dastanının müəllifləri kimi tarixə adlarını yazdılar.
Ölümündən sonra Simona de Bovuarın məşhurluğu daha da artdı. Sadəcə, 1968-lərin
post-feminizminin qurucusu olduğu üçün deyil, eyni zamanda alim olaraq və varoluşcu
düşüncə insanı olaraq da ünü geniş yayılır.
Bu gün qadın və fəlsəfə tarixində sarsılmaz bir yerə sahib olan Simona de Bovuar,
qadınları çağdaş həyatın tərkib hissəsinə çevrilməklə, onların həyatında çox şeyin
dəyişilməsinin səbəbkarlarından oldu. Onun ideyalarını bəyənsələr də, bəyənməsələr də,
o bir VAR OLUŞdu, REALLIQDI və özünə təbii bir yanaşma, MÜNASİBƏT tələb edir.
Onun 22 əsərindən sadəcə bir neçəsini xatırlayaq: ―Qonaq qız‖ (1943), ―Başqalarının
qanı‖ (1945), ―Kim öləcək‖ (1945), ―Hər kişi ölümlüdür‖ (1946), ―Bəlirsizlik əxlaqı
üzərinə‖ (1947), ―Gün gün Amerika‖ (1954), ―Uzun yürüyüş‖ (1957), ―Bir gənc qızın
xatirələri‖ (1958), ―Yaşlılıq‖ (1960), ―Səssiz bir ölüm‖ (1964), ―Hesab tamam‖ (1972)...
Və vəfatından sonra işıq üzü görmüş ―Sartra məktublar‖ı (1990), bir də ―Eşq məktubları‖
(Nelson Algrenə)‖ (1998)... Baxın, Simona de Bovuar kimliyi onun əsərlərinin adı ilə,
heç şübhəsiz böyük ölçüdə əsərlərin mahiyyəti ilə necə də şəkillənir, necə də açılır!..
Burada, belə demək mümkünsə, düzxətli, bərabərsürətli adlanma, yaxud adlandırılma,
yanaşma yoxdur! Hər bir əsər müəllifin mürəkkəb şəxsiyyətini, unikal daxili aləmini,
universal dünyagörüşünü əks etdirir. O dünyada öz yaratdıqlarına bu qədər çox bənzəyən
nadir filosoflardandı. Bəzən adama elə gəlir, o, sanki ilham alaraq yox, intiqam alaraq
yazıb...
... Və bütün bu külliyyatda Simonanın bircə cümləlik hökmü var: ―Məni oxumadan keçə
bilməzsən!‖
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
88
Frensis Fukuyama
"Mədəniyyətin üstünlüyu"
"Journal of Democracy", 1995-ci il .
Frensis Fukuyama Vaşinqtonda "RAND" şirkətində böyük elmi işçi vəzifəsində çalışır.
ƏwəllərABŞ Dövlət departamentinin Siyasi Planlaşdırma İdarəsinin direktor müavini
olub. "Tarixin Sonu və Sonuncu İnsan" kitabının (1992) müəllifidir. Sosial kapital və
iqtisadiyyat problemlərinə həsr olunmuş digər bir kitabı 1995-ci ildə işıq üzü görüb.
Aşağıdakı yazı 1994-cü ildə Tayvanın Taybey şəhərində Milli Siyasət Araşdırmaları
İnstitutu tərəfindən keçirilən konfransda oxunmuş məruzənin mətnidir.
Gələcəkdə demokratiya üçün daha çox hansı əsas ideoloji və siyasi rəqiblərin meydana
çıxacağı güman edilə bilər? Belə zənn edirəm ki, ən ciddi rəqib hazırda Asiyada doğulur.
Mən, həmçinin elə bilirəm ki, ideologiya səviyyəsində baş verənlər vətəndaş cəmiyyəti
və mədəniyyət səviyyəsində baş verənlərdən asılı olacaqdır. Bunun səbəblərini izah
etmək üçün qısa metodoloji şərh vermək lazım gələcəkdir.
Demokratiyanın, üzərində möhkəmlənməli olduğu dörd səviyyə mövcuddur və hər bir
səviyyə müvafiq təhlil tələb edir.
Səviyyə 1: İdeologiya. Bu, demokratik institutların və onları dəstəkləyən bazar
strukturlarının düzgün olub-olmaması barədə normativ qəti fikirlər səviyyəsidir. Aydın
məsələdir ki, əgər insanlar demokratiyanın legitim idarəçilik forması olduğuna
inanmazlarsa, demokratik cəmiyyətlər uzun ömürlü ola bilməz. Digər tərəfdən,
demokratiyanın legitimliyinə geniş yayılmış inam demokratik institutlar yaratmaq və ya
onları səfərbər etmək qabiliyyətinin yoxluğu ilə yanaşı da mövcud ola bilər. Birinci
səviyyə rasional şüur sferasıdır və burada legitimliyin qəbul edilməsi ilə bağlı
dəyişikliklər tamamilə gözlənilmədən baş verə bilər. Demokratiya və bazar iqtisadiyyatı
üçün əlverişli olan belə dəyişikliklər son 15 ildə bütün dünyada baş vermişdir.
Səviyyə 2: İnstitutlar. Bu sferaya konstitusiyalar, məhkəmə sistemləri, partiya sistemləri,
bazar strukturları və s. daxildir. İnstitutlar legitimlik ideyalarından fərqli olaraq o qədər
də tez dəyişmirlər, amma dövlət siyasəti vasitəsilə onlarla manipulyasiya etmək olar. Son
vaxtlar siyasi mübarizə məhz bu səviyyədə gedirdi: yeni demokratik dövlətlər, əwəllər
meydana gələnlərin köməyilə dövlət müəssisələrini özəlləşdirməyə, yeni konstitusiyalar
yazmağa, partiyaları möhkəmləndirməyə və s. can atırdılar. Neoklassik iqtisadiyyatın
təmsilçilərinin əksəriyyəti bu səviyyədə İkinci Dünya müharibəsindən sonrakı dövrdəki
politoloqların çoxu kimi təhlillər əsasında çalışırlar.
|