–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
52
monoloqları yalnız bədii təfəkkürün məhsuludurmu; Platonun dialoqları,
M.F.Axundovun "Kəma-lüddövlə məktubları", A.Kamyunun esseləri yalnız fəlsəfi
əsərlərdirmi! Vaqnerin "Bethoveni ziyarət"i yalnız xatirə-oçerkdirmi?! Xüsusilə müasir
ictimai-fəlsəfi şüurda axı heç bir mütləq ayrıntı nəzərə çarpmır... İndi təfəkkür prosesində
"ümumelmi, inteqrativ proseslər" gedir və bu müasir idrakın "xarakterik əlaməti" (Qott,
Ursul, Semenyuk) olur. Deməli, tənqidin də özünəməxsusluğunu onun yalnız elmi, yalnız
bədii olmasında, yaxud yalnız elmi-bədii sintetizmdə, elementlər xəlitəsində deyil,
tənqidi idrakın öz qnoseoloci tipində, real daxili qanunauyğunluqlarında axtarmaq
lazımdır. Nümunə üçün Yaşar Qarayevin "Tənqidi realizm: estetik ideal və müsbət
qəhrəman" məqaləsinə müraciət edək: "...Mirzə Cəlil təsvir etmək üçün kəndlinin də
qeyri-adisini, qəhrəmanını, igidini yox, ən adisini, "naturalını", "novruzəlisini" seçir.
Zəmanənin qəhrəmanı kimi seçilən Novruzəlidə zamanın intellektual və ictimai
həyatından bir iz, əsər-əlamət belə yoxdur. Məhz əsrlə Novruzəli arasındakı əlaqə və
təzad baxımından Mirzə Cəlil Novruzəliyə daxili bir nəzər salır, bir həməsr, vətəndaş
kimi onun varlığında sağlam, normal fəlsəfi-hüquqi mənada "şəxsiyyət" axtarır və
tapmadığı bir keyfiyyətin olmadığı bir boşluğu təhlil edir... İctimai məzmunu cəhətdən bu
qədər müflis Novruzəliyə ədibin marağının səbəbi də elə budur: hər bir real Novruzəlidə
potensial bir müsbət qəhrəman mürgüləyir". Belə klassik tənqidi təhlildə elmi analizin
harda başladığını, bədiiliyin harda qurtardığını, elmi və bədii aspektlərin necə vəhdət
tapdığını, onları bir-birindən ayıran və qovuşduran nöqtələri müəyyənləşdirmək
mümkündürmü?! Onları ağlın nəzəriyyə zoru ilə ayrı-ayrı anlayışlar kimi təqdim edəndə
və tənqid konteks-tində birləşdirəndə, ortaya qəribə müddəalar çıxır; məsələn,
V.Kubilyus "Tənqidin təbiəti ziddiyyətlidir" qərarına gəlir... Axı nə üçün?! Ona görə ki,
V.Kubilyusun fikrincə, tənqid "həm elmi anlayışlara doğru qaçır", həm də "subyektiv
əsaslarsız ötüşə bilmir", tənqid, eyni zamanda, "bədii yaradıcılıqla elmi analiz arasında
rəqs eləyir" ...Tənqidi "bədii yaradıcılıq, elm və publisistikanın sintezi" sayan Litva
tənqidçisinin bu son nəticələri tamamilə əsassızdır. Yaşar Qarayevin məqaləsindən
götürdüyümüz parçada və saysız-hesabsız dəyərli tənqidi əsərlərdə biz belə bir
ziddiyyətlə, bədii yaradıcılıqla elmi analiz arasındakı tərəddüdlə, "rəqslə", görəsən, niyə
rastlaşmırıq?!. Uzun illər ədəbiyyat haqqındakı elmlərin metodologiya problemləri ilə
məşğul olan A.S.Buşmin təhlil prosesində bədiiliyin və elmiliyin süni sinte-zinin qeyri-
mümkünlüyünü, səmərəsizliyini, həm də qondarma olduğunu sübut etmişdir: "Bədii
obrazı məntiqi anlayışlara calamaq olmaz, onu ancaq məntiqi anlayışların dilinə
köçürmək olar. Elmi formada incəsənətin dərk edilməsi haqqındakı məsələni, bədii
obrazların məntiqi anlayışlarla birləş-dirilməsi haqqındakı məsələ ilə eyniləşdirmək lazım
deyil..."
...Yox, tənqidin özünəməxsusluğu heç bir sintez və diffuziyada, təsadüfi məqamlarda,
hansısa bir canr paradoksunda deyil, onun öz daxili-idraki strukturunda, sabit,
uzunömürlü və eyni zamanda, daim inkişaf edən dialektik qanunauyğunluqlar
sistemindədir.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
53
Tənqidin çox mürəkkəb psixologiyası vardır. Burada təfəkkür fəaliyyəti ən özünəxas
qaydada "işləyir". İbtidai, bəsit mühakimə xarakterli tənqidi təfəkkür insan şüurunun
inkişafı prosesində formalaşaraq, fərdi-ləşərək, heç nəyə bənzəməyən, özünəməxsus
mükəmməl, "tənqid orqanına" çevrilmişdir. Bu fəaliyyət növündə obyektivliklə
subyektivliyin, hissi və rasional amillərin çox oricinal təzahür xüsusiyyətləri vardır.
Adətən, idrak fəaliyyətində hissi-emosional amilin subyektiv mənbə ilə, rasional amilin
isə obyektiv mənbə ilə bağlı olduğunu güman edirlər. Ən ümumi nöqteyi-nəzərdən
varlığın obrazlı dərkində (incəsənətdə) ilkin idraki fəaliyyətin (hissi-emosional amil -
subyektiv mənbə), elmi dərkində isə daha çox ikinci fəaliy-yət tipinin (rasional idrak -
obyektiv mənbə) müəyyənedici olduğu şübhəsiz-dir. Bax, elə burada tənqidin elmdən və
incəsənətdən fərqli cəhətləri meydana çıxır. Çünki tənqiddə biz həmin idraki fəaliyyət
prosesinin başqa təzahürünü - yəni hissi-emosional aspektin obyektivliklə, rasional
aspektin isə subyektivliklə qırılmaz bağlılığını müşahidə edirik. Bu paradoksdurmu?
Xeyr. Tənqidin təfəkkür texnologiyası məhz belə qurulmuşdur; onda hissiyyatın
obyektivliyi, rasional dəyərləndirmənin isə subyektivliyi xassəsi vardır; tənqidi təhlil
prosesində rasional qiymətlər, meyarlar fərdiləşir, özünəoxşar olur, subyektiv məzmun və
forma kəsb edir, bununla da, tənqidi ideya özünəməxsusluğu yaranır, ümumi nəzəri
model özününküləşir, ona fərdiyyətin möhürü vurulur; subyektiv duyum və hissiyyat isə
məhz incəsənətdə olduğu kimi obrazlı inikas formasında deyil, hissi-obyektiv, emosional
dərketmə şəklində reallaşır.
Tənqidin spesifik idrak hadisəsi olmasının ən həlledici şərti isə, yəqin ki, onun öz
metodoloci sistemini yarada bilməsidir. Tənqidin öz metodoloci sistemini yaratması
zəruri təbii-tarixi qanunauyğunluqdur ki, fikrimizcə, bu proses hələ tam başa çatmamış və
o tam mükəmməlləşməmişdir. Bu sistem indi fəal formalaşma prosesi keçirir.
Tənqidi metodun xarakterini müəyyənləşdirməyə çalışarkən, özü-müzü dağa-daşa
salmağa, hansı bir sahəninsə metod sistemini tənqidə tətbiq etməyə ehtiyac yoxdur.
Çünki tənqidin metodoloci əsasını elə ən ümumi halda estetikanın nəzəri bünövrəsinə,
onun qanun və prinsiplərinə söykənən tənqidi metod - tənqidi düşüncə texnologiyası
təşkil edir.
Tənqidi metodun xarakterinin üç əsas müəyyənləşdiricisi vardır: dövrün və
tənqidçinin fəlsəfi-ideoloci mövqeyi (bəzən bunlar ziddiyyətdə də ola bilirlər...); bəşər
mədəniyyəti tarixinin əsrlərcə hazırlayıb yaratdığı ümumestetik meyarlar və konkret bir
dövrün bədii sistemi. Tənqid və onun metodu bu ümumi kontekstdə (tarixi və müasir
mədəniyyət) öz mövqeyini qərarlaşdırır. Təsadüfi deyil ki, hər hansı bir konkret dövrün
tənqid metodo-logiyasının öz ideoloci platforması, əsaslandığı fəlsəfi-estetik
konsepsiyası olmuşdur. Bundan əlavə, müasir dövrümüzdə elmi metodologiyada baş ve-
rən yeniləşmənin tənqidin metoduna da bilavasitə dəxli vardır. "Ümumelmi, inteqrativ
proseslərin" getdiyi bir şəraitdə, tənqid digər elmlərlə həmrəyliyini daha da
möhkəmləndirir. V.S.Çernyak yazır: "Metodologiyaların müxtəlif növlərinin qarşılıqlı
əlaqələnmə hərəkəti - təkcə dialektikanın prinsip və qanunlarının spesifikləşməsi prosesi
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
54
deyil, o, eyni zamanda, ümumelmi metodologiya anlayışlarının universallaşması
prosesidir". Belə bir proses həm tənqidin universallaşmış ümumelmi metodlardan da
istifadə etməsinə imkan verir, həm də onun öz metodoloci sistemini daha fundamental
şəkildə təşəkkül etdirməsinə kömək eləyir. Belə bir istiqamətdə tənqidin özündə də
metodoloci monizm həyatiləşir - tənqidi metod əhatəli xarakter kəsb edə bilir və bütöv
bədii sistemə vahid tənqidi münasibət göstərməyə, incəsənətin daxili inkişaf
xüsusiyyətlərini - onun qabaqcıl və mühafizəkar cəhətlərini, ideoloci-estetik rolunu, bədii
prosesi və ümumiyyətlə, incəsənətin morfoloci dina-mizmini, bu günün sənət axtarışlarını
tənqidi aspektdə öyrənməyə qadir olur. Bax, bu mənada tənqidi nə məhz nəzəriyyədən
yaranan fikir, nə də məhz nəzəriyyənin yaradılmasına qədərki fikir hesab etmək olar.
Tənqid klassikası həm kamil estetik nəzəriyyəni yaradan, həm də belə bir bünövrə
üzərində təşəkkül tapıb daha da inkişaf edən, qüdrətlənən tənqiddir...
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
55
Umberto Eko
"Postmodernizm, istehza, əyləncəvilik"
1965-ci ildən bu günə qədər iki fikir, ideya aydınlaşır. Onlardan biri budur ki, süjet ,
digər süjetləri sitat gətirmək adıyla təzədən dirilə bilər, ikincisi isə -- bu sitat gətirmədə
konformizm (uyğunlaşma qabiliyyəti- İ.U.) sitat gətirilən, süjetlərdən daha az olacağı
fikridir.
1972-ci ildə ―Bompyaninin illik salnaməsi‖ndən (1) biri ―Süjetin revanşı‖
adlandırılmışdır. Bu revanşın əksər hissəsi Ponson dü Terraylın (2) və Ejen Syunun (3)
və eləcə də A.Dyumanın ən yaxşı səhifələrinə (minimal istehza ilə) ironik, eyni zamanda
da heyrətləndirici, yenidən dərkinə həsr edilmişdir.
Həm non-konformist, həm də kifayət qədər problemli və heç bir şeyə baxmayaraq
maraqlı, əyləncəli bir romanı özümüz üçün təsəvvür etmək mümkündürmü?
Bu mürəkkəb qatqını (qarışığı və nəinki süjeti, həm də əyləncəliyi təzədən kəşf etmək
vəzifəsi, postmodernizmin Amerikalı nəzəriyyəçilərinin qarşısında durmaqdadır.
Təəsüflər olsun ki, ―postmodernizm‖ hər cür vəziyyətə yararlı olan bir termindir. Mənə
elə gəlir ki, indiki zamanda hansısa bir şeyi tərifləmək istəyəndə bu sözə müraciət
olunur. Bir də ki, bunu qətiyyətlə uzaq keçmişə, qədim zamanlara itələyirlər. İlk əvvəl bu
termin yalnız XX əsrin ikin yarısının yazarları və rəssamlarına tətbiq edilirdi; sonra
yavaş-yavaş XX əsrin əvvələrinə də keçdi; sonra daha da dərinə getdi; dayanacaq nöqtə
görünmür, və tezliklə postmodernizm kateqoriyası Homeri də öz daxilinə alacaq.
Bunu deməliyəm ki, şəxsən özüm bu fikirdəyəm ki, postmodernizm təsbit edilmiş
xronoloji hadisə yox, bir ruhani haldır, təsviri iradəylə bir yanaşmadır. Bu mənada hər bir
dövrün öz xüsusi manyerizmi olduğu kimi, hər dövrün xüsusi postmodernizmi də var.
Postmodernizm, sadəcə metatarixi kateqoriya kimi manyerizmin yeni adı olub-
olmamasını özüm də hələ həll etməmişəm. Ola bilsin ki, F.Niçşenin (4) ―Vaxtsız
düşüncələr‖ində ətraflı təsvir etdiyi böhranın astanasına hər dövr öz zamanında
yaxınlaşır.
Keçmiş basır, sıxır, şantajlayır. Tarixi avanqard (indi avanqardı bir tarixi kateqoriya kimi
də götürürəm) keçmişdən yaxa qurtarmaq istəyir. Futuristlərin ―Rədd olsun ay işığı!‖
şüarı hər bir avanqardın tipik proqramıdır: ― ay işığı‖nı digər uyğun ismlə əvəz etmək
lazımdır. Avanqard keçmişi dağıdır, deformasiya edir. Pablo Pikassonun ―Avinyon
xanımları‖ (1907) avanqarda xas olan tipik hərəkətdir. Avanqard dayanmır: obrazı
dağıdır, ləğv edir, abstraksiyaya, eybəcərliyə, təmiz kətana, kətanda yırtığa, yandırılmış
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
56
kətana çatır; memarlıqda minimalizm tələbələri bağça hasarına, qutu evə, parallelepipedə
dətirib gətirib çıxardır; ədəbiyyatda - diskursun son həddə qədər dağıdılmasına -
Berrouzun kollajlarına (5) və daha uzağa – lallığa, ağ səhifəyə aparır. Musiqidə həmin bu
tələbələr atonallıqdan- səsküyə , sonda isə - mütləq süküta gedib çıxır. Bu mənada
Keycin ilk dönəmləri modernistikdir. Sənətçi, ― 4 dəqiqəyə 33 saniyə‖ əsərinin bəstəkarı,
ifaçısı və müəllifi, bu vaxt ərzindı musiqiçi alətə toxunmadan oturur. (6) Lakin son hədd
yaranır ki, bu zaman avanqard (modernizm) yaratdığı ağılagəlməz məntnlərini (yəni
konseptual incəsənəti) təsvir edən bir metadil ilə hara gedəcəyini artıq bilmir.
Postmodernizm modernizmin cavabıdır: keçmişi məhv etmək mümkün deyilsə, (çünki
onun məhvi lallığa aparır), onda onu təzədən dərk etmək gərəkdir: ironik,
sadəlövhlüksüz. Postmodernist mövqeyi mənə çox savadlı qadına aşiq olan insanın
vəziyyətini xatırladır. o anlayır ki, ―səni dəlicəsinə sevirəm‖ sözlərini deyə bilməməyinin
səbəbi bunu anlamağındadır ki, o qadın anlayır ( qadın isə kişinin anladığını anlayır) ki,
belə ifadələr Lianaya (7) məxsusdur. Lakin çıxış yolu var. O, ―Liananın sözü olmasın,
səni dəlicəsinə sevirəm‖,-- deməlidir. Bu halda o adam süni sadəlikdən qaçıb birbaşa
göstərir ki, onun sadə danışmaq imkanı yoxdur; və buna baxmayaraq, qadına çatdırılası
sözləri, yəni onu sevdiyini, lakin sevgisi sadəliyin itirildiyi dövrdə yaşayır. Bu oyunu
davam etməyə hazır olan qadın sevgi etirafı sevgi etirafı olaraq qaldığını anlayır.
Müsahiblərin heç birində sadəlik alınmır, hər ikisi keçmişin, onlardan əvvəl inkaredilməz
deyimlərin basqısına sinə gəlir, şüurlu surətdə və həvəsnən istehza oyununa daxil
olurlar... Buna baxmayaraq, onların eşq haqda söhbətləri alınır.
İstehza, metadil oyunu. Kvadratda olan mülahizə. Buna görə də əgər avanqard sistemində
oyunu başa düşməyən üçün yeganə çıxış yolu oyundan imtinadırsa, postmodernizm
sistemidə bu oyunda, əsəri anlamadan da, tamamilə ciddi qəbul edərəkdən də iştirak
etmək olar.
İstehzalı yaradıcılığın fərqli cəhəti (həm də hiyləgərliyi) elə bundadır. İstehza diskursunu
ciddi qəbul edən adam hər zaman tapılacaq. Ola bilsin ki, P.Pikasso, Xuan Qris (8) və
Brakın (9) kollajları modernizmdir, çünki normal adamlar onları qəbul etməmişdilər.
İçinə XIX əsrin qravüra hissələri yerləşdirilmiş Maks Ernstin (10) kollajları isə
postmodernizmdir; bunları, sadəcə qravüralar, oyma, həkk etmə, hətta, ola bilsin ki, bu
kollajın özü haqda sehirli nağıl, yuxu nəqli kimi də oxumaq olar. ― Postmodernizm‖ elə
budursa, onda Sterni və Rableni və, sözsüz ki, Borxesi postmodernist adlandırmaq səbəbi
və eyni bir rəssamda modernizmin postmodernizmlə necə ― yola getmələri‖,
növbələnmələri aydın olur. C.Coysu götürək. ―Rəssamın gənclik portreti‖ modernizmə
tərəf hərəkət haqda hekayətdir. Bundan əvvəl yazılmış ―Dublinlilər‖ ―Portret‖dən daha da
modernist əsərdir. ―Uliss‖— sərhəddə dayanandır. Və nəhayət, ―Finneqanın yası‖—
artıq postmodernizmdir. Əsərdə postmodern söylənmə tərzi kəşf edilib: burada mətnin
dərki üçün əvvəl deyilənlərin inkarı yox, onun istehzalı yenidəndərki tələb olunur.
Postmodernizm haqqında hər şey, demək olar ki, lap əvvəldən danışılmışdır. Con Bartın
1967-ci ildə yazılan Amerikan postmodernizminə həsr olunmuş ―Kalibano‖ dərgisinin
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
57
yeddinci buraxılışında indi təzədən dərc olunmuş ―Tükənmə ədəbiyyatı‖ məqaləsini
nəzərdə tuturam. (11) Hansı yazıçı və rəssamların postmodernist olub-olmamasını
müəyyən etmək üçün postmodernizm nəzəriyyəçiləri (Bart daxil olmaqla) tərəfindən
təbiq edilən ―rütbə cədvəli‖ ilə yalnız qismən razıyam. Amma bu cərəyan
nəzəriyyəçilərinin ilk şərtləri ilə sübut etdikləri nəzəriyə maraq doğurur. ―Məncə, ideal
postmodernist yazıçı XX əsrdəki atalarını və XIX əsrdəki babalarını təqlid etmədiyi
qədər onları rədd də etmir. Əsrin birinci yarısını o öz belində yox, mədəsində gəzdirir:
onu həzm etməyə gecikmir... O, ola bilsin ki, heç Ceyms Miçenerin (12) və İrvinq
Uollesin (13) pərəstişkarlarını silkələməyi ümid belə eləmir. Ancaq o, barı nə vaxtsa
Mannın ilk xristianlar adlandırdığı, yəni ali incəsənətin peşəkar xadimlər dairəsindən
daha geniş müəyyən publika təbəqəsinə təsir buraxmaq və onu maraqlandıra biləcəyinə
ümid bəsləməlidir. (...) Postmodernizmin ideal romanı bir yol taparaq realizmlə
irrasionalizmin, formalizmlə ―məzmunluğun‖, təmiz (xalis) incəsənətin dəvət olunmuş
incəsənətlə, elitar nəsrlə kütlə nəsri arasında gedən vuruşmadan üstün olmalıdır.(...)
Məncə, burada yaxşı caz və ya klassik musiqi ilə müqayisə lap yerinə düşür. Musiqini
təkrar dinləyərkən, partitura ilə izləyərkən, ilk dəfə diqqətindən yayındıqlarını hiss
edirsən. Amma bu ilk dəfə, özü də yalnız ixtisasçıların nəzərində yox, o qədər sarsıdıcı,
heyrət doğurucu olmalıdır ki, onu təkrar dinləmək istəyəsən.‖
1980-cı ildə Bartr həmin mövzunu bu dəfə ―Tamamlama ədəbiyyatı‖ adıyla davam edir.
Əlbəttə, eyni düşüncələri Lesli Fidler (14) kimi daha da paradoksal xülasə etmək olar.
1980-cı ildə ―Salmaqundi‖də L.Fidlerin bir neçə Amerika yazarları ilə diskussiyası dərc
olunur. Fidler onlara açıqca sataşır. O, ―Sonuncu mogikan‖ı, sərgüzəştlər romanistikasını,
qotik romanlarını, tənqidçilərin nifrət etdiyi, lakin əsatirlər yarada biləcək və bir neçə
nəslin xəyallarını əyləndirən bir çox əsərləri tərifləyir. Fidler, həm mətbəxtə, həm qonaq,
həm də uşaq otaqlarında eyni maraqla oxunan ―Tom dayının daxması‖ ilə müqayisə edilə
biləcək bir ədəbi əsərin yaranacağını guman edir. O, Şekspiri ―əyləndirməyi bacaranlar‖
siyahısına daxil edir və ―Küləklə aparılanlar‖la bir cərgəyə qoyur. Fidleri çox nəcib
tənqidçi tanıyanlara, bilənlərə bu fikir inandırıcı görünmür. Sadəcə o, incəsənəti
əyləncədən ayıran divarı uçurmaq istəyir. O, instinktiv olaraq duyur ki, geniş kütləyə
çatmaq və onun röyalarını ələ almaq heç də insanları yatızdırmaq deyil fikrinə gəlib
çatmağımıza bütöv bir imkan yaradır. Bəlkə də əksinə: röyaları ələ almaq — müəmma,
sirr yollamaqdır.
1.Lalmanacc Bompiani, 1972. Ritorno dellintreccio.
2.Ponson dü Terrayl P.-A. (1829-1871) —―Rokambolun sərgüzəştləri‖ və s. roman-
felyetonların popular müəllifi.
3.Syü E. (1804-1857) - fransız yazarı, ―Paris sirləri‖, ―Əbədi yəhudi‖, ―Yeddi
bağışlanmaz günah‖ və s. çox maraqlı romanların müəllifi.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
58
4.Nişçe F. (1844-1900) - alman filosofu, ―Həyat fəlsəfəsi‖nin banislərindən biri, ―Vaxtsız
düşüncələr‖ kitabının müəllifi.
5.Berrouz U. (1914) hər hansı bir təhkiyə, hekayə və s. quruluşunun dağıdılmasına can
atan Amerikalı yazar-superavanqardist.
6.Keyc C.(1912). Postmodernist musiqiçi, alim.
7.Liala, XX əsrin 30-40-cı illərində tanınmış İtalyan yazarı Liana Neqrettinin ləqəbidir.
8.Qris X. (Qonsales X.V.) (1887-1927) – İspaniyalı kubist rəssam.
9.Brak C. (1882-1963) - Fransalı kubist rəssam.
10.Ernst M. (1892-1976)-Almaniya rəssamı, dadaistlər dəstəsinin yaradıcılarından biri.
11.Barth C. The Literature of Exhaustion.-Athlantic Monthly, aug. 1967, p. 29-34.
12.Miçener C. (1907) - tarixi populyarlaşdıran romanların müəllifi, Amerika yazarı
13.Uolles İ. (1916) - Amerika kütlə mədəniyyətinin klassiki, Hollivud həyatı haqda
saysız romanların müəllifi.
14.Fidler L. (1917) - ―Ədəbiyyat nə idi‖ essesinin müəllifi, freydist yönlü tanınmış
Amerika yazarı və ədəbiyyatşünası.
Çevirəni: İlahə Ucaruh
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
59
Dünyada əsas ədəbi-sənət cərəyanları
(estetik istiqamətlər, məktəblər, qruplar)
Hazırlayanı, toplayanı və redaktə:
Aydın Xan (Əbilov)
Dadaizm
(fr. dadisme; dada - mənasız ahəngdarlıq)
Qərbi Avropa ədəbiyyatı və rəssamlığında modernist cərəyan. Birinci dünya müharibəsi
illərində İsveçrədə yaranmış, Fransa və Almaniyada geniş yayılmışdı. Dadaistlər burjua
ədəbiyyatı və incəsənətinə qarşı çıxsalar da, alogizmi (fikir və forma pərakəndəliyinin
yaradıcılıq prosesində əsas götürülməsi) əsas sayır, ideyalılığı, obrazlılığı inkar edirdilər.
T.Tsara, R.Gülzenbek, Q.Alp dadaistlərin ən görkəmli nümayəndələridir. XX əsrin 20-ci
illərində dadaistlər başqa dekadent cərəyanlara qoşulmağa başladılar. J.Qross və
C.Hartfild bu qəbildən olan dadaistlərdən idilər.
Dostları ilə paylaş: |