Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə11/58
tarix29.11.2016
ölçüsü3,88 Mb.
#461
1   ...   7   8   9   10   11   12   13   14   ...   58

 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

74 


idilər və partiyanın ədəbi siyasətini, sosialist realizmi ədəbiyyatının prinsiplərini həyata 

keçirən adamlar idilər. Buna görə onlar nəşriyyatlarda dövlət planlarına daxil olan 

əsərlərin, müəlliflərin siyahısına baxıb onu təsdiq edir və çıxan kitabların ideoloji 

təmizliyinə görə cavabdeh idilər. Onlar nəşriyyatlarda çıxan kitabları üçün adi, titulsuz, 

vəzifəsiz yazıçılardan 3-6 dəfə artıq haqq alırdılar. Bu qonorar fondunun 80 faizindən 

çoxunu təşkil edirdi. 

Rəsmi tənqid. Yazıcılar İttifaqının rəhbərləri, titullu yazıçılar və ədəbi orqanların rəhbər 

işçiləri rəsmi partiyalı, sinfi ədəbi tənqidin hegemonluğunu təmin edir və özləri də 

qələmləri ilə buna xidmət edirdilər. Rəsmi tənqid dövlətin və partiyanın ədəbi siyasətini 

təmsil edən qələm adamlarının mövqeyi idi. Bu da müəllif yaradıcılığını yox, partiyanın 

baxış nöqtəsini təmsil edən bir hadisə idi. Rəsmi tənqid 1934-cü ildə SSRİ Yazıçılar 

İttifaqı yaranandan sonra formalaşmış bir hadisə idi. Deyilənlərə görə, sovet vaxtı 

tənqidlə məşğul olmuş qələm əhlinin çoxu rəsmi tənqidin xidmətçiləri idi, onların öz 

tənqidi görüşlərindən danışmaq çətindir. Rəsmi tənqidçi dövlətin ədəbi tələblərini 

konkret yazıçıya və əsərə tətbiq edirdi. Onun əsas vəzifəsi sovet həyatındakı qüsurların 

ədəbiyyatda göstərilməsinin qarşısını almaq idi. 

Sovet quruculuğunu və partiyanı tərənnüm. Sosialist realizminin əsas vəzifəsi sovet 

dövlətinin və kommunist partiyasının üstünlüklərini və yaxşılığını tərənnüm etmək idi. 

Bu təkcə poeziyadan yox, bütün janrlardan tələb olunurdu. Həmin tələbdən də sosialist 

realizmi ədəbiyyatının şüarlara və plakatçılığa bağlılığı onun marksist maarifçilik forması 

olduğunu ortaya qoyurdu. Beşillik planlar, İ.Stalinin və V.Leninin şəxsiyyəti, kommunist 

partiyasının siyasətindən gələn bütün kampaniyalar ədəbiyyat tərəfindən himayə 

olunmalı böyük uğurlar, əmək adamlarına qayğı və s. kimi təqdim edilməliydi. Hələ 

proletar ədəbiyyatı dövründən yazıçıdan həyatı inqilabi inkişafda göstərmək tələb 

olunurdu. Bunun üçün xüsusi bir tipiklik konsepsiyası yaradılmışdı. Bir milyon fakt qeyri 

tipik sayıla bilərdi, amma inqilabi inkişafı göstərən bircə fakt isə əksinə, tipik elan 

olunurdu. Həyata belə yanaşmaq tələbi yazıçının istedadına qarşı zorakılıq idi, çünki o öz 

bildiyi və duyduğu şeyləri ədəbiyyata gətirə bilməzdi. Əgər belə təşəbbüs edilsə belə, 

rəsmi tənqid silahlanıb həmin yazıçını sovet gerçəkliyini təhrif etməkdə ittiham edilirdi. 

Belə yazıçılar rəsmi partiya sənədlərində pislənirdi və bu yolla onların nəşriyyatda kitab 

buraxdırmaq imkanları əldən gedirdi. Ümumən Yazıçılar İttifaqı şəraitində təsadüfi 

adamların, bu qurumla bağlı olmayan və orada işləməyən adamların ədəbiyyata gəlməsini 

və yaradıcılıqla məşğul olmasını praktiki olaraq qeyri-mümkün edirdi. Bütün üzdə olan 

yazıcıların müəyyən dövlət vəzifələri var idi. Bu sovet dövründə ədəbiyyatın ideya 

istiqaməti baxımından birmənalı və eybəcər bir vəziyyətə gəlməsinə səbəb olmuşdur. 

Müsbət qəhrəman. Sosialist realizminin əsas estetik prinsiplərindən biri sovet həyatının 

yaxşılığa doğru inkişafını göstərən, sosializmə xidməti həyat idealı sayan insanların 

obrazlarını yaratmaq idi. Əslində həyatda belə adamlar yox idi, bəlkə çox az və qüsurlu 

adamlar var idi. Partiya və dövlət orqanlarında karyera edən adamların əksəriyyəti 

simasız, tamahkar, yaltaq insanlar idi. Amma partiya onları ideal insanlar kimi 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

75 


göstərməyi tələb edirdi. Bu tipik müsbət qəhrəman əmək adamı idi. Ədəbiyyatda 

yaradılmış bu qəhrəman şəxsi mənafe və maraq hissindən məhrum, istehsalatda çalışan 

fəhlə idi. Bu fəhlənin belə heç bir şəxsi qüsuru ola bilməzdi. Əslində müsbət qəhrəman 

konsepsiyası sosialist realizmində cəmiyyəti müsbət planda təqdim etmək üsulu idi. Buna 

isə sovet ədəbiyyatının təsdiq pafosu adı verilmişdi. 

Lakin sosialist realizmi ədəbiyyatının içində milli əqidəli, istedadlı, vicdanlı yazıcılar da 

olmuşdur. Məhz onlar – C.Cabbarlı, C.Vurğun, M.İbrahimov, İ.Əfəndiyev, B.Vahabzadə 

kimi yazıcılar sovet dövrü Azərbaycan ədəbiyyatında milli bir ədəbiyyat xətti yarada və 

qoruya bilmişlər. Ona görə sosialist realizmi ədəbiyyatının içində həqiqi bir milli 

ədəbiyyat yarandığını da inkar etmək doğru deyildir.*Sosialist realizmi termini SSRİ-də 

bolşevik inqilabından sonra sovet hakimiyyətinin rəsmi himayə etdiyi ədəbiyyatın adı 

kimi yaranmışdır. 1917-ci il Oktyabr inqilabından sonra Rusiyada 20-ci illərdə proletar 

ədəbiyyatı (proletkultçuluq) konsepsiyası meydana çıxdı. Bu konsepsiyaya görə, 

hakimiyyəti almış fəhlə sinfi yeni mədəniyyət və ədəbiyyat yaratmalıdır. Ən qəribəsi isə 

yeni ədəbiyyat kadrlarının mütləq inqilabçı fəhlələr arasından çıxacağı ümidi idi. Bu 

nəzəriyyəyə əsaslanaraq varlı siniflərdən olan qələm adamları sinfi düşmən elan edildi və 

onların əsərləri irticaçı hesab edildi. Lakin tezliklə bolşevik ideoloqları özləri də anladılar 

ki, sosial siniflərin xüsusi ədəbiyyatı ola bilməz, bu ədəbiyyat və mədəniyyət anlayışının 

təbiətinə ziddir. Proletar ədəbiyyatı konsepsiyası V.Lenin tərəfindən hazırlanmışdı və 

sözün hərfi mənasında ədəbiyyatın proletariatın inqilabını və hakimiyyətini, daxili 

siyasətini himayə etməsini nəzərdə tuturdu. Proletar ədəbiyyatı anlayışı inqilabçı 

maarifçiliyin bir şəkli idi. Maarifçilər ədəbiyyatdan pedaqoji tərbiyə üçün, marksistlər isə 

sosial tərbiyə üçün istifadə edirdilər. 

Bolşeviklərin ədəbi siyasəti partiyanın yuxarı orqanları tərəfindən ədəbiyyata dair qəbul 

edilən xüsusi direktiv qərarlar əsasında aparılırdı. Bu qərarlar ehkam kimi tətbiq 

olunurdu. Nəticədə proletar ədəbiyyatı burjua maarifçiliyi ilə dini maarifçilik arasında 

olan bir hadisə kimi meydana çıxdı. Bu ədəbiyyat bir tərəfdən şüurlu, qabaqcıl fəhlə 

tərbiyə etməli idi və bu burjua maarifçilərinin ağıl qanunları ilə yaşayan insan 

nəzəriyyəsinə uyğun idi. İkinci tərəfdən, proletar ədəbiyyatı proletar dünyagörüşünü, 

marksizmi yayan və tərbiyə edən bir vasitə sayılırdı və bu da onu dini maarifçiliyə, din 

təbliğinə yaxınlaşdırırdı. 

30-cu illərin əvvəllərində proletar ədəbiyyatı termini guya daha dəqiq olan sosialist 

realizmi termini ilə əvəz edildi. Bu termin sosializm quran cəmiyyətin realizmi anlamına 

gəlirdi. Ad dəyişsə də, proletar ədəbiyyatı anlayışındakı əsas prinsiplər dəyişməz olaraq 

qaldı. Sosialist realizmi termini ilə bu anlayışda rəsmi ədəbiyyat elementləri də 

qüvvətləndi. 

Yazıçılar İttifaqı. Hakimiyyət yaranandan saraylarda məddah şairlərin olması ənənəsi 

olmuşdur. Onlar kralı və sultanı tərifləməklə əsasən onun insanlar arasında nüfuzunun 

artmasına və bu yolla hakimiyyətinin möhkəmlənməsinə xidmət etməli idilər. Rəsmi 

ədəbiyyatın əsas əlaməti onda müəllif başlanğıcının, istedad və daxili istəklərin ikinci 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

76 


dərəcəli olmasıdır. Yəni rəsmi şair özünü ifadə etmir, o sifarişi yerinə yetirir və pul 

qazanır. Onun istedadının əsas əlaməti də bədiilik yaratmaqda yox, yaltaqlıqda, 

hakimiyyətə yarınmaqda, hakimiyyəti təmsil edən adamların şəxsi ambisiyalarına 

maksimum xidmət göstərməkdədir. Rəsmi ədəbiyyatın əsas siması yazıçı yox, 

sifarişçidir, haqq ödəyən hakimiyyətdir. Sovet dövründə rəsmi ədəbiyyat Yazıcılar 

İttifaqı vasitəsi ilə yaradılırdı. Bu ittifaq formal olaraq seçkili ictimai birlik idi. Amma 

əslində Yazıcılar İttifaqı dövlət büdcəsindən maliyyələşən hakimiyyət qurumu idi. 

İttifaqın bütün işçiləri dövlət büdcəsindən əmək haqqı alırdı. İttifaqın rəhbərliyində DTK-

nın məxfi zabiti işləyir və hamıya göz qoyurdu. 

Rəhbər işçilər, xalq yazıcıları Kommunist partiyası MK-nın üzvləri, Ali Sovetin 

deputatları idi, onlar dövlətin xüsusi güzəştlər sistemindən, xüsusi mağazalardan, istirahət 

evlərindən, xəstəxanalardan istifadə edirdilər. İttifaqın rəhbərləri, xalq yazıcıları, qəzet və 

jurnalların redaktorları partiyaçı idilər və partiyanın ədəbi siyasətini, sosialist realizmi 

ədəbiyyatının prinsiplərini həyata keçirən adamlar idilər. Buna görə onlar nəşriyyatlarda 

dövlət planlarına daxil olan əsərlərin, müəlliflərin siyahısına baxıb onu təsdiq edir və 

çıxan kitabların ideoloji təmizliyinə görə cavabdeh idilər. Onlar nəşriyyatlarda çıxan 

kitabları üçün adi, titulsuz, vəzifəsiz yazıçılardan 3-6 dəfə artıq haqq alırdılar. Bu qonorar 

fondunun 80 faizindən çoxunu təşkil edirdi. 

Rəsmi tənqid. Yazıcılar İttifaqının rəhbərləri, titullu yazıçılar və ədəbi orqanların rəhbər 

işçiləri rəsmi partiyalı, sinfi ədəbi tənqidin hegemonluğunu təmin edir və özləri də 

qələmləri ilə buna xidmət edirdilər. Rəsmi tənqid dövlətin və partiyanın ədəbi siyasətini 

təmsil edən qələm adamlarının mövqeyi idi. Bu da müəllif yaradıcılığını yox, partiyanın 

baxış nöqtəsini təmsil edən bir hadisə idi. Rəsmi tənqid 1934-cü ildə SSRİ Yazıçılar 

İttifaqı yaranandan sonra formalaşmış bir hadisə idi. Deyilənlərə görə, sovet vaxtı 

tənqidlə məşğul olmuş qələm əhlinin çoxu rəsmi tənqidin xidmətçiləri idi, onların öz 

tənqidi görüşlərindən danışmaq çətindir. Rəsmi tənqidçi dövlətin ədəbi tələblərini 

konkret yazıçıya və əsərə tətbiq edirdi. 

Onun əsas vəzifəsi sovet həyatındakı qüsurların ədəbiyyatda göstərilməsinin qarşısını 

almaq idi. Sovet quruculuğunu və partiyanı tərənnüm. Sosialist realizminin əsas vəzifəsi 

sovet dövlətinin və kommunist partiyasının üstünlüklərini və yaxşılığını tərənnüm etmək 

idi. Bu təkcə poeziyadan yox, bütün janrlardan tələb olunurdu. Həmin tələbdən də 

sosialist realizmi ədəbiyyatının şüarlara və plakatçılığa bağlılığı onun marksist 

maarifçilik forması olduğunu ortaya qoyurdu. Beşillik planlar, İ.Stalinin və V.Leninin 

şəxsiyyəti, kommunist partiyasının siyasətindən gələn bütün kampaniyalar ədəbiyyat 

tərəfindən himayə olunmalı böyük uğurlar, əmək adamlarına qayğı və s. kimi təqdim 

edilməliydi. Hələ proletar ədəbiyyatı dövründən yazıçıdan həyatı inqilabi inkişafda 

göstərmək tələb olunurdu. Bunun üçün xüsusi bir tipiklik konsepsiyası yaradılmışdı. Bir 

milyon fakt qeyri tipik sayıla bilərdi, amma inqilabi inkişafı göstərən bircə fakt isə 

əksinə, tipik elan olunurdu. Həyata belə yanaşmaq tələbi yazıçının istedadına qarşı 

zorakılıq idi, çünki o öz bildiyi və duyduğu şeyləri ədəbiyyata gətirə bilməzdi. Əgər belə 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

77 


təşəbbüs edilsə belə, rəsmi tənqid silahlanıb həmin yazıçını sovet gerçəkliyini təhrif 

etməkdə ittiham edilirdi. Belə yazıçılar rəsmi partiya sənədlərində pislənirdi və bu yolla 

onların nəşriyyatda kitab buraxdırmaq imkanları əldən gedirdi. 

Ümumən Yazıçılar İttifaqı şəraitində təsadüfi adamların, bu qurumla bağlı olmayan və 

orada işləməyən adamların ədəbiyyata gəlməsini və yaradıcılıqla məşğul olmasını 

praktiki olaraq qeyri-mümkün edirdi. Bütün üzdə olan yazıcıların müəyyən dövlət 

vəzifələri var idi. Bu sovet dövründə ədəbiyyatın ideya istiqaməti baxımından birmənalı 

və eybəcər bir vəziyyətə gəlməsinə səbəb olmuşdur. 

Müsbət qəhrəman. Sosialist realizminin əsas estetik prinsiplərindən biri sovet həyatının 

yaxşılığa doğru inkişafını göstərən, sosializmə xidməti həyat idealı sayan insanların 

obrazlarını yaratmaq idi. Əslində həyatda belə adamlar yox idi, bəlkə çox az və qüsurlu 

adamlar var idi. Partiya və dövlət orqanlarında karyera edən adamların əksəriyyəti 

simasız, tamahkar, yaltaq insanlar idi. Amma partiya onları ideal insanlar kimi 

göstərməyi tələb edirdi. Bu tipik müsbət qəhrəman əmək adamı idi. Ədəbiyyatda 

yaradılmış bu qəhrəman şəxsi mənafe və maraq hissindən məhrum, istehsalatda çalışan 

fəhlə idi. Bu fəhlənin belə heç bir şəxsi qüsuru ola bilməzdi. Əslində müsbət qəhrəman 

konsepsiyası sosialist realizmində cəmiyyəti müsbət planda təqdim etmək üsulu idi. Buna 

isə sovet ədəbiyyatının təsdiq pafosu adı verilmişdi. Lakin sosialist realizmi 

ədəbiyyatının içində milli əqidəli, istedadlı, vicdanlı yazıcılar da olmuşdur. Məhz onlar – 

C.Cabbarlı, C.Vurğun, M.İbrahimov, İ.Əfəndiyev, B.Vahabzadə kimi yazıcılar sovet 

dövrü Azərbaycan ədəbiyyatında milli bir ədəbiyyat xətti yarada və qoruya bilmişlər. 

Ona görə sosialist realizmi ədəbiyyatının içində həqiqi bir milli ədəbiyyat yarandığını da 

inkar etmək doğru deyildir. 

 

Sürrealizm 

 

 (fr.surrerealisme-realizmin fövqü)  



XX əsrin bədii mədəniyyətində avanqard cərəyan. Ötən əsrin 20-ci illərində Fransada 

təşəkkül tapmışdır. Yazıçılardan G.Appoliner ("sürrealizm" terminini ilk dəfə o, 

işlətmişdir), L.Araqon, P.Elüar, R.Desnos və başqaları bu cərəyanın baniləri hesab 

olunurlar. Sürrealistlər instinktləri, xəstə əhvali-ruhiyyəni, sayıqlama, dəhşətli qarabasma 

və eybəcər röyaları bədii yaradıcılığın başlıca mənbəyi və estetik prinsipi sayırdılar. 

Sürrealizmin banilərindən birinin fikrincə "ruhi xəstələr əsil sürrealistlərdir". Sürrealistlər 

dünyaya qarma-qarışıq hadisələr meydanı kimi baxır, hadisələr arasındakı məntiqi 

bağlılığı subyektiv assosiasiyalarla əvəz edirdilər. XX əsrin 30-cu illərində ədəbiyyatda 

sürrealizm tənəzzülə uğramış, L.Araqon, P.Elüar ondan uzaqlaşmışdılar. 1940-cı ildə 

sürrealizmin mərkəzi ABŞ olmuş, A.Breton, M.Düşan, S.Dali, İ.Tanki və b. sürrealistlər 

buraya köçmüşdülər. 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

78 


Transsendentalizm 

 

 1830-1860-cı illərdə ABŞ-da ədəbi-fəlsəfi hərəkat. 



1836-cı ildə ABŞ-da Transsendental klubun əsasını qoymuş idealist filosof və yazıçılar 

qrupuna Ralf Uold Emerson (1803-1882), C.Ripli (1802-1880), T.Parker (1810-1860), 

M.Fuller (1810-1850), Henri Devid Toro (1817-1862) və başqaları daxil idi. 

Transsendentalistlər sensualizmə mənfi münasibətini bildirir, Kant və Fixtenin, 

Yakobinin və Şleyermaxerin fəlsəfəsi ilə öz əlaqəsini qeyd edirdilər. 

Onların dünyagörüşünə Amerikan puritanizminin etik-sosial ideyaları, Platonun, ingilis 

romantik şairlərinin – C.Kolric, U.Vordsvortun "Göl məktəbi", Karleylin və Jan Jak 

Russonun baxışları dərin təsir göstərmişdir. 

Romantizm və xırda burjua demokratizmi mövqelərindən kapitalizmin amansızlığını 

tənqid etmiş, sosial münaqişələrin həllində mənəvi özünütəkmilləşdirməyə diqqət 

yetirmiş, təbiətlə yaxınlaşmağa çağırmışlar. 

Bir çox transsendentalistlər ABŞ-da köhnəliyə qarşı fəal çıxış etmişlər. 1841-ci ildə 

C.Ripli yazıçı H.Qotorn və başqaları ilə birlikdə Boston yaxınlığındakı "Bruk Farm" 

(1847-ci ilə qədər mövcud olmuşdur) adlı furyerist koloniya təşkil etmişlər. Baxışları 

Ralf Uold Emersonun "Təbiət" əsərində tam şəkildə ifadə olunmuş transsendentalistlər 

Amerika ədəbiyyatı və fəlsəfəsinin inkişafında müəyyən iz qoymuşlar. 

 

Tənqidi realizm - ədəbi cərəyan 

 

XIX əsrin birinci yarısında Fransada romantizmlə eyni vaxtda tənqidi realizm cərəyanı da 

inkişaf etdi. Qısa bir vaxtda tənqidi realizmin Stendal və Balzak kimi klassikləri meydana 

çıxdı, Qərbi Avropada və Rusiyada realist cərəyanın inkişafına mühüm təsir göstərdi. O 

zaman Avropada realizmə natural məktəb də deyirdilər, əslində natura və reallıq sözləri 

eyni mənaya gəlirdi və bunlar sinonim terminlər idi. Realizm sözünün mənası da ilk 

növbədə yaradıcılığın real dünya həqiqətlərinə əsaslanması və bədii uydurmaya verilən 

yerin azlığı mənasını daşıyırdı. Lakin sonradan realizm termini daha artıq işlənməyə 

başladı. 

Tənqidi realizm ifadəsindəki tənqid sözü kapitalist gerçəkliyinə aid idi. Balzak kimi 

tənqidi realistlər insanın bədii təsvirində sentimentalizmin və romantizmin nailiyyətlərinə 

prinsipial bir şey əlavə etməmişdilər. Onların əsas yeniliyi burjua cəmiyyətini təhlil və 

tənqid etmək, insanların qüsur və problemlərini, qəddarlığını açıb göstərməklə bağlı idi. 

Məhz bu xüsusiyyətlər tənqidi realistlərin ədəbi tərəqqiyə verdikləri əsas töhfələr idi. 

Əlbəttə, böyük tənqidi realistlərin hamısı ilk növbədə, müasir insanın obrazını 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

79 


yaratmaqda böyük istedad göstərmiş sənətkarlar idilər. Sadəcə onların bu sahədəki işində 

ancaq nisbi yeniliklər var idi və onlar prinsipial xarakter daşımırdı. 

Balzak ədəbi proqramını şərh edərkən özünü fransız cəmiyyətinin katibi adlandırırdı. 

Burada katib sözü daha çox araşdırıb dəftərə salmaq, cəmiyyətin bütün təbəqələrinin və 

sosial qruplarının obrazlarını yaratmaq mənasına gəlirdi. Balzakın əsas əsərləri sosial-

psixoloji oçerklər xarakteri daşıyırdı. 

Əlbəttə, romantiklərdə də parlaq sosial təsvirlər tapmaq olar. Lakin bütünlükdə cəmiyyəti 

təhlil etmək, onun dərin qatlarına, siniflərinə, bütün peşə adamlarına bədii işıq salmaq 

yaradıcılıq məqsədi kimi romantiklər üçün maraqsız idi. Onlar üçün həyatın prozası, 

adiliyi qeyri-estetik bir material sayılırdı. Lakin romantiklərin qeyri-estetik, ədəbiyyat 

üçün maraqsız saydıqları həyat materialı realizm epoxasının əsas bədii hədəfi oldu. 

Marksist nəzəriyyədə realizm bir qayda olaraq tipikliklə əlaqələndirilir. Şübhəsiz ki, 

tipiklik romantiklərdə də kifayət qədər var idi və onu realist ədəbiyyatın əsas əlaməti 

saymaq olmaz. O biri tərəfdən tipikliyin özü nisbi bir anlayışdır. Bir-iki halı da, milyon 

variantda təkrarlanan variantı da tipik adlandırmaq olar. 

Tənqidi realizmin ümumi əlaməti onun bütün böyük nümayəndələrinin içində yaşadıqları 

cəmiyyətə qarşı mənəvi (siyasi yox) müxalifətdə olmaları idi. Bu müxalifətçilik 

L.N.Tolstoy, F.M.Dostoyevski, İ.S.Turgenev, A.P.Çexov kimi rus tənqidi realistlərində 

daha güclü idi. Bu Rusiya cəmiyyətindəki faciəli ziddiyyətlərlə bağlı idi. 

Tənqidi realizm epoxası üçün ədəbiyyatın, xüsusilə nəsr və dramaturgiyanın tamam 

tarixilik prinsipinə keçməsi səciyyəvi idi. Zaman və məkan konkretliyi, birmənalı milli 

zəmində durmaq realizmin ilkin əlamətlərindən biri idi. Ona görə realizm epoxası hər 

xalqın ədəbiyyatında özünə xas tarixi və milli həqiqətləri əks etdirən bir hadisə kimi daxil 

olur, xalqların milli həyatının və tarixinin bədii mənzərəsi və salnaməsi kimi meydana 

çıxır. Romantizmdə bədii həqiqətin belə milli konkretliyi prinsip səviyyəsində yox idi. 

İntibah, klassisizm, romantizm epoxaları ədəbi obrazın məzmunca tarixiləşməsi 

baxımından ardıcıl bir prosesin mərhələləri idilər. Məhz realizm epoxasında ədəbi obraz 

vasitəsi ilə tarixi həqiqətlərin əks etdirilməsinin təkmilləşmə prosesi tamamlanır. 

Realizmin əsas janrı olan iri nəsr – roman janrı milli bir janr olmağa və adlanmağa 

başlayır. Milli tarixilik zəminində yazılan romanlarda bədii obraz sistemi birmənalı milli 

və konkret tarixi məzmun daşıdığından roman əsas milli janr hesab edilməyə başladı. 

Realist obraz sosial və milli əlamətləri əks etməklə yanaşı həm də fərdi həqiqətləri əks 

etmədə də ədəbi tərəqqinin yüksək səviyyəsi oldu. Realizm epoxasına qədər ədəbi 

obrazın fərdiliyi və ədəbi yaradıcılıq üçün prinsipial və köklü mənası ən qədimlərdən 

yazıcı tərəfindən aydın dərk olunmayan bir prinsip idi. Yəni realizmə qədər ədəbi obrazın 

fərdi yaddaşla bağlılığı və fərdi yaddaş baxışı kimi özünü büruzə verməsi kortəbii, 

mexaniki şəkildə baş verirdi. Lakin realist yaradıcılıqda ədəbi obrazın fərdiliyi 

müəlliflərin şüurlu ədəbi prinsipi kimi özünü büruzə verir. 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

80 


İmressionizm 

 (fr.impressionisme, impression-təəssürat)   

XIX əsrin 60-70-ci illərində Fransada təşəkkül tapmış incəsənət cərəyanı. Ədəbiyyatda 

impressionizm geniş mənada XIX əsrin son rübündə yaranmış, müxtəlif əqidə və 

yaradıcılıq metoduna malik yazıçıları birləşdirən üslub, məhdud mənada isə XIX əsrin 

sonu XX əsrin əvvəllərində dekadentliyə meyl göstərən cərəyandır. Dəqiq düşünülmüş 

formanın olmaması, ani təəssüratların ötəri, lakin daxili vəhdət və əlaqədə verilməsi 

impressionist üslubun səciyyəvi cəhətləridir. Təhkiyənin ilk təəssürat, təsadüfi detallar 

üzərində qurulmasına baxmayaraq, o, özünün "dolayı" həqiqəti ilə bu və ya digər 

hekayətə qeyri-adi parlaqlıq verir. 

Cərəyanın K.Hamsun, M.Prust, O.Uayld, G.Bar kimi görkəmli nümayəndələri var. 

Ədəbiyyatda imressionizm metodu XX əsrin ortalarında aradan çıxmışdır. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin