Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 3.88 Mb.
PDF просмотр
səhifə7/58
tarix29.11.2016
ölçüsü3.88 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   58

 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

46 


Rahid Ulusel 

 

―TƏNQİDİN METODOLOJİ PROBLEMLƏRİ‖ 

 

Tənqid haqqında hədsiz rəylər ixtilafını nisbətən modelləşdirilmiş halda aşağıdakı 



müddəalar şəklində qruplaşdırmaq mümkündür: I. Bir sıra tədqiqatçıların fikrincə, tənqid 

- "ədəbiyyatdır", onun "tərkib hissəsidir", "komponentidir". Y.Borev "Ədəbi prosesdə 

tənqidin rolu haqqında" məqaləsində yazır: "Bədii tənqid ədəbiyyat və incəsənətin tərkib 

hissəsidir, o, xüsusi tələbat əsasında və cəmiyyətin incəsənəti xüsusi istehlakı əsasında... 

bədii prosesin özündən törəyir". V.Kocinov da bu fikrin tərəfdarı kimi çıxış edir: "Ciddi 

desək, "tənqid və ədəbiyyat" qarşıqoyulması düzgün deyildir. Tənqid və söz sənətini 

əlaqələndirmək olar, ancaq tənqid və ədəbiyyat ayrılmazdır, çünki tənqid ədəbiyyatın 

özünün tərkib hissəsi, cəhəti, komponentidir, həm də "aparıcı", təşkiledici 

komponentidir".  

     II. Başqa bir fikrə görə, tənqidi fəaliyyətin əsasını yalnız publisistika təşkil edir və 

hətta o, publisistikanın növüdür. Məsələn, Y.Surovtsev "tənqidi fəaliyyətin təbiətini", 

"elmi-publisistik şəkildə" müəyyənləşdirir və qeyd edir ki, tənqidçi "məhz publisistcəsinə 

yazır". Tənqidi ədəbiyyatın komponenti hesab edən V.Kocinov da "tənqid və publisistika 

arasında prinsipial fərq" görmür və belə bir fikir irəli sürür: "gtənqidi publisistikanın 

növü kimi, əxlaqi-etik, elmi, fəlsəfi, pedaqoci, iqtisadi, siyasi, hüquqi publisistika və 

sairlə bir cərgəyə daxil olan "ədəbi publisistika" kimi müəyyənləşdirmək, ümumən tam 

düzgündür". Y.Surovtsev və V.Kocinovun tənqid üçün irəli sürdükləri elmi-publisistik 

konsepsiyasının yarımçıqlığını S.Əsədullayev "Prometeylə Orfeyin ittifaqı" adlı 

məqaləsində haqlı olaraq tənqid edib. Bu konsepsiya həm də ona görə bitərəflidir ki, o, 

tənqidin yalnız bir diqqətəlayiq xassəsini əsas tutur. Çünki tənqiddə publisistik keyfiyyət 

var. Bunu heç cür inkar etmək olmaz. Lakin həmin keyfiyyət tənqidi fəaliyyətin müəyyən 

məqamlarında özünü qabarıq büruzə verir, amma tənqidin bütün təzahür formalarında, 

tənqidi idrak prosesində həlledici amil ola bilmir. Y.Surovtsev və V.Kocinovun nöqteyi-

nəzəri həm də ona görə düzgün deyildir ki, onlar tənqiddə yalnız ictimai bünövrəni əsas 

tuturlar. V.Kocinov yuxarıdakı fikirlərinə onunla haqq qazandırmağa çalışır ki, incəsənət 

ictimai hadisədir, publisistika da ictimai hadisəyə münasibətdir. Ona görə də ictimai 

hadisə olan incəsənətə münasibət tənqidi də publisistikanın bir növünə çevirir. Fəlsəfə 

psixologiya və bir çox digər elm sahələri də ictimai hadisələri öyrənmirlərmi?! Onda belə 

çıxır ki, bunlar hamısı publisistikanın növləri imiş...  

      Yeri gəlmişkən, bir məsələyə də münasibətimizi bildirək. V.Kocinov tənqidin 

ictimai-ədəbi həyatdakı rolunu qiymətləndirərkən ifrata varır: "Əgər birdən tənqid 

mövcudluğunu dayandırsaydı, onda ədəbiyyat da yox olardı". Buradan belə çıxır ki, biz, 

tutalım, "XII əsr ədəbiyyatı" deməkdə və onun tarixən var olduğunu təsdiq etməkdə 

haqsızıq, çünki bu dövrdə "ədəbiyyat" yox, "ədəbiyyatın materialı", "sırf söz sənəti" 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

47 


olmuşdur. Belə çıxır ki, Nizami haqqında əsil ciddi elmi-tənqidi fikir 700-800 il sonra 

söylənildiyi üçün o dövrün ədəbiyyatını "ədəbiyyat" adlandırmaq qeyri-mümkündür. 

      III. Üçüncü fikrə görə, "tənqid - elmdir" (vaxtilə A.S.Puşkin də belə hesab edirdi), 

"ədəbiyyatı öyrənən elm sahələrindən biridir". 

      IV. Lap yaxın vaxtlara qədər belə bir dördüncü fikir də mövcud olmuşdur ki, 

ədəbiyyat nəzəriyyəsi, ədəbiyyat tarixi və ədəbi tənqid ədəbiyyatşünaslıq "üçlüyünü" 

təşkil edir. Çox acınacaqlı haldır ki, indi artıq heç kimin təsdiq etmədiyi, üstündə təkid 

etmədiyi bu müddəa Azərbaycanda buraxılan orta və ali məktəb dərsliklərində heç bir 

dəyişiklik edilmədən, son dərəcə doqmatik, sxematik halda tədris edilir. 

      V. Beşinci fikrə görə, tənqid həm elm, həm də ədəbiyyatın xüsusiy-yətlərini özündə 

birləşdirir, bədiiliyin və elmiliyin qovuşuq nöqtəsi olur. Hətta məsələnin belə qoyuluşu 

bəzən çox metafizik tezis şəklini alır: "Tənqid ədəbiyyatın növüdür. O özünün analiz 

obyekti kimi emosional olmalıdır. Bununla yanaşı o, estetikanın, daha doğrusu, elmin 

növüdür". Qeyd edək ki, tənqidi ədəbiyyatın bir hissəsi sayan bir çox alimlər, eyni 

zamanda, tənqiddə bədiilik və elmiliyin vəhdətini də təsdiq edirlər. V.Kubilyus belə 

hesab edir ki, "tənqid bədii yaradıcılıq, elmi analiz və qəzet felyetonunun (ənənəvi 

mənada) qovuşuğunda yaranmışdır". "Tənqidi əsərin stilistikası bədii yaradıcılıq, elm və 

publisistikanın sintezi nəticəsində meydana çıxmışdır". Prof. S.Əsədul-layev də yazır: 

"...Bizcə, tənqidi elmin və incəsənətin qovuşması və birliyi sa-yan konsepsiya həqiqətə 

daha çox yaxındır. Tənqidin mahiyyəti cüttər-kiblidir, o, elmin və ədəbiyyatın 

xüsusiyyətlərini özündə birləşdirir. Ədəbi tənqid ədəbiyyat, elm və estetikanın qovuşduğu 

nöqtədə inkişaf edir". 

      ...Bəli, tənqid haqqında müxtəlif fikirlərin ən ümumi mənzərəsi, təxminən, belədir və 

ən ümumi aspektdə baxdıqda, tənqidin dəyərləndiril-məsi yolunda həmin təhlillərdəki 

əsas müddəaların bitkin forması kimi üç mərhələni görmək mümkündür: 

      1. Tənqid - incəsənətdir, ədəbiyyatdır, bədiidir. 

      2. Tənqid - elmdir, ədəbiyyatşünaslıq hissəsidir, elmidir. 

      3. Tənqid bədiiliyi və elmiliyi özündə birləşdirən a) ədəbiyyatdır; b) elmdir; c) 

publisistikadır. 

      1-ci və 2-ci mərhələdə bir-birilə nisbi əkslikdə olan cəhətlər qarşı-qarşıya qoyulur, 3-

cü mərhələdə isə bu ifrat qarşıqoyulma aradan qaldırılır, tənqidin mahiyyəti vəhdət 

halında dərk olunur. Y.Borevin "tənqid elmi və bədii təfəkkürün birləşmə sahəsidir" 

tezisi tənqiddə bədiiliyin və elmiliyin vəhdətini təsdiq edən konsepsiyanı dəqiq, müxtəsər 

elmi model formasında əks etdirir... 

      Lakin tənqidin mahiyyəti barədə irəli sürülən bütün bu fikir, tezis və konsepsiyaların, 

demək olar ki, əksəriyyəti üçün xas olan ümumi bir çatışmazlıq var; o da tənqidi nəyə isə 

bağlamaq, nəyin isə tərkib hissəsi, kom-ponenti hesab etmək cəhdidir. Düzdür, tənqidin 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

48 


özünəməxsusluğu haqqında çox danışılır, lakin müəlliflər bu özünəməxsusluğu təqdir 

etsələr də, yenə də onu gah ədəbiyyatın, gah ədəbiyyatşünaslığın, gah estetikanın, gah da 

publi-sistikanın tərkib hissəsi sayırlar. Olsa-olsa, ona nəyin tərkibindəsə, nəyin 

daxilindəsə muxtariyyət verilir. Halbuki tənqid nə ədəbiyyatın, nə ədəbiyyat-şünaslığın, 

nə estetikanın, nə də publisistikanın növüdür. Əksinə, elə həmin bu sahələrlə və digər 

təfəkkür hadisələri ilə yanaşı mövcuddur; onlarla tam bərabər hüquqlu münasibətlərdədir. 

Xüsusilə son yüzillikdə ümumidrak sistemində öz yerini fərdiləşdirən, özünəməxsus 

nəzəriyyə və metodologiya-sını yaratmaqda olan tənqid spesifik idrak hadisəsi kimi bu 

gün tamamilə formalaşmış və şübhəedilməz dərəcədə müstəqilləşmişdir...  

      Məlumdur ki, hələ bədii və fəlsəfi şüurun vəhdətdə olduğu zamanlarda onların ilkin 

birgəliyində sonralar müstəqil inkişaf yolunu müəyyənləşdirmiş estetika, ritorika, 

sosiologiya, filologiya və s. kimi tənqidin də rüşeymləri olmuşdur. Təkcə elə bu fakt 

göstərir ki, tənqid qnoseoloci mənşəyinə görə də digər ictimai şüur hadisələri ilə asılı 

münasibətdə yox, bərabərhüquqlu münasibətdə olmuş və bu şəkildə də inkişaf etmişdir. 

Lakin bununla belə, yalnız "rüşeymlərin" təzahür etdiyi dövrü - tənqidin əsaslı yaranma 

dövrü yox, olsa-olsa bünövrətapma, özülyaratma dövrü hesab etmək olar... Bu dövrün 

tənqidçi tipi, şərti desək, filosof-tənqidçi idi. 

      Tənqidin yaranışında və özünümüəyyənləşdirməsində ən davamlı mərhələ - ictimai-

fəlsəfi elmlərin ikinci diferensiasiyası zamanından, yəni vahid elmi sistemdə estetikanın 

və filologiyanın müstəqilləşməsi nəticəsində onların özünün də budaqlanması 

zamanından başladı. Artıq bu mərhələdə tənqid, ümumfəlsəfi fikrin tərkib hissəsi kimi 

yox, xeyli dərəcədə spesifik-ləşmiş ümumestetik fikrin tərkib hissəsi kimi özünü təzahür 

etdirir. Tənqid bu mərhələdə öz tədqiqat obyektinə - ədəbiyyata və incəsənətin digər növ-

lərinə daha uzaqdan - fəlsəfədən deyil, bir qədər yaxından - estetikadan "baxır". Və bu 

mərhələnin tənqidçi tipi, estetik-tənqidçidir (şərti deyimdə). Fikrimizcə, tənqidin elmi 

sistemdəki tarixi inkişaf prosesinin ən ümumi hərəkət istiqaməti XIX əsrin I yarısınadək - 

Belinski tənqidi dövrünədək, demək olar ki, belə olmuşdur. 

      ...XIX əsrin I yarısından etibarən tənqid öz inkişafının yeni mərhə-ləsinə qədəm 

qoydu. Sözün müasir mənasında yeni tənqidin yaranmasının ilkin zəruri şərtləri var idi: 

elmi-fəlsəfi, estetik-tənqidi mübahisələrin Avropa "inhisarından" çıxıb bütün dünyaya 

yayılması; bədii idrakın öyrənilməsində yeni təhlil metodunun meydana çıxması və s. Bu 

mərhələdə estetik elmlər sistemində yeni bir şaxələnmə baş verdi və tənqid də ictimai-

fəlsəfi elmlərin, filologiyanın, ədəbiyyatın özünün sürətli tərəqqisi və fəal təsiri ilə estetik 

idrakın inkişafı nəticəsində meydana gələn bu şaxələnmədən törədi. Ədəbi-ictimai 

ziddiyyətlərin son dərəcə gərginləşməsi, zidd konsepsiyaların açıq-aşkar ideoloci-estetik 

mübarizəsi bu prosesə güclü təkan verdi. "Belinski tu-fanı", "ədəbi qasırğa", "ideoloci 

fırtına" tənqid "gəmisinin" möhkəm, onun heyətinin - tənqidçilərin isə dözümlü, 

döyüşkən olmasını tələb etdi. Tənqid, bəlkə də özündən xəbərsiz halda özünün 

müstəqilliyi uğrunda döyüşə girdi, bütün incəsənəti "öz əlində" birləşdirən estetika ilə, 

həmçinin, ədəbiyyat-şünaslıq və ədəbiyyatla həmhüquq idraki sahəyə çevrildi. İctimai-



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

49 


ideoloci aləmə, ədəbi-estetik həyata bir fəallıq, bir döyüşkənlik, bir mübarizlik, bir 

cəsarət gətirdi, bədii sistemə daha reflektiv münasibət göstərməyə başladı, estetika və 

sənətşünaslığı hətta bir sıra hallarda ortodoksallıq və sxematik-likdən təmizlədi. İndi artıq 

bu sahənin nümayəndələrinə "filosof-tənqidçi", "filoloq-tənqidçi" və s. yox, məhz 

"tənqidçi" deməyə başladılar. Sənətkarlar, estet və filosoflar tənqidçiləri "dinləməyə" və 

sözün yaxşı mənasında tənqid-çilərdən "ehtiyat etməyə" başladılar. Tənqidi fikrin 

inkişafında bu yeni mər-hələdən sonra tənqidə nəyinsə tərkibində muxtariyyət vermək 

mümkün deyildi. Axı, Belinski tənqidi Belinski fəlsəfəsindən doğan tənqid deyildi. 

Əksinə, Belinski fəlsəfəsi Belinski tənqidindən doğmuşdur - demokratizm ideyaları da, 

fəlsəfi-estetik, ictimai-sosioloci ideyalar da Belinski tənqidindən doğmuşdur. 

      Tənqidin spesifikləşməsi prosesi həm də onun öz-özünü təhlilə başlaması ilə, 

özünəmünasibətlə bağlıdır ki, bu da yalnız yeni mərhələnin məhsuludur... 

      Beləliklə, tənqidin ən ümumi tarixi inkişaf prosesini izlədikdə və filologiyada, bədii 

sistemdə də inkişaf məqamlarını nəzərə aldıqda, onun, şərti olaraq, üç mərhələdən 

keçdiyi aşkar olur:  

      İlkin mərhələ - "rüşeym dövrü" (ümumfəlsəfi sistemdə inkişaf) 

      Orta mərhələ - tənqidin estetik-ədəbi, filoloci, bədii fikrin tərkib hissəsi olduğu dövr 

(ümumestetik sistemdə inkişaf). 

      Yeni mərhələ - tənqidin öz sferasında müstəqil təfəkkür hadisəsi kimi formalaşdığı 

dövr (ümumidrak sistemində spesifik inkişaf). 

 

      * * * 



      Çoxdandır ki, tənqidə "bədii tənqid" deyirlər. Lakin açığını desək, bu termindəki 

"bədii" istilahı araşdırıcıları bir qədər çaşdırır. Bu nöqtədə onlar tərəfindən tənqidlə bədii 

ədəbiyyat arasındakı, daha dəqiq desək, elmi-estetik idrakla bədii idrak arasındakı 

hüdudlar tam silinir və hər iki təfəkkür sahəsi eyniləşdirilir. Bu məsələ ilə bağlı prof. 

S.Əsədullayevin qənaəti belədir: "O (yəni tənqid - R.U.) özündə bədii-obrazlı təfəkkürün 

ünsürlərini toplayaraq nəinki bədii obrazlarla əməliyyat aparır, həmçinin obrazlarla 

"düşünür" ki, bu da onu ədəbiyyata (incəsənətə) yaxınlaşdırır". S.Vayman isə "Min dənə 

ev dovşanı - hələ fil demək deyil" polemik məqaləsində yazır ki, "mənim dərin inamıma 

görə, tənqid yalnız bu şərtlə tam şəkildə obyektiv ola bilər; əgər o bədiidirsə, əgər o, 

yazıçı və onun auditoriyası ilə incəsənət dilində söhbət etməyi öyrənirsə". Fikrimizcə, 

tənqidi bədii-obrazlı idrakın məhsulu hesab etmək qətiyyən düz deyildir. Axı, görəsən, 

tədqiqatçılar "tənqid bədiidir", "tənqid incəsənət dilində danışır" deyərkən, konkret olaraq 

məhz nəyi nəzərdə tuturlar? Tənqidin bütün mövcud mahiyyəti - onun daxili strukturu, 

təhlil-araşdırma qanunauyğunluqları, fikri prosesin dinamikası, obyektiv 

dəyərləndirməyə meyli, nəzəri-metodoloci xassəsi... bu tezislərin doğruluğuna inamı 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

50 


azaldır. Bəlkə müəlliflər burada tənqidin obrazlı dilə meylini, emo-sional-polemik 

keyfiyyətini nəzərdə tuturlar? Lakin yenə də saysız-hesabsız faktlar həmin konsepsiyanın 

xeyrinə olmayacaqdır... Bu faktlardan birisi: XVII əsrdə Qərbi Avropa fəlsəfəsində 

elmşünaslıq üçün ciddi metodologiya hazırlandığı bir vaxtda F.Bekon elmdə idrakın üç 

yolunu - "hörümçək yolu", "qarışqa yolu", "arı yolu" obrazlı ifadələri ilə 

müəyyənləşdirmişdir. Özü də təsəvvür edin ki, söhbət elmi metodologiyanın 

sistemləşdirilməsindən gedirdi. Həm də bu xüsusiyyətə təkcə F.Bekonda - rasional 

fəlsəfənin nü-mayəndəsinin yaradıcılığında rast gəlmirik. Bu xüsusiyyət ictimai elmlərin, 

demək olar ki, hamısında özünü qabarıq şəkildə göstərir. Obrazlı mühakimə və deyim 

tərzi mütəfəkkir şəxslərin yaradıcılığının daxili mahiyyətindədir. 

      ...Deməli, ictimai elmlərdə nə dərəcədə bədiilik varsa, onlar nə dərəcə "bədiidirsə", 

tənqiddə də eyni dərəcədə bədiilik vardır və o da eyni dərəcədə "bədiidir". Və əsas 

məsələ budur ki, tənqid varlığın obrazlı qavranılması deyildir. Tənqidi fikrə olan tələbatın 

əsasında obrazlı təfəkkür hadisəsinə - bədii ədəbiyyata və incəsənətə münasibət 

göstərmək zərurəti dayanır. Prof. M.S.Kaqan isə bu tələbatın xarakterini başqa şəkildə 

izah edir. O belə hesab eləyir ki, bədii əsəri qavrayan insanın şüurunda "özünüifadə", 

özünütəcəssü-metdirmə tələbatını doğuran "kommunikativlik fermenti" (Kaqanın 

fikrincə, bu "ferment" bədii şüurun təbiətindədir) real həyatiləşmə yolları arayır və "bunu 

məhz bədii formada edə bilməyəndə, o, bədii-tənqidi formada, inter-pretasiya formasında 

həmin məqsədin həyata keçməsinə nail olur". Professorla razılaşmaq heç cür mümkün 

deyil... Çünki incəsənətə tənqidi reaksiya, onun tənqidi-estetik dəyərləndirilməsi bədii 

təfəkkür prosesindən yox, tənqidi-idraki fəaliyyətin öz daxili qanunauyğunluqlarından 

törəyir. Doğrudanmı, tənqidçi məhz bədii əsər yaza bilmədiyindən, öz fikirlərini bədii 

formada ifadə edə bilmədiyindən tənqidi formanı seçir?! Xeyr. Bu, tənqidin sırf 

subyektiv dəyərləndirilməsidir. Axı, tənqidçi, demək olar ki, heç vaxt belə bir zərurət, 

alternativ qarşısında qalmır. Bəzən elə olur ki, tənqidçi yenicə oxuduğu bədii əsərdə 

indiyəcən heç üzərində düşünmədiyi yeni bir problemlə qarşılaşır və həmin problemi 

öyrənərək, mənimsəyərək öz baxışlarını irəli sürür. Tənqidi fikrə, tənqidi özünüifadəyə 

olan daxili estetik tələbat bədii özünüifadənin mümkün olmadığı yerdə meydana çıxmır. 

Onun təzahür səbəblərini belə bir alternativdə axtarmaq təşəbbüsünün özü yanlışdır və 

tənqidi bədii idrak hadisəsi saymağın ifrat nəticələrindəndir... Çünki tənqidi fikir bədii 

özünüifadə zərurətindən deyil, sosial-estetik fenomen olan tənqidi idrakın qnoseoloci 

özülündəki özünüifadə (subyektiv əsas) və ictimai fikri ifadə (obyektiv əsas) zərurətindən 

törəyir. Bədii hadisə bu mürəkkəb psixoloci "struktura" təsir edir, "qıcıqlandırır" və 

tənqidi idrakın fəaliyyətə başlamasına təkan verir. Bu elə bir reflektiv prosesdir ki, biz 

onun cürbəcür təzahür formalarını varlığın predmet və hadisələrinə münasibət göstərmək 

istəyən müxtəlif idrak fəaliyyəti növlərində də (fəlsəfi, sosioloci, estetik, elmi və s.) görə 

bilərik... 

      "...Tənqid - elmdir" deyən konsepsiya ilə yalnız o mənada mübahisə etmək olar ki, o, 

tənqiddəki elmi mahiyyətin seçilənliyini əsaslandırmır, onu digər ictimai elmlərlə, hətta 

dəqiq elmlərlə eyni cərgədə qoyur. Halbuki tənqiddə elmi xassə yalnız bir həlledici 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

51 


məqamda təzahür edir - bədii hadisə dəyərləndirilərkən obyektiv tənqidi təhlil və baxışın 

həyatiləşməsində. Tənqidin nəzəri və metodoloci strukturunda isə (bu, tənqidi-idraki 

fəaliyyətin özəyini təşkil edir) elmi-tədqiqi analiz metodu öz yerini, mövqeyini müxtəlif 

səviyyələrdə təzahür edən emosional, polemik, interpretativ tənqidi təhlilə güzəştə gedir. 

Dərketmə formasındakı digər fərqlərlə yanaşı, həm də belə fərqli metodoloci 

istiqamətlərinə görə də tənqidi ədəbiyyatşünaslığın tərkib hissəsi saymaq mümkün 

deyil... 

      Çoxlarının üzərində təkid etdiyi, ifrat birtərəfliliklərdən xilas olmuş ən populyar 

konsepsiya - tənqiddə bədiiliyin və elmiliyin vəhdətini təsdiq edən konsepsiyadır ki, bu 

barədə yazımızın əvvəlində qısaca məlumat vermişdik. Lakin bu konsepsiya ilə də 

xüsusən iki cəhətinə görə razılaşmaq olmaz. Əvvələn, burada tənqidin bədiiliyi və 

elmiliyi vəhdət halında dərk olunsa da, yenə də o, spesifik idrak hadisəsi kimi yox, 

müvafiq şəklində gah ədəbiyyatın, gah da publisistikanın növü kimi təqdim edilir. 

İkincisi, "tənqid - bədiiliyin və elmiliyin sintezidir" tezisinin özündə nə isə bir mexaniki 

qovuşdurma, sxematizm vardır. Bu, dünyanın mənimsənilməsinin iki fərqli üsulunun

yəni gerçəkliyin obyektiv qanunlarını öyrənən elmin və varlığın obrazlı dərki olan 

incəsənətin hüdudları barədəki antitezanın tənqiddə birləşdirmə, calaq formasında təkrarı 

kimi görünür. Məsələ burasındadır ki, tənqiddə elmilik özünü bilavasitə elmdə olduğu 

kimi, bədiilik isə bilavasitə incəsənətdə olduğu kimi təzahür etdirmir. Tənqiddə elmi 

mahiyyət də spesifikdir, başqa cürdür, bədiilik də. Xüsusilə tənqidin sol tərəfinə artırılan 

"bədii istilahı və onun daşı-dığı mahiyyət tənqiddə tamamilə özünəməxsusdur, onun 

məhz incəsənətdəki obrazlılığa qətiyyən aidiyyəti yoxdur. Çünki "bədii" tənqid 

incəsənətin bədiiliyindən törəmə deyil, onun hətta başqa şəkildə təzahürü də deyil. O, 

həmçinin, elmin və incəsənətin mexaniki birləşdirilməsi, qeyri-təbii hibridi, "xəlitəsi" də 

deyil. Halbuki onun mahiyyətini bəzən məhz elə bu şəkildə izah edirlər. - M.Boyko yazır 

ki, "...tənqid-elmdir" demək, burada nöqtə qoymaq olmaz. Tənqid - kompleksli hadisədir; 

o, mürəkkəb üzvi xəlitəyə daxil olan elementlər çoxluğundan ibarətdir". V.Kubilyus isə 

tənqidin "qapılarını" "müxtəlif elementlərin sintezi, canrların diffuziyası üçün açıq" hesab 

eləyir. Qəribədir, görəsən müəlliflər nəyin xatirinə "tənqid xurcununa" bu qədər 

"elementləri" doldururlar? Bu süni sintetizm kimə lazımdır?.. Axı, tənqid mahiyyətcə 

belə yığnaq xarakterli deyildir; bədiilik, elmilik və s... cəhətlər, müxtəlif elementlər 

birləşərək, sintez təşkil edərək "tənqid" deyilən bir şeyi quraşdırıb mövcudlaşdırmırlar. 

Əksinə, tənqiddə təzahür edən nə varsa (ən müxtəlif formalar, canrlar, təhlil yönləri, 

idraki təmayüllər...), bütün bunları elə onun öz daxili mahiyyətindən doğan xüsusiyyətlər 

kimi başa düşmək lazımdır, daha onları hardansa, hansı elm sahəsindənsə gəlmə 

xüsusiyyətlər, elementlər hesab etmək gərək deyil. Bir də, görəsən, niyə bizə elə gəlir ki, 

müəyyən bir idrak hadisəsi ya mütləq elm olmalıdır, ya mütləq incəsənət olmalıdır, ya da 

mütləq onların sintezi. Əslində, belə qəti fərqləndirmə üsulu sonsuz dərəcədə mürəkkəb 

olan ümumidrak hadisəsinə metafizik - imperativ yanaşmadır. Budda kanonları, 

"Bibliya", "Quran" yalnız dini kitabələrdirmi? Volterin nəsri, Dostoyevskinin 

"İdiot"undakı İppolitin və Mışkinin, "Karamazov qardaşları"nda Abid Zosimin, İvanın 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

1   2   3   4   5   6   7   8   9   10   ...   58


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə