Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 3.88 Mb.
PDF просмотр
səhifə3/58
tarix29.11.2016
ölçüsü3.88 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   58

 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

17 


ideologiyanın və inanc sisteminin öz aparıcı mövzusu var. Məsələn, marksizmdə "aparıcı 

mövzu"nu özündə ehtiva edən ideya budur ki, kapitalizm özü öz içindən dağılacaq və 

utopik sosialist dünyası inkişaf edəcək. Aparıcı mövzunu meta-nəzəriyyə, yaxud meta-

ideologiya kimi başa düşmək lazımdır. Çünki onun özü elə hər hansı bir ideologiyanı 

izah edən ideologiyadır (marksizmdə olduğu kimi). Lyotard inandırmağa çalışır ki, 

biliyin ali forması olan elm də daxil olmaqla, modern cəmiyyətlərin bütün aspektləri belə 

aparıcı mövzulardan asılıdır. 

   Bunun əksinə olaraq, postmodernizm isə aparıcı mövzuların tənqididir. Eyni zamanda 

da postmodernizm belə doqmatların mövcud ziddiyyətləri və dayanıqsızlığı yalnız və 

yalnız maskalamağa xidmət göstərdiyini xəbər verir, başqa sözlə desək, həmişə "düzən" 

yaratmağa edilən hər bir təşəbbüsün, eyni dərəcədə də "düzənsizliy"in yaradılmasını tələb 

etdiyini göstərir. Amma "aparıcı mövzu" bu kateqoriyaların konstruksiyasını 

"düzənsizliy"in HƏQİQƏTƏN xaotik və zərərli, "düzən"in isə HƏQİQƏTƏN rasional və 

faydalı nəticələr verdiyini hökm şəklində əlində əsas tutub, bu istiqamətdən izah edərək, 

maskalayır.  

   Postmodernizm "aparıcı mövzular"ı rədd edib, "mini mövzular"a üstünlük verir və 

geniş miqyaslı, universal, qlobal məsələlərdən daha çox kiçik təcrübələri, lokal olayları 

əks etdirir. Postmodern "mini-mövzular" adətən situasional, ötəri, gözlənilməz və 

müvəqqəti olur. Belə mövzular ümumbəşəriliyi, həqiqəti, səbəbi və stabilliyi iddia etmir. 

Maarifçi fikrin digər mühüm aspektini (mənim əlavə etdiyim 9-cu bəndi) təşkil edən 

"sözlər fikrin və obyektin təcəssümünə xidmət göstərməli, onun (yəni sözün) arxasında 

heç bir başqa funksiya durmamalıdır" prinsipini müəyyənləşdirir. Ona görə də, modern 

cəmiyyətlər hər zaman proqnozlaşdırılmış ehtimallara bildirilən münasibətlərin reallığına 

əsaslanır.  

   Amma postmodernizmdə sözlə fikir və obyekt arasında əlaqə pozulur. Çünki burada 

daimi, sabit reallıq ideyası yoxa çıxır. Daha doğrusu, postmodern cəmiyyətlərdə yalnız 

mahiyyətsiz zahir, ehtimalsız münasibət bildirənlər olur. Bunu başqa yolla izah edən 

Cean Baundrillarda görə, postmodern cəmiyyətdə orijinallıq olmur, yalnız kopyalama, 

köçürmə, özünün dili ilə desək, "zahiri oxşarlıq" olur. Siz misal üçün, rəssamlıq və 

heykəltəraşlıq əsəri barəsində düşünüb, bir tərəfdə Van Qoqun orijinal bir əsərini, digər 

tərəfdə isə onun minlərlə surətini (kopyasını) təsəvvürünüzə gətirə bilərsiniz. Amma 

dəyər, xüsusilə valyuta dəyəri baxımdan orijinal əsər ən yüksəyi və ən qiymətlisidir. 

Əslində rəsm əsərlərinin üzü onları divardan asmaq və ya zirzəmidə saxlamaq üçün 

köçürülmür. Bunu cd-lər və lent yazıları ilə müqayisə etsək, eynən rəsm əsərlərində 

olduğu kimi görərik ki, onlar da orijinal deyil. Daha doğrusu, bu surətlərin hamısı 

eynidir, sadəcə, onların bəlkə də milyonlarla surətləri vardır və hamısı da (təxminən) eyni 

məbləğdə pula satılır. Baundrillardın başqa "zahiri oxşarlıq" versiyasına misal, virtual 

reallıq konsepsiyasıdır. O, əsaslandırmaq istəyir ki, burada da orijinal olmayan zahiri 

oxşarlıqla virtual "reallıq" yaradılır və o, buna dəlil kimi, xüsusilə kompüterlərdəki 

oyunları ("Sim Şəhərinin düşüncəsi", "Sim Qarışqa" və s.) göstərir.  



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

18 


   Postmodernizm biliyin təşkilatı məsələsi ilə də məşğul olur. Modern cəmiyyətlərdə 

bilik elmə bərabər tutulur və bədii əsərlərə qarşı qoyulur. Bildirilir ki, elm faydalı 

bilikdir, bədii əsər isə zərərli, primitiv və irrasionaldır. Çünki özündə qadınları, uşaqları, 

ruhi xəstə - qeyri-normal insanları, bir sözlə, primitivlikləri əks etdirir. Bunun əksinə 

olaraq, bilik isə öz məxsusi amacına görə faydalıdır. İstər əyani, istərsə də qiyabi təhsil 

alıb bilik qazanan birisi nəticədə bilikli, ümumiyyətlə, təhsilli şəxsə çevrilir. Liberal 

humanitar təhsilin idealı da məhz budur. Amma postmodern cəmiyyətdə bilik funksional 

rol oynayır. Belə ki, öyrənilən biliklər sadəcə, yadda saxlamaq üçün deyil, onlardan 

istifadə məqsədilə mənimsənilir. Sarapın qənaətinə görə, bugünkü təhsil siyasəti təhsilin 

anlaşılmaz, humanist idealından daha çox bacarıqlar və məşğələlər üzərində qərarlaşıb. 

Bu məsələ İngiltərədə xüsusilə aktualdır. Orada belə bir sual ciddi şəkildə tez-tez verilir: 

"Sən elmi dərəcənlə NƏ EDƏCƏKSƏN?"  

   Postmodern cəmiyyətlərdə bilik təkcə faydalılıq prizmasından xarakterizə edilmir. 

Burada modern cəmiyyətlərdən fərqli olaraq, bilik yayınlanır, qorunur və tənzimlənir. 

Unutmaq olmaz ki, elektron kompüter texnologiyalarının zühuru cəmiyyətimizdə biliyin 

istehsal, yayın və istehlakını kökündən dəyişdirib. Lyotard bildirir ki, postmodern 

cəmiyyətlər üçün mühüm məsələ nəyin bilik (və nəyin "skandal") olması qərarına 

gəlinməsi və nəyin lazımlı olması qərarının kim tərəfindən verilməsidir. Bilik barədə belə 

qərarlar verilərkən köhnə modern - humanist keyfiyyətlər buraya cəlb olunmur: misal 

üçün, biliyi həqiqət kimi texniki keyfiyyətinə, yaxşılığı və ədaləti etik dəyərinə, gözəlliyi 

estetik xüsusiyyətinə görə qiymətləndirmək. Vitgensteyn kimi, Lyotard da göstərir ki, 

kifayət qədər bilgi dil oyununun paradiqmasına gətirib çıxarır. Mən burada Vitgensteynin 

dil oyunları ideyasının təfərrüatına varmaq istəmirəm, ona görə ki, Sarap bir məqaləsində 

bu məsələnin geniş izahını artıq verib.  

   Postmodernizmlə bağlı çoxlu suallar verilir. Və ən əsası siyasət də buraya cəlb olunur. 

Ancaq verilən suallar arasında aşağıda qeyd etdiyimiz sual daha populyardır: 

Fraqmentasiyaya, davamsızlığa, performansa və qeyri-sabitliyə qarşı olan bu cərəyan 

xeyirlidir, yoxsa zərərli? Bunun müxtəlif cavabları var. Hətta danılmazdır ki, müasir 

cəmiyyətimizdə pre-postmodern dövrə (modern-humanist-maarifçilik) qayıtmaq 

arzusundan doğan meyllər mühafizəkar siyasi, dini və fəlsəfi qrupları postmodernizmə 

qarşı birləşdirir. Həqiqətən də, postmodernizm dini həqiqətin "aparıcı mövzular"ını şübhə 

altına alıb, dinə müqavimət şəklində təzahür edir. Ona görə postmodernizmin bir mənası 

da dini fundamentalizmə üsyan forması kimi başa düşülür. Bu məsələ Birləşmiş Ştatlarda 

bəlkə də ən açıq-aşkar, adi bir şeydir. Amma müsəlman fundamentalizminin hökm 

sürdüyü Yaxın Şərqdə dini, etik, gənələksəl və s. kimi dəyərləri - aparıcı mövzuları 

dekonstruksiya etdiyi üçün Salman Rüşdinin "Şeytan Ayələri" kimi postmodern kitablar 

qəti qadağandır. Mühafizəkarlıq və fundamentalizm ilə postmodern rədd arasındakı 

assosiasiya qismən də olsa, postmodern etirafın dolaşıq, fraqment meyllərinin nə üçün 

liberallara və radikallara cəlb olunmasının səbəbini izah edə bilər. Elə bu keyfiyyətlərinə 

görə də, Sarap, Flaks və Batler kimi bir çox feminist teoristlər postmodernizmi çox 

cəlbedici hesab edirlər. Postmodernizm qlobal mədəniyyətin istehlakına qoşulmaq üçün 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

19 


alternativlər təklif edən cərəyan kimi özünü göstərir. Amma burada istehlak malları və 

bilik formaları hər hansı bir fərdi nəzarətsiz şəkildə, güclə istehlakçıya təqdim olunur. 

Postmodernizm bu alternativləri hər hansı bir zəruri fəaliyyətin (və ya sosial 

mübarizənin) lokal, məhdudiyyətli və partiyalı (amma effektiv) düşüncəsi üzərində 

cəmləşdirir. "Aparıcı mövzular"ı rədd etməklə, spesifik məqsədləri bir yerə 

cəmləşdirməklə postmodern siyasət qlobal təmayüllərdən təsirlənmiş lokal situasiyaları 

ehtimalsız nəzəriləşdirməyin üsullarını təklif edir. Deməli, postmodern siyasətin devizi 

"qlobal düşünüb, lokal hərəkət et"məkdir. Heç bir böyük layihədən və aparıcı plandan 

narahat olmayın. 

       


   Müəllifin icazəsi ilə ingiliscədən çevirdi:  Elmar Vüqarlı 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

20 


Eyvaz TAHA 

 

"Postmodernizm və arxadan atılan daş" 

 

1- İnsan bimədiklərinin düşmənidir. Biz ara-sıra "postmodernizm" sözcüyünü ağızlardan 



eşidir, kağızlarda oxuyuruq. Bunda qəbahət yoxdur, buna sevinməliyik. Çağdaş dünyada 

özünü bütün ədəbiyyat, incəsənət, bilim, və düşüncə sahələrinə sıramış bu terminlə 

maraqlanmağımız, irələyişimizin yaşıl işığıdır. Amma burda önəmli bir məsələ var: Vaxt 

olur bilmədiyimiz işə başımızı soxur, anlamadığımız anlayışa qatlaşırıq. Bununla da 

böyük bir fikri təcrübəni qavramadan onu geyim, yemək və saç modası səviyyəsinə qədər 

alçaldırıq. Bu turist davranışıdır. Şeir kitablarının ön sözündə, ağız ədəbiyyatı 

toplularının başlağıcında, adda-budda müsahibələrdə və nəhayət çayxana danışıqlarında 

söz başına postmodernizmi dimdikləyirik. Sən demə bu sözü vurğulamadan yazıçının 

avanqard olduğu gerçəkləşmir. Xəstəlik də elə burasındadır. Bizdə postmodernizmə 

barmaq uzatmaq, çox vaxt onun hərfi anlamından uzağa getmir: postmodern yəni 

modernizmdən daha sonra, daha yüksək, daha yaxşı və daha avanqard! Biz isə bunların 

hamısıyıq, köhnə deyilik. Bu iddəa tövlədə yatmış aslanla, inəkdir deyə, cəsarətlə 

əylənməyə bənzəyir. 

 

2- Beş nəhəng düşünər, "Hüserl, Marks, Nitşe, Freyd və Haydeger"i anlamadan 



postmodernizm öz şərhini tapa biməyəcək. Bu ilkin dayanacaqdan hərəkətə keçdikdən 

sonra Frankfurt məktəbi, Quruluşçuluq (Strukturalizm), Post-quruluşçuluq, Yapısöküm 

(Dekonstruksia), feminizm, Üçüncü dalğa axımı və Multi-mədəniyyət kimi dayaqlar və 

qaynaqlarala qarşılaşırıq. Adlar tükənən deyil, hərəsi də bir hava çalır: İhab Həsən, Çarlz 

Cenkz, Lus İrigari, Fransua Lyotar, Jil Doloz, Jan Budriar , Mişel fuko, Feliks Gatari, və 

Riçard Rorti. Bu adlar qıraqda qalsın, irəli sürülən bəhslərin qaranlığında adamı dəhşət 

bürüyür: Çeşitli, qrmaqarışıq bəhslərin qatı və dərin qaranlığında. Postmodernizm söz 

oyunu deyil, bunu anlamağa Adorno və Horkhaymerrin modern dönəmə aid yazdıqları 

"aydınlamanın dialektıası" (Dialectic of Inlightenment) başlıqlı kitabları yetər. 

3- Bayaq dedim post modernizmə maraq sevindiricidir. Hardasa bu marağın özü 

azərbaycan uyğarlığına gərəkli olan qaynaqları axıdıb gətirəcək. Gec də olsa bu axın artıq 

başlanmışdı, başlıca göstəricisi isə mişel fukonun "Müəllif nədir?" və Rolan Bartın 

"Müəllifin ölümü" başlıqlı məqalələrinin çevrilməsidir. Ancaq bu çalışmalar və bu 

dartışmaların gedişində yol verilmiş səhvlər bizi üşündürməyə bilməz. Çünki məntiqi 

məcralardan qırağa çıxmış dartışmalar postmodernizm barəsində əyri, bəzən də tərsə 

baxış formalaşdırır. Beləliklə biz yenə də tarixin başqa bir dönüş nöqtəsində yeni fikirlələ 

özgün tanışlıq fürsətini itiririk. Belə ki, bu dönüş nöqtəsinin məhsulu sayılan yeni bir 

düşünüş tərzi barədə ya gözümüzü yumuruq, ya da arxadan topuğa daş atırıq. Söhbət bu 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

21 


məktəbin pis-yaxşılığından getmir, bu barədə ağzına gələni, ağlına batanı söyləyənlərdən 

gedir. Bizimkilərin çoxu postmodern bilginlərdən danışanda çılpaq pop ulduzları haqda 

deyilən dedi-qodular yadımıza düşür. Bu da yüksək və ciddi düşüncələrə yiyələnməyə 

can atan ulusumuzun zəif damarına çevrilir. Demək, postmodernizm tarixi axarından 

çıxaraq və öz ilkin anlamından boşalaraq Sovet dönəmi tapdalanmış royaların 

cövlangahına çevrilir. Bu da pərişanlığın, puçluğun və duyğusallığın başqa adıdır: 

Zahirdə duyğusallıqla döyüşən duyğusallın. İstanislav Andreski deyir: "Şəffaf və məntiqi 

düşüncə bilginin artmasına gətirib çıxarır. (elmin gəlişməsi bunun ən yaxşı örnəyidir.) 

bilginin artması isə gələnəksəl intizamı gec-tez laxladır. Əvəzində pərişan düşüncə bizi 

heç bir yerə aparıb çxarmır. Ona uzun sürə meydan verirsək yenə də heç bir etki 

bağışlamayacaq." 

4- Doğrudur, postmodernizm ağılın klasik anlamına inanmır, ciddi və saray sənətinə 

istehza gözü ilə baxır. Amma bu onun gülünc mahiyyətinə dəlalət etmir, insan 

toplumunda yayğın olan və klasik filosofların gözündən yayınmış fenomenlərə diqqətlə 

baxmağını göstərir. Karl Popper kimi ağılçı (rasionalist) bir filosofla Rolan Bartın ötəri 

müqayisəsində görürsənki klasik ağılçılıq ideoloji mahiyyət daşıyaraq nə qədər 

xolyalarda yaşayır. Elə bir filosof "liberalizm" deyə, kəsik baş kimi deyinərək gündəlik 

yaşamın acı gerçəklərindən uzaqlaşır. əvəzində Bart kimi bir düşünər hətta günaşıra 

yediyimiz yeməklərcə bizə yaxınlaşır.Unun yeməklərin quruluşuna göz qoyması təsadefi 

deyil. Baxmayaraq ki, bütün bunlar postmodernizmə bəraət qazandırmır, çünki bu 

anlayışda qəribə şarlatanlıqlar görənlər az deyildi. Örnəyin, Lu İrigari deyəndə ki, "Nitşe 

özünü (egonu) hər an partlayacaq atom çəkirdəyi timsalında görürdü," çoxları pıqqılti ilə 

gülüşürlər. Nə yazıq ki, bu görüşlərin bəzisi doğrudur, gülüşlər isə yersiz deyil. 

5- Postmodernizm barəsində danışmağa mənim səlahiyyətim geniş deyil. Hətta burda 

söylənməsi gərəkli olmayan nədənlərə görə, bu axımın bəzi öncüllərindən, örnəyin 

Budriar və ya Doluzdan xoşum gəlmir. Maraqlı düşüncəni daha çox Hans Gadamer, Pol 

Rikor, Riçard Rorti və Yürgen Habermasda görürəm. Bilirəm romantizmin ağlağan 

insani quruluşçuluq qəbristanlığında gömüldüsə, azadlıq və ixtiyar simgəsi olan öznə 

(subyekt) də unun xaçında çarmıxa çkildi. Başqa sözlə, tarixi irəli sürüyən insan

toplumun və toplumdakı quruluşların əsirinə çevrildi. Mişel Fuko zehnimizi 

barlandırmaq istəyirdi, bizi "həqiqəti qondaran güc" və "bağmsızlığımızı hədələyən 

ideologiya" önündə güllə batmaz etmayə çalışirdı. Lakin hərdən şaşıram ki, o böyüklükdə 

bir adamın fikri tapıntıları qismən də olsa niyə paradoks üzərində qurulmalıdır? Məcazi 

həqiqət (hiper nreality) barədə sevimli Budriarın su lilləndirməsi bizə dərin bəsirət 

bağışlasa da, öznənin yenilgisinə gətirib çıxarır. Ancaq Jak Derrida kimi nəhəng bir 

filisofdan xoşum gəlmir desəm, bu işim Don Kixotun yel dəyirmanı savaşına getməsinə 

bənzəyəcək. 

6- Postmodernizmə ögey yanaşmıram. əsasən Azərbaycan respublikasında 

postmodernizm baresində gedən ilk ciddi məqalə 1997-ci ildə başçılıq etdiyim Cahan 

dərgəsində yer alıb. O zaman bu məqalə vaxstından daha ertə işıq üzü gördüyü üçün 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

22 


qürbətə düşdüsə, 2000-ci ildən başlayaraq partlayış nöqtəsinə gəlmiş postmodernizm 

dartışmaları qızışmağa başladı. Hər şey də elə burdan korlandı. Ərsəyə gəlmiş yeni 

yazıçıların bəzisi düşmənlərini sıradan çıxarmaq üçün yazdıqları əsərin alnına 

postmodern möhürü basdılar. Postmodernizmlə əlaqəsi olmayan və ya onunla anlaşılmaz 

və gizli ilgilərdə! bulunan bu əsərlər çağdaş  bir axımla tanışlıq imkanını əlimizdən 

aldılar. Burda məqsədim H. Herisçinin postmodern damğasını daşıyan "Nekroloq" 

romanı deyil, çünki Azərbaycanda bu axımla tanış olan adamlara barmaq uzatmaq 

istəsəm onun da adını çəkərəm.  

Əlimizdən uçub getmiş imkana qayıdaq: postmodeernizm fəlsəfi, ədəbi və bədii bir axım 

olaraq Qərb uyğarlığının son elektron mərhələsinin özülündə dayanır. Belə bir önəmli 

fenomenə göz yummağın bahası faciə qədər böyük ola bilər. Qərb pratik baxımdan ağır 

sənaye mərhəsindən (yəni modernizmdən) yüngül informasia və bilgisayar mərhəsinə 

(yəni postmodernizmə) addımlamışdı. Bu adlayışın geniş nəzəri dayaqları var. 

Postmodernizmlə tanışlıqdan yan keçmək və ya onu yanlış, ötəri, sərsəri və dayaz 

biçimdə tanımaq bu nəzəri bazaya etinasız yanaşmaqdır. Açığını deyim: cəhlə etiraf 

etməyin qorxusu bizi pis günə qoya bilər. 

7- vaxtı itirsək də çıxılmaz yoldsa deyilik. Əxlaqi öyüd verməyə səlahiyyətim olmasa da 

deməliyəm: Bir az alçaq könüllü, bir az ciddi, bir az düşüncə hərisi, bir az da bəsirət 

vurğunu olsaq bəşərin fikri tapıntıları ilə tanışlıq o qədər də çətin olmayaca. Ancaq 

postmodernizm kimi geniş, çox şaxəli,  dərin və çox anlamlı axıma bir mənalı yanaşmaq, 

və onu gələcəyin düşüncəsi adına təpədən dırnağa mənimsəmək olduqca yersiz olacaq. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

23 


Fayaz Çaqani 

 

"Postmodernizm" 

 

Son zamanlar hər kəs postmodernizm barəsində danışır. Tərəfdarlarının əksəriyyəti onu 



akademik düşüncədə azadlıq qüvvəsi kimi qarşılayır. Onlara görə, postmodernizm bizləri 

istənilən zəhlətökən rasionallıq, loqosentrizm, avrosentrizm və sairlərdən azad edə 

biləcək çoxdan arzulanan xilas yoludur. Lakin bununla bərabər postmodernizmin çoxlu 

opponentləri də vardır. Onlar postmodernizmi Qərb intellekt ənənəsinin naşükür körpə 

kabusu kimi dəyərləndirilər. Ona görə ki, postmodernizm relyativist (bütün bilikləri nisbi 

qəbul edən, buna görə varlığın obyektiv surətdə dərk oluna bilməsini inkar edən 

təmayül), nihilist mövqe ortaya qoyur və hər şeydən pisi budur ki, bütün adət-ənənələrə 

qarşı çıxır. Məqsədim burada postmodernizmin qısa və aydın izahını verməkdir. 

Yanaşmam ümumi götürdükdə təəssübkeşlik prizmasından  olacaq. Ona görə ki, mən 

postmodernizmin bir çox təmayülləri ilə razıyam və belə düşünürəm ki, postmodernizmin 

əksər əleyhdarları ona tələm-tələsik qiymət verirlər.  

Yaxşı, nədir postmodernizm? Bu son dərəcə çətin sualdır, çünki postmodernizm 

termininə çoxlu mənalar verib onu müxtəlif aspektlərdən izah edirlər. Postmodernist 

hesab olunan əksər ziyalılar belə bu adı qəbul etməyi öz üstlərinə götürmürlər. Hətta onu 

qəbul edənlərin də postmodernizmə yanaşma tərzi fərqlidir. Mən belə hesab edirəm ki,  

"nədir postmodernizm?" sualına qismən də olsa aydınlıq gətirmək üçün iki yol vardır. 

Birinci yol problemə yanaşmanın antipostmodern yoludur  və bu yol postmodernizmin 

tarixi inkişafını təsbitləyir.  Digər yol isə fəlsəfi (və ya antifəlsəfi) mövqeli kortəbii 

postmodernist hesab olunan düşünərləri müəyyənləşdirməkdir. Burada hər iki yolu 

birlikdə incələməyə cəhd edəcəyəm. 

 

Postmodernizmin geneologiyası 



 

Postmodern mütəfəkkirlərin əksəriyyəti  fransızdır. Bəziləri onun kökünü Əlcəzair 

Müstəqillik Müharibəsində və ya xalq arasında mini-inqilaba səbəb olmuş  1968-ci ilin 

may Paris  tələbə  iğtişaşlarında axtarır. Həqiqətən də, bu hadisələr əksər 

postmodernistlər üçün mühüm əhəmiyyət kəsb edir. Buna baxmayaraq, biz modernizmə 

(və onun dəlil ilə sübüt etmə, rasionallıq, elmilik, obyektivlik, proqres və s. kimi 

prinsiplərinə) hərtərəfli antipatiyanın Fridrix Vilhelm Nitsşenin əsərlərində 

formalaşdığını görürük. Burada Nitsşeni müzakirə etmək çox vaxt aparardı. Ona görə də  

daha yaxşı olar ki, "Zərdüşt belə demişdir" əsərindən onun antimodernizm mövqeyini 

ifadə edən sitat gətirək: 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

24 


"Ey insanların ən müdriki, səni nə vadar edir, səndə nə belə həvəs doğurur ki, sən 

"iradəni həqiqətə" çağırırsan? Bütün varlığın dərk edəni iradədir! Ona görə də mən sənin 

iradəni səsləyirəm! Hər şeydən öncə, sən sağlam inamsızlıqla, şübhələrinlə bütün varlığı 

dərk etmək istəyirsən, əslində, bu ağlasığandımı? Əslində, o gərək  bütün gücünü sərf 

edib özünü sənə uyğunlaşdırsın! Belə iradəyə iradən qabildir.  O gərək ağlın güzgüsü və 

əks etdirəni kimi cilalı, tabe olan ağıl olsun. Ey insanların ən müdriki, sənin  iradən belə 

olmalıdır. O, səni güclü olmağa aparan iradədir. O sənin yaxşılıq, pislik söhbətlərindən 

də cilalıdır. Sən qarşısında diz çökülə biləcək  dünya yaratmaq istəyirsən: bu sənin son 

məqsədin,  arzun və həvəsindir". 

Postmodernizmin spesifik geneologiyasının inkişafında mühüm rol oynamış 

mütəfəkkirlərdən biri də Martin Haydegerdir. Onun əsərləri modernist özündənəminliyə 

qarşı Nitsşe hücumlarının davamıdır: 

"...hər hansı bir şey barəsində fikir onun səbəbini biləndən sonra doğur, eşq olsun  

əsrlərə, düşüncənin inadcıl düşməninə". 

Migel Fukonun da yaradıcılığını burada nəzərdən qaçırmaq olmaz. Əsərlərini uzun-uzadı 

şərh etməkdənsə, ondan daha kəskin sitat gətirəcəm: 

"Ayinlərimizin nə üçün  tamamilə atributiv, istehzalı, yorucu oyunlarla dolu olmasının, 

çirkli, uzunsaçlı və saqqallı olmağın, oğlanın qıza bənzəməsinin yaxşı əlamət 

sayılmasının  səbələrini  bilməkdən ötrü onları nəzərdən keçirmək lazımdır. Biri gərək bu 

ayinləri məsxərəyə qoyub onları  ifşa hədəfinə çevirsin, onları kökündən dəyişdirib  bizi 

əsarətdə saxlayan bu sistemi ləğv etsin. Məni narahat edən elə  budur. Mən əsərlərimdə  

məhz buna nail olmaq üçün çalışıram". 

Haqqında danışacağım sonuncu şəxs bəlkə də postmodernizmin kuliminasıyası və 

mücəssəməsidir. O, J. Derridadır. Onun əsərlərinin əksəriyyəti mahiyyətcə  

anlaşılmazdır. Bunun səbəbi Derridanın dilin sonsuz məna oyunu və dinamikliyini nəzərə 

çarpdırmaq istəməsidir. Ümidvaram ki, Derridadan gətirdiyim aşağıdakı nümunə 

anlaşılan olacaq:  

"Metafizika – Qərb mədəniyyətini əks etdirən ağ mifologiyadır. Ağ kişi öz idiomu olan 

"mif"ə, Hind-Avropa mifologiyasına, "loqos"una yiyə durur. Bu  ümumbəşəri model 

üçündür. Lakin bunun üçün o, hələ də  Səbəbi geri çağırmağı arzulamalıdır". 

Derridanı poststrukturalist də adlandırırlar. Ona görə ki, bəziləri postmodernizmlə 

poststrukturalizmi sinonim hesab edir. Məncə, bunlar arasında bircə fərq vardır. Belə ki, 

postmodernizm modernizmin rasionalizm, elmilik və obyektivlik prinsiplərini kəskin 

surətdə inkar edir. Poststrukturalizm isə dilin universal strukturları vardır ki, həyat və 

düşüncə faktorunu köklü surətdə müəyyən edən də bu strukturlardır prinsipini iddia edən 

strukturalizmə qarşı çıxır. Derridaya görə, bu hər iki cərəyanın Qərb intellekt ənənsinin 

əksər prinsiplərini rədd etməklə gəldiyi nəticə qismən üst-üstə düşür. 

1   2   3   4   5   6   7   8   9   ...   58


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə