Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 3.88 Mb.
PDF просмотр
səhifə14/58
tarix29.11.2016
ölçüsü3.88 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   58

Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

95 


icma istiqamətini üstələmişdir. Amerikan sisteminin belə bir nəticəyə gəlib çıxması 

təsadüfi deyil. Ancaq onu heç cür qaçılmaz adlandırmaq olmaz, və o, heç də 

demokratiyanın məcburi nəticəsi deyildir. Konstitutsiyaların tədqiqatçısı Meri Enn 

Qlendonun qeyd etdiyi kimi, ABŞ, yalnız özünəməxsus bu cür Avropa 

demokratiyalarından tamamilə fərqli olan, "hüquqlar dilinə" malikdir. Bu liberal 

amerikan dialekti asiyalıların çoxunun ağlında per se demokratiya ilə səsləşməyə 

başlamışdır. 

Beləliklə, liberal demokratiyanın taleyini müəyyəndirməyə kömək edəcək mübarizə 

institutların hansı təbiətdə olmasına görə aparılmayacaqdır, çünki artıq bu məsələ barədə 

bütün dünyada xeyli dərəcədə konsensus əldə edilmişdir. Əsl mübarizə vətəndaş 

cəmiyyəti və mədəniyyət səviyyələrində gedəcəkdir. Öz avtoritar keçmişlərindən doğulan 

yeni demokratik dövlətlər üçün bu sferaların tənqidi əhəmiyyət kəsb etdiyi çoxları 

tərəfindən etiraf olunur. Ancaq, hazırda ABŞ-da baş verən "mədəniyyət müharibələri" 

göstərir ki, vətəndaş cəmiyyətinin sağlamlığı və dinamikası çoxdan mövcud olan və açıq-

aşkar stabillik dövrünü yaşayan demokratik dövlətlərdə də problematik məsələ olaraq 

qalır. 


 

Dilimizə çevirdi: T.İmranoğlu 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

96 


Jorj Polti 

 

"Bütün dünya ədəbiyyatı bir konspektdə - 36 dramaturji situasiya..." 

 

 



Səlim Babullaoğlu. ―36 dramatik situasiya‖ və ya bəşər günahlarının təsnifatı ..." 

 

Poltinin adı sənət tarixinə qızıl hərflərlə yazılıb. O, "36 dramaturji situasiya" adlı 



tədqiqatında 1200-dən çox dram əsərini sərf-nəzər eləmişdi. Jorj Poltinin əsəri zamanında 

və demək olar bütün proqressiv dünyada olduqca böyük diqqət cəlb eləmişdi. O, bütün 

ədəbiyyatda mövzu və süjetlərin 36-dan çox olmadığını söyləyirdi... 

 

POLTİ KİMDİR?  



 

Bizim hamımız bu dünyaya təcrübə qazanmağa və onu bölüşməyə gəlmişik: təcrübənin 

işarəsi, lazımlılığı dartışıla bilər.  

Bunu həyatıyla yanaşı əyani fəaliyyətə çevirənlər, dolayı yolla, bu işi iki dəfə görənlər 

yazıçılardır. 

Və bizim hamımız dəfələrlə hər bir yazıçının təkcə həyat və mütaliə təcrübəsinin bədii 

əsərdəki əksi ilə deyil, həm də yazıçılıq, yazı, ―mətbəx təcrübəsini‖ bölüşən yazılarıyla da 

rastlaşmışıq.  

Nüfuza çevrilmış, təsdiqini tapmış bir çox yazıçı və şairlər olub ki, ―kitabı necə 

oxumalı‖, ―gənc yazıçıya tövsiyyələr‖, ― düzgün oxu qaydaları‖, ―dünya ədəbiyyatı 

kitabxanası‖ və sair bu kimi esselər, məqalələr yazıblar.  

Belə yazıların praktik tərəfi bir yana, amma etiraf edək ki, onlar ən azı sevdiyimiz 

yazarlarla daha yaxın tanış olmaq imkanı verib bizə.  

 

―Təsnifləşdirmə-dərketmənin ən ali növüdür‖ 



          M.Plank 

 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

97 


―Təzə söz yazsan,  

onun təzəliyinə inansan,  

sonra da təzə sözlər olmur deyib  

gülsən, ağlasan,  

görəcəksən ki, sən daha maraqlısan…‖ 

 

           Bir şeirdən 



 

Məsələn, yəqin bir çoxumuz Hessenin, Borxesin və Brodskinin tərtib etdikləri ―Dünya 

ədəbiyyatı kitabxana‖larını maraqla oxumuşuq, bəlkə müqayisə belə eləmişik.  

Bu tip yazılar, bizi ən azı ―lazımsız kitabları oxumaq‖ yükündən qurtarıb, yaxud da ―əsas 

kitabları müəyyənləşdirməkdə‖ əvəzsiz kömək göstərib.  

Siyahını uzatmaq olarsa da bunu hər kəs qoy, oxucu kimi və fərdi qayda da eləsin.  

Hər bir adam ya şüurlu, ya da intuitiv olaraq ―əvəzolunmazlığını‖ hiss edir, bu hissin 

təminatçısı onun diriliyi, yalnız ona aid olan ömrüdür.  

Yazıçını isə həmin o ―hər bir adamdan‖ fərqləndirən bu əvəzolunmazlığı, təcrübəni dilə 

gətirmək imperativinin gücüdür.  

Yaradıcılığın erkən çağında bu güc yazanın gözlərini o qədər tutur ki, o, özündən əvvəlki 

irsin fərqində olmur(hərçənd tərsini düşünür), yaxud olmaq belə istəmir. 

Sonra isə nağıllardakı kimi üç yol ayrılır: biri qrafomaniyaya, biri susqunluğa, o biri isə 

ecazkar və yeni üsluba aparıb çıxarır.  

Bütün izmlər, konsepsiyalar, cərəyanlar, məktəblər həmin sonuncu yolboyu baş 

verənlərdir.  

Yalnız o yolun yolçuları şüurlu şəkildə anlayırlar (bu yerdə mən çox sevdiyim fikri bir 

dəfə də sitat gətirmək məcburiyyətində qalıram) ki, bir şey heç nəyə bənzəmirsə - o 

yoxdur (Pol Valeri) və bizim hamımızı əlifba kitabından plagiatda nə qədər desən ittiham 

eləmək olar. 

Görünür, dünya teatr tarixində dərin iz buraxmış, fyabların (fiabe) yaradıcısı olan Karlo 

Qozzini də ( Carlo Gozzi -1720-1806; görkəmli italyan dramaturqu, teatrşünası, məşhur 

əsəri ―Turandot‖ ) həmin bu məsələ ciddi şəkilə düşündürübmüş.  

Əks-təqdirdə, Höte (Johann Wolfgang von Goethe - 1749-1832; görkəmli alman şairi

filosofu və dövlət xadimi) o vaxta qədərki bədii-dramaturji irsi nəzərdə tutaraq bu sözləri 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

98 


deməzdi- onun vəfalı katibi Ekkerman yazır: ― ...Sonra Höte Qozzi və onun Venesiya 

dell‘arte teatrını xatırladı, orda aktyorlar müəllifdən yalnız süjeti alırlar, qalanı 

improvizədi.  

Qozzi hesab edir ki, yalnız 36 faciəvi situasiya var; Şiller (Johann Christoph Friedrich 

Schiller (1759-1805); görkəmli alman şairi, filosofu) daha çox olduğunu sübut eləmək 

üçün xeyli əziyyət çəkdi, amma heç 36-nı belə müəyyənləşdirə bilmədi‖ (bax: 

İ.P.Ekkerman ―Höteylə söhbətlər‖, Academia-1934 (Moskva) , səh. 495, 803). Venesiya 

teatrının tamaşaçısı olan Höte Qozziylə görüşmüşdümü? Və bu məsələ şəxsi söhbətdəmi 

danışılmışdı?  

Bəlkə Höte Qozzinin hansısa tədqiqatını oxumuşdu? Bu sullara indi cavab vermək 

çətindi. Amma bir şey yəqindi ki, problem çoxlarını düşündürüb və bu gün də rahat 

buraxmır. 

Məsələn, 2003-cü ildə Rusiyanın Bates VİAG agentliyinin reklamçıları müasir reklam 

reallıqlarını-çarxları, xəbərləri araşdırıb bu qənaətə gəldilər ki, bütün reklamları ―30 süjet 

və mövzu‖ deyə ümumuləşdirmək olar.  

Düşünülə bilər ki, reklamçıların məsələyə nə dəxli var? Amma sənət olub-olmamasını 

kənara qoysaq, reklam filmləri və ya çarxlarının kinodan ayrılmış bir qol olduğu kimsə 

də şübhə doğurmaz; kino isə özünə qədər poeziya→dramaturgiya→nəsr yolunu 

keçmişdi.  

Günümüzdən bir az əvvələ qayıdaq. 1972-cı ildə, Qozzidən 150 il sonra bu məsələdə ən 

təəccüblü mövqeni Borxes (Jorge Luis Borges -1899-1986; görkəmli argentina şairi, 

nasiri, esseisti , publisisti) ortaya qoymuşdu, adını ―Dörd hadisə‖ kimi də tərcümə etmək 

mümkün olan ―Los cuatro ciclos‖ başlıqlı kiçik hekayəsində o yazırdı: ― Cəmi dörd 

əhvalat var.  

Onlardan biri, ən qədimi istehkama çevrilmiş şəhər haqqındadı : şəhərə hücum edirlər və 

qəhrəmanlar onu qoruyur (Troya- S.B)... İkinci birinci ilə bağlıdı, qayıdış haqqındadı 

(Odissey- S.B.)...Üçüncü- axrarışdı, onu əvvəlkinin başqa variantı saymaq olar (Yason- 

S.B.) ... 

Üçüncü müqəddəsin intiharı, özünü qurban verməsi haqqındadı (Odin, Atis- S.B.)...  

Əhvalatlar cəmi dörddü. Və nə olur olsun, biz yalnız həmin hadisələri bu və ya başqa 

şəkildə nağıl edəcəyik.‖ 

İndisə daha əvvələ qayıdaq. Qozzi tərəfindən ilk dəfə söylənilən, bəlkə də yazılan, 

zamanında Höte tərəfindən lazımınca qiymətləndirilən, əslində elə ―Höteylə söhbətlər‖ 

kitabıyla unudulmayan, uzun onillər sonra yenidən dövriyyəyə buraxılan məsələ Jerar de 

Nervalı (Gerard Labrunie de Nerval -1808—1855; romantik məktəbə mənsub tanınmış 

fransız yazıçısı, şairi və dramaturqudur) da məşğul etmışdi, amma Nervalın da 

hesablamaları 30-dan o yana keçməmişdi, hətta bəzi mənbələrə görə 24-dü.  


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

99 


 

Problemi adını sənət tarixinə qızıl hərflərlə yazmış Polti çözmüşdü. O nəyi müəyyən 

etmişdi? Hələlik həyatı və bioqrafiyasıyla bağlı onsuz da kasad məlumatlar olan müəllifi 

bir kənara qoyub onun bütün ədəbiyyatın süjet- mövzu təsnifatını vermiş ―36 dramatik 

situasiya‖ əsərinə , daha doğrusu əsərdən çıxarışa- qısa siayhıya nəzər salaq: 1) yalvarış; 

2) xilas; 3) cinayət əvəzinə intiqam; 4) bir qohumdan digər qohuma və ya qohumlara 

görə intiqam; 5) təqib; 6) qəfil bədbəxtlik; 7) özgə qəddarlığının və bədbəxtliyinin 

qurbanı; 8) qiyam; 9) cürətli cəhd; 10) qaçırılma; 11) sirr, və ya tapmaca; 12) bir şeyin 

əldə olunması və ya məqsədə çatma; 13) yaxınlara nifrət; 14) yaxınların rəqabəti; 15) 

qətlə aparıb çıxaran adyülter ( zina, vəfasızlıq) ;16) ağılsızlıq və ya dəlilik; 17) nəhs tale 

yazısı ; 18) məhəbbbətə görə biixtiyar cinayət; 19) zorən yaxın adamın qatilinə 

çevrilmək; 20) ideal naminə özünü qurban, fədailik; 21) yaxınlarına görə özünü qurban 

vermək; 22) ehtiras üçün hər şeyi qurban; 23) qaçılmazlıq və vacibat üzündən yaxın 

adamın qurban verilməsi; 24) bərabər olmayanların rəqabəti; 25) yenə adyülter (zina, 

vəfasızlıq, xəyanət); 26) məhəbbət cinayətləri; 27) doğma və ya sevimli insanın 

şəərəfsizliyindən xəbər tutmaq; 28) sevgi maneələri və ya əngəlləri; 29) düşmənə sevgi; 

30) şöhrətpərəstlik və hakimiyyət sevgisi; 31) Yaradana üsyan; 33) məhkəmə səhvi; 34) 

vicdan əzabı; 35) itirilən və tapılan; 36) yaxınların itkisi 

 

İndisə gəlin təsnifata uyğun bəzi əsərləri xatırlayaq: Şekspir -―Hamlet‖(4) ; Şiller-



―Quldurlar‖ (5); Molyer -―Don Juan və ya Esxil- ―Zəncirlənmiş Prometey‖(5,31); Zolya-

―Pul‖və ya Anfons Dode -―Tartarenin sonu‖(6) Şiller-― Vilhelm Tepl‖ və Zolya -

―Jerminal‖ (8); Esxil- ―Prometey-od oğrusu‖, Jül Vernin bir çox macəra romanları (9); 

Mopassan- ―Pyer və Jan‖ (14); Qonkur -―Əxlaqsız Eliza‖(16); Esxil, Sofokl, Kornel və 

Volterin ―Edip‖i(18) ; Hüqo- ―Kral şənlənir‖ (19); Tolstoy -―Dirilmə‖(20); Qonkur- 

―Zemgano qardaşları‖(21); Şekspir- ―Antoni və Kleopatra və ya Puşkin- ―Misir 

gecələri‖(22) Esxil- ―İfiqeniya‖və ya Hüqo ―93-cü il‖ (23); Şiller- ―Mariya Stüart‖(24); 

Flober- ―Madam Bovari‖ və ya Tolstoy- ―Kreyser sonatası‖ (25); Sofokl - 

―Fedra‖(26);Şekspir- ‖Romeo və Cülyetta‖(29), Şekspir- ‖Maqbet‖ və ―III Riçard(30); 

Şekspir-.‖Otello‖ (32) ;Dostoyevski- ―Cinayət və cəza‖ (34); Jül Vern- ―Kapitan Qrantın 

uşaqları (35) 

Bu siyahıya əlbəttə ki müvafiq bölmələrə uyğun olaraq, Servantesin ―Don Kixot‖unu, 

Dümanın ―Üç müketçi‖sini, Rablenin ―Qarqantua və Pantaqrüel‖ini, Dostoyevskinin 

―Anna Karenina‖sını, Tolstoy, ―Tövbə‖sini, Çexovun ―6 saylı palatasını‖, Qorkinin 

―Ana‖sını, Strinberqin ―Tənha‖sını, Hessenin ―Yalquzağ‖ını, Hamsunun ―Viktoriya‖ və 

―Pan‖ını, ―Kafkanın ― Hökmü‖nü, Bekketin ―Qodonu gözlərkən‖ini, Kamyünün 

―Yad‖ını, ―Sartrın ―Divar‖ını, Oruelin ―1984‖ünü, Nabokovun ― Edam kötüyü‖ və 

―Lolita‖sını, Pinterin ―Məşuq‖unu, daha nələri və nələri əlavə eləmək olar. Hətta bütün 

dünya ədəbiyyatını. 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

100 


Şəxsən mən mövzu və ya situasiya başlıqlarına təkrar baxdıqca, kursoru aşağı yuxarı 

çəkdikcə yaddaşımı zorlamadan milli ədəbiyyatımızdan bir çox nəsr və dram əsərlərini, 

filmləri xatırlayırdım: ―Nadanlıq‖, ―Şamdan bəy‖, ―Nadir Şah‖, ―Xırs Quldurbasan‖, 

―Hacı Qara‖, ―Sevil‖, ―Almaz‖, ―Oqtay Eloğlu‖, ―Dağılan tifaq‖, ―Ölülər‖, ―Topal 

Teymur‖, ―Şeyx Sənan‖, ―İblis‖, ―Leyli Məcnun‖ və ümumiyyətlə Nizaminin ―Xəmsə‖si 

, ―Əli və Nino‖, ―Qətl günü‖, ―Qılınc və qələm‖, ―Məşhər‖, ―Ömür urası‖, ―Babək‖, 

―Nəsimi‖, ―Bizim Cəbiş müəllim‖, ―Gün keçdi‖, ―Dədə Qorqud‖,―Beşmərtəbəli evin 

altıncı mərtəbəsi‖, ―Qayınana‖, ―Əhməd haradadır‖, ―Onu bağışlamaq olarmı?‖ və sair və 

ilaxır... Siyahını hər kəs daha böyük, daha intizamlı təsəvvür edə bilər deyə qaıyıdıram 

Poltiyə. 

―36 dramatlk situasiya‖ dan başqa daha bir məşhur tədqiqatı- ―Rəmzləri kəşf etmə sənəti‖ 

ilə xatırlanan fransız yazıçısı, sənətşünası və teatr xadimi Jorj Polti ( Georges Polti ) 

1868- ci ildə anadan olub, zamanında kifayət qədər tanınıb, xüsusən sürrealistlərlə 

yaxınlığı ilə seçilib.  

Ölüm tarixi haqqında dəqiq olmayan müxtəlif məlumatlar var .  

Qardaşı Jülyen Polti ( Julien Polti ; 1877-1953) dünya çapında tanınmış memar olub. 

1896-cı ildə fransızca çap olunan ―36 dramatik situasiya‖ 1916-cı ildə ilk dəfə ingilis 

dilində çap olunub. Sonradan Fransanın, İngiltərənin və ABŞ-ın ―Fayard‖, ―Gallimard‖, 

―Penguin‖, ―Ridgewood-New Jersey‖ və başqa nəşriyyatları, elmi mərkəzləri tərəfindən, 

eləcə də onlarla dildə və interpretasiyada, gah ―situasiyalar‖, gah ―süjetlər‖, gah 

da―motivlər‖ deyə nəşr olunur, xatırlanır.  

Hərçənd akademik ədəbiyyatşünaslıq ―situasiya‖, ―süjet‖, ―motiv‖ kateqoriyalarnı dəqiq 

sərhədlərlə ayırsa da onların arasında şərti bərabərlik işarəsi qoymaq da olar. Amma yenə 

də ―dramatık situasiyanın- personajdan güclü vəziyyət‖ kimi səciyyəsi nəzərə alınaraq 

məhz ―sitauasiya‖ sözünə üstünlük verilib, necə deyərlər, məhz ―situasiyada hər şey 

özünü faş edir‖.  

Başqa tərəfdən, bu təsnifatın banisi hesab olunan Qozzinin Höte tərəfindən sitat olunan 

fikrində ―faciəvi situasiyadan‖ danışılırdı ki, görünür ―dramatik‖ sözüylə Polti bir 

tərəfdən faciəviliyi, digər tərəfdən isə bütövlükdə ―janrı‖ nəzərdə tuturdu .  

Hər halda o öz tədqiqatında 1200-dən çox dram əsərini sərf-nəzər eləmişdi. 

Jorj Poltinin əsəri zamanında və demək olar bütün proqressiv dünyada olduqca böyük 

diqqət cəlb eləmişdi. Voloşin ( Maksimilian Voloşin (1877-1932); görkəmli rus 

şairi,tərcüməçisi, rəssamı, ədəbiyyatşünası və ictimai xadim) ölümünə bir neçə ay qalmış 

qeydə aldığı gündəliklərində 1916-20 –ci illərə təsadüf edən Paris günləri və Jorj Polti 

haqqında yazırdı: ―...  

O axşam, daha əvvəllər ―36 dramatik situasiya‖ əsərinin müəllifi kimi tanıdığım Jorj Polti 

ilə tanış oldum.  


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

101 


 

Bilirdim ki, bu adam ―Hötenin Ekkermanla söhbətləri‖ kitabına əsasən bir mətləbin izinə 

düşmüş , onu tapmış və sübut eləmişdi. Belə ki, həmin kitabda Höte Qozziyə istinad 

edərək bütün ədəbiyyatda mövzu və süjetlərin 36-dan çox olmadığını söyləyirdi.  

Amma Karlo Qozzinin işləri arasında belə bir araşdırmaya heç kim rast gəlməmişdi.  

Polti bunun doğru olduğunu sübut etmişdı və belə çıxırdı ki, həmin yazıları tapmışdı...  

Polti mənə həm də ―Merkür‖ün köhnə saylarındakı "gemographia‖- qanın təsviri və 

təhlili ilə bağlı yazılarından danışdı. O axşam biz görüşdük.  

Şekspirdən, Bodlerdən, dramatirji təcrübədən danışdıq, o mənə bəzi yazılarının surətini 

hədiyyə elədi...‖ 

İnqilaba qədərki ―Teatr və incəsənət‖ jurnalında, ―Paris məktubları‖nın birində 

A.V.Lunaçarski (Anatoli Vasilyeviç Lunaçarski (1875-1933; rus-sovet yazıçısı, 

tərcüməçi, publisist, sənətşünas, akademik, maarif naziri, siyasi xadim) 

yazırdı : ―Hötenin Ekkermanla söhbətləri‖ndə ― Qozzi, cəmi 36 faciəvi situasiya 

olduğunu iddia edir, özü də Şiller də bunun üzərində çox baş sındırıb və nəhayət 

razılaşıb‖. Bu olduqca impozant məqamdı . Qozzi XVIII əsrin ən itizəkalı, hazırcavab 

yazıçılarındandır.  

Və birdən Höte, Şiller kimi dramaturqlar ilk baxışdan məhdud görünən bu rəqəmlə 

razılaşırlar. İndi Polti bunu təsdiq edir, adlarını verir, özü də xeyli sayda keçidlər və 

variantlar sadalayır.  

O bunu necə hesablayıb? Bütün dövrlərdən və ədəbiyyatlardan olan 1200 dramaturji əsəri 

təhlil edib, bölmələrə, başlıqlara ayırıb, 8 000 -ə yaxın personajın taleyini 

izləyib,ümumiləşdirmə aparıb. 

Əlbəttə, o burda heç bir mistik və kabbalistik bir şey görmür və bilir ki, onunla asanlıqla 

razılaşmamaq da olar, bəzi variant və varisasiyaları birləşdirmək olar.  

Hər necə olur-olsun, deməli bütün dəyişmə cəhdləri 36 rəqəminin ətrafında baş verəcək.  

Mən Poltinin siyahısını göz atıb onu yoxlamaq istədim. Amma təxəyyülümü necə zora 

salmağa cəhd etdimsə də başa düşdüm ki, yeni şərait deyə tapdığım təzə situasiya artıq 

müəllif tərəfindən başqa bir əsas variantın törəmə variasiyası kimi nəzərə alınıb.Şiiler 

təvazökarlıqla tapdığı əsas situasiyaların heç 30-a çatmadığını deyirdisə, Polti onu 

ustalıqla, bəzən bir məqamı, notu iki, hətta üç dəfə bu və ya başqa variantda qeyd edir. 

(...) Bütün ziddiyyətli tərəfləri ilə yanaşı kitab olduqca diqqətəlayiq və lazımlıdı.‖ .  

Polti təsnifatının ixtisarla təklif olunan rus variantını təqdim etməmişdən əvvəl Belyanski 

və Vdovenko bunları da qeyd eləməyi unutmurlar: ―  



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

102 


Nəzərə almaq lazımdır ki, Poltinin təqdim etdiyi süjetlər yox, motivlər, şəraitlər, 

situasiyalardır... 

Polti tədqiqatının zəif yeri məncə onu tarixdənkənar, tarixilikdən kənar olmasındadır.  

Ona görə də bu gün elə şəraitlər var ki, onlar, necə deyərlər, ya ―səslənmirlər‖, ya da 

başqa keyfiyyətdə, özgə cürə görünürlər. İnsan, onun dünya görüşü, qanunlar, ailə və 

nigah münasibətləri, onu tənzimləyən hüquq indi tamam başqadır.  

İşin digər zəif yeri,Lunaçarski tərəfindən doğru qeyd olunan kimi, vahid təsnifat 

prinsipinin olmamasıdır, təsnifatında o olduqca azad davranıb, bəzən bir situasiyanın 

variantları özləri müstəqil variantlar kimi çıxış edə bilərlər.‖ 

―İstənilən təsnifatdakı səhvlər əşya və hadisələrin təbiətinə, səciyyəsinə təsir etmirsə də, 

nəzəriyyənin və onun dərkinin də inkişafına mütləq təsir edir‖ (A.Mirzəcanzadə) - bu 

məqam nəzərə alınmaqla Poltinin günümüzədək dartışılan tədqiqatı böyük ehtimalla 

ədəbiyyat durduqca, yazıldıqca öz aktuallığını saxlayacaq, imrpovizə olunacaq, təsdiq və 

inkar ediləcək, ixitisar və əlavələrə məruz qalacaq.  

Çünki bəşər yaradıcılığı olan ədəbiyyatın məhvərində elə insanın özü dayanır.  

Səhvləri və günahlarıyla. Əlbəttə Poltinin əsəri bədii və analitik təfəkkür üçün yeni 

ideyalar və perspektiv vəd edir amma şəxsən mənim üçün Polti ―bölgüləri‖ yalnız bir 

əsas məqamıyla maraqlı oldu. Anladım ki, bir çox məsələlərlə olduğu kimi bu bölgünün 

də əsasında yenə üç böyük səmavi kitabda əksini tapan, həzrəti Musaya Sinada bəxş 

olunmuş qadağa-qanunlar (dekaloq), həzrəti İsanın ―Dağdakı moizələri‖, həzrəti 

Məhəmmədin insanları tez-tez saqındırdığı böyük günahlar durur. Və Polti tədqiqatının 

doğru adı bəlkə ―Bəşər günahlarının təsnifatı‖ ola bilərdi. 

 

 

 



 

 

 



 

 

 



 

 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

103 


Jorj Polti 

 

36 dramaturji situasiya 

 

1. 



Yalvarış. 

 

Siutasiyanın elementləri: 1) təqibçi; 2) təqib olunaraq kömək, sığınacaq və bağışlanmaq 



istəyənin yalvarışları; 3) müdafiənin, özü də müdafiə üçün ilk başdan qərarlı olmayan, 

tərəddüd edən, özünə əmin olmayan və elə buna görə də yalvarışları, situasiyanı həm 

emosional olaraq,həm də kəmiyyətcə gücləndirən, köməyə tələsməyən güc;  

 

Nümunələr: 1) təqib olunanlar, qaçanlar düşməndən qorunmaq, xilas olmaq üçün hər 



hansı bir gücə,nəhəngə yalvarırlar;2) qadağan olunmuş dini borcunu yerinə yetirmək 

istəyənlər kömək istəyirlər;3) ölmək və canını tapşırmaqdan ötrü sığınacaq üçün 

yalvaranlar; 4) gəmidə qəzaya uğrayaraq sığınacaq axtaranlar; 5) ölkəsini biabır etmiş və 

ordan qovulmuşların yalvarışları və mərhəmət istəmələri; 6) bağışlanma:əfv üçün, şəfa və 

xilas üçün yalvarışlar; 7) bədənin və ya cəsədin, xatirə olan əşyaların, tutyaların 

qaytarılması üçün xahiş və yalvarışlar;8)iqtidar sahiblərinə əziz adamların və qohumların 

bağışlanması üçün yalvarışlar;9) bir qohuma digəri üçün ağız açma və yalvarışlar; 10) 

məşuqun anasına onun adından xahiş və yalvarma;  

«36 dramatik situasiya» fransız yazıçısı və sənətşünası Jorj Polti tərəfindən hazırlanan, 

xəyalən və ya real təhkiyədə mümkün hər bir dramatik stiuasiyanı indeksləşdirmək və 

qətiləşdirmək məqsədi güdən təsviri siyahıdır.  

 

Bunun üçün Polti 1200-dən artıq klassik yunan mətnlərini, eləcə də fransız klassikasını 



və dövrünün çağdaş ədəbiyyatını təhlil edib. 

 

Qismən də digər Avropa ədəbiyyatlarını. Tədqiqatına giriş yazısında Polti yazır ki, artıq 



ona qədər bu işi görmüş olan və yenə 36 rəqəmi və ya 36 stiuasiya üzərində dayanan 

Karlo Qozzinin işini davam elətdirib. Yaxud təkmilləşdirib. Bu siyahı daha böyük 

nümunələr və izahların yer aldığı eyniadlı kitabdandır.  

 

1   ...   10   11   12   13   14   15   16   17   ...   58


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə