“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
104
Tədqiqatın fransızca olan orijinal versiyası 1896-cı ildə nəşr olunub. Əksər
ədəbiyyatçıların, xüsusən (kino+) dramaturq və senaristlərin stolüstü kitabı olan ingilis
variantının ilk nəşri 1916-cı ildə mümkün olub və indiyədək də təkrar-təkrar nəşr
edilməkdədi. Əvvəl və sonralar da oxşar, xüsusən də çağdaş reallıqları nəzərə alan
yeniləmə cəhdləri çox olub, amma Poltinin təsnifatı ən populyar və uzunömürlüdür
desək,yalnız 100 ilə yaxındır ki, təsdiqini tapan həqiqəti bir daha dilə gətirmiş olacağıq.
2.Xilas.
Situasiyanın elementləri: 1) bədbəxt;2) hədələyən və təqib edən;3) xilaskar;
bu situasiya əvvəlkindən onunla fərqlənir ki,əvvəlkində təqib olunan tərəddüd edən,
yalvarılan gücə sığınırdı, burda isə xilaskar qəfil peyda olur və heç bir tərəddüd etməyən
bədbəxti xilas edir
Nümunələr: 1) məhkumların xilası; 2) uşaqların taxt-tacda valideynlərini əvəz
etməsi;3) dostlar və ya yadlar, gözlənilməz kəslər tərəfindən nə vaxtsa edilmiş
yaxşılıq və ya qonaqpərvərlik müqabilində xilas;
3.Cinayət əvəzinə intiqam.
Situasiyanın elementləri: 1) qisasçı; 2) günahkar;
Nümunələr: 1) öldürülmüş valideyn və ya başqa bir qohum üçün inkişaf edən xətlə
cərəyan edən intiqam; 2) varis və ya övlad üçün intiqam; 3) təhqir olunmuş uşaq üçün
intiqam; 4) qadınına, namusuna qəsd və ya qəsdə cəhd üçün intiqam; 5) sevgilinin qətli
üçün intiqam; 6) qətl edilmiş və yaralanmış dost üçün intiqam; 7) yoldan çıxarılmış
bacıya görə intiqam; 8)bilərəkdən vurulmuş ziyana görə intiqam; 9) zorlanmaya görə
intiqam; 10) məxsus olduğun şeydən məhrumiyyətə görə intiqam; 10) bütün cinsdən
onun bir nümayəndəsinin yalanına görə intiqam; 11) cinayətkarların peşəkar təqib
olunması;
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
105
4. Bir qohuma digər qohuma və ya qohumlara görə intiqam.
Situasiyanın elementləri: 1) bir yaxın adamına vurulan ziyan, inciklikləri
xatırlama, 2) yaxın adamlar üçün verilən qurbanlar; 3) qisas alan qohum; 4)bu
incikliklərin səbəbkarı, ziyankar qohum;
Nümunələr: 1) atadan anaya, anadan ataya görə intiqam; 2) qardaşlardan
öz oğluna görə intiqam; 3) atadan öz ərinə görə intiqam; 4) ərdən ataya görə
intiqam;
5. Təqib.
Situasiyanın elementləri: 1) törədilmiş cinayət və tale əhəmiyyətli səhv, gözlənilən cəza,
əvəz; 2)səhv və ya cinayətə görə cəzadan və hesabdan qaçan, gizlənən şəxs;
Nümunələr: 1) siyasi cinayətə və ya quldurluğa görə məhkəmə təqibi; 2) sevgidəki səhvə
görə təqib; 3) qəhrəmanın ondan üstün olan güc tərəfindən təqibi;
4) yalançı dəlinin, özünü dəliliyə qoymuş şəxsin psixiatrla mübarizəsi;
6. Qəfil bədbəxtlik.
Situasiyanın elementləri: 1) məğlub güc; 2) qalib düşmən və ya carçı;
Nümunələr: 1)məğlubiyyət; 2) dağıdılmış yurd, vətən; 3) bəşəriyyətin süqutu; 4) təbii
fəlakət; 5) monarxın devrilməsi; 6) naşükürlük; 7) ədalətsiz cəza və ya düşmənçilik; 8)
qəzəb; 9) sevgilinin və ya ərinin gedişi; 10) valideynlərin uşağını itirməsi;
7. Özgə qəddarlığının və bədbəxtliyinin qurbanı.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
106
Situasiyanın elementləri: 1) başqasına zülm edən və ona bədbəxtlik gətirən adam; 2)
bədbəxtliyin və başqa birisinin qurbanı olan gücsüz;
Nümunələr: 1) günahsız şəxsin təkəbbürlü intriqaların qurbanı olması; 2) günahsız şəxsin
haqq sahibi və ya qorumağa borclu olan şəxs tərəfindən müflisləşməsi və ya istismarı; 3)
gücün iqtidarını itirməsi; 4) əvvəllər sevilən və əziz olan adamın onu unutduqlarını dərk
etməsi; 5) bədbəxtlərin bütün ümidlərini itirməsi;
8.Qiyam.
Situasiyanın elementləri: 1) tiran; 2) sui-qəsdçilər;
Nümunələr: 1) bir nəfərin hazırladığı sui-qəsd; 2) bir neçə adamın hazırladığı sui-qəsd; 3)
bir adamın başqalarını da cəlb etdiyi üsyanı; 4) çoxluğun üsyanı
9. Cürətli cəhd.
Situasiyanın elementləri: 1) dikbaş; 2) dikbaşın qarşı çıxdığı obyekt ; 3)düşmən və ya
qarşı tərəf;
Nümunələr: 1) müharibəyə hazırlıq; 2) müharibə, döyüş; 3) obyektin qaçırılması; 4)
qaçırılmış obyektin qaytarılması; 5) təhlükəli və macəralarla dolu hadisələr; 6) sevimli
qadını ələ keçirmək üçün təhlükəli işlər;
10. Qaçırılma.
Situasiyanın elementləri: 1)qaçıran, ələ keçirən; 2)qaçırılan; 3) qaçırılanı qoruyan, qaçışa
mane olan, müqavimət göstərən;
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
107
Nümunələr: 1)qadının öz razılığı olmadan qaçırılması; 2) qadının öz razılığı ilə
qaçırılması; 3) qadının onu qaçırdanı öldürmədən qaytarılması; 4) qadının onu qaçırdanı
öldürülməsi ilə müşayiət olunan qaytarılması; 5) dostun, yoldaşın əsirlikdən və
həbsxanadan qaçırılması; 6) qaçırılmış uşağın geri qaytarılması; 7) yolunu azmış qəlbin
islahı və ya geri qaytarılması;
11. Sirr, və ya tapmaca.
Situasiyanın elementləri: 1) sirri yaradan və ya nəyisə gizlədən; 2)sirri tapmağa və nəyisə
öyrənməyə çalışan; sirin canı, sirli olan;
Nümunələr: 1) ölüm qorxusu altında bir adamın və ya əşyanın axtarılması; 2) ölüm
qorxusu altında sirrin çözülməsi; 3) təhdid edilən qadının təklif etdiyi sirr;
4 ) müxtəlif hiyləgər üsullarla bir admı gizlətməyə çalışdığını (adını, cinsini, ruhi
vəziyyətini və s.) açmağa məcbur etmək;
12. Bir şeyin əldə olunması və ya məqsədə çatma.
Situasiyanın elementləri: 1) əldə etməyə çalışan; məqsədə çatmaq üçün köməyin və ya
razılığın asılı olduğu şey, kömək edən, rədd edən, vasitəçi olan; 3) bir də məqsədə
çatmağın əleyhinə olan tərəf;
Nümunələr: 1) sahibindən bir əşyanı və ya həyat əhəmiyyətli bir şeyi almağa cəhd, nigah,
vəzifə, pul almaq üçün hiylə və güclə razılığın alınmasına çalışmaq;2) bir şeyin əldə
olunması, alınması üçün sahibinə, hakimlərə, o şeyi vermək haqqı olan kəslərə
müraciətən bəlağətli nitq söyləmək;
13. Yaxınlara nifrət.
Situasiyanın elementləri: 1)nifrət edən qohum; 2) nifrət edilən və ya qarşılıqlı nifrət
olunan qohum;
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
108
Nümunələr: 1) qardaşların bir qardaşa nifrəti; 2) qardaşlar arasında qarşılıqlı nifrət; 3)
maddiyyat üzündən yaxınlar arasında bir-birinə nifrət; 4) oğulun ataya nifrəti; 5) ata və
oğul arasında qarşılıqlı nifrət; 6) qızın atasına nifrəti; 7) babanın nəvəyə nifrəti; 8)
qayınananın gəlinə nifrəti; 9) qayınatanın yeznəyə nifrəti; 10) uşaq qatilliyi
14. Yaxınların rəqabəti.
Situasiyanın elementləri: 1)yaxınlardan biri-üstünlük verilən; 2)o biri-xor baxılan və
unudulan; 3) rəqabət predmeti ( üstünlük verilənin xor baxılana və tərsinə dəyişməsi də
mümkündür)
Nümunələr: 1) qardaşların rəqabəti; 2)bacıların rəqabəti; 3) dul qadın uğrunda ata-oğul
rəqabəti; 4)ərli qadın uğrunda ata-oğul rəqabəti; 5) atanın arvadı uğrunda ata-oğul
rəqabəti; 6) ana-qız rəqabəti; 7) əmi uşaqlarının (xala, dayı,bibi uşaqlarının da)rəqabəti;
8) dostların rəqabəti;
15. Qətlə aparıb çıxaran adyülter (=vəfasızlıq).
Situasiyanın elementləri: 1) ailə cütlüyünün nigaha sədaqətli olmayanı; 2)cütlüyün digər
aldadılan üzvü; 3) vəfasızlığın səbəbkarı olan məşuqə və ya məşuq;
Nümunələr: 1) ərini öldürmək və ya məşuqa bunu etməyə icazə vermək; 2) öz sirrini
verən məşuqu öldürmək; 3) şəxsi mənfəət və ya məşuqəyə görə arvadını öldürmək;
16. Ağılsızlıq və ya dəlilik.
Situasiyanın elementləri: 1) dəli; 2) dəlinin qurbanı; 3) dəliliyin gerçək və saxta, xəyali
səbəbi;
Nümunələr: 1) dəlilik tutması altında qohumunu öldürmək; 2) dəlilik tutması altında
sevgilisini öldürmək; 3) dəlilik tutması altında öz işini və özgəsinin işi olan sənət əsərini
yandırmaq, məhv eləmək; 4) ağılsızlıq üzündən özünü biabır eləmək;
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
109
5) ağılsızlıq nəticəsində yaxınlarını itirmək 6)yaxınlarını itirmək nəticəsində ağılsızlıq; 7)
irsi ruhi xəstəlik qorxsusu ilə dəli olmaq;
17. Nəhs ehtiyatsızlıq və ya tale yazısı bədbəxtlik.
Situasiyanın elementləri: 1) ehtiyatsızlıq edən; 2) ehiyatsızlığın qurbanı və ay itirilən şey;
Nümunələr: 1) ehtiyatsızlıq şəxsi bədbəxtçilik səbəbi kimi; 2) ehtiyatsızlıq şəxsi
şərəfsizlik səbəbi kimi ; 3) yaxın adamın ölümünə səbəb olan ehtiyatsızlıq; 4)
başqalarının ölümünə və bədbəxtliyinə səbəb olan ehtiyatsızlıq; 5) qohumun ölümünə
səbəb olan ehtiyatsızlıq; 6) hər şeylə maraqlanmaq şəxsi bədbəxtçilik səbəbi kimi; 7) hər
şeylə maraqlanmaq sevimli adamı itirəcək səbəb kimi; 8) yüngülməcaz və zəif inam
yaxın adamların ölümünə səbəb kimi;
18. Eşqin biixtiyar cinayəti.
Situasiyanın elementləri: 1) məşuq;2) məsuqə; 3) yaxın qohumluq bağlarının gec faş
olunması və qanunlara, mənəvi prinsiplərə görə yaxın münasibətlərin mümkünsüzlüyünü
dərk;
Nümunələr: 1) izdivaca girdiyi qanının öz anası olduğunu bilmək; 2)məşuqəsinin bacısı
olduğunu bilmək; 3) izdivaca girdiyi qanının öz bacısı olduğunu bilmək; 4) izdivaca
girdiyi qanının öz bacısı olduğunu bilmək və üçüncü bir adamın fitnəkar niyyəti
sayəsində baş verdiyini anlamaq; 5) doğma bacısını bilməyərəkdən məşuqəyə
çevirmək;6) bilməyərəkdən öz qızının namusuna toxunmaq; zorən ailə sədaqətini
pozmaq;
19. Zorən yaxın adamın qatilinə çevrilmək.
Situasiya elementləri: 1) qatil; 2) naməlum qurban; 3) ifşa, tanınma, faş olma;
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
110
Nümunələr: 1) ilahi təqdir və ya sirli başqa səbəbdən öldürməyə hazırlaşdığın adamın
qızın olduğunu bilməmək; 2) vacib siyasi səbəbdən öldürməyə hazırlaşdığın adamın qızın
olduğunu bilməmək; 3) məhəbbətdə rəqabət üzündən
öldürməyə hazırlaşdığın adamın qızın olduğunu bilməmək; 4) məşuquna nifrət üzündən
qızının qətlinə biixtiyar sövq edilmək; 5) öldürməyə hazırlaşdığın adamın oğlun
olduğunu bilməmək; 6) hazırlaşdığın adamın qardaşın olduğunu bilməmək; 7) atanı
tanımadan onu öldürmək; 8) ananı tanımadan onu öldürmək; 9)sevimli qadını istəmədən
öldürmək; 10) sevimli insanı tanımadan onu öldürməyə qalxmaq; 11) tanıya bilmədiyin
oğlunu xilasa uğursuz cəhd eləmək;
20.İdeal naminə özünü qurban, fədailik.
Situasiyanın elementləri: 1) qurban- qəhrəman; 2) ideal: verilən söz, borc, inam, əqidə və
s. 3) verilən qurban;
Nümunələr: 1) verilən sözə görə həyatın qurban edilməsi; 2) xalqının xoşbəxtliyi və
uğuru üçün öz həyatın qurban edilməsi; 3)oğlunun hörmət və etimadını qazanmaq üçün
həyatın qurban edilməsi; 4) inam və əqidə üçün həyatın qurban verilməsi; 5)eşqdən və
həyatdan inam naminə vaz keçmək; 6) bir iş, hədəf naminə eşqdən və həyatdan vaz
keçilməsi; 7) dövlət maraqları naminə eşqi qurban vermək; 8) borc naminə şəxsi rifahı
qurban vermək; 9) şərəf idealından inam -ideallarına görə vaz keçmək;
21.Yaxınlarına görə özünü qurban vermək.
Situasiyanın elementləri: 1) özünü qurbanedən qəhrəman ; 2) qəhrəmanın özünü uğrunda
qurban verdiyi yaxını; 3) qəhrəmanın qurban verdiyi şey;
Nümunələr: 1) doğma və ya sevimli adam üçün həyatın qurbanverilməsi; 2) doğma və
yaxın adamın xoşbəxtliyi üçün həyatın qurban verilməsi;3)şəxsi izzəti-nəfsini
valideynlərin xoşbəxtliyi üçün qurban vermək; 4) şəxsi izzəti-nəfsini valideynlərin həyatı
üçün qurban vermək; 5) valideynin həyatına görə məhəbbətin qurban verilməsi;6)
məhəbbətdən övladın xoşbəxtliyi üçün vaz keçmək; 7) məhəb-bətdən sevimli adamın
xoşbəxtliyi üçün vaz keçmək; 8) həyatını və şərəfini vali-deynlərinin və ya sevimli
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
111
adamının həyatı naminə qurban vermək; 9) bakirəli-yini sevimli və ya doğma adamın
həyatı naminə qurban vermək;
22 .Ehtiras üçün hər şeyi qurban.
Situsiyanın elementləri: 1)aşiq; 2)nəhs eşq predmeti; 3) qurban verilən şey;
Nümunələr: 1) dini bakirəlik qadağasını şəhvətin məhv etməsi; 2) namus öhdəliyini
ehtirasın pozması; 3) ehtirasın gələcəyi məhv etməsi; 4) ehtirasın hakimiyyət və gücü
məhv etməsi; 5) ehtirasım ağıl,sağlamlıq və həyatı məhv etməsi; 6) ehtirasın varidat,
həyat və şərəf hesabına ödənməsi; 7) borc, məsuliyyət və həmdərdlilik hissini məhv edən
şəhvani aldanış; 8) mal-mülkü,həyatı və şərəfi məhv edən erotik tərbiyəsizlik; 9) yarışlar,
qumar və şərab ehtirası kimi başqa mərəzlərin şərəfi, mal-mülkü və həyatı məhv etməsi
23. Qaçılmazlıq və vacibat üzündən yaxın adamın qurban verilməsi.
Situasiya elementləri: 1) yaxın adamını qurban verən qəhrəman; 2) qurban edilən yaxın
şəxs; qurbanın vacibliyi;
Nümunələr: 1)ictimai maraqlar naminə qız övladının qurban edilməsi; 2) mistik
qüvvələrə verilən anda görə qız övladının qurban edilməsi; 3) yaxınların və ya
tərəfdarların əqidə və inam naminə qurban verilməsi; 4) başqasına bəlli olmayan
övladının şəraitin təzyiqi altında qurban verilməsi; 5) şəraitə görə qohumun qurban
verilməsi ; 6) ictimai rifah naminə qohum ilə rəqabətin vacibliyi; 7) dostla rəqabətin
aparılmasının vacibliyi.
24. Bərabər olmayanların rəqabəti.
Situasiyanın elementləri:1) daha güclü,ali rəqib; 2) daha zəif rəqib;3) rəqabət mövzusu;
Nümunələr: a) kişilərin rəqabəti: 1) öləri və əbədi arasında; 2) sehrbaz və adi şəxs
arasında; 3) qalib və məğlub arasında; 4) şahənşah və vassal şahlar arasında; 5) şah və
əsilzadələr arasında; 6) güclü ilə bambılı arasında; 7) varlı və kasıb arasında; 8) hörmətli
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
112
adamla şəxsiyyəti şübhəli arasında; 9) demək olar ki, bərabərlərin rəqabəti; 10) biri nə
vaxtsa xəyanətdə suçlanmış, amma bərabərlər arasında; 4) boşanmış qadının ərləri
arasında;
b) qadınların rəqabəti: 1) caduğərlə adi qadın arasında; 2) qalib və məğlub arasında; 3)
şahbanu və rəiyyət arasında; 4) şahbanu ilə qul arasında; 5)sahibə və xidmətçi arasında;
6) əsilzadə qadınla daha sadə təbəqədən olan qadın arasında;7) biri əri tərəfindən atılmış
demək olar ki bərabər mövqeli qadınlar arasında; 8) üstün qadının xəyalları və ya
idealıyla xidmətçinin rəqabəti; 9) öləri və ölməz arasında;
c) ikiqat rəqabət: A B-ni sevir, B C-ni sevir, C isə D-ni sevir, D-nin isə A-nı sevib
sevmədiyi bilinmir;
d) şərq rəqabəti: 1) iki ölməz,əbədi arasında; 2) iki öləri arasında; 3) iki qanuni ər-arvad
arsında;
25.Adyülter (vəfasızlıq, xəyanət).
Situasiyanın elementləri: 1) aldadılmış qadın və ya kişi; 2) vəfasız qadın və ya kişi; 3)
məşuq (ə)
Adyülterin öz-özlüyündə situasiya yaratmaq imkanı olmadığ qənaətində olan Polti, bunu
satqınlıq nəticəsində ağırlaşan, situasiya şəkli alan oğurluq hadisəsiylə müqayisə edir və
belədə 3 mümkün varianta təsnifləşdirir :1) məşuq(ə) aldadılmış həyat yoldaşından daha
xoşagəlimlidi, amma onun qədər möhkəm deyil; 2) məşuq(ə) aldadılmış həyat
yoldaşından daha az xoşagəlimlidi; 3) aldadılmış məşuq(ə) intiqam alır.
Nümunələr:
a)məşuqəyə vəfasızlıq:1) başqa məşuqəyə görə; 2) həyat yoldaşına görə;3) uşağa görə;
b)qadına vəfazılıq: 1) qarşılıq göstərməyən qulluqçuya görə;2) kef üçün;3) başqasının
həyat yoldaşına görə; 4) ikiarvadlılıq niyyəti ilə; 5) qarşılıq göstərməyən cavan və
qısqanc məşuqəyə görə;6) gözəgəlimli olamayan qanuni arvadla daha qəşəng məşuqə
arasında rəqabət;7) ağayana qadınla ehtiraslı məşuqə arasında rəqabət;
c) ərə xəyanət:1)qaba, kobud, davakar ovqatlı ərə xoş məşuqla xəyanət; 3) əlmüş hesab
edilən ərin rəqibə görə unudulması; 4)sadə əri yaraşıqlı məşuqla dəyişmək;
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
113
5) ləyaqətli ərə miskin rəqiblə xəyanət edilməsi; 6) ləyaqətli ərə gülünc rəqiblə xəyanət
edilməsi;7) ləyaqətli ərə əclaf məşuqla xəyanət edilməsi; 8) ləyaqətli ərə pozğun xislətli
qadınının sıradan məşuqla xəyanət edilməsi;
d) 1) aldadılmış ərin xəyanəti; 2) qısqanclıq hər hansı bir işə görə qurban verilir;
e)məşuq(ə) rədd edilmiş rəqibi tərəfindən təqib olunur;
26. Məhəbbət cinayətləri:
Situasiyanın elementləri: 1)aşiq olan kişi və ya qadın; 2) sevilən kişi və ya qadın;
Nümunələr:
a) Valideyn/övlad: 1)valideyn öz uşağına aşiq olur;2)uşaq öz valideyninə aşiq olur;3)
valideyn öz uşağını zorlayır;
b) ögey valideynlər/ögey və götürmə uşaqlar: 1) ögey valideyn götürmə uşağa aşiq olur;
2) ögey uşaq ögey valideynə aşiq olur; 3)uşağın ögey valideyni tərəfindən zorlanır; 4)
ögey valideyn eyni zamanda həm uşağın, həm doğma valideynin məşuqudur/məşuqəsidir
və bunu hər bir iştirakçı bilir;
c)bacı/qardaş: 1)ögey bacı və ya qardaş ilə əlaqə; 2)bacı və qardaş bir-birlərini sevirlər;
d)bircinsli eşq: 1)yetkin adamlar arasında;2) yetkin adamla uşaq arasında;
e)zoofillik;
f)pedofillik;
27. Doğma və ya sevimli insanın şəərəfsizliyindən xəbər tutmaq
(bəzən elə olur ki,xəbər tutan kəs həmin yaxın və ya doğma adamı cəzalandırır, hökm
verir).
Situasiyanın elementləri: 1) xəbər tutan ;2)günahkar doğma;
Nümunələr: a)şərəfsizin ailə üzvü olduğunu bilmək: 1) ana olduğunu; 2) ata olduğunu;
3) bacılar olduğunu; 4) qardaş olduğunu bilmək;
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
Dostları ilə paylaş: |