–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
122
bunlardan hər hansı birini "postmodernist" adlandırsan, bütün yerdə qalanları az qala
gərək postmodernizmdən kənar edəsən.
Postmodernizm Qərbdə öz zirvəsinə 1980-ci illərdə çatıb. Bu dövrdə bir tərəfdən
postmodernist təsəvvürlərin tükənməsi hiss olunur, digər tərəfdən isə onları əvəz edə
biləcək nəsə bir şey meydana çıxmırdı. Hətta belə təəssürat yaranırdı ki, postmodernizm
getdikcə və getdikcə daha çox mədəniyyət sahələrini özünün təsir dairəsinə salır. 1990-cı
illərdə postmodernizmin elmi-idraki imkanlarının saf-çürük edilməsinin başlıca və əsasən
neqativ yekunu isə belə oldu: o, yalnız nihilist tənqidə yönəlib və heç bir suala pozitiv
cavab vermir.
Fəlsəfi postmodernizm təkcə müasir mədəniyyət yox, müasir sənətin şərhində də ardıcıl
olmağa iddialıdır. Və son onillərin sənəti haqqında onun maraqlı fikirləri, doğrudan da,
az deyil. Amma çağdaş sənətin vahid, əlaqəli və ardıcıl postmodernist estetik
konsepsiyası yoxdur. Buna görə, müasir sənət haqqında ayrı-ayrı qənaətləri nə qədər
maraqlı olsa da, fəlsəfi postmodernizm bədii postmodernizmin estetikasına çevrilə bilmir.
I.3. "Dekonstruksiya" haqqında
Əvvəllər fəlsəfi postmodernizmin vacib, amma yanlış izah olunan simulyakr (stereotip,
yalançı şey, boş forma - tərcüməçi), yaxud qeyri-peprezentativ (gerçək əsası olmayan -
tərcüməçi) obraz anlayışından artıq danışılıb. Guya bu anlayış çağdaş (açıq) cəmiyyətin
böhranı və o qədər də aydın dərk olunmayan "postçağdaşlıq", "postmədəniyyət"in
yaxınlaşmasına dəlalət edir.
Bu məsələdə bir nümunəyə - postmodernist estetikanın mərkəzi anlayış-larından olan
dekonstruksiya anlayışının fəlsəfi postmodernizmdəki təhlilinə üz tutmaq kifayətdir.
J.Lakanın 1964-cü ildə irəli sürdüyü dekonstruksiya prinsipi sonralar J.Derrida tərəfindən
təfərrüatlarına qədər inkişaf etdirilmişdir. Dekonstruksiyanın digər - ədəbi əsərlərlə bağlı
nisbətən məhdud şərhi isə P.de Man tərəfindən verilib.
Ən ümumi çizgiləri etibarilə dekonstruksiyanı çoxlaylı, çoxmənalı mətnin özü-özünə
qeyi-bərabərliyi və digər mətnlərlə səsləşdiyini göstərən özəl tekstoloji təhlili kimi
səciyyələndirmək olar. Derridaya görə, dekonstruksiya şüurun daxili ziddiyyətlərini
aşkarlamaq və müxtəliflikləri əks etdirən yeni yazıya köçürmək tələbindən doğub.
Dekonstruksiyanın heç bir universal, ümumi metodu yoxdur. Çünki mətnin özünə qeyri-
bərabərliyinin mənbəyinin hər konkret halda öz axtarış imkanı var. Bundan istifadə
edərək bütün sistemi hərəkətə gətirmək, qarşıdurmaları özündə əridən həllolunmaz
şeylərin məntiqsiz birliyini yaratmaq, anlayışları düzxətli surətdə qarşı-qarşıya qoymaq
olar.
Amma dekonstruksiyanın bu izahını şişirtmək də lazım deyil. Məsələn, Derridaya görə,
dekonstruksiya anlayışı özünün bir metod, prosedur, strategiya, akt kimi şərhini istisna
edir. Dildə dekonstruksiya sözünə adekvat olan hər hansı aydın və birmənalı söz
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
123
axtarmaq sadəlövhlük olardı. "Destruksiya" sözü dağıtmaqla bağlıdır, dekonstruksiyanın
qrammatik, linqvistik və ritorik anlamı isə başqa bir yerə transport etmək üçün bütöv bir
maşını hissələrinə bölməyə uyğun gəlir. Amma bu metafora da dekonstruksiyanın radikal
mənasını tam ehtiva etmir. Çünki onu heç bir linqvistik-qrammatik modelə, özəlliklə də
maşına müncər etmək olmur. Dekonstruksiyada söhbət dağıtmaqdan daha çox, bərpadan
(rekonstruksiyadan), rekompozisiyadan (əsərin kompozisiyasının bərpası - tərcüməçi)
gedir ki, bundan da məqsəd hansısa bir bütövün əvvəlki quruluşunu əldə etməkdir.
Derridaya görə, dekonstruksiya təhlil deyil, çünki o, heç bir dekonstruksiyaya əl yeri
qoymayan sadə, bölünməz bütövü vermir. Amma o, tənqid də deyil, belə ki tənqidin
özünün dekonstruksiyaya ehtiyacı var. O, metod da deyil və ola da bilməz - metoda
məxsus ümumi tətbiqolunma imkanı onda yoxdur. Onun hər tətbiqi unikal, özünəməxsus
və təkrarolunmazdır. Dekonstruksiyanı akt, yaxud əməliyyatla da müqayisə etmək olmur,
çünki onu obyektə, mövzuya, mətnə tətbiq edən fərdi və ya kollektiv subyekt yoxdur. Hər
şey və hər yer, hətta onun özünün tətbiqi belə dekonstruksiyaya məruz qalır. Bu üzdən
Derrida dekonstruksiyaya istənilən müəyyənləşdirici baxışın yanlış olması qənaətinə
gəlir. Çünki belə baxış fasiləsiz bir prosesi dayandırmaq demək olardı.
Dekonstruksiyanın fərqləndirici cizgisi onun marginal, lokal, periferik olanlara marağıdır
ki, bu da onu postmodernist sənətə yaxınıaşdırır.
Dekonstruksiyanın anlaşılmasının de Man tərəfindən inkişafı bütün mövcudiyyətin
perspektivliliyi ilə bağlı Nitşe ideyasına gedib çıxır. De Manın qənaətincə, mətni oxumaq
həm də ona yeni anlam verməkdir, özü də bu anlam birüzlü deyil. Nəticədə, ədəbiyyat və
tənqidin vəzifələri üst-üstə düşür. Heç bir son, yekunlaşdırıcı şərh yoxdur və tədqiqatçı-
tənqidçi-oxucunun vəzifəsi mətnin tam izahında bu çoxmənalılığı üzə çıxarmaqdır.
Dekonstruksiya idrak mexanizmi haqqında neqativ, demistikləşdirici bilgi, yaxud da
özünü dağıdan, illlüziyanı alleqoriyaya çevirən varlıq haqqında bilgilər toplusudur.
"Dekonstruktivizm" terminini çox vaxt "poststrukturalizm" və "postmodernizm"
terminlərinin sinonimi kimi qəbul edirlər. Bəzən ona daha geniş hərəkat kimi anlaşılan
poststrukturalizmin tərkib hissəsi kimi də baxılır. Xüsusən də, F.Lyuisin
"poststrukturalizm" termini əvəzinə "tənqidi strukturalizm" terminini irəli sürməsi
göstərir ki, dekonstruktivizm "tənqidi strukturalizmin" tərkib hissəsi kimi qəbul olunur.
Nə analiz, nə metod, nə akt olmayan, təqribi olsa belə nə iləsə müyyənləşdirilə bilməyən
dekonstruksiya fəlsəfi postmodernizm tərəfindən çağdaş sənətin təhlilində artıq otuz ilə
yaxındır ki tətbiq olunur. Amma dekonstruksiya anlayışından istifadə prinsipial olaraq
hər hansı yeni nəticə və məlum problemlərə yeni baxışa gətirib çıxarmayıb.
Təsadüfi deyil ki, amerikan filosofu R.Rorti dekonsturksiya haqqında deyir: "Məncə,
dekonstruksiya amerikan yaradıcılığının məhsuludur. Bu termindən geniş istifadə olunsa
da, onun mənasını bir Allah bilir. Əslində, o, Derridadan daha çox, Pol de Man tərəfindən
tətbiq olunub, amma mən bilən de Manın üslubunda ədəbi tənqid ümumən mövcud deyil.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
124
Bununla belə, Amerika ali məktəblərində bu təlimi tədris edən yüz minlərlə ingilis dili
professoru var".
Estetika ilə məşğul olan digər bir amerikan filosofu A.S.Danto isə dekonstruksiyanın
adamlar üçün sadəcə bir şüara çevrildiyini deyir: "Onun nə ifadə etdiyini bilmək çox
çətindir. Qəti əminəm ki, onun böyük hissəsi yalan bir şey olmalıdır. Məsələn, mən
dekonstruksiya ilə bağlı yozumların sonsuzluğu ideyası və həqiqətin inkarını nəzərdə
tuturam". Dantoya görə, Derrida dekonstruksiyanın yozumunda lap əvvləldən yanlış
mövqe tutub. Bəzən o, mətnlərə, sadəcə olaraq, yarlıq yapışdırır - mümkün qədər
dumanlı mətn götürür, dekonstruksiya edir və yeni mətnə keçir, amma heç vaxt nəyisə
söküb yenidən yığmır. Özündən soruşmaq lazımdır ki, axı bunu nə üçün edirsən və
bununla nəyə nail olmaq olar? Derrida belə suallara cavab verməyi lazım bilmir.
Fuko, Derrida və Lakanın strukturalizmdən poststrukturalizmə keçməsi barədə Dantonun
belə bir qeydi var: "Qənaətlərinin dərinliyinə baxmayaraq, onların öz ideyalarını necə
davam etdirəcəklərini bildiklərini güman eləmirəm. Paradiqma anlayışı, şüur və tarixin
mətn kimi dərki dərin ideyalardır, amma çətin ki, kimsə bunlardan nəsə bir şey yarada
bilsin".
Dekonstruksiya anlayışı fəlsəfi postmodernizmin bədii postmodernizmdən kifayət qədər
uzaq olduğunu aydın göstərir və çətin ki ona (fəlsəfi postmodernizmə - tərcüməçi) bədii
postmodernizmin adekvat və perspektivli nəzəriyyəsi kimi baxmaq mümkün olsun.
Fəlsəfi postmodernizm paradoksal, bəzi məqamlarda isə ziddiyyətlidir. O, elmi metodun
bir sıra köklü prinsiplərindən imtina edir. Bunların sırasına səbəbiyyət, rasionallıq,
tarixilik və s. daxildir. Diqqətini qeyri-sabit, ziddiyyətli, təsadüfi şeylər üstündə
cəmləşdirən fəlsəfi postmodernizm Yeni dövrün köhnəlmiş metodologiyası ruhundakı
bütün həqiqət, quruluş və qənaətlərə münasibətdə epistemoloji şübhə prinsipindən çıxış
edir. O, fəlsəfi relyativizm (bütün bilgiləri nisbi sayan, varlığın obyektiv dərkini inkar
edən idealist fəlsəfi nəzəriyyə. - tərcüməçi) və skeptisizmin rolunu şişirdir, istənilən
bilgini hakimiyyət münasibətlərinin məhsulu kimi izah edir. Bütün bu əlamətlər isə
müasir sənətin fəlsəfi postmodernizm çərçivəsində izahının uzun sürəcəyini düşünməyə
ciddi əsas vermir.
Fəlsəfi postmodernizm daxilən həddən artıq çoxcinslidir. İndiyə qədər söhbət onun daha
çox dekonstruktiv postmodernizm adlandırıla biləcək variantından getdi. Ənənəvi
dünyagörüşünü əmələ gətirən Allah, subyektivlik, məqsəd, məna, gerçək dünya,
təfəkkürün öz obyektinə uyğunluğu anlamında həqiqət və s. kimi "müasirliyi"
dekonstruksiyanın yolu üstündən götürmək onun səciyyəvi xüsusiyyətidir. Bu versiya
birbaşa relyativizm və nihilizmə aparıb çıxarır.
Amma fəlsəfi postmodernizmin ilkin rüşeymlər şəklində olsa da, konstruktiv
postmodernizm adlandırıla biləcək versiyası da var. O da modernizmin aradan
qaldırılması istiqamətində gedir, amma buna nəsə sirli bir dekonstruksiya yox, çağdaş
təfəkkürün analizi, modernizmin ilkin, müqəddəm şərtləri və onun sələfi olan Yeni dövr
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
125
dünyagörüşünü saf-çürük etmək yolu ilə nail olmaq istəyir. Konstruktiv postmodernizmə
görə, elm çağdaş təfəkkürün gerçəkliyə qeyri-adekvat nümunəsidir, amma buna
baxmayaraq, o, cəmiyyətin yeni dərkinin əsasını məhz elmdə görür. O, ekoloji saflıq və
sülh uğrunda mübarizəyə, feminizmə, ümumən, bizim dövrün müxtəlif azadlıq
hərəkatlarına ümid bəsləyir. Cəmiyyətin ümumi tənqidi ilə kifayətlənməyən konstruktiv
postmodernizm qeyd edir ki, müasir dövr bir çox müsbət nailiyyətlərə də gətirib çıxarıb.
İnsan bütün bunlardan nəinki imtina etməməlidir, sadəcə, onun belə imtina imkanı
yoxdur. Elmi, etik, estetik intuisiyanın yeni vəhdətini irəli sürən konstruktiv
postmodernizm, özünə bədii postmodernizmin yeganə analiz üsulu kimi baxmır.
Bədii postmodernizm nisbətən qısa vaxtdır ki, mövcuddur. O, həddindən artıq çoxcinsli
bir meyil olub intensiv, gur inkişaf prosesindədir və bu inkişaf hələ ki qeyri-müəyyən xətt
üzrə gedir. Postmodernist sənətkarlarla onların nə dediklərini anlamayan auditoriyanın
əlaqələri zəifləyib. Bu amil postmodernizm estetikasını sistemləşdirməyə köklü surətdə
mane olur.
I.4. Postmodernizmin ilk tədqiqləri
Sənət sahəsində postmodernizmin analizi ötən əsrin 50-60-cı illərində sənətdə baş verən
kəskin dəyişmələri duymayan sənət fəlsəfəsi yox, sənətin öz təmsilçiləri tərəfindən
başlayıb.
D.Bart "Üzgünlük ədəbiyyatı" (1967) adlı məqaləsində qeyd edir ki, postmodernizmin
ideal yazıçısı özünün XIX əsrdəki babaları və XX əsrdəki atalarının surətini çıxarmır,
amma onları inkar da etmir. "O, əsrin birinci yarısını öz kürəyi yox, mədəsində daşıyır,
artıq onu həzm edə bilib... İdeal postmodernist roman gərək hansı yollasa realizm və
irrealizm, məzmunun forma üzərində prioritetinə israrlı incəsənət və formalizm, xalis
sənət və dəb, elitar və kütləvi nəsr arasındakı toqquşmanın fövqündə dursun".
Postmodernist incəsənətin ilk sistemli analiz cəhdlərindən biri ədəbiyyatşünas L.Fidlerə
məxsusdur. O elitar və kütləvi mədəniyyət, real və irreal arasındakı sərhədləri aradan
qaldırmaq problemini irəli sürür. Ədəbiyyata daha geniş yer ayıran Fidler yazıçını
texnikiləşmiş dünyanın reallıqları və mif (möcüzə, uydurma) arasındakı əlaqəni üzə
çıxarmağa, həm elitar, həm də kütləvi zövqə cavab verməyə borclu olan "ikili agent"
adlandırır. Fidlerə görə, sənət əsəri gərək çoxmənalı olsun, sosioloji və semantik
səviyyədə ikili sturktur qazansın. Belə bir quruluş modernizmin əksər formalarına
məxsus elitar istiqamətin birbaşa ziddinədir.
Fidler C.F.Kuperin "Sonuncu mogikan"nını, macəra romançılığını, qotik romanı,
tənqidçilərin həqarətlə baxdığı, amma mifə çevrilmiş, neçə-neçə nəsil oxucunun
təxəyyülünü məşğul etmiş hər cür yüngül oxunan əsəri tərifləyərək bir çox amerikan
yazarları ilə diskussiyaya girir, açıq-aşkar surətdə onlara ilişir. O, xəyala dalaraq deyir ki,
ədəbiyyatda H.B.Stounun "Tom dayının koması"na bənzər bir əsər, nəhayət, meydana
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
126
çıxacaqmı ki, həm mətbəx, həm qonaq otağı, həm də uşaq otağında eyni ləzzətlə oxuna
bilsin? Şekspir onun tərəfindən "əyləndirməyi bacaranlar" çərgəsinə daxil edilir, "Küləklə
sovrulanlar" müəllifi ilə yanaşı qoyulur. Fidlerin qəsdi-qərəzi aydındır: sənəti əyləncədən
ayıran divarı aradan götürmək. O geniş kütləyə çatmaq və onun yuxularını doldurmaq
zərurətini intuitiv olaraq duyur, amma bunu da unutmur ki, yuxulara hökm etmək heç də
adamalara laylay calmaq deyil.
Fidlerin ideyasını inkişaf etdirən memar Ç.A.Cenks sənətkarın eyni zamanda həm kütlə,
həm də professionallara müraciətinin zərurətini nəzərdə tutan "ikili kodlaşma" anlayışını
irəli sürür. Cenksə elə gəlir ki, tipik postmodernist memarlıq nümunələrində dərk
olunmuş şizofreniya adlandırıla biləcək ikilik var. O, postmodernist "klassikanın" on üç
əsas xüsusiyyətini qeyd edir:
- qeyri-mütənasib gözəllik, yaxud qeyri-ahəngdar ahəng;
- -plüralizm və radikal eklektizm;
- urbanistik kontekstualizm;
- antropomorfizm;
- tarixin parodik mənimsənilməsi və ona nostalji;
- intertekstuallıq;
- ikili kodlaşma;
- ironiyadan istifadə;
- çoxmənalılıq və ziddiyyət;
- çoxvalentlilik;
- şərtiliklərin yeni izahı;
- yeni ritorik fiqurların işlənib hazırlanması;
- yoxluğun varlığı.
Sonuncu əlamət postmodernizmin yerdə qalan bütün cəhətlərini inteqrasiya edir. O, hər
şeydən öncə, parodik bir üsul olub postmodernist əsərdə eyni zamanda həm olan, həm də
olmayan, necə deyərlər, özünün varlığı hesabına yox olan ənənədən parodik, ironik
istifadəni nəzərdə tutur.
F.Ceymison postmodernizmin meyadana gəlməsi və inkişafının mədəni şərtləri, sənət
yaradıcılığının əzəli ikinciliyi, postmodernist şüurun rabitəsizliyi məsələlərini təhlil
etmişdir.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
127
Postmodernist estetikanın formalaşmasına nəzərə çarpacaq təsiri olan J.F.Liotar forma,
üslub və baxış bucaqlarının plürazmini çağdaş sənət, eləcə də ümumən bütün
mədəniyyətin əsas əlaməti hesab edir. Baş tutmayan "modernizm layihəsinə" görə isə o,
təəssüflənmir.
Liotarın postmodernist sənət haqqında mühakimələri postmodernizm haqqında ümumi
fəlsəfi mühakimələrlə olduqca tez-tez çulğalaşır, beləcə sosial-fəlsəfi ekskursların nə vaxt
qurtarıb, özəl olaraq sənət fəlsəfəsinin nə vaxt başladığı bəzən qətiyyən aydın olmur.
İkinci hissə: Postmodernizmin əsas cizgiləri
Postmodernizmin tədqiqi nəticəsində əldə olunanlara söykənərək, onun əsas
xüsusiyyətlərini seçib-ayırmaq olar. Əgər qısa şəkildə desək, bu xüsusiyyətlər
aşağıdakılardır:
- plüralizm, estetik dəyər, forma, üslubların relyativləşməsi və hər hansı bir ədəbi
mövqenin digəri ilə müqayisədə hakim statusunun son nəticədə qeyri-mümkünlüyünə
inam; radikal eklektizm; qanunlar və nüfuz sahiblərindən imtina, klassiklərə hər cür
yarınmaqdan uzaq, azad və ironik münasibət;
- qeyri-müəyyənlik, antisistemlilik, antimetodologizm, estetik kriteriyaların qapalılıq və
sərtliyinin yoxa çıxması; sənət əsərinin yaradılmasında hansısa müqəddəm qayda-qanuna
tabe olmamaq; qaydanın əsərin yaranması prosesində meydana çıxması və əsərin
hadisəyə çevrilməsinin məhz bu amillə bağlı olması;
- fraqmentarlıq, ümumiləşdirici, "total" şeylərə, sintezin sosial, koqnitiv, hətta estetik
olsun, istənilən növünə inamsızlıq; montaja, kollaja həvəs, metafora və metonimiyanın
bir-birinə qarışması, paradoksa meyil, dağıdıcılığa, motiv-ləşdirilməmiş ifrat hallara can
atmaq, əvvəlcədən nəzərdə tutulmayan təhkiyə xaosu, dünyanı dağılmış, özgələşmiş,
məna, qanunauyğunluq və nizamdan məhrum olmuş şəkildə qavrayan fraqmentar diskurs
effekti yaratmaq;
- yozumun çoxvariantlılığı, sənət əsərinin vahid, yeganə düzgün izahının olmamasına
dair tezis, onun çoxmənalılığı, ikibaşlılığı, çoxqatlılığı, yozum imkanlarının sonsuzluğu
ideyası;
- "mən"in itkisi, klassik fəlsəfə üçün səciyyəvi olan fərdin tam özünüdərk imkanı və
"mən"in imtiyazlı mövqeyindən imtina; subyektdəki ən başlıca şeyin ancaq
özünürefleksiya yox, həm də fəlsəfi baxımdan şüuraltını təmsil edən "başqasından"
gəlməsinə inam; müəllfin öz əsərində özünü yox etməyə cəhd etməsi və bundan doğan
"müəllif maskası" və ya "müəllifin ölümü";
- səthiliyin prinsip kimi götürülməsi, varlığın dərin problem və proseslərini tədqiq etmək
cəhdindən imtina; sənət əsərində gerçəkliyin sadə, aydın, səthi, amma sintetik əksinə can
atmaq, dünyanı dərk yox, qəbul etmək cəhdi; həyatı dəqiq məqsəd və aydın mənadan
məhrum, xaotikcəsinə üst-üstə qalaqlanmış zidd meyllər kimi qavramaq; dünyanı üstündə
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
128
sürüşən insana etinasız və ögey bir məkan kimi təsəvvür etmək; sənət əsərinə labirint və
yarımqaranlıq, güzgü və tutqunluq, mənasız sadəlik kimi baxmaq;
- immanentlik, modernizmə məxsus dərinlik və transsendentdən imtina, insana, onun
artan imkanlarına müraciət, transsendentliyi immanentlikdə (daxili mkanlarda) axtarmaq;
- mimesisdən, təsvirçilikdən imtina, kompozisiyanın düşünülmüş xaotikliyi; dünya və
idrakın o üzünə, müstəsna vergi sahibləri üçün nəzərdə tutulmuş ezoterik, gizli, qapalı
bilgilərə maraq; yeni forma və məzmunla bağlı daimi eksperimentlər aparmaq;
gerçəkliyin açıqlanmamış hər hansı bir parçasının xammal şəklində, kollaj texnikasıyla
bədii mətnə daxil edilməsində saxta fakt və sənədlərə üz tutmaq; gerçəkliyi əks
etdirməyən, "gerçəklikdə oyun" illüziyası yaradan qeyri-reprezentativ obrazlardan
(simulyakr) daimi istifadə;
- konstruktivizm, məcazlar, dil fiqurları, sətiraltı mənalarla gərgin iş;
- ironiya, yumşaq gülüşdən kəskin tragifarsa qədər rişxənd; heyranlıqdan qurtarmaq, ən
aşkar təsəvvür və ən dərin inamların təsadüfi səciyyə daşıdığını başa düşmək yolunda
ironiyaya zəruri vasitə kimi baxmaq; insanların sosial həmrəyliyinə ciddi sistematik
refleksiya yox, ironiyanın alçaldıcı təbiəti hesabına nail olunacağına inam; ironiyanı
plüralizm və hər hansı mütləq həqiqqət axtarışının mümkünsüzlüyü şəraitinin vasitəsi
kimi başa düşmək;
- parodiyalılıq, bütün bəşər tarixini parodik və eyni zamanda nostalji ilə qavramaq; heç
nəyi əvvəlcədən məlum reaksiyalar doğuracaq, standartlar yaradacaq düşüncə
stereotipinə çevirməyə çalışmamaq;
- sənətin oyun səciyyəsi, sənətin oyuna yaxınlaşması və bəzən hətta onunla
eyniləşdirilməsi; bu oyunun adi yox, əvvəlcədən müəyyən qaydası, udan və uduzanların
gediş üstünlükləri olmayan qeyri-klassik xarakteri; insanın və cəmiyyətin tragik
durumunu ironiya ilə yanaşı, həm də oyunla maskalamaq;
- karnavalçılıq, sənət və onun qavranılmasının karnaval, maskarad səciyyəsi; karnavalı
bütün diskursların qarışdığı kontekst saymaq; karnavallaşmış sənətin transistorist
xarakter daşıması; şou-biznesin hər şeyi özündə ehtiva edən bir şey kimi sənət həyatına
daxil olması;
- epatajçılıq, sənətkarın gözlənilməz hərəkətlərlə auditoriyanı heyrətə salmaq qəsdi,
ümumi görünən norma və qaydaları pozması; auditoriyanı bütün mümkün vasitələrlə
aktiv dialoqa çəkən, mübahisəyə çağıran, gözlənilməz reaksiyalara təhrik etmək istəyən
"müəllif maskasının" aqressivliyi;
- teatrallıq, auditoriyaya xüsusi diqqət, tamaşa çıxarmağa meyl; sənətin muxtarlığının
onun müstəqilliyi yox, mühitdən tədric olunması olduğunu etiraf etmək;
|