Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə18/58
tarix29.11.2016
ölçüsü3,88 Mb.
#461
1   ...   14   15   16   17   18   19   20   21   ...   58

 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

129 


- plagiat və sitatçılıq, artıq mövcud obrazları ironiya və parodiya yolu ilə açıq 

mənimsəmə, implisit və eksplisit sitatçılıq, akkumulyasiya və təkrar; sənət üçün ənənəvi 

səciyyə daşıyan orijinallıq anlayışından imtina cəhdi; subyektsiz və nəzarətsiz proses 

nəticəsində yaranan formaların anonimliyinə inam, sənətkarın kreativliyinə şübhə, 

müəllifin yaradıcı olmaması, eyni zamanda da müəllif olaraq qalması ideaysı; öz 

zallarına müstəsna, dahiyanə və auratik şeylər yox, kənarda it-bata düşə biləcək adi, 

diqqəti çəkməyən, anonim şeylər toplayan muzeyin funksiyasının dəyişməsi; 

- yuxarı və aşağı mədəniyyətin qarışması; elitar və kütləvi mədəniyyət arasındakı 

sərhədlərin silinməsi, yüksək mədəniyyətin kütləvi mədəniyyət şablonlarını qəbul etməsi, 

kütləvi mədəniyyət şablonlarının muzey məkanına daxil olması; janr və diskursların 

əvvəlki kateqoriyalarının pozulması; 

- performativlik, bədən, cism, zahiri görünüş, sənətkarın davranışından sənət dili kimi 

istifadə etmək; tamaşaçının şüur və davranışına birbaşa təsir etməyə qabil sənətkarın 

aktyorluq etməsi; 

Postmodernist sənətin özəlliklərinin sadalanmasını davam etdirmək də olardı. Amma 

onun bütün yerdə qalan sənət cərəyanları, xüsusən də öz sələfi modernizmdən nə qədər 

fərqlənməsi bu deyilənlərdən də aydın görünür. 

Göstərilən bu əlamətlərdən bəzilərinə amerikan ədəbiyyatşünası İ.Hassan postmodernist 

sənətin özəlliklərini sistemləşdirməyə çalışdığı "Bir daha postmodernizm haqqında" 

(1985) məqaləsində ilk dəfə diqqət yetirmişdir. Bununla belə o, postmodernizm 

fenomenini dəqiq təyin etmək iddiasında olmadığını da vurğulayır. Ötən dövr ərzində 

postmodernist sənətə məxsus əlamətlərin nisbətən dəqiqləşməsinə baxmayaraq, sözün 

tam mənasında belə bir dəqiq təyinatdan danışmaq indinin özündə də çətin ki mümkün 

olsun. 


II.1. Plüralizm 

Bədii üslub və cərəyanların bir-birinə zidd iki qütbü var: sənətin vəzifələri və onlara 

çatmaq yolundakı metodlar baxımından cərəyan sistemindəki bütün təmsilçilərin 

birliyinə əsaslanan monist tip; müəyyən istiqamət yaradan sənətkarların 

dünyagörüşündəki vəhdəti, onların yaradıcılıq prinsiplərinin üst-üstə düşməsini nəzərdə 

tutmayan plüralist tip. 

Orta əsrlər, İntibah, klassisizm dövrünün sənəti monist üslubun səciyyəvi nümunələri idi. 

Qapalı cəmiyyət sənətinin üslubu kimi sosrealizim də monist xarakter daşıyırdı. Amma 

yanaşma tərzlərinin müxtəlifliyi və yekdil qəbul olunmuş yaradıcılıq nümunələrinin 

aradan qalxması faktı hələ özünü klassik realizmdə büruzə verməyə başlamışdı. 

Yaradıcılığın əsas istiqaməti konusunda müxtəlif meyllər arasında kifayət qədər kəskin 

polemikanın getdiyi modernizm isə daha plüralist idi. Lakin modernist yenilik axtarışları 

bədii yaradıcılığın hamını özündə qapsayan radikalcasına yeni tipinin kəşfi yox, hər hansı 

prioritetdən ümumən imtinayla nəticələndi. 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

130 


Mərkəzi nöqtənin, hamı tərəfindən məqbul sayılan obrazların itkisi, hər hansı sosial və 

təbii ierarxiyanın mövcudluğunun inkarını D.Fokkema "qeyri-ierarxiya" prinsipi 

adlandırır. Bu prinsip əsərin yaranması prosesində bədii vasitələrin əvvəlcədən müəyyən 

olunmuş seçimindən (seleksiya) imtinanı bildirir. Əsəri postmodernist üsulla deşifrə 

etməyə hazır auditoriyaya gəldikdə isə bu prinsip ona təklif edir ki, mətni öz 

təsəvvüründə qurduğu əlaqəli izah vasitəsilə açıqlamaqdan əl çəksin. Postmodernist 

mühakimələri işarələmək üçün Fokkema "güzgü" (kim baxırsa, ancaq onu göstərir), 

"labirint" (çıxılması mümkün deyil, çıxış yolu onun içində yaşamaqdır), "xəritə" (heç bir 

mərkəzi yoxdur və heç bir istiqaməti göstərmir), "ensiklopediya" (istənilən səhifəsindən 

açıb oxumaq olar), "reklam", "televiziya", "qəzet", "fotoqrafiya" və s. kimi tipik söz-

obrazlardan istifadə edir. 

Yalnız postmodernizm ən yüksək səviyyəli və öz-özlüyündə az qala məqsədə çevrilmiş 

bir plüralizm nümunəsi göstərir. Plüralizm fərqli bədii metodların birgə 11 

mövcudluğunu tələb edir. O, realizmi də istisna etmir, amma realizm deyərkən XIX əsrin 

tənqidi realizmindən daha çox, bədii yaradıcılığın xalis zahiri realist manerasını nəzərdə 

tutur. 


Postmodernizm elitar və kütləvi sənət arasındakı qarşılıqlı münasibətlərdə dəyişiklik 

yaradıb. Bir vaxtlar sənətdən kənar sayılan çox şey indi tez-tez özünü uca səslə və 

cəsarətlə bəyan edir, az qism adamlar tərəfindən başa düşülən dərin, problemli sənəti 

özünün kütləviliyi və geniş auditoriyaya təsiri baxımından geridə qoyur. 

Postmodernizmin çağdaş yozumunda realizm səthi həyatauyğunluq olub, həyatın ən dərin 

meyllərini üzə çıxarmağa cəhd etmir, həyatın öz formasına əsaslanır. Hər şeydən öncə, 

əyləncə məqsədi güdən bu növ realizm kütləvi ədəbiyyat, kino və sənətin digər 

növlərində geniş yayılıb. Elmi fantastika, detektiv, casus saqaları, macəraçı-avantürist 

əhvalatlar, sentimental və xırda məişət süjetəri - postmodernizmə görə, bütün bunlar tam 

hüquqlu sənət əsərləridir. Amma bununla yanaşı, postmodernizm bu növ əsərləri daimi 

parodiya predmeti, onun auditoriyasını isə gülüş obyektinə çevirir. Təhkiyənin xəttiliyi, 

personajların davranışının psixoloji əsaslandırılması, səbəb-nəticə əlaqələrinin ciddi-

cəhdlə izlənilməsi postmodernisti özündən çıxarır. 

Ötən əsrin əvvəllərində bir çox modernistlər Puşkin, Dostoyevski, Tolstoyu "çağdaşlıq 

gəmisindən" düşürməklə təhdid edirdilər. Postmodernistlərin nəinki belə məqsədi yoxdur, 

əksinə, onlar "klassikanı" mənimsəmək istəyir, amma buna klassikanı təqlid etmək yox, 

onu ironik sitatlaşdırma, yenidən mənalandırma yolu ilə nail olmaq fikrindədirlər. 

Onların fikrincə, əgər keçmiş də daxil olmaqla hər şey üçün dəyər ola biləcək vahid baxış 

bucağı yoxdursa, onda keçmişin nailiyyətlərini inkar etməyə əsas da yoxdur. 

Bəzən deyirlər ki, plüralist postmodernist sənət dünyanın elmi və gündəlik mənzərəsini 

xaotikləşdirməyə yönəlib. Guya ki, İ.Priqojinin "Xaosdan doğulan nizam" əsəri buna 

görə postmodernistlərə xoş gəlir. 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

131 


Postmodernist plüralizmin xaosla eyniləşdirilməsinin, şübhəsiz ki, əsası yoxdur. Çünki 

postmodernizm xaosu təsdiq etmir, hər şeydən öncə, sənətdə, conra isə həyatın bütün 

yerdə qalan sahələrində bədnam ad çıxarmış "vertikal hakimiyyəti", diktaturanı inkar 

edir. Burda xaos yox, bədii yaradıcılığın fərqli paradiqmalarının yanaşı mövcud olduğu, 

onlardan hər hansı birinin digərini sıxışdırıb aradan çıxarmaq, özəlliklə də məhv etməyə 

cəhd göstərmədiyi özünəməxsus plüralist nizamdan söz gedir. Bu zaman hər hansı inkar 

və zorakılıq həqiqətə təkbaşına malik olmağın qeyri-qanuni, əsassız iddiası kimi qəbul 

olunur. Heç bir prinsip zidd olanları məhv etmək həddinə gəlib çatmamalıdır - 

postmodernizmin estetik sülhsevərliyinin məğzi bundadır. 

Priqojinin ideyalarının isə postmodernist sənətə birbaşa dəxli yoxdur. Priqojin göstərir ki, 

bu və ya digər sistemdəki xaos vəziyyəti gec-tez nizam halına keçir. Öz ideyasını idrak 

nəzəriyyəsinə şamil edən alim belə nəticəyə gəlir ki, bu və ya digər epoxaya mənsub 

insan idrakındakı xaosun hökmranlığı zaman keçdikcə öz yerini nizamın hökm sürdüyü 

digər epoxaya verməyə bilməz. O, təsdiq edir ki, "qanun" və "nizam" konsepsiyasına da 

bir dəfə verilən və əbədi bir şey kimi baxmaq olmaz, qanunlar və nizamın xaosdan 

törəməsi mexanizminin özünü də tədqiq etmək lazımdır. Bir yandan plüralist 

dünyaduyumuna doğru gedir, digər tərəfdən isə 12 

təcrübəmizin açıq-aşkar zidd cəhətləri daxilində yeni vəhdət axtarırııq. Uzaqbaşı xaos 

kimi görünən plüralizm ideyası daha yüksək səviyyəli nizama keçid üçün zəruri keçid 

mərhələsidir. 

Postmodernist çoxüzlülüyü ümumi mədəniyyət nəzəriyyəsinə müncər etməyə ilk dəfə 

J.Delez və F.Qvattari cəhd etmişlər. Onlar bizim dövrdə yanaşı mövcud olan "ağac 

mədəniyyəti" və "kök mədəniyyəti"ni qarşı-qarşıya qoyurlar. Mimesis (təqlid - 

tərcüməçi) nəzəriyyəsi tərəfindən dəstəklənən birinci tip mədəniyyət klassik surətdə 

movcuddur. Bu əsasda yaranan sənət təbiəti təqlid edir, dünyanı inikas etdirir, onun 

qrafik surəti, kalkası, fotoqrafiyası kimi meydana çıxır. Dünya obrazını özündə təcəssüm 

etdirən ağac bu tip mədəniyyətin simvolu sayıla bilər. "Ağac mədəniyyəti" əsasında 

yaranan bədii dünyanın tipik təcəssümü kitabdır. Ağac tipli mədəniyyətin gələcəyi 

yoxdur, o öz ömrünü başa vurub. 

Çağdaş mədəniyyət gələcəyə can atan "kök" mədəniyyətidir. Kök-kitab dünyanın artıq 

kalkası yox, xəritəsi olacaq, xəritənin mərkəzi olmadığı kimi onun da məna mərkəzi 

olmayacaq. Düşünüldüyünün əksinə olaraq bu, kitabın ölümü demək olmayacaq, sadəcə, 

yaradıcılığın, kitabın və buna uyğun olaraq mütaliənin yeni tipi yaranacaq. Kök-kitab 

prinsipial baxımdan yeni tip əlaqələrin gerçəkləşməsi demək olacaq: onun bütün 

nöqtələri öz aralarında əlaqələnəcək, amma bu əlaqələr struktursuz, qarmaqarışıq olacaq, 

gözlənilmədən kəsiləcək. Əlaqələrin belə qeyri-xəttiliyi yeni oxunuş, yeni mütaliə tipi 

yaradacaq. Fikirlərini əyaniləşdirmək üçün Delez və Qvattari "İsveç masası" anlayışından 

istifadə edirlər - hər kəs bu masadan istədiyi kitab-boşqabı götürə bilər. Buna uyğun 

olaraq "kök" anlayışını "minlərlə boşqab" kimi təsəvvür etmək olar. 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

132 


Oxşar fikirləri kitabı ensiklopediya ilə müqayisə edən U.Eko da söyləyib. Xətti, ardıcıl 

təhkiyənin olmadığı bu kitab-ensiklopediyanı oxumaq üçün oxucu özünə lazım olan 

istənilən səhifədən başlaya bilər. Hər istifadəçinin öz versiyasını yazdığı və gələcəkdə 

inkişaf etdirilsin deyə digər istifadəçilərə göndərdiyi kompyuter şəbəkəsi sistemində 

hipermətnlər (bir neçə, bəzən də sonsuz sayda mətnləri özündə birləşdirən mətn okeanı 

anlamına uyğun gəlir - tərcüməçi) məhz belə yaranır. 

Postmodernist sənətdə plüralizmə ilkin şərt kimi baxılması çağdaş açıq cəmiyyət 

mədəniyyətində formalaşan "metatəhkiyə", yaxud narrativə inamsızlıq doğurur. Ən 

ümumi şəkildə götürsək, narrativ - digər təhkiyə zamanı izahedici prinsip kimi götürülə 

biləcək nəsə əhəmiyyətli bir şey, məsələn, mədəniyyət, tarixin mənası, insan, Qərb, 

mütləq ruh və s. haqqında təhkiyə deməkdir. Tarixi tərəqqinin kəsilməzliyi, cəmiyyətin 

inkişafında çağdaş elm və texnikanın müstəsna səmərəli rolu, din və incəsənətin 

dünaynın obyektiv inikası olması və s. kimi bu qəbil izahedici sistemlər özünün əsaslı 

olmasına getdikcə daha çox şübhə doğurur. Tarixin mənası və insanın mövcudluğu 

məsələsində hər hansı ümumi, universal izahlara iddialı olmayan, müyyən sosial qrup və 

mədəniyyətlərlə bağlı "minihekayətlər" tendensiyası meydana çıxır. 

İncəsənətdəki mərkəzdənqaçma meyli hələ ötən əsrin ikinci yarısında amerikan 

rəssamlığında all over termini ilə ifadə olunmuşdu. Modernizmdə bir çox sələflərinin 

olmasına baxmayaraq, bu meylin banisi D.Pollok sayılır. P.Mondrianın neoplastikası da 

bəzən Pollakın rəssamlığındakı keyfiyyətləri özündə əks etdirir: mərkəzi nöqtənin, 

müəyyən sərhədlərin yoxa çıxması, aşağı və yuxarının qarşı-qarşıya qoyulması və s. 

Radikal eklektizm, bütün diskurs və istiqamətlərin bərabər ölçüyə malik olması, əsas 

mövzunun qeyri-mövcudluğu ideyası D.Corcun müxtəlif dövr və bədii üslublara aid 

şəkillərin repreduksiyalarından istifadə etdiyi, onların tamaşaçıya istədiyi mərkəzi 

nöqtəni seçmək imkanı yaratmaq məqsədilə heç bir seçim edilmədən qarışdırıldığı 

"(Orta) statistik mənzərə" kompozisiyasında da nümayiş etdirilir. 

II.2. Kanonlardan imtina 

Monist cərəyan sənətdə müəyyən sayda və kifayət qədər möhkəm kanonlar tələb etdiyi 

kimi, plüralist istiqamət, o cümlədən də postmodernizm hər hansı kanon, avtoritet, 

"klassiklərdən" nümayişkaranə surətdə imtina edir. 

Əsrlərcə öz gücünü saxlayan, sarsılmaz kanonlara əsaslanan sənətə nümunə kimi orta 

əsrlər sənətini göstərmək olar. Dini görüşlərin vəhdəti, sənət əsərinin ritual rolu, orta 

əsrlər həyatının ənənəviliyi orta əsrlər sənətinin zamana sinə gərən tələblər sisteminə 

qeyd-şərtsiz tabe olmasını göstərirdi. Kanonlara tabeçilik orta əsrlər sənətinin 

müəyyənedici özəlliklərindən biri olub, hər şeydən öncə, onun monist xarakteri ilə 

şərtlənir, yaradıcı sənətkarın azadlığının məhdudlaşdırılması və sıxışdırılması kimi 

qavranılmırdı. 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

133 


Orta əsrlər sənətkarı təsvir predmetini seçməkdə azad deyildi: bu, həmişə əsrlərcə əvvəl 

yazılmış və ənənə ilə işıqlandırılmış mətn, yaxud zamanın təsdiqindən keçmiş əvvəlki 

təsvirlərlə müəyyən olunurdu. 

Sənətkarın vəzifəsi ümumi əhəmiyyətli və məlum-məşhur ideya və obrazları ənənəvi 

priyomlar vasitəsilə ifadə etmək idi. Qəribə olsa da, bu onu ənənəvi mövzu və obrazların 

yozumu zamanı üz tutduğu sabitləşmiş priyomlara ixtiraçı münasibətdən tam məhrum 

etmirdi. Eləcə də, bu, kanon və ənənə mövqeyində duran əvvəlki nəslin nümayəndələrinə 

çağdaş sənətkarın dili ilə danışmaq imkanı verirdi. 

Orta əsrlər sənətinin kanonikliyi düşüncənin realizm və korporativliyində, hissə və 

elementləri daha vacib və real sayılan bütövə tabe etmək meylində ifadə olunurdu. Orta 

əsrlər adamı həmişə müəyyən qrup və ya konkret təbəqəyə mənsub olur və bu qrupun 

adından danışırdı. 

Kanonlara sadiq orta əsrlər mədəniyyəti və hər hansı kanondan sanki imtina edən 

postmodernist mədəniyyətin tutuşdurulması göstərir ki, kanonlara münasibət, əvvəla, 

sənətkarın şıltaq və özbaşınalığı olmayıb mürəkkəb mədəniyyət sistemi tərəfindən diktə 

olunur, ikincisi isə, bədii yaradıcılığın azadlığı və kanonlara sədaqət bir-birini qətiyyən 

istisna etmir. 

Məsələn, sərt kanonlara bağlı A.Rublyov görkəmli əsərlər yaradıb, hər hansı kanondan 

imtina edən əksər postmodernist sənətkarların yaratdıqları isə vur-tut birgünlük şeylər 

təsiri bağışlayır. Yeri gəlmişkən, postmodernist əsərlərin çoxu hər hansı uzunmüddətli 

mövcudluğa hesablanmayıb. 

Məsələn, Y.Boyesin "Piyli künc" əsəri tamaşaçıları cəmi bir sərgidə heyrətləndirdi, 

amma sonra bir daha nümayiş etdirilmədi. Rəqqasə D.Hey bir dəfə səhnəyə çıxaraq 

bəyan etdi ki, adətən olduğunun əksinə, rəqs yox, tamaşaçılarla söhbət edəcək. Rəqqasə 

çaş-baş qalmış rəqs həvəskarlarına bir saatdan artıq sakit, təmkinli, amma təsirli bir 

məruzə etdi. Məruzənin məğzində belə bir fikir dururdu ki, həmişə olduğu kimi o, yenə 

də özünü tamaşaçıya təqdim edir, sadəcə, bu dəfə təqdimat hərəkətsizdir. Çünki rəqqasə 

hərəkətə bəraət qazandıracaq hər hansı priyomu daha tapa bilmir. Heyin sözlərinə görə, 

onun rəqsdə axtardığı ilham gərək bədəninin hər bir hüceyrəsini çulğalasın. Və 

tamaşaçıların da şahid olduğu kimi, belə bir ilham öz ifadəsini indi onun nitqində tapır. 

Bu qəbil tamaşaya baxmaq (daha doğrusu, qulaq asmaq) olsun ki, maraq doğura bilərdi, 

amma çox yox, cəmi bir dəfə. Yeri gəlmişkən, bu tamaşa da ikinci dəfəyə 

hesablanmamışdı. 

II.3. Qeyri-müəyyənlik 

 

Sənət əsərinin müəyyən sərt qaydalara əməl olunması nəticəsində yaranmasına inam 



metodologizm adlanır. Buna qarşı antimetodologizm - sənətin öz təbiəti etibarilə 

 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

134 


antisistematik və antidoqmatik səciyyəsi, onun aydın qaydalara tabe olmaması qənaəti 

durur. 


Metodologizm və antimetodologizm sənətin inkişafında qaydaların əhəmiyyəti 

baxımından iki zidd qütbdür. Metodologizm qaydalara əməl olunmasını "əsil sənətin" 

yaranmasında həlledici şərt sayır və qaydalara uyğunluğu bədii əsərin obyektivliyi, yəni 

zamanın ruhuna uyğunluğu ilə eyniləşdirir. Antimetodologizm əsərin 

qiymətləndirilməsində standart qaydalardan istifadə imkanını inkar edir və özünün ifrat 

halında hətta hər hansı qaydanın mövcudluğu fikrini ümumən yaxına qoymur. 

Metodologizm, xüsusən də dramaturgiyada "zaman, məkan və hərəkət vəhdəti" tələbi 

qoyan və buna cavab verməyən hər hansı pyesi diqqətə layiq bilməyən klassisizm özünün 

bu tələbindən əzab çəkir. 

Öz mənşəyi etibarilə Aristotel və Platona gedib çıxan "klassik metodologizm" bədii 

yaradıcılığın universal qaydalarının mövcudluğu fikrini irəli sürür. XIX əsrin ortalarından 

etibarən yaranamğa başlayan "kontekstual metodologizm" qaydaların bədii yaradıcılıq 

kontekstindən asılılığını qəbul edir və bəyan edir ki, heç bir qayda universal olmasa da, 

müəyyən yaradıcılıq durumu (kontekst) ilə bağlı şərti qaydalar ola bilər. Metodologizm 

və antimetodologizm arasında orta mövqe tutan modernizm isə təsdiq edir ki, sənətin 

hətta şərti qaydalarının belə öz hüdudları var və onlara əməl olunması bəzən əks 

nəticələrə gətirib çıxara bilər. 

Metodologizm bədii yaradıcılığı sabitləşmiş qaydalar sistemi, bədii mətnin yaranmasını 

isə texniki qaydalara tabe edir. Fəaliyyət azadlığından məhrum olan sənət bu zaman artıq 

canlı və axıcı olmur, sənətkardan asılı olmayaraq mövcud olan, "əl dəyməmiş", 

"işlənilməmiş" şeyləri və dəyişkən dünyanı görmək qabiliyyətini itirir. Metodologizm 

sənətkarın dəqiq qaydalar üzrə yerinə yetirdiyi kor-koranə əməliyyatlara yaradıcı 

əhəmiyyət verir: guya onlar estetik təxəyyül və sənətkar qavrayışındakı dünyanı 

formalaşdırır. İfrat antimetodologizmi isə 15 

"metodoloji anarxizm" adlandırmaq və onun mahiyyətini vur-tut bircə prinsiplə vermək 

olar: istənilən qaydadan istifadə etmək olar. 

Postmodernizm ilk baxışdan "metodoloji anarxizm" kimi görünsə də, əslində, istər 

metodologizm, istərsə də antimetodologizmə məxsus ifratlardan qaçmağa çalışır. 

Postmodernizmə görə, universal qaydalar olmasa da, ümumən qaydalar lazımdır və onlar 

sənətkara kömək edir. Çünki hər hansı qaydanı rədd edənlər istər-istəməz digərinə üz 

tutur, nəticədə qaydalar həmişə qalır. Beləliklə, bu məsələdə postmodernizmin özəlliyi 

bədii yaradıcılığın universal qaydalarının qeyri-mövcudluğu və onları axtarmağın 

mənasızlığına inamındadır. 

Şübhəsiz ki, bədii yaradıcılığın qaydaları var, amma bunlar hər bir sənətkarın hökmən 

yerinə yetirməli olduğu göstərişlər deyil. Bu qaydaların hətta ən gözə çarpanlarından belə 

fərqli şəkildə istifadə etmək olar və onlar çoxsaylı istisnalara malikdir. 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

135 


Qaydalar bir yaradıcılıq sahəsindən digərinə, bir dövrdən başqasına keçə bilər. Müəyyən 

konkret zamana mənsub sənətkarın əsaslandığı qaydalar həm də sənət tarixinin əvvəlki 

dövrünün nəticə və yekunu kimi meydana çıxır. Hər hansı qaydanın sözsüz yerinə 

yetirilməsi tələbi sənətin müəyyən tarixi durumunu mütləq və əbədi standart səviyyəsinə 

qaldırmaq olardı. 

Sənətkarın hər yeni əsəri təkcə məlum formaların sadəcə tətbiqi yox, həm də bu 

formaların bir daha sınaqdan keçirilməsidir. Sənətkar hər hansı köhnə formanı tətbiq 

etdiyi kimi, onun tətbiqini konkret halda lazımsız da saya bilər. Əvvəllər qəbul edilmiş 

qaydaların tətbiqi bəzən uğura səbəb olduğu kimi, bəzən əksinə, bu uğur məhz hansısa 

sabitləşmiş standartlardan imtina hesabına əldə olunur. Sənətkarlar təkcə qaydalara tabe 

olmur, həm də onu tənqid edir və yeni qaydalar sistemi yaradırlar. Postmodernizm 

məsələnin məhz bu tərəfinə qol qoyur. 

Postmodernist sənətin qeyri-müəyyənliyi, onun antisistem və antidoqmatik xarakteri 

postmodernist sənətkarın ümumən heç bir qaydaya riayət etməməsi demək deyil. Həmişə 

olduğu kimi, qaydalar yenə də var, amma, əvvəla, onlar qapalı və sərt deyil, ikincisi, 

postmodernizm başa düşür ki, yeni qayda yeni əsərlə birlikdə doğulur və əgər belə 

deyilsə, əsər auditoriya üçün hadisəyə çevrilə bilməz. 

II.4. Sənət əsəri mətn kimi 

Qeyri-müəyyənliyin postmodernist dərkinin özünəməxsusluğu sənət əsəri və mətn 

arasındakı anologiyada da öz əksini tapır. Amma bütün anologiyalar kimi bu 

anologiyanın da inandırıcı gücünü şişirtməyə, yəqin ki, ehtiyac yoxdur. 

Belə demək olar ki, sənət öz-özlüyündə daha geniş, "böyük mətnin" - mədəniyyətin bir 

fraqmenti kimi zahir olan mətndir. Sənət əsəri təkcə roman, povest, poemalar və s. yox, 

şəkil, simfoniya, heykəltəraşlıq, memarlıq abidələri və s. də daxil olmaqla sənət 

mətnlərinin cəmindən ibarət bir mətndir. 

Ənənəvi anlamda mətn hər hansı bir dilin qaydalarına uyğun daxili struktur və 

təşkilolunmaya malik bitkin, vahid və bütöv yazıdır. Hər hansı kitab, onun bir hissəsi və 

ya ayrılıqda götürülmüş fraqmenti mətn ola bilər. Diskursiv janrdan asılı olaraq gündəlik 

həyatı təsvir edən adi, ədəbi, elmi, fəlsəfi, tibbi, hüquqi, dini və s.mətnləri seçib-ayırmaq 

mümkündür. 

60-cı illərin sonlarından etibarən poststrukturalizmin təmsilçiləri (J.Derrida, Y.Kristeva, 

R.Bart və s.) mətnin vahid orqanizm və qapalı sistem olması baxımından şübhə və 

təkzibə məruz qalması ilə bağlı yeni konsepsiya yaratdılar. Kristeva mətnin mozaika kimi 

sitatlardan qurulması, digər mətnin həzm və transformasiya olunması nəticəsində 

yaranmasını nəzərdə tutan intertekstuallıq prinsipini irəli sürdü. "Hər hansı bir mətn digər 

mətn üzərində yazılıb" (U.Eko). 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin