“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
189
yaraq-yasaqla zəngin ölkələrə çevrildilər. Ərəblərlə (Qərbin yaratdığı) İsrail arasında bir
neçə savaş baş verdi. 1950-ci illərin çoxunu Fransa Əlcəzairdə qanlı və amansız savaşa
düçar oldu. 1956-da Britaniya və Fransa gücləri Misirə girdilər. 1958-də Amerika
qüvvələri Livana yeridi və sonra dəfələrlə ora qayıtdı. 1958-də amerikanlar Liviyaya da
təkrar-təkrar hücumlar etdilər və dəfələrlə İranla müxtəlif hərbi qarşıdurmalara düşdülər.
Cavabında ən azı üç Orta Şərq dövlətlərində arxa qazanmış ərəb və İslam terrorçuları
zəiflərin silahına əl atıb Qərb təyyarələrini, binalarını bombalamağa, qərblilərdən girovlar
götürməyə başladılar. Ərəblərlə Qərb arasında savaş 1990-da zirvə nöqtəsinə çatdı. Bu il
Amerika İran Körfəzinə böyük hərb yeritdi ki, bəzi ərəb ölkələrini başqa ərəb ölkələrinin
təcavüzündən qorusun. Bu savaşdan sonra indiyənəcən NATO-nu planları «güney
sərhədləri» boyunca sıralanan potensial təhlükələri, səbatsızlıqları nəzərə alınaraq cızılır.
Qərblə İslam arasındakı hərbi qarşıdurma düz yüz ildir, çəkir və onun səngiyəcəyi az ağla
batır. Tərsinə, o daha da kəskinləşə bilər. Körfəz Savaşı xeyli ərəbi öyündürdü ki,
Səddam Hüseyn İsrailə hücum edib və bütün Qərbə qarşı durub. Savaş həm də Körfəzdə
Qərb hərbinin bulunması ilə bağlı müsəlmanların ürəyinə xeyli xəcalət və narazılıq saldı.
Qərbin hamını üstələyən hərbi, onların isə talelərini qura bilməkdə açıqca görünən
bacarıqsızlığı bu duyğuları daha da gücləndirdi. Çox ərəb ölkələri – özü də yalnız neft
ixrac edənlər yox, - elə iqtisadi və sosial gəlişmə mərtəbəsinə çatıblar ki, artıq, avtoritar
hakimiyyətlə bu mərtəbə uyuşmur, ona görə də ölkəyə demokratiyanı gətirmək üçün
çalışmalar güclənib. Ərəb siyasi sistemlərinin bəlli dərəcədə açıq sistemə çevrilməsi,
artıq, oluşmaqdadır. Ancaq bütün bunlardan hələ ki prinsipial faydanı İslamçı hərəkat
götürür. Ərəb ölkələrində Qərb demokratiyası anti-qərbçi qüvvələri gücləndirir. Bəlkə də
adı çəkilən proses ötüb keçəcək, ancaq hər halda indidən onun sonucunda İslam ölkələri
ilə Qərb arasında ilişgilər kəskincə mürəkkəbləşib.
İlişgilər mürəkkəbləşib həm də demoqrafik səbəblərə görə. Ərəb ölkələrində, özəlliklə,
Şimali Afrikada əhalinin azman artımı Qərbi Avropaya mühacir axınının güclənməsi ilə
sonuclanır. Öz növbəsində Qərbi Avropa ölkələri arasındakı sərhədlərin yavaş-yavaş
aradan qalxması fonunda mühacirlərin axını kəskin siyasi narazılıq yaradır. Bunun
sonucudur ki, İtaliyada, Fransada, Almaniyada irqçilik getdikcə daha açıq-saçıq forma
alır. Ərəb, türk mühacirlərinə qarşı siyasi reaksiya və zorakılıqsa 1990-dan bu yana daha
da artıb.
İndi hər iki tərəf İslam və Qərbin qarşılıqlı eyləmələrini sivilizasiyaların konflikti kimi
görür. M.C. Əkbər adında Hindistanlı müsəlman jurnalisti yazır: - «Qərb güman ki,
müsəlman dünyası ilə konfrantasiyaya girməli olacaq. Məğribdən tutmuş Pakistanacan
İslam dünyasının geniş yayılması yeni dünya sahmanı, düzəni üstünda çarpışma ilə
sonuclanacaq». Bernard Lyuisin gəldiyi nəticə də oxşardır: ―Biz elə ovqatla, hərəkatla
üzləşmişik ki, onlardan istifadə etmək istəyən siyasətin, dövlətlərin gücü çatan şeylər
deyillər. Bu, nə az, nə çox sivilizasiyaların çarpışmasıdır. Olsun ki, həmin çarpışma
irrasionaldır, ancaq hər halda bizim İudo-Xristian ənənələrimizə, dünyəvilikdə bulunan
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
190
indimizə və bunların hər ikisinin qlobal genişlənməsinə əski rəqibimizin tarixən
şərtlənmiş reaksiyasıdır» (2).
Tarix boyu Ərəb-İslam sivilizasiyası ilə Cənubdakı bütpərəst (müşrik), animist, indi isə
əsasən xristian olan qaradərililər bir-biri ilə antaqonist davranışlarda bulunmuşdular.
Keçmişdə bu antaqonizm ərəb qul alverçisi ilə qara qulun simalarında özünə görüntü
qazanmışdı. İndi isə həmin düşmənçilik Sudandakı ərəblərlə qaralar arasında uzanan
vətəndaş savaşında özünü göstərir. Bu düşmənçilik eyni ilə Çadda Liviyanın yardım
etdiyi qiyamçılarla hökumət arasında, Afrika Buynuzu ölkəsində pravoslav xristianlarla
müsəlmanlar arasında, Nigeriyada müsəlmanlarla xristianlar arasında baş verən silahlı və
qanlı çarpışmalardan da bilinir. Afrikanın modernləşməsi, orada Xristianlığın yayılması
yəqin ki, iki sivilizasiya arasındakı çat boyu zorakılığın olma gümanını daha da artıracaq.
1993-ün fevralında Xartumda Papa II İoan Pavelin çıxışı göstərdiyimiz konfliktin
intensivləşməsinin bir simptomu oldu. Çıxışında o, xristian azlığına etdiklərinə görə
Sudanın islamçı hakimiyyətinin üstünə düşmüşdü.
İslamın Şimali sərhədlərində konflikt pravoslavlarla müsəlmanlar arasında gedir.
Bununla bağlı Bosniya və Sarayevodakı qırğınları, serblərlə albanlar arasındakı
sönməyən çarpışmaları, bolqarlarla türk azlığı arasındakı gərginliyi, osetinlərlə inquşlar,
ermənilərlə azərbaycanlılar arasındakı qanlı toqquşmaları, ruslarla müsəlmanların Orta
Asiyada konfliktlərini və rus hərbi qüvvələrinin Rusiyanın maraqlarını qorumaq üçün
Qafqazda və Orta Asiyada yerləşdirilməsini yada salmaq olar. Din etnik kimliyin
canlanmasına yeni güc verir və bununla Rusiyanın öz güney sərhədlərinin təhlükəsizliyi
haqqında qorxularını daha da artırır. Bunu Arçi Ruzvelt yaxşı duyub: - ―Rusiya tarixinin
böyük kəsimində slavyanlarla türklər arasında sərhəd savaşları olub. Bu savaşların
başlanğıcı min ildən də o taya, rus dövlətinin qurulduğu çağa gedib çıxır. Slavyanların
min il ərzində Şərq qonşuları ilə uzun-uzadı konfrantasiyada bulunması yalnız Rusiya
tarixini anlamaq üçün yox, həm də rus xarakterini bilmək üçün açardır. Bugünkü
Rusiyada olanları anlamaq üçün gərək yüzillər boyu dəfələrlə onun diqqətini özünda
saxlamış türk etnik qrupunu unutmayasan» (3).
Asiyanın hər yerində sivilizasiyaların konflikti dərin kök salıb. Subkontinentdə
müsəlmanlarla hinduslar arasındakı tarixi çarpışmalar indi özünü yalnız Pakistanla
Hindistan arasındakı düşmənçilikdə bildirmir. Hindistanın özündə yaxşı yaraqlanmış
hindus qrupları ilə böyük kütlə olan müsəlman azlığı arasında dini toqquşmalar var.
1992-nin sentyabrında Ayodhya Məscidinin sökülməsi belə bir sualı ortaya çıxardı:
Hindistan dünyəvi demokratik dövlət olaraq qalacaq, yoxsa hinduslaşacaq? Şərqi
Asiyada Çinin öz qonşularının çoxu ilə ciddi ərazi dartışmaları var. Çin Tibet buddistləri
ilə amansızcasına haq-hesab çürütmüşdü. İndi isə türk-müsəlman azlığı ilə eyni cür
davranmağa hazırdır. Soyuq Savaşın sona yetməsi ilə Çinlə Birləşmiş Ştatlar arasında
İnsan Haqları, ticarət və kütləvi qırğın silahlarının yayılmaması məsələlərində
ziddiyyətlər daha da güclənib və ümid yoxdur ki, haçansa yumşalma gedəcək. 1991-də
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
191
Den Syaopin xəbərdarlıq etmişdi ki, «Çinlə Amerika arasında yeni soyuq savaş
sürməkdədir».
Den Syaopinin sözlərini Yaponiya ilə Birləşmiş Ştatların getdikcə mürəkkəbləşən
ilişgilərinə də aid etmək olar. Burada mədəniyyət fərqləri, fərqləri iqtisadi konflikti
şiddətləndirir. Hər tərəf o birisini irqçilikdə suçlayır. Ancaq ən azı Amerika tərəfdə
antipatiya irqi yox, mədəniyyət xarakteri daşıyır. Bu iki toplumun təməl dəyərləri,
davranış qaydaları və üslubları o qədər ayrılır ki, daha bundan artıq ola da bilməz.
İqtisadiyyatda Amerika ilə Avropanın düşüncə ayrılığı Yaponiya ilə olanlardan az deyil.
Ancaq bu ayrılıq Yaponiya ilə olan qədər siyasətdə qabarmır və emosional gərginlik
oyatmır. Səbəb isə ondadır ki, Amerika ilə Avropa mədəniyyətlərinin arasındakı fərqlər
Amerika ilə Yapon sivilizasiyalarının ayrılıqlarına baxanda çox azdır.
Sivilizasiyaların biri-birinə təsir etmə zamanı zorakılıq imkanları meydana gələ bilər.
Amerika ilə Avropa subsivilizasiyaları (altsivilizasiyaları) arasında iqtisadi yarış üstünlük
qazanıb. Belə bir yarış onların hər ikisi ilə Yaponiya arasında da var. Ancaq Avroasiya
zolağında konfliktlər bolluca yayılıb və onların arasında «etnik təmizləmə» cizgilərini
almış konfliktlər elə də az deyil. Belə konfliktlər burada ayrı-ayrı sivilizasiyalardan olan
qruplar arasında daha tez-tez olur və bu zaman zorakılıq aşırı olur. Avroasiyada
sivilizasiyalar arasında tarixən yer almış sərhədlər var və onlar yenidən konfliktlər
odunda yanır. Bu konfliktlər İslam dünyasının Afrikadan tutmuş Orta Asiyayacan uzanan
aypara cızıqlı sərhədlərinda daha şiddətlə od tutub yanır. Ancaq iş burasındadır ki,
müsəlmanlarla başqalarının konfliktlərində də zorakılığa genişcə əl atılır. Beləcə,
Balkanlarda müsəlmanlarla Ortodoks serblərin, İsraildə yəhudilərin, Hindistanda
hindusların, Birmada buddistlərin, Filippində katoliklərin konfliktləri zorakılıqla doludur.
Hər yerdə İslamın sərhədləri qana batıb.
SİVİLİZASİYALARIN SIX BİRLİYİ: ―QARDAŞ ÖLKƏLƏR» SİNDROMU
Bir sivilizasiyadan olan dövlətlər savaşa cəlb olunanda, sözsüz ki, öz sivilizasiyalarının
başqa üzvlərindən arxa qazanmağa çalışırlar. Soyuq Savaşdan sonra yeni dünya düzəni
formalaşır. H.D.S. Qrinveyin «qardaş dövlətlər» sindromu adını verdiyi sivilizasiya
birliyi öncələr əməkdaşlığın və koalisyonların başlıca prinsipi saylan ənənəvi güclər
tarazılığının, eləcə də siyasi ideologiyanın yerini tutur. «Qardaş ölkələr» sindromunun
yavaş-yavaş əmələ gəlməsi özünü, Soyuq Savaşdan sonrakı bütün konfliktlərdə, - İran
Körfəzində, Qafqazda və Bosniyada aydınca göstərir. Sadalanan bölgələrdəki davaların
heç biri sivilizasiyalar arasında baş verən tammiqyaslı savaş deyil. Ancaq onların hər
birisi özündə sivilizasiyaların iç konsolidasiyasını ünsürlər kimi göstərir. Özü də belə
görünür ki, konfliktlər inkişaf etdikcə bu amil daha önəmli olacaq. İndiliksə həmin amil
gələcəkdə olacaq hadisələri müjdələyir.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
192
Birincisi, Körfəz Savaşında öncə bir ərəb dövləti başqa ərəb dövlətinin içinə girmiş,
sonra isə ərəb, Qərb və başqa ölkələrin koalisyonu ilə savaşmışdı. Səddam Hüseynə çox
az müsəlman hökumətləri açıqca qahmar çıxsa da xeyli ərəb ölkələrinin elitası onu
xəlvətcə həvəsləndirmişdi və o, ərəblərin çoxu arasında böyük populyarlıq qazanmışdı.
İslam fundamentalist hərəkatı isə Qərb arxalı Küveyt, Səudiyyə Ərəbistanı hökumətlərini
yox, daha çox İraqa kömək olmuşdu. Səddam Hüseyn özü ərəb millətçiliyini qızışdıraraq
açıqca İslama üz tutmuşdu. O və ona qahmar çıxanlar çalışırdılar ki, savaşı sivilizasiyalar
arasında olan dava kimi tanıtsınlar. «Bu, İraqa qarşı dünya savaşı deyil. Bu, İslama qarşı
Qərbin savaşıdır» cümlələri Məkkənin Ümm əl-Kura Universitetində İslam
Araşdırmalarının dekanı Səfər əl-Həvalinin dilindən çıxmışdı, sonra isə maqnitofon
lentində geniş yaydırılmışdı. İranın baş dini lideri Ayətolla Əli Xamenei isə birdən-birə
İranla İraq düşmənçiliyini boş buraxıb Qərbə qarşı cihada çağırmışdı: «Qərbin
təcavüzünə, acgözlüyünə, planlarına, siyasətinə qarşı mübarizə cihad sayılacaq və bu
yolda öldürülənlər şəhiddirlər». İordaniyanın kralı Hüseyn isə bildirmişdi: «Bu dava
bütün ərəblərə, bütün müsəlmanlara qarşıdır, dava təkcə İraqa qarşı deyil».
Ərəb elitalarının və camaatının önəmli kəsiminin Səddam Hüseynin arxasında durması
məcbur etdi ki, anti-İraq koalisyonunda olan ərəb hökumətləri davranışlarını dar cızığa
salıb bəyanatlarını yumşaltsınlar. Qərb İraqa basqı yapmağa çalışanda, - buna 1992-nin
yayında İraq üçün qeyri-uçuş zonaları qoymaq və 1993-ün yanvarında İraqın
bombalanması da aiddir, - ərəb hökumətləri ya qarşı çıxdılar, ya da özlərini aralı tutdular.
1990-cı ildə İraqa qarşı olan Qərb-Sovet-Türk-Ərəb anti-İraq koalisyonu 1993-də yalnız
Qərb ilə Küveytin İraqa qarşı koalisyonu oldu.
Müsəlmanlar Qərbin İraqla bağlı qətiyyətini bosniyalıları serblərdən qoruya bilməməsi və
BMT-nin qətnamələrinə məhəl qoymayan İsrailə sanksiyalar tətbiq etməməsi ilə
tutuşdurub onu ikili əxlaqda suçlayırlar. Ancaq, o biri yandan, sivilizasiyaların çarpışdığı
dünya ikili standartlar dünyası olmağa məhkumdur: uluslar bir standartla ―qardaş
ölkələrə», o birisi ilə başqalarına baxırlar.
İkincisi, ―qardaş ölkə» sindromu keçmiş Sovetlər Birliyindəki konfliktlərdə də üzə
çıxmışdı. 1992-1993-cü illər arasında ermənilərin hərbi uğuru Türkiyəni öz din, etnik və
dil qardaşlarına möhkəm qahmar çıxmağa itələmişdi. 1992-ci ildə bir türk rəsmisi
bildirmişdi: «Bizdə azərbaycanlıların hissiyyatı kimi hissiyyatı olan türk milləti var. Ona
görə də biz basqı altındayıq. Qəzetlərimiz qəddarlığı göstərən fotolarla doludur və bizdən
soruşurlar: belə şeylərdən sonra da neytrallıq siyasətini yeridəcəksiniz? Bəlkə ermənilərə
göstərməyin vaxtı çatıb ki, burada böyük Türkiyə var». Prezident Turqut Özal özü də bu
fikirlə razı idi və bildirirdi ki, Türkiyə əvvəl-axır Ermənistanı bir az qorxutmalıdır. 1993-
cü ildə Özal bir daha hədələmişdi ki, Türkiyə «dişlərini göstərəcək». Türkiyə hava
güclərinin qırıcıları indi Ermənistan sərhədləri boyunca kəşfiyyat uçuşları aparırlar.
Türkiyə Ermənistan üçün ərzaq daşıyan gəmiləri, uçaqları saxlayır. Türkiyə ilə İran birgə
bildiri veriblər ki, onlar heç vaxt Azərbaycanın bölünməsini qəbul etməyəcəklər. Keçən
illərdə Sovet hökuməti Azərbaycana qahmar çıxmışdı, çünki bu axırıncının hökumətində
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
193
keçmiş kommunistlər üstün idi. Ancaq Sovetlər Birliyinın sona yetməsi ilə məsələyə
siyasi baxış yerini dini baxışa verdi. Rusiyanın döyüş qüvvələri ermənilər tərəfində
vuruşdular. Azərbaycansa Rusiyanı «180 dərəcə dönüb» xristian Ermənistana arxa
durmaqda suçladı.
Üçüncüsü. Qərblilər keçmiş Yuqoslaviyadakı döyüşlərdə Bosniya müsəlmanlarına rəğbət
göstərib qahmar çıxdı, serblərin hərəkətləri isə onları dəhşətə gətirdi. Ancaq bu dəhşətin
yanında Horvatların müsəlmanlara hücumuna və Bosniya-Hersoqovinanı bölüşdürməkdə
iştiraklarına az maraq gəstərildi. Yuqoslaviyanın dağılmasının ilk dönəmində Almaniya
görünməmiş diplomatik girişim və güc göstərib Avropa Birliyinin 11 ölkəsini Sloveniya
ilə Horvatiyanı tanımağa vadar etdi. Papanın bu iki katolik ölkəsinə möhkəmcə arxa
durmaq qərarının nəticəsi olaraq Vatikan Avropa Birliyindən də qabaq onları tanıdı.
Beləliklə, Qərb sivilizasiyasının aparıcı ölkələri öz dindaşlarının arxasına toplaşdılar.
Bunun sonucunda Horvatiya Mərkəzi Avropa və başqa Qərb ölkələrindən çoxlu yaraqlar
aldı. Boris Yeltsin hökuməti isə elə bir orta yol tutmağa çalışdı ki, bir yandan, Ortodoks
serblərə rəğbətini anlatsın, o biri yandan isə Rusiyanı Qərbə yadlaşdırmasın. Ancaq
Rusiyanın konservativ, millətçi qrupları, - bunların arasında çoxlu millət vəkilləri də
vardı, - serblərə arxa durmağa hazır olmadığı üçün hökumətin üstünə düşdülər. 1993-cü
ilin erkənlərində bir neçə yüz rus açıq-aydın serb qüvvələrində qulluq etməyə getdi.
Soraqlar fırlanırdı ki, Rusiya serblərə kömək üçün yaraq-yasaq da yollayır.
O biri yandan, İslam hökumətləri, qrupları Bosniyanın dadına çatmadığı üçün Qərbi ifşa
etməklə məşğul idilər. İran rəhbərliyi dünyanın bütün müsəlmanlarına durmadan çağırış
edirdi ki, Bosniyaya kömək əlini uzadın; özü isə BMT-nin silah embarqosunu pozaraq
ora yaraqlar və əsgərlər göndərirdi; Livanın İran tərəfindən dəstəklənən dəstələri Bosniya
döyüşçülərini öyrətmək və təşkil etmək üçün partizanlar göndərmişdilər. Çatan soraqlara
görə 1993-də iyirmi ölkədən 4 000-cən müsəlman Bosniya tərəfində vuruşurdu. Səudiyyə
Ərəbistanını və başqa müsəlman ölkələrinin hökumətlərini bosniyalılara daha çox yardım
etməyə sürükləmək üçün həmin ölkələrin özündəki fundamentalist qruplar getdikcə daha
güclü basqılar yapırdılar. 1992-nin axırlarında, soraq gəldi ki, Səudiyyə Ərəbistanı
silahlanmaq və ərzaqla təmin olmaq üçün bosniyalıları xeyli maliyyələşdirib. Bunun
sonucunda serblərlə üzbə-üzdə bosniyalıların döyüş bacarıqları önəmli dərəcədə artdı.
30-cu illərdə İspaniya Vətəndaş Savaşı siyasi baxımdan faşist, kommunist, demokratiya
rejimlərində olan ölkələrin işə qarışmasına gətirib çıxarmışdı. Bu gün, - 90-cı illərdə isə
yuqoslav konflikti Müsəlman, Ortodoks, Qərbi Xristian ölkələrinin işə qarışmalarına
səbəb olmuşdur. Bu paralel heç kimin gözündən yayınmamışdır. «Bosniya-
Hersoqovinadakı savaş İspaniyada faşizmə qarşı mücadilənin emosional ekvivalentinə
çevrilib, - bunu bir Səudiyyə Ərəbistanı icmalçısı demişdi, - burada ölənlər müsəlman
qardaşlarını qurtarmaq uğrunda şəhid sayılırlar».
Konflikt və zorakılıq, sözsüz, həm bir sivilizasiyanın içindəki ölkələr arasında, həm də o
ölkələrin öz içində baş verə bilir. Ancaq bu zaman konfliktlərin intensivliyi, yayılmışlığı,
adətən, sivilizasiyalar arasında baş verən konfliktlərə baxanda az olur. İki tərəfin eyni
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
194
sivilizasiyaya mənsubluğu başqa halda konfliktdə şiddətlənəcək zorakılığın olması
gümanını azaldır. 1991-1992-ci illərdə Rusiya ilə Ukrayna arasında mübahisəli ərazilərə,
özəlliklə, Krıma, eləcə də Qara Dəniz donanmasına, nüvə silahı arsenalına və iqtisadi
problemlərə görə silahlı konfliktlərin ola biləcəyi gümanı yaranmışdı. Bu ehtimala baxıb
xeyli adam yaraqlanmışdı da. Ancaq sivilizasiya dediyimizin bir mənası varsa, onda
ukraynalılarla ruslar arasında ciddi toqquşma çətin ki, baş versin. Onların ikisi də
yüzillərlə yaxın ilişgidə bulunmuş slavyan uluslarıdır, əsasən də pravoslav dinindədirlər.
Ona görə də 1993-ün erkənlərində konflikt üçün bütün səbəblərin olmasına baxmayaraq
hər iki ölkənin liderləri effektiv bağlaşma yapmaq yolunu tutaraq iki ölkə arasındakı
partlayışlı məsələlərin fitilini çıxartdılar. Ancaq həmin vaxtlarda keçmiş Sovetlər
Birliyinin hər yerində müsəlmanlarla xristianlar arasında sərt döyüşlər gedirdi. Baltik
ölkələrində isə Qərb və pravoslav xristianlığı arasında böyük, bəzənsə birbaşa
toqquşmalara çatan gərginlik vardı. Halbuki, ruslarla ukraynalıların qarşıdurmaları
zorakılıq həddinə çatmadı.
İndiyənəcən sivilizasiyaların toparlanması yığcam formada baş verirdi, ancaq proses
inkişaf edir və onun gələcək üçün xeyli potensialı var. Baxın, Fars Körfəzində, Qafqazda,
Bosniyada konfliktlər davam etdikcə dürlü ölkələrin mövqeyi, onlar arasındakı fərqlər
getdikcə daha çox hansı sivilizasiyadan olmalarından asılılığa düşür. Populist siyasətçilər,
dini liderlər, Mass-media isə bundan güclü silah kimi istifadə edərək kütlələri öz
tərəflərinə çəkirlər və bununla da tərəddüddə olan hakimiyyətlərə basqı yapırlar.
Üzümüzə gələn illərdə çox güman ki, Bosniyada və Qafqazdakı kimi sivilizasiyalararası
çatlar boyu baş verən lokal konfliktlərin eskalasiya edib böyük savaşa çevrilməsi ən
böyük qorxu olacaq. Növbəti dünya savaşı, əgər bu savaş olacaqsa, sivilizasiyalar
arasında baş verəcək.
QƏRB YERDƏ QALAN DÜNYAYA QARŞI
Başqa sivilizasiyalara baxanda Qərb indi öz əzəmətinin tam zirvəsindədir. Onun
opponenti olan superdövlət siyasi xəritədən gedib. Qərb dövlətləri arasında hərbi
konfliktlər indi ağıla batmır. Onların hərbi gücləri də bir-birinə düşmən kimi baxmırlar.
Yaponiyanı çıxsaq, iqtisadiyyatda Qərbə meydan oxuyacaq ayrı ölkə yoxdur. Beynəlxalq
siyasi və təhlükəsizlik qurumlarında o, üstündür. Uluslararası iqtisadi sahədə isə
üstünlüyü Yaponiya ilə bölüşdürür. Qlobal siyasət və təhlükəsizlik məsələləri ABŞ-ın,
Britaniyanın, Fransanın başçılığı altında uğurla çözələnir, dünyanın iqtisadi
problemlərinin öhdəsindən isə ABŞ-ın, Almaniyanın və Yaponiyanın başçılığı ilə gəlinir.
Bu işdə onlar ilişgələrini çox sıx qururlar ki, yerdə qalan qeyri-Qərb dövlətlərini yaxın
buraxmasınlar. BMT-nin Təhlükəsizik Şurasında və ya Beynəlxalq Volyuta Fondunda
çıxarılmış qərarlar, əslində, Qərbin maraqlarından doğur, hərçənd sonra da dünyaya elə
göstərilir ki, guya bu qərarlar Dünya Birliyinin gərəklərinə uyğundur. İşlək deyim olan
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
Dostları ilə paylaş: |