Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə29/58
tarix29.11.2016
ölçüsü3,88 Mb.
#461
1   ...   25   26   27   28   29   30   31   32   ...   58

 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

209 


Birincisi, qeyri-qərb ölkələrində keçirilən seçkilər ölkədə demokratik institutların 

mövcudluğu üçün ciddi təhlükə mənbəyi olan siyasi liderlərin və qrupların qələbəsi ilə 

başa çata bilir. Latın Amerikasında və keçmiş Sovet İttifaqı respublikalarında seçkiylə 

hakimiyyətə gəlmiş iqtidar sahibləri bir çox hallarda irticaya və qeyri- demokratik 

idarəçilik üsullarına əl atır, öz opponentlərini təqiblərə məruz qoyur və ölkəni 

sərəncamlarla idarə etməyə üstünlük verirlər. Nümunə olaraq, Gürcüstanda Zviyad 

Qamsaxurdianın, Peruda Alberto Fuximorinin adlarını çəkmək olar. Latın Amerikası 

ölkərərindəki bəzi başqa iqtidar sahibləri isə ölkələrinin parlamentlərini özlərinə tabe 

etdirib və öz səlahiyyət müddətlərinin uzadılmasına hesablanan konstitusiya 

dəyişikliklərinə nail olublar. Qərbin liberalizm vərdişlərinə yiyələnməmiş qeyri-qərb 

cəmiyyətlərində seçki vasitəsiylə formalaşan hakimiyyətlər insan hüquqları məsələsini 

nadir hallarda diqqətdə saxlayır, azlıqların hüquqlarını tapdalaya, mətbuat azadlığını 

məhdudlaşdıra, hətta polis tərəfindən törədilən kobud pozuntulara göz yuma, buna rəvac 

verə bilirlər. 

İkincisi, qeyri-qərb ölkələrində müşaiyət olunan müəyyən seçki situasiyaları siyasətçiləri 

onlara əlavə səs gətirə bilən, lakin bir çox hallarda etnik, dini və millətçi səciyyə daşıyan 

şüarlar irəli sürməyə təhrik edir. Bu tipli şuarlar ölkə daxilində ziddiyətlərin 

kəskinləşməsinə, antiqərb təmayüllü siyasətçilərin və siyasətin qələbəsinə gətirib çıxara 

bilər. Paradoksal olsa da, qeyri-qərb cəmiyyətləri tərəfindən Qərbin demokratik 

institutlarının həzm edilməsi bir çox hallarda anti-qərb siyasi hərəkatların inkişafına 

təkan verir və onların hakimiyyətə yiyələnməsi ilə sonuclanır. Demokratiya 

kosmopolitləşdirən yox, parselarizmləşdirən prosesesə çevrilir. Qeyri-qərb ölkələrində 

siyasətçilər özlərinin qərbyönlü meyllərini nümayiş etdirdikləri halda qalib gələ bilmirlər. 

Qərb dövlətlərindəki dünyəviliyə qarşı çıxış edən dini təmayüllü partiyalar Türkiyə, 

Hindistan, İsrail, və keçmiş Yuqoslaviya respublikalarında uğurlu nəticələrə nail olublar. 

Əlcəzairdə yalnız hərbiçilərin müdaxiləsi sayəsində fundamentalist İslam Qurtuluş 

Cəbhəsinin seçkilərdə qələbə çalmasının qarşısı alınıb. Türkiyədə hərbiçilər islamçı Rifah 

partiyasının rəhbərliyi ilə qurulmuş hökuməti istefaya getməyə məcbur ediblər. Görünür, 

bəzi müsəlman dövlətlərində məsələ belə qoyulur: ya antidemokratik dünyəvi dövlət, ya 

da antiqərb demokratiyası seçilməlidir. 

Qərbdə seçki demokratiyası siyasi liberalizm təməli üzərində qurulur, insan hüquqları və 

hüquqi dövlət prinsiplərini özündə ehtiva edir. Lakin qeyri-qərb ölkələrindəki qeyri-

liberal siyasi sistemlərində də seçki demokratiyası müəyyən rol oynaya bilər. İranın 

təcrübəsinə nəzər salaq. Bu, fundamentalist ölkədir. Bütün hakimiyyət ali ayatollanın və 

dini liderləri özündə cəmləyən Dini Şuranın əlində cəmlənib. İnqilabın, rejimin və onun 

dini liderlərinin hər hansı formada tənqidi qəti qadağan edilib. KİV-lər ya hakim 

dairələrin birbaşa sərəncamındadır, ya da amansız senzuraya məruz qalır. Dini azlıqlar 

istila edilib, bəziləri isə, məsələn vəhabilər, təqib olunur. Qanunsuz həbslər, eləcə də bəzi 

məlumatlara görə məhbuslara işgəncə verilməsi geniş yer alır. Siyasi məhbusların sayı 

olduqca çoxdur. Aydındır ki, İran Qərbin liberal modelindən xeyli geridə qalıb. 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

210 


Bütün bunlara rəğmən İranda müəyyən mənada seçki demokratiyası mövcuddur. 1997-ci 

ildə keçirilən prezident seçkilərində Məhəmməd Hatəmi hakim qruplaşmanın namizədi 

üzərində inamlı qələbə qazandı. O, seçmək hüququ olan əhalinin 88 faizinin iştirak etdiyi 

seçkilərdə səslərin 69 faizini qazanmışdı. 1993-cü ildə Haşəmi Rəfsancani dörd namizəd 

arasında olduqca kəskin mübarizə şəraitində keçirilən seçkilərdə səslərin 63 faizini 

toplayaraq qalib gəldi. 1992-ci ildə Məclisə - İran parlamentinə keçirilən seçkilərdə Dini 

Şura minlərlə şəxsin namizədliyini rədd etdi. Lakin qalan iki min namizəd 270 yer 

uğrunda kəskin mübarizə apardılar. 1996-cı ildə Şura iki min nəfərin namizədlik 

hüququnu tanımadı, lakin qalan üç min namizəd 270 yer uğrunda mübarizə apardılar. 

Siyasi partiyaların fəaliyyətinə qadağa qoyulduğundan, bu və digər seçkilərdə namizədlər 

iki firqəvari siyasi qruplaşmalarda cəmlənirlər. Onlardan biri qismən loyal, digəri isə 

daha fundamental baxışları təmsil edir. Qadınlar həm səsvermədə iştirak edir, həm də öz 

öz namizədliklərini irəli sürürlər. Məclisin 1997-ci ildə seçilən tərkibinin 5 faizi 

qadınlardan ibarətdir. Üstəlik, Məclis ciddi hakimiyyətə malikdir. Bu struktur prezident 

tərəfindən nazirlər kabinetinə təqdim olunan bəzi namizədləri təsdiqləməkdən imtina 

etməklə bərabər, bir sıra nazirləri istefaya getməyə də vadar edib. Məclis iqtisadi 

siyasətin və digər məsələlərin müzakirəsində fəal iştirak edir, 1994 və 1995-ci illərdə isə 

İranın o zamankı prezidenti Haşimi Rəfsancaninin həyata keçirmək istədiyi islahatlar 

qarşısında faktiki olaraq sədd çəkə bilmişdi. Demək olar ki, bütün Yaxın Şərqdə İran 

Məclisi İsrail knessnetindən sonra ən fəal parlamentdir. Bir-iki ölkə istisna olmaqla bütün 

ərəb dövlətləri və bütün islam dövlətləri arasında, İran seçkiqabağı mübarizənin ən 

kəskin formalarda aparıldığı bir ölkədir. Beləliklə, İranda rəqabətli seçki sistemi, eyni 

zamanda fundamentalist represiyalar və insan hüquqlarının kobud pozulması şəraiti 

mövcuddur. Fars körfəzi regionunda Səudiyyə Ərəbistanı - ABŞ-ın ən yaxın müttəfiqi -

ən antidemokratik ölkədir, ABŞ-ın əsas əleyhidarı olan İran isə əksinə, bölgənin ən 

demokratik ölkəsidir. 

 

Qərbin təsiri 



 

İnsan ləyaqəti anlayışı üzərində köklənən liberal demokratiya Qərb sivilizasiyasının 

məhsuludur, bu səbəbdən belə bir mülahizə də mövcuddur ki, Qərbdən kənarda liberal 

demokratiyanın qurulması mümkün deyil. Əslində isə Yer üzündə mövcud olan hər bir 

sivilizasiyada azı bir demokratik ölkə mövcuddur. Yəni, liberal demokratiyanı lokal, 

qeyri-qərb mədəniyyətləri ilə uzlaşmayan quruluş saymaq olmaz. Hərçənd, qeyri-qərb 

cəmiyyətləri tərəfindən liberal demokratiyanın, yaxud seçkili demokratiyanın 

qavranılması səviyyəsi Qərbin onlara təsirinin səviyyəsindən asılı olur. Hakimiyyət və 

idarəetmə orqanları qismən açıq və ədalətli seçkilər vasitəsilə formalaşdırılan 39 ölkədə 

siyasi və vətəndaş azadlıqları tam şəkildə təmin olunmayıb. Onlardan onu Latın 

Amerikasının, səkkizi Afrikanın, beşi pravoslav-xristian aləminin, beşi isə islam 

dövlətlərinin payına düşür. Həmin ölkələrdə heç də həmişə seçkili demokratiya liberal 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

211 


demokratiyaya keçid mərhələsi rolunu oynamır. Məsələn Hindistan, Türkiyə və Şri 

Lankada (təbii ki, başqa nümunələr də göstərmək olar) hələ yarım əsr bundan öncə 

seçkili demokratiya qurulub, lakin buna baxmayaraq indi də bu ölkələrdə vətəndaşların 

hüquq və azadlıqları yetərincə təmin olunmur. 

Dünyanın nəhəng sivilizasiyaları istər Qərb mədəniyyəti ilə oxşarlıq səviyyəsi 

baxımından, istərsə də Qərbin onlara təsiri səviyyəsi baxımından bir-birindən ciddi 

şəkildə fərqlənir. Şübhəsiz ki, Latın Amerikasını Qərblə bağlayan tellər daha sıxdır və 

bəzi mülahizələrə görə Latın Amerikası Qərb sivilizasiyasına aid edilə bilər. Pravoslav 

aləmi ilə qohumluq daha qədim və daha problemlidir. Afrikada Qərbin hökmranlığı qısa, 

təsiri isə, Cənubi Afrika istisna olmaqla xeyli dərəcədə məhdud olub. İslam aləminə 

gəlincə, Qərbin buradakı müxtəlif dövlətlərə təsirinin səviyyəsi müxtəlif olsa da, həmin 

regionun özəyi olan ərəb dünyasında bu təsirin məhdudluğu qeyd edilməlidir. Çindəki 

durum da təqribən eynidir. Ümumilikdə, qeyri-qərb cəmiyyətlərində seçki 

demokratiyasının və liberal demokratiyanın qavranılması səviyyəsi Qərbin bu ölkələrə 

təsirinin dərəcəsindən asılı olub. 

Demokratik inkişaf o zaman başlayır ki, siyasi liderlər ona təkan verməyi özlərinin 

maraqlarına uyğun saysın və ya bunu özlərinin borcu bilsinlər. Lakin dünyanın bir çox 

bölgələrində belə elitalar mövcud deyil. İslam ölkələrinin əksəriyyətində avtoritar 

iqtidarlar vəziyyət üzərində tam nəzarətə malikdirlər və demokratik dəyişikliklərə cüzi də 

olsa maraq göstərmirlər. İslam aləmindəki azsaylı demokratik dövlətlərdə isə başçılar 

qeyri-demokratik idarəetmə üsullarından istifadə edir və seçkili demokratiyadan liberal 

demokratiyaya keçidə maraq göstərmirlər. Diqqətəlayiq məsələlərdən biri də odur ki, 

fundamentalist rejimlərin mövcud olmadığı əksər ölkələrdə fundamentalist hərəkatlar 

müxalifət düşərgəsində əhəmiyyətli, bəzənsə aparıcı rol oynayır. Liberal-demokratik 

müxalif qruplaşmaların formamalaşmaması nəzərə çarpır. Fuad Əcəmi demişdi ki, "bütün 

islam rejimlərində liberalizmdən və milli burjuaziya ənənələrindən yazmaq , ümidsiz 

vəziyyətdə nəsə eləməyə çalışan, lakin heç nəyə nail olmayan insanlar haqda nekroloq 

yazmağa bərabərdir". Digər tərəfdən, hamı tərəfindən dərk edilir ki, demokratiya qüdrətli 

vətəndaş cəmiyətinə arxalanmalıdır. Hazırda islam ölkələrində belə vətəndaş cəmiyyəti 

qurulmaqdadır, lakin bu, dünyəvi, yaxud liberal deyil, fundamentalist vətəndaş 

cəmiyyətidir. 

Çində və bir çox Asiya ölkələrində elitalara liberal demokratiya lazım deyil. Hətta bəzi 

Qərb alimləri sübut edirlər ki, Asiya "qeyri-liberal demokratiyanın" vətənidir, elə bir 

mədəni irsin daşıyıcısıdır ki, burada insan hüquqlarına yox, insanın davranışında dövlətin 

və qanunların marifləndirici və tənzimləyici roluna xüsusi önəm verilir. Çində siyasi 

liderlərin demokratiyaya ciddi müvaqimət göstərmələri müşahidə olunur. Yeni burjuaziya 

bir qayda olaraq dövlətlə o qədər sıx tellərlə bağlıdır ki, dövlət hakimiyyətinə etirazını 

bildirmək iqtidarında deyil, tələbələr və digər dissidentlər isə stabil sosial bazaya malik 

deyillər. Dövlətin səlahiyyətlərini məhdudlaşdıra bilən insan hüquqları anlayışı Şərqi 

Asiyada zəif inkişaf edib. O qədər zəif ki, burada insan hüquqlarının dövlətdən 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

212 


qaynaqlandığını düşünürlər. Fikir ayrılığı və rəqabətə deyil, həmrəyliyə və əməkdaşlığa 

üstünlük verilir. Nizam-intizamın təmin edilməsi və ierarxiyaya rəğbət təməl dəyərlər 

kimi qəbul edilir. İdeyaların, qruplaşmaların və partiyaların toqquşması bir qayda olaraq 

təhlükəli hesab olunur. Bu səbəbdən Asiya cəmiyyətlərində müəyyən səviyyədə olan və 

öz xüsusiyyətinə görə seçim situasiyasının deyil, kompromisin əldə edilməsinə 

hesablanan seçkili demokratiya Qərbdəki seçkili demokratiyadan əhəmiyyətli dərəcədə 

fərqlənir, Qərbdən fərqli olaraq liberal institutlara və prosedurlara söykənmir. 

 

Demokratikləşmə strategiyası 



 

Məsələnin praktik tərəfi isə belədir: Üçüncü dalğanın bu pilləsində demokratiyanın 

inkişafı və yayılmasında maraqlı olan insanlar öz qarşılarına dünyanın 50-dən çox qeyri-

azad və hər hansı demokratik idarəçilik formasına malik olmayan ölkəsində seçkili 

demokratiyanın qurulması vəzifəsini qoymalıdırlarmı? Bəlkə, əsas vəzifə artıq seçkili 

demokratiya sistemi qurulmuş cəmiyyətlərin liberal demokratiyaya keçidinə dəstək 

verməkdən ibarət olmalıdır? Təbii ki, müəyyən dərəcədə bu işlərin hər ikisinin eyni 

vaxtda görülməsi məqsədəuyğun və zəruridir. Lakin mən düşünürəm ki, indiki məqamda 

seçkili demokratiyaların liberal demokratiyalara transformasiyasına daha çox diqqət 

yetirilməlidir. Bu işə bir neçə ölkəsində liberal demokratiyanın artıq kök saldığı və on 

ölkəsində seçkili (qeri-liberal) demokratiya sisteminin mövcud olduğu Latın 

Amerikasından başlanılmalıdır. 

Latın Amerikasının seçkili-demokratik idarəetmə formaları "nümayəndəli", "tabe 

etdirən", "məhdudlaşdıran", "korporativ" və "kvazidemokratik" adlandırılır. Hərçənd, 

Latın Amerikasının mədəniyyəti Qərb mədəniyyətinə olduqca yaxındır. Bu bölgənin 

insanları Qərb dillərində danışır və onların böyük əksəriyyəti katolikliyə ibadət edirlər 

(protestantların sayı da artmaqdadır). Əhalinin miqrasiyası və ticarətin inkişafı Latın 

Amerikası ilə Şimali Amerika arasında sıx əlaqələr yaradır. Latın Amerikası ölkələrinin 

böyük əksəriyyəti iqtisadi baxımdan orta iqtisadi inkişaf səviyyəsindədədir. Latın 

Amerikasındakı elitalar digər qeyri-qərb ölkələri ilə müqayisədə Qərbin liberal 

demokratik dəyərlərini daha çox bölüşürlər. Bütün bu amillər icra orqanları tərəfindən 

hakimiyyətin qəsb edilməsinə müqavimətin gücləndirilməsini və əsas vəzifə kimi Latın 

Amerikasında seçkili demokratiyanın liberal demokratiya ilə əvəzlənməsini əsas məqsəd 

kimi qarşıya qoyulmasını diktə edir. Elə həmin məntiqə əsaslanaraq, bu siyahıda ikinci 

olaraq pravoslav ölkələri nəzərdə tutulmalıdır. 

İkinci vacib məsələ liberal demokratiyalar arasında birlik hisslərinin formalaşdırılması və 

onlar arasında əməkdaşlıq formalarının təkmilləşdirilməsidir. Bu məqsədə çatmaq üçün 

vasitələrdən biri həmin ölkələrin əksəriyyətində dövlət və digər institutlar tərəfindən 

maliyyələşdirilən və fəaliyyətini demokratiyanın yayılmasına yönəldən fondların 

yaradılmasıdır. Üçüncü dalğanın gedişatında artıq ABŞ-da Milli Demokratiyanı Himayə 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

213 


Fondu, Böyük Britaniyada isə Demokratiya üçün Vestminister Fondu təsis edilib. Digər 

Qərb demokratiyaları da belə institutların yaradılması istiqamətində fəaliyyət göstərirlər. 

Bu institutların öz səylərini daha yaxşı əlaqələndirməsi və onların istər öz milli 

hökumətlərinə, istərsə də beynəlxalq təşkilatlara demokratik inkişaf naminə daha effektiv 

təsir göstərə bilmək məqsədilə, beynəlxalq assosasiyalarda birləşməsi olduqca səmərəli iş 

olardı. Uzun illər bundan öncə - hələ mən Ağ Evdə Karterin administrasiyasında 

çalışarkən, biz bütün dünyadakı demokratik hökumətlərin və demokratik hərəkatların 

görüşünü təşkil etmək və dünya miqyasında demokratiyaya dəstək məsələlərini müzakirə 

etmək barədə məsləhətləşmələr aparırdıq. Lakin o zaman bizə elə gəldi ki, bu layihənin 

vaxtı hələ yetişməyib və biz bu fikirdən vaz keçdik. Başı bir çox digər işlərlə qarışıq olan 

hökumətin belə bir yeniliyin məsuliyyətini öz üzərinə götürməsi çətin məsələ idi. İndi, 

Üçüncü dalğanın başlanğıcından iyirmi il keçdikdən sonra həmin layihənin reallaşması 

üçün daha əlverişli şərait yaranıb. Mən düşünürəm ki, özəl təşkilatlar bütün dünyada 

demokratiyanın yayılması məqsədini daşıyan, eləcə də ayrıca bir ölkədə demokratik 

institutların və prosedurların təkmilləşdirilməsinə çalışan təşkilat və hərəkatların 

beynəlxalq assosiasiyasının yaradılmasına başlamalıdır. Artıq Komintern yoxdur. İndi 

Deminternin zamanı gəlib. Belə bir assosasiyanın yaradılması insan azadlığının 

genişlənməsinə dair 23 il öncə Mario Soareşin liderliyi ilə başlamış möhtəşəm dalğanın 

qüwətlənməsi və davam etməsi istiqamətində böyük addım olardı. 

 

Çevirəni: Mustafa Hacıbəyli 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

214 


Selincerin özü - «Çovdarlıqda uçurumdan qoruyan» 

 

   Yanvarda doğulub, yanvarda da vəfat etdi - 91 yaşında. Onu məşhur edən romanından 



çox danışdığım iş yoldaşımız Aliyəyə dəfələrlə söz vermişdim ki, oxuması üçün o kitabı 

mütləq gətirəcəyəm. Hər dəfə vədimə xilaf çıxanda, növbəti günü ―sabah mütləq kitab 

səndədir‖ nidamın Aliyənin də yadına düşməməsinə çalışıram. Və budur, otağımızın 

qapısı soyuq qış günündə açılır və onun günahlandırıcı sözlərini eşidirəm. ―Selincer də 

öldü, amma hələ də onun kitabını gətirib çıxarmırsan‖. Bu sözlərdən sonra qapının 

örtüldüyü bir dəqiqəlik «kadr» fonunda 12 yaşımda həmin əsəri oxuduğum vaxtdan kitabı 

nə üçün Aliyəyə verməməyimin elə Selincersayağı səbəbinə qədər, sürətlə sayrışan, bir 

filmə sığacaq kadrları yaşayıram.  

      Bu kitabı 12 yaşımda Bakıda - indi mövcudluğuna rast gəlmədiyim böyük bir kitab 

mağazasından almışdım.  Kitablarıma hətta kimsənin toxunmasına belə qadağa 

qoymuşdum. Həmin vaxt isə ―Çovdarlıqda uçurumdan qoruyan‖ romanı kitablarımın 

şahına çevrildi. 

   Bir gün qardaşım başımdakı papağa işarə edib, lağla ―guya sən Holdensən?!‖ deyəndə 

başa düşdüm ki, kitablarımla bağlı qoyduğum qadağa pozulub. Onu da başa düşdüm ki, 

Selincerin qəhrəmanını ideallaşdırmaq bir yana, onun özünə çevrilmişəm. Əsərdə bir 

dollarını papağa verən gənc Holden onu başına necə qoyursa, mən də elə edir, üstəlik 

hətta orta məktəbdə də, evdə də davranışlarım tam ona bənzəyirdi. Elə də mənim 

Holdenə çevrildiyimi görməyə nə var - özümdən başqa bunu hamı görürmüş. Bu gün də 

qardaşımla söhbətimiz Selincerdən keçə bilir və illərdir aydınlaşdıra bilmirəm, onun 

gizlicə oxuduğu bu əsərin qəhrəmanına mənim daha çox oxşadığıma o vaxt paxıllıq 

edibmi? Axı, hansısa yeniyetmənin Selincerin məşhur romanını oxuyub da əsərin 

qəhrəmanı Holdenə oxşamaq istəyi qarşısıalınmazdır... 

   Holden məni məktəbdə ən yaxşı inşa yazarına çevirdi. Əsərdə inşa yazmalı olan oğlan 

qos-qoca mövzuları qoyub qəribə bir mövzu seçir. Qardaşının boks əlcəyindən yazır. 

Onun təsirli inşası əslində hər şeyə tam fərqli baxmağı öyrədir. Fərqli baxa biləcəksənsə

deməli, fərqli yazacaqsan. Selincer bu əsərinin şöhrətindən qaçaraq təkliyə çəkilmişdi. 

Amma onun qəhrəmanı mənə o qədər doğma idi ki, fikirləşirdim yazıçıyla görüşmək 

nədir, hətta o, məni çox yaxşı tanıyacaq, bəlkə də gəlməyimi gözləyir. Selincerli 

kadrlarımı bir filmə sığışdıra bilərəm - bir yazıya yox. Əslində mən əsəri elə yalnız bir 

dəfə oxumuşam. Amma yaddaşıma sətir-sətir köçüb. Kitabı saxlamaq isə mənə lazım 

olmadı. 3 aydı bu kitabı Aliyəyə verə bilmirəm ki, əslində 12 yaşımdan sonra o məndə 

yoxdur. Amma əsər haqqında, bəlkə də, minlərlə adama danışmışam və tam əminəm; kim 

ki, harda ki, o kitabı görüb dərhal oxumağa başlayıb. 

   O vaxt əsəri rahatlıqla həzm etməyimdə yüksək tərcümənin rolunu bilmirdim, eləcə 

tərcüməçinin adını - Tehran Vəliyev imzasının olduğuna fikir də vermirdim. Əslində, 

kitabın üzərindəki yazıçı adının Selincer olduğu da mənə lazım olmamışdı. Mənim üçün 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

215 


yalnız Holden vardı. İllərdir Tehran müəllimdən bu əsərin tərcüməsi ilə bağlı soruşmaq 

istədiklərimi - onu tez-tez görməyimə baxmayaraq - soruşa bilmirəm. Necə ki, illərdir 

―Çovdarlıqda uçurumdan qoruyan‖ əsəri haqqında yazmaq istəyimi həmişə nədənsiz 

təxirə salıram. Bu yazı isə artıq əbədi təkliyinə köçmüş yazıçı haqqında sadəcə məlumat 

xarakterlidir. Bəlkə də, Selincer qəhrəmanının arzuladığı bir yerdə bir işlə məşğuldur. O 

arzunu insanlar öz cəmiyyətlərində onu arzulamırlar ki, buna gülərlər. Arzunun nədən 

ibarət olduğunu bilmək üçünsə özünüz əsəri oxusanız, yaxşıdır. 

    


Qəhrəmanına xəyanət etməyən yazıçı 

    


   Selincer yəhudi atanın ailəsində Nyu-Yorkda dünyaya göz açıb. Anası isə irlandiyalı 

katolik idi. Karyerasına Nyu-York jurnallarına kiçik hekayələr yazmaqla başlamış yazıçı, 

―Banan ovu üçün mükəmməl gün‖ hekayəsi ilə məşhurlaşır. Təhsilini isə ona şöhrət 

gətirmiş ―Çovdarlıqda uçurumdan qoruyan‖ əsərində Pencey kolleci kimi təsvir etdiyi 

Milli Hərbi Akademiyada alır. Ümumiyyətlə, Selincer təhsildə həmişə müəllimləri 

tərəfindən ən müvəffəqiyyətsiz tələbə kimi qiymətləndirilib. İkinci Dünya müharibəsində 

hərbi rütbə ilə ABŞ-ın 4-cü piyada diviziyasının tərkibində xidmət edir. Həmin vaxt 

Heminqueylə rastlaşır. Xəsarət almasa da, müharibə ona psixoloji zərbəsini vurur. 

Müharibə bitdikdən sonra xəstəxanaya düşməsinin səbəbinin bununla bağlı olduğunu 

Heminqueyə məktubunda yazır. 

   Nəhayət, 1951-ci ildə ―Çovdarlıqda uçurumdan qoruyan‖ romanı nəşr edilir. Hələlik 

sakitlikdir. Tənqidçilər romana tərəf diqqətlərini belə çevirmirlər. Tufan qəfildən qopur. 

Oxucu sayı sürətlə artır, tənqidçilərin analitik yazıları mətbuatı bürüyür. Bir sözlə, Martin 

İdeni sarsıdan, Selincerin özünü isə cəmiyyətdən təcridə aparan şöhrət qapını açır. 

Roman, mühakimə qabiliyyəti cəmiyyətin ümumi fikrindən fərqli inkişaf etmiş bir uşağın 

- Holden Kolfieldin dilindən yazılıb. Romanda bəzi jarqon sözlərindən istifadə 

edildiyindən əsər müəyyən ölkələrdə qadağan edilib. Hətta indinin özündə də 

demokratiyanın məbədi adına iddialı ABŞ-ın bir çox kitabxanalarına bu kitab götürülmür. 

Hələ də xüsusilə orta məktəb və liseylərdə bu əsəri oxumağa icazə verilmir. Amma 

məsələ burasındadır ki, ən çox qadağan edilən bu əsər hələ də ən çox oxunan bir roman 

olaraq qalır. 

   Selincer sonralar nə qədər əksini isbatlamağa çalışsa da, tənqidçilər əslində Holdenin 

insana baxışının məhz yazıçının öz dünyagörüşü olduğunu qəti şəkildə yazırdılar. Eyni 

zamanda bu, əsərin qəhrəmanının yaşadığı hadisələrə də şamil edilirdi. Qərar qəti idi, 

Holden Selincerin özüdür ki var. 

   Bu romandan sonra yazıçının daha bir neçə kitabı nəşr edilir. Lakin söz açdığımız 

romanın şöhrəti onu hər yerdə təqib edir. Selincer məhz cəmiyyətin onun şəxsiyyətinə 

olan maraq və diqqətindən qaçmağı qət edir. Nyu-Yorkdan Hampshireyə köçür və öz 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin