Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə28/58
tarix29.11.2016
ölçüsü3,88 Mb.
#461
1   ...   24   25   26   27   28   29   30   31   ...   58

 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

202 


7) Konfutsian və İslam ölkələri arasındakı fərqlərdən, konfliktlərldən istifadə edilməlidir;  

8) başqa sivilizasiyalarda Qərbin dəyərlərinə və maraqlarına rəğbət göstərən qruplara 

yardım etməlidir;  

9) Qərbin maraqlarını, dəyərlərini legitimləşdirən beynəlxalq institutlar 

gücləndirilməlidir, həmin institutlara qeyri-Qərb ölkələrinin qoşulması artırılmalıdır.  

 

Uzun zaman üçün isə başqa ölçülərdən çıxış etmək gərəkdir. Qərb sivilizasiyası həm 



Qərb, həm də moderndir. Qərbdən qıraq sivilizasiyalarsa istəyirlər ki, Qərbə çevrilmədən 

modernləşsinlər. Bu məsələdə hələ ki, yalnız Yaponiya tam uğur qazanıb. Qərbdən qıraq 

sivilizasiyalar modernliyin bir hissəsi olan zənginliyi, texnologiyanı, səriştəni, maşınları, 

silahları əldə etmək üçün çalışmalarını davam etdirəcəklər. Onlar həm də çalışacaqlar ki, 

bu modernliyi ənənəvi mədəniyyətləri, dəyərləri ilə barışdıra bilsinlər. Onların iqtisadi və 

hərbi gücləri də artacaq. Beləliklə, Qərb gücünə görə ona çatan, amma maraqlarına, 

dəyərlərinə görə ondan kəskin ayrılan bu qeyri-Qərb ölkələrinə davamlı olaraq 

uyğunlaşmalı olacaq. Bu, Qərbi məcbur edir ki, həmin vəziyyətdə maraqlarını qoruya 

biləcək iqtisadi və hərbi gücünü saxlasın. Bu həm də Qərbi məcbur edir ki, başqa 

sivilizasiyaların təməlində duran dini və fəlsəfi ideyaları daha dərindən anlasın. Qərb 

başqa sivilizasiyadan olan insanların öz maraqlarını nədə görməsini də yüksək səviyyədə 

başa düşməlidir. Eyni zamanda Qərb və başqa sivilizasiyalar arasındakı ortaq ünsürləri 

tapmaq işini də gücləndirmək lazım olacaq. Real gələcəkdə universal sivilizasiya yarana 

bilməyəcək, ancaq əvəzində bir-birini yola verməyi öyrənən fərqli sivilizasiyaların 

olması lazım olacaq. 

 

Açıqlamalar 

 

1. Weidenbaum M. Greater China: The Next Economic Superpower? — Washington 



University Center for the Study of American Business. Contemporary Issues. Series 57, 

Feb. 1993, p.2-3. 

2. Lewis B. The Roots of Muslim Rage. — «Atlantic Monthly». Vol.266, Sept. 1990; 

p.60; «Time», June 15,1992, p. 24-28. 

3. Roosevelt A. For Lust of Knowing. Boston, 1988, p.332-333. 

4. Qərb liderləri həmişə ona istinad edirlər ki, ―Dünya Birliyi» adından iş görürlər. Ancaq 

1990-cı ilin dekabrında ―Sabahın xeyir, Amerika» gproqramına müsahibə verəndə 

Britaniyanın keçmiş Baş Naziri C. Meycorun ağzından çıxan söz ilgincdir. Səddam 

Hüseynə qarşı hərəkətlərdən danışanda Meycor ―Qərb» demişdi. Hərçənd tezcə də özünü 

düzəldib ―Dünya Birliyi» sözlərini işlətməyə başlamışdi, ancaq düzünü çaşanda demişdi.,   



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

203 


5. «New York Times», Dec.25, 1990, p. 41; Cross-Cultural Studies of Individualism and 

Collectivism. — Nebraska Symposium on Motivation. 1989, vol. 37, p. 41-133. 

6. Mahbubani K. The West and the Rest. — «National Interest', Summer 1992, p. 3-13. 

7. Stankevich S. Russia in Search of Itself. — «National Interest', Summer 1992, p. 47-

51; Schneider D.A. Russian Movement Rejects Western Tilt. — «Christian Science 

Monitor», Febr.5, 1993, p. 5-7. 

8. O. Horris göstərir ki, Avstraliya da içəridən ikitirələşən ölkə olmağa çalışır. Bu ölkə 

Qərbinn tamhüquqlu üzvü olsa da indiki rəhbərliyi Qərbdən qopmağı təklif edir ki, Asiya 

ölkəsi olduqları üçün yeni identifikasiyanı götürsünlər və beləcə, qonşuları ilə sıx ilişgilər 

qura bilsinlər. Bu rəhbərlik sübut etməyə çalışır ki, Avstraliyanın gələcəyi Şərq Asiyanın 

dinamik iqtisadi gəlişməsindədir. Ancaq mən dedim ki, sıx iqtisadi ilişgi üçün, adətən, 

eyni mədəniyyət kökü gərəkir. Bundan başqa Avstraliya situasiyasında, deyəsən, 

ikitirəliyi olan ölkənin başqa sivilizasiyaya qoşulmasına lazım olan üç şərtin üçü də 

yoxdur.   

 

 

İngiliscədən Azərbaycan dilinə çevirəni: Niyazi Mehdi 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

204 


Semuel Xantinqton 

 

"İyirmi il sonra: uçüncü dalğanin gələcəyi" 

 

Semuel Xantinqton III AIbert C. Vezerherd Universitetinin professoru və Havarddakı 



Con M.OIin adına Strateji Araşdırmalar İnstitutunun direktorudur. O, çoxsaylı tədqiqat 

işlərinin, o cümlədən "Üçüncü dalğa: iyirminci əsrin sonunda demokratikləşmə" (1991) 

və "Sivilizasiyaların toqquşması və dünya nizamının hüdudlan" (1996) adlı əsərlərin 

müəllifidir. Bu məqalə isə onun bir sıra mühazirələrindən sonra Mario Soareş Fondunun 

yardımı ilə 1996-cı Hin oktyabnnda Lissabonda etdiyi proqram məzmunlu çıxışı əsasında 

hazırlanıb. Uç iyun1997-ci il tarixdə o, bu çıxışını ABŞ Konqresində təkrartayıb. 

 

Təqribən 500 il öncə Portuqaliyanın dövlət adamları və mütəfəkkirlərindən ibarət bir 



qrup, o cümlədən kral II Juan, şahzadə Henrix Dəniz Səyyahı, Bartolomey Dias və Vasko 

da Qama qətiyyət, inam və qeyri-standart iradə nümayiş etdirərək, bəşər tarixində yeni 

eranın - coğrafi kəşflər erasının təməlini qoydular. Bu hadisə İspaniya, Fransa və 

Hollandiya üçün nümunə rolunu oynadı. XX əsrdə, təxminən iyirmi il bundan öncə isə 

Mario Soareş və onun həmkarları cəsarət və qətiyyət nümayişində əjdadlarından geri 

qalmayaraq bəşər tarixində daha bir eranın - demokratiya erasının təməlçilərinə 

çevrildilər. Onlar da öz növbələrində İspaniya, Yunanıstan, Braziliya və bir çox digər 

ölkələr üçün nümunə və istinad obyektinə çevrildilər. 

Ancaq, bu dəfə tamam başqa bir nəticə üzə çıxa bilərdi. 1974-cü ili aprel ayında 

Portuqaliyadakı diktatura silahlı qüwələr tərəfindən devrildikdən sonra burada bir neçə ay 

ərzində özbaşınalıq və xaos hökm sürdü. O zaman bu ölkədə demokratiyanın bərqərar 

olacağına ümidlər tamamilə puça çıxmaq üzrə idi. Çoxları belə hesab edirdi ki, 

Portuqaliyada stalinçi kommunist partiyası hakimiyyətə gələcək. Belə bir pessimizm 

ABŞ-ın dövlət katibi Henri Kissencerin mövqeyində də özünü biruzə vermişdi. Henri 

Kissencer o zaman ABŞ-da sığınacaq tapan müvəqqəti hökumətin xarici işlər naziri 

Mario Soareşi və onun hökumətini kommunistlərlə liberal davranmaqda ittiham etmişdi. 

Kissencer demişdi: "Siz Kerenskisiniz, mən sizin səmimiyyətinizə inanıram, amma siz 

çox sadəlövhsünüz". 

Soareşin cavabı isə belə olmuşdu: "Mən heç də Kerenski olmaq istəmirəm", "Kerenski də 

istəmirdi" - deyə Kissencer onun sözünü kəsmişdi. 

Buna rəğmən Mario Soareş və onun həmkarları Kissencerin haqlı olmadığını sübut 

etdilər. Portuqaliyada "kerenskilər" qalib gəldi, demokratiya möhkəmləndi, Mario Soareş 

isə əwəlcə baş nazir, sonra isə prezident kürsüsünə yiyələndi. Əsası Portuqaliyada 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

205 


qoyulmuş üçüncü demokratikləşmə dalğası faktiki olaraq demokratiya erasının 

başlanğıcını qoydu. İndi tarixdə ilk dəfə olaraq dünya ölkələrinin yarıdan çoxunda bu və 

ya digər formada demokratik idarəetmə mövcuddur.  

Gəlin hadisələrin ardıcıllığına nəzər salaq. On doqquzuncu əsrin əwəllərində başlamış 

birinci demokratiya dalğası 1920 ci ildə 30 ölkədə demokratiyanın qələbəsi ilə başa çatdı. 

İyirminci və otuzuncu illərdə yeni avtoritarizm və faşizmin yaranması nəticəsində 1942-

ci ildə demokratik dövlətlərin sayı 10-a endi. Demokratiyanın ikinci qısa dalğası İkinci 

Dünya müharibəsindən sonra baş qaldırdı və demokratik ölkələrin sayı 30-u keçdi, lakin 

əvvəl olduğu kimi bu ölkələrin bəzilərində demokratik idarəçilik forması süquta uğradı. 

Demokratikləşmənin Portuqaliyadan başlayan üçüncü dalğası isə öz qüdrətinə və inkişaf 

sürətinə görə əwəlki iki dalğanı xeyli üstələdi. İyirmi il bundan öncə dünya ölkələrinin 

yalnız 30 faizi demokratik idisə, indii onların altmış faizindən artığında bu və ya digər 

formada açıq, ədalətli və rəqabətli seçkilər vasitəsiylə hakimiyyətə gəlmiş hökumətlər 

qurulub. 

İyirmi beş il öncə kommunist siyasi bürosu, hərbi xunta, yaxud şəxsi diktatura kimi 

avtoritar rejimlər adi hal sayılırdı. Bu gün isə tiraniya əsarətini dadmış yüz milyonlarla 

insan azad yaşayır. Bundan başqa demokratik rejimlərin bir-birilə savaşması xarakterik 

hal olmadığından Yer kürrəsində sülh zonası xeyli genişlənib və dövlətlərarası 

münaqişələrin yaranması təhlükəsi əhəmiyyətli dərəcədə azalıb. Dünyada demokratik 

sektorun qısa müddət ərzində bu qədər inkişaf etməsi, şübhəsiz ki, dünya tarixində ən 

möhtəşəm və vacib irəliləyişlərdən biridir. 

Bəs, gələcəkdə bizi nə gözləyir? Demokratiya, yenicə qədəm qoyduğu ölkələrdə 

möhkəmlənə biləcəkmi? Demokratik dövlətlərin sayı artacaqmı? Doğrudanmı biz elə bir 

yeni dünyanın astanasındayıq ki, bundan sonra demokratiya, nəinki əsas, həm də 

ümumbəşəri idarəçilik sisteminə çevriləcək? 

 

İqtisadiyyat və mədəniyyət 



 

Bu sualların cavabı əhəmiyyətli dərəcədə iki amildən asılıdır: iqtisadi inkişaf və qeyri-

qərb mədəniyyətlərinin demokratiyanı həzmetmə qabiliyyəti. 

Birincisi, məlumdur ki, demokratikləşmə ilə iqtisadi inkişaf səviyyəsi bir-biri ilə sıx 

əlaqədə olan məsələlərdir. Neft sərvətləri ilə zəngin olan bəzi ölkələrdəki durumu nəzərə 

almasaq, qeyd edə bilərik ki, Sinqapur istisna olmaqla, dünyanın ən zəngin ölkələri 

demokratik idarəçilik formasına malikdirlər; dünyanın kasıb ölkələrinin, demək olar ki

hamısında isə, -Hindistan və iki-üç digər dövlətin müsbət təcrubəsi istisna olmaqla, - 

demokratik rejim qurulmayıb. Orta inkişaf səviyyəsində olan ölkələrin bir qismində 

demokratik idarəçilik qurulsa da, digərləri üçün bu, problem olaraq qalmaqdadır. Lakin, 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

206 


məlum olduğu kimi, demokratikləşmə iqtisadi inkişafla sıx əlaqəli məsələ olsa da, burada 

birbaşa asılılıqdan söhbət gedə bilməz. Beləliklə, bir sıra yeni suallar ortaya çıxır: iqtisadi 

inkişaf demokratik dəyişikliklərə təkan verə bilirmi? Demokratikləşmə iqtisadi inkişafa 

təkan verə bilirmi? Bəlkə həm iqtisadi inkişaf, həm də demokratikləşmə hansısa digər 

hadisənin, dəyişikliyin məhsuludur? 

Seymur Martin Lipsetin hələ çox illər bundan öncə dediyi kimi, bir sıra təkzibedilməz 

faktlar iqtisadi inkişafın demokratikləşmə proseslərinə ciddi müsbət təsir göstərdiyinə 

dəlalət edir. Sadə dildə desək, əgər sizə demokratiya lazımdırsa, iqtisadi inkişafı təmin 

edin. Bu bağlılığı bir sıra amillər şərtləndirir. İqtisadi inkişaf urbanizasiya səviyyəsinin 

artmasına, təhsil və savad səviyyəsinin yüksəlişinə səbəb olur. Digər tərəfdən, 

məşğulluğun strukturunda irəliləyişlər baş verir, kəndlilərin sayı və rolu azalır, orta 

təbəqə və şəhərdə yaşayan fəhlə təbəqəsi formalaşır. Sonuncu iki təbəqə öz maraqları 

çərçivəsində siyasətə müdaxilə və təsir göstərmək imkanlarını artırmaq üçün getdikcə 

daha çox səy göstərir. Daha yüksək təhsil səviyyəsinə malik olan bu təbəqələrin, öz 

maraqlarının müdafiəsi üçün həmkarlar ittifaqı təşkilatları, siyasi partiyalar və vətəndaş 

assosasiyaları yaratmaq qabiliyyətində olduqları üzə çıxır. İkincisi, iqtisadi inkişaf 

cəmiyyətin müxtəlif qrupları arasında bölüşdürülə biləsi dövlət və özəl mülkiyyət 

resurslarının artımını təmin edir. Beləliklə, sərvətləri bölüşdürmək səlahiyyəti uğrunda 

mübarizədə siyasətdən vasitə kimi istifadə etmək imkanları məhdudlaşır, bu isə 

kompromislərə və dözümlüyə meyli artırır. Üçüncüsü, iqtisadi inkişaf iqtisadi strukturun 

mürəkkəbləşməsinə gətirib çıxarır, onun dövlət tərəfindən idarə olunması çətinləşir -

iqtisadiyyatda inzibati idarəçilik nümunələrindən gördüyümüz kimi, dövlət nəzarətinin 

qurulması yalnız iqtisadi staqnasiya bahasına başa gəlir. Dördüncüsü, iqtisadiyyatın 

dövlət tərəfindən tənzimlənməsinin zəifləməsi kapital, texnoloqiyalar və 

kommunikasiyalar üzərində özəl mülkiyyət hüququna malik olan müstəqil hakimiyyət 

mərkəzlərinin yaranmasına və inkişafına səbəb olur. Deyilənlərə malik olan burjuaziya 

özünün təsir imkanlarının artırılmasına imkan verən siyasi sistemin bərqərar olmasına 

can atır, bu elə bir sistemdir ki, onda nə hərbi xuntaya, nə kommunist politbürosuna, nə 

də diktaturaya, yaxud onun partizan hərəkatına yer var. Və nəhayət, sürətli iqtisadi 

inkişaf özünün ilkin mərhələsində cəmiyyətdə maddi təbəqələşməyə səbəb olsa da, son 

nəticədə bu, gəlirlərin bölgüsündə daha çox bərabərliyə nail olunmasına imkan verir. 

Demokratiya avtoritar üsullarla məcburən əldə edilən iqtisadi bərabərlliyi məqbul 

saymadığı kimi, gəlirlərin bölüşdürülməsi və rifah səviyyəsində böyük fərqlər olmasını 

da rədd edir. İqtisadi inkişaf son nəticədə bu fərqlərin aradan qaldırılmasına gətirib 

çıxarır və bunun məntiqi davamı olaraq demokratik institutların yaradılmasına təkan 

verir. Nəticədə, iqtisadi inkişafın demokratikləşmə prosesinə bu müsbət təsirinə istinadən 

"keçid zonasını" (mən bu anlayışı "Üçüncü dalğa"da işlətmişəm) müəyyənləşdirmək 

mümkün olur. Dövlətlərin iqtisadi inkişafı və iqtisadi dirçəliş mərhələsinə qədəm 

qoymaları onlarda aşkarlıq və siyasi sistemin demokratikləşməsi uğrunda hərəkatın baş 

qaldırması ilə müşayiət olunur. Son onilliklər ərzində müşahidə olunan qırxdan artıq 

demokratiyaya keçidlər məhz bu keçid zonasında olan dövlətlərdə baş verib. Deməli, 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

207 


bundan sonrakı mərhələdə də demokratiyaya keçid nümunələrini sürətli iqtisadi inkişafa 

malik regionlarda, məsələn Şərqi və Cənubi-Şərqi Asiyada gözləmək lazımdır. 

Biz öz mülahizələrimizdə mədəniyyət anlayışını da diqqətdən qaçırmamalıyıq. Müasir 

demokratiya Qərb sivilizasiyasının məhsuludur. Onun dayaqları sosial plüralizm, sinfi 

sistem, vətəndaş cəmiyyəti, hüquqi dövlət, seçkili orqanlar təcrübəsi, dinin 

hakimiyyətdən ayrı olması və fərdiçiliyin prioritet sayılmasıdır - bütün bu xüsusiyyətlər 

hələ min il bundan öncə məhz Qərbi Avropada inkişaf etməyə başlamışdı. Bu tarixi irs on 

yeddinci və on səkkizinci əsrlərdə aristokratiyanın və inkişaf etməkdə olan orta sinfin 

siyasi iştirak uğrunda mübarizəsini şərtləndirdi və nəticədə on doqquzuncu əsrdə siyasi 

institutların inkişafına rəvac verdi. Təbii ki, sadalanan xüsusiyyətləri ayrı-ayrılıqda başqa 

sivilizasiyalarda da tapmaq mümkündür, lakin cəm halında bütün bunlar yalnız Qərbdə 

mövcud olub və olmaqdadır. Müasir demokratiyanın Qərb sivilizasiyasının məhsulu 

sayılması da məhz bununla izah edilməlidir. 

Kiçik Artur Şlesincerin dediyi kimi, Avropa "şəxsiyyət azadlığı, siyasi demokratiya, 

hüquqi dövlət və mədəni azadlıq ideyalarının əsas, özü də ünikal mənbəyidir... Bu 

Avropanın ideyalarıdır, onlar Asiyanın, Afrikanın, yaxud yaxın Şərqin ideyalarına da 

çevrilə bilər, lakin bu, yalnız həmin ideyaların həzm edilməsi yolu ilə mümkündür". 

Üçüncü dalğanın ən böyük nailiyyəti demokratiyanın bütünlüklə Qərb aləmində kök 

salmasında və onun elementlərinin digər sivilizasiyalara da sirayət etməsindədir. Əgər 

üçüncü dalğanın gələcəyi varsa, bu, demokratiyanın bütün qeyri-qərb sivilizasiyalarında 

da yayılmasında öz təsdiqini tapacaq. Bu məsələ ilə əlaqədar əsas sualı aşağıdakı şəkildə 

ifadə etmək olar: Qərb sivilizasiyasının məhsulu olan müasir demokratiya qeyri-qərb 

cəmiyyətlərində möhkəmlənə biləcəkmi? 

 

Seçkilər və demokratiya 



 

Bundan doğan daha bir sual müxtəlif mədəniyyətlərə mənsub olan insanlar üçün 

demokratiyanın hansı əhəmiyyət kəsb etməsidir. İkinci Dünya müharibəsinin başa çatdığı 

dövrdən bəri müşahidə olunan əsas təmayül ondan ibarət olub ki, demokratiyanın tərifi, 

bir qayda olaraq seçki kontekstində verilib. Demokratiya hakimiyyət orqanlarının 

yaradılması və onların səlahiyyətlərinin bölüşdürülməsi üçün vasitə kimi nəzərdən 

keçirilib. Digər siyasi sistemlərdə hökmdarlar müəyyən imtahanlardan və sınaqlardan 

keçirilsələr də, varidatı və qüwəsi nəzərə alınmaqla, vərəsəlik hüququna görə təyin 

edilirlər. Demokratik cəmiyyətdə isə əksinə, rəhbərlər və idarə olunanlar ya bir sifətdə 

üst-üstə düşür, ya da idarə edənlər idarə olunanlar tərəfindən seçilirlər. Müasir milli 

dövlətdə siyasi sistemin demokratiklik səviyyəsi, burada əsas başçıların nə dərəcədə 

ədalətli, düzgiin seçkilər vasitəsilə müəyyən edilməsi, seçkilərin mütəmadiliyi, seçkilərdə 

namizədlərin seçici səsləri uğrunda bərabər mübarizə aparmaq imkanları və yaşlı nəslin 

əksəriyyətinin səsvermədə iştirak etmək hüququnun olması kimi amilləllə ölçülür. 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

208 


Demokratiyanın bu tərifi hələ 50 ildən artıq bundan öncə Şumpeterin "Kapitalizm, 

sosializm və demokratiya" adlı əsərində verilib və bü sahədə çalışan bütün tədqiqatçılar 

tərəfindən qəbul olunub. Bu tərifə əsasən, demokratiyanın məğzi seçkilərdir. Demokratik 

sitstemlərin digər xüsusiyyətləri də məhz bu mahiyyətdən doğan hadisələr kimi 

səciyyələndirilir. Azad, ədalətli və rəqabətli seçkilər yalnız söz, mətbuat və sərbəst 

dolaşmaq azadlığı, müxalifətçi namizədlərin və partiyaların represiyalardan 

çəkinməyərək hakimiyyəti tənqid etmək imkanının olduğu şəraitdə mümkündür. 

Belə olan halda, seçkilər demokratiyanın yeganə əlaməti kimi qiymətləndirilə bilərmi? 

Lerri Daymond keçən il "Journal of Democracy"də dərc etdirdiyi dəyərli məqaləsində 

liberal demokratiya ilə seçkili demokratiya arasında əsas fərqi ustalıqla üzə çıxarıb. 

Liberal demokratiyalar seçki sistemi ilə məhdudlaşmır. Burada həmçinin demokratiyanın 

digər vacib şərtləri mövcuddur: icra hakimiyyəti səlahiyyətinin məhdudlaşdırılması; 

qanunun aliliyini təmin edən müstəqil məhkəmə hakimiyyəti; şəxsiyyət və vicdan 

azadlığının, söz, sərbəst toplaşmaq, seçmək və seçilmək hüquqlarının müdafiəsi; 

azlıqların hüquqlarının müdafiəsi; hakim partiyanın seçki prosesinə təsir imkanlarının 

məhdudlaşdırılması; polis və məhkəmə özbaşınalıqlarına qarşı effektiv təminatlar; 

senzuranın olmaması; hakimiyyətin kütləvi informasiya vasitələri üzərində nəzarətinin 

minimuma endirilməsi. Seçkili demokratiya şəraitində qismən azad və ədalətli seçkilər 

vasitəsiylə formalaşmış hakimiyyət və idarəetmə sistemi mövcud olsa da, burada liberal 

demokratiyalarda olan bir çox digər insan hüquqları və azadlıqları təmin edilmir. 

Daymondun qeyd etdiyi kimi, son illər ərzində seçkili demokratiyaların sayı sürətlə artsa 

da, liberal demokratiyaların sayı demək olar ki, dəyişməz qalıb. "Freedom House"un 

keçirdiyi son tədqiqata əsasən, 118 ölkədə seçkili demokratiya qurulub. Lakin "Freedom 

House" onlardan yalnız 79-nu "azad", yəni liberal demokratiya kimi dəyərləndirir. Seçkili 

orqanları mövcud olan 39 dövlət "qismən azad" adlandırılıb, onların arasında Rusiya, 

Hindistan, Ukraina, Türkiyə, Braziliya, Pakistan və Kolumbiya kimi ciddi dövlətlərin 

adları var. 

Qeyd edilən fərqin mövcudluğunun dərk edilməsi ona gətirib çıxardı ki, bəzi tədqiqatçılar 

demokratiyanın seçkilərlə eyniləşdirilməsinin düzgünlüyünü şübhə altına aldılar. "Seçki 

amilinin etibarsızlığı" və "azad seçki tələsi" haqda mülahizələr meydana çıxdı. 

Amerikanın nüfuzlu alimlərindən biri demokratik rejimlərdə seçkinin hətta, lüzumsuz 

olması haqda fikir yürütdü: əgər insanlar sərbəst şəkildə etiraz bildirə, tənqid edə, 

təşkilatlar yarada, nümayişlərdə iştirak edə və öz hökumətlərinə təsir göstərə bilirlərsə, 

seçkilərə ehtiyac qalmır. Başqa bir tənqidçi isə bəyan etdi ki, "demokratik cəmiyyət 

quran ölkələr üçün azad mətbuat azad seçkilərdən daha vacibdir". Seçkilərə münasibətdə 

belə məyyusluğun bir neçə mənbəyi var. Lakin bu məyusluq xeyli dərəcədə qeyri-qərb və 

qərb ölkələrində keçirilən seçkilərdə ən fərqli nəticələrin ortaya çıxması ilə izah edilir. 

 


Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin