“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
264
XX əsr qəribə əsr idi. Bir yandan baxanda ağıl, zəka yolu ilə yer kürəsində cənnət
yaradacağına inanılan, ilahiləşdirilən, böyük hərflərlə yazılan İNSAN milyonların məhv
olmasına səbəb olan iki müharibə törətdi, o biri yandan bu qarmaqarışıq, soyuq, qanlı-
qadalı zaman diliminin içində və sonrasında ağılasığmaz kəşflər etdi. XX əsrin 60-cı
illərindən etibarən dünya High-tech, yəni yüksək texnologiyalar erasına qədəm qoydu.
Bir vaxtlar Jül Vernin qəhrəmanlarının 80 gündə dolaşdığı yerlərə getmək üçün artıq
saatlar kifayət edirdi. Telefon, televizor, kompüter kimi vasitələr fərdi, yaxud kütləvi
şəkildə sonsuz informasiya əldə etmək imkanı əldə edən insan, bu qəribə, sürətli inkişafın
içində nədənsə əbədi fitrətindən - tənhalığından xilas ola bilmədi, əksinə, get-gedə onun
yalqızlaşması, tənhalaşması böyüdü, çoxaldı, bütün dünyaya yoluxdu. Bu, modernizmin
qırılma nöqtəsi, postmodern vəziyyətin zühur etməsi idi.
Jan Fransua Liotarın "Postmodern vəziyyət" dediyi bu ovqat ümumdünya mədəniyyət
qarışdığı, beynəlxalq mədəni sərhədlərin əriyib yoxa çıxdığı, dünyadakı bütün insanları
istehlakçıya çevirən bir durumdur. Postmodernlə birlikdə bəzi yerlərdə orta əsrlərdəki din
anlayışına oxşayan geridə qalmış dindarlıq xortlayıb ortaya çıxdı, bəzi yerlərdə isə dini
inanc sistemlərinin xarabalıqları üstündə uzaq şərf fəlsəfəsinə, kosmik inanclara,
okkultizmə, mistisizmə qədər gedib çıxan yanaşmalar cücərməyə başladı. Bu yeni
dünyada astronomiya ilə astrologiya, elmlə sehr-cadu /magiya, akademik tibblə alternativ
tibb, texnologiya ilə təbiətçilik bir yerdə yaşamağa başladı. Əsrin sonlarına doğru
əvvəllər tabu şeylər üçün sərhədlər bir az da açıldı. Məsələn, klassik qərb musiqisinin
özünəməxsus ifaçıları olan pianist Pekinel qardaşları Baxı caz ritmində çaldılar və bu çox
normal qarşılandı. Əvvəllər yalnız pop musiqi ifa edilən məkan olan diskoteka və
barlarda artıq türkülər, milli oyun havaları, aşağı mədəniyyət hesab edilən öz fəaliyyət
səviyyəli mahnılar da ifa edilməyə başlandı. Ənənəvi modernist dəyər sisteminin həmişə
ikinci plana atdığı düşüncələr, yanaşmalar, qruplar, postmodern mühitdə heç bir
aşağılanma hissi olmadan, köhnələrin dəyərli dedikləri şeylərlə yanaşı yaşamağa başladı.
Postmodern dönəm elitarlıqla kütləvinin, kitçlə hörmətli sayılan ədəbiyyatın bir yerdə
olduğu, "baboçka"nın cins şalvarla geyinildiyi bir dönəmdir.
XX əsrin 50-60-cı illərində postmoderni qloballaşmanın yaratdığı post-imperializm kimi
dəyərləndirənlər də oldu və polemika sənət söhbətlərinə də aid edildi. 60-cı illərdə
başlayan polemika 80-ci illərdə lap qızışdı. Məsələn, ABŞ-da İrwing Howe və Harry
Levin son vaxtlar yaranan ədəbiyyatın (80-ci illər nəzərdə tutulur) Yitslərin, Eliotların,
Poundların və Coysların möhtəşəm ədəbiyyatlarının yanında rəngsiz,quru, mənasız
olduğunu elan etdilər. Vəziyyəti ifadə etmək üçün görünür ən xarakterik hadisə 80-ci
illərin əvvəlində Fransanın ünlü mətbu orqanı "Le Monde Dimanche"-ın verdiyi
manşetdir : "Avropada bir ruh, bir xəyalat dolaşır - onun adı postmodernizmdir."
O illərdə sənətdə, xüsusilə ədəbiyyatda sosialist baxış hakim idi və yeni tendensiya olan
postmodernizm, onun demokratik, azad manerası mühafizəkarlar tərəfindən sənətçinin
məsuliyyətsizliyi, estetik deqradasiya kimi qiymətləndirilirdi. Məsələn, Türkiyə Orxan
Pamukun "Qara kitab" romanı ətrafındakı müzakirələrə jurnalistlər, tibb professorları,
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
265
ədəbiyyatçılar, kamalistlər, solçular, əxlaqçılar və s qoşulmuşdu. Kamalistlər mətndə
Atatürk əleyhinə yazılmış hissələr axtarır, sosialistlər Marksizmə uyğun gəlib-
gəlmədiyini araşdırırdılar.
İdeologiyalarla nəfəs alan sosio-mədəni modernizm üçün bütün ziddiyyətlərin bərabər,
bir yerdə olması fikri qəbulolunmaz idi. XX əsrin 60-cı illərində və sonrasında Derrida,
Fuko, Bart, Lakan, Levi-Ştraus, Liotar və Bodriyar kimi fikir adamları elmi-mədəni
sahələri postmodern baxış bucağından analiz etməyə başladılar və bunun nəticəsində get-
gedə modernizm sönükləşməyə başlayır.
***
Postmodernizmin əcdadlarından hesab edilən Nitşe deyirdi : "Həqiqət, həqiqətin illüziya
olduğunu unudanların illüziyasıdır:" Nitşe hər şeyi baş-ayaq çevirmək istəyən, başqa cür
baxan, dəyərləri yenidən dəyərləndirən yanaşması ilə özündən sonrakı əsrlərə xeyli təsir
etdi : "Bütün dəyərləri tərsinə çevirmək olmazmı ? Bəlkə yaxşı elə pisin özüdür, ola
bilməz ? Bəlkə tanrı sadəcə kəşfdir, şeytanın uydurmasıdır ? Bəlkə hər şey nəticə
etibarilə səhvdir, ola bilməzmi ?"
Postmodern romanın əsas inkişafı İkinci Dünya müharibəsindən sonra başladı. XX əsrin
50-ci illərindən etibarən fransız romançılığında yeni bir anlayış ortaya çıxdı. Bu yeni
anlayış özünəqədərki klassik roman anlayışını, yəni Balzak romanı deyilən roman
anlayışına müxalif oldu. Bu yeni roman anlayışının tərəfdarlarına bəzi tənqidçilər "anti-
romançılar" dedi, lakin "Yeni roman", "Yeni romançılar" sözü daha çox dillərə düşdü.
Balzak romanı deyilən roman anlayışına qarşı çıxan bu qrupun əvvəlcə konkret
müəyyənləşmiş prinsipləri yox idi. Sonralar "postmodern roman" da adlanacaq bu
anlayışın əsas müddəalarını müəyyənləşdirən iki əsər vacib hesab edilir : Natali Sarrotun
1956-cı ildə çap etdirdiyi "L Ere du Soupçon"(Şübhə erası) və Alain Robbe-Grilletin
1963-cü ildə yazdığı "L Ere Nouveau Roman" ( Yeni roman ) adlı əsərləri. Qrupun lideri
Grillet köhnə romanda əleyhinə çıxdığı bütün xüsusiyyətlərin yerinə nəyi təklif edirsə,
hamısını öz əsərlərinə tətbiq etdi. Sarrotdan və Grilletdən başqa bu müxalifliyi Michel
Butor, Claude Simon, Robert Pinget, Claude Ollier öz əsərlərində davam etdirdilər. Bu
qrupun roman anlayışları tamamilə eyni olmasa da, birləşdikləri, həmfikir olduqları
nöqtələri belə ümumiləşdirmək mümkündür :
1. Balzak romanı deyilən ənənəvi romandakı ( həyəcanlı səhnələri) süjetləri rədd etmək.
2. Reallığa çox yaxın olan, həyatda gerçəkdə var olan roman qəhrəmanı yaratmaq imtina
etmək.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
266
3. Ənənəvi psixologiya anlayışının rəddi. Bu anlayış romançını ittiham edən, hökm verən
vəziyyətə gətirirdi.
4. Romanda mərkəzə otuzdurulan, hər şeyi bilən, hər şeyə hakim olan romançı anlayışını
rədd etmək.
5. Ənənəvi romandakı dilin yağlı, bəlağətli, gözəl istifadəsindən imtina, onun yerinə
dilin təbiiliyinə üstünlük vermək.
6. Yeni roman anlayışının əmələ gəlməsi üçün nəzəri fəaliyyətdə olmaq.
Bu yazını oxuyanlar roman yazmağa başlayacaq...
Alain Robbe Qrillet roman anlayışını bu sözlərlə ifadə edib və sanki onun dediyi sözlər
indiki zamanda bir çox cəhətdən bizim mühit üçün də aktualdır: "Yeni roman heç bir
qayda qoymayıb. Biz köhnə romandakı qatı qaydalara qarşı savaşmaq üçün bir-birimizlə
birləşmişik. Bizə belə deyirlər : qəhrəmanları yerinə otuzdurmursunuz, deməli
yazdıqlarınız həqiqi roman deyil. Bir xarakteri, bir mühiti araşdırmırsınız, deməli
yazdıqlarını həqiqi roman deyil... Bizi nəzəriyyəçilikdə ittiham edirlər, halbuki biz həqiqi
romanın necə olmalı olduğunu dəqiq bilmirik. Bildiyimiz bircə şey var ki, missiyamız,
məqsədimiz dünənin romanın kopyasını çıxarmaq yox, onları keçmək, daha irəli
getməkdir."
Grilletgildən sonra "yeni roman" anlayışı yerinə postmodernizm sözü daha çox işləklik
qazandı və postmodernizm haqqında həm nəzəri müstəvidə, həm də bədii mətnlər
çevrəsində çoxlu mübahisələr oldu ; "postmodernizm nədir ?" sualına hərə özünə görə
cavab verməyə, onun konkret bir nəzəri proqramda ümumiləşdirməyə çalışdı, lakin
indiyəcən bu mümkün olmayıb.
Postmodernizm bir şeyin nə olduğunu yox, necə olduğunu soruşur. Postmodernizm
soruşmur ki, "varlıq nədir ?", o soruşur ki, "varlığa nə olur?".
Steven Bestlə Douglas Kellnər görə "post" ön şəkilçisinin anlamı modernizmi keçən,
anti modern deməkdir ; Vattimoya görə müsbət mənada modernizmdən qopma, ayrılma,
azadolma deməkdir ; Fukoya görə yeniliyin ifadəsi və işlənməsi, Arnold Toynbiyə görə
acınacaqlı geriləmək, Habernasa görə modernizmdən azadolma, Mateiyə görə
modernliyin yeni üzü, Eagletona görə modernizmə qarşı olan təpkilərin cəmi, Oktavia
Paza görə modernin daha modern görünüşüdür.
Postmodernizm haqqında bir-birinə daban-dabana zidd fikirləri sonsuzluğa qədər
uzatmaq mümkündür, lakin postmoderni maraqsız, darıxdırıcı bir düşüncələr toplamı,
nəzəriyyələr məcmuəsi kimi təqdim etməkdənsə, onu Liotar sözləri ilə desək, bir vəziyyət
kimi dərk etməyə çalışmaq fikrimcə daha məqsədə uyğundur. Bir də onu deməliyəm ki,
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
267
mənə görə postmodernizm haqqında danışmağın ən yaxşı yollarından biri konkret əsərlər,
yaxud konkret metodlar, fəndlər ətrafında danışmaqdır, nəinki ona tərif verməyə
çalışmaq. Beləliklə, bir neçə metoda diqqət yetirək.
Metafiction.
Metafiction ( türklər üstkurmaca deyirlər ) modernist əsərlərdə də istifadə edilib, amma
modernistlər bunu tərəfsizliyi, inandırıcılığı artırmaq üçün etsə də, postmodernistlər
əksinə, əsərin qurulmuş, hörülmüş olduğuna işarə etmək üçün bu metoddan istifadə
edirlər. Modernist əsərdə başqa bir əsərə aid ünsürdən istifadə edilsə də, bu simmetriya
yaratmaq, əsəri gücləndirmək üçün edilir, lakin postmodern əsərlərdə pastiş-parodiyadan
istifadə etməkdə məqsəd, əksinə, assimmetriklik, əsəri gücləndirmək yox, qurama
olmasına eyham vurmaqdır.
Metafiction romanın necə əmələ gəlməsinin hekayəsidir. Bu hekayə ilə yazıçı romanın
təhkiyəçisinə başqa bir təhkiyəçidən bəhs elətdirir və beləcə oxucu ilə aradakı məsafəni
bir qat daha artırmış olur, yəni romanda əsas xəttdən başqa bir hekayə də olur və bu
hekayəcik bizə romanda oxuduqlarımızın necə öyrənildiyinə, yazıldığına dair işarələr
verir.
Metafiction effekti yaratmaq üçün bir neçə metod olsa da, əsas üç metoddan danışmaq
olar :
1. Mətnin quruluşunu, yazılma prosesini faktlaşdırma, bundan başqa digər qurama
mətnləri qısmən mətndə yerləşdirmə.
Təhkiyəçi bir gündəlik tapır və bizə bu gündəlikdəki yazılanları oxumağa başlayır.
Beləcə, əsər qurama deyilmiş kimi göstərilir, amma oxucu anlayır ki, bu əsər xətrinə
deyilmiş yalandır.
Klassik ədəbiyyatda, məsnəvilərdə "səbəb-i təlif" deyilən hissələr olurdu, bu hissələrdə
şair əsərin yazılma səbəbinə aid bir hekayə danışırdı, müəyyən mənada demək olar ki,
metafiction "səbəb-i təlif"ə bənzəyir. Hətta klassik ədəbiyyatda elə örnəklər var ki,
konkret "səbəb-i təlif" hissəsi yoxdur, lakin şair, yazıçı hardansa tapdığı məktublardan,
qeydlərdən, ya da xatirə dəftərlərindən bəhs edir və o tapdıqları bir növ əsərin önsözü,
yazılma hekayəsi yerinə keçir.
2. Obyektiv reallıq ilə təqlid/qurama əlaqəsini, paradoksunu üzə çıxartmaq.
Təhkiyəçi oxuduğumuz mətnə açıqca roman deyir və bununla da əsərin gerçək olmayan,
real olmayan, qurama bir hadisə olduğuna işarə edir. Bu anlayış postmodernizmin çox
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
268
önəmli özəlliklərindəndir. Modernizmin saxta şəkildə gerçəyi ifadə etdiyini iddia
etməsinin əksinə olaraq, postmodernizmlə səmimi şəkildə oxucusunda yazdığının bir
əsər, bir roman, təxəyyül məhsulu ola biləcəyinə dair etiraflar edir.
3. Modernist romanda kimliyi arxa planda keçən təhkiyəçini aktiv fiqur kimi üzə
çıxartmaq.
Təhkiyəçi roman qəhrəmanı kimi özü haqqında "mən" deyə danışır, bunun kökləri
romantizmdə də var.
Burda mütləq mənada Alain Robbe Qrilleti və Andre Jidi yad etməliyik, çünki Jidin
heraldika ( gerblər, emblemlər və s haqqında elmin adı ) sənətindən dartıb çıxardığı
"mise en abyme" ( miz en abim - kimi oxunur ) adı verilən metodunu öz əsərlərində ən
çox istifadə Qrillet olmuşdur və bu metod metafictionun bu bəndini izah etmək üçün
xarakterikdir. Bu metodu daha anlaşıqlı etmək üçün çox istifadə olunmuş, məşhur bir
analogiyanı təkrar edək. Reklamlarda körpələr üçün qida məhsullarını çox görmüsünüz.
Onların üstündə eynən reklam olunan məhsulun şəkli olur, o şəklin içində də həmin
məhsulun balaca şəkli və beləliklə bu şəkillər mozaikası sonsuzluğa qədər uzanır. Eyni
effekt iki güzgü arasındakı hər hansı bir nəsnə üçün də keçərlidir.Bu fənd romanlarda
romanın ana mövzusunun içinə o mövzuya oxşayan başqa hekayəciklər yerləşdirilərək
tətbiq edilib.Yeni bir şey deməyən bu hekayələrə tez-tez qayıdaraq yazıçı elə bir effekt,
illüziya yaradır ki, oxucu bilmir ki, bu hekayələrdən hansı gerçəkdir.
Oxucuda əsərin qurulmuş, yaradılmış olduğuna dair eyhamlar vuran başqa metafiction
fəndləri də var :
1. Qəhrəmanın/təhkiyəçinin oxuduğumuz romanın müəllifi olduğunu deməsi.
2. Romanın içində başqa romanın yazılması.
3. Romanın içində başqa bir romanın yazılması və ya oxunmasının mövzu olması.
4. Romanın roman yazma sənətini, yaxud ədəbiyyat haqqında fikirləri mübahisə
mövzusunda çevirməsi, öz yazılışından bəhs etməsi.
5. Roman müəllifinin romanın içində qəhrəman olaraq iştirak etməsi.
6. Romanın başqa romanları üslub, forma və məzmun olaraq təqlid etməsi.
7. Personajların başqa əsərlərdən bəhs etməsi və bu oxuduğumuz romanın haqqında
danışdığı əsərlədən fərqli olaraq "guya real" olması illüziyasını yaratması.
8. Qəhrəmanın müəlliflə dialoqa girməsi, ona söz atması.
9. Romanda oxucu ilə söhbət edilməsi, ondan fikrinin soruşulması.
10. Hadisələrin xronologiya zəncirinin qırılması.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
269
11. Ana hekayənin içində başqa hekayələrdən bəhs edilməsi.
12. Qəhrəmanın bir roman qəhrəmanı olduğunu dərk etməsi.
İntertekstuallıq
Bu metod hər əsərin mütləq özündənəvvəlki əsərlərlə bağlantısı, əlaqəsi olduğunü deyir.
XX əsrin 60-cı illərində Yulia Kristeva və Rolan Bart kimi nəzəriyyəçilər tərəfindən
aktuallaşdırılmışdır.
İntertekstuallıq ideyasının başlanğıc nöqtəsi yazıçının bir əsəri yazana qədər onsuz da
başqa mətnlərdən xəbərdar olması düşüncəsidir. Postmodern yazıçı öz əsərində belə bir
effekti normal qəbul edir və köhnə mətnlərə, hətta öz əsərlərinə də işarə vurur,
göndərişlər edir. Postmodernizmə görə orjinallıq artıq mümkün deyil, deyiləcək yeni söz
qalmayıb, demək yazıçının işi əvvəllər deyilmiş olanlara əlavələr edərək ortaya nəsə
çıxartmaqdır.
Çağdaş sənətçi yaşadığı dünyaya yadlaşıb, özgələşib və o, bu yadlaşdığı reallığı əks
etdirməkdən imtina edib, özündən əvvəl yazılmış mətnlərin dünyasına sığınır, onlara
istinad edərək, qurama, alternativ reallıq yaratmağa çalışır.
İntertekstuallıq əslində, klassik ədəbiyyatda çox istifadə edilib. Nəzirə, təxmin, iqtibas
kimi klassik şeirdə istifadə edilən bu metodlar bir növ çağdaş intertekstuallıq anlayışı ilə
qohumdur. Lakin burda vacib bir məqama diqqət etmək lazımdır. Klassik ədəbiyyatdakı
metodlarla çağdaş postmodern əsərlərdəki intertekstuallıq arasında məqsəd fərqi, niyyət
fərqi var. Belə ki, klassik ədəbiyyatda, tutalım, nəzirə ustada ehtiram xarakterli idi ;
postmodern estetikada isə məqsəd çox ölçülü oyun qurmaq, əsəri maraqlı etmək,
dəyərlərin ənənəvi bütövlüyünü parçalamaqdır.
―Postmodernizm‖ məqaləsi III
Parodiya
Parodiya təqlid edilən mətnin məzmunu dəyişdirərək istifadə etməkdir.
Parodiya bir ədəbi əsərin formasını məzmunundan qopardıb, o mövzunun yerinə başqa,
tamam zidd bir mövzu yerləşdirirək gülməli bir uyğunsuzluq yaratmaqdır.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
270
Bir məqama diqqət etməliyik : parodiya deyiləndə ağlımıza o dəqiqə məzə, lağlağı gəlsə
də, parodiyanın məqsədi bir mətni təqdir etmək də olar bilər.
Yuxarıda metafictionda bəhs etdiyimiz hissədəki 6-cı bənd, yəni " Romanın başqa
romanları üslub, forma və məzmun olaraq təqlid etməsi" fikri elə bir növ parodiyanın
tərifidir.
Pastiş
Pastiş mətnin formasını, biçimini təqlid etməkdir. Lakin təkcə formanın təqlidi yox,
məzmunun da təqlidi pastiş sayıla bilər. Pastişlər parodiya təqlidə söykəndikləri üçün bir-
birinə bənzəyir, ancaq pastiş təqlidi parodiyadakı kimi istehza xarakterli deyil.
Parodiya ilə pastiş arasındakı əsas fərq istifadə edilən mətnin digər mətndə necə
yerləşməsidir; yəni iqtibas edilənin mətndə istehzalı bir üslubla yerləşməsi çox vaxt
parodiya, daha ciddi şəkildə yerləşməsi isə pastişdir. Məsələn, Orxan Pamukun "Qara
kitab" romanında əsərin qəhrəmanı Qalibin yer altına enməsi və minarəyə çıxması,
Dantenin "İlahi komediya"sındakı cəhənnəm və cənnət gəzintilərinin təqlidi,
parodiyasıdır, "Qara kitab"ın forması isə "Min bir gecə nağılları"na çox bənzəməsiylə
pastişdir.
İroniya
Postmodernistlər modernizmə tuşlanmış sərt tənqidi fikirlər səsləndirmək əvəzinə,
ironiya vasitəsilə demək istədikləri üstüörtülü, ikibaşlı, çoxmənalı formada ifadə edirlər.
İroniya postmodern əsərlərdə çox vaxt müxtəlif dil oyunları vasitəsilə edilir.
Plagiat
Plagiat başqasına aid mətni, mətn parçasını, fikri mənbə göstərmədən, mötərizə, dırnaq
işarəsi qoymadan, hər hansı fərqləndirici üsula baş vurmadan ( məsələn kursiv kimi )
istifadə etməkdir. Elmdə və klassik sənətdə bu hörmətsiz, qeyri-ciddi iş sayılır,
postmodernizm isə buna normal baxır. Fikri aydınlaşdırmaq üçün belə misal gətirək.
Nazim Hikmətin məşhur "Kərəm kimi" şeirində dırnaq içində təqdim edilən "dərd çox,
həmdərd yox" misrası Füzulidəndir, postmodern sənətkar bu şeiri yazsa, dırnaq işarələrini
qoymaya bilər.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
271
Plüralizm
İntibah tanrının mərkəzdə olduğu dünya görüşündən imtina edib, tanrının yerinə insanı
qoymuşdu. Postmodern dünyada dünyada isə nə tanrı, nə də insan mərkəzdədir, mərkəz
bir dənə deyil, mərkəz çoxdur.Bu mənada postmodernizm modernizmdən fərqli olaraq
təkliyə, bir dənəliyə, avtoritarlığa hesablanmış hər şeyi rədd edir. Postmodern əsərlərdə
bir-birinə zidd fikirlər yanaşı dura bilir. Kütləvi sənətə aid olan elementlərin postmodern
əsərlərdə yer alması da plüralizmdir. Merilin Monronun, Çe Gevaranın, Mona Lizanın
həqiqi mənalarından uzaqlaşıb sadəcə bir poster, istehlak məhsulu kimi görünməsi də bu
yanaşmanın nəticəsidir.
Fokkema bunu "qeyri-iyerarxiya" prinsipi adlandırır. Postmodernist mühakimələri
işarələmək üçün Fokkema "güzgü" ( kim baxırsa, ancaq onu göstərir ), "labirint" (
çıxılması mümkün olmayan, çıxış yolu onun içində yaşamaqdır), "xəritə" ( heç bir
mərkəz yoxdur və heç bir iqtiqaməti göstərmir), "ensiklopediya" (istənilən yerindən açıb
oxumaq olar ), "reklam", "televiziya", "qəzet", "fotoqrafiya" və kimi tipik söz-
obrazlardan istifadə edib.
Karnavallaştırma
Kökləri Qədim Yunanıstana qədər gedən karnavallar qorxu, doqmatizm, hörmət və
dindarlıqla yüklənmiş "rəsmi həyatın" vecə alınmadığı, ciddiyətin yerinə azadlığın
keçdiyi, zaman və məkan sərhədləri bəlli olan şənliklərdir. Karnaval meydanında ikibaşlı
istehza, gülüş, söyüş və müqəddəs olan hər şeyə qarşı hörmətsizlik, aşağılama sərbəstdir.
"Rəsmi həyatda" qatı ictimai qadağalar ucbatından keçərsiz olan hər şeyə burda icazə
var. Məşhur rus nəzəriyyəçisi Mixail Baxtinin ədəbiyyata bəxş etdiyi karnavalizm
anlayışı əsərlərdə bir-birinə zidd görünən mövzuların, obrazların, personajların yan-yana
gəlməsidir. Hər şeyin mümkün ola biləcəyini ifadə edən "anything goes" ( hər şey
keçərlidir ) anlayışına sahib olan postmodern əsərlərdə müsbətlə mənfi, müqəddəslə adi,
kübarla avara, məsum ilə qəddar bir-biriylə yanaşıdır.
Oyun
Postmodernizmin manifesti yoxdur, mütləq həqiqət hesab etdiyi şeylər yoxdur və təbii ki,
öyrətmək iddiasında olduğu dərslər də yoxdur. Postmodern romançılar oxucunu
maarifləndirmək, ona nəsə öyrətmək, dərs vermək əvəzinə, oxucunu və özünü
əyləndirməyi düzgün sayırlar.
|