Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 3.88 Mb.
PDF просмотр
səhifə37/58
tarix29.11.2016
ölçüsü3.88 Mb.
1   ...   33   34   35   36   37   38   39   40   ...   58

 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

272 


Postmodernizm modernizm qaşqabaqlı, qaramat görkəminin yerinə, hər şeyi oyun 

materialı kimi görən, həyata və sənətə əyləncə pəncərəsindən baxan yanaşmanı 

dəstəkləyirlər. 

  

Yumor 



 

Postmodern romançı ədəbiyyatı əyləncəli hala gətirmək üçün oyunlardan başqa, 

yumoristik cümlələrə də tez-tez müraciət edir. Bu yumoristik cümlələr modernist 

təhkiyəçinin ağırtaxtalı, hər şeyi bilən tanrıvari mövqeyinə də ironiyadır. Bir məsələni 

dəqiqləşdirək : modernist romanlarda da əlbəttə ki, bütün əsərlərdə olduğu kimi 

yumoristik elementlər olub, lakin modernist əsərlərdəki yumor qəhrəmanın vəziyyətinə 

uyğun işlədilirdi. Postmodernizmdə isə belə bir qayda yoxdur. 

  

Kollaj 



 

Postmodern roman xronoloji ardıcıllıqla nəql edilmir, əksinə, tədriciliyin yerinə, 

parçalılıq, bölünmüşlük, fraqmentallıq təqdir edilir. Bu fraqmentallıq əsərlərin içində 

qəzet xəbərləri, şeir, broşura, gündəlik kimi ünsürlərin girməsinə imkan yaradır. 

Postmodern roman bir-birindən fərqli olan mətnlər kollajı formasında qurulur. 

 Postmodern mətn konkret bir təhkiyə növündə israr etməyi sevmir, romançı istədiyi növə 

rahatlıqla keçə bilər. Əsərdən modernizm dövründə olduğu kimi "böyük sənət mahiyyəti" 

gözlənilmir. Modernist romandakı kollaj simmetriyaya can atırsa, postmoderndə əksinə 

fraqmentallığa meyllidir. Postmoder kollaj vasitəsilə mənt şərhə, yozuma açıq sonsuz 

sayda ziddiyətlərdən ibarət olur. 

  

Detektiv 



  

Əvvəllər detektiv əsərlər ancaq yüngül əyləncə məqsədilə oxunardı. Lakin 

strukturalistlərin bədii mətnlərə yeni yanaşması sayəsində detektivə maraq artdı. Borxes, 

Grillet, Calvino, Muriel Spark, Eko kimi yazıçılar detektivi öz məqsədləri üçün istifadə 

etməyə başladılar. Detektivin postmodern romanda çox işlənməsinin əsas səbəblərindən 

biri də detektiv xəttin oxucunu istər-istəməz mətni yozmağa təhrik etməsidir ; bu vasitə 

ilə oxucunu oyuna cəlb olunur və yazıçının uydurduğu, mətnə səpələdiyi işarələrin içinə 

düşür. Postmodern mətnlərdə oxucu köhnə detektivlərdə olduğu kimi onu intizarda 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

273 


saxlayan, həyəcanlandıran, beynini məşğul edən şeylərin cavabını yazıçıdan ala bilmir və 

məcbur olur özü bir cavab tapsın. 

  

Realizm 


 

Postmodernistlər modernistlər kimi  "mütləq" həqiqətin arxasınca qaçmırlar, həqiqətin 

hər adama görə fərqli ola biləcəyini düşünürlər, beləcə, öz həqiqətlərinin yerinə mətnin 

həqiqətlərini təklif edirlər. Postmodernizmə görə dildən başqa reallıq yoxdur, buna görə 

də postmodernizm realla irrealın, qurama ilə həqiqinin iç-içə olduğu bir dünyadır. 

Postmodernin realizmə bu cür yanaşması fantastikanın, xəyaliyin, uydurmanın 

postmodern mətnlərdə geniş istifadəsinə gətirmişdir. 

  

Tarix 



Postmodernizmin tarixə münasibəti, modernizmdən fərqli olaraq, hamı tərəfindən qəbul 

edilən, mütləq, dəyişməz deyil. Postmodernizm tarixi hadisələrin də subyektiv 

yozumlarla fərqli izahlarının ola biləcəyini deyir. Postmoderndə fərqli yozumlara açıq 

bütün tarixi hadisələr modernizmdə olduğu kimi səbəb-nəticə əlaqəsinə tabe deyil, 

əksinə, bölünmənin, fraqmentarlığın hökm sürdüyü yeni dünyada dəyişən vəziyyətləri, 

mühitləri, fakt və hadisələr özü öz içində yenidən yazan bir tarix anlayışı ilə yazılır. 

 Postmodern roman tarixə baxışını tarixin əsas nöqtələrindəki qəhrəmanlardan alt 

səviyyədəki adi insanlara çevirir.Bununla postmodernizm tarixi ibrət alınası anlayışdan 

uzaqlaşdırıb, oyun materialına çevirmək məqsədi güdür. Orxan Pamukun dediyi kimi : 

"Tarixi romanları elmi-fantastika kimi oxuyun. Fantastika gələcək haqqında 

fantaziyalardır. Tarixi roman da keçmiş haqqında fantaziyalardır." 

  

Qəhrəmandan subyektə 



 

Modernist əsərlərdəki qəhrəmanın yerini postmodern əsərlərdə kimliyi qeyri-müəyyən 

olan, Kafkanın "Məhkəmə"sindəki Cozef K. kimi bulanıq tutur. Bu tiplər mətnin 

obrazlar, təsvirlərlə toxunmuş strukturu içində çevrilməyə, dəyişməyə açıq subyektlərdir. 

Fərdiliyin yox edildiyi postmodern mətnlərdə, qəhrəmanlara sadəcə subyekt demək daha 

doğru olar. Subyektlə obyekt, daxili dünya ilə xarici aləm, reallıq ilə quramanın 

sərhədinin yox olduğu postmodern mətnlərdə subyektin varlığı da konkret deyil. 

Modernizmin humanizmin təsirilə ilahiləşdirdiyi insan, postmodernizmdə ilahilik 

mərtəbəsindən yerə endirilib, oyun cəlb edilir. Postmodern mətndə modernist mətnlərdəki 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

274 


kimi ilahiləşdirilmiş insana ehtiyac yoxdur, çünki postmodern mətnlərin onun vasitəsilə 

demək istədiyi konkret mesaj yoxdur. 

  

Obraz 


Modernist romanda reallıqla əlaqəsi olan obrazlar, postmodern romanda gerçəkliklə 

əlaqəsini tamam kəsir. Türk ədəbiyyatşünası Yıldız Ecevit posmodern obrazın ilk 

rüşeymi kimi Kafkanın əsərlərinə müraciət edir: " Kafkanın "Məhkəmə" romanında 

məhkəmənin, "Qəsr" romanında qəsrin, ya da "Çevrilmə"də böcəyin konkret olaraq nəyin 

qarşılığı olduğu bəlli deyil, konkret bir şeyi simvolizə etmirlər, alleqoriya da deyillər. XX 

əsrin ilk yarısında Kafkanı araşdıran bir çox alman ədəbiyyatşünasları axırda çözə 

bilmədikləri bu obrazların adına müstəqil alleqoriya dedilər." Postmodern romanın təklif 

etdiyi bu individual obrazlar, məcazlar əsərin oxucu tərəfindən şərh edilməsinə, yəni 

romanın açıq mətn olmasına imkan yaradır. 

  

Müəllifin ölümü 



 

Postmodern roman üzünü tamamilə oxucuya tutur. Bütün cəhdlər statik olmayan dil 

yaradıb oxucu üçün mümkün qədər yozuma,şərhə açıq mətn yaratmaqdır. Mətnin 

yozuma açıq olması mətnin hər oxucuda ayrı-ayrı mənalara gəlməsinə imkan yaradır ki, 

bu da əsəri birqatlı, bir mənalı olmaqdan çıxardır. Bu vəziyyət yaranması üçün müəllifin 

də mətnə oxucu kimi yanaşması vacibdir. Postmoderizmin nəzəriyyəçilərindən Rolan 

Bart yazır ki, onun görmək istədiyi mətnin arxasındakı müəllif (author) yox, mətni 

oxuya-oxuya yazan, "ehtimal olunan", çox vaxt elə Rolan Bart olan oxucudur. Başqa 

sözlə, əsas müəllif yox, mətnin oxucu ilə əlaqə yaratmaq formasıdır. Barta görə bu 

müxtəlif cür təzahür edir : "Gah yazı prosesinin suç ortağı olan oxucu, gah mətnə müxalif 

olan oxucu, gah mətndən narahat olan oxucu, gah da oxumaqdan həzz alan oxucu." 

  

Təkrar 



  

Mənanı bulanıqlaşdırmaq, konkretlikdən, birqatlılıqdan çıxarmaq üçün postmodern 

əsərlərdə sözlər və hətta hadisələrin təkrarlanır. Bunu ən çox Alain Robbe Grilletin öz 

romanlarında istifadə edib. Təhkiyədə təkrarlardan istifadə  həm təhkiyənin sürətini 

yavaşladır, həm düşüncəni asılılığa çevirir. 

  


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

275 


Formalizm 

  

Kökü rus strukturalistlərinə gedən formalizm anlayışını qısaca belə izah edə bilərik : bir 



romandakı personaj, məkan, zaman, ya da əlavə ünsürlər  romançının demək istədiyini 

deməkdən başqa bir işə yaramayan şeylərdi. Rus nəzəriyyəçi Viktor Şklovski bunu belə 

izah edir : "Don Kixot əslinə qalanda xarakter deyil, eləcə Servantesin ayrı-ayrı fikirləri, 

əhvalatları nəql etmək üçün istifadə etdiyi bir vasitədir." 

 Modernist romandan posmodernist romana dəyişən roman yazma prosesini türk alim 

Mustafa Kutlu belə ümumiləşdirir : " Əvvəllər romançıların məqsədi "problemi nəql" 

etmək idi, indi isə "problem" yoxdur, indi yalnız "nəqletmə" var." 

 Yıldız Ecevit isə belə yazır : "Türk oxucusu sosiallığı sevən oxucudur. Buna görə də 

romanı bir sənət nümunəsi kimi mənimsəmir, onu zövq üçün oxumur. Türk oxucusu 

yazıçını hələ də sosioloq, psixoloq, bələdçi, nə bilim, militan hesab edir. Oxucunun bu 

gözləntisini təmin etməyən usta yazıçılar isə - məsələn Oğuz Atay kimi - uzun müddət 

diqqətdən kənarda qalıb. Formalizm, üslubçuluq türk ədəbiyyatında az qala estetik 

cinayət hesab edilir" 

   


Dil 

 

Postmodernizm dilin konkret olmasına inanmır, dilin gerçəkliyi tam təmsil və təsvir edə 



biləcəyini inkar edir, buna görə də əsərlərdə dil oyunlarına gedərək oxucunun mətni başa 

düşmə cəhdlərini sındırır. Dil oyunları vasitəsilə postmodern əsərlərin vektoru real həyat 

yox, intertekstual dünyadır. 

 Poststrukturalist Jak Derrida strukturalist Fernind De Sössürlə dilin, yəni göstərənin, 

göstəriləni təmsil etmədiyi fikri il razıdır, lakin onun göstərinin göstərənlə izahında alim 

kimi konkret qənaətlərə varmaq cəhdinə gülür. Derridaya görə məna həmişə özünü 

ertələyir, yəni məna davamlı deyil, o, hər oxucuda ayrı cür təzahür edir. Deməli "gerçək", 

"doğru", "konkret", "mütləq məna" kimi şeylər ola bilməz. 

Postmodern anlayışa görə yazıçının "mən burda bunu demək istəmişəm" deməsi 

absurddur. 

  

Təhkiyəçi-oxucu münasibətləri 



 Postmodern romanda ( təhkiyədə ) təhkiyəçi personajdır. Təhkiyəçinin oxucu ilə 

münasibəti romantik ədəbiyyatda rastımıza çıxan və "ey oxucu" deyən təhkiyəçi tipindən 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

276 


fərqlidir. Postmodern romanda təhkiyəçi sadəcə hadisəni nəql edən deyil, o, artıq 

romanın əsas hissələrindən biridir. Və bu təhkiyəçinin nəqletmək başqa ona diqqətlə 

qulaq asan oxucu ilə zarafatlaşmaq, məzələnmək, onun zəkasını aşağılamaq, oxucunun 

oxuduğu mətni layiqincə qiymətləndirib-qiymətləndirmədiyini müəyyənləşdirmək və 

oxucunu aktiv olaraq mətndə iştirak etməyə dəvət etmək kimi vəzifələri var.   

  

  



*** 

  

Postmodern kinonun ideoloqlarından sayılan Kventin Tarantinonun manifestal xarakterli 



bir ifadəsi var : "Bir növün içinə baş vurub, ordan əvvəllər xoşuma gələn şeyləri 

götürməyi və onları yeni formada təqdim etməyi sevirəm." Tarantino kult olmuş 

"Kriminal qiraət" ( Pulp fiction) filmini çəkəndə 31 yaşı vardı. Gənc olmasına 

baxmayaraq, öz epoxasının, dövrünün dilini ustalıqla mənimsəyən Tarantino, media 

erasının, ya da "simulyativ kainat"ın hər yerə dolduğu bir vaxtda öz reallığını yaradan və 

öz yaratdığı reallıqdan xarici reallığa baxan bir nəslin ən önəmli təmsilçilərindən oldu. 

 Tarantino vasitəsilə postmodern kinoda intertekstuallıq anlayışı aktuallaşdı. 

 İntertekstuallıq postmodernizmin kəşfi deyil ; bu fənd postmodernizmdən əvvəlki 

cərəyanlarda da olub. Lakin postmodernizmlə belə demək mümkünsə daha çox 

bütövləşib. İntertekstuallıq bir mətnin, yaxud filmin  özündən əvvəlki əsərlərdən nəsə 

daşıdığını deyir və sənətçi bunu qabartmaqla, özündən əvvəlki mətnlərdən müəyyən 

hissələri açıqca öz əsərində istifadə etməklə, yaxud hansısa əsərə eyham vurmaqla 

orjinallıq, mütləqlik, müəllifin avtoritar mövqeyinə ironiya edir, yaratdığı əsərin sadəcə 

bir əsər olduğunu demək istəyir. 

 Tarantino bu üsuldan ustalıqla istifadə edir. Müəyyən mənada demək olar ki

Tarantinonun söykəndiyi ənənə Ridli Skotun "Blade runner" filmiylə başlayan ənənədir. 

Tarantinodan sonra isə bu ənənəyə söykənən "Matriks" filmi növünün ən yaxşı 

nümunələrindən, postmodern kinonun şedevrlərindən hesab edilir.  

  

 

 



 

 

 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

277 


Fitsceraldın yoldaşı: ―Onunla yaşamaq vulkan üstündə oturmaq kimidir‖ 

 

Ötən həftəsonu əslən avstraliyalı Baz Lurmanın―Böyük Qetsbi‖ (Great Gatsby) filmi bir 



sıra ciddi tənqidçilərin bədbin proqnozlarına baxmayaraq kassa rekordu vurdu. 

ABŞ-da nümayiş etdirildiyi iki həftə ərzində film kassaya 100 milyon dollar gətirib. 

Filmin baş qəhrəmanını məşhur aktyor Leanordo di Caprio oynayıb və bir çoxları filmin 

uğurunu məhz bu aktyorun istedadlı ifası ilə bağlayırlar. 

Lakin bu günlərdə yada düşməyən bir baş səbəbkar var. 

Bu, 1920-ci illərin məhəbbət əhvalatını  roman kimi qələmə almış şəxs, ―Böyük 

Qetsbi‖nin müəllifi, görkəmli Amerika yazıçısı F Scott Fitzgerald-ın özüdür. 

 Fitzgerald-ın yada düşməməsini isə, necə deyərlər,  ―The İndependent‖ qəzetinin yazarı  

Rupert Cornwell yada salıb. 

Maraqlıdır ki, bu jurnalist xatirə və nekroloqların ustası kimi tanınır, amma əslində 

bundan daha böyük qiymətə layiqdir. 

Əvvəla, Rupert Cornwell qəzetin ilk Moskva müxbiri olub və Sovet İttifaqının çökməsini 

əks etdirən reportajlarına görə iki dəfə Britaniya Mətbuat Mükafatına (British Press 

Award) layiq görülüb. 

Əvvəllər ―Financial Times‖ və ―Reuters‖də çalışmış jurnalist bir neçə il bundan əvvəl 

Londonda Blekfrayers körpüsündən asılmış vəziyyətdə tapılmış Roberto Calvi haqqında 

―Allahın bankiri‖ kitabının müəllifidir. 

Yenə də nekroloq. Amma nekroloqu da yazmağı bacarmaq lazımdır. 

 

ONUN MƏZARINA XIRDA PUL VƏ VİSKİ QOYAN YOXDUR 



 

Qayıdaq Fitzgerald-a. ―Böyük Qetsbi‖ filmi kassalarda dollar fontanı vurduğu bir vaxtda 

Rupert Cornwell yazıçının məzarını ziyarət edib. 

O yazır ki, burada dəfn olunmaq belə yazıçıya yaraşmır. O da Hollivud təpəsinin 

ətəklərində dəfn oluna bilərdi. Və yaxud onu da Oscar Wilde və Jim Morrison kimi 

Parisin məşhur Per Laşez qəbiristanlığında dəfn edə bilərdilər.  Amma əvəzində 

Fitzgerald-ın son mənzili Vaşinqton rayonunda anbarların və sənaye ofislərinin yanında, 

6 xətli şosse yolu ilə dəmir yolu zolağının arasındakı balaca bir kilsənin məzarlığı olub. 

 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

278 


Jurnalist təəccüblənir ki, onun əsəri barədə məqalələr dünyanın qəzetlərini dolaşdığı bir 

vaxtda yazıçının məzarı üzərində bircə çiçək də yoxdur. 

―Barı yazıçının pərəstişkarları məzar üstünə xırda pul və ―Seagram‖ viskisinin kiçik 

şüşəsini qoyaydılar, axı məhz bu iki şeyə 1940-cı ildə vəfat etməzdən əvvəl yazıçının 

daha çox ehtiyacı olub‖ – yazır jurnalist. 

 

GATSBY FİTZGERALD-IN ÖZÜDÜR 



 

Bütün bunlardan əlavə bu günlərdə yazıçının təlatümlü evlilik həyatını əks etdirən üç 

romanı təkrar çap olunub. 

―İki tərəfimdən qatarların və maşınların şütüdüyü bir yerdə, bu məzarı ziyarət edən yalnız 

mənəm‖, - yazır Rupert Cornwell – ―və bu tənhalıq məni ―Böyük Gatsby‖ni yenidən 

oxumağa həvəsləndirir‖. 

Cornwell yazır ki, ədəbiyyat tarixində çox az sayda roman bu qədər metafizik yükə malik 

olub. 


Roman Jay Gatsby-nin özünü yeni dünyada – Amerikada yenidən realizə etmək arzusu, 

buna nail olması, lakin acınacaqlı sonluqla üzləşməsi üzərində qurulub. 

Lakin bu əsəri yazanda Fitzgerald  ―Böyük Amerika arzusu‖nun ardınca ―Böyük 

Depressiya‖nın gələcəyini bilmirdi. 

O öz naşirinə 1924-cü ildə yazırdı ki, hazırda özündə böyük bir qüvvə hiss edir və belə 

bir qüvvə onun içində indiyədək heç vaxt olmayıb. 

―180 səhifəlik  ―Böyük Qetsbi‖,  oxunması son dərəcə asan, unudulması son dərəcə çətin 

olan əsərdir‖ – yazır jurnalist. 

Bu il ABŞ-da əsərin daha 750 min nüsxəsi satılacaq. Ölkə kolleclərinin ədəbiyyat 

müntəxabatlarına bu roman oxunması icbari olan əsər kimi daxil edilib. 

Yazıçı 1940-cı ildə vəfat edəndə sınmış, içkiyə qurşanmış birisiydi və Hollivud üçün heç 

vaxt istifadə olunmayacaq ssenarilər yazırdı. O özünü uğursuz bir yazıçı hesab etməyə 

başlamışdı. 

VULKAN KİMİ GÖZƏL VƏ TƏHLÜKƏLİ 

 

Onun ailə həyatı da darmadağın olmuşdu. Sevimli xanımı Zeldaya şizofreniya diaqnozu 



qoyulmuşdu. 

 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

279 


Zeldanı da dəli edən əri deyildimi? 

Zelda əri haqqında yazırdı: ―Fitzgerald-la yaşamaq vulkan üstündə oturmaq kimidir. 

Mənzərəlidir, lakin həm də təhlükəlidir‖… 

Lakin hətta indi uyuduğu tənha və unudulmuş yeri də Fitzgerald-lara asanlıqla 

verməmişdilər. 

Onların ailəsi Rokvildən olsa da, özü orada heç vaxt yaşamamışdı. Onu ailənin kiçik 

torpaq sahəsi olan Müqəddəs Meridə dəfn etmək istəyəndə, kilsə buna icazə verməmişdi. 

Çünki Fitzgerald mömin katolik deyildi. 

Əvəzində Fitzgerald-ı yaxınlıqdakı Rokvil qəbİristanlığında torpağa tapşırdılar. 

 Dəfndə bir-iki adam iştirak edirdi. 

Protestant keşiş necə bir dahi üçün son duaları oxuduğunu bilmirdi. 

Bütün bunlar onun əsərindəki Gatsby-nin miskin dəfnini xatırladırdı. 

Gatsby-nin dəbdəbəli malikanəsində kef edən yüzlərlə ―dostundan‖ bir kimsə gəlməmişdi 

dəfninə. 

8 il sonra xanımı Zelda da ərinin yanında dəfn olundu. 

Lakin yalnız 1975-ci ildə bu məzarlar Fitzgerald-ın halal ata-baba yurdu olan Müqəddəs 

Meri kilsəsinin həyətinə köçürüldü. 

Burada onların ortaq başdaşı var. 

Lakin ən mühümü bu başdaşının üstündə həkk olunan cümlədir.  Cümlə onun ən məşhur 

romanından götürülüb: 

―Bax belə… biz qayıqlarımızı axının əksinə sürürdük, nəticədə dalğalar bizi aramsız 

olaraq keçmişə gətirirdi‖… 

 

 

 



 

 

 



 

 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

280 


Führer hipnozu. Nasional-sosializmin anatomiyası 

 

Bu ağrılı mövzunu bu günlərdə qaldırdığı üçün Seymur Baycana təşəkkür edirəm. 



Doğrusu mən də uzun illər cəmiyyətimizdəki, Seymurun yazdığı kimi - orta statistik 

azərbaycanlının düşüncəsinə görə, hər bir almanın içində Hitlerə və faşizmə gizli rəğbəti, 

sevgisinin olduğu haqda ümumi rəyin haradan qaynaqlandığını düşünmüşdüm. Burada 

hansısa arqumentlər işləmir, rasional dəlillərin də əsla mənası yoxdur. Total savadsızlıq 

hökm sürən cəmiyyətdə ehkamlar və yalnız ehkamlar çalışır. Bizim cəmiyyət bir ucdan 

yaradılan ehkamlarla aşıb-daşır, budda yazısında bunu artıq demişdim.  

 Yaxşı bəs nədən məhz Hitler? O haradan sanki bir arxetip kimi daxil olub bizim kifayət 

qədər qapalı cəmiyyətimizə? Nədən bu haqda yazmaq ehtiyacı yaransın ki? 

 Uşaqlıqda ―dava-dava‖ oyununda həmişə ―bizimki‖ olmaq istəyimiz vardı, püşklə 

―nemes‖ olmağa məcbur edilənlər öncədən ölümə məhkumluq səbəbindən həvəssiz 

oynayırdılar.  Sonradan, böyüdükdə bu həvəssizlik nəsə gizli bir marağa çevrildi. 

Müharibə filmlərində və 30-cu illərin xronikasında seyr edə bildiyimiz paradlarda alman 

əsgərlərinin ifrat səliqəli qiyafədə nizamlı yerişi, pardaqlı və hətta seksual obrazı marağı 

gücləndirirdi – necə ola bilərdi ki, bütün bu möhtəşəm düzənli marşlar, hərbi paradlar, 

ekzaltasiyanın son həddində deyilən vətənpərvərlik haqdakı nitqlər, böyük ruh yüksəkliy 

və entuziazmla keçirilən təntənə kökündən yalan olsun? Necə ola bilərdi ki, milyonlarla 

insan bu yalana uysun? Necə ola bilərdi ki, almanlar kimi dünya kültürünü müstəsna 

nailiyyətlərlə zənginləşdirmiş toplum kitab yandıqmaqla məşğul olsun? Və bütün bu 

piramidanın başında duran, ―Heil Hitler‖ deyə salamlanan Führer – Hitler milyonların 

qibləsinə, o dövr üçün cinsi məsələlərdə kifayət qədər qapalı alman xanımlarının 

xülyasına çevrilsin?    

 Müharibənin nəticəsində ərazisinə görə 3-4 Azərbaycanı keçəcək, bu ölkənin 

yaranmasının başlıca mərkəzi – Prussiyanın demək olar ki tamamilə yox olması,  bundan 

başqa tarixi Sileziya ərazilərinin və Elzasın əbədilik itirilməsi. 12 milyon almanın 45-in 

yayında zorla deportasiya edildiyi Sudet. Bir zamanlar Sileziyanın paytaxtı olan – 

Breslau (indiki Vrotslav), Prussiyanın paytaxtı – indi Kalininqrad adlanan qədim 

Könisberg, bir zamanlar Danzig adlanan Qdansk, indi Klaypedaya çevrilmiş Memel

Şetsin olmuş Stettin, lap elə Avroparlamentin yerləşdiyi Strasbourg şəhərləri, saymaqla 

bitməz, hətta Nürnberq məhkəməsinin qərarı ilə bir zamanlar ―Deutschland, Deutschland 

über alles‖ (―Almaniya hər şeydən ucadır‖) adlanan Almaniya himninin ön iki bəndinin 

qadağanı, 45-in yayında milyonlarla alman xanımının kütləvi zorlanması... Sonuncu 

hadisə alman cəmiyyətində çox ağır bir iz qoymuş, bu haqda yalnız  60 ildən çox bir 

zaman keçdikdən sonra danışıldı və bu hadisə kinoya gətirildi. Bu alman rejissoru Max 

Färberböck tərəfindən lentə alınmış və 1945-in aprel-mayında Berlində sovet əsgərləri 

tərəfindən törədilmiş kütləvi zorlanma zamanı alman xanımlarının acı taleyindən bəhs 

edən ―Anonyma – Eine Frau in Berlin‖ (―Anonim – Berlində qadın‖, 2008) filmidir. 


1   ...   33   34   35   36   37   38   39   40   ...   58


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə