“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
338
Lakin qəti etiraz itaətə yox, Kainata qarşı Prometey hiddətinə gətirib çıxarda bilər.
Seyretmə, əzablarımıza ümumi xarakter verə bilər; o, ağrı-acılarla dolu (elə güclü bir
ağrı ki, şüurun dünyadan yoxa çıxması bu ağrıya dözməkdən daha asan olar) həyatın
faciəviliyini göstərər. Sonuncunun zəruriliyinin sübutu mümkün olmasa da arzu
olunmasını da inkar etmək mümkün deyil. Ancaq hətta bunu da itaətlə uyğunlaşdırmaq
mümkündür. Xeyiri gözəgörünməz və ya seçilməsini çətinləşdirən qeyz və şərə
aludəolma itaətlə uyuşmur. Heç kəsin məsuliyyət daşımadığı şərə hiddətlənmənin mənası
yoxdur; Kainatın fundamental şərinə qarşı hiddətlənənlər Allaha, İblisə və ya insanın
simasında taleyə hiddətlənirlər. Anlayanda ki, fundamental şər materiyanın kortəbii
hərəkətinin yekunu və şüursuz qüvvələrin ( və buna görə də özü-özlüyündə nə yaxşı, nə
də pis olmayan) büsbütün zəruri nəticəsidir, o zaman hiddət, Gellespontu qamçılamağı
əmr verən Kserks* kimi absurddur. Beləliklə baş verənlərin zəruriliyini dərketmə bizi
hiddətdən xilas edir. Lakin yalnız bu, şərə həsr olunmadan qurtarmır. Ehtimal ki,
mövcud olan cisimlərdən bəziləri yaxşı, bəziləri pisdir və xeyirin ya da şərin əksəriyyət
təşkil etməsini bilmək qeyri-mümkündür. Hər bir əməldə xeyir və şərin nə olduğunu
başa düşməliyik: iradəmizdən asılı olan hər şeydə xeyir və şər məsələsiylə
hesablaşmalıyıq. Lakin hökmümüzün hüdudlarından kənarda olanlara dair xeyir və şər
məsələləri teizm və optimizmin diskussiyalarında verilən fundamental dini əhəmiyyətə
malik deyil (düzdür, hər bilik kimi bunun da haqqında məlumat yığmağa cəhd etməyə
dəyər). Xeyir və şər dualizmini həddindən artıq vurğulayanda o, təmənnasız seyretməyə,
ümumi sevgi və səcdəyə mane olur. İnsani hərəkətlərə dəxli olmayanlara xeyir və şər adı
verməkdə bir bəsitlik və həddindən artıq insanilik var. Beləliklə seyretmənin
təmənnasızlığı, ümumi sevgi və səcdə şəxsi müsibətlər qarşısında olduğu kimi
fundamental şər önündə də itaət yaradır. Bunların mümkünlüyü də bir növ itaətin
əvvəlcədən mövcud olmasından asılıdır. İtaət həm Tanrıya, həm də doqmalarsız inamın
səbəbi və eyni zamanda nəticəsidir. İtaətə əsaslanan inam əxlaqi nizam istəyir, ―mən‖in
və onun tələblərinin sınırlandırılmasını tələb edir; bu, Kainat ahəngindəki həyat üçün də
sonlunun sonsuza keçidində də vacibdir. Heç bir optimistik doqma olmayanda bu nizam
daha da sərtləşir. Bunun sayəsində isə nəticə çox mühüm olur. Məsələn, sarsılmazlıq
halında ―mən‖in sınırlarını genişlətmə bacarığı o qədər gəlişir ki, hər şey, xeyir də, şər
də sevgi ilə qarşılanmağa başlayır.
Məhəbbət . Məhəbbət iki cür olur: 1. Seçici, dünyəvi məhəbbət, yəni fərəh gətirən hər bir
reallığa, hər gözəl və yaxşı olana sevgi. 2. Qərəzsiz, heç nəyə fərq qoymadan hər tərəfə
saçılan səmavi məhəbbət. Dünyəvi məhəbbətin əks tərəfi nifrətdir: dostlara qarşı
düşmənlər, müqəddəslərə qarşı günahlılar, allaha qarşı iblis durur. Buna görə də dünyəvi
sevgi öz düşmən düşərgələri və amansız müharibələri ilə aləmə ixtilaf (ədavət) gətirir.
Səmavi sevgi, obyektinin heyrət doğurub-doğurmamağını, gözəl və ya xeyirxah olub-
olmasını tələb etmir; o, hər canlıya, ən yaxşı və ən pisə, ən böyük və ən əhəmiyyətsizə də
saçılır. Çünki o, sadəcə iztirabları yüngülləşdirmək istəmir, tək şəfqət deyil, lakin sevdiyi
hər şeydə fərəh tapır və yalnız bəxtiyarlarla bərabər, uğursuzlara da bəxş edilir. Belə
məhəbbətə dərin heyranlıq xas olsa da o, heyranlıqdan daha da böyükdür: o, yalnız
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
339
seyredici deyil, eləcə də fəaldır; onu hətta mərhəmətə ümidini kəsənlərə də bağışlamaq
olar. Mənşəyinə görə sevgi seyredicidir, amma mümkün olan zaman fəallaşır. Və bu cür
sevginin əksi, yəni nifrəti yoxdur.
İlahi sevgi üçün dünyanın xeyir və şərə bölünməsi düzgün qalsa da yalnız dərinliyə malik
deyil: sevgi sonsuz olduğundan bu bölünmə sonlu və məhdud görünür. Iki düşmən
cəbhələrinə ayrılma qeyri-real anlaşılır. Real olan, dünyanın sevgi içində vəhdətidir.
İlahi sevgi yaranan zaman ümumi ruh hisslər həyatıyla yaşamağa başlayır. Ümumi ruhun
intellekti üçün seyretmə nədirsə, ilahi sevgi də emosiyalar üçün odur. İlahi sevgi başqa
şeylərdən daha çox ruhu azadlığa çıxarır və dünya ilə birləşməyə qoymayan ―mən‖in
ətrafındaki məhbəs divarlarını uçurur. Sevgi güclü olarsa vəzifələr çətin görünməz və
ibadət fərəhlə dolub-daşar. Dərd-qəmlər, əlbəttə qalır və ola bilsin ki, əvvəlkindən daha
dərin və çarəsiz qalır, çünki çoxlarının həyatı faciəvidir. Lakin şəxsi uğursuzluqlardan
olan kədər keçib gedir, məqsədlər isə o dərəcədə yüksək olur ki, ümidlərin tamamilə
məhvi mümkün olmur. Təbiət aləminin sevgisi yalnız ümumi sevginin harmoniyasında
qalır. Artıq o, sevimli və qeyri-sevimlilər arasında çəpər çəkmir. Bundan başqa, ümumi
sevgidə ruh, sığınacağını doğulduğu tənhalıqda tapır. Bu tənhalığın bütöv azadlığa
qovuşması zindan divarları (yəni bədənin maddi ehtiyacları) ilə əhatə olunana qədər
mümkün deyildir.
Xristianlıq üçün Allaha və insana sevgi iki böyük tələbdir. Allaha kömək etmək
imkanımız xaricində olduğundan, adamı isə kamil xeyir saya bilmədiyimizdən Allaha
sevgi insana sevgidən fərqlidir. Bu səbəbdən Allaha sevgi seyredici və ehtiramla dolu
olduğu halda insana sevgi daha fəal və xidmətlərlə boldur. Qeyri-teist dində Tanrııya
sevgi ideal səadətə səcdəylə əvəzlənir. Bu səcdə xristianlıqdaki insana sevgi qədər
vacibdir, çünki bunsuz sevgi xeyirxahlıqetmə istəyində istiqamətini itirir. Əlbəttə səadətə
səcdə daha böyük tələbdir, çünki məhz bunun sayəsində bilirik ki, insana sevgi xeyirdir
və bu bilgi sevməyimizə imkan sağlayır. Bundan başqa bu (xeyirə səcdə), insan həyatının
necə olabiləcəyi haqda təsəvvür yaradır və mümkün olanla gerçək olan arasında uçurumu
xatırladır. Bu uçurumdan da məhəbbətə məxsus olan sonsuz şəfqət hissi yaranır, ola
bilsin ki, bu bu sonsuz şəfqət səadətə, xeyirə səcdənin əsas səbəbidir. İtaət də sevgiyə
kömək edir, çünki o olmayanda qəzəb, hiddət və düşmənçilik ruhla dünyanın arasına
girərək, məhəbbətdə yaranan vəhdətə mane olur. Dinin üç ünsürü—səcdə, itaət və
sevgi—bir-biri ilə sıx əlaqədədir: onlardan hər biri digərinin əmələ gəlməsinə təkan verir,
hamısı birlikdə isə burada nəyin başlanğıc, nəyin isə daha sonra gəldiyini demək qeyri-
mümkün olan bütövlük yaradır. Bunların üçü də ehkamsız (doqmasız) mövcud ola bilər
və eyni zamanda əməl, fikir və hisslərdə həyata sonsuzluq gətirərək, onu idarə etməyə
qadir olur. Bu üç ünsür arasında ahəngdar birlik yaradan sonsuzluqdaki həyat isə din
üçün lazım olan hər şeyi öz içində daşıyır və bununla da o, ehkamçı inanclara söykənmir.
Din öz qüvvəsini insanda oyada biləcək Kainatla vəhdət hissindən alır. Əvvəllər vəhdət,
Kainatı səadət anlayışımıza tabe etməklə əldə edilirdi; Allaha qovuşmaq asan iş idi.
Çünki Tanrı sevgi idi. Lakin ənənəvi dinin çökməsi bu vəhdət üsuluna şübhə yaratdı. Elə
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
340
bir vəhdət tapılmalıdır ki, o zaman dünyadan heç nə istəmədən (diləmədən) təkcə
özümüzə arxalanaq. Bu, xeyir və şərin fərqinə əhəmiyyət verməyən qərəzsiz səcdə və
ümumi sevgidə mümkündür. Dini, ehkamlardan azad etmək üçün dünyanın
standartlarımıza uyğun olması tələblərindən əl çəkməliyik. Hər belə tələb özünü dünyaya
sırımaq deməkdir və ehkamların çöküşündən sonra var olmaq istəyən din bundan azad
olmalıdır. Bununla o, ruhuna yad və sərbəst inkişafına mane olan ünsürlərdən xilas
olacaq. Din, ―mən‖in tələblərini (tabularla) özünə tabe edərək, Kainatla vəhdət arayır,
lakin bu zaman kainatın ―mən‖ tələblərinin heç olmasa bəzilərini təmin etməyə qadir
olduğu zənn edilərsə, onda bu tabelik bütöv deyil. Bu üzdən də kainatın mahiyyəti ilə
bağlı mövcud görüşlərdən asılı olmayan dünya ilə vəhdət formasının tapılması dinin
xeyirinədir. Sonsuzda var olan həyat vəhdət imkanı yaradır; buna nail olanlar üçün o,
praktiki olaraq keçmiş dinlərin verdiklərindən, bəzi mənada isə daha çox xeyir verir.
Belə anlaşılır ki, dinin mahiyyəti həyatımızın sonlu hissəsinin sonsuz həyata tabe
edilməyindədir. İnsandakı iki başlanğıcdan biri yarımçıqdır və bu natamamlığın heyvani
mahiyyəti instinktdə yaşayır, canı və övladları üçün səadət axtarır. Ümumi və ya ilahi
mahiyyəti isə kainatla vəhdət axtarışındadır, bu aramalara da mane olan hər şeydən
sərbəst olmağa çalışır. Heyvani mahiyyət özü-özlüyündə nə xeyirxah, nə də şərdir; o,
yalnız ilahi mahiyyətinin vəhdət axtarışlarına kömək edəndə və ya mane olanda xeyirxah
və ya şər olur. Ruh, azadlığını dünyada o zaman tapmış olur ki, fikirdə bir, duyğuda bir,
iradədə bir olur. Fikirdə birlik — bilik, duyğuda birlik — sevgi, iradədə birlik—ibadətdir.
Üç növ pərakəndəlik mövcuddur: səhv, nifrət və düşmənçilik. İnsanın heyvani
məzmununa xas olan instinkt—ayrılığa, bilik, sevgi və bunlardan irəli gələn müdriklik
insanın ali səadətinə şərait yaradır.
İnstinktiv həyat, dünyanı öz məqsədlərinə nail olmaq üçün bir vasitə sayır, buna görə də
dünyayla, özü ilə hesablaşdığı qədər hesablaşmır. O, biliyi–mənfəətdə, sevgini—rəqabət
aparan instinktlərin ittifaqında görür və yalnız instinktiv düyünlərlə bağlantıda
olduqlarına xidmət edir. İnstinktiv həyat özünə yad və güman ki, düşmən qüvvələrlə
əhatə olunmuş dar bir sığınacaq tapır. O, mühasirəyə alınmış qalada gec tez məcburən
təslim olacağını bilir.
Müdrik həyat təmənnasız məqsəd arayır, bunda nə rəqabət, nə də heç bir ciddi ədavət
yoxdur. Bunun axtardığı vəhdət hüdudsuzdur: o hər şeyi bilmək, hər şeyi sevmək və hər
şeyə ibadət etmək istəyindədir. Bu səbəbdən müdrik həyatın evi hər yerdədir və onun
inkişafını heç nə məhdudlaşdıra bilməz. O, bilgidə faydalı və faydasız, sevgidə — dost
və düşmən, ibadətdə — layiq və nalayiq olan arasında fərq qoymur.
Həyatın qısa və gücsüzlüyünü dərk edən insanın heyvani hissəsi ölümdən qorxur və
mübarizədə qələbəyə ümidin olmadığını etiraf etməkdən boyun qaçırıb, uğursuzluqların
qələbəyə çevrilməsini tələb edir. İnsanın ilahi hissəsi, xüsusi həyatın qeyri-
mühümlüyünü hiss edərək ölüm haqda az düşünür və ümüdlərini şəxsi ölməzliyə
bağlamır.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
341
Şəxsi arzularının mühümlüyü ilə dolub-daşan insanın heyvani hissəsi üçün Kainatın ona
əhəmiyyət verməməsi fikri dözülməzdir; ümid və qorxularına qarşı tamam biganəlik,
insanların heysiyyətlərinə hədsiz dərəcədə toxunur, nəticədə qəbuledilməz sayılır.
İnsanın ilahi hissəsi, dünyanı bir çərçivəyə sığmasını tələb etmir: o, dünyanı necə varsa
qəbul edir və iddiasız müdrik razılıq aşkarlayır. Onun enerjisinin qarşısı düşmən qüvvələr
tərəfindən alınmır, ilahi hissə əks tərəfin daxilinə keçib onunla birləşir. Bu idealların
dünyaya deyil, məhz özümüzə məxsus olmasını etiraf etməkdən çəkindirən, qorxuya
salan səbəb ideallarımızın zəifliyidır. Biz ideallarımızla tənhayıq və bəşəri laqeydlik
qarşısında möhkəm dayanmalıyıq. İnstinktə bu iş çətin gəlir, qarşısındakı tənhalıq haqda
düşüncələr onu səksəndirir. Müdriklik, tənhalığı hiss etmir, buna görə də hətta tamam
yad görünənlə də razılıq əldə edə bilər. İdeallarımızın gerçək dünyada həyata keçməsinin
inadlı tələbi müdrikliyin sonuncu məhbəsidir ki, ondan qurtulmaq lazımdır. Hər tələb bir
məhbəsdir. Müdriklik yalnız heç nə tələb etməyəndə azaddır.
Çevirən: İlahə Ucaruh
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
342
GƏLƏCƏYIMIZ OXUMAQDAN ASILIDIR… - NİYƏ?
Əgər sizdən bədii ədəbiyyat oxumağın nəyə lazım olduğunu soruşan dostlarınız varsa,
ona Nil Geymanın bu mühazirə mətnini verin. Görkəmli ingilis yazıçısı oxumağın
faydası haqqında gözəl bir mühazirə oxuyub. Həmin mühazirədən əsas hissələri təqdim
edirik.
İnsanlara izah etmək lazımdır ki, onlar kimin və nəyin tərəfindədirlər, həmçinin tərəf
saxlayandırlarmı. Bir növ maraqlar bəyannaməsi... Beləliklə, mən sizə insan həyatında ən
vacib şeylərdən biri olan bədii ədəbiyyat oxumaq, həzz üçün oxumaq haqqında danışmaq
istərdim.
Və mən, belə görünür, çox tərəf tuturam, axı yazıçıyam, bədii mətnlərin müəllifiyəm.
Mən həm uşaqlarçün, həm də böyüklərçün yazıram. Artıq 30 il olar ki, sözlərin köməyi
ilə dolanıram. Şübhəsiz, mən insanların bədii ədəbiyyat oxumasında, kitabxanaların və
kitabxanaçıların olmasında, onların oxucularda kitaba sevgi aşılamasında və kitab
oxumaqçün məkanların olmasında maraqlıyam. Ona görə də bir yazıçı kimi tərəfgirəm.
Amma, bundan daha çox oxucu kimi tərəfgirəm.
Bir dəfə Nyu-Yorkda idim və şəxsi "türmə‖lərin tikilməsi haqqında xəbər eşitdim – bu
sahə Amerikada çox sürətlə inkişaf edir. "Türmə‖ sənayesi öz gələcək inkişafını
planlaşdırmalıdır – onlara nə qədər kamera lazım olacaq? 15 ildən sonra məhbusların sayı
nə qədər artacaq? Onlar aşkarladılar ki, bütün bunları əvvəlcədən, sorğulara əsaslanan
çox sadə bir alqoritmdən istifadə etməklə, 10-11 yaşlılardan neçə faizinin oxumağı
bacardığını öyrənməklə əvvəlcədən demək olar. Və əlbəttə neçə faizinin öz həzzi üçün
oxuya bilməməsini də demək mümkündür.
Bunda mütənasiblik yoxdur, təhsilli cəmiyyətdə cinayətlərin olmamasını demək olmaz.
Amma amillər arasında qarşılıqlı əlaqə görünməkdədir.
Mən düşünürəm ki, bu əlaqələrdən ən sadələri aşkardan əmələ gəlir.
Savadlı insanlar bədii ədəbiyyat oxuyurlar. Bədii ədəbiyyatın iki təyinatı var.
1. Birincisi, o, sizə oxumaqdan asılılıq yaradır. Bundan sonrakı səhifədə hadisələrin necə
cərəyan edəcəyini öyrənmək həvəsi, hətta qəhrəmanın hansısa bədbəxt bir hadisəyə düçar
olmasını bilmək ehtimalı olsa belə, yenə də bunu öyrənmək ehtirası... bax, əsl əyləncə
budur. Bu, yeni sözləri tanımağa imkan yaradır, başqa cür düşündürür insanı və irəli
doğru aparır. Oxumağın özü-özlüyündə bir həzz olduğunu dərk etmək, daimi oxumağa
gedən yolun başlanğıcıdır.
Savadlı uşaqların böyüməsinə zəmanət verməyin ən sadə üsulu – onları oxumağa və
göstərməyə öyrətməkdir – bu, çox xoşagəlimli əyləncədir. Ən sadəsi – uşaqların xoşuna
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
343
gələcək kitablar tapın, bu kitablara giriş imkanı yaradın və bu kitabları oxumasına imkan
verin.
Uşaqlarçün pis müəlliflər yoxdur, əgər uşaqlar onları oxumaq istəyirlərsə və onların
kitablarını axtarırlarsa... Çünki bütün uşaqlar müxtəlifdirlər. Onlar özlərinə lazım
hekayələr tapırlar və bu hekayələrin mahiyyətinə varırlar. Əzişdirilmiş-sürünmüş ideya
onlarçün nə əzişdirilib, nə də süründürülüb. Axı uşaq onu ilk dəfə özü üçün açır. Uşaqları
yanlış şeylər oxuduğunu güman etdiyinizə görə onları oxumaqdan döndərməyin.
2. Bədii ədəbiyyatın etdiyi ikinci iş odur ki, o, empatiya doğurur. Siz müəyyən televiziya
filminə və ya filmə baxarkən, o zaman başqa adamların başına gələnlərə baxırsınız. Bədii
nəsr – bu, o deməkdir ki, siz 33 hərfdən və durğu işarələrindən istifadə etməklə öz
təxəyyülünüzdə hər nə varsa onlardan bir dünya yaradırsınız, o dünyanı
məskunlaşdırırsınız və ətrafa başqalarının gözləriylə boylanırsınız. Siz əşyaları hiss
edirsiniz, heç haqqında bilmədiyiniz yerlərə və dünyalara baş çəkirsiniz. Siz öyrənirsiniz
ki, xarici dünya da sizsiniz. Siz nəsə başqa bir varlıq olursunuz və öz dünyanıza
qayıtdıqda, sizdə nələrsə dəyişir.
Empatiya - bu, insanları bir yerə yığan və özlərinə vurğun təklər kimi göstərməyən
alətdir.
Siz həmçinin kitabçalarda bu dünyada mövcud olmağın əhəmiyyətini anladan vacib
nələrsə tapırsınız. Və budur o: dünyaya məhz belə olmaq vacib deyil. Hər şey dəyişə
bilər.
2007-ci ildə mən Çində idim, partiya tərəfindən ilk dəfə bəyənilmiş elmi fantastika və
fentezi üzrə məclisdə. Hansısa bir anda mən hakimiyyətin rəsmi nümayəndəsindən
soruşdum: niyə indi? Axı elmi fantastika uzun müddət bəyənilmirdi. Nə dəyişdi ki
bəyəndiniz?
Hər şey çox sadədir, o, mənə dedi. Çinlilər əgər onlara sxemlər gətirilirdisə, çox gözəl
şeylər yaradırdılar. Amma heç nəyi yaxşılaşdırmır və özləri ixtira etmirdilər. Və buna
görə də onlar ABŞ-a, Apple, Microsoft, Google şirkətlərinə nümayəndə heyəti
göndərdilər və gələcəyi müəyyənləşdirmiş insanlardan soruşdular. Və aşkar etdilər ki,
onlar uşaq olarkən elmi fantastika oxuyurdular.
Ədəbiyyat sizə bir başqa dünyanı göstərə bilər, sizi olmadığınız yerlərə apara bilər. Başqa
dünyaları bircə dəfə ziyarət edərkən, sehrli meyvələrdən dadmışlar kimi, siz də
böyüdüyünüz dünyadan tamamilə razı ola bilməzsiniz. Narazılıq – bu, yaxşı şeydir.
Narazı adamlar öz dünyaları dəyişə və yaxşılaşdıra bilərlər.
Kitaba qarşı uşaq sevgisini məhv etmək üçün, əlbəttə, onun yanında kitabların və kitab
oxumaq üçün bir məkanın olmamasına əmin olmaq yetərlidir. Mənim bəxtim gətirdi.
Mən böyüyərkən, çox gözəl rayon kitabxanamız vardı.
Kitabxanalar – azadlıqdır. Oxumaq azadlığı, ünsiyyət qurmaq azadlığı.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
344
Bu təhsil biz məktəbi və ya universiteti tərk edərkən bitmir, bu, asudə vaxt üçün bir
məlumat sığınacağıdır. Mən düşünürəm ki, burada əsas məsələ informasiyanın
təbiətindədir. İnformasiya qiymətə malikdir, düzgün informasiya isə qiymətsizdir.
Bəşəriyyətin bütün tarixi boyunca biz informasiya çatışmazlığı şəraitində yaşamışıq.
Son illərdə isə biz informasiya çatışmazlığından çəkildik və həddən artıq informasiya
qəbul etməyə başladıq. Google-dən olan Erik Şmidtin fikrincə, indi hər iki gün ərzində
insan irqinin yaratdığı informasiyanın həcmi, sivilizasiyanın başlanğıcından 2003-cü ilə
qədər istehsal etdiyimiz informasiyanın həcminə bərabərdir. Əgər rəqəmlərdən xoşunuz
gəlirsə, bu, gün ərzində təxminən beş eksabayt informasiya deməkdir. İndi əsas məsələ o
deyil ki, səhrada nadir bir gül tapasan, əsas məsələ, cəngəllikdə konkret bitki
axtarmaqdır. Bizə naviqasiyanın köməyi ona görə lazımdır ki, bizim üçün həqiqətən də
lazımlı informasiyanı tapaq.
Kitabxanalar – insanların informasiya arxasınca gəldikləri məkandır. Kitablar –
informasiya aysberqinin yalnız yuxarısıdır, onlar orda qalırlar və kitabxanaçılar tam azad
və qanuni olaraq sizi kitablarla təmin edirlər. Kitabxanalardan çox uşaqlar kitab
götürürlər və bu kitablar müxtəlifdir – kağız, elektron, audiokitablar. Amma kitabxanalar
– bu, həmçinin, insanların kompüterə giriş imkanının və ya kompüterin olmadığı
yerlərdir. Bu, bizim iş axtardığımız, xülasə göndərdiyimiz, internetdə pensiya
rəsmiləşdirdiyimiz vaxtda çox vacib məsələdir. Kitabxanaçılar bu insanlara dünyada
yönlənməyə kömək edə bilərlər.
Kitabxanalar – gələcəyə açılan qapılardır. Ona görə də çox təəssüflər olsun ki, yerli
hakimiyyətlər kitabxanaların bağlanılmasına pulun qorunmasının asan vasitəsi kimi
yanaşırlar, amma anlamırlar ki, onlar bu gün xərclərini ödəmək üçün, gələcəyi
oğurlayırlar. Onlar açıq olmalı olan qapıları bağlayırlar.
Kitablar – ölülərlə ünsiyyət saxlamaq üsuludur. Bu, artıq bizimlə olmayanlardan
öyrənmək üsuludur. Bəşəriyyət özünü yaratdı, inkişaf etdirdi, biliklər doğurdu, bu
bilikləri isə həmişə yadda saxlamaq mümkün olmasa da, inkişaf etdirmək mümkündür.
Elə nağıllar var ki, həmin nağılların yaranma tarixi bir çox ölkələrin yaranışından da
qədimdir.
Kitabxanaları dəstəkləmək lazımdır. Kitabxanalardan istifadə etmək, başqalarını onlardan
istifadə etməyə, onların qapadılmasına qarşı etiraz etməyə həvəsləndirmək lazımdır.
Əgər siz kitabxanalara dəyər vermirsinizsə, deməli, siz informasiyaya, mədəniyyətə və ya
müdrikliyə dəyər vermirsiniz. Siz keçmişin səslərini boğursunuz və gələcəyə zərbə
vurursunuz.
Biz öz övladlarımıza səslə kitab oxumalıyıq. Onları sevindirən kitabları oxumalıyıq.
Bizim yorulduğumuz hekayələri onlara oxumalıyıq. Müxtəlif səslərlə danışmalı, onları
maraqlandırmalı və kitab oxumağa fasilə verməməliyik, çünki onlar özləri buna
öyrəniblər.
|