“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
359
zamanlardakı bir partiya iclasında dediklərinə baxaq (iyun 1957-cı il) Belə deyib
:‖Ədəbiyyat və sənət sahəsindəki yaradıcı işlər, komunizm üçün aparılan mübarizənin
ruhuyla çulğaşmalı, sosialist şüuru və qrup intizamını inkişaf etdirməlidir.‖ Bu tayfa
üslubuna, təntənəli dilə, didaktik cümlələrə, qəzetə müsahibə verirmişcəsinə edilən
çıxışların çoxalmasından ləzzət alıram.
Yazıçının fantaziyasına və azad iradəsinə konkret sərhəd qoyulduğu üçün, bütün proletar
əsərlər xoşbəxt sonluqla, sovetlərin zəfəriylə bitməlidir, deməli yazıçı, kitabının necə
bitəcəyi oxucu tərəfindən bilindiyini üçün, maraqlı bir süjet yaratmağa çalışarkən, it
zülmü çəkməlidir. Həyəcanlı Anqlasakson romanlarında pis adam adətən cəzasını çəkər,
güclü sakit oğlan adətən gücsüz boşboğaz qızın saqqızını oğurlayar; lakin qərb
ölkələrində axmaq ənənəyə uyğun olmayan hekayələri yasaqlayan qanun yoxdur; buna
görə də həmişə pis, amma romantik adamın cəzadan yaxasını qurtaracağını və yaxşı,
amma darıxdırıcı adamın da kaprizli qadın qəhrəman tərəfindən aşağılanacağına ümid
edirik.
Amma sovet yazıçısının belə bir azadlığı yoxdur. Onun sonsözü qanun tərəfindən
müəyyənləşib və sadəcə yazıçı yox, oxucu da bunun fərqindədir. Bu halda yazıçı
oxucunun marağını diri saxlamaq üçün nə etməlidir ? Bunu etməyin bir neçə metodu kəşf
edilib. Əvvəla, xoşbəxt sonluq fikri xarakterlərə yox, polis dövlətinə işarə olduğu üçün və
hər sovet romanının gerçək qəhrəmanının sovet dövləti olduğu üçün, nəticədə Mükəmməl
Dövlətin qalib gəlməsi şərtiylə, bir neçə kiçik xarakterə - əslində yaxşı Bolşeviklər
olsalar da – ağrılı ölüm bəxş etmək olar. Hətta bəzi gözü açıq yazıçılar işlərini elə tuturlar
ki, kommunist qəhrəmanın son səhifədəki ölümü, xoşbəxt kommunist düşüncənin zəfəri
mənası gəlir: Sovetlər birliyi yaşasın deyə ölürəm mən. Metodlardan biri budur, fəqət
təhlükəli metoddur, çünki yazıçı, qəhrəmanla bir yerdə simvolu da öldürməklə, od tutmuş
göyərtədəki gənclə bir yerdə, dəniz donanmasının hamısını yandırıb kül etməkdə ittiham
oluna bilər. Amma yazıçı diqqətli və hiyləgərdirsə, aqibəti pis olan kommunistə kiçik bir
zəiflik, azca – ahh, azca ! – siyasi sapqınlıq, ya da bir parça burjua eklektizmi bəxş edər.
Bu da onun fərdi faciəsini qanuna uyğun şəkildə haqlı göstərəcək, fəaliyyətindən və
ölümündən ötrü hiss etdiyimiz acıma duyğusuna da təsir etməyəcək.
Yetkin bir sovet yazıçısı fabrik, ya da zəmilərdəki personajları toplayarkən, eynilə sirli
hekayələrin, cinayət baş verəcək bir kottec, ya da qatar stansiyasında bir qrup insanı
toplayan yazıçılar kimi hərəkət edər. Sovet hekayələrində suç fikri, bir sovet insanının
işini, planlarını əngəlləməyə çalışan gizli düşmən biçimində olur. Sıradan sirli bir
hekayədəki kimi xarakterlər elə göstərilir ki, sərt və hüznlü adam həqiqətən pisdirmi, və
ya şirin dilli, nəşəli tip göründüyü kimidirmi, əmin olmuruq. Burada detektivi, Rus İç
Savaşında bir gözünü itirmiş yaşlı fəhlə, ya da filan malın istehsalının niyə düşdüyünü
araşdırmaq üçün mərkəzi bürodan göndərilmiş, mükəmməl dərəcə sağlam gənc qadın
təmsil edər. Xarakterlər – məsələn, fabrik işçiləri – dövlət şüuruna sahib olmağın bütün
tonlarını göstərəcək biçimdə seçilmişdir; bəziləri güvənilir və dürüst realistlərdi, bəziləri
inqilabın ilk illərinə dair romantik xatirələrin daşıyıcısıdır, digər xarakterlər isə bilgiləri
və təcrübələri olmasa da, sağlam Bolşevik intuisiyaya sahibdirlər. Oxucu, aktları və
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
360
dialoqları izləyər, ip uclarına baxar, bunlardan hansının səmimi olduğunu, hansının
qaranlıq bir sirri gizlətdiyini anlamağa çalışar. Süjet xətti inkişaf edər və kulminasiyaya
çatanda, güclü səssiz qız, pis adamın maskasını yırtanda, onsuz da şübhələndiyimiz şeyi
kəşf edərik – fabriki xaraba qoyan adam, Marksist terminləri yanlış tələffüz edən çirkin
sifətli, tösmərək yaşlı fəhlə deyilmiş sən demə, bu yaxşı adam salamat yaşasın. Günahkar
marksist irfanı sağlam, mülayim, hiyləgər adam imiş; gizlətdiyi qaranlıq sirr isə ögey
anasının xalası uşağının gizli bir kapitalist olmasıymış. Nasist romanlarının eyni şeyi
irqçi xətdə təkrarladığını gördüm. Ən boyat detektiv romanlara xas olan struktur
bənzərliyindən başqa, burda ―yalançı-dini‖ örtüyü aşkarlamaq lazımdır. Göründüyündən
daha yaxşı olduğu ortaya çıxan nərmənazik yaşlı adam, ağıllı riyakarlar cəhənnəmə vasil
olanda, tanrının cənnətinə düşməyə haqq qazanmış, ağlı az, amma ruhu və inancı sağlam
adamların, ürəkbulandırıcı parodiyasıdır. Bu şərtlər içində ən əyləndirici şey sovet
romanlarındakı romantizm temasıdır. Başdansovdu seçdiyim iki nümunəni təqdim
edirəm. Əvvəlcə Antonovun 1957-ci ildə çap olunmuş ―Böyük ürək‖ romanında bir
hissə:
―Olqa səssiz idi.
―Ah,‖ deyə çığırdı Vladimir, ―niyə mən səni necə sevirəmsə, sən də məni elə sevmirsən
?‖
―Mən ölkəmi sevirəm,‖ - dedi Olqa.
Vladimir, ―Mən də,‖ - deyə hayqırdı.
Olqa özünü gənc oğlanın qollarından qurtarıb, ―Daha çox sevdiyim bir şey də var,‖ –
dedi.
―Nədir o ?‖ – deyə soruşdu Vladimir.
Olqa təmiz mavi gözlərini Vladimirə dikib, tezcə cavab verdi : Partiyamız.‖
Başqa bir nümunəyə baxaq, Qladkovun ―Enerji‖ romanından bir parça :
―Gənc fəhlə dəzgahı tutdu. Metalı hiss eləyən kimi həyəcana qapıldı, canından üşütmə
keçdi. Dəzgahın adamı kar edən səsi ucbatından Sonya uzağa çəkildi. Sonra əlini İvanın
çiyninə qoyub, qulaqlarının üstünü örtən saçlarını tumarladı...
Ardınca ona baxdı, lülə-lülə saçlarına keçirtdiyi balaca kepka İvana qəribə gəlirdi, onu
coşdururdu. Eyni anda iki gəncin gövdəsindən sanki elektrik enerjisi keçdi. İvan dərin-
dərin köks ötürərək, cihazdan daha möhkəm yapışdı.‖
XIX əsrdə sənətçinin ruhu üçün döyüşən gücləri və nəhayət sovet polis dövlətində sənətə
tətbiq edilən təzyiqləri, kədərli şəkildə yox xoruldaya-xoruldaya təsvir etdiyimi
düşünürəm. XIX əsrdə düha, təkcə yaşamamışdı, həm də inkişaf etmişdi, çünki ictimai
rəy çarların hamısından güclü idi və yaxşı oxucular da proqresdən yana olan tənqidçilərin
təmənnalı fikirlərinin təsirindən çıxa bilirdilər. Rusiyada ictimaiyyətin hökumət əliylə
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
361
tamamən əzildiyi bu dönəmdə, hələ də Tomskda, ya da Atomskda yaxşı oxucular
mövcuddur bəlkə də, amma səsləri gəlmir, qidalanma rejimləri nəzarət altındadır,
zehinləri xaricdə yaşayan qardaşlarının zehnindən qoparılıb. İşin açar nöqtəsi budur: necə
ki, istedadlı yazıçıların universal ailəsi milli baryerlər tanımır, eləcə də istedadlı oxucu da
zaman və məkan qanunlarında azad, bəşəri bir fiqurdur. Sənətçini təkrar-təkrar
imperatorlar, diktatorlar, rahiblər, puritanlar, qara cahillər, siyasi əxlaqçılar, polislər,
poçtxana müdirləri və çoxbilmişlər əliylə yox edilməkdən xilas edənlər, oxucu
qardaşlarımızdır. Bu təqdirəlayiq oxucunu siz üçün təsvir edim. Heç bir vicdan
nəzarətçisi, heç bir kitab klubu onun ruhuna nəzarət edə bilməz. Onun bir ədəbiyyat
əsərinə yanaşması, primitiv oxucunun özünü bu və ya digər personajla identifikasiya
etməsindən, ―təsvirlərin üstündən keçmək‖ kimi gənclik həyəcanlarından azaddır. Bu
yaxşı, təqdirəlayiq oxucu, kitabdakı qız, ya da oğlanla yox, kitabı yaradan zehinlə
eyniləşir. Yaxşı oxucu bir rus romanında Rusiya ilə əlaqədar bilgilər axtarmaz, çünki
Tolstoy və ya Çexovun Rusiyasının tarixdəki Rusiyadan çox, individual dühanın xəyal
qurub yaratdığı özəl bir dünya olduğunu bilər. Yaxşı oxucu ümumi fikirlərlə
maraqlanmaz, özəl bir obraz, təxəyyül onun üçün maraqlıdır. Onun bir kitaba sevgisi,
kitabın ona qrup arasında ünsiyyət qurmağı öyrətdiyi üçün olmaz (proqressivlərin şeytani
klişesi); kitabı sevər, çünki mətnin hər detalını içindən keçirdib başa düşmüş, yazarın
vermək istədiyi həzzi hiss etmiş, içi başdan-başa işıqla dolmuş, emalatxanasında
xəyallara çəkic vuran usta dəmirçinin, sehrbazın, sənətçinin sirli-sehrli təsvirlərinə baxıb
həyəcanlanmışdır.
Keçmişə hissi yanaşanda, necə ki, rus yazıçıları başqa dillərdə yazanlar üçün nümunə
olublar, eləcə də köhnə rus oxucuları da başqa oxuculara örnək olub. Bu oxucu öz oxucu
karyerasına çox erkən yaşda başlayar, hələ uşaq otağındaykən qəlbini Tolstoya və ya
Çexova verər, dayəsi ―Anna Karenina‖nı əlindən almaq istəyəndə belə deyər : Ah,
yaxşısı bunu öz sözlərimlə deyim. Yaxşı oxucu ixtisar edilmiş şedevrlərdən, Karenin
qardaşlar haqqındakı axmaq filmlərdən, tənbəllərə yarınmaq üçün möhtəşəm əsərləri
kəsib-doğramağın bütün yollarından uzaq gəzməyi öyrənər.
Fikrimi cəmləyərkən, yenidən vurğulamaq istəyirəm: rus romanında Rusiyanı
axtarmayaq; individual dühanı axtaraq. Şedevrə baxaq, çərçivəsinə yox; çərçivəyə baxan
digər insanların üzlərinə də baxmayaq.
Qədim, mədəni Rusiyadakı oxucu, əlbəttə Puşkinlə, Qoqolla fəxr edirdi, fəqət eynilə
Şekspirlə də, Danteylə də, Bodlerlə də, Edqar Po ilə də, Floberlə də, Homerlə də qürur
duyurdu; rus oxucusunun gücüydü bu. Haqqında danışdığım məsələyə xüsusi marağım
var, çünki əcdadlarım yaxşı oxucular olmasaydı, bu gün burda olmaz, belə danışmazdım.
Yaxşı yazıçılıq və yaxşı oxuculuq qədər önəmli olan başqa şeylərin də olduğunun
fərqindəyəm, fəqət hər şeydə birbaşa olaraq əsas olana, mətnə, mənbəyə, mahiyyətə
getmək daha ağıllı işdir – ancaq bu yolla filosofu, ya da tarixçini razı salacaq, yaxud bu
günün ruhunu məmnun edəcək nəzəriyyələr yaratmaq mümkündür. Oxucular azad
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
362
doğulur və azad da qalmalıdır, mühazirəmin sonunda oxuyacağım Puşkinin şeiri, sadəcə
şairlərə yox, şairləri sevən hamıya aiddir.
Ali, uca qaydalar kimə verir-versin həzz,
Məndən ötrü o şeylər qara qəpiyə dəyməz.
Vergilərə etiraz eləmək səadəti -
qismətimdə yox imiş, incimirəm mən qəti.
Çarların saçyoldusu məni etmir narahat,
Vecimə də deyil heç azaddımı mətbuat.
Axmaqlar aldanırlar, senzuramız həssasdı-
Nə vecimə senzorlar jurnala nəyi basdı.
Bütün bunlar, bilirsiz, sözdü, sözdü, təkcə söz.
Başqa şeylər gözümdə daha doğma, daha düz;
İstəyir çara əyil, istəyir xalqa sığın
Mənim üçün əzizdir mənim öz azadlığım.
Fərqi varmı mənimçün ? Qoy canları sağ olsun.
Şairin üzü gərək öz yanında ağ olsun,
Əyilməsin heç kimə - nə hakim, nə əyana,
Şair gərək özünün vicdanına inana.
Təbiətdən ruhlanmaq, onu heyrətlə süzmək-
Gəzmək öz kefin üçün, min cür diyarı gəzmək.
Titrəyib coşmalıdır insanın ruhu ancaq,
Sənətin və ilhamın həzzini anlayaraq.
Bax budur xoşbəxtlik ! Budur qanun-haqq...*
Şeirin tərcüməsi sərbəst tərcümədir.*
Tərcümə: Qismət
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
363
Lui Araqon
"Nazim Hikmət üçün"
Nazim Hikmətin ölümündən üç gün sonra yazılmış dost sözü
Xeyr, yaza bilmərəm, indi olmaz, xahiş edirəm. Buraxın, mənim üçün tamamilə ölsün,
yoxsa, daha əvvəl, altmış yaşındakı bu dəliqanlı, bu sarışın, nə həbsxananın, nə xətəliyin,
nə yaşın təsir edə bildiyi bu insan içimdə yaşadıqca heç bir şey yaza bilmərəm. İndi
olmaz. Daha sonra. Söz verirəm sizə, yazacağam, hətta bu jurnalda, daha başqa bir
mövzu üzərində: Ölümündən deyil, həyatından bəhs edəcəyəm.
Şənbə səhəri satın aldığım «Znamya» jurnalının son sayını evdən çıxarkən özümlə
götürmüşdüm. Jurnalda Nazimin «Les Romantiques» (―Romantiklər‖) adlı romanının son
hissəsi vardı. O zamanlar hər kəs onun deyil, Papa XXIII Jeanın ölümünü gözləyirdi. Hər
saat radioların başında. Və bazar ertəsi səhəri Papa hələ yaşayırdı ... Nazimə gəlincə, bizi
heç xəbərdar etməmişdi, can vermədi, belə ayaqda, bir nərdivanı çıxarkən, qəflətən öldü.
Yaşayarkən öldü. Bir ağac kimi aşdı. İcazə verin, mənim üçün tamamilə ölsün. O zaman
yazaram jurnalınıza, uzun- uzun, mənim üçün, başqaları üçün nə məna daşıdığını, burada
yazaram, bəlkə, gələcək ay, yaza qədər icazə verin mənə, iyula qədər, ona çox yaraşan
iyul ayına qədər icazə verin. Bundan on səkkiz il əvvəl həbsxanada böyük türk mistik
ədibi Mövlana Cəlaləddin, ya da iranlı Ömər Xəyyam kimi rübai formasında yazdığı bu
dörd misranı anlayacaq qədər buraxın mənə:
«Fasilə...» - deyəcək bizə bir gün təbiət anamız, -
«gülmək, ağlamaq bitdi, uşağım...»
«Və təkrar ucsuz-bucaqsız başlayacaq:
«görməyən, danışmayan, düşünməyən həyat ... »
Yurdunun bazar ertəsi günü, səhər, onun enişindən dərhal bir-iki saat sonra telefon.
Nazim. Ey ölüm, günümüzdə nə də sürətli gedirsən! İki saat belə keçmədən bütün
Avropanı keçmiş, məni axtarmış, ürəyimə işləmişdin, ey ölüm, telefonla gələn,
görünməyən, düşünülməyən, daha bir sözdən, bir addan başqa, bir şey olmayan ölüm və
xeyr deyirəm, Nazim ola bilməz. Bəli, O, Nazim ... Ta özü, başqası deyil. Bütün insanlar
kimi o da. Və şeirindəki bir uşağı xatırladım:
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
364
«Rəcəb, damdan düşər kimi qarışdı sözə:»
«Hərbə girdiyin zaman, bir gavur öldürüb»
……«bir qurtum ehtiva etsənsə qanını»
……«qorxu qalmazmış.»
Mən onun qanından bir damla içməyəcəyəm. Danışmayan ... ucsuz-bucaqsız həyat ...
Nazim, səndən mənə ilk dəfə 1934 - də danışdılar, sən həbsdə idin, o zaman bir şeylər
yaza bildim. Dostluğumuz otuz il davam etməyəcəkdi. Nə qədər az, otuz il. 1950-də,
bizlər: yəni türk xalqı, dünyanın hər guşəsindəki şairlər səni həbsdən qurtardığımız
zaman, bir on dörd iyul günü dhsdoğru həyatın içinə daldın. Amma bu il,
səbirsizliyindən, iyulu gözləyə bilmədin ... Həbsanə xaricində on üç il, ya da buna yaxın
bir şey, qırx səkkizindən altmış birə qədər, gözəl bir yaşam bu. On üç il, çox şey.
Həbsanə xaricində öldün, bu da çox şey. Çünki öldün. Bu fikrə alışdıracağıq özümüzü.
İnsan mənzərələrini sənsiz xəyal etməyə çalışacağıq... Sənin deyiminlə, mənzərəni bu
ağac olmadan xəyal etməyə çalışacağıq. Ucsuz-bucaqsız həyatı ...
6 iyun 1963
Türkcədən uyğunlaşdırdı: Turan
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
365
Mişel Monten
Esselər
1533-cü ilin 23 fevralında Fransada anadan olan Monten dünya ədəbiyyatına esseist
kimi daxil olmuşdur və o, bu janrın yaradıcısı sayılır. O Fransada şəhər parlamentində
çalışıb, bu illərdə Monten ən yaxın dostunu itirir, ömrünün sonuna qədər onu ağrı ilə
xatırlayır. 1565-ci ildə evlənir. Altı uşağından ancaq biri yaşayır. 1568-ci ildə atası ölür
və ailənin bütün maddi və mənəvi məsuliyyəti onun üzərinə düşür. Fransada davam edən
katoliklər və provoslavlar arasındakı dini düşmənçilik münasibətlərində vasitəçilik edir.
Böyrək xəstəliyinə tutularaq 1580-ci ildə tutduğu vəzifədən uzaqlaşır, Avropaya səyahətə
çıxır. Səyahət vaxtı ―Yol qeydləri‖ni yazır. Romada olarkən onu şəhər bələdiyyəsinin
başçısı seçirlər və o məcburən geri qayıdıb işləmək məcburiyyətində qalır. IV Henri
hakimiyyətə gələndən sonra onu məsləhətçi olmağa dəvət edir, Monten isə bu dəvəti
kübarcasına rədd edir. Bundan sonra 1592-ci ilə qədər, yəni ölümünədək bütün ömrünü
esselərə bağlayır. Montenə görə insanın ən vacib vəzifəsi birinci insan olmağı
öyrənməkdir.
Zalımlıq haqqında
Fikrimcə, fəzilət daxili aləmimizdə olan bəsit xeyirxahlıq meyillərindən fərqli olaraq
daha ali bir şeydir. Doğuluşundan xeyirxah, ağıllı olan ruhlar eyni addımlarla yeriyirlər
və davranışlarında fəzilətli bir ruhu təmsil edirlər. Ancaq fəzilət özünü rahatca ağlın yolu
ilə getməyə kifayətlənməkdən daha böyük, daha təsirli bir səy tələb edir. Yumşaq və
üzüyola xarakterli insanlara qarşı edilən hərəkətləri düzgün başa düşmək üçün bu
xeyirxah və yerində bir hərəkətdir. Daha yaxşısı isə odur ki, sizə qarşı edilən hər hansı bir
hərəkət sizi çox yaralayanda intiqam arzusu ilə yaşamaq əvəzinə, ağlın silahlarından
istifadə etmək və çətin bir döyüşdən sonra uğur qazanmaqdır. İlk halda xeyirxah iş
görmüş, ikinci halda isə fəzilətli iş görmüş olursunuz. Birinci davranış, ―xeyirxahlıq‖,
ikincisi isə ―fəzilətdir‖. Bəlkə də, buna görə Allahın xeyirxah, güclü, comərd və adil
olduğunu deyirik, amma fəzilətli demirik. Çünki o gördüyü işi səy sərf etmədən edir.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
366
Niyyətimiz hərəkətimizi aydınlaşdırır
Deyirlər ki, ölüm bizi bütün çətinliklərdən xilas edir. Amma mən başqa cür insanlar da
görmüşəm. Öz imkanlarımızın və gücümüzün xaricində olan şeylər üçün and
içməməliyik. Çünki hadisələr həmişə bizimlə bağlı deyil və həqiqi mənada əlimizdə olan
yeganə şey istəməkdir: İnsanın vəzifələri ilə əlaqəli bütün qaydalar mütləq istəklə
reallaşır.
Başqalarına aid malları əlində saxlayan və bunu dərk edərək vicdan əzabı çəkdiyi üçün
vəsiyyəti ilə ölümdən sonra bu mallardan qurtulmaq istəyən bir neçə insan tanımışam. Bu
qədər vacib bir şeyin sonraya saxlanılmasının, xətalarını bu qədər az bir peşmanlıq hissi
və zərərlə ödəmək istəməklərinin heç bir mənası yoxdur. Daha artığını verməlidirlər. Bu
nə qədər cansıxıcı və narahatlıq yaradan bir şey olsa da, bir o qədər də yüksək
qiymətləndirilərək tərifə layiq olurlar.
Bu adamlar, həyatı boyunca gizlədikləri nifrəti etiraf etmək üçün son nəfəsi gözləyən
insanlar, günahlandırdıqları adamın özünü kinlə xatırlamasına nail olaraq artıq qürurlarını
heç düşünmədiklərini açıqca göstərirlər. Pis mühakimələrini özləri ilə birlikdə öldürmək
əvəzinə, kinlərini özlərindən sonraya saxlayaraq ölümə hörmətsizlik edirlər.
Əgər edə bilsəydim, həyatımın açıq şəkildə demədiyi bir şeyi ölümümün də
deməməyini istəyərdim.
Tərcümə edən: Fərid
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
367
Xorxe Luis Borxes
«Don Kixot»da gizli magiya
Ola bilər ki, bu tipli qeydlər artıq söylənilib, özü də dəfələrlə; məni onların
orijinallığından çox həqiqiliyi maraqlandırırdı. Digər klassik əsərlərlə müqayisədə
(«İlliada», «Eneida», «Farsaliey», Dantenin «Komediyaları», Şekspirin faciə və
komediyaları) ―Don Kixot‖ realist kitabdır; bununla belə bu realizm XIX əsr
realizmindən fərqlənir. Cozef Konrad yaza bilərdi ki, bütün qeyri-təbii şeyləri
yaradıcılığından silib çıxarır, çünki bunun varlığına imkan yaratmaq gündəlik həyatda
möcüzəni inkar etmək demək olardı; bilmirəm, Migel de Servantes bu fikirlə
razılaşardımı, ancaq mən əminəm ki, «Don Kixot»un öz forması etibarilə prozaik və real
dünyanı poetik və uydurma dünyaya qarşı qoymağa məcbur edərdi. Konrad və Henri
Ceyms gerçəkliyə roman paltarı geyindirmişdilər, çünki onlar bunu poetik hesab
edirdilər; Servantes üçün reallıq və poetiklik – antonimlərdir. O, «Amadisin» geniş və
naməlum coğrafiyasını Kastiliyanın tozlu yollarına və çirkli sarayına qarşı qoyurdu;
Yanacaqdodurma stansiyasının xidmətini parodiya ruhunda təsvir edən günümüzün
romançısını təsəvvürümüzə gətirməyə çalışaq.
Servantes bizim üçün XVII əsr İspaniyasının poeziyasını yaradardı, ancaq onun üçün nə
bu əsr, nə də həmin İspaniya poetik olmayacaqdı; Lamançı xatırlayanda kövrələn
Unamuno və ya Asoripa, yaxud Antonio Maçado tipli adamları anlamayacaqdı. Onun
əsərinin mənası sehrli, möcüzəli bir şeyin bura salınmasını qadağan edirdi; ancaq o, bu
strukturda iştirak etməliydi, heç olmazsa müəyyən şəkildə, bilavasitə, detektiv romanı
parodiya edən cəza və sirr kimi. Servantes talisman və sehrbazlığa qatıla bilməzdi, ancaq
o, fövqəltəbii şeyləri çox incə və səmərəli üsulla aça bilirdi. Ürəyinin dərinliyində
Servantes fövqəltəbii şeylərə inanırdı. 1924-cü ildə Pol Qrussak yazırdı: «Servantesin
topladığı ədəbi məhsul latın və italyan təsirinin bəzi hələ naməlum çalarları ilə əsasən
pastoral və cəngavər romanları, Əlcəzair əsirləri üçün söylənən təsəlliverici sehrli
nağılların bazasında boy atmışdı. «Don Kixot» bu uydurmalara qarşı nəinki anti zəhər
kimi bir şey idi, daha çox onlarla vidalaşmanın tam gizli nostalgiyası idi‖.
Gerçəkliklə müqayisədə hər hansı roman müvafiq ideal planı xatırladır; Obyektivlə
subyektivi, oxucunun dünyasıyla kitab dünyasını qarışdırmaq Servantesin xoşuna gəlirdi.
Üz qırxmaq üçün ləyənin dəbilqə olub-olmaması müzakirə edilən hissələrdə bu problem
açıq şərh edilir; nəzərə çarpdırdığım kimi, digər yerlərdə müəllif bunu saman altdan
yeridir. Birinci fəslin altıncı hissəsində ruhani və bərbər Don
Kixotun kitabxanasını nəzərdən keçirirlər; təəccüblüdür ki, kitablardan biri Servantesin
«Qalateya» kitabıdır və bəlli olur ki, bərbər onun dostuymuş, – bu kitablardan o qədər də
xoşu gəlməyən bərbər deyir ki, müəllif şerlərə baxanda bu cazibəli əhvalatları qoşmaqda
|