“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
352
olmayacağı kimi, ictimai və əxlaq dini də onun üçün eyni dərəcədə səthi qalmaqdadır.
Mükafatlandıran və cəzalandıran bir tanrı onun üçün məntiqli deyil, çünki bir insanın
hərəkətlərini tənzimləyən onun daxili və xarici ehtiyaclarıdır. Buna görə də, insan
tanrının gözündə yaşadıqlarına görə cansız bir varlıqdan daha məsul ola bilməz.
Beləliklə, elm etikanın dəyərini düşürməklə ittiham olunur; amma bu haqsız bir
ittihamdır. Bir insanın etik əlaqələri mütləq bir formada simpatiya, təhsil və ictimai
əlaqələri üzərinə qurulmalıdır. Bunun üçün heç bir dini təmələ ehtiyac yoxdur. İnsan
ölümdən sonra cəzalandırılma və ya mükafatlandırılma qorxusu ilə məhdudlaşdırılarsa,
həqiqətən yoxsul bir yolda ilərləyər.
Bu səbəbdən, kilsələrin niyə həmişə elmlə mübarizə apardığını və elmin arxasından
gedənlərə təzyiq göstərdiyini başa düşmək sadədir. Digər tərəfdən, kosmik dini duyğunun
elmi araşdırmalar üçün ən güclü və ən nəcib hiss olduğu fikrindəyəm. Yalnız ―çox böyük
səyləri‖ və hər şeydən əvvəl nəzəri elmdə olmadığı halda qabaqcıl səylərin həyata
keçirilə bilməyəcəyi ―özünü həsr etmə halını‖ hiss edənlər belə bir iş ilə belə bəhs
etdiyimiz duyğunu əldə edə bilərlər, çünki bu hal içində həyatın reallıqlarından
uzaqlaşmaq bu nəticəni verəcəkdir.
Keplerin və Nyutonun kosmos mexanikasının prinsiplərini öyrənmək üçün illər boyu tək
işləmələri üçün kainatın rasionallığı üzərinə nə qədər dərin bir inanca sahib olmaları,
öyrənməyə qarşı nə böyük bir sevgi duymaları lazım idi və dünyada bu ruh halı nə qədər
zəif bir əksini tapmışdır!
Elmi tədqiqatlar haqqındakı düşüncələrini onun nəticələrinə görə mühakimə edənlər
üçün, ətrafları skeptik yanaşan bir dünya ilə əhatə olunmuş, bütün ölkə və ərazilərə
yayılmış ardıcıllarına yol göstərməyə müvəffəq olmuş insanların mənəvi dünyası
haqqında tamamilə səhv fikir formalaşdırmaq çətin deyil. Yalnız öz həyatını anoloji
məqsədlərə həsr etmiş insanlar, bu cür insanları ruhlandıran və onlara, bütün
müvəffəqiyyətsizliklərə baxmayaraq, qarşılarına qoyduqları məqsədlərə sadiq olmağa
güc verənin nə olduğunu başa düşə bilərlər. Bu cür insanlar öz güclərini kosmik dini
hisslərindən alırlar. Bizim müasirlərimizdən biri demişdir ki: ―içində yaşadığımız bu
materialist çağda həqiqi böyük dindarlar elmlə məşğul olanlardır‖.
New York Times, 9 Noyabr 1930
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
353
Vladimir Nabokov
Rus yazıçıları, senzorlar və oxucular
Məşhur yazıçı Vladimir Nabokovun ―Rus ədəbiyyatı haqqında mühazirələr‖i.
Rus və türk dilləri əsasında tərcümə etdi: Qismət.
―Rus ədəbiyyatı‖ – bu anlayış rus olmayanların beynində, ümumən, XIX əsrin ortasıyla
XX əsrin ilk on ili arasında, Rusiyanın beş-altı böyük nəsr ustası yetişdirdiyi
düşüncəsiylə məhdudlaşır. Rus oxucularının beynində isə bu anlayış daha geniş mənalara
sahibdir, çünki romançılardan başqa tərcüməsi mümkün olmayan şairlər də bura aiddir;
lakin onların da zehni parlaq XIX əsrə fokuslanıb. Başqa cür desək, ―Rus ədəbiyyatı‖
dünənin-srağagünün hadisəsidir. Eyni zamanda, məhdud hadisədir; əcnəbilərin zehni onu
bitkin, nəticələnmiş bir şey kimi dərk etməyə meyllidir. Bu, bir az da sovet iqtidarı
altında keçən son 40 ildə istehsal edilmiş regional xarakterli ədəbiyyata görədir.
Bir ara hesabladığıma görə, keçən əsrin başından bu yana rus nəsr-şeir nümunələri
arasında ən yaxşı qəbul edilənlər, təxminən 23 min kitab səhifəsidir. Fransız ədəbiyyatını
da, ingilis ədəbiyyatını da bu qədərcik mətn içində ümumiləşdirmək qeyri-mümkündür.
Bu ədəbiyyatlar neçə əsrə yayılıblar, şedevrlərinin sayı adamın gözünü qorxudur. Orta
əsrlərdəki şah əsərləri kənara qoysaq, deyə bilərik ki, rus nəsrinin könül oxşayan
gözəlliyi, yuvarlaq bir əsrin amforasının sıxlığındadır, həmçinin, o vaxtdan bu yana
yığılanlar balaca bir krem qabına yerləşər. Bircə əsr – XIX əsr özünə aid heç bir ədəbi
ənənəsi olmayan bir ölkə üçün, sənət dəyəri bir yana, həcm baxımından da İngiltərənin,
Fransanın bütün şanlı əsərləri ilə bərabər dayanan, böyük təsir gücünə malik bir
ədəbiyyat yaratmasına bəs eləyib – adları çəkilən ölkələr şedevr yaratmağa daha tez
başlasalar da. XIX əsrdə Rusiyanın mənəvi böyüməsi ədəbiyyatdan başqa sahələrdə də
ağlasığmaz bir sürətlə baş verməsəydi, qədim qərb ölkələrinin mədəni səviyyəsiylə
ayaqlaşmasaydı, bu qədər gənc bir mədəniyyətdə bu cür möcüzəvi şəkildə estetik
dəyərlər axını meydana gələ bilməzdi. Fərqindəyəm ki, Rusiyanın bu keçmiş
mədəniyyətinin tanınması, əcnəbilər üçün rus tarixi anlayışının ayrılmaz hissəsi deyil.
İnqilabdan əvvəlki Rusiyada liberal düşüncənin təkamülü məsələsi, bu əsrin 20-30-cu
illərində kommunist propaqandanın hiyləgərliyi nəticəsində, xaricdə tamamilə qaralanıb,
təhrif edilib. Rusiyanı mədəniləşdirmə şərəfinə onlar sahib olmaq istəyirdilər. Lakin
Puşkinin, Qoqolun dövründə rus xalqının böyük əksəriyyətinin kəhrəba rəngli parlaq
pəncərələrdən çöldə, qarın-çovğunun yorğanı altında tək başına buraxıldıqları doğrudur;
bu da bəxtsizliyi ilə, aşağı təbəqədən olan insanların çəkdiyi əzab-əziyyətlə məşhurlaşmış
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
354
bir ölkənin, oturuşmuş Avropa mədəniyyətinə çox sürətlə girməsinin nəticəsidir – bu
başqa söhbətin mövzusudur.
Bəlkə də belə deyil. Əgər şansım varsa, yaxın dönəm rus ədəbiyyatının tarixini
ümumiləşdirmək cəhdlərimdə, daha dəqiq desəm, sənətçilərin ruhunu ələ keçirməyə
çalışan qüvvələri təyinetmə prosesində, əzəli və əbədi dəyərlərlə qarmaqarışıq dünya
arasındakı yarılma ucbatından, həqiqi sənətin həmişə insanda oyandırdığı o dərin acımaq
hissinə nüfuz edə biləcəm – yeni, aktual bir bələdçi-kitab olmasa, ədəbiyyata bir lyuks,
ya da oyuncaq gözüylə baxan bu dünyanı suçlamaq nəyə lazım.
Sənətçinin təsəllisi, azad bir ölkədə heç kimin onu bələdçi kitablar yazmağa məcbur
etməməyidir. İndi, sırf bu rakursdan baxanda, XIX əsr Rusiyası qəribə şəkildə azad bir
ölkəydi : düzdür kitablar və yazıçılar yasaqlanır, sürgün edilirdi; senzorlar fırıldaqçı və
axmaq tiplər idi, uzun bakenbardlı çarlar guruldayırdı, amma sovetlərin o möhtəşəm
kəşfi, yəni əli qələm tutan hamının dövlət nəyi məsləhət bilirdisə onu yazması – bax, bu
metod Rusiyada XIX əsrdə yox idi, şübhəsiz ki, bir çox köhnəpərəst dövlət adamı belə
bir metodu kəşf etməyi çox istəyərdi. Sağlam düşüncəli bir determinist belə bir müqayisə
apara bilər: demokratik ölkələrdə oxucular deyilən kəsimin istəklərini qarşılamaq üçün
dərgilər müəlliflərinə maddi təzyiqlər göstərir, polis dövlətlərində isə münasib siyasi
mesajlar versinlər deyə yazıçılara daha dolayı yolla təzyiqlər edilir. Bu iki təzyiq arasında
sadəcə səviyyə fərqi olduğunu iddia etmək olar, lakin belə deyil, çünki azad ölkələrdə bir
çox davamlı nəşr və bir çox fəlsəfə var, amma diktaturada, sadəcə hökumət var. Bu,
xüsusiyyət fərqidir. Deyək ki, bir amerikan yazıçısı oturuşmuş qəliblərdən kənar bir kitab
yazmaq qərarına gəlsin.
Kitab xoşbəxt bir ateistdən, öz əli öz başı olan bir Bostonludan bəhs etsin; bu adam özü
kimi ateist olan gözəl bir zənci qızla evlənsin, şirin, balaca-balaca aqnostik uşaqları
olsun; 106 yaşına qədər məsud, gözəl və xoşbəxt həyat sürən bu adam, bəxtiyarlıq içində
yuxuda ölsün. Cənab Nabokov, sizin böyük istedadınıza bələd olsaq da, heç bir amerikan
naşirinin belə bir kitabı çap etməyəcəyini, çünki heç bir kitab satıcısının bu kitabı əlinə
almaq istəməyəcəyini hiss edirik.(belə vəziyyətlərdə düşünmərik, həmişə hiss edərik.)
Naşirin fikri belədir, hamının haqqı var ki, öz fikri olsun. Etibarsız, eksperimentləri sevən
bir şirkət xoşbəxt ateistimin hekayəsini çap edəndən sonra, heç kim məni Alyaskanın
vəhşi torpaqlarına sürgün etməz, üstəlik, hökumət Amerikada yazıçıları heç vaxt sərbəst
təşəbbüs və ya səhər duasının gözəlliyi haqqında möhtəşəm romanlara yazmağa məcbur
etməz. Sovet iqtidarından əvvəl Rusiyada məhdudiyyətlə vardı, lakin heç kim sənətçilərə
əmr verməzdi. Onlar – XIX əsrin yazıçıları, bəstəkarları və rəssamları – basqı, təzyiq və
köləlik diyarında yaşadıqlarını çox yaxşı bilirdilər, amma dəyəri yalnız indi bilinən
müdhiş bir avantajları var idi; modern Rusiyadakı nəvələrindən fərqli olaraq, basqının və
köləliyin olmadığını deməyə məcbur deyildilər.
Sənətçinin ruhunu ələ keçirmək üçün eyni vaxtda əlləşən iki qüvvədən, onun əsərləri
haqqında hökm verən iki hakimdən birincisi, hökumət idi. Ötən əsrdə hökumət, fərqli və
orjinal düşüncə örnəklərinin, qulağı cırmaqlayan xaric not və inqilab yolundakı ilk
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
355
addımlar olduğunun fərqindəydi. Dövlətin ehtiyatlı yanaşması, ən açıq şəkildə 30-40-cı
illərdə Çar Birinci Nikolay tərəfindən ifadə edilmişdi. Çarın soyuq təbiəti, özündən sonra
gələn hökmdarların cahilliyindən daha çox hiss edilirdi; ədəbiyyata olan marağı ürəkdən
olsaydı, adama çox təsirli gələ bilərdi. Böyük fədakarlıqla o dövrün rus yazıçıları üçün
hər şey olmağa çalışdı – ata, baba, dayə, həbsxana müdiri və tənqidçi ; eyni vaxtda
bunların hamısı birdən. Hökmdarlıq keyfiyyətləri nə olur-olsun, rus ilham pərisiylə
münasibətlərdə, qaba, yumşaq desək, təlxəyin biriydi. Onun yaratdığı senzura sistemi
1860-cı illərə qədər davam elədi, 60-cı illərdəki böyük reformalarla yumşaldı, əsrin son
illərində yenə qatılaşdı, bizim əsrin ilk on ilində qısamüddətli səngidi, inqilab sonrası
sovet iqtidarında ağlasığmaz və qarşısıalınmaz dərəcədə geri qayıtdı.
Ötən əsrin ilk yarısında, işgüzar məmurlar, Bayronu italyan inqilabçısı hesab edən polis
şefləri, özündənrazı senzorlar, maaşını hökumətdən alan qəzetçilər, səssiz, amma küsəyən
və ehtiyatlı kilsə; monarxiyanın, fanatik və yaltaq idarəetmənin bu birləşməsi, yazıçıları
çox əngəlləyirdi, amma bunlar həm də yazıçılara imkan verirdi ki, onlar hökuməti min
yolla iynələsinlər, barmaqlarına dolasınlar. Axmaqca idarə olunan hökumət onlarla
bacarmırdı. Bir idiot təhlükəli bir müştəri ola bilər, amma mexanizmin bu qədər kövrək
olması, təhlükəni birinci klas idmana çevirir; bütün qüsurlarına baxmayaraq, qəbul etmək
lazımdır ki, Rusiyadakı köhnə idarəetmənin üstün tərəfi vardı : ağılsızlıq. Bir açıq-
saçıqlıq görən kimi o saat üstünə cuman senzorlar, siyasi eyhamları çözməkdə aciz idilər.
Çar Birinci Nikolayın vaxtında rus şairləri doğurdan da diqqətli olmalıydı, Puşkinin
yaramaz fransızlar Parni və Volterdən təsirlənərək yazdığı şeirlər, senzorlar tərəfindən
asanca ifşa olunurdu. Fəqət proza çox fəzilətli idi. Rus ədəbiyyatı başqa ədəbiyyatlar
kimi İntibah ənənəsindən gələn birbaşalığa sahib deyildi; Rus romanı ümumən,
günümüzə qədər gəlib çatmış romanların ən tərbiyəlisidir. Əlbəttə ki, sovet dönəmindəki
rus ədəbiyyatı da, aydan arı, sudan durudur. Məsələn, ―Ledi Çatterleyin sevgilisi‖ (Devid
Lourensin romanı – tərcüməçidən) kimi bir rus romanı təsəvvür edilməzdi.
Yəni ki, hökumət, sənətçiylə mübarizə aparan əsas qüvvəydi. XIX əsr rus yazıçısının
öhdəsindən gəlmək istəyən ikinci qüvvə isə siyasi, şəhərli, radikal zəmanə
düşünürlərindən gələn hökumətə müxalif, faydaçı sosialist tənqid idi. Bu adamların
ümumi mədəni səviyyələri, dürüstlükləri, əməlləri, zehni fəaliyyətləri və insani
keyfiyyətləri baxımından, maaşını hökumətdən alan fırıldaqçılardan da, qorxu içindəki
hökmdarın ətrafında toplaşmış dolaşıq fikirli köhnəpərəstlərdən də müqayisəgəlməz
dərəcə yuxarı idi. Radikal tənqidçilər, xüsusilə xalqın rifahını önəmsəyər və hər şeyə -
ədəbiyyata, elmə, fəlsəfəyə - məzlumların iqtisadi vəziyyətini düzəltməyin, ölkənin siyasi
strukturunu dəyişdirməyin vasitələri kimi baxardı. Həqiqətpərəst, qəhrəman radikal
tənqidçilər, sürgündəki yoxsulluqlarını vecə almazdılar; amma sənətin incəliklərinə də
fikir verməzdilər. Despotluqla mübarizə aparan bu adamların hamısını – 40-cı illərin
atəşli Belinskisi, 50-60-cı illərin inadçı Çernişevski və Dobrolyubovu, xoşməramlı,
amma darıxdırıcı Mixaylovskisi və bir çox başqa dikbaş, dürüst adamı – bir başlıq altında
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
356
toplamaq olar: köhnə fransız sosialist fikir adamlarına və alman materialistlərinə aid
edilən, son illərin inqilabi sosializminin və gönüqalın kommunizminin xəbərçisi olan
siyasi radikalizm. Bunu Qərbi Avropa və Amerikanın oturuşmuş demokratiyasıyla
tamam eyni şey olan rus liberalizmi ilə qarışdırmaq olmaz. 60-70-ci illərin nəşrlərinə
baxanda, hakimi-mütləq bir hökmdarın idarə etdiyi bir ölkədə bu adamların bu şeyləri
necə yazdığına şaşırırsan. Fəqət bütün üstün keyfiyyətlərinə baxmayaraq, bu radikal
tənqidçilər də hökumət kimi sənətin başına bəlaydılar. Həm hökumət və inqilab, həm də
çar və radikallar, sənət məsələsində cahil idilər. Radikal tənqidçilər despotizmlə mübarizə
apararkən, öz despotizmlərini yaratmışdılar. İddiaları, səbəb göstərdikləri, yeritməyə
çalışdıqları nəzəriyyələr, sistemin sənətə qarşı basmaqəlib yanaşmasıyla eyni idi.
Yazıçılardan əndrabadi şeylər yerinə, ictimai mesaj verməyi tələb edirdilər; onların baxış
bucağına görə bir kitab ancaq insanların rifahına xeyir verirsə dəyərli idi. Onların bu
coşğunluğunda dəhşətli bir problem vardı. Səmimiyyətlə, cəsarətlə azadlıq və
bərabərliyin tərəfindəydilər, amma sənəti güncəl siyasətin boyunduruğu altına vermək
istəyib, özləriylə paradoksa düşürdülər. Çarların gözündə yazıçılar dövlətin
xidmətçisiydisə, radikal tənqidçilərin gözündə də kütlələrin xidmətçisi idi. Nəhayət bizim
zamanımızda yeni növ bir rejim, kütlə fikriylə dövlət fikrini Hegelçi bir sintez içində
birləşdirəndə, bu iki düşüncə xəttinin qovuşub güclərini birləşdirməsi qaçılmaz oldu.
XIX əsrin 20-30-cu illərində sənətçilərlə tənqidçilər arasında baş verən toqquşmanın ən
yaxşı örnəklərindən biri Rusiyanın ilk böyük şairi Puşkinin başına gələnlərdi. Başda Çar
Nikolay olmaqla, hökumət adamları böyük həyasız, özbaşına və bədniyyət şeirlər yazan
Puşkinə dəlicə əsəbiləşirdilər; onların fikrincə, o, illah yazmalıdırsa, heç olmasa dövlətin
yaxşı bir qulluqçusu kimi davranıb, basmaqəlib şeylərə difirambalar yazmalıydı. Puşkinin
misralarındakı orjinallıqda, cismani fantaziyalarındakı cürətkarlıqda və irili-xırdalı bütün
tiranlarla məzələnmək meylində, təhlükəli bir düşüncə azadlığı sezilirdi. Kilsə onun
ciddiyətsizliyinə təəssüf edirdi. Polislər, yüksək rütbəli dövlət məmurları, hökumətdən
maaş alan tənqidçilər onun səthi bir şair olduğunu deyirdilər. Dövrünün ən təhsilli
adamların biri olan Puşkin, qələmini dövlət idarələrindəki darıxdırıcı sənədləri
kopyalamağa sərf etmədiyi üçün Qraf Fışqırıq tərəfindən cahil, General Nəsihət
tərəfindən başıboş kimi damğalanmışdı. Dövlət Puşkinin dühasını boğmaq üçün onu
sürgünə göndərmiş, yazdıqlarını vəhşicə qayçılamış, onu dayanmadan sıxma-boğmaya
salmış, ata kimi qulağını dartmış, nəhayət şairi kralpərəst Fransadan gəlmiş bir
macəraçıyla ölümünə duelə təhrik edən cındırların saçına tumar çəkmişdi.
Eyni zamanda, mütləq monarxiyaya baxmayaraq, çox oxunan nəşrlərdə inqilabi
fikirlərini, ümidlərini dilə gətirməyi bacaran və Puşkinin son illərində əməllicə özünü
tutmuş təsir gücü böyük olan radikal tənqidçilər, xalqın və ictimai işlərin qulluğunda
durmaq əvəzinə, dünyadakı hər şey haqqında son dərəcədə avara və xəyalpərəst şeirlər
yazan, maraq dairəsinin müxtəlifliyi ilə, irili-xırdalı tiranlara atdığı gəlişi gözəl, həddən
ziyadə gəlişi gözəl atmacalarla onların qiymətini aşağı salan bu adama dəli kimi
qəzəblənirdilər. Misralarındakı cürəti aristokratik bəzək kimi görürdülər, məsafəli sənətçi
mövqeyini ictimai günah sayırdılar; yazıçılığı biabırçı, amma siyasi fəaliyyətləri yaxşı
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
357
olan bu adamların fikrincə, Puşkin dayaz şair idi. 60-70-ci illərdə məşhur tənqidçilər,
ictimaiyyətin kumirləri, Puşkinə zırrama dedilər; məxsusi təkrar edə-edə dedilər ki, rus
xalqı üçün bir cüt çəkmənin əhəmiyyəti dünyadakı bütün Puşkinlərdən, Şekspirlərdən
önəmlidir. Rusiyanın bütün şairləri haqqında ifrat radikallarla ifrat monarxistlərin dediyi
fikirləri tutuşdursanız, dəhşətli bənzərliyi görəcəksiniz.
30-40-cı illərdə Qoqolun başına gələnlər bir az fərqliydi. Əvvəla deyim ki, ―Müfəttiş‖
pyesiylə ―Ölü canlar‖ romanı Qoqolun öz fantaziyasının məhsuludur; onun bənzərsiz
xortdanlarla dolu şəxsi kabuslarıdır. Bu əsərlər Qoqolun zamanındakı Rusiyanın rəsmləri
deyil və ola bilməz də, çünki hər şey bir tərəfə, Qoqol Rusiyanı yaxşı tanımırdı. Zatən
―Ölü canlar‖ın davamını yazandakı uğursuzluğun səbəbi, əlində kifayət qədər faktın
olmamağı və kiçik insanları, məmləkətin əxlaqını düzəltmək istəyən realist bir əsərdə,
fantaziyadan istifadənin qeyri-mümkünlüyü idi. Fəqət radikal tənqidçilər həm pyesdə,
həm də romanda rüşvətxorluğa, bayağılığa, ədalətsizliyə, köləliyə yönəlmiş ittihamlar
tapdılar.
Qoqolun əsərlərinə inqilabi məzmun geyindirildi və mühafizəkar partiyada çoxlu dostu
olan, qanunlara sayğılı, ürkək vətəndaş Qoqol o qədər qorxdu ki, sonrakı əsərlərində
pyesin və romanın inqilabiliyi bir tərəfə dursun, əslində, dini ənənəyə və gələcəkdə
inkişaf etdirəcəyi mistisizmə uyğun olduğunu isbat etməyə girişdi. Dostoyevski
cavanlığında uşaqca bəzi siyasi işlərə girişdiyi üçün sürgünə göndərilmiş, edamın
ucundan qayıtmışdı, fəqət sonradan yazılarında təvazökarlığın, təslimçiliyin və
çiləkeşliyin fəzilətlərini öyməyə başlayanda, radikal tənqidçilər tərəfindən kağız üzərində
qətlə yetirilmişdi. Həmin tənqidçilər ―kübar xanımların sevgi macəralarını yazır‖ –
dedikləri Tolstoya da vəhşicə hücum etdilər, kilsə özünəməxsus bir inanc yaratdığı üçün
onu aforoz etdi.
Bu örnəklər, elə bilirəm, kifayətdir. XIX əsrdə yaşamış bütün böyük rus yazıçıları,
təxminən bu qəribə ―iki daşın arasında qalma‖ halında olublar.
Sonra möhtəşəm XIX əsr bitdi. Çexov 1904-cu ildə öldü, Tolstoy 1910-cu ildə. Ardınca
yeni yazarlar nəsli, sonuncu günəş partlaması, istedad fırtınası ortaya çıxdı. İnqilabdan
əvvəlki bu iyirmi ildə, nəsrdə, şeirdə və rəsmdə modernizm böyük irəliləyiş yaşadı.
Ceyms Coysun müjdəçisi olan Andrey Belıy, simvolist Aleksandr Blok və bir neçə
avanqard şair üzə çıxdı. Liberal inqilabdan heç 20 il keçməmişdi ki, Bolşevik liderlər
Kerenskinin demokratik rejimini yıxıb, rəsmən öz rejimlərini başladanda, bir çox rus
yazarı xaricə getdi, bəziləri, məsələn futurist şair Mayakovski getmədi. Xarici
müşahidəçilər inkişaf etmiş ədəbiyyatla inkişaf etmiş siyasəti bir-birinə qarışdırmış,
xaricdəki sovet propaqandası da bu qarışıqlığa həvəslə girişmiş, onu dəstəkləyib canlı
tutmuşdu. Əslində Lenin sənət məsələlərində son dərəcə cahil bir burjuaydı və sovet
hökuməti lap əvvəldən ibtidai, regional, siyasi, polis kontrolunda, açıq-aşkar mühafizəkar
və basmaqəlib bir ədəbiyyat mühiti yaratmışdı. Köhnə idarəçiliyin pərt, istəksiz, şaşqın
davranışlarının əksinə, sovet hökuməti heyranedici dürüstlüklə, ədəbiyyatın dövlətin
xidmətindəki bir vasitə olduğunu elan etdi; son qırx ildə şairlərlə polislər arasındakı bu
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
358
məsud razılaşma çox ustalıqla davam etdirildi. Nəticə etibarilə sovet ədəbiyyatı deyilən
şey ortaya çıxdı, bu ədəbiyyat klişe bir burjua ədəbiyyatı üslubuna sahibdir və hökumətin
bu və ya digər fikrini sözəbaxanlıqla şərh edərkən, ümidsiz monotonluğa düçar
olmuşdur.
Qərb faşistlərinin ədəbiyyatdan istədikləri ilə bolşeviklərin ədəbiyyatdan istədikləri
arasında çox da ciddi fərqin olmaması maraqlıdır. Bir sitat gətirəcəm: ―Sənətçinin
şəxsiyyəti azad, məhdudiyyətlər olmadan inkişaf etməlidir. Lakin istədiyimiz bircə şey
var: İnancımızın qəbul edilməsi.‖ - Böyük Nasistlərdən biri olan, Hitler Almaniyasının
Mədəniyyət naziri Dr.Rosenberg belə demişdi. Başqa bir sitat : ―Hər sənətçinin azad
yaradıcılıqla məşğul olmaq haqqı var, fəqət kommunistlər, onu planlarımız çərçivəsində
idarə etməyə məcburdur.‖ Bu da Leninin sözləridir. Bunların hər ikisi konkret mətnlərdən
götürdüyüm sitatlardı, vəziyyət bu qədər kədərli olmasaydı, aradakı oxşarlığa baxıb
qəhqəhə çəkə bilərdik.
―Qələmlərimizi biz yönləndiririk‖ – deməli, Kommunist Partiyasının əsas qanunu bu idi;
bu yolla ―həyati olan‖ ədəbiyyatın istehsal edilməsini istəyirdilər. Qanunun karuselvari
gövdəsində həssas dialektik nöqtələr vardı: növbəti addım, yazarın əsərlərini ölkənin
iqtisadi sistemi kimi başdan ayağa planlamaq idi, kommunist idarəçilər saxta təbəssümlə
bunun yazıçıya ―sonsuz mövzu çeşidliliyi‖ vəd etdiyini, çünki hər ekonomik və siyasi
proqresin ədəbiyyatda da yerini tapacağını deyirdilər. Bir gün dərsin mövzusu ―fabriklər‖
olacaqdı, sonra ―tarlalar‖, sonra ―sabotaj‖, nəhayət ―Qızıl ordu‖ və s. (necə gözəl
çeşidlilikdi !) Sovet romançısı nümunəvi xəstəxanalardan nümunəvi mədənlərə, bəndlərə
qədərə hər şey haqqında təmtəraqalı sözlər deyərkən, təriflər yağdırdığı bir sovet
qəhrəmanı tam kitab nəşr olunan yerlə-bir edilsə, hər saniyəsini can qorxusunu içində
yaşamağa başlayırdı.
Qırx illik mütləq hakimiyyət dönəmi boyunca Sovet hökuməti sənətin kontrolunu heç
əldən vermədi. Arabir nə olacağını görmək üçün vintləri bir az boşaldırdılar, xaricdəki
optimistlər də bu yeni kitabı ictimai protest kimi alqışlayırdılar. ―Don çayında yeni heç
nə yoxdu‖, ―Şeytanlar yalnız çörəklə yaşayar‖, ―Zedin daxması‖ kimi bestsellerlər
arasına girmiş düşük kitabları hamımız yaxşı tanıyırıq.(Nabokov burda özünəməxsus
ironiya ilə ―Sakit Don‖, ―Yalnız çörəklə yaşamaq olmaz‖ kimi sovet romanları ilə ―Qərb
cəbhəsində yenilik yoxdur‖, ―Şeytanlar‖, ―Tom dayının koması‖ kimi məşhur kitabların
adlarını qarışdırır – tərcüməçidən) Əcnəbi tənqidçilərin ―güclü‖ və ―diqqətçəkici‖ kimi
qiymətləndirdikləri bu romanlar, dağ boyda klişelərlə, intəhasız səthiliklə doluydular
əslində. Fəqət, əfsus ki, bir sovet yazıçısı ədəbiyyat sənətində müəyyən səviyyəyə,
məsələn, hər hansı bir ad çəkməmək üçün deyək ki, tutalım, Upton Lewis səviyyəsinə
çatsa belə, dünyanın ən cahil qruplaşması olan Sovet hökumətinin fərdi axtarışlara,
yaradıcı cəsarətə, yeni, orijinal, çətin, qəribə şeylərə yaşamaq şansı verməyəcəyi həqiqəti
dəyişməz olaraq qalır. Yaşlı diktatorların dünyadan köçüb getməklərinə aldanmayın,
Leninin yerinə Stalin keçəndə, dövlətin fəlsəfəsində zərrə qədər dəyişiklik olmadı;
Xruşovun ya da adı hər nədirsə, onun iqtidarında da heç nə dəyişmədi. Xruşov yaxın
|