Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə43/58
tarix29.11.2016
ölçüsü3,88 Mb.
#461
1   ...   39   40   41   42   43   44   45   46   ...   58

 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

324 


mənfəətin adi formalarına söykənmək lazımdır.  Ancaq sosialist iqtisadiyyatının ciddi 

qüsurları hələ otuz, yaxud qırx il bundan öncə hamıya aydın idi.  Onda nə üçün sosialist 

ölkələri mərkəzləşdirilmiş planlaşdırmadan yalnız 80-ci illərdə imtina etməyə başladı? 

Cavabı ―katolik‖ yoxsulluğu və təhlükəsiz yaşayış tərzindən imtina edib ―protestant‖ 

firavanlığı və risqli həyata üstünlük verməyi qərara almış elitanın və onun liderlərinin 

şüurunda axtarmaq lazımdır.  Bu isə heç bir halda bu ölkələrin islahat ərəfəsində 

yaşadıqları maddi şəraitin labüd nəticəsi deyildi.  Əksinə, dəyişiklik ona görə baş verdi 

ki, bir ideya digərinə qalib gəldi...   

 

Mənim Hegelin radikal idealist baxışlarını xırdalıqlarına qədər müdafiə etmək üçün 



burada nə yerim, nə də taqətim var.  Məsələ onun sisteminin düzgün olub-olmamasında 

deyil, ondadır ki, çox vaxt olmalıymış kimi qəbul etdiyimiz materialist yanaşmaların 

problematikliyi onun işığında nə qədər aydın görsənir.  Söhbət maddi amillərin bütöv-

lükdə inkar edilməsindən getmir.  İdealistin baxışına görə, insan cəmiyyəti onların maddi 

aləmlə uzlaşdırılıb–uzlaşdırılmamasından asılı olmayaraq ixtiyari seçilmiş hər hansı prin-

siplərin əsasında qurula bilər.  Həqiqətən də, insanlar sübut etmişlər ki, onlar ideya 

naminə istənilən maddi əziyyətlərə dözməyə qadirdirlər... 

Ancaq bir halda ki, maddi aləmi insanın qəbul etməsinin özü bu aləmin dərk olunması ilə 

şərtlənir, onda  maddi aləm də  şüurun konkret vəziyyətinin yaşamağa qabil olmasına tam 

təsir edə bilər.  Məsələn, inkişaf etmiş liberal iqtisadiyyata xas zəngin maddi bolluq və 

onun əsasında ən rəngarəng istehlak mədəniyyəti siyasi dairədə liberalizmi təbliğ və 

müdafiə edir.  Maddi determinizmə görə, liberal iqtisadiyyat labüdən liberal siyasəti 

doğurur.  Mən isə hesab edirəm ki, əksinə, iqtisadiyyat da, siyasət də şüurun onlardan 

qabaq mövcud olmuş vəziyyətinin nəticəsidir.  Şüurun liberalizm üçün əlverişli vəziyyəti, 

əgər o, yuxarıda qeyd etdiyimiz bolluqla təmin olunubsa, tarixin sonunda sabitləşir.  İndi 

yekunlaşdıra bilərik ki, ümumbəşəri dövlət iqtisadi sahənin azad video və stereo satışı ilə 

uzlaşan siyasi sahədə liberal demokratiyadan ibarətdir. 

 

III 



 

Doğrudanmı biz tarixin sonuna çatmışıq? Başqa sözlə, müasir liberalizmin həll etməkdə 

gücsüz olduğu, lakin hər hansı alternativ siyasi-iqtisadi quruluş  çərçivəsində həll edilə 

bələn əsaslı ziddiyyətlər  hələ də qalıbmı? İdealist mövqelərdən çıxış etdiyimizə görə 

cavabı da ideologiya və şüur dairəsində axtarmalıyıq...  Biz liberalizmə qarşı çıxan (o 

cümlədən, cürbəcür səfeh ―peyğəmbərlər‖ tərəfindən) bütün çağırışları araşdırmaq fikrin-

də deyilik. Albaniya və yaxud Burkina-Faso sakinlərinin beyninə hansı fikirlərin 

gəlməsinin elə bir əhəmiyyəti yoxdur.  Bizi bütün bəşəriyyət üçün ümumi ideoloji fond 

yaradan fikirlər maraqlandırır. 

 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

325 


Başa çatmaqda olan yüzillikdə liberalizm iki sınağa: faşizm və kommunizm sınağına 

dözməli olmuşdur.  Birinciyə görə, Qərbin zəifliyi onun materializmi, mənəvi pozğun-

luğu, vəhdətin itirilməsi, liberal cəmiyyətlərin əsaslı ziddiyyətlərinin mahiyyətindən irəli 

gəlir; faşizm baxışına görə, onları yalnız güclü dövlət və milli müstəsnalıq ideyasına 

arxalanan ―yeni insan‖ həll edə bilərdi.  Faşizm yaşamağa qabil ideologiya kimi İkinci 

dünya müharibəsi ilə məhv edildi...  İdeyanın özü uğursuzluğa düçar oldu...  Məsələnin 

kökü ondan ibarətdir ki, sonsuz münaqişələr və son nəticədə hərbi fəlakətlər vəd edən 

ekspansionist ifrat millətçilik bütün  cəlbedici keyfiyyətlərindən məhrum oldu.  Bu 

ideologiya Reyxin xarabalıqları altında, Xirosima və Naqasakiyə atılmış atom bombaları 

altında təkcə maddi cəhətdən deyil, həmçinin şüur səviyyəsində də məhv oldu... 

Liberalizmin məruz qaldığı ikinci ideoloji sınaq daha ciddi idi.  Marks Hegelin dili ilə 

israr edirdi ki, liberal cəmiyyətə əsaslı, həlledilməz ziddiyyət xasdır: bu, kapital və əmək 

arasında ziddiyyətlərdən ibarətdir.  Sonralar bu iddia liberalizmə qarşı əsas ittiham kimi 

səslənirdi.  Söz yox ki, Qərb sinfi məsələni müvəffəqiyyətlə həll etmişdir.  Kojevin 

(digərləri ilə yanaşı) qeyd etdiyi kimi, müasir Amerika eqalitarizmi  Marksın söylədiyi 

sinifsiz cəmiyyətdən  başqa bir şey deyildir.  Bu o demək deyildir ki, Amerika Birləşmiş 

Ştatlarında varlı və yoxsul yoxdur və onların arasında fərq son illərdə artmamışdır.  Lakin 

iqtisadi bərabərsizliyin kökləri eqalitar və təkrar bölüşdürücü cəmiyyətimizin hüquqi və 

sosial strukturunda deyildir; məsələ cəmiyyətimizə keçmişdən miras qalmış mədəni və 

sosial xüsusiyyətlərlə bağlıdır.  Birləşmiş Ştatlardakı zənci problemi  liberalizmin yox, 

formal ləğv edildikdən sonra  da uzun müddət qalmış köləliyin məhsuludur. 

Sinfi məsələnin ikinci plana keçməsi ilə əlaqədar tam cəsarətlə demək olar ki, Qərb  

dünyasında  kommunizmin cazibədarlığı Birinci dünya müharibəsindən sonra ən aşağı 

səviyyəyə enmişdir.  Bunu istənilən sahədə yoxlamaq olar.  Avropada əsas kommunist 

partiyalarının üzvləri və seçicilərinin sayının azalması ilə, onların açıq təftişçi proqram-

ları ilə, Böyük Britaniya və AFR-də, ABŞ və Yaponiyada bazarın lehinə, etatizmin əley-

hinə çıxış edən konservativ partiyaların seçkilərdə müvəffəqiyyəti ilə...  Gələcəyin 

sosializmə məxsus olduğunu düşünənlər cəmiyyətlərinin real siyasi şüuru üçün çox qoca 

və yaxud köhnədirlər...  Əsrin lap əvvəlində Asiya idxal edilən Qərb ideologiyalarının 

mübarizə meydanına çevrildi.  Birinci dünya müharibəsindən sonra Asiyada liberalizm 

çox zəif idi; asanlıqla yaddan çıxarırlar ki, cəmisi 10–15 il əvvəl Asiyanın siyasi gələcəyi 

necə ümidsiz görünürdü... 

Liberalizmin Asiya alternativlərindən ilk əvvəl məğlub ediləni Yaponiya imperiyasının 

təmsil etdiyi faşizm oldu.  Alman variantı kimi o da Amerika silahının gücü ilə məhv 

edildi; qalib tərəf Yaponiyaya liberal-demokratiyanı qəbul etdirdi.  Yaponlar, əlbəttə, 

Qərb kapitalizmini və siyasi liberalizmi tanınmaz dərəcədə dəyişdirdilər.  Bir çox 

amerikalılar indi başa düşürlər ki, yapon sənayesinin təşkili Amerika və Avropanınkından 

çox fərqlənir, hakim Liberal-Demokrat Partiyasının daxilindəki fraksiya manevrlərini isə 

çox böyük şübhə ilə demokratiya adlandırmaq olar.  Buna baxmayaraq, iqtisadi və siyasi 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

326 


liberalizmin mühüm ünsürlərinin yapon ənənə və institutlarının bənzərsiz mühitinə 

uyğunlaşa bilməsi  faktının özü liberalizmin bütün şəraitlərə davamlılığını sübut edir... 

Yaponiyanın nümunəsi ilə sənayeləşdirmə yolunu tutmuş digər Asiya ölkələrinin iqtisadi 

uğurları bu gün hamıya bəllidir.  Cənubi Koreya yaxşı təhsil almış və artmaqda olan orta 

sinifli müasir, urbanist cəmiyyətə çevrilmişdir.  Onilliklər boyunca özünü Asiyada baş 

verən hadisələrdən təcrid etmiş sosialist  Birma da ötən il iqtisadi və siyasi sistemin 

liberallaşdırılması  cəhdi ilə bağlı bir sıra sarsıntılar keçirdi... 

Liberal ideya əgər Asiyada nəhəng və qədim mədəniyyətə 

 Çinə toxunmasaydı, onun 



gücü o qədər də həlledici təsir bağışlamazdı... Onuncu Mərkəzi Komitənin məşhur 1978-

ci il Üçüncü plenumundan başlayaraq Çin Kommunist Partiyası kənd təsərrüfatında 800 

milyon çinlini əhatə edən dekollektivləşməyə girişdi.  Dövlətin kənd təsərrüfatında rolu 

vergilərin yığılması ilə məhdudlaşdırıldı... İslahat nəticəsində cəmisi beş il ərzində taxıl 

istehsalı iki dəfə artdı... 

Çində gedən proseslərin mühüm əhəmiyyətini nəzərə almaqla qeyd etməliyik ki, məhz 

dünya proletariatının vətənində 

 Sovet İttifaqında cərəyan edən hadisələr marksizm-



leninizmin tabutunun qapağına son mıxı vurur...  Sovet İttifaqından gələn mühacirlər 

deyirlər ki, ölkədə faktiki heç kim marksizm-leninizmə artıq inanmır...  Qorbaçov 

hakimiyyətə gələndən sonrakı dörd il ərzində baş verən hadisələr stalinizmin ən əhəmiy-

yətli prinsip və institutları üzərinə inqilabi yürüş, onların sözün həqiqi mənasında hələ 

liberal olmayan, amma öz aralarında məhz liberalizmlə bağlı olan yeni təzahürlərlə  əvəz 

edilməsi demək idi...   Qorbaçov və onun komandası, deyəsən, bazarın tətbiq edilməsinin 

iqtisadi məntiqini kifayət qədər yaxşı başa düşdülər, lakin üçüncü dünya dövlətlərinin 

liderləri kimi onlar da Beynəlxalq Valyuta Fondu ilə üzləşərkən istehlak subsidiyaları və 

adamların dövlət bölməsindən asılılığının digər formalarından imtina ediləcəyi halda baş 

verə biləcək sosial nəticələrdən qorxurlar. 

...SSRİ-də işsizlik və inflyasiyadan qorxan sadə fəhlələrdən, vəzifə və güzəştlərindən 

yapışan partiya məmurlarından ibarət mühafizəkar  müxalifət açıq, gizlənmədən öz 

fikirlərini söyləyir və o, yaxın illərdə Qorbaçovu  hakimiyyətdən devirmək üçün kifayət 

qədər güc nümayiş etdirə bilər.  Lakin hər iki qrup yalnız ənənə, qayda və dayaqların 

saxlanmasının tərəfdarı kimi çıxış edir, onlar marksizm-leninizmin elə də sadiq 

müdafiəçiləri və tərəfdarları deyillər... 

 

* * * 


 

Bir anlıq təsəvvür edək ki, faşizm və kommunizm mövcud deyil; liberalizmin hər hansı 

ideoloji rəqibi qalırmı? Və yaxud başqa cür:  liberal cəmiyyətdə onun çərçivəsində həll 

edilə bilməyən hər hansı ziddiyyət vardırmı? İki hal irəli çıxır: din və millətçilik.   



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

327 


 

Hamı son vaxtlar xristian və müsəlman ənənələri çərçivəsində dini fundamentalizmin 

yüksəlişini qeyd edir.  Bəziləri iddia edirlər ki, dinin canlanması adamların liberal 

istehlak cəmiyyətindəki biganəlik və mənəvi boşluqdan bezdiklərini sübut edir.  Boşluq 

vardır və əlbəttə, bu, liberalizmin ideoloji qüsurudur, amma bundan elə nəticə çıxarmaq 

olmaz ki, din bizim perspektivimizə çevrilir... Axı liberalizmin özü o vaxt meydana gəldi 

ki, dinə əsaslanan cəmiyyətlər sülh və sabitlik üçün hətta cüzi şərait yaratmağa qadir 

olmadıqlarını aşkar etdilər. 

Liberalizmə və kommunizmə alternativ olaraq dini (teokratik) dövlət bu gün yalnız islam 

tərəfindən təklif olunur.  Lakin bu doktrina qeyri-müsəlmanlar üçün cəlbedici deyil və 

onun, ümumiyyətlə, hər hansı səviyyədə yayılacağını təsəvvür etmək çətindir.  Digər, 

daha az mütəşəkkil dini impulslar liberal cəmiyyətin imkan verdiyi şəxsi həyat 

çərçivəsində müvəffəqiyyətlə təmin olunur. 

Liberalizm çərçivəsində potensial həlledilməz  daha bir ―ziddiyyət‖ millətçilik, irqi və 

etnik şüurun digər formalarıdır.  Doğrudan da, Yena döyüşündən sonra baş vermiş müna-

qişələrin böyük əksəriyyəti millətçilikdən törəmişdir.  Bu yüzillikdə millətçiliyin müxtəlif 

formaları iki əcaib dünya müharibəsini törətmişdir; əgər bu ehtiraslar müharibədən 

sonrakı Avropada müəyyən qədər söndürülübsə, üçüncü dünyada hələ həddindən artıq 

güclüdür.  Millətçilik liberalizmə Almaniyada təhlükə təşkil edirdi və o, ―tarixdən 

sonrakı‖ Avropanın Şimali İrlandiya kimi təcrid olunmuş hissəsində liberalizmi 

hədələməkdə davam edir. 

Aydın deyil ki, doğrudanmı millətçilik liberalizm üçün həlledilməz ziddiyyətdir.  Millət-

çilik yekcins deyil: o, bir neçə müxtəlif təzahürdə 

 mülayim, mədəni nostalgiyadan 



yüksək dərəcədə mütəşəkkil və hərtərəfli hazırlanmış nasional-sosializmə qədər özünü 

göstərir.  Yalnız sonuncuya xas ardıcıl millətçilik formal olaraq liberalizm, yaxud kom-

munizmlə müqayisə olunaraq ideologiya hesab edilə bilər.  Dünyada milli hərəkatların 

böyük əksəriyyəti siyasi proqrama malik deyil, onların mahiyyəti hər hansı qrupdan və ya 

xalqdan ayrılmaq cəhdindən ibarətdir.  Onlar sosial-iqtisadi qurumun az-çox düşünülmüş 

layihəsini təklif etmir.  Hər halda, onlar liberal cəmiyyətlər üçün münaqişə mənbəyinə 

çevrilə bilər, ancaq bu münaqişə liberalizmdən deyil, daha dəqiqi, liberalizmin tam 

həyata keçirilməməsindən irəli gəlir.  Əlbəttə, etnik millətçi gərginliyi əksər halda onunla 

izah etmək olar ki, xalqlar özləri seçmədikləri qeyri-demokratik siyasi sistemlərdə 

yaşamağa məcburdur. 

İstisna etmək olmaz ki, gözlənilmədən ortaya yeni ideologiya və yaxud nəzərdən qaçırıl-

mış ziddiyyət (hər halda, müasir dünya təsdiq edir ki, sosial-siyasi qurumun köklü prin-

sipləri 1806-cı ildən bəri elə bir dəyişikliyə uğramamışdır) çıxa bilər.  Dəfələrlə özünü 

liberalizmə nisbətən daha qabaqcıl elan etmiş ideologiyalar uğrunda müharibə və inqilab-

lar törədilmişdir, ancaq hər dəfə tarix bu iddiaları ifşa etmişdir. 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

328 


IV 

 

Tarixin sonu beynəlxalq münasibətlər sahəsi üçün nə deməkdir?  Aydındır ki, üçüncü 



dünyanın böyük hissəsi tarixin dalda yerində qalacaq və uzun müddət münaqişə meydanı 

olacaqdır.  Ancaq biz diqqətimizi indi dünya siyasətinin əsas məsuliyyətini öz üzərində 

daşıyan daha iri və inkişaf etmiş ölkələrə cəmləşdirək.  Rusiya və Çin çətin ki, yaxın 

gələcəkdə Qərbin inkişaf etmiş millətlərinə qoşulsunlar.  Amma bir anlığa təsəvvür edin 

ki, marksizm-leninizm bu ölkələrin xarici siyasətini istiqamətləndirən amil kimi aradan 

çıxır...  Onda bu ideologiyasızlaşdırılmış dünya özünün bütün xüsusiyyətləri ilə birlikdə 

bizim yaşadığımız dünyadan nə ilə fərqlənəcəkdir? 

Adətən cavab verirlər ki, elə bir ciddi fərq olmayacaqdır,  çünki belə bir fikir geniş 

yayılmışdır ki, ideologiya böyük dövlətçilik maraqlarını gizlətmək üçün vasitədən başqa 

bir şey deyildir və bu, millətlər arasında yüksək dərəcədə rəqabət və münaqişələrin səbəbi 

rolunu oynayır... 

Bu fikir xəttinin tərəfdarları ideologiyasızlaşdırılmış dünya modeli kimi XIX əsrdə 

Avropa dövlətləri arasında yaranmış münasibətlər balansını götürürlər.  Çarlz Krau-

temmer, məsələn, bu yaxınlarda yazır ki, əgər Qorbaçovun islahatları nəticəsində SSRİ 

marksist-leninçi ideologiyadan imtina edərsə, ölkənin XIX əsr Rusiya imperiya siyasətinə 

qayıdışı baş verəcəkdir.  O, ―kommunist Rusiyasından gələn təhlükədənsə bu yaxşıdır‖ 

fikrini müdafiə edərək belə bir nəticəyə gəlir: rəqabət və münaqişələr, deyək ki, Rusiya 

və Böyük Britaniya və yaxud Kayzer Almaniyası arasında olduğu  şəkildə də davam 

edəcək.  Əlbəttə, bu, Sovet İttifaqında nə isə mühüm hadisələrin baş verdiyini etiraf edən, 

lakin öz üzərinə məsuliyyət götürərək siyasətin buradan irəli gələn radikal dəyişdirilməsi 

ideyasını müdafiə etmək istəməyənlər üçün münasib mövqedir.  Ancaq bu mövqe 

düzgündürmü? 

İdeologiyanın böyük dövlətin dəyişməyən maraqları üzərində yalnız ―üstqurum‖ olması 

fikri kifayət qədər mübahisəlidir.  Çünki dövlətin öz milli mənafeyini müəyyən etdiyi 

metod universal deyil, o da iqtisadiyyatın şüurun ondan əvvəlki vəziyyətinə söykəndiyi 

kimi əvvəlki ideoloji  bazisə əsaslanır.  Bu yüzillikdə dövlətlər açıq-aydın 

ekspansionizmi qanuniləşdirən xarici siyasət proqramlarından ibarət və kifayət qədər 

bitkin hala salınmış doktrinaları mənimsəmişlər. 

XIX əsrdə ekspansionizm və rəqabət daha az ―ideal‖ bazisə əsaslanırdı; sadəcə olaraq, 

onların söykəndiyi ideologiya iyirminci əsr doktrinaları qədər bitkin hala salınmamışdı.  

Əvvəla, ən ―liberal‖ Avropa cəmiyyətləri də qeyri-liberal idi, belə ki, onlar imperializmin 

qanuniliyini, yəni hökmranlıq altında olan millətlərin istəyi ilə hesablaşmayaraq bir 

millətin  başqa millətlər üzərində ağalıq etmək hüququnu qəbul edirdilər.  Hər millət 

imperializmə özü bildiyi kimi bəraət qazandırırdı: haqqın (xüsusilə də söhbət qeyri-

avropalılardan gedəndə) gücün tərəfində olmasına kobud inamdan ―ağ adamın ağır 

yükü‖nə qədər; Avropanın xristianlaşdırma missiyasını yerinə yetirməsi zərurətinə, Rable 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

329 


və Molyer mədəniyyətini rənglilərə ―çatdırmaq‖ istəyinə qədər.  Bu və ya digər ideoloji 

bazisin necəliyindən asılı olmayaraq hər bir ―inkişaf etmiş‖ ölkə ali sivilizasiyanın 

aşağıdakılara ağalıq etməsinin məqbul olduğuna inanırdı.  Bu, yüzilliyin ikinci yarısında 

ərazilərin zəbt olunmasına gətirdi və dünya müharibəsinin törədilməsində az rol 

oynamadı.   

XIX əsr imperializminin əcaib törəməsi kimi alman faşizmi 

 Almaniyanın təkcə qeyri-



avropalıların deyil, bütün qeyri-alman xalqlar üzərində ağalığına bəraət qazandıran bir 

ideologiya meydana gəldi.  Lakin retrospektiv baxımdan Hitler, güman ki, Avropanın 

ümumi inkişaf yolunun qeyri-sağlam yan xəttini təşkil edirdi.  Onun görünməmiş məğlu-

biyyətindən sonra ərazi işğalının istənilən formasını qanuniləşdirmək ideyası nüfuzdan 

salınmış oldu.  İkinci dünya müharibəsindən sonra Avropa millətçiliyi zərərsizləşdirildi 

və xarici siyasətə hər hansı təsir imkanından  məhrum edildi.  XIX əsrin fövqəldövlətçilik 

davranış modeli əsl anaxronizmə çevrildi.   Millətçiliyin Qərbi Avropa dövlətlərinin 

1945-ci  ildən sonra qarşılaşdığı ən ifrat forması əsasən mədəniyyət və siyasi sıçrayışlar 

sahəsində özünü göstərmiş qollizmdən ibarət oldu.  Dünyanın tarixin sonuna çatmış 

hissəsində beynəlxalq həyat siyasət və ya hərbi strategiya ilə deyil, daha çox 

iqtisadiyyatla məşğuldur. 

Təbii ki, Qərb ölkələri öz müdafiəsini möhkəmləndirir və müharibədən sonrakı dövrdə 

ümumdünya kommunist təhlükəsini  dəf etmək üçün hazırlıqlarını görürdülər.  Lakin bu, 

xarici təhlükədən irəli gəlirdi və ekspansionist ideologiyanı rəhbər tutan dövlətlər 

olmasaydı, buna da ehtiyac qalmazdı. ―Neorealist‖ nəzəriyyəni ciddi qəbul etmək üçün 

biz gərək belə bir şeyə inanaq ki, Rusiya və Çin yer üzərindən silinərsə, İqtisadi Əmək-

daşlıq və İnkişaf Təşkilatı dövlətləri arasında rəqabət ruhunda ―təbii‖ davranış yenidən 

bərqərar olacaqdır.  Yəni Qərbi Almaniya və Fransa 30-cu illərdə olduğu kimi bir-

birindən çəkinə-çəkinə silahlanacaq, Avstraliya və Yeni Zelandiya hərbi müşavirlərini 

göndərərək Afrikada təsir dairəsi uğrunda mübarizə aparacaq, Birləşmiş Ştatlarla Kanada 

arasında isə istehkamlar ucaldılacaqdır.  Bu, əlbəttə, cəfəngiyatdır: marksist-leninçi 

ideologiya olmasaydı, biz yəqin ki, dağıdılmış AİB və XIX əsr nümunəsində rəqabətə 

deyil, dünya siyasətində ―Ümumi bazar‖a nail olardıq.  Bizim terrorizm və ya Liviya 

problemləri ilə əlaqədar Avropa ilə təmaslarımız sübut edir ki, avropalılar beynəlxalq 

siyasətdə güc (hətta özünümüdafiə məqsədilə də) işlədilməsinin qanuniliyinin rədd 

edilməsində bizdən çox qabağa gediblər.  Buradan da, ekspansionist kommunist 

ideologiyasından imtina etdikdən sonrakı Rusiyanın bolşevik inqilabından əvvəl 

dayandığı yerdən başlayacağı haqqında güman, ən azı, gülüncdür.  Ola bilərmi ki, bütün 

bu vaxt ərzində insan şüuru yerində  dayansın və bu gün iqtisadiyyat sahəsində yeni 

ideyalara yiyələnən Sovetlər hələ yüz il bundan qabaq köhnəlmiş baxışlara qayıtsın? Axı 

Çin öz islahatlarını başlayandan sonra bununla üzləşmədi.  Çin ekspansionizmi praktik 

olaraq yoxa çıxmışdır: Pekin daha 60-cı illərdə olduğu kimi, maoçu qiyamçıların 

sponsoru kimi çıxış etmir və uzaq Afrika ölkələrində öz qaydalarını yaymaqdan çəkinir.  

Bu o demək deyildir ki, Çinin müasir xarici siyasəti ballistik raketlərin texnologiyasının 

Yaxın Şərqə satılması və Vyetnama qarşı qırmızı kxmerlərin maliyyələşdirilməsi kimi 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

330 


təhlükəli hallardan xalidir.  Amma birincisi kommersiya mülahizələri ilə izah oluna bilər, 

ikincisi isə keçmiş, ideoloji motivlərdən irəli gələn ixtilafların izidir.  Yeni Çin Birinci 

dünya müharibəsi ərəfəsindəki Almaniyadan daha çox qollist Fransanı xatırladır. 

Bütün bunlarla yanaşı, bizim gələcəyimiz Sovet elitasının ümumbəşəri dövlət ideyasını 

nə dərəcədə əxz edəcəyindən asılıdır.  Dərc olunmuş materiallardan və şəxsi görüşlə-

rimdən mən birmənalı  nəticə çıxarıram ki, Qorbaçovun ətrafında toplanmış  liberal sovet 

ziyalıları çox az vaxt ərzində tarixin sonu ideyasını anlaya bilmişlər: bunun üçün artıq 

Brejnevdən sonrakı dövrdə Avropa sivilizasiyası ilə əlaqələrin az əhəmiyyəti olmamışdır. 

―Yeni siyasi təfəkkür‖ kitabı elə bir aləmi təsvir edir ki, orada iqtisadi maraqlar üstünlük 

təşkil edir, millətlər arasında ciddi münaqişələr üçün ideoloji zəmin mövcud deyil və 

müvafiq olaraq, hərbi gücün tətbiqi qanundankənar hala keçməkdədir... 

―Yeni təfəkkür‖ tərəfindən təqdim olunan tarixdənsonrakı şüur Sovet İttifaqı üçün yeganə 

mümkün gələcəkdir.  Sovet İttifaqında həmişə güclü böyük rus şovinizmi cərəyanı 

mövcud olmuşdur.  O, aşkarlığın gəlişi ilə geniş özünüifadə imkanı qazanmışdır.  

Mümkündür ki, müəyyən bir vaxt ərzində Qorbaçovun dağıtdığı ―dayaqlar‖ı bərpa 

etməyə can atanların toplanış məntəqəsi kimi ənənəvi marksizm-leninizmə qayıdış baş 

versin.  Lakin Polşada olduğu kimi, burada da marksizm-leninizm səfərbəredici 

ideologiya kimi ölüdür — onun bayrağı altında adamları daha yaxşı işləməyə məcbur 

etmək mümkün deyildir.  Marksizm-leninizm təbliğatçılarından fərqli olaraq, SSRİ-də 

ifrat millətçilər özlərinin slavyanpərəst rollarına güclü inam bəsləyirlər və belə bir 

təsəvvür yaranır ki, burada faşist alternativi hələ də yaşamaqdadır. 

Beləliklə, Sovet İttifaqı yol ayrıcındadır — o ya Qərbi Avropanın 45 il əvvəl seçdiyi və 

Asiya ölkələrinin əksəriyyətinin də indi getdiyi yola qədəm qoyacaqdır, ya da 

özünəməxsusluğuna vurğunluqla yerində ilişib qalacaqdır.  Seçiləcək yol bizim üçün 

böyük əhəmiyyətə malikdir.  Ərazisini və hərbi gücünü nəzərə alsaq, İttifaq tarixin o biri 

tərəfində olduğumuz haqqında hissənin dərk olunmasına mane olaraq diqqətimizi özünə 

cəlb etməkdə davam edəcəkdir.   

 

V 



 

Marksizm-leninizmin əvvəlcə Çində, sonra isə Sovet İttifaqında öz əhəmiyyətini itirməsi 

onun dünya tarixində əhəmiyyəti və gələcəyi olan ideologiya kimi iflasını bildirəcəkdir... 

Bu, heç bir halda o demək deyildir ki, beynəlxalq münaqişələr ümumiyyətlə yox 

olacaqdır.  Çünki onda da dünya  iki hissəyə bölünəcəkdir: biri tarixə, digəri isə 

tarixdənsonrakı dövrə məxsus olacaqdır.  Bunların arasındakı və daxilindəki münaqişə  

həmişəki kimi mümkün olacaqdır.  Etnik və millətçilik zəminində zorakılığın səviyyəsi 

yüksək olaraq qalacaq və hətta yüksələn xətlə inkişaf edəcəkdir.  Belə ki, bu impulslar 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin