–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
308
Mən onun yanında dayanıb ona qulaq asırdım, gülürdüm və düşünürdüm ki, qadını sevib,
eyni zamanda kasıb olmaq necə də dəhşətlidir.
Deyirlər, ömrün ən çətini ilk yetmiş ildir. Qalanı öz-özünə gedir.
Hazırladı: Günel ƏSGƏRZADƏ
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
309
Rus yazıçısı Anton Çexovun ən maraqlı fikirləri
Unutma; İnsanları tanımağın üçün ən uyğun zaman ayrılmağa ən yaxın vaxtdır. Çünki o
vaxt saxta üzlər bilinir.
Həyata ilk küskünlüyümüz – yanımızda düşündüyümüz insanların qarşımızda görməkdir.
Anlamağa çalışma. Həyat belədir. Həmişə bir telinə belə qıymadıqlarımız qıyır bizə.
Sənə bir yaxşı, bir də pis xəbərim var; yaxşı xəbər – hələ ölməmişik; pis xəbər – hələ
yaşayırıq.
İki mükəmməl insan heç vaxt birlikdə ola bilməz. Çünki mükəmməl qadın birinci
dəfəsində ―hə‖ deməz, mükəmməl kişi isə ikinci şansı verməz.
Bəsit qadın; gözəl olmağı ağıllı olmaqdan üstün tutur. Çünki bəsit kişidə zəkanı
anlayacaq baş yox, gözəlliyi görəcək göz var.
Ağlatdığın bir qadının göz yaşlarını ya o vaxt silərsən, ya da o göz yaşlarında
boğulmamaq üçün ömür boyu çırpınmaq məcburiyyətində qalarsan.
Bir insanı həqiqətən unutmaq istəyirsənsə, onunla yaşadıqlarını deyil, onun sənə
yaşatdıqlarını xatırla.
Kimsə arxanızdan danışırsa, onlardan qabaqdasınız demək.
Doğru vaxtda gələn yanlış insana verdiyin şansı, yanlış zamanda gələn doğru insana
verməyincə əziyyət çəkən sən olarsan.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
310
İnsana kəpənək həyatda bir dəfə qonar: qaçırtsan, başqa şansın qalmaz. Çünki o kəpənək
səhəri gün ölmüş olacaq.
Saxta bir gülüşlə gözlərimə baxmaqdansa, üzümə qarşı həqiqi bir nifrəti üstün tutaram.
Sən sevdiyin üçün heç vaxt utanma, bil ki utanması lazım olan sevildiyini bildiyi halda
sevməyi bilməyəndir əslində.
Həyatınızın sonuna qədər yaşamayınca taleyinizdən şikayət etməyin.
Özünü tənha hiss edən biri üçün hər yer çöldür.
Əgər tənhalıqdan qorxursunuzsa, evlənməyin.
Sevməyib evlənmək, inanmadan ibadət etmək kimi alçaq işdir.
Hazırladı: Rəna NEVZAT
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
311
Kendzaburo Oe
Nobel Nitqi
Yaponiya, Çoxmənalılıq və Mən
Faciəvi II Dünya Müharibəsi zamanı mən uşaq idim, burdan minlərlə mil uzaq Yapon
arxipelaqının Sikoku adasında, ucqar meşə kəndində yaşayırdım. O vaxt məni sözün əsl
mənasında valeh edən iki kitab var idi: ―Heklberi Finin macəraları‖ və ―Nilsin qəribə
sərgüzəştləri‖. Bütün dünya qorxu içində idi. ―Heklberi Fin‖i oxuduqdan sonra meşənin
dərinliklərinə qaçıb, ağacların arasında yatarkən özümü nə üçün evdəkindən daha
təhlükəsiz hiss etdiyimi anladım. ―Nilsin sərgüzəştləri‖nin baş qəhrəmanı kiçik varlığa
çevrilir, quşların dilini anlayır və macəralarla dolu səyahətə çıxır. Mən bu hekayətdən
müxtəlif həzlər alırdım. Birincisi, uzaq əcdadlarım kimi mən də Sikoku adasının sıx
meşəliyində yaşayır və inanırdım ki, bu həyat tərzi doğrudan da insanı azad edir. İkincisi,
mən Nilsə rəğbət bəsləyir, özümü ona – İsveçi başdan-başa gəzib dolanan, vəhşi qazlara
qoşulub quşlar naminə savaşan balaca dəcəl, dəcəl olduğu qədər də məsum və sadəlöhv
oğlana bənzədirdim. Nils yenidən oğlana çevrilir, o indi də əvvəlki kimi məsumdur, lakin
artıq özünə inanır. Nəhayət, evə gəlib çatandan sonra valideynləri ilə danışır. Mənə ən
çox zövq verən isə yazıçının dili idi, Nilsin sözlərini təkrarlayan zaman mənən
təmizləndiyimi, əhval-ruhiyyəmin yüksəldiyini hiss edirdim. O deyirdi:
- ―Maman, Papa! Ce suis grand, ce suis de nouveau un homme!‖ - criat ill.
- ―Mother and Father!‖ - he cried. ―İ`m a big boy İ`m a human being again!‖
- ―Ata, ana!‖ - o qışqırdı. ―Mən böyüyəm. Mən yenə insanam‖.
Xüsusilə, ‖mən yenə insanam‖ sözləri məni riqqətə gətirirdi. Böyüdükcə həyatımın
müxtəlif sahələrində - ailəmdə, Yapon cəmiyyəti ilə münasibətlərimdə və sevdiyim həyat
tərzimdə çətinliklərlə üzləşdim. Yalnız bu əzabları romana çevirməklə yaşamağa nail
olurdum. Addımbaşı «mən yenə də insanam» kəlməsini təkrar etməyim sanki ibadət
formasını almışdı və bu, mənə çox kömək edirdi. Bəlkə də belə bir gündə, belə bir yerdə
özüm haqda bu cür danışmağım düzgün deyil. Hər halda icazə verin deyim ki, mənim
yazı üslubum şəxsi məsələlərdən başlayıb, sonradan cəmiyyət, dövlət və dünya ilə əlaqə
yaratmaqdan ibarət olub. Ümid edirəm, şəxsi məsələlər haqqında bir az da danışsam,
məni bağışlayarsınız.
Yarım əsr əvvəl sıx meşəlikdə yaşayan zaman ―Nilsin sərgüzəştləri‖ni oxudum və sanki
gələcəyi gördüm. Bilirdim ki, nə vaxtsa quşların dilini başa düşəcəyəm. İkinci öncə
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
312
görməm isə bundan ibarət idi ki, bir gün sevimli vəhşi qazlarımla birlikdə uzaq diyarlara,
ən yaxşısı, Skandinaviyaya uçacağam.
Ailə qurduqdan sonra dünyaya gələn ilk övladımın əqli çatışmazlığı var idi. Ona yapon
dilində ―işıq‖ mənasını verən Hikari adını qoyduq. Körpə ikən o, yalnız vəhşi quşların
cikkiltisinə reaksiya verirdi, insan səsləri isə həmişə reaksiyasız qalırdı. Altı yaşı olanda
bağ evimizdə idik. Oğlum meşənin yaxınlığındakı göldə üzən bir cüt qu quşunun səsini
eşitdi və heyvanlar aləmindən danışan radio şərhçisinə məxsus ciddi səslə dedi: ―Bu, qu
quşudur‖. Bunlar, mənim oğlumun insan səsiylə tələffüz etdiyi ilk sözlər idi. Elə həmin
vaxtdan etibarən mənim həyat yoldaşım oğlumla nitq vasitəsiylə ünsiyyət qurmağa
başladı.
İndi Hikari əlillər üçün peşə təlim mərkəzində çalışır. Mərkəzin iş prinsipi İsveçdən
öyrəndiyimiz ideyalara əsaslanır. Bununla yanaşı, o, bəstəkarlıqla da məşğuldur.
Hikarinin musiqiyə yönəlməsinə təkan verən quşlar oldu. Beləliklə, quşların dilini başa
düşəcəyimlə bağlı öncə görməm Hikarinin timsalında gerçəyə çevrildi. Onu da deyim ki,
əgər mənim həyat yoldaşımın qadın qüdrəti və müdrikliyi olmasaydı, bu xəstə uşaqla
həyatımız çox ağır keçərdi. O, Nilsin vəhşi qazlarının bacısı Akkanın əsl mücəssəməsidir.
Onunla birlikdə işlərimlə bağlı Stokholma uçanda son dərəcə xoşbəxt idim, uşaqlıqdakı
ikinci öncə görməm – Skandinaviya səmasında pərvaz etmək arzum da beləcə həyata
keçdi.
Ədəbiyyat üzrə Nobel mükafatçısı kimi bu kürsüyə qalxan ilk yapon yazıçısı Yasunari
Kavabata öz məruzəsinə ―Yaponiya, Gözəllik və Mən‖ adını vermişdi. Onun çıxışı həm
gözəl, həm də qeyri-müəyən idi. ―Qeyri – müəyyən‖ sözündən yapon sözü ―aimaina‖nın
ekvivalenti kimi istifadə edirəm. ―Aimaina‖ ingilis dilinə müxtəlif cür tərcümə edilə
bilər. Kavabatanın könüllü surətdə boynuna götürdüyü qeyri-müəyyənlik mühazirənin
adında da nəzərə çarpır. Həmin başlığı ―Gözəl Yaponiyanın məni‖, yaxud ―Gözəl
Yaponiya və mən‖ kimi də tərcümə etmək olar. Mühazirənin adının qeyri-müəyyənliyi
həmçinin onun mənası ilə bağlı müxtəlif yozumlara səbəb olur. Başlıq ―Mən gözəl
Yaponiyanın bir hissəsi kimi‖, yaxud ―Yaponiya, Gözəllik və Mən‖ kimi də başa düşülə
bilər. Kavabatanın nitqi Yapon ədəbiyyatı üzrə görkəmli Amerika mütəxəssisi tərəfindən
ingilis dilinə tərcümə edilib. O, mühazirəyə ―Yaponiya, Gözəllik və Mən‖ adını verib. Bu
peşəkar tərcüməyə görə mütərcimi zərrə qədər də xəyanətkar saymaq olmaz.
Kavabata həmin başlıq altında təkcə Yaponiya deyil, bütün Şərq düşüncəsinə xas qeyri-
adi mistisizmdən danışır. ―Qeyri-adi‖ deməklə mən Zen buddizminin ideyalarını nəzərdə
tuturam. İyirminci əsr yazıçısı olmasına baxmayaraq, Kavabata öz ruhi vəziyyətini orta
əsrlərin Zen kahinləri tərəfindən yazılan şerlərin köməyi ilə ifadə edirdi. Bu şerlərin çoxu
həqiqəti söz vasitəsilə çatdırmağın qeyri-mümkünlüyü prinsipinə söykənirdi. Kahinlər
hesab edirdilər ki, məna sözün daxilində gizlənib. Oxucular sözlərin nə vaxtsa öz
qabıqlarından çıxıb onlara aydın olacağını gözləməməlidirlər. Yalnız özünü kahinin
ixtiyarına verib, sözün daxilinə nüfuz edən insan Zen şerlərini anlaya, yaxud onlara
rəğbət bəsləyə bilər.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
313
Kavabatanı bu sirlə dolu şerləri Stokholm auditoriyası qarşısında yapon dilində
söyləməyə vadar edən nə idi? Mən onun parlaq karyerasının sonlarına doğru göstərdiyi
cəsarətini və öz inancı ilə bağlı səmimi etirafını nisgillə xatırlayıram. Kavabata özünü
şahəsərlər müəllifini yaratdığı on illər ərzində əsl zəvvarlıq edib. Yalnız bu zəvvarlıq
illərindən və əlçatmaz Zen şerlərinə heyranlığını etiraf etdikdən sonra o, ―Yaponiya,
gözəllik və özü‖, yəni yaratdığı ədəbiyyat və içində yaşadığı dünya haqqında danışmağa
nail oldu. Kavabata nitqini belə yekunlaşdırmışdı:
―Tənqidçilər çox vaxt əsərlərimi məzmunsuz hesab edirlər, lakin bunu Qərb nihilizmi ilə
eyniləşdirilmək olmaz. Düşünürəm ki, ruhi prinsiplərimiz bir-birindən fərqlənir. Dogenin
fəsillərin gözəlliyini vəsf edən ―Əzəli xəyal‖ adlandırdığı şerlər – bax əsl Zen budur‖.
Burda da mən cəsarət və özünəinam görürəm. Bir tərəfdən Kavabata özünü Zen fəlsəfəsi
və klassik Şərq ədəbiyyatının estetik ənənələrinin davamçısı hesab edir, digər tərəfdənsə
əsərlərindəki məzmunsuzluğu Qərb nihilizminin bir hissəsi kimi səciyyələndirir.
Düzünü desəm, iyirmi altı il əvvəl bu yerdə dayanan həmvətənim Kavabatadan daha çox,
özümü yetmiş bir il əvvəl mənimlə təxminın eyni yaşdaykən bu mükafata layiq görülən
irland şairi Uilyam Batler Yitsə yaxın hesab edirəm. Əlbəttə, özümü dahi Yitslə bir
cərgəyə qoymağa cürət etməzdim. Mən ―sadəcə― onun İrlandiyadan çox uzaq
məmləkətdə yaşayan miskin bir davamçısıyam. Yitsin izafi dərəcədə yüksək
qiymətləndirdiyi Uilyam Bleykin də dediyi kimi: ―Avropa və Asiyadan Çinə və
Yaponiyayadək ildırım sürəti ilə‖.
Son bir neçə ildir, trilogiya üzərində işləyirəm. İstəyirəm, bu trilogiya yaradıcılığımın
zirvəsi olsun. İlk iki hissə artıq işıq üzü görüb, üçüncü və sonuncu hissəni də bitirmişəm.
Kitabın adı ―Alovlanan yaşıl ağac‖dır. Bu başlığa görə Yitsin ―Tərəddüd‖ poemasına
daxil olan bu beytə borcluyam:
Bir ağac var, uca zirvəsinədək
Yarısı bütün alov, yarısı yaşıl.
Nəmli yarpaqları şehlə islanıb…
Əslində, mənim trilogiyama bütövlükdə Uilyam Batler Yitsin təsiri hopub. İrland
senatının Nobel mükafatı münasibətilə Uilyam Batler Yitsi təbrik etmək üçün hazırladığı
məktuba bu sözlər daxil idi:
―...Dünya mədəniyyətinin görkəmli xadimi kimi Yitsin timsalında irlandların qazandığı
nüfuz…‖
―... Bu vaxtadək millət kimi tanınmayan bir xalq…―
―... Mədəniyyətimiz senator Yits sayəsində qiymətləndiriləcək.―
―Nobel mükafatı: senator Yitsə təbriklər…―
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
314
Mən Yitsin yolunu davam etdirmək istərdim və bunu yalnız elektron texnologiyalar
sahəsində əldə etdiyi nailiyyətlərə, istehsal etdiyi avtomobillərə görə millətlər sırasına
daxil edilən başqa bir xalqın naminə etmək istərdim.
Müasir dövrdə yaşayan və keçmişin acı xatirələrini yadında saxlayan bir insan kimi mən
Kavabatanın ―Yaponiya, Gözəllik və Mən‖ ifadəsini yekdilliklə təkrar edə bilmirəm. Bir
az əvvəl Kavabatanın nitqinin məzmunun və adının ―qeyri-müəyyənliyi‖ haqqında
danışdım. Çıxışımın qalan hissəsində Britaniya şairəsi Ketlin Reynin təsnifatına uyğun
olaraq ―çoxmənalı― sözündən istifadə edəcəyəm; Bir dəfə Ketlin Uilyam Bleyk haqqında
demişdi ki, o, çoxmənalı olduğu qədər qeyri-müəyyən deyil. Mənsə özüm haqqında
yalnız ―Yaponiya, çoxmənalılıq və mən‖ başlığı altında danışa bilərəm.
Müşahidələrim göstərir ki, yüz iyirmi illik modernləşmədən sonra bu gün Yaponiya iki
qütb arasında parçalanıb. Bir yazıçı kimi məndə də bu qütbləşmənin dərin çapığa
bənzəyən əlamətləri var .
Bu ikiqütblülük o qədər güclü və nüfuzedicidir ki, həm insanları, həm də dövləti iki yerə
parçalaya bilir. Yaponiyanın modernləşməsi Qərbdən öyrənməyə, Qərbi təqlid etməyə
yönəlib. Digər tərəfdən Yaponiya Asiyada yerləşir və milli ənənələrini qoruyub saxlayır.
Yaponiyanı işğalçılığa təhrik edən də bu təzad idi. Ən pisi isə budur ki, Yaponiya təkcə
siyasi yox, həm də ictimai və mədəni baxımdan digər Asiya ölkələrindən təcrid olundu.
Yapon ədəbiyyatı tarixində ən səmimi və vəzifələrinin əhəmiyyətini daha yaxşı anlayan
yazıçılar müharibədən dərhal sonra ədəbiyyat səhnəsinə çıxan yazıçılar idi. Faciə bu
yazıçıları dərindən sarsıtsa da, onlar yenidən dirçəlmək ümidlərini itirmir, bir tərəfdən
yapon hərbi qüvvələrinin Asiyada törətdiyi vəhşilikləri ürək ağrısı ilə qəbul edir, digər
tərəfdən Yaponiya ilə Dünya – Qərb ölkələri, Latın Amerikası və Afrika cəmiyyətləri
arasında yaranan dərin mənəvi uçurumu qapamağa çalışırdılar. Onlar dünyayla yalnız bu
yolla barışa biləcəklərini düşünürdülər. Mən həmişə bu ədəbi ənənəyə sadiq qalmaq
istəmişəm.
İkinci dünya müharibəsi Yaponiya modernləşməyə qədəm qoyduqdan altmış il sonra
başladı. Müharibə isə Yaponiyanın modernizasiya yolundan uzaqlaşmasının nəticəsi idi.
Məğlubiyyət yaponlara böyük iztirab və əzablardan sonra yenidən dirçəlmək ümidi verdi.
Yaponların bu arzusu demokratiya ideyalarından və müharibədən birdəfəlik imtina etmək
qərarından qidalanırdı. Təzadlı haldır ki, belə əxlaqi dəyərlərə malik yapon xalqı və
dövləti günahsız deyildi, əksinə, başqa Asiya ölkələrini işğal etməklə öz tarixinə ləkə
salmışdı. Bu əxlaq prinsipinə görə Yaponiya həm də ilk dəfə Xirosima və Naqasakidə
tətbiq edilən nüvə silahının qurbanlarına borcludur.
Son illər Yaponiyanın dünyada sülhü bərqərar etmək və qorumaq üçün Birləşmiş
Millətlərə daha çox hərbi qüvvə təklif etməyə borclu olduğu haqda fikirlər səslənir. Bu
tənqidi iradları eşitdikcə ürəyimiz əsir. İkinci Dünya Müharibəsindən sonra yeni
Konstitusiyamızın əsas maddələrindən birində müharibədən imtina etdiyimizi elan etmək
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
315
bizim üçün danılmaz ehtiyac idi. Yaponlar İkinci Dünya Müharibəsindən sonra yenidən
yüksəlmək üçün əbədi sülh ideyasını özlərinə mənəvi təməl seçdilər.
Mən inanıram ki, bu prinsipi ən yaxşı halda hərbi xidmətdən şüurlu imtina sahəsində
uzun müddət dözümlülük göstərən Qərb ölkələri anlaya bilər. Yaponiyanın özündə də
müharibəni rədd edən maddəni Konstitusiyadan çıxarmaq istəyən qüvvələr tapılıb, onlar
bu məqsədlə xarici köməkdən istifadə etmək fürsətlərini də fövtə verməyiblər. Lakin
Daimi sülh maddəsinin ləğvinə Asiya xalqları və Xirosima – Naqasakidəki atom
qurbanlarına qarşı xəyanətdən başqa ayrı bir ad vermək olmaz. Yazıçı üçün bu xəyanətin
nə ilə nəticələnəcəyini təsəvvür etmək çətin deyil.
Mütləq hakimiyyət prinsipini əsas götürən müharibədən əvvəlki yapon konstitusiyası
əhali arasında nüfuza malik idi. Hazırda yarıməsrlik yeni konstitusiyaya mailk olsaq da,
bəzi məhəllələrdə hələ də köhnə konstitusiyanın tərəfdarları yaşayır. Yaponiya
müharibədən sonrakı xarabalıqlar üzərində verdiyi əlli il ərzində sadiq qaldığı qərara yox,
başqa prinsipə qanuni status versəydi, bizim bəşəri humanizm ideyamız heçə çevrilərdi.
Yapon ―çoxmənalılığı‖ əslində müasir dövrdə geniş yayılmış xroniki xəstəlikdir.
Yaponiyanın, ətraf mühitin mühafizəsi və dünyanın iqtisadi inkişafı zəminində
təhlükələrlə müşayiət olunan iqtisadi tərəqqisi də bu xəstəlikdən xali deyil. Müharibədən
sonrakı yoxsulluq şəraitində ümidimizi zərrə qədər də itirmədik və bu sınağa dözmək
üçün özümüzdə güc tapdıq. Lakin qəribə səslənsə də, müasir tərəqqinin qorxulu nəticələri
qarşısında aciz olduğumuzu hiss edirik. Digər tərəfdən Yaponiyanın inkişafı Asiyanın
həm istehsal, həm də istehlak gücünün artmasına imkan yaradır.
Mən yalnız alıcıların tələblərinə cavab verməklə kifayətlənən romanlardan fərqli, ciddi
ədəbiyyat nümunələri yaratmağa çalışıram. Bəs bir yapon kimi mən hansı kimliyə can
atmalıyam? V.H.Oden yazıçıya belə tərif verirdi:
Çirkli olmalıdır, çirkab içində
Bütün insanların günah yükünü
Çəkməlidir o, öz zəif cismində.
Yazıçı kimi mənim ―həyat vərdişim‖ (Flanneri O‘konnorun sözləri) bundan ibarət olub.
Arzuedilən yapon kimliyini təyin etmək üçün ―insani‖, ―ağıllı‖, ―gülərüz‖ sifətləri ilə
yanaşı Corc Oruelin sevimli epitetlərindən olan ―nəcib‖ sözünü vurğulamaq istərdim. Bu
zahirən sadə epitet ―Yaponiya, çoxmənalılıq və mən‖ başlığında istifadə etdiyim
―çoxmənalılıq― sözü ilə ziddiyyət təşkil edə bilər. Yaponların necə görünmək istədikləri
və əslində necə göründükləri arasında böyük fərq var.
Çox güman ki, ―nəcib‖ sözündən fransız dilinin ―humanist‖ və ya ―humaniste‖ sözlərinin
sinonimi kimi istifadə etsəm, Oruelə qarşı qəbahət etmiş olmaram. Çünki hər iki sözün
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
316
insaniyyət və dözümlülük kimi məna çalarları var. Əcdadlarımız arasında ―humanist‖ və
―nəcib‖ yapon şəxsiyyəti yaratmağa cəhd edənlər çox olub.
Onlardan biri də Fransa İntibahı və ədəbiyyatı üzrə görkəmli alim, professor Kazuo
Vatanabe idi. Şüursuz vətənpərvərlik coşğunluğunun düşüncələrə hakim kəsildiyi İkinci
Dünya Müharibəsi zamanı, eləcə də müharibə ərəfəsində təkcə Vatanabe humanist insan
ideyasını, yaponların təbiətə həssaslığı və gözəllik duyumu ilə birləşdirmək arzusu ilə
yaşayırdı. Onu da əlavə etmək istəyirəm ki, Vatanabenin gözəllik və təbiət anlayışı
Kavabatanın ―Yaponiya, Gözəllik və Mən‖ başlığı altında nəzərdə tutduqlarından
fərqlənirdi.
Yaponiya Qərb modeli əsasında dövlət yaratmaq üçün dağıdıcı yol seçmişdi. Fərqli
cəhətləri olsa da, nisbətən oxşar üsulla yapon ziyalıları öz ölkələri ilə Qərb arasındakı
uçurumu aradan qaldırmağa çalışırdılar. Bu çətin öhdəlik bizə ağrı-acı ilə yanaşı sevinc
də bəxş edirdi. Professor Vatanabenin Fransua Rable ilə bağlı tədqiqatları Yaponiyanın
ən görkəmli elmi nailiyyətlərindən biridir.
Vatanabe İkinci Dünya müharibəsindən əvvəl Parisdə təhsil almışdı. O, elmi rəhbərinə
Fransua Rableni yapon dilinə tərcümə etmək niyyətində olduğunu açıqlayanda fransız
alim gənc tələbəyə belə cavab vermişdi: ―L‘enterprise inouie de la traduction de
l‘intraduisible Rabelais‖ (Tərcüməsi qeyri-mümkün olan Rableni yapon dilinə çevirmək
misilsiz cürətdir). Başqa bir fransız alimi isə heyrət içində demişdi: ―Belle enterprise
Pantagruelique‖ (Qəribə Pantaqruel cəsarəti). Bütün bunlara baxmayaraq, Vatanabe
müharibə və Amerika işğalı dövründə, olduqca yoxsul bir mühitdə nəinki tərcümə
arzusunu həyata keçirdi, həm də Fransız humanistlərinin, Rablenin müasirləri və
ardıcıllarının həyat və düşüncə tərzinin Yaponiyada kök salması üçün əlindən gələni etdi.
Bütün həyatım və yaradıcılığım boyu mən onun şagirdi olmuşam. Vatanabe mənə iki
mənada böyük təsir edib. Onlardan biri mənim yazı metodumla bağlıdır. Mixail Baxtinin
nəyi qrotesk realizmin bədii sistemi adlandırdığını, maddi və fiziki başlanğıcların
əhəmiyyətini, kosmik, ictimai və fiziki ünsürlər arasındakı uyğunluğu, yenidən doğulmaq
arzusu ilə ölümün üst-üstə düşdüyünü, gülüşün iyerarxiya münasibətlərini alt-üst etdiyini
ilk dəfə ondan öyrənmişəm.
Baxtinin bədii sistemi Yaponiya kimi təcrid edilmiş, uzaq əyalət ölkəsinin ucqar əyalət
kəndində doğulub boya- başa çatan bəndənizin bəşəri ədəbiyyat axtarışlarına imkan
yaratdı. Belə bir keçmişə sahib olduğum üçün mən böyük iqtisadi gücə malik olan
Yaponiyanı yox, daimi yoxsulluq içində qıvrılan Asiya ölkəsini təmsil edirəm. Mən də
koreyalı Kim Ci-ha, Çin yazıçıları Çon İ və Mu Cen kimi qədim və ölməz metaforalardan
istifadə edir, beləliklə, özümü onların cərgəsinə qoşmuş oluram. Məncə, dünya
ədəbiyyatında qardaşlıq münasibətlərini formalaşdıran da belə oxşarlıqlardır. Vaxtilə
istedadlı Koreya şairlərindən birinin siyasi azadlığı uğrunda aclıq aksiyasında iştirak
etmişdim. Tienanmen meydanında baş verən hadisələrdən sonra hələ indiyəcən mən
istedadlı Çin yazıçılarının taleyindən nigaranam.
|