Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 3.88 Mb.
PDF просмотр
səhifə40/58
tarix29.11.2016
ölçüsü3.88 Mb.
1   ...   36   37   38   39   40   41   42   43   ...   58

 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

297 


İnsansızlaşdırma 

 

İnsansızlaşdırmaq üçün buraları tikdilər. İnsan ən çox insana möhtacdır. Necəsə bunu 



dərk edirlər. İnsan insanla yaşamaqdadır. Kaş bunu bilməyəydilər. Amma diktaturalar 

bir-birinə bulaşıqdır. Bir-birindən öyrənirlər. 

Diktaturanın məddahlarında insanlıq da qalmayıb. Bax elə burada Tuncay Özkan və 

Mustafa Balbayı (―Ergenekon‖ işi üzrə həbs olunan iki türk jurnalisti) düz 394 gün 

insansız qoydular. Və onlar insan olaraq qala bildilər. Onlara insanlıq medalı verməliyik. 

Hamımız üçün qaldılar. 

 

İnsanlığından çıxanlar 



 

Ehey, insanlıqdan çıxanlar, heç qəlb qalmayıbmış sizdə. İslamçılar ağırlaşdırılmış həbs 

cəzasını uydurublar, insana və insanlığa kindir bu. İndi orda elə insancıqlarımız var ki, 

diri-diri qəbirdədilər. Mən onları yada saldıqca ağlayıram, ağlamamaq üçün yada 

salmıram. 

Yaxşı, ―bəs ey‖ məddahlar, necə oldu ki, siz insanlığınızdan çıxdınız, - deyib ağlayıram. 

Doğuşdan deyə bilmədim. Biz solçuyuq, insandan ötrü ölürük. Elə isə qəzetlər və 

televizorlar insanların qəlblərini çıxarmaqdadırlar. Söküb almaqdadırlar. Bunlar 

qəlbsizdilər. Qəlbsizliyi təbliğ edirlər. 

 

Həbsxanada insan qalmaq 



 

Tuncay yazdı ki, iki paltaryuyan icad etdik, biri ―topuqmatik‖ və digəri ―qutumatik‖.  

Döşək ağını götürürsən, böyük bir ləyənə qoyursan, üstünə qaynar su, yuyucu toz, sonra 

topuqlayırsan. 

Afərin Çetin Paşa (Çetin Doğan – Türk Ordu generalı, ―Balyoz‖ adlı dövlət çevrilişi 

planında şübhəli bilinərək həbs olunub), daha sürətli, daha sürətli fırlanacaqsan. Amma 

işin bu hissəsi asandır, böyük döşəkağını sıxmaq və qurutmaq çətindir. 

Ancaq insan ən çox həbsxanada heyrətamiz ola bilir, heç bir çətinliyin qarşısında aciz 

qalmır. İcad arxasınca icad edirik. Heç kim dayanmır. İnsansızlığa qalib gəlmək üçün. 

Yeməklər də dadlı imiş, ―sizə də qismət olsun‖, can sıxıntısı qalmayıbmış, deməli artıq 

insansızlaşıblar. 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

298 


Kettle-də (elektrikli çaydan) də dadlı-dadlı yeməklər bişiririk. Çox gözəl olur, bundan 

sonrası Mehmetin işidir, Perinçeklə (Doğu Perinçek – Türk İşçi Partiyasının lideri, 

keçmiş millət vəkili, hal-hazırda həbsdədir) sarımsağı bölürük, bir az da üzərinə zeytun 

yağı tökürük, amma reseptini vermirəm. Fatih Hilimoğlu Hocam (Fatih Hilmioğlu – Tibb 

üzrə professor və İnönü Universitetinin keçmiş rektoru, ―Ergenekon‖ işi üzrə həbs 

olunub) pomidor, xiyar salatı düzəltməkdə ustadı. Budur artıq yemək hazırdır, nuş olsun 

deyirik. İnsansızlığa qalib gəlməyə çalışırıq. 

 

İnsanla heyvan 



 

Biz insanıq. Amma bu dünyada heyvan da var. Mən bir leyləyəm. Və o müqəddəs 

Göylərə şükürlər olsun ki, bu ―super‖ həbsxanada ―straight‖ (şax, əyilməz) qala bildim. 

Çətin dövrlər, bizim qarşımızda çətinliklə tab gətirir. Qalib gələcəyik, qalib gəlirik. 

 

Çeviri: Namiq Hüseynli 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

299 


Zbiqnev Bjezinski 

 

Yeni Dünya Düzəni uğrunda Şahmat Taxtası 

 

Zbiqnev Bjezinski 1928-ci ildə Polşada anadan olmuş, Amerikan politoloqu, sosioloqu, 



dövlət xadimidir. Bjezinski uzun illər ABŞ-ın xarici siyasət ideoloqlarından biri olub. 

1977-1981-ci illərarası o Cimmi Karterin administrasiyasında milli təhlükəsizlik üzrə 

prezident müşaviri vəzifəsində çalışıb. Klintonun hakimiyyəti dövründə isə o NATO-nun 

şərqə doğru genişləndirilməsi layihəsinin müəllifi olub. 

 Bjezinski ABŞ-ı dünya hegemoniyası hesab edir və bu rolun yaxın 10-25 il ərzində 

başqa ölkəyə verilməsini mümkün hesab etmir. O, SSR-i, ya da Rusiyanı İkinci Dünya 

müharibəsi illərində olduğu kimi Almaniya, Yaponiya ilə bərabər ABŞ-ın rəqibi hesab 

edir və onun zərərsizləşdirilməsini daim çıxışlarında xatırladır.  

 ―Əgər ruslar imperiyalarını yenidən bərpa etmək kimi bir axmaqlığa cəhd etsələr, 

özlərini elə münaqişələrə salacaqlar ki, Çeçenistan və Əfqanıstan onun yanında piknik 

istirahəti kimi gələcək‖. 

 ―Biz Sovet İttifaqını dağıtdıq, Rusiyanı da dağıdacağıq. Başqa şansımız yoxdur‖. 

 ―Rusiya ümumiyyətlə, artıq ölkədir‖. 

 ―Pravoslaviya Amerikanın əsas düşmənidir‖. 

 ―Məncə, Qərb Putindən qorxmamalıdır, hətta o heç bizə qarşı ən cəlbedici fiqur da deyil. 

O mahiyyətcə rusların milli özünüdərk ərəfəsində ortaya çıxmış tipik rus avtokratıdır. 

Qərb şəxsi maraqlarını dəqiq müəyyən etməli və onları müdafiə etməyi bacarmalıdır. Rus 

imperiyasının yenidən qurulması ilə bağlı istənilən cəhdin qarşısını Rusiya ilə ortaq 

maraqlarda əməkdaşlıq etməklə almalıdır‖. 

 ―Rusiya – məğlub edilmiş səltənətdir. O nəhənglərin savaşında uduzub. İndi isə deyir ki, 

―məğlub olan Rusiya deyil, Sovet İttifaqıydı‖ – deməli gerçəklikdən qaçır. Əslində isə bu 

Sovet İttifaqı adlanan Rusiya idi. O Rusiyaya meydan oxuyurdu. O məğlub olub. İndi 

Rusiyanın böyük səltənət olması illüziyasına aldanmaq olmaz. Belə düşüncədən qaçmaq 

lazımdır... Rusiya doğranacaq və ayrı-ayrı dövlətlərin vassallığı altına salınacaq. 

 ―Rusiya ya imperiya, ya da demokratik dövlət olmalıdır, ancaq o eyni zamanda hər 

ikisindən ola bilməz. Əgər Rusiya Avrasiya dövləti kimi qalsa, Avrasiya məqsədlərinə 

xidmət etməlidir, bu halda o imperiya kimi qalacaq, imperiya ənənələrinə sadiq Rusiyanı 

isə dünyadan təcrid etmək lazımdır. Biz bu vəziyyətə seyirci qalmayacağıq. Bütün 

Avropa dövlətləri və Birləşmiş Ştatlar Rusiyaya qarşı münasibətdə vahid cəbhə halında 

birləşməlidir‖. 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

300 


 ―Rusiya kimi böyük miqyaslı, on saat qurşağını tutan bir ölkə əslində uğurla inkişaf edə 

bilər. Lakin bunun üçün o mərkəzləşdirilməməli, illərlə eyni vəzifəni tutan, get-gedə daha 

çox parazitləşən elita tərəfində idarə olunmamalıdır‖. 

 ―Rusiyanı Avropa hissəsi, Sibir Respublikası və Uzaq şərq Respublikası kimi üç 

müstəqil konfederasiyaya bölsəydilər Avropa və Mərkəzi Asiyanın yeni yaranmış 

dövlətləri, həmçinin şərq dövlətləri ilə sıx iqtisadi münasibətlər qurub, bununla Rusiyanın 

inkişafını sürətləndirə bilərdilər‖. 

 ―Rusiyanın beynəlxalq arenada mühüm rola sahib olması üçün bircə geostrateji seçimi 

var‖ – bu Avropa Birliyi və NATO tərəfində genişəndirilən transatlantik Avropaya daxil 

olmaqdır. 

 ―Yeni Dünya Düzəni Rusiyaya qarşı, Rusiyanın xarabalıqları üzərində və Rusiyanın 

hesabına qurulacaq‖. 

 ―Rusiyanın neçə çemodan nüvə silahı olursa olsun, ancaq neçə ki rus elitasının 500 

milyard dollar pulu bizim banklarda yatır, onda bu elitanın kimə məxsus olduğunu 

müəyyən etmək lazımdır. Sizinmi, yoxsa artıq bizim?‖ 

 ―Sovet İttifaqından öncə də mövcud olan bütün imperiyalar son nəticədə daxildən 

dağılıb hissələrə ayrılıb. Onlar daha çox birbaşa xarici hərbi məğlubiyyətlərin deyil, 

daxildən dezinteqrasiya (qapalı cəmiyyət), sürətlənən iqtisadi və sosial problemlərin 

qurbanı olub‖. 

  

Çevirdi: Namiq Hüseynli 



 

 

 

 

 

 

 



 

 

 



 

 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

301 


―Həyat bizi çobanyastığı ləçəkləri kimi yolur‖ 

 

Tam adı Pol Bencamin Osterdir. 1947-ci ildə doğulub. Yaşayan ən görkəmli ABŞ 



yazarlarından biri hesab olunur. Romançı, ssenarist, esseçi, tərcüməçi və şair kimi tanınır. 

 1986-90-cı illərdə Prinston Universitetində yazarlıq sənəti barədə mühazirələr oxuyub. 

 Postmodernist və eksperimental üslubda yazdığı 16 romandan nisbətən məşhurları 

aşağıdakılardır: ―Nyu-York trilogiyası‖ (―Şüşə şəhər‖, ―Kabuslar‖, ―Qapalı otaq‖ (1985-

86)), ―Qeybə qarışanlar ölkəsi‖(1987), ―Ay məbədi‖ (1989), ―Şans musiqisi‖ (1990), 

―Leviafan‖ (1992), ―Mister Vertiqo‖ (1994), ―Timbuktu‖ (1999), ―Yanılmalar kitabı‖ 

(2002), ―Kəhanət gecəsi‖ (2003), ―Zülmətdəki kişi‖ (2008), ―Gözəgörünməz‖ (2009), 

―Sanset park‖ (2010). 

 İki şeir kitabının, iki esse toplusunun və avtobioqrafik məzmunlu üç kitabın müəllifidir. 

 Bir neçə dəfə ədəbiyyat üzrə Nobel ödülünə nominant göstərilən P.Oster Fransanın sənət 

və ədəbiyyat kavaleri tituluna (1993), Mediçi ödülünə (1993), Asturiya şahzadəsinin 

Ədəbiyyat üzrə mükafatına (2006) və s. layiq görülüb. 

 1993-2007-ci illərdə Hoollivudda çəkilən altı filmin ssenari müəllifi olub. Bəzi filmlərdə 

rejissorluq da edib. 

 Uzun müddət fransızcadan tərcümə ilə məşğul olub, J.Juber, J.Düpen, J.P.Sartr, 

M.Blanşo, S.Mallarme, A.de Buşe və X.Mironun əsərlərini amerikan ingiliscəsinə, ABŞ 

yazarlarının əsərlərini isə fransız dilinə çevirib. 

 1974-cü ildə evləndiyi ilk həyat yoldaşı yazar və çevirmən Lidiya Devis 2013-cü ildə 

Buker mükafatını qazanıb. 1981-ci ildə Siri Hastvedlə ailə qurub və hazırda Bruklin 

şəhərində yaşayır. 

  

 

Pol Osterin aforizmlərini təqdim edirik 



  

Səni bir kərə aldadan kəs yenə bu yolu tuta bilər. Çünki xəyanət – ruhi bir durum deyil, 

xasiyyətin özünü əməllərdə büruzə vermə şəklidir. 

  

Əgər hər hansı insanın xətrinə öz mənəvi dəyərlərindən imtina edirsənsə, onda o insana 



bir daha və diqqətlə bax. O, artıq sənin ya hər şeyindir, ya da heç nəyin. 

 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

302 


  

Kimi isə sevməsi insanın xətası sayılmaz. Ən böyük yanlış – sevilməyə layiq olmayan 

birisindən səni sevməsini ummaqdır. 

  

Adətən deyirlər ki: ―Hər kəsə ikinci imkan vermək lazımdır‖. Unutma ki, həqiqətən 



sevən birisi heç ilk imkanı da əldən verməz. 

  

Əminəm ki, büdrəyib, yıxılan insan bunu özünə dərd eləməz. Özünü onun əlindən 



tutarmış kimi göstərib, əslində onu yıxanlardır insanı həyatdan küsdürənlər. 

  

Özünün də nə vaxtsa tərk ediləcəyinə inanmayanlar adətən başqalarını atıb, gedirlər. 



Onlara heykəl qoymağa gərək yoxdur, çünki belələri onsuz da daşdandır. 

  

Hər gün bir xəyal uydursan da, heç birisi gerçəkliyə dönməz. Ancaq bir gün elə bir 



gerçəkliklə rastlaşarsan ki, onun yanında bütün xəyalların ağ yalana bənzəyər. 

  

Birisini hər nə qədər sevsən də, bunu əsla büruzə vermə. Çünki o halda həmin adam 



sevildiyi qədər də sənə iztirab verməyə can atacaqdır. 

  

Atıldığını bildiyin birisindən heç vaxt: ―Canım-gözüm, həyatın yolunda gedirmi?‖ deyə 



soruşma. Çünki artıq onun yeganə problemi – həyatının sadəcə axıb, getməsidir. 

  

Ürəyin istəyəndə sən keçmişi unuda bilərsən. Ancaq hər dəfə bunu seçərkən bir daha 



düşün, çünki gələcək sənə qarşı keçmişin qədər insaflı olmaya bilər. 

  

Birisi bizi sevir, sevmir deyə fal açarkən çobanyastığının ləçəklərini bir-bir qoparırıq. 



Əslində həyat da bizi bu cür yolur və hər dəfə: ―Dayanacaq? Ya dayanmayacaq?‖ deyə 

sual verir. 

  

Həyatı göz yaşlarınla mükafatlandırmaqdansa, gülüşünlə cəzalandır. 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

303 


  

Bunları unutma: 

Bir şeyi ciddi qəbul elə, ancaq ona aludə olma. 

Birisiylə məzələn, ancaq qəlbini qırma. 

Həyatda bir şeyə sahib ol, ancaq ona məxsus olma, yəni ağası ikən onun quluna çevrilmə. 

  

Bu dünya beş qəpiyə də dəyməz. Özünün dünyalar qədər dəyərli olduğunu düşünənlər 



sadəcə özlərini mazata mindirməyə can atarlar. 

  

Dilimizə çevirdi – Azad Yaşar 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

304 


Vaxt darlığında oxumaq üçün nə etməli? 

 

 



“Kitablar ən yaxşı sirr saxlamağı bacaran və ən etibarlı dostlardır, onlar ən müdrik 

məsləhətlər verəndirlər, onlar ən səbirli müəllimlərdir”.   

                                                                                                                                                                                                                           

Ç.U.Eliot 

  

Yəqin ki, aramızda hər kəs nə vaxtsa öz-özünə "daha çox kitab oxumalıyam" demisiniz. 



Yaxşı valideyn, dost, əməkdaş, müdir, yazıçı, müəllim olmaq üçün çox kitab oxumalı 

olduğumuzun fərqinə varırıq. İşdən evə yorğun qayıdırsınız, yemək yeyirsiniz, sonra bir 

az dincəlmək üçün TV-ni açırsınız, sonra Facebooka girirsiniz və yatmaq zamanı 

gəldiyini anlayanda oxumaq üçün vaxt qalmadığını dərk edirsiniz. Müasir insanın 

həyatında oxumaq üçün vaxt çatışmazlığı özünü göstərir. Ancaq narahat olmayın. Siz tək 

deyilsiniz. Amerikada aparılmış son sorğulardan bəlli olur ki, yetkin insanların yarısı il 

ərzində 5, yaxud daha az kitab oxuyublar. 

  

Daha çox kitab oxumaq üçün bir neçə məsləhəti təqdim edirik. 



  

- Həmişə özünüzlə kitab gəzdirin. Bu zaman hardasa başınızı qatmaq üçün telefonla 

oynamaq məcburiyyətində qalmayacaqsınız. Beləliklə, oxuduğunuz kitabların sayı 

artacaq. 

  

- Yatmazdan qabaq kitab oxumaq üçün vaxt ayırın. Yuxuya getməmişdən 10-15 dəqiqə 



qabaq kitab oxumaq həm də rahat yatmağınıza səbəb olacaq. 

  

- Yaxşı dincəlin. Sizə elə gələ bilər ki, bu məsləhətin bura dəxli yoxdur. Amma təsəvvür 



edin ki, metroda, avtobusda 5 dəqiqə yatmaq əvəzinə nəsə oxuya bilərsiniz. Ona görə 

evdə doyunca yatmaq lazımdır. 

  

- Kitab oxumaq üçün elektron cihazlardan istifadə edin. 



  

 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

305 


Qiyməti elə də baha deyil. Burda şriftin ölçüsünü özünüz seçə bilərsiniz, mətnin 

müəyyən hissəsini seçərək göndərə bilərsniz, işarələyə bilərsiniz. Elektron kitabları hətta 

avtobusda ayaq üstə gedərkən də oxumaq olar. Çünki bir əllə tutmaq mümkündür. 

  

- Paralel olaraq bir neçə kitab oxumayın. Eyni zamanda yalnız bir kitab oxumaqla siz 



onun ləzzətini daha çox çıxaracaqsınız, həmçinin diqqətinizi cəmləməkdə köməkçi olur. 

  

- Tualetdə oxuyun. Adam var ki, unitazın üstündə 5-10 dəqiqə vaxt keçirir. Bu vaxtı 



səmərəli istifadə edin. 

  

- Oxumaq istədiyiniz kitabların siyahısını yazın. Vaxtaşırı bu siyahıya baxmaqla almalı 



olduğunu kitabları da xatırlayacaqsınız. 

 

 



Günel ƏSGƏRZADƏ 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

306 


Alman yazıçı Erix Mariya Remarkın əsərlərindən sitatlar 

 

  



Qadın sevgidən ağıllanır, kişi başını itirir. 

  

Heç kim keçmişdə sevdiyin adamdan daha yad ola bilməz. 



  

İnsan həqiqətən sevəndə necə də əfəlləşir! Özünə əminlik necə də tez yoxa çıxır! Adam 

necə tənha olur; bütün tərifli təcrübə tüstü kimi havaya sovrulur və adam özünü inamsız 

hiss edir. 

  

İnsan ömrü bir sevgi yaşamaq üçün çox uzundur. Lap uzundur. Sevgi möhtəşəmdir. 



Ancaq iki tərəfdən hansınınsa ürəyi həmişə sıxılır. Digər tərəf isə heç nəsiz qalır. 

Süstləşir və nəyisə gözləyir...Dəli kimi gözləyir... 

  

Mənə elə gəlir ki, qadın heç vaxt kişiyə onu sevdiyini deməməlidir. Qoy onun parıldayan 



gözləri desin bunu. 

  

İndi ancaq inəklər xoşbəxtdir. 



  

Bir insan başqasına bir damcı istilikdən başqa nə verə bilər? Və bundan daha böyük nə 

ola bilər? Sən sadəcə heç kimi çox yaxına buraxma. Buraxsan həmişə yanında saxlamaq 

istəyəcəksən. Heç nəyi saxlamaqsa olmaz... 

  

Qadınlara ya gərək ibadət edəsən, ya da tərk edəsən. Qalan hər şey yalandır. 



  

Xoşbəxtlik haqda 5 dəqiqədən artıq danışmaq olmur. Çünki xoşbəxt olduğunu deməkdən 

başqa bir söz tapmırsan. Bədbəxtlikdənsə bütün gecəni danışmaq olar. 

  

Sevdiyi ilə görüşün xoşbəxtliyini ancaq bir dəfədən çox tərk edilmiş adam bilər. 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

307 


  

İstənilən sevgi ömürlük olmaq istəyir. Elə əbədi əzabı da bundan qaynaqlanır. 

  

Bir insandan tamamilə ayrıldıqdan sonra onunla bağlı hər şeylə həqiqətən maraqlanmağa 



başlayırsan. Bu da sevginin paradokslarından biridir. 

  

Ən gözəl şəhər odur ki, orada insan xoşbəxtdir. 



  

Təslim olmayana qədər insan taleyindən güclü olur. 

  

Primitiv insan özü haqda daha yüksək fikirlərə düşür. 



  

Sevgi izahatlara dözümsüzdür. Ona hərəkət lazımdır. 

  

Kiminsə öz ağlını nümayiş etdirməyini seyr etmək çox yorucudur. Xüsusən də o ağıl 



yoxdursa. 

  

Hamının eyni cür hissetmə qabiliyyətinin olmağını düşünmək yanlışdır. 



  

İnsan əslində vaxta nə qədər az diqqət yetirirsə və qorxu onu nə qədər az izləyirsə, bir o 

qədər xoşbəxtdir. Lap qorxu səni qarabaqara izləyir, yenə də gülmək olar. Əlimizdən 

başqa nə gəlir ki? 

  

Bir şeyi yadda saxla: qadının gözündə bir də heç vaxt onun üçün nəsə edəndə 



göründüyün kimi gülməli görünməyəcəksən. 

  

Başqasına məxsus olan qadın subaydan beş dəfə daha arzuolunandır – qəribə qaydadır. 



  

 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 

1   ...   36   37   38   39   40   41   42   43   ...   58


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə