“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
288
keçirdi. Almaniya ilə Fransanın xüsusi strateji tərəfdaşlığı bununla bir daha və uğurla
sübuta yetirildi.
Amma istənilən halda Almaniyanın müharəbədən əvvəlki nüfuzu bərpa edilə bilməz,
alman dili və kültürünün bütün Mərkəzi Avropa, Balkanlar və Skandinaviyadakı şəksiz
dominantası əbədilik çox-çox keçmişlərdə, müharibədən əvvəlki dövrdə qaldı. Führer
hipnozu almanlara çox baha başa gəldi.
Bizimsə faciəmizdən isə hələ ki, 20 ildən artıq bir zaman keçir...
Elmir Mirzəyev
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
289
Kafkanın son günləri: "Doktor, mənə ölüm verin..."
Ömrünün son həftəsində nitqini də itirən yazıçı qulluğunda durub qayğısını çəkən
adamlarla kağız-qələmlə danışmalı olur.
Ən ağır vəziyyətdə də yumor hissini itirməyən yazıçının həkimə yazdığı məşhur sözlər də
bəllidir: «Doktor, mənə ölüm verin, əks təqdirlə siz qatilsiniz».
Mahir N. Qarayev
KAFKANIN "VƏSİYYƏTİ", YOXSA MAKS BRODUN "ƏMANƏTƏ XƏYANƏTİ"?
…Gah insanlara can atırdı Kafka, gah da onlardan qorxub qaçırdı.
Naşirinə məktub yollayıb xahiş edirdi ki, hekayələr toplusunu nəşr etsin, tez də fikrindən
dönür, arzulayırdı ki, kaş naşir həmin yazıları geri göndərəydi və o da yazdıqlarını
hamıdan gizlədib, öz həmişəki bədbəxt həyatına tapınaydı.
Üç dəfə nişanlanmışdı, di gəl, həmişə də toy ərəfəsində fikrindən daşınmışdı; qorxurdu
ki, evlilik həyatı onu yaradıcılıq qayğılarından ayırar və ədəbiyyata vurğunluğu kiminsə
ömrünü, taleyini məhv eləyər.
Sağlığında öz əsərlərini çox qısqanclıqla çapa verən Kafka, bir qayda olaraq, naşirlərin
dəvətindən həmişə uzaq qaçmışdır; təsadüfi deyil ki, vəfatına qədər dərc olunmuş yazıları
Kafkanın ədəbi irsinin kiçik bir hissəsini təşkil edir: bir neçə məcmuə, bir neçə hekayə.
Bu təvazökarlıq azmış kimi, ölümqabağı hələ üstəlik Maks Broda vəsiyyət də yazıb
qoymuşdu ki, bəs dostu onun çap olunmamış bütün əlyazmalarını yandırsın!
...Bütün ömrünü bayğınlıq içində keçirən, yuxu ilə real həyat arasında daimi əzablar
çəkən Kafka həmişə dəhşətli yuxular görərdi. Amma yəqin ki, hər hansı oxucunun
haçansa nəinki onun roman və hekayələrini, hətta məktublarını, gündəlik qeydlərini də
oxuya biləcəyinin «dəhşətləri» heç vaxt yuxusuna girməmişdi.
Əbəs deyildi ki, dostuna yazdığı son məktubunda əsərlərinin yandırılmasını o dönə-dönə
xatırladır, az qala bunu yalvara-yalvara ondan xahiş edirdi.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
290
Bu gün Maks Brodun «əmanətə xəyanətinin» nə dərəcədə düzgün hərəkət olub-
olmadığını müzakirəyə qoymaq mahiyyətcə əbəs işdir: sadiq dost ömründə ilk dəfə onun
dediklərinin əksinə gedərək, Kafka qələmindən çıxan irili-xırdalı bütün əsərləri çapa
verib – özü də nəinki roman və novellaları, hətta Kafkanın məktub və gündəliklərini də.
Və inanmaq çətindir ki, həmin əsərlərin hər hansı biriylə tanış olan və tanış olub da Maks
Brodu qınamaq fikrinə düşən bir allah bəndəsi tapılsın…
Frans Kafka
VƏSİYYƏT
Əzizim Maks, yəqin ki, bu dəfə mən daha yataqdan qalxa bilməyəcəm; bir ay ərzində
məruz qaldığım ciyər isitməsindən sonra ağ ciyərin iltihabı tamamilə mümkündür və
müəyyən təsir gücünə malik olsa da, hətta bu barədə yazmağımın özü də sətəlcəmin
qabağını almaqda acizdir.
Yaranmış vəziyyətdə mənim indiyəcən yazdıqlarıma dair vəsiyyətim belədir:
Yazdıqlarımdan yalnız bunlar etibarlıdır: «Hökm», «Ocaqçı», «Çevrilmə», «İslah
koloniyasında», «Kənd həkimi» və «Qolodar» novellası («Müşahidə»nin mövcud olan
bir neçə nüsxəsi qoy qalsın, onları məhv etmək üçün heç kəsə artıq əziyyət vermək
istəmirəm, ancaq bu nüsxələrdən heç biri yenidən çap olunmamalıdır).
Yalnız o beş kitabı və novellanı etibarlı sayıram dedikdə, bununla mən heç də onların
təkrar çapını və gələcək üçün saxlanmasını arzu etdiyimi nəzərdə tutmuram, əksinə, əgər
onlar tam şəkildə sıradan çıxsaydılar, bu əsl mən istəyən olardı. Amma bir halda ki
mövcuddurlar, sadəcə mən onları saxlamaq arzusunda olanlara əngəl törətmək istəmirəm.
Maks Brod
Qalan bütün yazdıqlarım (qəzetlərdə çap edilənlər, əlyazmaları yaxud məktublar) tam
istisnasız olaraq yandırılmalıdır; onların hamısı xahişlə, minnətlə – nəyin bahasına
olursa-olsun, göndərilən ünvanlardan geri alınmalı (ünvanların əksəriyyətini özün
bilirsən, söhbət əsas ... (görünür, Felitsa Bauer nəzərdə tutulur – tərc.) haqqında gedir,
ələlxüsus da ... (ehtimal ki, ―Gündəliklər‖in göndərildiyi Milena Yesenskaya nəzərdə
tutulur – tərc.) olan bir neçə dəftəri unutma) və istisnasız olaraq hamısı yandırılmalıdır;
yaxşı olardı oxunmadan (onlara baxmağı sənə yasaq etmirəm, amma baxmamağın mənə
daha xoş olardı; hər halda başqası onları görməməlidir), – tam istisnasız olaraq hamısı
yandırılsın və xahiş edirəm, bunu mümkün qədər tez edəsən.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
291
Frans
Yazıçının son günlərinə və «VƏSİYYƏT» kimi təqdim olunan qeydlərinə dair
«Doktor, mənə ölüm verin, əks təqdirlə siz qatilsiniz…»
Frans Kafka
Ömrünün son aylarını Berlində keçirən F.Kafkanı Maks Brod çox ağır halda tapır; həkim
Kafkanın təcili evə çatdırılmasını bildirəndən sonra o, 1924-cü il martın 17-də dostunu
Praqaya gətirir.
Beləliklə, Kafka son dəfə öz ailə mühitinə qayıdır.
Amma onu bu vəziyyətdə evdə saxlamaq mümkün olmur və xəstəni Vyana
yaxınlığındakı müalicə sanatoriyasına göndərirlər.
Şəraiti son dərəcə bərbad olan sanatoriyada az sonra xəstəyə baxmaqdan imtina edilir və
yazıçını üstüaçıq maşında prof. Haekin Vyanadakı universitet klinikasına gətirirlər;
aprelin ortalarında isə Kafka doktor Hofmanın sanatoriyasına yerləşdirilir.
Ömrünün son həftəsində nitqini də itirən yazıçı qulluğunda durub qayğısını çəkən
adamlarla kağız-qələmlə danışmalı olur.
Ən ağır vəziyyətdə də yumor hissini itirməyən yazıçının həkimə yazdığı məşhur sözlər də
bəllidir: «Doktor, mənə ölüm verin, əks təqdirlə siz qatilsiniz».
Maks Brod son dəfə ona 1924-cü il mayın 12-də baş çəkir; iyunun 3-də gözlərini əbədi
yumarkən isə yanında sadiq dostları Dora Diamant və Robert Klopştok olur; cənazəsi
Praqaya gətirilir və Kafka burdakı yəhudi qəbristanlığında dəfn edilir.
...Böyük sənətkarın vəfatı ədəbi aləmdə sükutla qarşılanır və səssiz ötüb keçir;
M.Yesenskayanın qəzetlərin birində dərc edilən nekroloqu yazıçının vəfat etdiyi 1924-cü
ildə bu barədə yazılan yeganə mətn – yeganə faktdır (çex jurnalisti Milena Yesenskaya
ilə Kafka 1920-ci ilin əvvəlində, onun çevirməsində «Ocaqçı»nın Praqada, «Klen»
jurnalında nəşrindən sonra tanış olmuşdu. 1952-ci ildə alman jurnalisti Villi Haas
Kafkanın Milenaya yazdığı məktubları nəşr etmişdir. Kitaba yazdığı son sözdə V.Haas
bildirir ki, bu məktubları ona 1939-cu ildə, alman qoşunları Praqaya daxil olduqdan az
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
292
sonra Milena şəxsən özü bağışlamışdır. Elə həmin il həbs edilən Milena 1941-ci ildə
faşist düşərgəsində həlak olmuşdur – tərc.)
Həmin nekroloq Kafka haqqında indiyəcən yazılmış rəylərin ən səmimisi və ən üstünü
hesab edilir. Yalnız bir il sonra – 1925-ci ildə M.Brod «Məhkəmə» romanını nəşr
etdirməklə Kafkanın adını gələcək nəsillərə ötürmüş oldu. Amma bu işi görməklə
M.Brod yazıçının ona ünvanladığı və heç bir tarix qoymadığı iki qeyddə (tədqiqatçılar bu
qeydlərdən birincisinin 1920-ci ilə, digərinin isə 1922-23-cü illərə aidliyini iddia edirlər;
M.Brod hər iki qeydi «Məhkəmə» romanına yazdığı son sözdə dərc etdirib) dönə-dönə
vurğulanan «inadkar» xahişləri yerinə yetirməmiş, necə deyərlər, Kafkanın əsas tələbini
pozaraq əmanətə xəyanət etmişdir...
Kafkanın bu iki məlum qeydini indi bir qədər gurultulu tərzdə «vəsiyyət» adlandırsalar
da, əslində o heç bir rəsmi vəsiyyət qoyub getməyib. Belə ki, əvvəlcə yazıçının yazı
masasının üstündəki kağızlar arasında mürəkkəblə yazılan və Maks Broda ünvanlanan
belə bir qeyd tapılmışdır:
«Əzizim Maks, son xahişimi dinlə: mənim mirasım içində (yəni kitab yeşiyində,
dəyişək dolabında, yazı masasında, evdə, dəftərxanada, yaxud harasa düşən və sənin
gözünə sataşan hər hansı yerdə) gündəliklərdən, əlyazmamdan, özümün və özgənin
məktublarından, rəsmlərimdən və ilaxır, – hər nə tapılsa, hamısı oxunmadan məhv
edilməlidir. Yazdıqlarımdan, çəkdiklərimdən səndə nə varsa, hamısını yandırarsan,
başqalarında olanları da yandırmağı mənim adımdan xahiş edərsən. Məktubları sənə
qaytarmaq istəməyənlər, qoy onda zəhmət çəkib özləri onları yandırsınlar».
Daha sonra karandaşla yazılan digər qeyd – mətnini yuxarıda dərc etdiyimiz
«VƏSİYYƏT» tapılıb ortaya çıxmışdır.
Hər iki qeydlə əlaqədar ədəbi mühitdə səngimək bilməyən mübahisələr, çəkişmələr günü
bu günəcən davam etsə də, ortaya çıxan və yeni müzakirə predmetinə çevrilən təzə
versiyalar, müxtəlif ehtimal və gümanlar bir-birindən nə qədər fərqlənsə də, Kafkanın
yeganə arzusu, istəyi, tələbi dəyişməz olaraq qalır: o hər iki qeyddə bütün əlyazmalarının
yandırılmasını, məhv edilməsini israr edir!
Hər iki qeyddə, hər iki mətndə aşkar ifadə olunmuş həqiqət – Kafka həqiqəti! – məhz
bundan ibarətdir. Bu arzu, bu istək, bu tələb yerinə yetirilməsə də, əvəzində müasir sivil
bəşəriyyət Kafka irsinə yiyələnməkdə bu gün yəqin ki, məhz «xəyanətkara» – Maks
Broda minnətdar olmalıdır.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
293
Yalçın Küçük
Diktatorluğun məddahlarına
Türk yazar-jurnalisti həbsdə necə alçaldılmasından yazır...
―Vəkillə hər görüşdə dörd dəfə barmaqlayırlar, bir də kazarmadan çıxanda...
Türkiyə həbs olunan yazarların və jurnalistlərin sayına görə dünyada liderdir. Hələ pulla
ələ alınan, şantaj və digər üsullarla susdurulanları saymıram.
Demək olar ki, bu ölkədə ilə bir-iki junalist öldürülür, ayda 3-4 jurnalist tutulur, hər il
yazdıqlarına görə minlərlərə adama qarşı cinayət işi qaldırılır.
Yalçın Küçük həbs olunan türk yazarlarından sadəcə biridir. O Türkiyədə 1960-cı il
dövlət çevrilişinin fəal iştirakçısı və 1980-ci il çevrilişinə qarşı kampaniyanın
təçkilatçısıdır.
Onun həyatı boyu neçə dəfə həbs olunması və hansı cinayət işlərindən bəraətlə çıxması
sadalamaqla bitməz.
Demək olar ki, həyatının xeyli hissəsini həbsxanalarda və sürgünlərdə yaşayıb. Lakin bu
çəkişmələrin arasında onun elmlə məşğul olmağa vaxtı da olub. O bir çox dil öyrənib
(həmçinin kürd dilinin ləhcələri üzrə mütəxəssisdir).
Onomastika (adların mənbəyini öyrənən dilçilik sahəsi), ivritologiya, yəhudişünaslıq üzrə
fundamental araşdırma kitabları var. Ümumiyyətlə o solçudur, əksəriyyəti sosializmə və
Türkiyənin müasir dövrünə aid olan yüzə yaxın kitabı çıxıb.
Yalçın Küçük, Türkiyədə yeni dövrün ən mahir konspiroloqlarından biridir. Kimsə əgər
bircə dəfə də olsun onun çıxışlarına qulaq assa, anlayar ki, bu adam hər şeyə bələd olan
natiqliklə bərabər həm də tam qorxusuz, qarşısıalınmaz bir cəsarət sahibidir. Elə buna
görə də, o artıq iki ildir ki, ―Ergenekon‖ və ―Odatv‖ cinayət işləri ilə bağlı həbsdədir.
O bir müddət əvvəl həbsxanadakı şərait və bu şəraitlə boğuşan müxalif yazarların,
hakimiyyətyönümlü mətbuat tərəfindən aşağılanmasına qarşı üsyan etdi. Düşündüm ki,
Yalçın Küçüyün həbsxanadan yazıb göndərdiyi insanın içini parçalayan yazısı, bənzər
problemləri yaşayan Azərbaycan ictimaiyyəti üçün də maraqlı olacaq.
Namiq Hüseynli
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
294
Yalçın Küçük
SİLİVRİ HƏBSXANASI VƏ DİKTATORLARIN MƏDDAHLARI
Mən bir leyləyəm və ―super‖ həbsxanadayam. Hər diktatorluğun məddahları var.
Bilməzlər.
Mən bir leyləyəm, mavili, göylü paltar geyinmiş birisini görən kimi, dərhal qollarımı
yanlara açıram, uzaqdan baxanlar uçduğumu görürlər. Amma çox uça bilmirəm, çünki
―super‖ bir həbsxanadayam. Malatyadayam, yanımda ən az iki göy paltarlı var.
Diktatorluğun məddahları gəliblər, rahat-rahat uçuruqmuş onu yazıblar.
Mən leyləyəm, onlar özlərini jurnalist sanırlarmış, elə bilirlər dəlixanadadırlar. Ağıllarını
itiriblər, ürəklərini yeyiblər, ürəksizdilər. Beyin salatı düzəldiblər, beyinsizdilər. (ardı
aşağıda)
Barmaqlama həbsxanası
İki nömrəlidə narkotika üstündə tutulanlar var. Üstlərində narkotika gizlədərlər deyə,
üstlərini axtarırlar. Haraya gizlədirlər, yəqin saxlancları var, qaranlıq bir dəlik, bax göy
paltarlılar oralara baxırlar. Mən leylək ikən göy paltarlılar otağıma dolurlar.
Mən bir leyləyəm və ―super‖ həbsxanadayam. Göy paltarlılarmı barmaqlayırlar, insan
dəliklərində narkotikamı axtarırlar? Uçurdurlar. ―Super‖ həbsxanamda, yaxşı
barmaqlayırlar. Barmaqlamaları superdir. Vəkilmi, nə mənası var. Bəhanədir, əsas
barmaqlamaqdır.
Vəkillə hər görüşdə dörd dəfə barmaqlayırlar, bir də kazarmadan çıxanda. O vaxtlar
―malta‖ deyirdik kazarmalara, görən kimi əllərimizi qaldırırdıq. Narkotika axtarırlar,
axtaracaqları yeri bilirlər, barmaqlayıb qarışdırırlar. Görüş otağının önündəcə,
barmaqlayıb, qarışdırırlar. Sağollaşıb çıxdımmı, yenə də leyləyəm, dərhal qollarımı
qanad kimi yanlara açıram, uçuram, göy paltarlılar barmaqlayırlar, işlərini görürlər. Bir
növ orgiya deyə bilərik buna.
Divarın içində yeriyən adamın rəsmi. Geri qayıdandaysa, Nedim Şener (türk jurnalisti və
yazıçısı, 2011-ci ildə həbs edilib) ―malta‖dadırsa nə gözəl qışqırır, ―Yalçın Küçük gəlir,
qaçın ha, cinayət gəlir‖, bunu eşidəndə leylək olsam da utanıram.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
295
Qışqırmasa, divarın içində yeriyirəm, divarın içində yeriyən ilk insan bax bu ―super‖
həbsxanada ortaya çıxdı. Baxmaq çox maraqlıdır, lütfən mənə ―sən divarın içində yeriyən
adamın rəsmini çəkə bilərsənmi Abidin?‖ deməyin, çəkərəm, çünki rəsmini beynimə
həkk etmişəm. Əldən verərərmmi, mən bir leyləyəm.
Barmaqlama ya da yunan-Roma
Bir dəfə də qayıdanda kazarmamın qapısında barmaqlayırlar. Bu da oldu dörd. Deyirəm
axı, mən ―super‖ həbsxanadayam. Bu gedişlə olacağam. Dözə bilmirəm. Təhlükədəyəm,
çarə axtarırıram.
Fürsət tapıb, Çağlayanda (Çağlayan - İstanbulda Yalçın Küçüyün məhkəməsi aparılan
yerin adı) qışqırdım, ―bəsdirin daha‖, təbii ki, ―qəzetlər‖ dərhal yazdı və verdilər. Demək
istəyirəm, televizorda verdilər. Yanlış anlaşılmaqdan qorxuram. Naməhrəm yerlərimdə
narkotika axtarırlar və artıq məndə kompleks yaranıb.
Gənc məmurlardan birinin anası bunu eşidib, ―Oğlum, elə etməyin, ayıbdır‖ – deyib,
―orasını-burasını qurdalamayın‖, bunun ardınca məndən əl çəkdilər. Yenə də uçuram,
amma artıq yunan-Roma güləşçiləri kimi, onlar dərinlərə əl atmırlar.
Dost və düşmən vərdişlər
İnsanın böyük bir dostu varsa, ―vərdiş‖ və insanın böyük bir düşməni varsa, ―vərdiş‖.
Nifrət edirəm ona.
Mənə həmişə elə deyiblər, ―gör nə gözəl yatır həbsdə‖, bu sözdən utanıram. Kürd İdris
bir səhər çox gec oyandırdı məni, yerin altında qazılmış bir kazarmadaydıq. Yuxudan
oyananda: ―Ay Allah, gör hocam nə gözəl yatır‖, - deyərək şərəfləndirdi məni. Bilmirdik
ki, həbsdə gözəl yata bilmək, insanlıqdan çıxmaqdır. Həbsdə həmişə pişik olmadığıma
yanıram. Həbsdə insan qalmaq, divarı cırmaqlamaq və divarları dırnaqlarla parça-parça
etmək deməkdir. Çox təəssüf, çox təssüf edə bilmirəm. ―Super‖ həbsxanada pişik ola
bilmirəm. Bir leyləyəm mən.
İradə sındıran: Nəzarətçi
Ustamız Dostoyevski, həbsxana nəzarətçisi peşəsini, iradə sındırmaq kimi təqdim edib,
çox-çox düz deyib. İstəməyi qadağan edirlər, ən qısa zamanda artıq biləklərimiz qapını
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
296
açmağı və örtməyi unudur. Biz qapı açmırıq, qapı nə olduğunu bilmirik və açıb-
bağlamamağa öyrəşirik. Qapının o üzündəkilərin hamısını unuduruq.
Bir dəfə çıxmışdım, Ankaraya qayıtmazdan əvvəl idi, Arif Demirtaşla Fəhlə Erol bir
gecəliyinə İstanbulda qalmağımızı münasib gördülər. Bebek mehmanxanasında yer
ayırmışdılar, ordaydıq. Otağımıza çıxmalıyıq, kiçik mehmanxananın kiçik lifti gəldi,
dayandı, biz də dayanmışıq. Təbii ki, köhnə fransız centlmenlərindənik, bizə görə qapını
kişi açır, mən kişiyəm, amma qapı açmağı unutmuşam, qapıya baxıb gözləyirik. Sonra
Temren (Yalçın Küçüyün həyat yoldaşıdır) sağ olsun, çox vaxt olduğu kimi, evin bu kişi
işini də çiyninə aldı, çıxdıq. Çıxmaq, qapını öyrənməkdir.
Qəhrəman tətili
İnsansızlaşdırmadır. Bir dəfə də hamıya eyni tip paltar geydirmək istədilər. Zolaqlı-
zolaqlı. Heyvanlaşdıracaqlar. Son zamanların ən böyük həbsxana üsyanı bax budur, insan
qalma üsyanıdır.
Böyük aclıq tətili başladı, mən aclıq tətillərini sevmirəm, ancaq tətildən boyun qaçırmaq
da heç ağlımdan keçmədi. Xeyli məşhur, Apo, Hasan, Heydər və Fatihi bax o böyük
tətildə itirdik. Əvvəlcə Fatihin göz bəbəkləri düşdü, aclıq tətillərində, bir müddət sonra
insan özü özünü yeyir. İnsan yüngül olana qaçır, əvvəlcə yumşaq yerlərini yeyib qurtarır.
Onlar sevdiyim, dörd gənc dostlarım idilər, birlikdə aclıq elan elədim, insanlığımız üçün
getdilər. Qəhramandılar.
Əvvəlcə sümük bağlarındakı qığırdaqları, göz bəbəklərinin yerdə qalanını və qara
ciyərləri yedilər. Yumşaqdır. İnsandılar, dəmir iradəli, - deyirdim. Sonra bunları elədilər.
Hikmət Sami Türk və Əli Suat Ərtosun (Hikmət Sami Türk – B. Ecevit hökümətində
Türkiyə Ədliyyə Naziri, Əli Suat Ertosun – Türkiyədə Apellyasiya məhkəməsinin
hakimi) baş roldadırlar, ən böyük üsyandır. İnsanlıq üçün içindəyəm. Birincisində öldüm,
süqut etdim, ikincisində gözyaşardıcı qazla hücum etdilər, dəsmal ağzımızda idi,
boğulmarıq.
Ancaq Bayrampaşada (İstanbulda yer adı, böyük həbsxanalardan biri də orda yerləşir) və
bir çox yerdə həbsxanaları yandırdılar. Yananlar bax buraya hücum olmasın deyə öldülər.
Nə olur olsun yenə də yaşadım, ölmədim. Yavaş-yavaş ölümsüz insana çevrilirəm.
|