Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə35/58
tarix29.11.2016
ölçüsü3,88 Mb.
#461
1   ...   31   32   33   34   35   36   37   38   ...   58

 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

256 


Corc Oruel: Böyük qardaş sizi izləyir 

 

Azərbaycanda yəqin ki, ―1984‖ romanından xəbərdar olmayan çox az adam var. Bu 



indiki dövrdə olduqca aktualdır və insanlıq var olduqca aktual qalacaq. Əsər çox sadədir, 

şüşədən düzəlmiş evlər, 24 saat kamera nəzarəti, şəxsi həyatın hər sahəsinə girmək haqqı 

olan polis və təhlükəsizlik ordusu, gecə-gündüz bezib-usanmadan təbliğat aparan böyük 

ekranlar, yalançı və saxtakar mətbuat, yalançı ideologiyalar, saxtalaşdırılmış tarix, 

idarəedicilərlə idarə olunanlar arasındakı dərin uçurum, bir ovuc dövlət məmurundan 

başqa hər kəsin yadından çıxmış və taleyin hökmünə buraxılmış qara camaatdan bəhs 

edən bir əhvalatdır.  

  Yazıçı Corc Oruelin 46 yaşının tamam olmasına bir az qalmış, 1949-cu ilin 8 iyununda, 

London kitab mağazasına onun ―1984‖ romanı daxil oldu. Bu kitab qısa müddətdə 

milyonların düşüncəsini alt-üst etdi.  

 ―1984‖ romanının ilk 25500 nüsxəsi çap olunduqdan dərhal sonra, qısa müddət ərzində 

satılıb qurtardı. İlin axırında romanın Britaniya və Amerikada çap olunan nüsxələrinin 

ümumi sayı yarım milyonu ötdü. Sözün əsl mənasında bir günün içində şöhrət qazanan 

bu məşhur kimdir? 

 Müasirləri onu belə təsvir edirlər: ―Arıq və uca boylu, sıx, dalğalı saçları olan, iri 

addımlarla yeriyən gənc. Daim sakit və məsum gülüşü ilə qarşısındakının ona maraqlı 

olduğunu göstərməyə çalışardı. Heç vaxt özünü yuxarıdan aparmaz, heç kimə ağıl 

öyrətməz, zorla öz fikrini qəbul etdirməyə çalışmazdı‖. Bu müdrik və bilikli adamı şəxsi 

həyatda görmüş adi insanlar onun haqqında məhz belə düşünürlər. Onun bütün həyatı və 

yaradıcılığı ―1984‖ romanının ərsəyə gəlməsinə həsr olunmuş dəyərli təcrübədən 

ibarətdir. Əslində o bu romanı yazmağa həqiqətən çox vaxt sərf etmişdi (düzdür Oruel 

buna paralel olaraq bir neçə başqa əsər də yazmışdı amma onların içində ən məşhuru 

bestsellərə çevirilmiş ―Heyvan ferması‖ dır). Roman çap olunana qədər Oruel onun adını 

iki dəfə dəyişmişdi (―Avropada sonuncu insan‖, ―Ölülər və dirilər‖) və beş il ərzində 

ancaq onun üzərində düzəlişlər etməklə məşğul olmuşdu. Yeri gəlmişkən kitabın adı heç 

çapa veriləndə də hazır olmayıb, bu zaman naşiri Oruelə məsləhət görüb ki, kitabın 

yazıldığı ilin son iki rəqəmini dəyişdirib ona ad versin. Beləcə də olur, axı kitab 

gələcəyin cəmiyyətindən bəhs edirdi. 

 Corc Oruel, daha doğru, Erik Artur Bleyer (1903-1950) (Oruel onun yazıçı 

təxəllüsüdür), bütün ömrünü ideologiyasız, təbliğatsız, rəhbərsiz cəmiyyətin qurulması ilə 

bağlı öz daxilində ziddiyyətli fikirlərilə çarpışaraq keçirmişdi və axırda insan azadlığının 

mümkünsüz bir şey olduğu nəticəsinə gəlmişdi. O Hindistanda doğulub, uşaqlığında və 

gəncliyində ingilis imperializminin ədalətsiz üzünü görüb, polis işçisi, jurnalist, müəllim 

işləyib. Demək olar, bütün ömrünü ehtiyac içində, eyni zamanda iki-üç yerdə işləyərək 

keçirib, yalnız ölümündən bir neçə il əvvəl şöhrətin və pulun nə olduğunu bilib. 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

257 


 Hakimiyyət uğrunda mübarizə və arzu olunan məqsədə nail olduqdan sonra, əvvəl sadə 

insanların arasında yaşayan, onların dərdinə çarə tapmağa çalışan şəxsin sonradan əsl 

iblisə çevrilib, mütləq ağalığa can atması kimi daimi təkrarlanan hal onun yaradıcılığının 

əsas araşdırma mövzusudur. Despotizmin və onun kəskin forması totalitarizmin təbiətinin 

izahı onun kitablarının başlıca mövzusu idi. Budur ―1984‖ də ―Böyük inkivizator‖ 

O`Brayn hakimiyyətin təbiəti və fəlsəfəsindən danışır: ―Alman nasistləri və rus 

kommunistləri bizim metodlara çox yaxın idilər, amma onların şəxsi motivləri üzərində 

işləməyə cəsarətləri çatmadı. Onlar özləribi yalandan elə aparırdılar, hətta buna 

inanırdılar ki, hakimiyyətə məcburiyyətdən gəliblər, məhdud müddətdə qalacaqlar, 

qarşıda isə onları ... hər kəsin azad və bərabər yaşadığı bir cənnət gözləyir. Biz belə 

sadəlöv deyilik. Biz hakimiyyətin sonradan ondan imtina etmək üçün olmadığını bilirik. 

Hakimiyyət vasitə deyil, o məqsəddir‖.  

 ―1984‖ romanını yazanda Oruel konkret müasir gerçəkliyi deyil, stalin rejimini 

xatırladan avtoritar dövlət modelini təsvir edirdi. Romanın süjet xəttinin əsasında 

şəxsiyyətlə dövlət arasında toqquşma və burdan doğan nifrət dayanıb. Dövlət şəxsiyyəti 

ruhən məhv edir. 

 1948 –cil ildə ―1984‖ romanını çapa göndərərkən Oruel naşir Fred Uolburqa yazırdı ki, 

roman haqqında ideya onun ağlına ilk dəfə 1943-cü ildə gəlib. Sonralar Oruelin qeyd 

dəftərçəsində 1944-cü ilə aid bir qeyddə ―Avropada sonuncu insan‖ adı altında romanın 

planı tapılır. Burda müəllif əvvəlcədən cəmiyyəti idarəetmə işində bir sıra yenilikləri 

qeyd edir, bura yalançı təbliğat, hər şeyə göz qoyma, düşüncədə ikili standart, 

ideologiyalarla seksual həyatın idarə edilməsi, iki dəqiqəlik nifrət fasiləsi və s daxil idi. 

Bundan əlavə o maraqlı partiya şüarları da tapmışdı: ―Müharibə - sülhdür‖, ―Güc – 

biliksizlikdədir‖ və s. Oruel özü romanı haqqında deyirdi: ―Bu roman gələcək 

haqqındadır, bir növ fantaziyadır, amma realsit roman formasında yazılıb. Məncə bütün 

çətinlik burdadır, çünki kitab mümkün olduqca asan oxunacaq halda yazılmalıdır.  

 Mənim romanım sosializmə ya da Britaniya leyborist partiyasına (mən özüm ona səs 

vermişəm) qarşı yönəlməyib, arxaik formada mərkəzləşdirilmiş iqtisadiyyatı olan artıq 

qismən də olsa gerçəkləşdirilmiş kommunizm və faşizm kimi avtoritar rejimlərə qarşı 

yönəlib. Mən bu cürə bir cəmiyyətin nə vaxtsa ortaya çıxmasına tam inanmıram, amma 

qismən də olsa buna bənzər bir cəmiyyət layihəsi ağlabatandır. Həmçinin əminəm ki, 

intellektualların şüurunda totalitar ideya daim mövcuddur və ələ keçən ilk fürsətdə bu 

ideyanı inkişaf etdirməyə çalışırlar, mənsə romanımda həmin ideyanı sona qədər inkişaf 

etdirərək, cəmiyyətin hansı formaya düşəcəyini göstərmək istəmişəm. Kitabdakı 

hadisələr İngiltərədə baş verir, bununla da ingilisdilli xalqların rəhbərliyinin də 

totalitarizmə meyllilikdə başqa xalqlardan geri qalmadığını və onunla mübarizə 

aparılmasa, hər yerdə qalib gələ biləcəyi mesajını vermək istəmişəm‖. 

 Oruel totalitarizmin əsas cəlladları kimi intellektualları təqdim edir və bunun üçün 

xüsusi məntiq və hətta mənəvi zəmin düşünür. Onun fikrinə görə totalitar ideya həmişə 

intellektualların düşüncəsində yaşayır. İntellektuallar dünyanı fanatizm, qayda-qanunlara 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

258 


çılğıncasına bağlılıq, lovğalıq və sadə insanların əzabı üzərində qurulan həzz kimi 

görmək istəyirlər. Bunun üçün də totalitar ideya intellektuallar üçün daha uyğundur. Əgər 

intellektuallar hansısa ideologiyaya xidmət edirlərsə, ―onlar adətən diktatura metodlarına, 

gizli polisə, sistematik saxtalaşdırmaya yönümlü olurlar‖. Oruel intellektualların gələcək 

diktaturasının təşəkkül ehtimalını Bellok, Vuat və xüsusilə də Bernhem kimi filosofların 

əsərlərindən istifadə edərək əsaslandırır.  

 ―1984‖ romanında bu fikri sübut etmək üçün bir neçə misal gətirirlir: partiyanın 

intellektuallardan ibarət daxili və sadə insanlardan ibarət xarici sesksiyaları; sağlam 

düşüncənin göstəricisi kimi ―2х2=4‖ devizi. O həqiqi ziyalılığı, soyuq, öz xeyirini güdən, 

kinli intellektualizmdən fərqləndirirdi. ―İntellektuallıq rütbəsinə ciddi yanaşdığım üçün, 

ingilis ədəbi aləmindəki rişxəndçiliyə, rəzilliyə, tutuquşuluğa və yaxşı pul qarşılığında 

başqalarının danışan dilinə çevrilənlərə nifrət edirəm‖. 

Tədqiqatçıların çoxunun yazdığına görə ―1984‖ romanının baş qəhrəmanlarından biri 

Qoldşteyn, L.D.Trotskinin prototipidir. ―Bu ibtidai dövrləri xatırladan proseslərdə 

Trotski, xalqın yaxşılığını istəməyən xain, İblis rolunu oynayır‖. Hər bir totalitar ideyanın 

ayaqda qalması üçün bir İblisin mövcud olması ideyasını Oruel ―1984‖ romanını 

yazamazdan az öncə gündəliklərində yazır. Belə ki, Trotskinin ölümündən üç gün sonra o 

gündəliyində yazmışdı: ―İndi Rusiya Trotskisiz neynəyəcək?.. Yəqin onun əvəzinə yeni 

birisini düşünməli olacaqlar‖. 

 ―Biz çılğın bir dünyada yaşayırıq, burda əksiliklər daim bir-birlərinin yerlərinə keçirlər, 

birdən-birə pasifistlər Hitlerə pərəstiş edir, sosialistlər millətçi olur, vətənsevərlər xalq 

düşmənləri ilə əməkdaşlığa girir, buddistlər yapon ordusunun qalib gəlməsi üçün dua 

edir, ruslar hücuma keçəndə isə, birjalarda aksiyaların kursu yüksəlir‖- deyə Oruel 

gündəliyində yazırdı. 

 Yazıçı yeni dövrün ən böyük bəlalarından biri olan təbliğatın cəmiyyətdəki şəvvaflığa 

vurduğu zərbələri və bunun gələcək dünyada ən böyük problemə çevriləcəyini 

yaradıcılığında dönə-dönə göstərməyə çalışır. O deyirdi ki, ―hətta yaxşı məqsədlə belə 

istifadə olunan təbliğatın iyrənc tərəfləri mövcuddur‖, ya da başqa bir essesində ifadə 

etdiyi kimi: ―Günümüzdə bütün yazanlar və danışanlar palçıq içində çabalayır, 

intellektual dürüstlük və həmkarına hörmət etmək kimi yüksək ziyalılığın simvolları artıq 

yoxdur‖. BBC-dəki iş Oruelə göstərdi ki, şərə qarşı təbliğatlar xarakterinə görə tamam 

tanınmaz, fərqli hallara düşə bilir ―antifaşist təbliğatını, antiimperialist təbliğatı ilə 

əlaqələndirmək‖ mümkün deyil.  

 İspaniya xatirələri haqqında bir essesində o yazırdı: ―Mən uşaqlıqdan bəri qəzetlərin 

yalan danışdığını bilirdim, amma İspaniyada olarkən mətbuatın gerçəkliyi tam 

saxtalaşdıra biləcəyini gördüm. Mənim şəxsən iştrak etdiyim neçə ―döyüş‖ olub ki, orda 

bircə güllə də atılmayıb, amma qəzetlər bunu qanlı döyüş kimi əks etdirirdilər, həmçinin 

mən çoxlu insan ölümü baş verən neçə-neçə əsl döyüşlərdə iştirak etdim ki, mətbuat bu 

haqda bircə kəlmə də yazmamışdı. Mən qəzetlər tərəfindən qorxaq kimi tanıdılan əsl, 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

259 


cəsarətli əsgərlər gördüm və mətbuatın qəhrəmana çevirdiyi neçə qorxaqlar gördüm. Mən 

qəzetlərin bu yalanlarla insanların dünya baxışını necə formalaşdırdığının şahidi oldum‖. 

 İstər ―1984‖ istər də ―Heyvan ferması‖ romanlarında olsun, istərsə də Oruelin 

yaradıcılığının başqa nümunələrində, bütün əhvalatların sonu mütləq insan azadlığının 

mümkün olmadığı məntiqi nəticəsinə gətirir. O, partiyaların, mətbuatın, siyasətçilərin 

olduğu bir dünyada insan azadlığının hər zaman qısılacağını dəfələrlə vurğulayır. O 

sosializmin, faşizmin, hətta demokratik quruluşlu cəmiyyətlərin belə insanlığın 

qələbəsinin mümkünlüyünə inanmırdı. 

 Həmçinin, Oruelin əsərlərində totalitar dövlət quruluşlarına qarşı satirik yanaşmalar 

olmasına baxmayaraq, yazıçının özü uzun müddət kommunistlərlə gizli əlaqələrdə 

şübhəli bilinirdi. Britaniya əks kəşfiyyatı Mİ-5 2007-ci ildə açdığı məxfi sənədlərindən 

bəlli olur ki, 1929-cu ildən başlayaraq, 1950-ci ilə, yəni yazıçının ölümünə qədər onun 

bütün həyatı izlənib və gizli əlaqələri ortaya çıxarılıb. Məsəlçün 1942-ci ilə aid agent 

Yuinqin məlumatında Oruel haqqında deyilir: ―Bu adam irəli görüşlü kommunistdir, hind 

dostlarından bəziləri onun tez-tez kommunistlərin yığıncaqlarında iştirak etdiyini 

deyirlər‖. 

 ―1984‖ romanını mütəmadi izlənməkdən əziyyət çəkən müəllifin öz bioqrafiyası ilə sıx 

bağlıdır. Romanda nəzərə çarpmayan çoxlu sayda detal yazıçının həyatı ilə səsləşir. 

Məsəlçün, romanın baş qəhrəmanı Uinston Smitin otağının nömrəsi olan 101 rəqəmi 

əslində Oruelin ikinci dünya müharibəsi illərində BBC-də işləyərkən böyük sıxıntı ilə 

oturduğu otağının nömrəsidir. O, həmçinin BBC-də arxivlərin saxtalaşdırılmasının və 

kütlənin idarə edilməsinə yönəlmiş yalan məlumatların yayılmasının da şahidi olmuşdu. 

Müəllifə görə insanı totalitarizmin köləsinə çevirmək üçün, onun təbiətini dəyişdirən 

uzun müddətli, çətin bir əməliyyata ehtiyac var. Oruel diktaturların yorulub-usanmadan 

yenidən və yenidən tətbiq etdiyi bu əməliyyatı seyr etməkdən zövq alır. O insan təbiətini 

idellaşdırmır. Əslində hamımızın içində bir Böyük Qardaş oturub, fürsət ələ keçən kimi, 

istər polis, istər məmur, istər təhlükəsizlik işçisi kimi başqalarını izləməyə, tabe etməyə, 

idarə etməyə çalışır. Hər bir insanı sındırmaq mümkündür, amma buna görə insana nifrət 

etmək lazım deyil. İnsan təbiəti, hakimiyyətə, totalitarizmə və aqressiyaya yönümlüdür, 

amma bu bir müddət sonra əyləncəsini itirir, maraqsız, zövqsüz bir şeyə çevrilir. Oruelin 

bütün deməyə çalışdığı budur, əvvəl-axır absurd vəziyyətə çatan diktatura nəyə lazımdır 

ki? 


  

Namiq Hüseynli 

 

 



 

 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

260 


Azərbaycanda Prustu nə qədər adam oxuyub? 

 

Axı bu bığıburma yazıçı kimdi, niyə ona bu qədər dəyər verirlər? 



 İndi də hay-küylə, bəh-bəhlə ―Svan tərəflər‖ kitabının çapından 100 il keçməsini qeyd 

edirlər. 

―New York Times‖ ayrıca bölüm də yaradıb. Hamını fransız yazar haqda düşüncələrini 

bölüşməyə çağırır. 

Uzağa niyə gedirik? 

Nobelli türk yazarı Orxan Pamukun ən məşhur romanlarından olan ―Qara kitab‖ı 

vərəqləyək. 

Arvadı evdən qaçan baş qəhrəman Qalip tənha qoca jurnalistin hekayətini danışır. 

Həmin jurnalist Türkiyədə heç kəsin Prustu və onun qəhrəmanı gözəl Albertini 

tanımamasından gileylənir. Hətta oxumuş insanlar, qoca jurnalistin həmkarları da 

onlardan bixəbərdirlər. 

Jurnalist deyinir ki, ―yəqin bu ölkədə Prustu və Albertini anlayan insanlar ortaya çıxanda 

insanlar avamlıqdan qurtulub başqa həyat yaşamağa başlayacaqlar‖. 

Həmin o bığıburma yazıçı əvvəl-əvvəl şeir yazıb, kimsənin diqqətini cəlb etməyib. Sonra 

romana girişib. Uzun müddət barəsində kübar cəmiyyətlərdə fırlanan diletant obrazı 

mövcud olub. 

Üstəlik də homoseksual idi… 20-ci əsrin əvvəlində… 

Prust 15 il ərzində yazıb ortaya qoyduğu ―İtirilmiş zamanın sorağında‖ silsiləsindən 7 

kitabı ilə tanınır. 

Əvvəl yarımçıq qalan əlyazmaları da burada karına gəlib. 

Bu kitabların bəzilərinə roman demək olar, bəziləri uzun-uzadı jurnalist qeydlərini 

xatırladır. 

(Prust bir müddət ―Fiqaro‖ qəzetində Paris salonlarından xəbərlər hazırlayıb). 

―Svan tərəflər‖ silsilənin birinci kitabıdır. 

Son 3 kitabı redaktə eləməyə isə Prusta əcəl imkan verməyib. Onlar yazıçının ölümündən 

sonra çap edilib. 

Uşaqlıqdan müxtəlif xəstəliklərdən əziyyət çəkən Prust 51 yaşında ağciyərindən gedib. 

 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

261 


Kitablarında qeyri-adi heç nə baş vermir, süjet klassik romançılıq anlamında çox maraqlı 

sayıla bilməz. 

Onlarla səhifə hansısa xanım haqda cəmiyyətdə mövcud olan rəylərə, gəzən şayiələrə 

həsr edilir. 

Bəs Prusta niyə ―20-ci əsr dünya ədəbiyyatında ən vacib fiqurlardan biri‖ deyirlər. 

Prust romançılıqda inqilab edənlərdəndir 

Kafka və Coys kimi o da öz yazdıqları ilə ədəbiyyatda uzun müddət hökmran olan 

klassik formalara və həyatı təsvir metodlarına üsyan edir. 

―İtirilmiş zamanın sorağında‖ silsiləsi klassik roman texnikasıyla daban-dabana ziddir. 

Burada əsərin əvvəlində əsası qoyulan ziddiyyətlər, onların kulminasiya nöqtəsinə 

çatması, daha sonra düyünün açılması kimi ənənəvi struktur vahidləri ya yoxdur, ya da 

çox zəifdir. (Buna görə də hazırlıqsız oxucu üçün çox darıxdıcıdır). 

Bu bir düşüncə axınıdır. Baş qəhrəman Marselin öz otağında həyatını xatırlamasıdır. 

Modernist Prust impressionistcəsinə bəzən həyatının hansısa xırda bir detalını oxucuya 

anlatmaq üçün səhifələr ―xərcləyir‖. Bütün bunlar ondan irəli gəlir ki, Prust realizmə, 

onun tipikləşdirmə metodunun həyatı təsvir etmək, insanların obrazını yaratmaq üçün 

tamamilə yararsız olması, səthilikdən o yana getməməsi qənaətindədir. Onun fikrincə, 

tipikləşdirmə metodu ilə hansısa insanı müsbət, yaxud mənfi obrazda vermək yanlışdır. 

Çünki insan şəraitdən asılı olaraq dəyişə, gah daha çox mənfi, gah da daha çox müsbət 

cəhətlərə malik bir şəxs kimi meydana çıxa bilər. 

Hansısa cani əsgər aparıla və müharibədən qəhrəman kimi qayıda bilər. 

Məsələn, əsərdə Marselin kübar cəmiyyətdə üzləşdiyi insanlara birmənalı qiymət vermək 

olmur. Kimsə homoseksualdır, amma evlənir və daim xanımların əhatəsində olmağa 

çalışır ki, heç kəs bundan şübhələnməsin. Yaxud hansısa fahişə yüksək mənsəbli şəxsə 

ərə gedəndən sonra cəmiyyətdə ona münasibət ―180 dərəcə‖ dəyişir, hamı ona ehtiramla 

yanaşmağa başlayır. 

Bir sözlə Prust  hesab edir ki, bu qədər maraq və mənafelərin, fərqli düşüncə tərzli 

adamların olduğu cəmiyyətdə insan haqda dolğun təsəvvür formalaşması, onun əsl 

―mən‖inin dərk edilməsi müşkül işdir, kimsə bunu etməyə cəhd göstərirsə, faktiki olaraq 

vaxtı hədər gedir. Həmin zaman itirilmiş olur. 

Ona görə də Prust öz əsərində keçmişə müasir dövrün prizmasından baxmağa, 

ümumiləşdirmələr aparmağa, nəticələr çıxarmağa çalışmır. Onun üçün bu, anlamsız bir 

işdir. Prust yalnız lap uşaqlıqdan başlayaraq keçirdiyi hisslərin salnaməsini yazır. 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

262 


Onun üçün vacib olan -  uşaq vaxtı duyduqlarını olduğu kimi, o dövrdə yaşandığı 

formada təsvir etməkdir. Bütün əsər bu yaşanan hisslərin, sevincin, kədərin 

tərənnümüdür. Həmin duyğuları doğurmuş hadisələrin, insanların təsviri yox. 

Prust hesab edir ki, həyat insanın müxtəlif hadisələr, şəxslər haqda səthi rəylərinin 

toplusu olduğu üçün itirilmiş bir zamandır. 

Amma yazıçı həm də düşünür ki, zamanı müəyyən mənada bərpa etmək mümkündür - 

ədəbiyyat vasitəsilə. Yəni hər bir yazar, elə hər bir insan da öz yaşadığı duyğuları 

xatırlayaraq beynində ―bərpa edə‖ bilər. Məhz bu halda o özünün kimliyini anlayacaq, əsl 

―mən‖i ona bəlli olacaq. 

Başqa sözlə insanın əsl kimliyi ona başqalarının verdiyi qiymətlə yox, onun öz 

yaşadıqları, duyduqlarının məcmusu ilə ölçülür. 

Ola bilsin Prustun yazdıqları öz dövründə, elə indi də bir çoxlarına maraqsız gəlir. 

Bəlkə də doğrudan da maraqsız yerləri var 

Amma Prust ədəbiyyata yeni baxış gətirənlərdən idi. Oturuşmuş qaydalarla yazmaq 

istəməyən, onları dəyişmək istəyən yazardı. 

Çəkinmədən "belə də yazmaq olar" deyib bunu sübut edənlərdən. 

Bəlkə buna ədəbiyyata plüralizm, çoxfikirlilik, demokratiya gətirən deyək? 

Doğrudanmı… 

―Bbu ölkədə Prustu və Albertini anlayan insanlar ortaya çıxanda insanlar avamlıqdan 

qurtulub başqa həyat yaşamağa başlayacaqlar…‖ 



 

Rövşən Qəmbərov 

 

 



 

 

 



 

 

 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

263 


Qismət 

 

 ―Postmodernizm‖ 

 

 



Nədir bu postmodernizm? 

 

"Dünya nə mənalıdır, nə mənasızdır, o sadəcə var, vəssalam". Alan Rob-Qriye 



  

Şəhərdə tez-tez yeni kinoteatrlar açılır, çox gözəl, çox pakizə. Bəs görəsən nə vaxt bu 

kinoteatrlarda öz istehsalımız olan filmləri görmək səadəti bizə nəsib olacaq? Cavab, 

əslində, çox sadədir : öz filmlərimiz çəkiləndə. Film çəkilirmi ölkəmizdə? Deyilənə görə 

çəkilir, mən rast gəlməmişəm, rastıma çıxanlar isə filmdən başqa hər şeydir. Həzərat, nə 

vaxt bu millətin dosta-düşmənə göstəriləsi, üzə çıxardılası adam balası kimi yazıçısı, 

diringə yox, çağdaş musiqi bəstələyən bəstəkarı və nəhayət nə vaxt bu millətin çağdaş 

tendensiyaları, meylləri mənimsəmiş, istifadə tarixi keçmiş mövzularda deyil, öz 

reallığımızın problemlərindən danışan rejissoru olacaq ? Deyim nə vaxt : nə vaxt ki, 

qalstukunu həqiqəti deməyə mane olacaq qədər sıxan sənətçi libasına bürünmüş 

istedadsızlar aradan çəkiləcək, nə vaxt ki, vətənpərvərliyin arxasına piştaxta kimi keçib 

al-ver edən psevdo-vətənsevərlər yox olacaq, nə vaxt ki, Oruel qələminə layiq əxlaq 

bəkçiləri təqaüdə çıxacaq, nə vaxt ki, oxuduğu kitabı, baxdığı filmi başıyla yox, 

gündəyməziylə anlayan adamlar vızqırdıb öz işiylə məşğul olmağa gedəcək, bax onda 

bəlkə nəsə eləyə bildik. 

 Köşə yazısında, müsahibəsində, süfrə başında "af-uf"larla, "kitayski" dərdlərlə yazdığı 

kitaba, çəkdiyi filmə həyatilik dəyəri qazandırmaq istəyən, oxumaqdan, əziyyət 

çəkməkdən, zəhmət çəkib yeni meylləri izləmək məcburiyyətindən danışanda eyni 

bəhanələri - "iş vaxtımı çox alır", "əsas səmimi olmaqdı", "mən az oxusam da, yaxşı 

oxumuşam" - utanmadan təkrarlayan milli ziyalılarımızın özünü aldatma prosesi nə vaxt 

başa çatacaq görəsən ?! 

  

Vaxt gedir, işimizə baxaq.  



  

*** 


Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin