Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 3.88 Mb.
PDF просмотр
səhifə34/58
tarix29.11.2016
ölçüsü3.88 Mb.
1   ...   30   31   32   33   34   35   36   37   ...   58

 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

249 


doğurdan da bilgisayarımdakı USB çıxışlarının yerinə ya skoç yapışdırmışdılar, ya da 

onları başqa alətlərlə tam qapatmışdılar. Üstəlik, təhlükəsizlik məqsədiylə şəxsi 

bilgisayarlarımız internetə də qoşulmamışdılar. Əvəzində isə, zalda internetə qoşulmuş 

iki başqa ümumi bilgisayar var idi. Mənim tələbimdən sonra daha iki bilgisayar 

gətirdilər. Həmçinin iki AZERTY düyməli klaviaturaların gətirilməsini də tələb etdim. 

Çünkü o biri iki bilgisayarın klaviaturaları QWERTY sistemilə işləyirdi. Şəxsi 

bilgisayarımın internetə qoşulmaması o anlama gəlirdi ki, internetdə axtarış etməm üçün 

gərək mən hər üç sözdən bir duraydım və masamdan beş metr aralıda yerləşən və 

internetə qoşulmuş ümumi bilgisayarın yanına gedəydim. Üstəlik, adam çox olduğundan, 

bəzən növbədə durub, boşalmasını gözləmək lazım olurdu. Sonra bilgisayarın qarşısına 

keçəndə və Google axtarış səhifəsini açdıqda, görürdün ki, Google İtaliya çıxır. Təzədən 

Google Fransanı yığmaq lazım olurdu. Misal üçün, on misralıq bir yazını yoxlamaq 

istəsən, gərək onu qələmlə blaknotuna köçürəydin. Belə ki, əlində Den Braunun mətni ilə 

bunkerin içində belə gəzişmək yasaq idi. Şəhərcikdə şəkil çəkmək və ya MP3 pleyeri ilə 

gəzmək də yasaqlanmışdı. Bir dəfə, Almanlar, bunkerin içində olmasa da şəhərciyin 

ərazisində şəkil çəkmişdilər, nəzarətçi həmən onlara yaxınlaşmışdı. Sözün qısası, 

Mondadoridə vəziyyət biraz gərgin idi və hamı əldən düşmüşdü. 

 Təbii ki, çevirmə prosesi intellektual bir proses olmaqla yanaşı, həm də fiziki bir 

əməkdir. Xüsusən də ilk qaralamanı tərtib etdikdə, gərək bilgisayarın qarşısında oturub, 

tappa-tarabla yazasan. Bəzən, indi, lap elə bu dəqiqə xəstələnəcəyimdən, ya da 

barmağımı sındıracağımdan qorxurdum. Yeni işə başladığım vaxt, əvvəl məddə-

bağırsağımda problem yarandı, daha sonra, nahar fasiləsi vaxtı yeməkxanada barmağıma 

tilişkə batmışdı. Düşüb bir bir çevirmən həmkarlarımdan maqqaş axtarırdım. Sonda, 

Kataloniyalı gözəl bir xanım barmağımı çox incələklə doğram doğram edib, tilişkəni 

çıxartmışdı. 

 Mənim əsas prinsipim: altı həftə tab gətirmək istəyirsənsə, gərək özünü bütün xətalardan 

qoruyasan. Ona görə də işimi düzgün nizamlamalıydım.  Özümlə audio qulaqcıqlarımı 

gətirmişdim və bunkerdə internetə qoşulmadan Spotify ilə musiqi dinləyirdim. Səhərlər, 

mətni çevirərək, Keit Jarretə və Diana Krala qulaq asırdım. Portağaldan yeyib, koka-kola 

içirdim. Axşam saat altıdan sonra spirtli içkilərə icazə var idi. Mən də Qlenffidik 

viskisindən içirdim. Əslində başqa seçimimiz də yox idi, şəhərcikdə yalnız bu növ viski 

var idi. Yaxşı ki nəzarətçilər viskimizə buz salmağı da bizə çox görmürdülər. 

 Çevirmə marafonuna girişmədən öncə, həkimimlə məsləhətləşmişdim, o da mənə öz 

növbəsində, yorğunluğa və stresə qarşı sulbutiamin-arkalion və maqneziumdan ibarət bir 

kurs vitamin müalicəsi yazmışdı. Əsasən boynumdakı revmatizm və kürək ağrılarından 

ehtiyyat edirdim. Özümlə xüsusi olaraq BluTuz klaviaturası gətirmişdim, amma 

Mondadoridə bu heç də yaxşı qarşılanmadığından, ondan istifadə etməyə icazə 

vermədilər. 

 Xoşbəxtlikdən, mən 25 il işlətdiyim məsafədən idarə olunan elekrik klaviaturamı da 

özümlə gətirmişdim. Bu qədər səhifələrlə məhsuldar bir iş görmək istəyirsənsə, 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

250 


üzərindəki işarələri, oxları və s. axtarıb, vaxt itirməmək üçün gərək tanımadığın 

klaviaturadan bacardıqca çalışıb, uzaq durmalısan. Beləcə, yerimdə düz oturub, mənfi 

gözlüyümü taxıb, mobil bilgisayarımın ekranı qarşısında rahatca işləyirdim. Mobil 

bilgisayarımın klaviaturasının üstünə "amerikan" səhifələrini yığmışdım, mətni isə 

məsafədən idarə olunan elektrik klaviatura vasitəsiylə yığırdım. Bundan əlavə, alçaq olan 

masamın ayaqları altına kitablar düzməklə, onu boyuma uyğun biraz qaldırmışdım. 

Təəssüf ki, bəzi həmkarlarım mənim kimi uzaqgörən deyildilər. Bir neçə gərgin iş 

günündən sonra bel ağrıları artıq ilk qurbanlarını verməkdəydi. Xanım həmkarlarım 

bunkerdə bir-birilərini massaj etməklə məşqul idilər. 

Bir neçə həftədən sonra, bəziləri o qədər yorulub əldən düşmüşdülər ki, heç yemək 

yeməyə belə iştahları yox idi, get-gedə öz-özlərinə qapanırdılar. Üçrəngli bayrağımızı 

taxdığım fransa masasında bizim prinsipimiz ondan ibarət idi ki, biz, fransızlar, işləməyi 

bacarırıq, amma "we know something about pleasure" (Biz hardasa əylənməyi də 

bacarırıq). Biz bura özümüzü həlak etməyə gəlməmişik ki. Heçkimə pisliyimiz 

dəyməyib, sadəcə yeraltı bunkerdə qapadılsaq da, nə hüquq-mühafizə orqanlarından, nə 

də Mondadori işçilərindən gizli işlərimiz yoxdur. Bizim fəlsəfəmiz yavaş yavaş öz 

bəhrəsini verməkdəydi. Əvvəlcə Almanlar mənim Qlenffidik içməyimə bərəlmiş 

gözləriylə baxsalar da, sonda onlar da italyan Qrappa arağını almağa məcbur qaldılar. 

İtalyanlar mənimlə viski içirdilər. Dəhlizin bir küncündə özümə iş masasından ibarət 

siqaret çəkmək üçün yer də ayırmışdım və burada sakitçə öz Malbromu tüstülədirdim. 

Bəzən bunkerdə gizlincə mürgüləməyə də macal tapırdım. Kresloda uzanıb, ayaqlarımı 

qaldırıb masanın üstünə qoyurdum. Bu mənim özümə məxsus məhsuldar iş üslubum idi. 

Möhkəm yorulanda isə, artıq başımızda heç bir düz-dürüst ideyalar qalmırdı və ağzımıza 

gələni yazırdıq. 

 Bunkerdə çox xoş bir abu-hava var idi. Hərdən bir zarafatlaşırdıq da. Bir dəfə, alman 

həmkarım mürgülədiyim yerdə məni qəfil oyatmışdı. O biri dəfə isə, dostum bunkerdə 

yuxuya getdiyində, mən kağızdan düzəltdiyim papağın üzərinə "Fransa səni izləyir" 

sözlərini yazıb, papağı onun ayaqlarına taxmışdım. Bir dəfə də, mənim İndiana Consun 

papağına oxşar papağımı gizlətmişdilər. Bütün bunlar bizim işləməyimizə, Den Braunun 

mətinindəki kiçik-uyğunsuzluqlarına düzəlişlər və yaxud   kişik-ixtisarlar, kiçik-əlavələr 

etməyimizə heç də mane olmurdu. Mən daha çox almanlarla dostlaşmışdım. Onlar nə baş 

verirdisə, hər yerdə konspirasiya görməyə meyilli idilər. Misal üçün, onlara elə gəlirdi ki, 

Mondadori işçiləri bizə mətnin tam bitmiş versiyasını qəsdən vermirdilər ki, guya bu 

yolla onlar romanın bayıra sıza bilməsinin qarşısını alırmışlar. 

 Bizim xüsusi qrup-arası şəbəkəmiz var idi və biz bütün işlərimizi orada yaddaşa vurub 

saxlayırdıq. Çünkü USB açarlarından istifadə etmək yasaq idi. Günün sonunda, bizim 

şəbəkəyə girişləri olan Mondadorinin informatik əməkdaşları bəzi həmkarlamıza : 

"Diqqətli olun, Bugün işinizi yaddaşda saxlamağı unutmusuz" deyib, beləcə iradlarını 

bildirirdilər. 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

251 


 Çevirmə tam başa çatdıqdan sonra informatik işçilər altı həftə ərzində  yığdığımız bütün 

mətni bilgisayarlarımızdan siləcəkdilər. Onlar bizə tərcümə etdiyimiz mətni şifrəsini 

bilmədiyimiz xüsusi kilidli USB haçarında verəcəkdilər və daha sonra çevirməmiz 

Fransanın Jan-Klod Latte nəşriyyat evinin maliyyə direktoru xanım Müryel Qandiyə 

göndəriləcəkdi. Konrakta uyğun olaraq, biz hətta USB-nin bizə verilməsini də 

görməyəcəkdik. Sadəcə etdiyimiz çevirmələri hər ölkə qrupuna ayırılmış üç 

bilgisayardan birində saxlayacaqdıq. 

 Baş verən bu prosesi güdüb nələrisə öyrənməyimiz axmaqlıq olardı. Heç bir çevirmənin 

marağında deyil ki, üstündə oturduğu budağı kəssin. Üstəlik, belə bir nəzarət sistemi heç 

də təhlükəsiz deyildi. Misal üçün, Mondadorinin informatik əməkdaşı, istəsəydi heç bir 

problem olmadan, Den Braunun bir neçə səhifəsini rahatça 20 000 avroya sata bilərdi. 

  

Çevirəni: Fuad Qulubəyli 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

252 


Mistikadan sinergetikaya və ya universal inam axtarışında 

 

Materializmə söykənən marksist dünyagörüşündə din fenomeni tənqid edilir, “ruh”, 



“müqəddəslik”, “möcüzə”, “səcdə” və s. kimi sözlər sırf dini terminologiyaya aid edilir. 

Bu, həmən anlayışların arxasında duran daxili ehtiyacların inkarı idi.  

  

 “Ancaq dünya ilə ideallarımızın nigahı bar verə bilər. 

Təklikdə onlar qısır qalır...” 

B.Rassel  

  

Ənənəvi baxışa görə, dünyada mövcud olan dinlərin məlum fərqlərinə baxmayaraq, 



onların hamısı bəşəriyətə həqiqi, xoşbəxt həyat yolunu göstərmək, ―insanı xilas eləmək‖ 

üçün gəlmişlər. Əsrlər boyu bu  niyyətlərlə könüllü və ya məcburi olaraq beyinlərə 

yeridilən dinlər, öz məqsədlərinə heç də nail olmamışlar. Zaman keçdikcə gözlənilən 

nəticələrin əksinə olaraq hər bir din, müxtəlif tarixi şəraitlərin təsiri altında  əvvəlcə 

haçalanıb, sonra bir neçə məzhəblərə, təriqətlərə ayrılmışlar. ―Təkmilləşmiş‖, 

―təmizlənmiş‖ yeni  dini  məzhəblərin davamçıları arasındakı münasibətlər heç də sakit 

və qansız ötüşmür... 

 Dinlərin bütövlüyünün itirilməsi  istisnasız olaraq inancların hamısına aiddir: 

induizmdən törəyən cərəyanlar — buddizm, krişnaizm, vedizm, braxmanizm və s., 

zərdüştçülükdən — pars, azərqoşəsb və qəştasb, xristianlıqdan — pravoslav, katolikçilik, 

protestantçılıq, qriqorianlıq, baptizm, adventizm və s., islamdan — sünnilik, şiəlik, 

sufilik, batinlik, bahailik və s. Siyahısı tamam olmayan bu cərəyanların fəaliyyəti  

vaxtaşırı savaşlara,  insan faciələrinə səbəb olur. Şair Artur Rembonun söylədiyi kimi

―inamlar, ideyalar davası və ruhani mübarizələr adamlar arasında gedən döyüşlər qədər 

qəddardır.‖ 

 Din mərkəzli zehniyyətin əsrlər boyu yaratdığı böhranı və zülmü aradan qaldırmaq istəyi 

fikir adamlarını hər zaman narahat etmiş, katastrofik durumdan çıxış yolları axtarılmışdır. 

Bu axtarışlar, səmavi kitabların müxtəlif səpgidə təfsirləri, dində reforma və dindən kənar 

idraketmə ehtiyacına təkan vermişdir. Bu təkandan doğan  batinilik,  ateizm, rasionalizm, 

pozitivizm, humanizm, praqmatizm kimi dünyagörüşləri  ortaya çıxmışdır. 

Protestantçılıqda inam ehkamlarını yumşaltma, rasionallığın  inkişafina zəmin 

yaratmışdır.  Lakin bu fəlsəfi cərəyanların da çalışmaları, məzhəblər  kimi, bütün 

insanların   daxili, ruhani ehtiyaclarına cavab verməmişdir, yeni dövran  yeni bohranlar  

gətirmişdir. 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

253 


 İki  cahan savaşları, irqçilik, şovinizm, elmi nailiyyətlərin ―zirvəsi‖ olan  atom-nüvə 

silahlarının istehsalı, qanlı etnik münaqişələr, az inkişaf etmiş ölkələrdə  baş alıb gedən  

əhalinin aclıqdan ölüm halları kimi qlobal müşküllər insan evladının son yol ayrıcında 

qalmasından xəbər verir. Koqan  yazır: ―Göründüyü kimi, bəşəriyət o qədər də 

irəliləməyib. O, dünya tarixi məktəbinin hər sinfində həddindən artıq çox oturmuş, idrak 

məsələsində geri qalmış, bütünlükdə hələ ruhani yetkinliyə çatmamışdır. O, keçmişdən 

yetərincə dərs almadan, gələcəyə nəzər salmadan, bugünlə yaşamağa üstünlük verir... 

Çıxış yolu uzun sürən infantilizmi ötməkdə, ruhani kamilliyə yiyələnməkdə, hərislik və 

təkəbbürdən azad olmadadır.‖          

 Bir çox tanınmış şəxsiyətlər yeni inamın köhnə inamları əvəz etməsi ehtiyacını göz 

önünə almışlar. Təzə inam yaratma istəyini Bernard Şou belə izah edirdi : ―Özünüzə din 

və ya əxlaq və ya allah bilir daha nə adlandırdığınız bir şey yaradıbsınız. Bu isə faktlara 

ziddir. Belə halda niyə onu zibilxanaya tullamayasınız. Atın getsin və özünüz  üçün 

faktlara münasib yenisini yaradın. Dünyanın bədbəxtliyi də indi məhz elə bundadır. O, 

köhnəlmiş buxar və dinamo maşınlarını tullayır, lakin köhnə etiqadlarını, köhnə din və 

siyasi konstitusiyalarını atmaq istəmir. Nəticədə isə  maşın və texnika sahəsində irəlidə 

olarkən, din, əxlaq və siyasət sahəsində ziyana işləyir və ildən ilə müflisləşməyə doğru 

yaxınlaşırıq. Dünən köhnə din uçubsa, sabah özünüzə yeni və daha yaxçısını tapın... 

Marks və Darvinin əsərləri məndə bu qənaəti yaratdılar ki, sivilizasiyanın yeni dinə 

ehtiyacı var və bu ehtiyac onun ölüm-dirim məsələsidir.‖ 

 Görkəmli yazar Çingiz Aytmatov məhşur ―Qiyamət‖ əsərində  həyatın zəncirinə çevrilən 

dinlərin artıq gərəksizliyini bəyan edir: ―Günümüzdə tanıdığımız dinlərin ümidsiz bir 

şəkildə köhnəlməsi, vaxtilə oyanmaqda olan kütlənin ibtidai düşüncə tərzinə hesablanmış 

dindən bu gün ciddi danışmaq olmaz... Əgər tarix, bəşərin inanc göylərində—dünyanın 

hazırki tələblərinə uyğun gələn, təzə ilahi duyğulara malik, yeni qüvvə — müasir allah 

bütü — təklif  eləyə bilərsə, onda azacıq ümid etmək olar ki, dini təlimin bəlkə də qara 

quruş da olsa dəyəri var.‖  

 Bir zamanlar insanı ideala, kamilliyə doğru aparmaq istəyən fəlsəfə indi, yazıçı  V. 

Pelevinin sözü ilə desək,  bir ―şıqqıldayan intellektual oyuncağa‖ çevrilibdir.  Dünyanın 

hazırki tələblərinə dinlərin uyğun gəlməməsi adamları nihilizmə, skeptitizmə, 

pessimizmə  və sonda anarxizmə, həyatı qaydasız oyuna, heçnə oyununa, traqifarsa, 

absurd teatrına transformasiyasına  sürükləmişdir. Sivilizasiyanın yeni, universal, 

mövhumatdan və xurafatdan azad  inama  ehtiyacı olduğunu dərk edən alimlər, filosoflar, 

yazıçılar  axtarışa qoşulmuşlar. Din və inamın mahiyyətinin aхtarışları Kant, Kyerkeqor, 

Spinoza, Dekart, Niçşe, Haydegger, B. Rassel, J. Derrida və digər  filosoflarda  davam 

etmişdir. Şərq-Qərb ilişkiləri Avropanı müasir ideyalara toxunan, elmi biliklərə və ən 

əsası –  humanizmə əsaslanan inam axtarışlarına sövq etmişdir.           

 Kant, ―indiyədək tamamilə görünməyən plan əsasında metafizikanın bütöv reformasını, 

yeni doğuluşunu‖ gözləyirdi. Leybnisin arzularından başlıcası  ―universal xarakteristika‖, 

xüsusi alqoritm  yaratmaq idi. Bu alqoritm vasitəsi ilə Leybnis sırf mexaniki yolla ―bütöv 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

254 


həqiqəti‖ əldə etməyi düşünürdü. F.Niçşe, fövqalinsan (üstinsan) ideyasını ortaya ataraq, 

müasir dövrün əsas sualını qoydu. Niçşe, bütün öncəki dəyərlərin təzədən 

dəyərləndirilməsini müdafiə edirdi. Hər şeyin əbədi qayıdışının qarşısında bütün Yer 

üzünə insanın öz hakimliyini yaymağa hazırlaşdığını öncədən görən filosof, ―Allah 

öldüyündən‖ insan üçün hər şeyin dəyəri və mərkəzi insan özü ola biləcəyini düşünürdü. 

―Neozərdüşt‖ sual verirdi: insan evladı bu missiyaya layiqdirmi, onun mahiyyətinin özü 

dəyişməməlidirmi? Bu suala Niçşe belə cavab verir: adam özünü ötməli və fövqəlinsan 

olmalıdır.   

Materializmə söykənən marksist dünyagörüşündə din fenomeni  tənqid edilir, ―ruh‖, 

―müqəddəslik‖, ―möcüzə‖, ―səcdə‖ və s. kimi sözlər sırf dini terminologiyaya  aid edilir. 

Bu,  həmən anlayışların  arxasında duran daxili  ehtiyacların inkarı idi.   

 İnsanın ali imkanlarına pərəstiş edən  V.Solovyov, N.Berdayev kimi  mütəfəkkirlərin 

―tanrıyaratma‖ ideyası ‖  di′ni ateizm‖ terminini ortaya atdı.      

Ruhaniyətə  tələbatın hiss edildiyindən, lakin müəlliflərin köhnəlməsi səbəbi ilə yeni, 

amma öncəkilərdən də təsirli dinlər hazırlamaqda insanın azad olmasını Z. Freyd, Le 

Bon, E. Fromm kimi psixoloqlar  söyləmişlər. Le Bon yazır: ‖ Bütün irqlərin insanları 

müxtəlif adlar verdiyi bir tanriya səcdə edir — ümidə. Axi onların bütün allahları yalnız 

bir – yeganə — allah idi... İnanc, adi gerçəklikdən daha münasib gerçəkliyi yaratmağa 

yönəlibdir. O, adi gerçəkliyin qarşısına daha əlvan gələcəyi qoyur.‖ 

 T. De Şarden, özünün yeni din axtarışları barədə  dostuna yazırdı: ―Bildiyiniz kimi, 

bütün məşğulliyətlərim və düşüncələrim yeni dinin (bunu, daha yaxşı xristianlıq da 

adlandıra bilərsiniz) özümdə təsdiqinə və ətrafa yayma cəhdi ilə bağlıdır. Yeni 

yaradacağım dində  allah, dünyanın ruhu olmaq üçün öncəki dövrlərin qeyri-məhdud 

mülkədarlığını buraxır.  Nail olduğumuz mədəni və dini səviyə bunu tələb edir.‖ 

Mədəniyətlərin, millətlərin müxtəlifliyinin qorunmasının tərəfdarı, universal sivilizasiya 

(və ya qloballaşma) əlehdarı olmağına baxmayaraq, antropoloq  Levi Sross  təfəkkür və 

mənəviyatın bə′zi universal formalarına çatmağın labüdlüyünü bəyan edirdi. 

Ingilis filosofu Bertran Rassel dini, bəşər tərəqqisinin ən böyük əngəli  sayıb, di′ni 

illüziyalardan azad olmanı tələb edir: ―Əbədiyyət miqyasında fəaliyyət göstərən İlahi 

Qüdrət daha yaxşı şey yarada bilərdi.‖ Amma alimin əsərlərində dinlə barışma notları da 

duyulur, dinin dəyərli məqamlarının axtarışına can atılır. ―Dinin mahiyyəti‖ əsərində  

Rassel, allahsız, tanrısız bir dini dünyagörüşünün bərpası ideyasının üzərində düşünür. 

Doqmatik formadakı dinə hücümuyla bərabər, Rassel dindəki üç əsas  məqamların—

səcdə, itaət və sevginin  toxunulmamasının vacibliyini vurğulayır.  

 İnsan evladının təfəkkür gücü, xeyir və şəri tanıma bacarığı ilə bərabər şiddətli səcdə 

ehtirasına, ehtiyacına malik olmasını söyləyən Rassel yazır ki,  ―tamamilə yoxa çıxmaq 

istəməyən səcdə, başqa allahlara üz tutmalıdır.‖               


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

255 


 Dərin, ciddi baxışda dünyaya insan talehinə di′ni və qeyri-di′ni bir növ uyusallıq 

(barışıqlılıq, itaət) vardır. Bu, insan gücünün, səlahiyətinin həddi olduğunun dərkidir. 

İtaətin, yəni qaçınılmaz faktlar qarşısında barışıqlılığın toxunulmamasını B.Rassel belə 

müdafiə edir:  ― Uyusallıq hissi,  düşüncələri azad edib, əvvəllər ötəri şəxsi xeyir arzuları 

arxasında gizlənmiş iradəni yeni məqsədlərə yönəldir... Dinin  təlqin etdiyi itaət mahiyyət 

etibarı ilə elmin öyrətdiyi qane olma ruhuna yaxındır. Elmi nailiyyətlərin qazanılmasının 

etik neytrallığı məhz bu qaneliliyin, uyusallığın nəticəsidir. Maddiyyat sahəsindəki sürətli 

uğur və tərəqqinin sərhədsiz imkanlarına ötkəm inamı olan dünyaya əslində elə bu 

çatışmır...‖ 

 Məhəbbətin  toxunulmazlığını müdafiə edən Rassel onu  güc fəlsəfəsinə qarşı qoyur: 

―Niçşenin dediyi guc qarşısında səcdə, idealların məhvi nəticəsidir: bu, şərtsiz-filansız 

şərə tabe olmadır, qəlbimizdə ən yaxşı olanın Heçliyə qurban gətirilməsidir... Etiraf edək 

ki, bu məlum dünyada o qədər yaxşı ola biləcək şeylər var ki; sədaqət göstərdiyimiz  

ideallar materiya aləmində hələ realizə olmayıb.‖   

 Maraqlıdır ki, idealizm və dinə qarşı müqavimət göstərən Rassel, mistisizmin 

axtarışlarını elm və dindən daha yüksək məşğuliyyət sayır, onu dünyaya baxış sistemi 

deyil,  həyata münasibət adlandırır.  Mistik fəlsəfə, diskursiv analitik dərk etməyə zidd 

olan intuitiv anlama bacarığına inanırdı. Bu inam,  qəfil aydınlanma, vəhylər, intuisiya 

yoluna inam idi: ―Mistik duyğuda başqa üsulla əldə edilməyən  müəyyən müdriklik 

elementi vardır...  Mistisizm mahiyyət etibarı ilə Kainat haqqindakı təsəvvürlərimizə olan 

dərin və gərgin inam hissinə olduqca yaxındır. Mistik  alim — təfəkkur sahəsində 

mümkün olan ən yüksək nailiyyətdir.‖ Rassel deyir ki, mistik-alimlər Heraklit və  

Parmeniddən sonra gələn Platonun ―fəlsəfə və elmin ortaq bağlarını kəsməsindən hər iki 

tərəf ziyan çəkir... Ancaq dünya ilə ideallarımızın nigahı bar verə bilər. Təklikdə onlar 

qısır qalırlar...‖        

 Bertran Rasselin dediyi kimi, ―filosof adlandırdığımız böyük insanlar eyni zamanda həm 

elmə, həm də mistisizmə ehtiyac hiss etmişlər. Onlar bu iki ehtiyacı harmonik şəkildə 

birləşdirməyə cəhd edirdi.‖ Fizika sahəsində aparılan son tədqiqatlar yeni elmin, 

sinergetikanın yaranmasına səbəb olmuşdur. Bu yeni elm, təbiətşünaslığı 

cəmiyətşünaslıqla, insan və mədəniyyət aləminin sosial bilgilərini  təbii fenomenlərin 

bilgisi ilə  birləşdirməyə çalışır. Ruh və Materiyanın Vahid Fizikası — sinerqetika 

paradiqması — mistik-alimlərin duyduqlarının reallığını sübut eləməyə çalışır. 

Sinergetika — çox detallarla ağırlaşmış, məsələnin mahiyyətini kölgədə qoyan məlumatı 

sıxmağa və onu bir neçə işarəyə, konsepsiya və ideyalara çevirməyə imkan verir. 

―Sinerji‖ müxtəlif enerjilərin, Varlığın səmavi və yer  planlarını, enerjilərini birləşdirməsi 

deməkdir. Bunların birliyi, bir qayda olaraq,  nəzərdən qaçırılırdı.   Bir zamanlar 

akademik  V.İ. Vernadski  tamam yeni məntiqi, vahid biliyi, ―müasir kainat həyatı‖nın 

simvolik dilini ehtiva edən Kainat  bütövlüyünü sübut eləməyə çalışırdı.  



 İlahə Ucaruh 
1   ...   30   31   32   33   34   35   36   37   ...   58


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə