“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
216
ətrafında informasiya blokadası yaradır. Bu isə onun şöhrətini artırmaqla bərabər, xüsusi
maraq dairəsində saxlayır.
1965-ci ildən bu yana heç bir əsərini çap etdirməyən yazıçı, hansısa əsərinin yenidən
nəşrini də hüquqi yollarla əngəlləməyə çalışır. İş o yerə çatır ki, birgə xatirələri
ictimaiyyətin diqqətinə çatdırdıqları üçün sevgilisini və doğma qızını ətrafından təcrid
edir. Selincerin hamıdan qaçmasının səbəbini isə məhz Holdenin düşüncələrində
axtarmaqdan başqa yol qalmır. Əsərdə piano çalan qıza baxaraq düşünən Holdenin
fikrindəki budur:
«Əgər mən də bir pianoçu və ya aktyor olsaydım və bu giclər mənim də fövqəladə
birisi olduğumu düşünsəydi, bu vəziyyətimə nifrət edərdim. Məni alqışlamalarını belə
istəməzdim». Holden belə düşünürdü, Selincer isə məşhurluğunda bu addımı atır,
cəmiyyətdən uzaqlaşır. 2000-ci ildə ikinci arvadından olan qızı Klaranın memuarında
atasının qəribə hərəkətlərindən söhbət açılır. Memuar Selincerin hələ də yeniyetmə
Holden olaraq qaldığını göstərir...
Boks əlcəyi. Hollivud ssenarisi
Əsər yeniyetmə Holdenin həyatının cəmi 3 günündən bəhs edir. Hadisələr onun
oxuduğu kollecdən qovulmasıyla başlayır. Buna qədər isə daha bir neçə məktəbdən
qovulmuş yeniyetmə ailəsi ilə üz-üzə gəlməmək üçün bu dəfə faktı gizlədir. Əvvəlcə
keçmiş müəllimi Spenserin yanına gedir, amma müəllimin danışıqlarından bezib kollec
yataqxanasına qayıdır. Burada isə qızların sevimlisi olan Stradlaterlə mübahisəsi
düşdüyündən yataqxananı da tərk edir.
Nyu-York küçələrini sərxoş halda dolaşan Holden tanışları ilə rastlaşır. Hər kəsin süni
səmimiyyətini görüb nifrət edən yeniyetmə hoteldə otaq tutur və bir qadını bura dəvət
edir. Lakin son anda əlavə pul ödəyərək qadınla əlaqədən imtina edir. Holden əsər boyu
nə isə axtarır, hətta zen-buddizm fəlsəfəsinə yön çevirir. Öz cəmiyyətinin ideologiyası ilə
bu fəlsəfəni qarşılaşdırır, Şərq-Qərb dəyərlərinin sintezində nicat axtarır. Sonra köhnə qız
dostu Sallini konki sürməyə dəvət edən oğlan axırda onu da təhqir edir. Holden Yeni il
gecəsi ona pul vermiş kiçik bacısını görmək üçün gizlicə evə yollanır. Müəllimi olmuş
Antolinin evinə böyük ümidlərlə yollanan yeniyetmə onunla görüşdən sarsılaraq
gecəyarısı buranı tərk edir və qərara alır ki, ümumiyyətlə insanlarla əlaqə saxlanıla
bilinməyən bir məkanda yaşamaq lazımdır. Bu planı yerinə yetirməzdən əvvəl isə o, tək
səmimi gördüyü insana - kiçik bacısına borclu olduğu pulu verməlidir. Bacısına tez-tez
əsəbiləşsə də, məsumluğuna görə yeganə hörmət etdiyi adam da elə odur. Bacısı isə
Holdenlə birgə getməyə - cəmiyyətdən uzaqlaşmağa hazırlaşır. Holden bacısına pis
nümunə olduğunu düşünərək heç yerə getməyəcəyini söyləyib onu əyləncəli parka aparır.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
217
Bacısının burada necə əyləndiyinə tamaşa edən Holden, özünü o qədər xoşbəxt hiss edir
ki, hətta sevincdən ağlamaq istəyir.
Roman payızda Holdenin yenidən məktəbə gedəcəyi proqnozu ilə bitir.
Əsərdə adıçəkilən Alli isə Holdenin kiçik yaşlarında ölən qardaşıdır və bu ölümün
yeniyetməyə necə təsir etdiyi üzə çıxır. Holdenin qardaşının boks əlcəyinə yazdığı inşa
əslində həzin bir xatirə mövzusudur. Böyük qardaşına isə Hollivuda ssenarilər yazdığına
görə nifrət edir. Onun fikrincə, pul qarşılığında yazı, yalandan ibarət ola bilər. Elə gözəl
pianino ifaçısı olan qıza da bu baxımdan yanaşır. Əsər boyu yeniyetmə oğlanın
qarşılaşdığı adamlara qəribə münasibəti və mülahizələri ilə tanış oluruq. Məsələn,
təsadüfən məktəb yoldaşı Ernestin anası ilə qatarda rastlaşır. Oğlundan zəhləsi getsə də,
var gücü ilə Ernestin necə yaxşı adam olduğunu sübut etməyə çalışır. Taksi sürücüsüylə
qışda ördəklərin hara uçduqları haqqında uzun-uzadı söhbət edir. Onun kollec, ailə,
insanlar haqqında yanaşmaları yeniyetmə fəlsəfəsi ilə yanaşı, əslində həm də real
mənzərədən doğur - insanlar səmimi deyil.
Son
Bu əsərdən sonra Selincerin başqa əsərləri də kitab şəklində nəşr olunur və bu kitablar
da satışına görə fərqlənir. Fikrimcə, həmin əsərlərin də bazasında əslində Holdenin daha
da inkişaf edən baxışlarıdır. Bir də, Holden hardasa cəmiyyətə yenicə boylanan 14-16
yaşlı yeniyetmələrin psixoloji və mənəvi böhrana daha həssas olduğunu obraz kimi
nümayiş etdirir. Cəmiyyəti müşahidə etmək və özünəqapanmaq illəri. Bax, buna görə də
yeniyetmələrlə səmimi olun, onların hər biri potensial Holdendir.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
218
Haruki Murakami. Yaponun imtinası
Haruki Murakami 1949-cu ildə Yaponiyanın Kyoto şəhərində dünyaya gəlmişdi.
Atası bütpərəst keşiş, anası ədəbiyyat müəllimi olan Haruki erkən yaşlarından ədəbiyyata
meyil göstərib. Tokionun Vaseda Universitetinin ədəbiyyat fakültəsini bitirmiş yazıçı
təhsil illərində üslubların dərin sirlərini öyrənib və gənc yaşlarından kitablara, xüsusən
Qərb ədəbiyyatına meyil göstərib. Tale yollarında nicat ümidi ilə yaşayan Murakaminin
qəhrəmanları sanki daimi axtarışdadırlar. Onun qəhrəmanlarını ilk baxışdan sanki hər
hansısa eyniyyət, ortaq məqsəd axtarışı birləşdirirmiş təəssüratı yaradır. Fəlsəfi-psixoloji
janrın banilərindən sayılan Haruki Murakami 20-ci əsr ədəbiyatında özünü
istiqamətləndirməyi tam mənasında bacarmışdır.
İlk əsərdəcə uğur və beysbol
İlk əsəri olan "Pinbol-1973" 1985-çi ildə işıq üzü görür və bir vizit kartı kimi onun
adını müasir dünya ədəbiyyatına yazdırır. Elementar əşya və hadisələrdən dərin fəlsəfi
məna çıxarması Murakaminin dünyada məşhur olmasının səbəblərindən biridir.
Maraqlıdır ki, yazıçı "Pinbol-1973" əsərini 29 yaşında - beysbol matçını izləyərkən
yazmağa qərar verib. Kiçikhəcmli "Tonu Takitani" əsərini isə həyat yoldaşı ilə Havay
adalarını səyahət edərkən bir dollara aldığı, üstündə iri "Tony" yazısı olan sevimli
köynəyindən və İkinci Dünya müharibəsi dövründə yaşamış musiqiçi Şizaburo
Takitaninin həyat yolundan ilhamlanaraq ərsəyə gətirmişdir. İlk baxışdan uyğunsuzluq
təşkil edən iki məfhum, digər tərəfdən isə ərsəyə gəlmiş gözəl əsər. Lakin yazıçını
dünyaya tanıdan və özü haqda gen-bol danışdıran kitabı 16 dilə çevrilmiş "Qeyri-
mümkünün mahnısı‖ olmuşdur. 1995-də nəşr olunan "Zemberək quşu" kitabı isə növbəti
il Yomiuri Ədəbiyyat Mükafatını da qazanmışdır.
Sürrealist
Haruki Murakaminin bir çox əsərlərində sürrealist ideyaların qabarıqlığı aydın görünür.
Yazıçı bir çox müsahibələrində bildirir ki, bəzən əsərlərinin nikbin və ya bədbin sonluqla
bitməsinə qərar verə bilmir. Onun fikrincə, hər kəs reallığı onun əsərlərindən istədiyi,
gordüyü formada tapmış ola bilər. Murakami qeyd edir ki, bir çox hallarda yazmağa
başlayarkən, əsərin mövzusunu belə əvvəlcədən qərarlaşdırmır və ya bir mövzuda
yazarkən qələmi onu tamamən başqa istiqamətə yönəldir.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
219
Yazıçının "Norveç meşəsi" əsərində həyat yolu, xüsusilə də tələbəlik dönəmi qiyabi
təsvir olunur. Bu dönəmdə yazıçının keçirdiyi hisslər, yaşadığı haqsızlıqlar, cəmiyyətin
əyər-əksikləri açıq-aydın göstərilir. Müəllif əsərlərində psixologiya, fəlsəfə, detektiv,
elmi-fantastika kimi janrların sintezini yaratmaqla, kütləvi oxucu rəğbətini qazanmışdır.
O, realist yapon yazıçılarını nəzərdə tutaraq deyir:
"Onlar cavabları və gəlinən nəticələri sevirlər, lakin mənim hekayələrimdə bunlar
yoxdur. Mən hekayələrimi hər cür nəticəyə açıq buraxmaq istəyirəm. Hesab edirəm
oxucularım bunu anlayırlar".
Qərb
Yazıçının mürəkkəb ziddiyyətli düşüncələri, şərqli yazıçının Qərb dünyagörüşü
çoxlarının marağına səbəb olur. Vətənində Murakami hər zaman qeyri-adiliyə aludə,
(bunu fəlsəfi-psixoloji romanlarında da əks etdirir) həm Qərb, həm Şərq oxucusunu
qazanmağı bacaran, daimi həqiqət axtarışında olan, yüksək mənəvi və fəlsəfi dəyərlərlə
zəngin ədib kimi tanınır. Təkcə ―Vəhşi qoyun təqibi‖ hekayəsini oxumaqla yazıçının
dünyagörüşünün fərqliliyi üzə çıxa bilər. Hekayə məkanını Yaponiyadan götürür,
qəhrəmanları yapondur, amma ortada yaponlara xas kimono geyən, geyşalar, bonzai kimi
şeylər yoxdur. Əksinə, burada 20-30 yaşlardakı oxuculara ‗Sistemə uyğun gəlməyi rədd
edən bir inkarçı‖ yazıçının qərbpərəst duyğuları hiss olunur. 1968-69-da ölkəsindəki
tələbə hərəkatının iştirakçısı olan, hər hansı bir şirkətə və ya sistemə aid olmadan,
müstəqil yaşamağı seçən Murakaminin ənənələrə bağlı yapon cəmiyyətində müstəqil
yaşamaq istəyən gənclər tərəfindən sevilərək oxunması təəccüblü deyil.
"Murakami amerikan romanları yazan bir yapon yazıçısıdır" qənaəti də elə onun bu tip
fikirlərindən doğur. Bu ―amerikalılıq‖ isə, əslində, Murakaminin əsərlərində alışdığımız
ənənəvi yapon həyat formasının təsvir edilməsi ilə daha çox bağlıdır. Murakaminin
qəhrəmanları ənənəvi yapon romanlarındakı qəhrəmanlardan fərqlidir. Onlar müstəqil,
xəyal qurmağı sevən, ağıllı, amma içinə qapalı, yaşadıqları cəmiyyətdən ayrı dayanma
meylində olan və ailə, sədaqət, işçi əxlaqı kimi ənənəvi yapon dəyərlərini mənimsəməyən
kəslərdir. Murakaminin özü isə deyir:
"Anamla atam daim yapon ədəbiyyatından bəhs edirdi. Buna nifrət edirdim. Ona görə
xarici ədəbiyyatı - Çexovu, Dostoyevskini, Floberi, Dikkensi oxuyurdum. Daha sonra
yüngül amerikan romanlarına maraq saldım, detektiv hekayələri, elmi-fantastik romanları
oxumağa başladım‖.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
220
Caz və ədəbiyyat
Murakami heç bir zaman Qərb mədəniyyətinə, xüsusilə musiqisinə heyranlığını
gizləməyib. Musiqi onun həyatında və əsərlərində əhəmiyyətli bir yer tutur. Murakami
uşaqlığından əldə etdiyi tranzistorlu radiosuyla Elvisi, Boysu, Bitlsi dinləyərkən istirahət
etdiyini belə izah edir: "Bu həyəcanverici aləm mənim həyatımın bir parçası oldu‖.
Hələ tələbəykən o, caz-kafe də açır, caz barədə məqalələr də yazır...
Murakami caza sevgisinin yaradıcılığına təsir etdiyini bildirir.
―Davamlı bir melodiya axtarışındayam. Başladığımda, bəzən dayana bilmirəm. Bu
suyun qaynaqdan çıxması kimi bir şeydir. Təbii, asan bir şəkildə ortaya çıxır. Caz
musiqisini çox diqqətli və sıx bir şəkildə dinlədiyim üçün bu ritm faktı mənim bir
parçama çevrilir. Roman və hekayələrimi yazarkən də bir ritmi hiss edirəm".
«Kafka sahildə»
''Dünyada bu qədər çox boş yerlər olduğu halda, var ola biləcəyin, sənə bəs edəcək
kiçicik bir yer belə tapa bilməzsən. Səsləri axtardığın halda, qarşına çıxan səssizlik olur.
Səssizliyi arzuladığında isə dayanmaq bilməyən uğultu başlar. Bu səs, zamanı gəldikcə,
sənin beynindəki gizli düyməni basar''. (―Kafka sahildə‖ romanından)
Haruki Murakaminin "Kafka sahildə" romanı üzvi surətdə bir-birinə bağlı insan
hekayələrindən ibarətdir. Özünə Kafka adı qoyan 15 yaşlı Tamura bir gün evdən qaçır. O
hələ ibtidai məktəb şagirdiykən atasının beyninə pıçıldadığı nəsihətlərdən çox uzaqlara
qaçmağı qarşısına məqsəd qoyur. Lakin qaçdığını zənn edərkən nəsihətlər daim onu təqib
edir. Qaçışdan sonra o, Kavamura kitabxanasına gedib daim kitab oxuyur. Bir müddət
sonra kitabxanada vəzifəli, normal cinsi mənsubiyyəti olmayan Oşimayla tanış olur..
Oşima, Kafkanın içində olduğu çarəsiz vəziyyəti və lənətləndiyini anlaya bilən yeganə
insandır. O, Kafkanın kitabxanada işə götürülməsini təmin edir. Gənc Kafka ani surətdə
əsəbi vəziyyətə düşə bilir.
Nakata adlı yaşlı bir adam pişiklərlə danışma qabiliyyətinə malikdir. Gündəlik həyatda
insanlarla qura bilmədiyi ünsiyyəti pişiklərlə qurmaqdadır. Onun günlərlə şüursuz
qalmasına səbəb uşaqkən yaşadığı və açıqlaya bilmədiyi bir hadisədir.
Bu bir-birindən ayrı iki qəhrəmanın həyatı romanın bir yerində sirli bir cinayətlə
kəsişir: bıçaqlı Nakatadır, əlləri qana bulaşan isə kilometrlərlə uzaqda olan Kafka.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
221
Murakami qaçışda
Murakaminin həyatı illərinə nəzər saldıqda, təsəvvürümüzə daim qaçış vəziyyətində
olan adam gəlir. Yazıçının fikirincə, insan iki ildən çox olmamaqla bir yerdə
yaşamamalıdır. O özü bu fikrinə əməl edir. Murakaminin bu yanaşmasının bilvasitə öz
əsərlərində də əks olunduğunu söyləyə bilərik. "Yaponiyada yaşayarkən yapon
cəmiyyətini o qədər də sevmirdim və ölkə xaricinə çıxmaq istəyirdim".
Bu ―qaçışlar‖ ona həm də əsərlər yazdırır
1987-ci ildə İtaliya və Yunanıstanda da olan yazar burada əvvəl ―Qeyri-mümkünlüyün
mahnısını‖, sonra ―Dance Dance Dances‖ romanlarını yazır. ―Qeyri-mümkünlüyün
mahnısı‖ əsəri metafizik elementləri saxlamayan, sadə bir gənclik və romanıdır. Burada
naməlum, amma hər şeydə hiss edilən bir həsrət duyğusu hakimdir. Bu kitabla özünü
«test etmək» istədiyini söyləyən Murakami etiraf edir:
"Heç belə real olan, sadə, romantik sayıla biləcək bir əsər yazmamışdım".
Yazıçı Yaponiyaya qayıtdığı il bu əsəri 2 milyon nüxsə ilə satılır. Ona bu qədər maraq
göstərildiyindən narahat olan yazıçı bu dəfə də Avropaya qaçır.
Murakami 1990-ci ildə yenidən vətənə dönür və heç nəyin dəyişmədiyinin şahidi olur.
"Şər iqtisadiyyatının zirvədə olduğu bir zaman idi və hər kəsin bəhs etdiyi tək şey pul,
pul, pul idi. Biz belə bir cəmiyyətə nifrət edirik və buna görə Yaponiyada on ay
qaldıqdan sonra ABŞ-a getdik".
Amerikada keçirdiyi günləri isə bu şəkildə ifadə etmişdi:
«Ölkə xaricinə çıxdığımda özümdən bir yazar olaraq nə olduğumu soruşmağa
başladım. Yaponca yazdığıma görə, mən bir yapon yazıçısıydım, lakin şəxsiyyətim nə
idi?»
Bu fikirlə o, az qala dünyanın yarısını gəzib - elə öz əsərləri kimi...
Ştrixlər
- Yaponiyada yapon olaraq qəbul edilməyən yazıçının öz vətənində təkcə ―Norveç
ağaçı‖ əsəri 9,2 milyon nüsxə satılıb.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
222
- Murakaminin əsərləri dünyanın 30-dan çox dilinə tərcümə olunub.
- Yaşayan yapon yazarları arasında dünya dillərinə ən çox çevrilən romançı adını da
əlində tutan Haruki Murakaminin 5 illik fasilədən sonra üzə çıxartdığı romanı "1Q84" ilk
gündə 480 minlik satışla qarşılanıb.
- «Murakaminin əsərləri oxucuda asılılıq yaradır». (―Independent‖ qəzeti).
Nəşriyyat rəhbəri: "Bu inanılmazdır. İnsanlar Murakaminin son romanı üçün ölür"
Nəhayət, H.Murakaminin özü: "Mən əcaib hekayələr yazarıyam. Əcaibliyi yazmağı
sevməyimin səbəblərini bilmirəm. Səhər 6-da oyanıram və axşam 10-da yatıram. Çox
realist bir insanam. Lakin yazarkən əcaib şeylər yazıram. Bu, çox qəribədir. Mən
ciddiləşdikcə, yazdıqlarım əcaibləşir. Cəmiyyət və dünya gerçəkləri haqqında yazmaq
istədiyimdə ortaya əcaib bir şey çıxır. Bir çox insan məndən bunun səbəbini soruşur və
mən buna bir cavab verə bilmirəm".
Hazırladı: Sabutay
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
223
Cavad Heyət
"İslam mədəniyyətinin Qərb mədəniyyətinin inkişafına təsiri"
Qərb mədəniyyəti sözündən məqsədimiz bu gün dünyada hakim olan Qərb maarifi, elm
və texnologiyasıdır. Bizcə, bunların meydana çıxmağında və inkişafında İslam maarif və
mədəniyyəti ən böyük rolu ifa edib. Avropa və İslam mədəniyyət tarixlərinə bir baxış
bizim görüş və fikirlərimizi sübut etməyə kafidir. Biz bu məqaləmizdə daha çox Qərb
qaynaqlarına, qərbli müəllif və alimlərin yazılarına əsaslanmağa çalışacağıq.
Bildiyimiz kimi, bugünkü sivilizasiyanın əsası və təməli elmə dayanmaqdadır. Ona görə
biz İslam dini və məktəbində elmin, alimlərin dəyərini, yerini Qurani-Kərim və Həzrəti
Məhəmmədin (s) dilindən bəyan etdikdən sonra bugünkü Qərb sivilizasiyasının
inkişafında müəssər olan İslam maarifindən və nümunə olaraq bəzi islami kəşflərdən
bəhs edəcəyik.
İslam dinində bütün xalq və millətlər bir və bərabər sayıldığı halda, alim ilə cahil
arasında fərq qoyulub. Aşağıda yazdığımız ayə bu məsələni açıq şəkildə ifadə
etməkdədir: ―Həll yəstəvi əlləzinə yələmunə vəlləzinə la yələmun, həll yəstəvi əlzulimat
və`nnur, həll yəstəvi əlamai və`lbəsir, am keyfə yəstəian‖. (Alim ilə cahil bir olurmu, işıq
ilə qaranlıq birdirmi, kor ilə görən bərabər olarmı, (bunlar) necə bir ola bilərlər?)
Bu mövzuda Türkiyənin böyük şairi Mehmet Akif Qurandan ilham alaraq belə demişdir:
Heç bilənlərlə bilməyənlər bir olurmu,
Olmaz ya, biri insan, biri heyvan.
Öyle isə cəhalət denilən yüz qarasından
Qurtulmağa əzm etməli başdan-başa millət
Kafimi, deyil yoksa bu son dərsi-fəlakət.
Qurani-Kərimin nazil olan ilk ayəsi (İqra) ―Oxu‖ sözü ilə başlayır: ―İkra biismi
rəbbikə`lləzi xələqu‖ (Yaradan Tanrının adı ilə oxu). Quranda Tanrı qələmə və qələmin
yazısına and içir. İslam yeganə dindir ki, elm və biliyi ibadətdən də üstün tutur,
peyğəmbərimizə istinad edilən hədislər bu məsələni gözəl bir şəkildə bəyan etməkdədir:
Təhsil müqəddəs cihaddır.
Alimlər Tanrının etimad etdiyi kimsələr və Peyğəmbərlərin varisləridir.
Elmindən faydalanan alim min zahiddən yeydir.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
224
Elm dərəcəsi ən yüksək dərəcədir.
Alimlərin mürəkkəbi və şəhidlərin qanı ölçüldü, birinicisi daha ağır gəldi.
Hər şeyin bir yolu var, cənnətin yolu elmdir.
Cəhalətdən qorxulu və pis yoxsulluq yoxdur.
Övlad üçün ən qiymətli miras yaxşı təhsildir.
Alim ol və ya şagird və ya dinləyici və ya alimin dostu, sakın bunlardan başqa olma ki,
məhv olarsan.
Həzrət Əli (ə) bu barədə belə deyib: ―Ən nasu muallim avmutəllimvə`lbaqi kalhiməc‖.
(Xalq ya müəllim və ya şagirddir, qalanı zir-zibildir).
Burada bir nöqtəyə işarə etmək lazımdır ki, Qərb dünyasının ərəb mədəniyyəti adı ilə
adlandırdığı mədəniyyət İslam mədəniyyətidir və bu mədəniyyətin yaranmağı və
inkişafında iranlılar və türklər, başqa müsəlman millətlərdən daha çox çalışmışlar. (Asəf
Feyzi, Hindli müəllif).
İndi İslam və dünya mədəniyyət tarixinə bir ötəri nəzər salaq:
Bildiyimiz kimi, kağız elm və maarifin əsasını təşkil edən, insanların fikir və
yaradıcılıqlarını əks etdirmək və çatdırmaq üçün ən əlverişli vasitədir. Kitab və məqalə
yazmaq, onları xalqa çatdırmaq üçün çox miqdarda və ucuz qiymətdə kağız əldə etmək
zəruridir. Bu gün ucuz və asan şəkildə avropalıların əlində olan bu qiymətli vəsilə (kağız)
müsəlmanlar tərəfindən icad olub, Avropaya aparılıb. Əlbəttə, çinlilər miladi 105-ci ildən
ipək və ya barama qozasından kağız istehsalını öyrəniblər. Lakin ipək sənətinin bahalılığı
və Çin ilə Orta Asiyaya məxsus qaldığı üçün həmin kağız Avropaya çatdırıla bilməyib.
Professor Jak Risler – Paris İslam İnstitutunun ustad alimi ―Ərəb mədəniyyəti‖ adlı
kitabında belə yazıb: ―Şəkkimiz yoxdur ki, ən yaxşı nemətlərdən biri olan kağızı İslam
Avropaya gətirmişdi. Müsəlmanlar kətan xəmirindən kağız qayırmaq sənətini
Səmərqənddə öyrəndilər. Sonra Əlcəzair və Misirdə bol olan pambığı onun yerinə
işlətdilər. Bu şəkildə miladi 712-ci ildə ərəblər tərəfindən vaqe olan Səmərqənd fəthini
dünyada kağızın yayılma tarixinin başlanğıcı hesab edə bilərik‖.
İlk kağız istehsal fabrikası 794-də Bağdadda quruldu. Sonra Misirdə və 12-ci əsrdə
Əndəlüsdə xədiv kağız fabrikaları quruldu. Avropanın qərb məntəqəsi möhtac olduğu
kağızı bu fabrikalardan təmin edərdi, lakin Şərqi Avropaya kağız Şamdan gələrdi.
―Mədəniyyət tarixi‖ adlı kitabın müəllifi məşhur Vil Durant bu barədə belə yazır: ―İlk
kağız fabrikası – ―kargah və atelye‖ 794-də Bağdadda İranlı Əlfəzl Bərməki tərəfindən
quruldu və kağızqayırma texnikası müsəlmanlar vasitəsilə Siciliya və İspaniyaya aparıldı.
Oradan İtaliya və Fransaya yol tapdı. Ucuz və çox miqdarda kağız istehsalı bol miqdarda
kitab tədarükünü asanlaşdırdı. Belə ki, onuncu əsrdə Deyləmilərin vəziri olan Sahib ibn
İbadın şəxsi kitabxanasında Avropa kitabxanalarının məcmusu qədər kitab var idi.
|