“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
239
getdikləri müxtəlif bölgələrdə bitirdi. İzmir Atatürk Litseyinin birinci sinifində Nazim
Hikmətin şerləri ilə bir qıza yazdığı məktuba görə 1941-ci ilin fevral ayında, 16 yaşında
həbs olunaraq məktəbdən uzaqlaşdırılır. Üç həftə nəzarət altında qalır və nəticədə iki ay
həbsxanada yatır. Türkiyənin heç bir yerində təhsil ala bilməyəcəyi haqqında qərar verilir
və beləliklə o, təhsilinə ara vermək məcburiyyətində qalır. Lakin sonradan Danıştayın
qərarı nəticəsində 1944-cü ildə onun oxumaq imkanı yenidən bərpa olunur və o, İstanbul
Işık Litseyinə daxil olur. Litseyin son sinifində əmisindən xəbərsiz "CHP Şiir
Armağanı"nda Cabbaroğlu Məhəmməd şeri ilə bir çox tanınmış şairi geridə qoyuraq
ikinci yerə layiq görülür:
gel haberi öteden verelim
çikmiş daglara kendiliginden
cebbar oglu mehemmed
fransiz'a silah çekmiş
hür yaşamak ugruna
irz ugruna namus ugruna
ana için baba ve kardeş için
(Cebbar Oglu Mehemmed – ―Duvar‖)
1946-cı ildə məzun olur. Daha sonra o İstanbul Hüquq Fakültəsinə daxil olur və orada
"Yığın" ve "Gün" kimi dərgilərdə ilk şerləri çap olunmağa başlayır. Beləliklə 1948-ci ildə
şairin öz imkanları daxilində ―Duvar‖ adlı ilk şer kitabı yayımlanır. Şair həyatını
bütünlüklə sənətə həsr edənlərdir. Hər kəs kimi, yəni düşünmədən, çarpışmadan,
mübarizə aparmadan yaşamaq onluq deyildi. O vətəni sevirdi, yazmalıydı,
yaratmalıydı….
elimi tutuyorlar ayağımı
yetişemiyorum ardından
hevesim olsa param olmuyor
param olsa hevesim
yaptıklarını affettim
seninle gelemeyeceğim attilâ ilhan
beni koyup koyup gitme
ne olursun
(Ağustos Çıkmazı – ―Ben Sana Mecburum‖ )
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
240
O, 1949-cu il universitetin ikinci ilində oxuyarkən Nazim Hikməti qurtarmaq hərakatına
qatılmaq üçün ilk dəfə Parisə gedir. Attila İlhan bu hərakatda aktiv rol oynayır. Fransız
xalqı və oradakı müşahidələr onun daha sonrakı əsərlərində yer alan bir çox surətə və
hadisələrə təsir edir və onların təməli olur. Türkiyəyə geri dönəndə isə onun polislə tez-
tez problemləri baş verir. "Sansaryan Han" soruşturmaları onun ölüm, təhlükə
mövzularında işlədiyi əsərlərdə əhəmiyyətli rol oynayır. O bir neçə dəfə də nəzarət altına
alınır. Həyat olduqca çətindir, onun ağrı-acılarını yaşadıqca bilirsən. Bəzən elə hadisələr
olur ki, insan həyata üz çevirir, o zaman yaşamırsan, sadəcə nəfəs alırsan….
an gelir
paldır küldür yıkılır bulutlar
gökyüzünde anlaşılmaz bir heybet
o eski heyecan ölür
an gelir biter muhabbet
çalgılar susar heves kalmaz
şatârâbân ölür
şarabın gazabından kork
çünkü fena kırmızıdır
kan tutar / tutan ölür
sokaklar kuşatılmış
karakollar taranır
yağmurda bir militan ölür
***
evvel zaman içinde
kalbur saman ölür
kubbelerde uğuldar bâkî
çeşmelerden akar sinan
an gelir
-lâ ilâhe illallah-
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
241
kanunî süleyman ölür
(An Gelir - ―Elde Var Hüzün‖ )
1951-ci ildə "Gerçek" qəzetindəki bir yazısı onun izlənilməsinə və yenidən Parisə üz
tutmasına səbəb olur. O bu dövrdə Fransada həm fransız dilini və həm də Marksizmi
öyrənir. 1950-ci illər Attila İlhanın öz həyatını İstanbul-İzmir-Paris üçgənində yaşadığı
və Türkiyədə yavaş-yavaş tanınmağa başladığı dövr olur. Ö öz yurduna döndükdən sonra
Hüquq fakültəsində təhsilini davam etdirməyə başlayır. Lakin sonuncu kursda
jurnalistiyə başlamasıyla təhsilini yarımçıq qoyur. Kino ilə əlaqələri onun 1953-cü ildə
"Vatan" qəzetindəki tənqidi yazıları ilə başlayır.
1957-ci ildə "Erzincanda" əsgərliyini, yəni vətənə xidməti borcunu yerinə yetirdikdən
sonra Attila İlhan İstanbula gəlir və o, kino sənətinə yönəlik işlərinə böyük yer ayırır. On
beşə yaxın kino işlərinə ―Ali Kaptanoğlu‖ adıyla imza atır. İstəklərini kinoda tapa
bilməyən Atilla İlhan 1960-cı ildə Parisə geri dönür. Sosyalizmdə gəldiyi keçidləri və
televiziya işçiliyi araşdırıldığı bu zamanlar atasının vəfatı ilə birlikdə onun İzmir dövrünə
təkan verir. İzmirdə keçən 8 il ərzində o, ―Demokrat İzmir‖ qəzetində baş redaktor
vəzifəsini həyata keçirir. Həmin illərdə onun "Yasak Sevişmek" ve "Aynanın İçindekiler"
seriyasından "Bıçağın Ucu" kitabları işıq üzünü görür. Attila İlhan 1968-ci ildə evlənir və
bu evlilik 15 il ömür sürür. Ayrılıqlar - bunu yalnız yaşayanlar bilər… Ayrılıq çox
dəhşətli bir yuxudur, inanılmaz qorxuludur və elə bir yuxudur ki, ona heç zaman inanmaq
istəmirsən:
ay ışığına batmış
karabiber ağaçları
gümüş tozu
gecenin ırmağında yüzüyor zambaklar
yaseminler unutulmuş
tedirgin gülümser
çünkü ayrılmanın da vahşi bir tadı var
çünkü ayrılık da sevdâya dahil
çünkü ayrılanlar hâlâ sevgili
hiç bir anı tek başına yaşayamazlar
her an ötekisiyle birlikte
herşey onunla ilgili
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
242
telâşlı karanlıkta yumuşak yarasalar
gittikçe genişleyen
yakılmış ot kokusu
yıldızlar inanılmayacak bir irilikte
yansımalar tutmuş bütün sâhili
çünkü ayrılmanın da vahşi bir tadı var
öyle vahşi bir tad ki dayanılır gibi değil
çünkü ayrılık da sevdâya dahil
çünkü ayrılanlar hâlâ sevgili
(Ayrılık Sevdaya Dahil – ―Ayrılık Sevdaya Dahil‖ )
1973-cü ildə "Bilgi Yayınevinin" müşavirliyi vəzifəsini icra etmək üçün Ankara şəhərinə
köçür. "Sırtlan Payı" və "Yaraya Tuz Basmak" əsərlərini həmin şəhərdə qələmə alır.
1981-ci ilə qədər Ankara şəhərində yaşayan şair "Fena Halde Leman" adlı romanını
qələmə alır və beləliklə İstanbula köçür. Attila İlhan qazet jurnalistliyinə "Milliyet" və
"Gelişim" yayınları ilə davam edir. Attila İlhan bir ara Güneş qəzetində və 1993-1996-cı
illərdə ―Meydan‖ qəzetində yazmağa davam edir. 1996-cı ildən etibarən o, öz yazarlığına
"Cumhuriyet" qəzetində davam etdirməyə başladı. 1970-ci illərdə Türkiyədə televiziya
yayınlarının başlaması və geniş kütlələrə çatdırılması ilə bərabər Attila İlhan da senari
yazmağa başlayır. Beləliklə "Sekiz Sütuna Manşet", "Kartallar Yüksek Uçar" və "Yarın
Artık Bugündür" serialları xalq tərəfindən bəyənilərək izlənilir.
Həyat hər gün insanlarla dolub boşalır. İtirdikcə kədərlənirik, ölüm qorxuludur, ölüm
dözülməzdir. Xalq onu sevənləri heç zaman unutmur, xatırlayır və ömür boyu dəyər
verir:
Ölmek Zamanı
dağılırdı saçlarınız yaz akşamı
batan güneşe karşı / kumral
susardınız ne de çok susardınız
anlaşılması güç susmanızın anlamı
sanki bir bulmaca uzun bir sarmal
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
243
uzadıkça sersem eder adamı
o zaman sevmek değil ölmek zamanı
(uzak bir kız sisli mavi susarsa
acılarla yüklüdür suskunluğu
akıl almaz tehlikeler içerir
hele hayatında bir sürgün varsa
kelepçe kuşlarının buz gibi uçuştuğu
o siyah tren uğultularla gelir
bütün üçüncü mevki cıgara dumanı)
bana susar bir hayalle konuşurdunuz
hani fakülteden çıkarken vurmuşlardı
kollarınızda ölen tıbbıyeli çocuk
birbirinize nasıl da uymuştunuz
sevginizde yüceltici birşeyler vardı
korku bulaşığı garip bir mutluluk
bir filmi hatırlatan belki bir romanı
(uzak mavi kız dalgasız bir su
ah onun yalnızlığı benim yalnızlığım
içimizde gemiler ansızın yol kesiyor
ansızın beni de vururlar mı korkusu
izlendiğini sanmak her gece adım adım
şehrin karanlığında devriyeler geziyor
telsizde cızırtılar / cinayet alarmı)
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
244
eflatun ve ıssız ağzınız bir muamma
susardınız arkasında susmuşluğunuzun
tekrar tekrar sizi duruşmaya çağırırlar
geç vakte kalır sorgular bitmez ama
hapislik nedir ki / unutulmak asıl sorun
seyreldikçe seyrelir istanbul'dan mektuplar
ne arayanı kalır gittikçe ne soranı
(baksa da beni görmüyor sanki yokum
duymadığı açık anlattıklarımı
sessizliği kalabalık giremiyorum
ölüler kuşatılmış sağımı solumu
geçmişte yaşıyor biliyorum
bir anlatabilsem onsuz olamadığımı
o zaman sevmek değil ölmek zamanı)
Atilla İlhan 10 oktyabr 2005-ci ildə ikinci dəfə keçirdiyi infarkt nəticəsində İstanbuldakı
evində həyata vəda edir.
Günel Mustafayeva
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
245
Aleksandr Blok
―Başqa şeylərin hamısı iblisanə hisslərdi‖
Rus şairi Aleksandr Blokun arvadı D. Bloka yazdığı məktub
30 may, 1911-ci il (Şaxmatovo)
Lyuba, dünən çox gümrah və xoş əhval-ruhiyyədə idim, çoxlarına münasibətimdən, hər
şeydən əvvəl sənə münasibətimdən çox şey başa düşdüm .
Sənə böyük bir məktub yazmağa hazırlaşırdım, ancaq bu gün yaza bilməyəcəyəm, yenə
tənbəllik məni basıb. Bura çox ucqar yerdi, xüsusən bayram günləri bilmirsən harda
vaxtını keçirəsən. Hətta poçt da yoxdur burda, sənsizliyimi bu daha dözülməz eləyir.
Mən sənə yazmaq istəyirdim ki, yeganə qiymətli nəyim vardısa, onu artıq sənə vermişəm
və başqa heç kimə verə bilmərəm, hətta istəsəm belə. Başqaları üçün məndə ağıl və
dostluq hissləri qalıb (dostluğun sevgidən ancaq bir fərqi var: dostluq telləri çox olur və
bu çoxluqdan da heç nə itirmir); başqa şeylərin hamısı iblisanə hisslərdi, yaxud qeyri-
müəyyən əyləncələrdi (onlar da getdikcə azalır), yaxud da alçaq əlaqələrdi.
Bütün bunları dünən daha aydın deyə bilərdim, ancaq məncə sən elə bu yazdıqlarımdan
da mənim nəyi daha dəqiq müəyyənləşdirmək istədiyimi başa düşəcəksən.
Troitsa bayramı (xristian dini bayramlarından biri) ərəfəsində bir axşam öz kilsəmizə
getmişdim, kilsə başdan-başa ağcaqayın budaqları ilə bəzədilmişdi, döşəməsinə ot
döşənmişdi.
Hər dəfə soruşursan ki, sənin məktubların xoşuma gəlirmi? Bəli, demək olar ki, hamısı
xoşuma gəlir, bəzən isə xüsusilə xoşuma gəlirlər. Sənin öz bacarığın müqabilində aydın
ifadə etdiyin fikirlərin hamısı maraqlıdır mənim üçün. Məktublarında sən buna nail
olursan. Allah sənə yar olsun.
Saşa
Hazırladı: Turanə Almuradova
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
246
"Limonka"
Rus yazıçısı Eduard Limonovla ―tanışlığım‖ Azad Yaşarın tərcüməsində oxuduğum
hekayə ilə başladı. Marağımın arxasınca düşüb, bığlı-qarınlı ―Böyük Polis‖ə çevrilmiş
Bakının bapbalaca kitab mağazalarında Limonovun kitabların axtarmağa başladım.
Məlum oldu ki, çoxları heç, belə bir yazıçının olduğunu da bilmir.
Bir kitab mağazasının sahibi isə Limonovdan şəxsən zəhləsi getdiyini, onun kitablarının
―ayağı‖nın bizim gözəl-göyçək Bakıya dəyməyəcəyini dedi. Ən azından, o, özü
Limonovun əlindən tutub bura gətirməyəcəkdi:
- Səbəb?
- Ondan zəhləm gedir.
İnsanlarımızın onu oxumasını istəmirəm...
- Bu adam müxalif düşüncə adamıdır, maraqlı
həyat hekayəsi var. Ən azından bu ölkənin oxuyanları böyük qonşumuzda baş verənlərə
rus intellektualının münasibətini bilməlidir, ya yox?
- Mən insanlarımızın onu oxuyub,
təsir altına düşməsini istəmirəm...
Kiçik dialoqumuzun yersiz mübahisəyə çevrildiyini
gördüyümdən mövzunu dəyişmək üçün kitab mağazasını təriflədim...
Son günlərdə sıxılmış limona bənzədiyimi görən dostlarım əla-ayağa düşüb hər yerdə
Limonovun kitabını axtarmağa başladılar. İlk səda elə, Limonovun doğulduğu, böyüdüyü
həbsə atıldığı, dissidentli etdiyi, New Yorkda ―qulluqçu‖ya çevirdiyi, amma heç cür
―öldürə biləmədiyi‖ Rusiyadan gəldi. Bəzən fikirləşirəm, 9 milyonluq ölkədə niyə
istədiyin kitabı tapmaq bu qədər çətindir?!
İndi Limonovun bir kitabı əlimin altındadır.
Kitabın üz qabığı...
YOX! YOX!
Gördüyünüz kimi, qalstuklu-pencəkli, bir ayağı üz üstə sərilmiş ağacda,
bir əli çənəsinin altında, dərin düşüncələrə dalmış şəkil-filan yoxdu orda. Heç arxa fonda
şəlalə-filan da yoxdur. Üz qabığında metro və avtobusdakə insanların üz
büzüşdürmələrinə, heyrətlərinə, bəzən (qadınların və ola bilsin birdə homoseksualların)
seksual marağına səbəb olan su içinə girmiş başsız və qurşaqsız lüt kişi şəkli var. Bu
lütün bədəni bıçaqla çərtilib yazılmış cümlələrlə doludur.
Deyə bilərsiniz ki, zatən
şəkildən hər şeyi görürük, daha bu təffərrüat nəyə lazım?!
İş ondadır ki, Azərbaycanda nəşr edilən bir çox kitabların üz qabıqlarındakı şəkillər öz
primitivliyi, mənasız görünüşü ilə adamı kitabdan uzaqlaşdırır. Kitab bəlkə də dəyərlidir,
amma üz qabığı bəs edir ki, minlərlə kitab içərisində o ya itib-batsın, ya da dərhal diqqət
çəksin. Mövzudan uzaqlaşmayım, oxuyanlar nə demək istədiyimi anladı.
Limonovun dediyi kimi ―kitabı hardan istəsəniz, ordan oxuya bilərsiz‖, çünki bu kitab
Limonovun sularında üzdüyü dənizlər, okeanlar, çaylar, göllər, seyrindən bəzən
feyziyyab olub bəzən nifrət etdiyi fontanlar, limnalar, sevişdiyi qadınlar, müharibələr,
həbslər, mühacirətlər, siyasi fəaliyyətlər və daha nələrdən bəhs edən, hər biri ayrı
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
247
xatirələrdən hörülmüş kitabdır. Limonova da bir söz haqqı tanıyıb kitabı haqqında
fikirlərini oxuyaq:
―Əlinizdə tutduğunuz bu kitabın adı ―Sular kitab‖ adlanır. Onu
―Zaman kitabı‖ da adlandırmaq olardı. Çünki o, zamandan bəhs edir. Ancaq mən suyu
üstün tutdum. Su, axır, təmizləyir... Bir də siz, axı, eyni suya bir dəfədən artıq girə
bilməzsiniz.
Nəticədə qəribə bir əsər ortaya çıxdı: coğrafi və tale əhəmiyyətli
təsadüflərlə dolu xatirələr kitabı.
Hə, bax beləcə, mən 1982 –ci ilin bir günü çox qəribə insanlarla birgə, Adriatik
dənizinin sahilində - Venesiyada idim. Bundan 11 il sonra isə Adriatik sahilinin əks
tərəfində - çiynimdə avtomat, indi artıq rəhmətə getmiş Knin Respublikası hərbi polisinin
tərkibində, balkanlarda gəzişirdim. 1974-cü ilin yayında isə bir fransızın idman
maşınında gözəl qadınların müşayəti ilə Qaqradan keçib, Qudaut tərəfə üz tutmuşdum.
1992-ci ildə isə çəmənliklə örtülmüş Qudautun sahilində - Abxaziya Respublikasına
köməyə gəlmiş avantürist idim.
Həm də məlum oldu ki, mən zamanın okeanında ən
―essentiels‖ maddələr axtarıram. Necə? Bax beləcə: İlk dəfə əlyazmanın 40 səhifəsini
oxudum, ancaq qadınlar və müharibədən başqa heç nə görmədim. Avtomatlar və sevimli
dişilərimin deşiyinə tökülmüş sperma – müdriklikdən uzaq keçən həyatımın toplamı bu
idi. Belə bir seçimin edilməsinin günahını kitabın yazıldığı yerin - dövlətin düşmənlərinin
saxlanıldığı hərbi türmənin boynuna atmaq lazımdır.
Bu kitabda özünə yer eləmiş bəzi
epizodlar mənim digər kitablarımda da var, ancaq digər kontekst içində verildiklərindən,
onlar dərinlikdən uzaq idilər və xüsusi olaraq seçilmirdilər. Onlar daha çox eskiz
xarakterli idi. Bu kitabda isə onlar müstəqillik əldə ediblər.
―Sular Kitabı‖ həyatın suları haqqındadır. Elə buna görə də, oradakı epizodlar xatirələrin
yaddaşı, yaxud suda üzən maddələr kimi qəsdən qatışdırılıb. Oxucu, sizin qarşınızdakı
orijinal xatirələr kitabıdır. Həmişə mənim meyillənməm ikili xarakterli olub. Uşaqlıqdan
mən özümü həm Don Juan, həm də Kazanov kimi göstərmişəm. Özümü eyni anda həm
gələcək əsgər, həm də inqilabçı (Bakunin və Çe Qavara istiqamətli) kimi apardığımdan
ikiləşdim: qarşınızda ―Bolivya gündəlikləri‖ ilə ―Kazanovun xatirələri‖nin qarışığı olan
kitab durmaqdadır‖.
P.S. Kitabın dili çox sadə və axıcıdır. Rus dilini yaxşı bilməyənlər
də oxuya bilər.
Emin Aslan
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
248
"Den Braunu qapalı bir bunkerdə çevirdim"
Bu ilin 14 may tarixində ABŞ-da "Da Vinçi Şifrəsi" əsərinin müəllifi, dünya miqyasında
tanınmış amerikalı yazıçı Den Braunun "İnferno" (―Cəhənnəm‖) adlı yeni romanı işiq
üzü gördü. Fransız dilinə çevirilmiş bu kitabın Fransadakı təqdimatı may ayının 23-də
Parisdə keçirildi. Den Braunun bu yeni romanını ingilis dilindən fransızcaya çevirmiş
Dominik Defer qeyri-adi şərtlərdə keçmiş çevirmə prosesini Fransanın həftəlik "Le
nouvel Observateur" dərgisinin oxucularıyla bölüşür.
Dominik Defer "Cəhənnəm"-i çevirmək məqsədiylə xanım Karol Delportla birgə
İtaliyaya gedirlər və burada digər beş ölkədən gəlmiş həmkarlarıyla birgə təqribən iki ay
ərzində Milan yaxınlığında yerləşən bir bunkerdə yaşayırlar.
Yanvar ayının sonunda mənə Den Braunun "Cəhənnəm" romanını fransız dilinə
çevirməm üçün Londona gedəcəyimi dedilər. Mən dərhal bilgisayarımı və digər lazım
olan əşyalarımı yığdım və hazırlıqlara başladım. Bundan başqa, "Harri Poter"-i
fransızcaya çevirmiş tərcüməçi ilə də görüşərək, ondan bəzi məsləhətlər aldım. O, Joanna
Roulinqın kitabını razılaşdırılmış kontrakta uyğun olaraq, Londonda yerləşən "Harri
Poter" nəşriyyat evinin ofisində qapalı bir şəraitdə çevirməyə məcbur olmuşdu.
Amma yola düşməyimə iki həftə qalmış, öyrəndim ki, səfərimiz Londona deyil, İtaliyaya
olacaq, daha dəqiq desək, Milana. Gəldik çıxdıq itib-batmış bir yerə, məhşur braziliyalı
arxitektorun inşa etdiyi Mondadori nəşriyyat evinin binasına. Hələ səfərimdən iki gün
öncə mənə məxfilik haqda kontrakt imzalatdırmışdılar. Milandakı iş otağımız 200
kvadrat metirlik yeraltı bir bunker idi. Mən burada romanı çevirmək üçün fevralın 15-dən
aprelin 5-nə qədər, bazar günü də daxil olmaqla, hər gün səhər saat 9-dan axşam saat 21-
ədək işləyirdim. Bu bunkerdə altı çevirmən qrupu çalışırdı : Fransa, İtaliya, Almaniya,
İspaniya, Kataloniya və Braziliya. Hər ölkənin təmsilçilərinə üzərində ölkələrinin bayrağı
sancılmış üç masadan ibarət bir sahə ayrılmışdı. Fransa masasında əvvəl mən tək
işləyirdim, daha sonra mənə həmkarım Karol Delporte və redaktor Anna Pidu qoşuldular.
Ortalama olaraq, bunkerdə hardasa 10-15 nəfər çevirmən idik.
Birinci gün Səhər saat 10:10-da xüsusi marşurut avtobusla gəldim iş yerinə. Mondadori
şəhərciyinin girişində iki nəzarətçi durmuşdu. Giriş vəsiqəmi göstərməyim gərəkirdi.
Bunkerin girişində isə bizim bütün giriş-çıxışlarımızı qeydə alan daha iki nəzarətçi var
idi. Bunkerdəki ilk iş günümüzdə hətta iki əli silahlı gözətçi də görmüşdüm. İçəri
girməmişdən öncə, bütün digər çevirmənlər kimi mən də mobil telefonumu nəzarətçilərə
təhvil verdim, onlar isə onu xüsusi bir seyfə qoydular. Telefonlarımızı yalnız bayıra,
misal üçün, siqaret çəkməyə çıxanda götürə bilirdik. Daha sonra isə, nəzarətçilərdən biri
"Cəhənnəm"-in ingilis dilindəki mətnini mənə verdi. Mən öz şəxsi bilgisayarımda
işləyirdim, amma o, belə deyək, "zərərsizləşdirilmişdi". Bəlkə də biraz ağır çıxdı, amma
|