“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
232
edilmişdir. Əsərdə yer alan bu iki ailənin bir-birinə bənzər xüsusiyyətləri də olduqca
çoxdur. Hər iki ailədə çoxsaylı ailə üzvləri təqdim edilmiş, hər iki ailədə öz keçmişini
axtaran bu arayış içərsində olan müəyyən psixi böhranlar keçirən gənc qızlardan söhbət
açılmışdır: Türk qızı Asya və atası erməni, anası amerikan olan, anasının Ami deyə
çağırdığı Armanuş Çakmakçıyan.
Roman Qazançı ailəsinin ən kiçik qızı, ondoqquz yaşlı Zəlihənın nigahdankənar qeyri-
qanuni uşağından (kimliyi, əslində, kimliksizliyi yalnız özünə məlum olan bir atadan!)
xilas olmaq üçün ginekoloq-doktora getməsinin təsviri ilə başlayır. İnsan psixologiyasına
dərindən bələd olan Əlif Şəfəq müayinəxanaya yollanan Zəlihənın keçirdiyi həyəcanları,
tərəddüdləri ifadə etmək üçün yolüstü bazara girib darçın və bər-bəzəkli stəkan-nəlbəki
almasının təsvirindən istifadə etmişdir. Zamanı gecikdirməyə çalışan Zəlihə bu yolla
özündən qaçmaq istəyir.
Qazançı ailəsi ancaq qadınlardan ibarətdir. Eyni zamanda Çakmakçıyanlarda da qadınlar
olduqca çoxdur. Zəlihə çox gözəl, daima kişilərin marağına səbəb olan bir xanımdır. O,
romanda 19 yaşından 40 yaşına qədər təsvir edilmişdir. Bu müddət içərsində o daima
mini ətəkdə, ətrafın diqqətini özünə cəlb etməkdən xoşlanan qadın kimi təsvir edilmişdir.
Qazançı ailəsində hər xarakterdə qadın mövcuddur. Ailənin anası olan, türk qadınına xas
adət-ənənələrlə yaşayan Gülsüm nənə (Ciciannə), cinlərlə söhbət edib fala baxmaqla
məşğul olan Banu, həmişə əsəbi gəzən Fəridə, tarix müəlliməsi, bu səbəblə də bütün
hadisələrə tarixi nəzərlərlə baxan Cevriyyə, ailədə ―qara qoyun‖ adlandırılan, ailənin
üzqarası hesab edilən, atasız uşaq dünyaya gətirən, tatuirovka (döymə) işi ilə məşğul olan
Zəlihə və ailənin ən kiçik yaşlı qadın nümayəndəsi atasının kimliyi bəlli olmadığı üçün
bic hesab edilən Asyadır. Qazançı ailəsinin yeganə sağ qalan kişi fərdi Mustafadır. Bu
ailədəki kişilər çox erkən yaşlarda vəfat edirlər. Ləvəndin atası Riza Səlim 60-a çatmamış
dünyadan köçüb, Ləvənd özü 51 yaşında vəfat edib. Ailədəki başqa kişilər də müxtəlif
səbəblərdən cavan yaşlarında dünyadan gediblər. Bu nəhs ənənə sonralar da davam edir.
Qızların ərləri də eyni taleyi yaşayırlar. Mustafa Amerikaya getməklə bu qara
qismətindən qaça biləcəyini düşünür. Bu, bir növ özü özündən qaçmaqdır. Əsərin sonuna
qədər oxucu Musatafanı ancaq bu səbəblə Amerikaya getdiyini düşünür, halbuki əsas
səbəb tamam başqadır.
Mustafa Amerikada Roza adlı bir erməni xanımla evlənir. Roza əvvəl Çakmakçıyanların
yeganə oğlu Barsam ilə ailə həyatı qurmuşdu. Ondan ayrıldıqdan sonra içində daima
intiqam hissi daşıyır. Çakmakçıyanlardan intiqam almaq üçün nə edə biləcəyini
fikirləşir… Və, nəhayət, tapır: bir türk kişisinə ərə getməyin bir erməni ailəsinə vurula
biləcək ən ağır zərbə olduğunu, onlara güclü mənəvi-psixoloji təsir edəcəyini düşünərək
Mustafa ilə ailə həyatı qurur.
Armanuş nənəsi Şuşan Çakmakçıyanın (İstanbuliyanın!) uşaqlığının keçdiyi İstanbula
getməyi qərarlaşdırır. Anasına atasının yanında San Fransiskoda olduğunu, atasına isə
anasının yanında Arizonada olduğunu söyləyərək İstanbula, ögey atasının ailəsinin
yanına gəlir. O, burda Qazançı ailəsinin xanımları ilə tanış olur. Burda biz bir sıra
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
233
maraqlı məqamlara rast gəlirik. Anasına da digər xalaları kim xala deyən Asya ilə
Armanuşun yaşadıqları bənzər psixi dünyanın bir çox məqamlarınını üst-üstə düşdüyünü
görürük. Çakmakçıyanların da ailəsində mövcud olan fərdlər Şuşan, qızları Surpun,
Zaruhi, Varsenig və Armanuşun atası, Rozanın iniqam almaq üçün bir türkdən istifadə
etdiyi Barsam Çakmakşıyandır. Armanuş İtanbulda bir sıra yeni insanlarla tanış olur, o
günə qədər ona bəlli olmayan yeni fikirlərə sahib olur. Bu insanları tanımasına kömək
edən isə Asyadır.
İlk dəfə hamilə olduğunu anası və bacılarına bir yemək süfrəsində açıqlayan on doqquz
yaşlı Zəlihə heç vaxt dünyaya gətirdiyi uşağın atasının kim olduğu haqqında onlara
məlumat vermir. Qızı ona heç vaxt ana demir. Asya ilə anası arasında dərin bir uçurum
mövcuddur. Asya ilə Armanuşun arayış faktorları bir – birinə oxşasa da Asya hər şeyi
bilməyə çox səy göstərmir. Ancaq ruhunda yaşadığı böhran – arayış onun insanlarla
münasibətinə ciddi təsir göstərir. Çox saylı qadınların olduğu bu evdə Asya öz yolunu
tapmaqda çətinlik çəkir. Onu fərqli məşğuliyyətlərə göndərən xala – anaları onun
həyatında müəyyən rol oynayırlar. Əslində, valideynləri ilə münasibətin doğurduğu
uçurum Asyanın həyatda atasız- bic olmasından irəli gəlmirdi. Onun anası Zəlihə da ata
sevgisindən uzaq böyümüşdür. Zəlihənın uşaqlıq xatirələrindən onun ataları ilə
yaşadıqları şüurlarında elə dərin bir iz qoymuşdur ki, atası ölərkən Zəlihə onun məzarına
getmək istəmir. Hətta atalarına olan qəzəb Zəlihə ilə Mustafa arasında da uçurum yaradır.
Əsərin əvvəllərində ginekoloqa gedən Zəlihənın küçədə ona söz atan taksi şoferindən
sonra beynində oxuduğu bir kitabdan psixoloji bir məsləhəti xatırlaması oxucu üçün həm
olduqca maraqlıdır, həm də İstanbul qadınının yaşadığı psixi vəziyyət haqqında məlumat
verir: ―İstanbullu Kadınların Elkitabından Altın Feraset Kuralı: Sokakta sarkıntılığa
uğradığında asla tepki verme, muhattap olma çünkü tacizcisine küfretmek şöyle dursun
tepki veren kadın, tacizcisini daha da kışkırtmaktan öte bir şey yapmamış olur!‖
―İstanbullu Kadınların Elkitabından Gümüş Feraset Kuralı: Sokakta sarkıntılığa
uğradığında sakın sinirlenme. Paniklenme, çünkü sarkıntılık karşısında sinirlenen ve aşırı
tepki veren bir kadın sadece kendi işini zorlaştırmakla kalır!‖ (1,s.28-29).
Qeyd edək ki, bu parçaları Zəlihə oxuduğu ―Qadın fərasəti‖ adlı kitabdan xatırlayır. Bu
parça ilə biz bir qadının ona göstərilən davranışa necə cavab verməsi haqqında
düşündüyünü görürük. Bətnindəki uşaqdan xilas olmaq istəyən Zəlihə həkimdə sinir
böhranı keçirir və qərarından vaz keçir. Əsəbləri daima oyaq olan Zəlihəya vurulan
çoxsaylı keyidici iynələr ona qətiyyən təsir etmir: ―HayıR, bi şey yapamadık,‖dedi
sekreter migreni azmış gibi başını tutarak. ―Siz öyle avaz avaz bağıRıRken doktoRun bi
şey yapması kabil olmadı tabi. Bi türlü bayılmadınız kuzum, ay o ne sayıklamalaR,
bağRış çağRış, sonRa bi de küfRetmeye başladınız, teRbiyesiz, teRbiyesiz laflaR. Valla
kaç senediR bu meslekteyim, böyle bi şey ne gördüm ne duydum.Onca moRfine ban
mısın bile demediniz (1s.14-15).
Yuxarda təqdim etdiyimiz parçada bir neçə psixoloji məqam nəzəri cəlb edir. Danışanda
çətinlik çəkən və R hərfini çətinliklə tələffüz edən tibb bacısının megren xəstəliyinə
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
234
düçardır. Sözləri tələffüz əziyyəti nevroloji xəstəlik də sayıla bilər. Bu parçadan ortaya
çıxan digər fakt isə Zəlihənın sayıqlaması hadisəsinin özü yox, onun vaxtilə yaşadığı acı
hadisənin təxtəlşüurda yer edib yuva qurması və uyğun məkan və şəraitdə (müalicəxana
və həkim kreslosu!), münbit zəmində (morfin iynəsinin təsiri ilə üst şüurun yatması!)
çöləvurumudur.
Qeyd edək ki, yazıçının təsvir etdiyi Zəlihə və Asya obrazları ilə yazıçının özünün
arasında müəyyən bənzərlik mövcuddur. Əlif Şəfəq özü də uşaqlıq illərini nənəsinin
himayəsində keçirmişdir. O, öz anasına uzun illər ―abla‖ (böyük bacı) demişdir: ―Anneler
Gününde anneme hediye aldım elbette, alırım. Sadece ona değil, anneanneme de. Çünkü
bana bebekken bakan anneannem Fahriye Hanım. Anneme ―abla‖ demişim bir müddet,
hep çalıştı ben çocukken. Beni ilk çocuklukta anneannem yetiştirdi
aslında.Romanlarımda anlattığım tüm hurafeler, batıl inançlar ondan geçti bana‖ (3).
Bütün bunlar yazıçının doğurdan da özünün əsk etdirdiyi qəhramanların psixi
vəziyyətlərini də daha real yaşayaraq qələmə almasına imkan vermişdir. Asya kimi ana
və ata qayğısından uzaq, Zəlihə kimi ata sevgisindən məhrum böyüsə də (Qeyd edək ki,
yazıçı uzun müddət atasını görmədən yaşamışdır) o öz övladına bütün ruhu ilə bağlı
olmağı bacarmışdır. Bu baxımdan, Əlif Şəfəq Zəlihədan daha şanslıdır. Yazıçı
xoşbəxtliyini və ana olmağı qərarlaşdırdığını aşiq olmasında və məhəbbət üzərində ailə
qurması ilə bağlamışdır.
Əlif Şəfəqlə romanın digər obrazlardan biri olan Armanuş obrazı arasında da bənzərliklər
mövcuddur. Qeyd edək ki, yazıçı xarici ölkələrdə çox yaşamış və bu illərdəki kitablarla
olan münasibətini belə izah etmişdir: ―Baston`daki hallerime tebessüm ediyorum. Tek
başına minnacık bir öğrenci odasında dasında yaşayan, kütüphanelerde sabahlayan,
İngilizce roman yazmaya kalkan, gece gündüz yazan, hayal dünyasında yaşayan, son
derece asosyal, yemek yapmayı bilmeyen ve elmayla beslenen, günde iki kilo elma yiyip,
sigara kahve içip durmadan yazan biraz kaçık bir kadın o. Ama yıpratıcı. Hem duygusal
hem de bedensel olarak yıpratıcı‖. Gördüyümüz kimi, yazıçı ilə kitab tiryəkisi və oxumaq
həvəskarı olan Armanuşun arasında bənzərlik vardır.
Qazançı ailəsinin qızlarından biri olan Fəridəyə həkimlərin qoyduğu diaq-nozdan söhbət
açan Əlif Şəfəq bununla türk insanınının stresə olan münasibətini açıqlayır: ―Feride‘ye
konulan ilk teşhis ―stres ülseri‖ydi. Ailede kimsenin ciddiye almadığı bir teşhisti bu, ne
de olsa ―stres kelimesi bir nevi tekerleme halini almıştı. Stres aşağı, stres yukarı…
(1,s.34).
Bununla yazıçı Şərq insanının lazımi məqamlarda xəstəliyə biganə qaldığını, lazım
olmayanda isə, əksinə, daha çox narahat olduğunu göstərmişdir. Əsərin sonrakı
hissələrində biz Fəridənin keçrdiyi psixi xəstəliyin ―Majör depresif bozukluk‖ adlanan
insanın əhvalının həm yüksək, həm də pis olması ilə müşahidə olunan depressiya
xəstəliyi olduğu ortaya çıxır. (6)
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
235
Romanda Qazançı ailəsinin timsalında dünyəvi və dini məqamlar sıx-sıx qarşılaşdırılır,
müxtəlif dinə mənsub fərdlərin qurduğu ailələrin sosial-məişət problemlərinin, cəmiyyət
arasında tutduqları mövqelərin fərqliliklərinə, onların psixoloji ovqatlarına, personajların
xarakterlərinin formalaşmasında roluna işarə vurulur. Romanda ―Qur‘ani-Kərim‖dən
surələr, Məhəmməd peyğəmbərdən (ə.ə.s.) hədislər təqdim olunur, Cicianne və Banu
obrazları vasətəsi ilə dini fikirlər ortaya sərilir, şərh və yozumlardan bəhs edilir. Əsərin
müvafiq yerlərinə üzvi surətdə daxil edilən bu məqamlar, o cümlədən Banunun ―xeyir və
şər mələklərinin açıqlamaları‖, falçılığı yazıçıya bir çox dərin mətləbləri açmaq işidə
bədii priyom kimi lazım olmuşdur. Məsələn, tez-tez fal açan Banuya onun ―cinləri‖
Ağulu və Şəkərşərbət Asyanın atasının kim olduğunu və Armanuşun nənəsi Şuşanın
keçmişi, İstanbul həyatı ilə bağlı faktları söyləyirlər.
Romanda xeyli fəlsəfi məqamlar, müəllif təhkiyəsi vasitəsilə müxtəlif fəlsəfi
konsepsiyalarla mübahisə və mülahizələr mövcuddur, xüsusilə, gerçək və fəlsəfi zaman
məhfumu haqqında Berqsonla, Tanpınarın düşüncələrinə bildirilən münasibət xeyli
maraqlıdır. (1, s.101)
Qazançı ailəsinin ən kiçik sakini Asyanın atasız böyüməsi onun həyata baxışında
müəyyən fərqliliklər yaratmışdır. Özünə qapanan, ancaq öz doğruları ilə yaşayan bu qızın
şəxsi manifesti – həyata baxış tərzi formalaşmışdır. Bu ―manifestonun‖ maddələrini
formalaşdıran faktorlar psixoloji cəhətdən düzgün işıqlandırılmış, yazıçı bic olaraq
dünyaya gətirilən, anasına xala deyən Asyanın ruh halını, mənəvi-psixi portretini
mükəmməl çəkmişdir:
―Birinci Madde: Yaşadığın hayatı sevmek için bir sebep bulamıyorsan yaşadığın hayatı
seviyormuş gibi yapma.
….Yedinci Madde:Var olmak için yeteneğin ya da geçerli bir sebebin yoksa, sadece
tahammül et hayata.‖(1, s.133-134)
Əlbəttə, həyata öz baxış tərzi olan, atasının kim olduğunu bilməyən, yalnız atası haqqında
xəyal qurmaqla bu boşluğu dolduran, öz doğma anasına nə üçün xala dediyini və evdəki
bütün xalaların ona analıq etməsinin səbəblərini qavramayan gənc bir qızın ailədə
münasibətlərinin normal olmaması, davranış və hərəkətlərində, kişilərlə qurduğu dostluq
və intim yaxınlıqlarda sanki öz taleyindən qisas alma kin və küdurətinin yatması qədər
təbii bir şey olmaz. İstedadlı yazıçı bütün bunların – insan beyninə uşaqlıqdan vurulmuş
maddi-mənəvi travmanın onun şəxsiyyətinin formalaşması prosesində gec-tez neqativ rol
oynayacağını dəqiq şəkildə əsaslandırmışdır. ―Zamana güvənməyəcək qədər bədbin‖,
―həyata zərrə qədər etimadı olmayan‖ Asyanın anasına və öz taleyinə olan qəzəbi bir
neçə cümləyə sığdırılır: ―Bilmez miyim, dedi Asya gözlerinden ürkütücü bir bakışla.
―Tam da bana hamile kalıp evlilik dışı dünyaya getirdiğin yaştayım‖. (1, s.136)
Zəlihə özü də doğma atasına nifrət bəsləyir. Romanda bu kin və qəzəb hisslərinin
psixoloji motivləri əsaslandırılır. Qız uşaqlarının əksər türk ailələrində qorxu və təzyiq
altında, şəfqət və mərhəmətsiz böyüdüldükləri gerçəyi dilə gətirilir. Bu elə bir qorxudur
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
236
ki, hətta ölümdən sonra da kabus kimi evdə dolaşır, hər yerdə onları izləyir. Bu hisslər
atası ölərkən kədərlənməsi gərəkən uşaqlarda bir rahatlama, gizli bir sevinc, həzz
duyğusu yaradır. Zəlihə sağlığında soruşa bilmədiklərini atasının ölümündən sonra
soruşur, onu məzarında sorğulayır, ona və bacılarına verilən bu əzabların səbəblərini
bilmək istəyir, cavab ala bilməyəcəyini bilsə də soruşur, beləliklə, ruhi bir boşalma hiss
edir, illərcə içərisində daşıdıqlarını, gizlətdiklərini sərbəst şəkildə dilə gətirir:―… Tek
gidip, mezartaşının yanı başında bağdaş kuracak ve babasına hayattayken cevapsız
bıraktığı soruları soracaktı. Kendi evlatlarına karşı neden o kadar haşin ve sevgisiz
davrandığını, onları neden disiplin tabir ettuği cendereye tabi tuttuğunu bilmek istiyordu.
Hayaletinin nasıl hala herkese musallat olduğunu, hala günün olmadık saatlerinde
mevsudiyetleriyle babalarını rahatsız etmekten korkarak nasıl sesini alçaltıklarını bilip
bilmediğini sormak istiyordu.‖ (1, s.319)
Bəlkə də Zəlihənın Mustafa ilə yaşadığı çəkişməyə, bu çəkişmənin böyük bir faciə ilə
nəticələnməsinə və ömürlük bic damğası vurulacaq olan uşağı dünyaya gətirməsinə səbəb
də elə mühafizəkar və qəddar bir atadan aldığı tərbiyə nəticəsin-də onun özünə – doğma
atasına bəslədiyi kin, nifrət hissi idi. Burada məhşur psixiatr Ziqmund Freydin
analizlərinin xatırlatmaqda yarar var (2).
Bənzər hisslər Mustafada da mövcud idi. O da daim mini yubka geyinən, dünyanı vecinə
almayan özündən kiçik bacısını ailələrinin başını aşağı edə biləcək qüvvə kimi görür.
Ona qarşı ürəyində kin və qəzəb hissləri olan Musatafanın Zəlihə ilə yaşadığı vəziyyəti
təsvir edərkən yazıçı ―Mustafa kız kardeşinden bu kadar nefret ettiğini
bilmiyordu.‖ifadəsindən istifadə etmişdir.Yazıçı Mustafanın bacısına etdiyini Zəlihəya
heç vaxt keçməyəcək yara vurmaq istəyi kimi izah edir. Aralarında az yaş fərqi olan bu
iki bacı-qardaş arasında yaşanan dəhşətli hadisə Mustafanın Türkiyədən ömürlük
uzaqlaşmasına səbəb olur. Arizonada yaşamağa başlayan və orda erməni Şuşanın oğlu
Barsamın keçmiş arvadı Roza ilə evlənən Mustafa heç vaxt Rozanın baldızları, qaynanası
və ərindən intiqam almaq üçün bir silah olduğunu bilmir. O bir dəfə anasından Zəlihənın
uşağının atasının kim olduğunu telefonda soruşur. Anasından ayrıldığı keçmiş nişanlısı
cavabını alır.
Mustafanın Türkiyəyə qayıtmaq istəməməsinə səbəblərdən biri də Qazançı ailəsindəki
kişilərin 40 yaşından çox yaşamaması qorxusudur. O, bununla alın yazısından qaçmaq,
zamanın axışını dayandırmaq istəyir. Lakin ögey qızı Armanuşun İstanbulda olduğunu
bildiyi zaman məcburən iyirmi il əvvəl çıxdığı İstanbula, ailəsinin yanına qayıtmaq
məcburiyyətində qalır. Bacısı Banudan Asyanin atasının kim olduğunu soruşarkən
Mustafa bacısına sənin fallarında çıxmadı mı deyir. Ancaq Banu Ağulu bəyin (cinlərdən
birinin adı!) ona Asyanın atası haqqında ona dediklərini qardaşına demir. Çünkü bu
reallığı Banu özü özünə belə təkrarlamaq istəmir. Ölənə qədər Mustafa Asyanın atasının
kim olduğunu bilmir.
Mustafanın və Qazançı ailəsinin başçısı, uşaqlarının xəyalında acı xatirələrlə qalan
Ləvənd (Levon) Qazançının uşaqlarına qarşı acımasız olmasına səbəb də, deyəsən, onun
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
237
da anasız, yəni Şərminsiz – erməni qızı Şuşansız keçən günləri olmuşdur. Armanuşun
nənəsi, uşaq yaşlarında ailəsindən uzaq düşən Şuşan körpələr evində böyüyür. Səlim
Qazançı ilə ailə qurur və bu evlilkdən Ləvənd- Levon dünyaya gəlir. İslamı qəbul edən
Şuşan – Şərmin bir gün vaxtilə Amerikaya köç edən qardaşının təkidiylə onun yanına –
Amerikaya gedir. İki xatirə qoyaraq. Biri sonralar bütün reallıqları ortaya çıxaran nar
formalı yaxa sancağı, ikincisi də oğlu Ləvəndi – Levonu! Körpə uşağını geridə qoyub
gedən, müsəlmanlığı qəbul etmiş erməni qızı Şuşan atalarından qalan yolu davam
etdirməyi fikirləşir. Bütün bunlar daha sonra Ləvənd Qazançının psixologiyasında
özünün də bilmədiyi izlər qoyur. Bu izlər onu sevgisiz, şəfqət göstərməyi bacarmayan,
mərhəmətsiz despot kimi formalaşdırır. Eyni sevgisizlik onun öz övladlarında təzahür
edir və bununla da onun iki övladı bir- birinə şüuraltı bir qəzəblə yaşayır. Bu qəzəb bu iki
bacı- qardaşın həyatında və vicdanında silinməsi mümkünsüz acı xatirəyə səbəb olur.
Əsərin sonlarında Zəlihə ölmüş qardaşı, ailədə ―qara qoyun‖ deyə səsələnməsinə
səbəbkar, dünyaya gətirdiyi bic uşağın atası, qardaşı Mustafanın qızı Asyaya atası
olduğunu deməyin lazımlı olduğunu düşünür… Və acı həqiqəti qızına deyir. Uzun illər
anasına xala deməklə özündən, həyatından və anasına bəslədiyi kindən xilas yolu kimi
onu xala deyə səsləyən Asya ana-xala təzadı içərisində yaşarkən, dayı-ata təzadına da
tutulur. Daha doğrusu, ana – xala təzadı içərisində çabalarkən, bu səfər ikinci bir təzadın
(dayı – ata dilemmasının!) şokunu yaşayır.
Əsərin bədii toxumasında simvol və rəmzlərin yeri aydın şəkildə dərk edilir. Romanın
fəsillərinə verilən adların rəmzi xarakter daşıması da əsərin sonunda məlum olur. Belə ki,
on səkkiz fəsildən ibarət olan romanın fəsilləri ―Darçın‖, ―Quru qayısı‖, ―Toz şəkər‖,
―Antep fıstığı‖, ―Badam‖, ―Buğda‖, ―Quru incir‖ və s. kimi simvolik adlar daşıyır. Bu
başlıqlar Mustafa Qazançının ən çox sevdiyi yemək olan ―aşurə‖nin (şirin hədiyə bənzər
yemək növü) hazırlanmasında (başqa sözlə, Mustafanın qətlində!) istifadə olunan quru
yemiş və ədviyyələrin adlarıdır!
Qəmər Alxanova
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
238
Attila İlhan
Attila İlhan Türkiyə Cümhuriyyətinin ədəbiyyatına, tarixinə, incəsənətinə, ictimai fikrinə
təsir etmiş unudulmaz şəxslərdən, dəyərli şairlərdən biridir. Şairin şerləri sanki canlıdır,
sən ordasan, şerdəki mövzu sənin qucağındadır, o sənsən, onlar sənin başına gələnlərdir.
Hadisələri bu qədər parlaq, bu qədər incəlikləri ilə vermək Attila İlhan sənətinin
ustalığıdır:
geceyarıları
tenhadır buraları
ne in ne cin
kırmızı lambası
sanki kan damlası
demiryolu geçidinin
dağılmış su dumanı şimşekli bir karanlığa
yağmurun altında çınar
çınarın altında o karartı
bırakılmış bir araba
34 FN 346
sağ arka lastiği yırtılmış
camlarında kurşun delikleri
içinde barut kokusu var
hala çalışıyor silecekleri
bir sola bir sağa
bir sola bir sağa
(34 FN 346 - ―Korkunun Krallığı‖ )
Attila İlhan 1925-ci il iyun ayının 15-i Menemendə doğulub. Onun tam adı Attila Hamdi
İlhandır.İlk və orta təhsilinin böyük hissəsini İzmir və atasının işi ilə bağlı olaraq
|